YÜKLƏRİN SIĞORTASI QAYDALARI
YÜKLƏRİN SIĞORTASI QAYDALARI
BAKI – 2024
1. ÜMUMİ MÜDDƏALAR.
“Yüklərin sığortası qaydaları” (bundan sonra “Qaydalar” adlandırılacaq) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
Hazırkı qaydalar üzrə sığorta növü sığorta obyektinə görə əmlak sığortasına aid xxxx yüklərin (nəqliyyat) sığortası sinfinə daxildir.
Sığorta obyekti hazırkı qaydalara müvafiq olaraq sığorta hadisəsinin baş verməsi nəticəsində sığorta olunmuş yükün itirilməsi (məhv olması) və ona zərər vurulması riski ilə bağlı sığortalının Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeləridir.
Hazırkı qaydalara müvafiq olaraq sığorta predmeti sığorta müqaviləsi üzrə sığotalanan yükdür.
Hazırkı qaydalar, sığorta şəhadətnaməsi, sığortalı tərəfindən doldurulmuş ərizə forması və müvafiq əlavələr bütövlükdə bir müqavilə hesab edilir. Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı ərizə formasında sığortalı tərəfindən göstərilmiş məlumat və ərizə formasında qeyd olunmuş sığortalının bəyannaməsi əsasında verilir.
Hazırkı qaydalar əsasında “İPƏK YOLU SIĞORTA” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Sığortaçı” adlandırılacaq) sığortalılar ilə Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı qaydalar əsasında hüquqi və fiziki şəxslərə məxsus əmlakın könüllü sığortası müqaviləsini (bundan sonra “sığorta müqaviləsi” kimi adlandırılacaq) bağlayır.
Hazırkı qaydalar sığortalıya (faydalanan şəxsə) məxsus xxxx xxxxx daşınması ilə xxxxx xxxx əmlak mənafelərinin könüllü sığortası müqavilələrinin bağlanması, icra edilməsi və xitam olunmasının qayda və şərtlərini müəyyən edir.
Hazırkı qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə əlavələr tərəflərin razılığı ilə yazılı surətdə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir.
2. ƏSAS ANLAYIŞLAR.
Bu qaydalarda və bu q aydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir; Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir;
Sığorta haqqı - risklərin qəbul edilməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir;
Sığortanın müddəti - sığorta risklərinin sığortalandığı müddət. Sığorta müqaviləsində başqa cür hal nəzərdə tutulmamışdırsa sığorta təminatı sığorta müqaviləsində qeyd olunmuş müddəti əhatə edir;
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur;
Sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
Sığorta müqaviləsində istifadə edilən “Xxx” termini, həyata keçiriləcək daşımanın xarakterinə uyğun olaraq qablaşdırılmış xxxxxxx əhatə edir. Bununla birlikdə sığortaçı qəbul etdiyi hallarda istifadə edilmiş əşyalar, qüsurlu və ya xxxx qaytarılan mallar, sığortalının razılığı ilə gəminin göyərtəsində daşınan yüklər, eləcə də örtüksüz xxx maşınında və ya açıq və qapalı vaqonda daşınan yüklər, şəxsi əşyalar və ya əl yükləri, canlı heyvan və poçt göndərişləri də, bu ümumi qaydalara əsasən “Xxx” sayılır.
3. SIĞORTANIN TƏMİNATI VƏ SIĞORTA RİSKLƏRİ.
3.1. Bu qaydalarla, sığortalı yükün müqavilədə göstərilən vaxt və ya daşıma müddəti ərzində müqavilədə göstərilən dəniz, avtomobil, hava nəqliyyat vasitələri və habelə dəmir yolu vasitəsilə ilə daşınması və yaxud daşınması xxxxxx xxxx hansısa bir anbarda müvəqqəti olaraq saxlandığı zaman məruz qaldığı sığorta hadisələri nəticəsində dəyən ziyan və zərərlərə, əlavə edilmiş xüsusi şərtlər daxilində təminat verilir.
3.2. Sığorta təminatı baş vermiş hadisə nəticəsində yükə dəymiş ziyan və zərərləri və yaxud onlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və zərərin və yaxud xərclərin miqdarı və mahiyyəti, təminata daxil edilən hadisələr və istisnalar sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi qaydalara əsasən müəyyən edilir.
3.3. Sığorta şəhadətnaməsinin şərtləri daxilində, bu sığorta üzrə təminat London Sığortaçılar İnsititunun aşağıdakı Şərtlərinin maddələrinə, tələblərinə, risklərinə, istisnalarına və şərtlərinə müvafiq verilə bilər:
3.3.1. Əlavə 1. Xxx sığortası üzrə qeyd-şərt A (1/1/82, CL252).
3.3.2. Əlavə 2. Xxx sığortası üzrə qeyd-şərt B (1/1/82, CL253).
3.3.3. Əlavə 3. Xxx sığortası üzrə qeyd-şərt C (1/1/82, CL254).
3.3.4. Əlavə 4. Xxx sığortası üzrə qeyd-şərt – Müharibə (1/1/82 il tarixli ,CL255).
3.3.5. Əlavə 5. Xxx sığortası üzrə qeyd-şərt – Tətil (1/1/82 il tarixli ,CL256).
Bazar yenilikləri və tələbatlara uyğun olaraq beynəlxalq bazarlarda tətbiq olunan xxx sığortasının digər müddəaları, şərtləri və istisnaları da sığorta şəhadətnaməsində göstərilmək şərtilə sığorta təminatına daxil edilə bilər.
4. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏRLƏR (İSTİSNALAR).
4.1. Aşağıdakı hadisələr nəticəsində dəyən zərər və ziyanlar sığorta təminatına daxil deyildir:
4.1.1. Sığortalının qərəzli hərəkətlərinin səbəb olduğu itki, zərər və başqa xərclər;
4.1.2. Müsadirə, həbs, təsir göstərmə, gecikmə və ya bunlarla əlaqədar hər cür səbəblər;
4.1.3. Gizli və ya qadağan olunmuş ticarət, qaçaqmalçılıq;
4.1.4. İdxal, ixrac və tranzit qayda və qanunlarının pozulması;
4.1.5. Sığorta müqaviləsi bağlanan zaman yalan məlumat vermə sığortalı, vəkil və ya nümayəndəsinin qəsdən və ya qüsurlu hərəkətləri;
4.1.6. Malların qablaşdırılmasının kifayət etməməsi və ya uyğun olmaması və ya malların hazırlanmasında qüsurların olması səbəbindən baş vermiş ziyan, itki və ya çəkilmiş xərclər ( bu 4.1.6-cı maddənin məqsədləri üçün “qablaşdırma” sözü onun yalnız sığortanın qüvvəyə minməsindən əvvəl və sığortalı və ya onun işçiləri tərəfindən həyata keçirilməsi halında konteynerdə yerləşdirmə mənasını verəcək);
4.1.7. Hava və atmosfer şəraitinin təsiri, çürümə və aşınmalar, siçovul, gəmirici və digər həşəratların vurduğu zərərlər;
4.1.8. Sığortanın, daşımanı bilavasitə özü və ya işçiləri vasitəsi ilə həyata keçirdiyi təqdirdə, kapitanın və gəmi işçilərinin pis niyyətli hərəkətlərinin, diqqətsizliklərinin, ehtiyatsızlıqlarının səbəb olduğu ziyan və zərərlər;
4.1.9. Sığortalı məlumatı olduğu halda, barıt, fulmikaton, kibrit, xam neft, benzin, fosfor, kimyəvi maddələr, dinamit, nitroqliserin və bu kimi tez reaksiyaya girən və partlaya bilən maddələr və sönməmiş əhəng, dağıdıcı mayelər, zəhərləyici və yaxud pis qoxulu maddələr, sığortalanmış mallarla bir yerdə yüklənib və ya boşaldılırsa, bu cür malların bir yerdə olması və ya onlara yaxın qoyulması ilə əlaqədar meydana gələcək ziyan
və zərərlər sığorta təminatına daxil xxxx hər hansı bir hadisənin baş verib-verməməsindən asılı olmayaraq sığortaçı tərəfindən ödənilmir;
4.1.10. Təbii sızma, çəkinin və ya həcmin təbii itirilməsi, sığorta obyektinin təbii köhnəlməsi;
4.1.11. Sığorta predmetinin daxili qüsurları və ya təbii xassələrinin səbəb olduğu ziyan, itki və ya çəkilmiş xərclər;
4.1.12 Tərkibində hər hansı atom və ya nüvə bölgüsü və/və ya sintezi və ya hər hansı başqa anoloji reaksiya xxxx və ya nüvə enerjisi istifadə edilən silahın istifadəsinin səbəb olduğu ziyan, itki və ya xərclər.
4.1.13. Mikroorqanizmlərin vurduğu zərər - kif, mamır və göbələyin təsiri nəticəsində dəyən zərərlər.
4.1.14. Asbest, asbest lifləri və ya tərkibində asbest xxxx hər hansı məhsulun təsiri nəticəsində birbaşa və ya dolayı yolla yaranan zərərlər istisna olunur.
5. SIĞORTA MƏBLƏĞİ.
5.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin həddidir.
5.2. Tərəflər arasında qiymətləndirmə zamanı başqa şərtlər nəzərdə tutulmamışdırsa, yükün yüklənmə tariхindəki dəyəri və daşınma vasitəsinə yüklənənə qədər çəkilən bütün хərclərin cəmi yükün sığorta dəyərini əmələ gətirir. Tərəflərin qarşılıqlı razılığına əsasən nəqliyyat haqqı, daşıma zamanı və yükün ünvanlandığı son məntəqədə çəkilən хərclər də sığorta dəyərinə əlavə еdilə bilər. Nəqliyyat haqqı və yuхarıda göstərilən хərclər sığorta еtdirilmiş olsalar da, hadisə baş vеrdiyinə görə həmin хərclərin çəkilməyən hissələrinə görə ödəniş vеrilmir.
5.3. Xxx sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
5.4. Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
5.5. Sığorta məbləği sığortanın qüvvədə olduğu müddət ərzində baş vеrən bütün sığorta hadisələri ilə əlaqədar vеrilən sığorta təminatı üzrə ödənişin maksimum miqdarını müəyyən еdir.
6. AZADOLMA MƏBLƏĞİ.
6.1. Sığorta müqaviləsində şərtsiz və ya şərtli azadolma, yəni sığorta hadisəsinin baş verdiyi halda sığortaçı tərəfindən ödənilməyən sığortalının xərclərinin bir hissəsi, müəyyən edilə bilər.
6.2. Azadolma sığortalının və sığortaçının razılığı əsasında təyin edilir, Sığorta Səhadətnaməsində və/və ya hazırki qaydalarda və/və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir, hər bir sığorta hadisəsi üzrə “Qismən sığorta haqqında şərt”in tətbiq olunmasından sonra tətbiq edilir.
6.3. Bir neçə sığorta hadisələrinin baş verdiyi halda və müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa, azadolmanın məbləği hər sığorta ödənişindən tutulur.
7. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI.
7.1. Sığorta, şəhadətnamədə göstərilən müddət və hərəkət marşrutu üçün etibarlıdır.
7.2. Sığorta şəhadətnaməsində göstərilən hərəkət marşrutu və/və ya nəqliyyat vasitəsi, hadisə baş verməmişdən əvvəl, sığortalının razılığı olmadan dəyişdirildiyi təqdirdə sığorta təminatı, vəziyyətin sığortaçıya bildirilməsi və lazım olarsa, əlavə sığorta haqqı alınması şərti ilə davam etdirilə bilər.
7.3. Sığortaçının məsuliyyəti sığorta şəhadətnaməsində göstərilən şərtlərdən irəli gələn müddətlərdə başlayır və xxxx xxxxx.
7.4. Sığorta muqaviləsi (sığorta təminatı) sığorta şəhadətnaməsində göstərilmiş sığortanın qüvvəyə minmə tarixində saat 24:00-da qüvvəyə minir və göstərilmiş sığorta təminatının qüvvədən düşmə tarixində saat 24:00- da qüvvədən düşmüş hesab edilir.
8. SIĞORTA HAQQI.
8.1. Sığorta haqqı sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında Sığortçı tərəfindən hesablanır və sığorta şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir.
8.2. Sığorta haqqı sığortalı tərəfindən sığortaçının təqdim etdiyi hesab və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəd alındıqdan sonra ödənilir. Sığorta haqqı birdəfəlik və ya tərəflərin razılaşmasına əsasən, hissə-hissə sığorta müqaviləsinə qəbul edilmiş Əlavədə qeyd olunan ödənişlər cədvəlinə müvafiq olaraq ödənilə bilər.
8.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta haqqı sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi sığortaçının təqdim etdiyi hesabın şərtlərinə müvafiq olaraq sığortaçının bank hesabına köçürülməsi yolu ilə ödənilir.
8.4. Sığorta haqqının ödənilməsi günü pul vəsaitlərinin sığortaçının hesabına daxil olması günü hesab olunur.
8.5. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqının ikinci və sonrakı hissələri vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
8.6. Sığortalı öz tərəfindən sığorta haqlarının ödənildiyini sübut edən sənədləri saxlamalı və onları sığortaçının tələbi ilə təqdim etməlidir.
8.7. Əgər sığorta haqlarını sığortalının tapşırığı ilə başqa bir şəxs ödəyirsə, həmin şəxs bununla əlaqədar olaraq sığorta müqaviləsi üzrə heç bir hüquq əldə etmir.
9. SIĞORTA MÜQAVİLƏSİ.
9.1. Sığorta müqaviləsi sığortaçı ilə sığortalı arasında yazılı formada bağlanan, sığortalının ödədiyi razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən xxx olmaması şərti ilə, dəymiş real zərərin əvəzinin sığortaçı tərəfindən sığortalıya (və ya sığorta olunana, və ya faydalanan şəxsə) ödənilməsini nəzərdə tutan sazişdir.
9.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi yalnız Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka və ya Azərbaycan Respublikasının rəsmi reyestrində üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əmlaka dair bağlanıla bilər.
Sığortalının və ya xxxxxxxxxx şəxsin sığortalanmış əmlakda qanuni marağı olmadığı halda bağlanmış sığorta müqaviləsi bağlandığı andan etibarsızdır.
9.3. Sığortalıya aid xxxx öhdəliklərin faydalanan şəxs tərəfindən yerinə yetirilməsi və ya, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin faydalanan şəxsin xeyrinə bağlanması sığortalını həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.
10. SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI.
10.1. Sığorta müqaviləsinin tərəflərin sayından asılı olaraq müqavilə tələb olunan xxxxx, Azərbaycan dilində və hər tərəf üçün bir nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi hər hansı xarici dilə tərcümə olunduğu halda onun mətninin təfsir edilməsi üçün Azərbaycan dilindəki mətn əsas götürülməlidir.
10.2. Sığorta müqaviləsi (sığorta şəhadətnaməsi) sığortalı tərəfindən itirilərsə, sığortalının yazılı ərizəsinə əsasən sığortaçı müqavilənin (sığorta şəhadətnaməsinin) yeni nüsxəsini (dublikatını) ona təqdim edir. Sığorta müqaviləsinin (sığorta şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi (sığorta şəhadətnaməsi) etibarsız hesab olunur.
10.3. Bu qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə Əlavələr tərəflərin razılığı ilə yazılı surətdə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu qaydalarda mövcud xxxx şərtləri dəyişdirə və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər. Sığorta müqaviləsinə edilən əlavə və dəyişikliklər Azərbaycan dilində və hər tərəf üçün bir nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir.
11. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ.
11.1 Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
11.1.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
11.1.2. Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
11.1.2.1. Əmlak sığortası müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
11.1.2.2. Qanunvericilikdə və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
11.1.2.3. Sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir.
11.1.3. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
11.1.4. Sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
11.1.5. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
11.1.6. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
11.1.7. Sığortalı sığorta haqqını bu qaydaların 8.5-ci maddəsinə müəyyən edilən qaydada ödəmədikdə;
11.1.8. Sığorta marağı artıq mövcud olmadıqda.
11.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
12. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİKDƏ SIĞORTA HAQQININ HESABLANMASI.
12.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
12.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır. Əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
12.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
12.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu qaydaların 12.1-12.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12.5. Sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
13. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ.
13.1. Sığortalının vəzifələri:
13.1.1. Sığorta haqqlarını sığorta müqaviləsi ilə şərtləşdirilmiş məbləğdə və qaydada ödəmək;
13.1.2. Ərizə formasında və sığorta müqaviləsinin bağlanması zamanı sığorta riskinin ölçülməsi üçün əhəmiyyətli xxxx bildiyi bütün məlumatları, bu sahədə qüvvədə xxxx digər sığorta müqavilələri və sığorta müddəti ərzində baş vermiş sığorta riskinin dərəcəsinə təsir göstərə biləcək hər hansı bir dəyişiliklər barədə sığortaçıya məlumat vermək. Sığortalı sığortaçıdan xxxxxx dərəcəsinə təsir göstərə biləcək məlumatları gizlədibsə və ya sığortaçının xxxxxx sığortalanması üzrə qərarına təsir edə biləcək faktlar üzrə yanlış məlumat veribsə, belə halda həmin müqavilə etibarsız hesab edilir və iddia üzrə heç bir ödəniş verilmir;
13.1.3. Sığorta hadisəsinin baş verməməsi üçün bütün mümkün xxxx və məqsədəuyğun tədbirləri görmək və sığortaçının sığorta riskinin azalmasına yönəldilmiş bütün tövsiyə və məsləhətlərini yerinə yetirmək;
13.1.4. Hazırkı sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini lazımınca yerinə yetirmək.
13.2. Sığortalının hüquqları:
13.2.1. Sığorta şəhadətnaməsini itirdiyi halda onun yeni nüsxəsini (dublikatını) almaq;
13.2.2. Sığorta hadisəsinin baş verməsinin qarşısını almaq üçün və hadisələrin nəticələrini azaltmaq üçün zəruri xxxx məlumatı və məsləhətləri
sığortaçıdan almaq.
13.3. Sığortaçının vəzifələri:
13.3.1. Sığortalıya sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta müqaviləsinin nüsxəsini vermək və sığortalını sığorta
müqaviləsinin şərtləri ilə xxxxx etmək;
13.3.2. Sığorta müqaviləsində göstərilən yükün sığortasını həyata keçirmək və sığorta hadisəsi baş verdikdə müqavilə ilə müəyyən edilmiş
müddət ərzində və sığorta məbləği çərçivəsində dəymiş zərərin əvəzini müqavilənin şərtlərinə müvafiq olaraq ödəmək;
13.3.3. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olunmaqla, sığortalı və onun maddi durumu haqqında
məlumatı yaymamaq;
13.3.4. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini lazımınca yerinə yetirmək.
13.4. Sığortaçının hüquqları:
13.4.1. Sığorta hadisəsinin baş verməsi faktını və ya sığorta ödənişinin miqdarını müəyyən etmək üçün zəruri xxxx məlumatları sığortalı və
səlahiyyətli orqanlardan tələb etmək, sığorta hadisəsinin baş verməsi şəraitini və səbəbəblərini müstəqil surətdə araşdırmaq, irəli sürülmüş
iddiaların əsaslı olub-olmasını və hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirmək;
13.4.2. Sığortalı tərəfindən ona təqdim edilmiş məlumatların doğruluğunu yoxlamaq. Sığorta məbləğinə və xxxxxx dərəcəsinin ölçülməsinə və
dəyə biləcək zərərin miqdarına təsir göstərə biləcək məlumatının sığortalı tərəfindən qərəzlə təhrif edilməsi və ya gizlədilməsi halında, sığorta
müqaviləsinin ləğv edilməsini və ya onun etibarsız hesab edilməsini tələb etmək;
13.4.3. Qanunvericilikdə və sığorta müqaviləsində göstərilmiş şərtlərə əsasən sığorta ödənişinin həyata keçirilməsindən imtina etmək;
13.4.4. Sığortalanmış xxxxxx dərəcəsinin artması halında sığortalıdan sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının
ödənilməsini tələb etmək;
14. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ.
14.1. Sığorta hadisəsi baş verdiyi zaman sığortalı aşağıdakıları etməlidir:
14.1.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməli;
14.1.2. Zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş xxxxx xxxxx edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı sığortaçıdan aldığı bütün təlimatlara əməl etməli;
14.1.3. Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş yükə baxışın keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin, müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş xxxxx xxxxx edilməsi tədbirlərində iştirakını təmin etməli;
14.1.4. Sığortaçının tələbi ilə sığortalanmış yükün məhv olması və ya vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri sığortaçıya təqdim etməli;
14.1.5. Xxx sığortası müqaviləsi üzrə sığortalı aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş yükü sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməli;
- Zərərin qarşısının alınması və ya həcminin, azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş yükün sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə yükün hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş yükün hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
- Sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş müddətdə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş yükün baxış keçirmədikdə;
- Digər hallarda zərər dəymiş yükün sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
15. SIĞORTA ÖDƏNİŞİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ VERİLMƏSİ. TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI.
15.1. Sığortaçı sığorta hadisələrinin səbəb olduğu aşağıdakı zərərləri ödəyir:
15.1.1. Sığorta predmetinə dəyən rеal zərərləri;
15.1.2. Zərərin azaldılması üçün çəkilən хərclər.
15.1.3. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərərləri azaltmaq məqsədilə sığortalının çəkdiyi хərclər, həmin хərclərin digər zərərlərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq (hər bir halda 5%- dən yuхarı olmamaqla) sığortaçı tərəfindən ödənilir, o şərtlə ki, bеlə хərclər zərurət və ya sığortaçının
göstərişlərini yеrinə yеtirmək məqsədilə ortaya çıхmış olsun.
15.2. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə bilərəkdən sığortalının mümkün (səmərəli) və ağlabatan tədbirləri görməməsi nəticəsində ortaya çıхan zərərləri ödəmək öhdəliyi daşımır.
15.3. Natamam sığorta zamanı – sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbəti əsasında vurulmuş zərərlərə təminat vеrilir;
15.4. Sığorta şəhadətnaməsində azadolma məbləği nəzərdə tutulduqda - azadolma məbləğinın miqdarı çıхılmaqla zərərlərə təminat vеrilir;
15.5. İkili sığоrtа zаmаnı – Sığorta hadisəsi zamanı eyni sığorta predmetinə sığortaçının təminat verdiyi risk üzrə hər hansı digər sığortaçı(lar) da təminat vermişdirsə, bu halda sığorta ödənişi hər bir sığortaçı arasında mütənasib olaraq bölünür.
15.6. Sığorta şəhadətnaməsi ilə təminat vеrilən hadisəyə başqa bir sığorta şəhadətnaməsi ilə də təminat vеrilmiş olarsa və bu təminat barədə sığortaçıda sığorta müqaviləsi bağlanmazdan əvvəl məlumat olarsa şərikli sığorta
əsasları tətbiq еdilir;
15.7. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
15.8. Sığorta şəhadətnaməsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
15.9. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin
tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
15.10. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün
hüquqlardan istifadə edə bilərlər.
15.11. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
15.11.1. Sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
15.11.2. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
15.11.3. Sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədlər;
15.11.4. Xxx ilə bağlı öz siğorta marağını təsdiq etmək üçün konosamenti, nəqliyat fakturaları və digər daşınma sənədlərini, alqı-satqı və digər ticarət müqavilələri, hesab-fakturaları, qaimələri;
15.11.5. Dəymiş ziyanın məbləğini təsdiq etmək üçün qəza komissarı tərəfindən tərtib edilmiş yoxlama aktını, ekspertiza keçirildikdə ekspetiza aktını.
15.12. Sığorta hadisəsi baş verdikdə bu qaydaların 15.11-ci bəndində nəzərdə tutulan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini
verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
16. SIĞORTA ÖDƏNİŞİNİ VERMƏKDƏN İMTİNA.
16.1. Sığortaçı sığorta ödənişinin ödənilməsindən aşağıdakı hallarda imtina edə bilər:
16.1.1. Bu qaydaların 14.1.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 14.1.5-ci maddəsinə riayət edilmədikdə;
16.1.2. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
16.1.3. Müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
16.1.4. Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
16.1.5. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 14.1.5-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
16.1.6. Bu qaydaların 16.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
16.1.7. Əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
16.1.8. Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
16.1.9. Sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 8.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
16.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Bu məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.
17. SUBROQASİYA HÜQUQU.
17.1. Sığorta ödənişi verildikdən sonra sığortalının üçüncü şəxslərə qarşı xxxx iddia (subroqasiya) hüququ verilmiş sığorta ödənişi məbləğində sığortaçıya keçir;
17.2. Sığortalı, sığortaçının tələbinə əsasən bu barədə sığorta ödənişi aktında və yaxud bununla əlaqədar başqa bir sənəddə müvafiq qeyd etməlidir.
17.3. Sığortalıya məxsus bu hüququn bu prinsipə əsasən sığortaçıya verilməsi sığorta ödənişi məbləği ilə məhdudlaşır.
18. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ.
18.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımı qaydada yerinə yetirilməlidir.
18.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
18.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
19. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI.
19.1. Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) Müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), elektron poçt və ya faks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları və/və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə əvvəlcədən məlumat göndərməlidirlər. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvan və ya rekvizitlərinin dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
20. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ.
20.1. Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.
20.2. Sığortalının və ya sığorta olunanın sığorta müqaviləsi üzrə hüquqlarının pozulduğu halda Azərbaycan Respublikası Mərkəzi Bankına şikayətlə müraciət etmək hüququ vardır.
21. ƏLAVƏLƏR.
Əlavə 1. Yük sığortası üzrə qeyd-şərt A (1/1/82, CL252). Əlavə 2. Yük sığortası üzrə qeyd-şərt B (1/1/82, CL253). Əlavə 3. Yük sığortası üzrə qeyd-şərt C (1/1/82, CL254).
Əlavə 4. Yük sığortası üzrə qeyd-şərt – Müharibə (1/1/82 il tarixli ,CL255). Əlavə 5. Yük sığortası üzrə qeyd-şərt – Tətil (1/1/82 il tarixli ,CL256).
ƏLAVƏ 1.
YÜK SIĞORTASI ÜZRƏ QEYD-ŞƏRT A 1/1/82
SIĞORTA OLUNAN RİSKLƏR
1. Bu sığorta, aşağıdakı 4,5,6 və 7–ci maddələrdə göstərilənlər istisna olmaqla, sığorta predmetinin məhv olması və ya zədələnməsi üzrə bütün risklərə münasibətdə sığorta təminatı verir.
2. Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir.
3. Bu sığorta daşıma müqaviləsinin «Hər iki tərəfin günahına görə toqquşma haqqında» maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına sığortalını bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər.
İSTİSNALAR:
4. Bu sığorta heç bir halda aşağıdakı sığorta təminatlarını əhatə etməyəcək:
4.1. Sığortalının qərəzli hərəkətlərinin səbəb olduğu itki, ziyan və başqa xərclər.
4.2. Təbii sızma, çəkinin və ya həcmin təbii itirilməsi, sığorta predmetinin təbii köhnəlməsi və ya axması. 4.3 Sığorta predmetinin tam və ya düzgün qablaşdırılmaması və ya sığorta predmetinin hazırlanmasında qüsurların olması səbəbindən baş vermiş ziyan, itki və ya çəkilmiş xərclər (bu 4.3-cü maddənin məqsədləri üçün
«qablaşdırma» sözü onun yalnız sığortanın qüvvəyə minməsindən əvvəl və sığortalı və ya onun işçiləri tərəfindən həyata keçirilməsi halında konteynerdə yerləşdirmə mənasını verəcək).
4.4. Sığorta predmetinin daxili qüsurları və ya təbii xassələrinin səbəb olduğu ziyan, itki və ya çəkilmiş xərclər.
4.5. Gecikmədən irəli gələn zərər, itki və ya xərclər, hətta belə gecikmə sığorta hadisəsi nəticəsində olmuşdursa (Yuxarıda təsbit edilmiş 2-ci maddənin əsasında ödənilməli olan xərclər istisna olmaqla).
4.6. Gəmi sahiblərinin, icarəçilərinin və ya istismarçılarının ödəmə qabiliyyətini itirməsi və ya öz maliyyə öhdəliklərini yerinə yetirə bilməməsinin səbəb olduğu ziyan, itki və başqa xərclər.
4.7. Tərkibində hər hansı atom və ya nüvə bölgüsü və/və ya birləşməsi və ya hər hansı başqa anoloji reaksiya olan və ya nüvə enerjisi istifadə edilən silahın istifadəsinin səbəb olduğu ziyan, itki və ya xərclər.
5. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan, itki və ya xərcləri əhatə etməyəcək:
5.1. Gəminin və ya bərənin istifadəyə yararlı vəziyətdə olmaması.
5.2. Konteynerin, gəminin, bərənin və ya hər hansı digər nəqliyyat vasitəsinin sığorta predmetini təhlükəsiz şəkildə daşımaq üçün yararlı vəziyətdə olmaması və ya uyğun olmaması
5.3. Sığorta predmetinin yüklənməsi anında sığortalının belə yararsızlıq və ya uyğunsuzluq haqqında məlumatının olması halında.
5.4. Gəminin yararlılığı və sığorta predmetini daşıması üçün uyğun olması ilə əlaqədar ehtimal olunan təminat yalnız o halda pozulmuş hesab ediləcək ki, sığortalının və ya onun işçilərinin bu haqda məlumatı olsun.
6. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək:
6.1. Müharibə, vətəndaş müharibəsi, üsyan, qiyam, inqilab və bunların və ya hər hansı düşmən qüvvəsinin istifadə etdiyi və ya bu qüvvəyə qarşı istifadə edilən hərbi əməliyyatların səbəb olduğu vətəndaş iğtişaşları.
6.2. İşğal, zəbt etmə, müsadirə, məhdudlaşdırma və ya saxlanılma və onların nəticələri və ya onları törədmək cəhdi.
6.3.Tərk edilmiş minalar, torpedolar, partlayıcılar və başqa tərk edilmiş müharibə silahları.
7. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək.
7.1. Tətillər, lokautlar, əmək münaqişələri, qiyamlar və vətəndaş iğtişaşları.
7.2. Tətil, lokaut, işçilərin kütləvi işdən azad edilməsindən və ya fəhlə iğtişaşlarında iştirak edən şəxslərin hərəkətlərindən, üsyan və ya ictimai iğtişaşlardan irəli gələn zərər və xərclər.
7.3. Hər hansı terrorçu və ya hər hansı şəxsin siyasi motivlərlə bağlı hərəkətləri nəticəsində yaranan itki, zərər və xərclər.
SIĞORTA MÜDDƏTİ
8. 8.1. Bu sığorta yük anbarlardan çıхarılan andan, yaхud müqavilədə göstərilən saхlanma yеrindən çıхarıldığı andan qüvvəyə minir və daşımanın adi müddəti ərzində davam еdir və aşağıdakı hallarda başa çatır:
8.1.1 Müqavilədə göstərildiyi kimi yük, alan tərəfə çatdırıldıqda, yaхud digər son anbara, və ya müqavilədə qеyd olunan saхlanılma yеrinə çatdırıldıqda.
8.1.2. Təyinat vaхtından əvvəl, yaхud təyinat vaхtında digər hər hansı anbara, və ya saхlanma məntəqəsinə çatdırıldıqda. Həmin yеrlərin hər birini sığortalı aşağıdakı məqsədlər üçün istifadə еdir:
8.1.2.1. Adi yük daşımadan fərqli olaraq, saxlanma;
8.1.2.2. Yerləşdirmə və ya bölüşdürmə və yaxud
8.2. Sığortalanmış yükün gəmidən aхırıncı boşaldılma limanında tam boşaldıldığı andan müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa 60 gün başa çatana qədər, hər hansının (boşaldılma və ya qoyulan günlük hədd) tеz baş vеrdiyindən asılı olaraq.
8.3. Əgər son boşaldılma limanında yük gəmidən boşaldıldıqdan sonra bu sığorta hələ qüvvədədirsə və yük başqa təyinat yеrinə yola salınmalıdırsa, bu sığorta yalnız göstərilən digər daşınmanın başlanması anına qədər qüvvədə qalır.
8.4. Sığortalıdan asılı olmayan səbəblərdən yük ləngidildikdə, yaхud marşrut dəyişdirildikdə, yaхud yеnidən yükləndikdə, еləcə də nəqliyyat vasitəsi sahibi, yaхud nəqliyyat vasitəsini icarəyə götürənlər daşıma müqaviləsinə əsasən öz hüquqlarından istifadə еdərək hər hansı dəyişikliklər apararlarsa, bu sığorta qüvvədə qalır. (Bu halda yuхarıda göstərilən хitam şərti və 9-cu maddənin şərtlərinə riayət olunur).
SIĞORTA MÜQAVİLƏSİNİN BİTMƏ MÜDDƏTİ
9. Əgər sığortalıdan asılı olmayan səbəblərdən yükdaşıma müqaviləsi başqa portda, yaхud məntəqədə başa çatarsa, yaхud yük təyinat yеrinə çatdırılmazdan əvvəl başa çatarsa sığortalı sığortaçıya bu barədə dərhal xəbər verib, sığortanın müddətini uzatmazsa bu sığortada başa çatmış hеsab olunur.
9.1. Yük satılmışdırsa və bu cür limana, yaхud məntəqəyə çatdırılmışdırsa, yaхud yük bu cür limana çatdırıldıqdan sonra 60 gün tamamlanana qədər (hər hansı tеz baş vеrərsə), və yaхud
9.2. Əgər yük qеyd olunan 60 gün ərzində, yaхud хüsusi olaraq razılaşdırılmış daha uzun müddət ərzində əvvəlcədən müəyyənləşdirilmiş təyinat yеrinə, yaхud hər hansı digər təyinat yеrinə daşındığı halda, sığorta təminatı 8-ci maddədə göstərilən səbəblərdən qurtara bilər.
SIĞORTA MÜQAVİLƏSİNİN DƏYİŞDİRİLMƏSİ
10. Bu sığorta qüvvəyə mindikdən sonra sığortalı təyinat yеrini dəyişərsə, o bu barədə dərhal sığortaçıya məlumat vеrir, müvafiq sığorta haqqı ödəyir və sığorta şərtlərində uyğun dəyişikliklər aparılır.
İDDİALAR
11. Sığorta ödənişinin verilməsi.
11.1 Bu sığortaya görə ödəniş almaq üçün sığortalının sığorta hadisəsi baş vеrdiyi anda sığortalanmış predmetdə öz marağı olmalıdır.
11.2 Maddə 11.1-də göstərilənlərə uyğun olaraq sığortalı zərərin, sığorta müqaviləsinin bağlanmasından əvvəl baş vеrməsinə baхmayaraq sığorta təminatı müddəti ərzində sığorta ödənişini almaq hüququ vardır. Sığortalı zərər haqqında məlumatı olub Andеrraytеrin məlumatı olmadığı hallar istisna olunur.
12. Daşınma zamanı xərclər üzrə qeyd-şərt
Əgər bu sığortada risk nəticəsində yükdaşıma bu sığortada qеyd olunan yеrdən fərqli limanda, yaхud məntəqədə başa çatarsa sığortaçı sığortalıya bütün zəruri və məqsədəuyğun şəkildə çəkilmiş boşaltma, saхlama və yükün sığortalanmış yеrə qədər daşınma хərclərini ödəyir. Bu maddə ümumi qəza və хilasеtmə üzrə хərclərə şamil olunmur və yuхarıda 4, 5, 6 və 7-ci maddələrdə göstərilən istisnalar qüvvədə qalır. Еləcə də sığortalının, yaхud onun хidmətçisinin səhvi, səhlənkarlığı, ödəniş qabiliyyətli olmaması, yaхud maliyyə öhdəliklərini yеrinə yеtirməməsi nəticəsində yaranan хərclərə görə sığorta təminatı vеrilmir.
13. Konstruktiv tam məhv olma üzrə qeyd-şərt
Sığortalının yükü tam məhv olduqda, sığortaçı sığorta ödənişini, sığorta məbləğindən yuхarı olmamaq şərtilə həmin yükün sığorta hadisəsinin baş vеrdiyi tariхdəki həqiqi dəyərindən sığorta hadisəsindən sonrakı dəyəri çıхmaqla alınan məbləğ həcmində ödəyir.
14. İkili sığorta üzrə qeyd-şərt
14.1. Əgər sığortalı sığorta olunan yükü digər sığortaçılarda sığortalamaqla sığorta məbləğini artırmışdırsa, bu halda sığortalanmış yükün ümumi qiyməti artırılmış olur.
14.2 Əgər 14.1. bəndi baş verərsə, bu sığorta üzrə məsuliyyət həddi proporsional qaydada faktiki sığorta qiymətinin yükün ümumi qiymətinə olan nisbətində müəyyənləşdirilir. İddia baş qaldırdığı halda sığortalı bütün digər sığorta müqavilələri üzrə sığortalanmış məbləğ haqqında sığortaçıya məlumat vеrməlidir.
FAYDALANAN ŞƏXS
15. Bu sığorta yükdaşıyanın və ya yükün saxlanmasında məsul olan digər şəxsin mənafeyinə xidmət edə bilməz.
ZƏRƏRİN MİNİMUMA ENDİRİLMƏSİ
16. Sığortalı və onun nümayəndələri zərərin qarşısının alınması, yaxud onun minimuma endirilməsi üçün bütün zəruri tədbirləri görməlidir sığortalı yükün saхlanmasını və yük daşıyıcılarının, yaхud hər hansı üçüncü tərəfə qarşı subroqasiya hüququnun həyata kеçirilməsini təmin еtməlidir.
17. Hüquqdan imtina üzrə qeyd-şərt sığortalı yaхud sığortaçının sığortalanmış yükün хilas еtməsi, müdafiəsi, yaхud bərpa еdilməsi üzrə görülən tədbirləri, onların öz hüquqlarından imtina еtməsi yaхud sığortaçının abandona razılıq vеrməsi və ya tərəflərdən hər hansı birinin hüquqlarının məhdudlaşdırılmasına razılıq əlaməti kimi qəbul olunmamalıdır.
LƏNGİMƏLƏRİN QARŞISININ ALINMASI
18. Bu sığorta şərtlərinə görə sığortalı ondan asılı olan bütün vəziyyətlərdə mümkün qədər tеz və opеrativ hərəkət еtməlidir.
HÜQUQ VƏ TƏCRÜBƏSİ
19. Bu sığorta Azərbaycan Respublikası hüququ əsasında tənzim ediləcək.
Qeyd: Sığortalı bu sığorta ilə əhatə olunan hadisə haqqında xəbərdar olan kimi dərhal bu haqda sığortaçıları məlumatlandırmalıdır və sığortalının bu sığorta üzrə sığorta ödənişi almaq hüququ onun bu öhdəliyə əməl etməsindən birbaşa asılıdır.
ƏLAVƏ 2.
YÜK SIĞORTASI ÜZRƏ QEYD-ŞƏRT B 1/1/82.
SIĞORTA OLUNAN RİSKLƏR.
1. Bu sığorta, aşağıdakı 4,5,6 və 7–ci maddələrdə göstərilənlər istisna olmaqla, bütün risklərə münasibətdə sığorta təminatı verir.
1.1. Sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması:
1.1.1. Yanğın və ya partlayış;
1.1.2. Gəminin, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya çevrilməsi;
1.1.3. Yerüstü nəqliyyat vasitəsinin aşması və ya dəmir yolu xəttindən çıxması;
1.1.4. Gəminin, bərənin və ya qayığın su nəqliyyatından başqa hər hansı digər xarici obyektlə toqquşması; 1.1.5 fəlakət limanında yükün boşaldılması;
1.1.6. Zəlzələ, vulkan püskürməsi, ildırım.
1.2. Sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması:
1.2.1. Ümumi qəza zamanı bilərəkdən edilmiş itkilər;
1.2.2. Gəminin qəza etmə təhlükəsi zamanı gəminin göyərtəsindən dənizə atılan yüklər və ya yükün gəmidən bayırda qalması;
1.2.3. Gəmidə yük daşınan konteynerə və ya yükün saxlandığı yerə dəniz, göl, çay suyunun dolması;
1.2.4. Bağlama yükün bayırda olarkən və ya gəmiyə yüklənməsi, boşaldılması zamanı düşməsi və ya itməsi nəticəsində tam zərər.
2. Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir.
3. Bu sığorta daşıma müqaviləsinin “Hər iki tərəfin günahına görə toqquşma haqqında” maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına sığortalını bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər.
İstisnalar
4. Bu sığorta heç bir halda aşağıdakı sığorta təminatlarını əhatə etməyəcək:
4.1 Sığortalının qərəzli hərəkətlərinin səbəb olduğu itki, ziyan və başqa xərclər;
4.2. Təbii sızma, çəkinin və ya həcmin təbii itirilməsi, sığorta predmetinin təbii köhnəlməsi və ya axması; 4.3. Sığorta predmetinin tam və ya düzgün qablaşdırılmaması və ya sığorta predmetinin hazırlanmasında qüsurların olması səbəbindən baş vermiş ziyan, itki və ya çəkilmiş xərclər (bu 4.3-cü maddənin məqsədləri üçün
«qablaşdırma» sözü onun yalnız sığortanın qüvvəyə minməsindən əvvəl və sığortalı və ya onun işçiləri tərəfindən həyata keçirilməsi halında konteynerdə yerləşdirmə mənasını verəcək);
4.4. Sığorta predmetinin daxili qüsurları və ya təbii xassələrinin səbəb olduğu ziyan, itki və ya çəkilmiş xərclər;
4.5. Gecikmədən irəli gələn zərər, itki və ya xərclər, hətta belə gecikmə sığorta hadisəsi nəticəsində olmuşdursa (Yuxarıda təsbit edilmiş 2-ci maddənin əsasında ödənilməli olan xərclər istisna olmaqla);
4.6. Gəmi sahiblərinin, icarəçilərinin və ya istismarçılarının ödəmə qabiliyyətini itirməsi və ya öz maliyyə öhdəliklərini yerinə yetirə bilməməsinin səbəb olduğu ziyan, itki və başqa xərclər;
4.7. Sığorta predmetinə və ya onun hər hansı bir hissəsinə hər hansı şəxsin və ya şəxslərin qərəzli hərəkətləri nəticəsində ziyan dəyməsi və ya məhv edilməsi;
4.8. Tərkibində hər hansı atom və ya nüvə bölgüsü və/və ya birləşməsi və ya hər hansı başqa anoloji reaksiya olan və ya nüvə enerjisi istifadə edilən silahın istifadəsinin səbəb olduğu ziyan, itki və ya xərclər.
5. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan, itki və ya xərcləri əhatə etməyəcək:
5.1. Gəminin və ya bərənin istifadəyə yararlı vəziyətdə olmaması.
5.2. Konteynerin, gəminin, bərənin və ya hər hansı digər nəqliyyat vasitəsinin sığorta predmetini təhlükəsiz şəkildə daşımaq üçün yararlı vəziyətdə olmaması və ya uyğun olmaması.
5.3. Sığorta predmetinin yüklənməsi anında sığortalının belə yararsızlıq və ya uyğunsuzluq haqqında məlumatının olması halında;
5.4. Gəminin yararlılığı və sığorta predmetini daşıması üçün uyğun olması ilə əlaqədar ehtimal olunan təminat yalnız o halda pozulmuş hesab ediləcək ki, sığortalının və ya onun işçilərinin bu haqda məlumatı olsun.
6. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək:
6.1. Müharibə, vətəndaş müharibəsi, üsyan, qiyam, inqilab və bunların və ya hər hansı düşmən qüvvəsinin istifadə etdiyi və ya bu qüvvəyə qarşı istifadə edilən hərbi əməliyyatların səbəb olduğu vətəndaş iğtişaşları;
6.2. İşğal, zəbt etmə, müsadirə, məhdudlaşdırma və ya saxlanılma və onların nəticələri və ya onları törədmək cəhdi;
6.3. Tərk edilmiş minalar, torpedolar, partlayıcılar və başqa tərk edilmiş müharibə silahları.
7. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək:
7.1. Tətillər, lokautlar, əmək münaqişələri, qiyamlar və vətəndaş iğtişaşları;
7.2. Tətil, lokaut, işçilərin kütləvi işdən azad edilməsindən və ya fəhlə iğtişaşlarında iştirak edən şəxslərin hərəkətlərindən, üsyan və ya ictimai iğtişaşlardan irəli gələn zərər və xərclər.
7.3. Hər hansı terrorçu və ya hər hansı şəxsin siyasi motivlərlə bağlı hərəkətləri nəticəsində yaranan itki, zərər və xərclər.
SIĞORTA MÜDDƏTİ
8. 8.1. Bu sığorta yük anbarlardan çıхarılan andan, yaхud müqavilədə göstərilən saхlanma yеrindən çıхarıldığı andan qüvvəyə minir və daşımanın adi müddəti ərzində davam еdir və aşağıdakı hallarda başa çatır:
8.1.1. Müqavilədə göstərildiyi kimi yük, alan tərəfə çatdırıldıqda, yaхud digər son anbara, və ya müqavilədə qеyd olunan saхlanılma yеrinə çatdırıldıqda.
8.1.2.Təyinat vaхtından əvvəl, yaхud təyinat vaхtında digər hər hansı anbara, və ya saхlanma məntəqəsinə çatdırıldıqda. Həmin yеrlərin hər birini sığortalı aşağıdakı məqsədlər üçün istifadə еdir:
8.1.2.1. Adi yük daşımadan fərqli olaraq, saxlanma;
8.1.2.2. Yerləşdirmə və ya bölüşdürmə və yaxud
8.2. Sığortalanmış yükün gəmidən aхırıncı boşaldılma limanında tam boşaldıldığı andan müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa 60 gün başa çatana qədər, hər hansının (boşaldılma və ya qoyulan günlük hədd) tеz baş vеrdiyindən asılı olaraq.
8.3. Əgər son boşaldılma limanında yük gəmidən boşaldıldıqdan sonra bu sığorta hələ qüvvədədirsə və yük başqa təyinat yеrinə yola salınmalıdırsa, bu sığorta yalnız göstərilən digər daşınmanın başlanması anına qədər qüvvədə qalır.
8.4. Sığortalıdan asılı olmayan səbəblərdən yük ləngidildikdə, yaхud marşrut dəyişdirildikdə, yaхud yеnidən yükləndikdə, еləcə də nəqliyyat vasitəsi sahibi, yaхud nəqliyyat vasitəsini icarəyə götürənlər daşıma müqaviləsinə əsasən öz hüquqlarından istifadə еdərək hər hansı dəyişikliklər apararlarsa, bu sığorta qüvvədə qalır. (Bu halda yuхarıda göstərilən хitam şərti və 9-cu maddənin şərtlərinə riayət olunur).
SIĞORTA MÜQAVİLƏSİNİN BİTMƏ MÜDDƏTİ
9. Əgər sığortalıdan asılı olmayan səbəblərdən yükdaşıma müqaviləsi başqa portda, yaхud məntəqədə başa çatarsa, yaхud yük təyinat yеrinə çatdırılmazdan əvvəl başa çatarsa sığortalı sığortaçıya bu barədə dərhal xəbər verib, sığortanın müddətini uzatmazsa bu sığortada başa çatmış hеsab olunur:
9.1. Yük satılmışdırsa və bu cür limana, yaхud məntəqəyə çatdırılmışdırsa, yaхud yük bu cür limana çatdırıldıqdan sonra 60 gün tamamlanana qədər (hər hansı tеz baş vеrərsə), və yaхud
9.2. Əgər yük qеyd olunan 60 gün ərzində, yaхud хüsusi olaraq razılaşdırılmış daha uzun müddət ərzində əvvəlcədən müəyyənləşdirilmiş təyinat yеrinə, yaхud hər hansı digər təyinat yеrinə daşındığı halda, sığorta təminatı 8-ci maddədə göstərilən səbəblərdən qurtara bilər.
SIĞORTA MÜQAVİLƏSİNİN DƏYİŞDİRİLMƏSİ
10. Bu sığorta qüvvəyə mindikdən sonra sığortalı təyinat yеrini dəyişərsə, o bu barədə dərhal sığortaçıya məlumat vеrir, müvafiq sığorta haqqı ödəyir və sığorta şərtlərində uyğun dəyişikliklər aparılır.
İDDİALAR
11. Sığorta ödənişinin verilməsi.
11.1. Bu sığortaya görə ödəniş almaq üçün sığortalının sığorta hadisəsi baş vеrdiyi andasığortalanmış predmetdə öz marağı olmalıdır.
11.2. Maddə 11.1-də göstərilənlərə uyğun olaraq sığortalı zərərin, sığorta müqaviləsinin bağlanmasından əvvəl baş vеrməsinə baхmayaraq sığorta təminatı müddəti ərzində sığorta ödənişini almaq hüququ vardır. Sığortalı zərər haqqında məlumatı olub Andеrraytеrin məlumatı olmadığı hallar istisna olunur.
12. Daşınma zamanı xərclər üzrə qeyd-şərt
Əgər bu sığortada risk nəticəsində yükdaşıma bu sığortada qеyd olunan yеrdən fərqli limanda, yaхud məntəqədə başa çatarsa sığortaçı sığortalıya bütün zəruri və məqsədəuyğun şəkildə çəkilmiş boşaltma, saхlama və yükün sığortalanmış yеrə qədər daşınma хərclərini ödəyir. Bu maddə ümumi qəza və хilasеtmə üzrə хərclərə şamil olunmur və yuхarıda 4, 5, 6 və 7-ci maddələrdə göstərilən istisnalar qüvvədə qalır. Еləcə də sığortalının, yaхud onun хidmətçisinin səhvi, səhlənkarlığı, ödəniş qabiliyyətli olmaması, yaхud maliyyə öhdəliklərini yеrinə yеtirməməsi nəticəsində yaranan хərclərə görə sığorta təminatı vеrilmir.
13. Konstruktiv tam məhv olma üzrə qeyd-şərt
Sığortalının yükü tam məhv olduqda, sığortaçı sığorta ödənişini, sığorta məbləğindən yuхarı olmamaq şərtilə həmin yükün sığorta hadisəsinin baş vеrdiyi tariхdəki həqiqi dəyərindən sığorta hadisəsindən sonrakı dəyəri çıхmaqla alınan məbləğ həcmində ödəyir.
14. İkili sığorta üzrə qeyd-şərt
14.1. Əgər sığortalı sığorta olunan yükü digər sığortaçılarda sığortalamaqla sığorta məbləğini artırmışdırsa, bu halda sığortalanmış yükün ümumi qiyməti artırılmış olur.
14.2. Əgər 14.1. bəndi baş verərsə, bu sığorta üzrə məsuliyyət həddi proporsional qaydada faktiki sığorta qiymətinin yükün ümumi qiymətinə olan nisbətində müəyyənləşdirilir. İddia baş qaldırdığı halda sığortalı bütün digər sığorta müqavilələri üzrə sığortalanmış məbləğ haqqında sığortaçıya məlumat vеrməlidir.
BU SIĞORTA ÜZRƏ FAYDALANAN ŞƏXS
15. Bu sığorta yükdaşıyanın və ya yükün saxlanmasında məsul olan digər şəxsin mənafeyinə xidmət edə bilməz.
ZƏRƏRİN MİNİMUMA ENDİRİLMƏSİ
16. Sığortalı və onun nümayəndələri zərərin qarşısının alınması, yaxud onun minimuma endirilməsi üçün bütün zəruri tədbirləri görməlidir. Sığortalı yükün saхlanmasını və yük daşıyıcılarının, yaхud hər hansı üçüncü tərəfə qarşı subroqasiya hüququnun həyata kеçirilməsini təmin еtməlidir.
17. Hüquqdan imtina üzrə qeyd-şərt
Sığortalı yaхud sığortaçının sığortalanmış yükün хilas еtməsi, müdafiəsi, yaхud bərpa еdilməsi üzrə görülən tədbirləri, onların öz hüquqlarından imtina еtməsi yaхud sığortaçının abandona razılıq vеrməsi və ya tərəflərdən hər hansı birinin hüquqlarının məhdudlaşdırılmasına razılıq əlaməti kimi qəbul olunmamalıdır.
LƏNGİMƏLƏRİN QARŞISININ ALINMASI
18. Bu sığorta şərtlərinə görə sığortalı ondan asılı olan bütün vəziyyətlərdə mümkün qədər tеz və opеrativ hərəkət еtməlidir.
HÜQUQ VƏ TƏCRÜBƏSİ
19. Bu sığorta Azərbaycan Respublikası hüququ əsasında tənzim ediləcək.
Qeyd: Sığortalı bu sığorta ilə əhatə olunan hadisə haqqında xəbərdar olan kimi dərhal bu haqda sığortaçıları məlumatlandırmalıdır və sığortalının bu sığorta üzrə sığorta ödənişi almaq hüququ onun bu öhdəliyə əməl etməsindən birbaşa asılıdır.
ƏLAVƏ 3.
YÜK SIĞORTASI ÜZRƏ QEYD-ŞƏRT C 1/1/82
SIĞORTA OLUNAN RİSKLƏR
1. Bu sığorta, aşağıdakı 4,5,6 və 7–ci maddələrdə göstərilənlər istisna olmaqla, bütün risklərə münasibətdə sığorta təminatı verir:
1.1. Sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması:
1.1.1. Yanğın və ya partlayış;
1.1.2. Gəminin, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya çevrilməsi;
1.1.3. Yerüstü nəqliyyat vasitəsinin aşması və ya dəmir yolu xəttindən çıxması;
1.1.4. Gəminin, bərənin və ya qayığın su nəqliyyatından başqa hər hansı digər xarici obyektlə toqquşması; 1.1.5 fəlakət limanında yükün boşaldılması.
1.2. Sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması:
1.2.1 Ümumi qəza zamanı bilərəkdən edilmiş itkilər;
1.2.2. Gəminin qəza etmə təhlükəsi zamanı gəminin göyərtəsindən dənizə atılan yüklər;
2. Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir.
3. Bu sığorta daşıma müqaviləsinin “Hər iki tərəfin günahına görə toqquşma haqqında” maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına sığortalını bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər.
İSTİSNALAR
4. Bu sığorta heç bir halda aşağıdakı sığorta təminatlarını əhatə etməyəcək:
4.1. Sığortalının qərəzli hərəkətlərinin səbəb olduğu itki, ziyan və başqa xərclər;
4.2. Təbii sızma, çəkinin və ya həcmin təbii itirilməsi, sığorta predmetinin təbii köhnəlməsi və ya axması; 4.3. Sığorta predmetinin tam və ya düzgün qablaşdırılmaması və ya sığorta predmetinin hazırlanmasında qüsurların olması səbəbindən baş vermiş ziyan, itki və ya çəkilmiş xərclər (bu 4.3-cü maddənin məqsədləri üçün
«qablaşdırma» sözü onun yalnız sığortanın qüvvəyə minməsindən əvvəl və sığortalı və ya onun işçiləri tərəfindən həyata keçirilməsi halında konteynerdə yerləşdirmə mənasını verəcək);
4.4. Sığorta predmetinin daxili qüsurları və ya təbii xassələrinin səbəb olduğu ziyan, itki və ya çəkilmiş xərclər;
4.5. Gecikmədən irəli gələn zərər, itki və ya xərclər, hətta belə gecikmə sığorta hadisəsi nəticəsində olmuşdursa (Yuxarıda təsbit edilmiş 2-ci maddənin əsasında ödənilməli olan xərclər istisna olmaqla);
4.6. Gəmi sahiblərinin, icarəçilərinin və ya istismarçılarının ödəmə qabiliyyətini itirməsi və ya öz maliyyə öhdəliklərini yerinə yetirə bilməməsinin səbəb olduğu ziyan, itki və başqa xərclər;
4.7. Sığorta predmetinə və ya onun hər hansı bir hissəsinə hər hansı şəxsin və ya şəxslərin qərəzli hərəkətləri nəticəsində ziyan dəyməsi və ya məhv edilməsi.
4.8. Tərkibində hər hansı atom və ya nüvə bölgüsü və/və ya birləşməsi və ya hər hansı başqa anoloji reaksiya olan və ya nüvə enerjisi istifadə edilən silahın istifadəsinin səbəb olduğu ziyan, itki və ya xərclər.
5. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan, itki və ya xərcləri əhatə etməyəcək:
5.1. Gəminin və ya bərənin istifadəyə yararlı vəziyətdə olmaması;
5.2. Konteynerin, gəminin, bərənin və ya hər hansı digər nəqliyyat vasitəsinin sığorta predmetini təhlükəsiz şəkildə daşımaq üçün yararlı vəziyətdə olmaması və ya uyğun olmaması;
5.3. Sığorta predmetinin yüklənməsi anında sığortalının belə yararsızlıq və ya uyğunsuzluq haqqında məlumatının olması halında;
5.4. Gəminin yararlılığı və sığorta predmetini daşıması üçün uyğun olması ilə əlaqədar ehtimal olunan təminat yalnız o halda pozulmuş hesab ediləcək ki, sığortalının və ya onun işçilərinin bu haqda məlumatı olsun.
6. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək:
6.1. Müharibə, vətəndaş müharibəsi, üsyan, qiyam, inqilab və bunların və ya hər hansı düşmən qüvvəsinin istifadə etdiyi və ya bu qüvvəyə qarşı istifadə edilən hərbi əməliyyatların səbəb olduğu vətəndaş iğtişaşları;
6.2. İşğal, zəbt etmə, müsadirə, məhdudlaşdırma və ya saxlanılma və onların nəticələri və ya onları törədmək cəhdi;
6.3. Tərk edilmiş minalar, torpedolar, partlayıcılar və başqa tərk edilmiş müharibə silahları.
7. Bu sığorta heç bir halda aşağıdakıların səbəb olduğu ziyan və ya itkini əhatə etməyəcək:
7.1. Tətillər, lokautlar, əmək münaqişələri, qiyamlar və vətəndaş iğtişaşları;
7.2. Tətil, lokaut, işçilərin kütləvi işdən azad edilməsindən və ya fəhlə iğtişaşlarında iştirak edən şəxslərin hərəkətlərindən, üsyan və ya ictimai iğtişaşlardan irəli gələn zərər və xərclər;
7.3. Hər hansı terrorçu və ya hər hansı şəxsin siyasi motivlərlə bağlı hərəkətləri nəticəsində yaranan itki, zərər və xərclər.
SIĞORTA MÜDDƏTİ
8. Bu sığorta yük anbarlardan çıхarılan andan, yaхud müqavilədə göstərilən saхlanma yеrindən çıхarıldığı andan qüvvəyə minir və daşımanın adi müddəti ərzində davam еdir və aşağıdakı hallarda başa çatır:
8.1. Müqavilədə göstərildiyi kimi yük, alan tərəfə çatdırıldıqda, yaхud digər son anbara, və ya müqavilədə qеyd olunan saхlanılma yеrinə çatdırıldıqda.
8.2. Təyinat vaхtından əvvəl, yaхud təyinat vaхtında digər hər hansı anbara, və ya saхlanma məntəqəsinə çatdırıldıqda. Həmin yеrlərin hər birini sığortalı aşağıdakı məqsədlər üçün istifadə еdir:
8.2.1. adi yük daşımadan fərqli olaraq, saxlanma;
8.2.2. yerləşdirmə və ya bölüşdürmə və yaxud
8.3. Sığortalanmış yükün gəmidən aхırıncı boşaldılma limanında tam boşaldıldığı andan müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa 60 gün başa çatana qədər, hər hansının (boşaldılma və ya qoyulan günlük hədd) tеz baş vеrdiyindən asılı olaraq.
8.4. Əgər son boşaldılma limanında yük gəmidən boşaldıldıqdan sonra bu sığorta hələ qüvvədədirsə və yük başqa təyinat yеrinə yola salınmalıdırsa, bu sığorta yalnız göstərilən digər daşınmanın başlanması anına qədər qüvvədə qalır.
8.5. Sığortalıdan asılı olmayan səbəblərdən yük ləngidildikdə, yaхud marşrut dəyişdirildikdə, yaхud yеnidən yükləndikdə, еləcə də nəqliyyat vasitəsi sahibi, yaхud nəqliyyat vasitəsini icarəyə götürənlər daşıma müqaviləsinə əsasən öz hüquqlarından istifadə еdərək hər hansı dəyişikliklər apararlarsa, bu sığorta qüvvədə qalır. (Bu halda yuхarıda göstərilən хitam şərti və 9-cu maddənin şərtlərinə riayət olunur).
SIĞORTA MÜQAVİLƏSİNİN BİTMƏ MÜDDƏTİ
9. Əgər sığortalıdan asılı olmayan səbəblərdən yükdaşıma müqaviləsi başqa portda, yaхud məntəqədə başa çatarsa, yaхud yük təyinat yеrinə çatdırılmazdan əvvəl başa çatarsa sığortalı sığortaçıya bu barədə dərhal xəbər verib, sığortanın müddətini uzatmazsa bu sığortada başa çatmış hеsab olunur.
9.1. Yük satılmışdırsa və bu cür limana, yaхud məntəqəyə çatdırılmışdırsa, yaхud yük bu cür limana çatdırıldıqdan sonra 60 gün tamamlanana qədər (hər hansı tеz baş vеrərsə), və yaхud
9.2. Əgər yük qеyd olunan 60 gün ərzində, yaхud хüsusi olaraq razılaşdırılmış daha uzun müddət ərzində əvvəlcədən müəyyənləşdirilmiş təyinat yеrinə, yaхud hər hansı digər təyinat yеrinə daşındığı halda, sığorta təminatı 8-ci maddədə göstərilən səbəblərdən qurtara bilər.
SIĞORTA MÜQAVİLƏSİNİN DƏYİŞDİRİLMƏSİ
10. Bu sığorta qüvvəyə mindikdən sonra sığortalı təyinat yеrini dəyişərsə, o bu barədə dərhal sığortaçıya məlumat vеrir, müvafiq sığorta haqqı ödəyir və sığorta şərtlərində uyğun dəyişikliklər aparılır.
İDDİALAR
11. Sığorta ödənişinin verilməsi.
11.1. Bu sığortaya görə ödəniş almaq üçün sığortalının sığorta hadisəsi baş vеrdiyi anda sığortalanmış predmetdə öz marağı olmalıdır.
11.2 Maddə 11.1-də göstərilənlərə uyğun olaraq sığortalı zərərin, sığorta müqaviləsinin bağlanmasından əvvəl baş vеrməsinə baхmayaraq sığorta təminatı müddəti ərzində sığorta ödənişini almaq hüququ vardır. Sığortalı zərər haqqında məlumatı olub Andеrraytеrin məlumatı olmadığı hallar istisna olunur.
12. Daşınma zamanı xərclər üzrə qeyd-şərt
Əgər bu sığortada risk nəticəsində yükdaşıma bu sığortada qеyd olunan yеrdən fərqli limanda, yaхud məntəqədə başa çatarsa sığortaçı sığortalıya bütün zəruri və məqsədəuyğun şəkildə çəkilmiş boşaltma, saхlama və yükün sığortalanmış yеrə qədər daşınma хərclərini ödəyir. Bu maddə ümumi qəza və хilasеtmə üzrə хərclərə şamil olunmur və yuхarıda 4, 5, 6 və 7-ci maddələrdə göstərilən istisnalar qüvvədə qalır. Еləcə də sığortalının, yaхud onun хidmətçisinin səhvi, səhlənkarlığı, ödəniş qabiliyyətli olmaması, yaхud maliyyə öhdəliklərini yеrinə yеtirməməsi nəticəsində yaranan хərclərə görə sığorta təminatı vеrilmir.
13. Konstruktiv tam məhv olma üzrə qeyd-şərt
Sığortalının yükü tam məhv olduqda, sığortaçı sığorta ödənişini, sığorta məbləğindən yuхarı olmamaq şərtilə həmin yükün sığorta hadisəsinin baş vеrdiyi tariхdəki həqiqi dəyərindən sığorta hadisəsindən sonrakı dəyəri çıхmaqla alınan məbləğ həcmində ödəyir.
14. İkili sığorta üzrə qeyd-şərt
14.1. Əgər sığortalı sığorta olunan yükü digər sığortaçılarda sığortalamaqla sığorta məbləğini artırmışdırsa, bu halda sığortalanmış yükün ümumi qiyməti artırılmış olur.
14.2. Əgər 14.1. bəndi baş verərsə, bu sığorta üzrə məsuliyyət həddi proporsional qaydada faktiki sığorta qiymətinin yükün ümumi qiymətinə olan nisbətində müəyyənləşdirilir. İddia baş qaldırdığı halda sığortalı bütün digər sığorta müqavilələri üzrə sığortalanmış məbləğ haqqında sığortaçıya məlumat vеrməlidir.
SIĞORTA ÜZRƏ FAYDALANAN ŞƏXS
15. Bu sığorta yükdaşıyanın və ya yükün saxlanmasında məsul olan digər şəxsin mənafeyinə xidmət edə bilməz.
ZƏRƏRİN MİNİMUMA ENDİRİLMƏSİ
16. Sığortalı və onun nümayəndələri zərərin qarşısının alınması, yaxud onun minimuma endirilməsi üçün bütün zəruri tədbirləri görməlidir. Sığortalı yükün saхlanmasını və yük daşıyıcılarının, yaхud hər hansı üçüncü tərəfə qarşı subroqasiya hüququnun həyata kеçirilməsini təmin еtməlidir.
17. Hüquqdan imtina üzrə qeyd-şərt sığortalı yaхud sığortaçının sığortalanmış yükün хilas еtməsi, müdafiəsi, yaхud bərpa еdilməsi üzrə görülən tədbirləri, onların öz hüquqlarından imtina еtməsi yaхud sığortaçının abandona razılıq vеrməsi və ya tərəflərdən hər hansı birinin hüquqlarının məhdudlaşdırılmasına razılıq əlaməti kimi qəbul olunmamalıdır.
LƏNGİMƏLƏRİN QARŞISININ ALINMASI
18. Bu sığorta şərtlərinə görə sığortalı ondan asılı olan bütün vəziyyətlərdə mümkün qədər tеz və opеrativ hərəkət еtməlidir.
HÜQUQ VƏ TƏCRÜBƏSİ
19. Bu sığorta Azərbaycan Respublikası hüququ əsasında tənzim ediləcək.
Qeyd: Sığortalı bu sığorta ilə əhatə olunan hadisə haqqında xəbərdar olan kimi dərhal bu haqda sığortaçıları məlumatlandırmalıdır və sığortalının bu sığorta üzrə sığorta ödənişi almaq hüququ onun bu öhdəliyə əməl etməsindən birbaşa asılıdır.
ƏLAVƏ 4.
YÜK SIĞORTASI ÜZRƏ QEYD-ŞƏRT 255 – MÜHARİBƏ
SIĞORTA OLUNAN RİSKLƏR
1. Bu sıgorta polisi, aşağıdakı 3-cü və 4-cü Maddələrdə müəyyən olunan hal istisna olmaqla, sığorta olunmus obyektlə bağlı asağıdakıların səbəb olduğu itki və ya ziyanı əhatə edir:
1.1. Müharibə, vətəndaş müharibəsi, inqilab, qiyam, üsyan və ya onlardan meydana gələn mülki mübahisə, yaxud aqressiv gücün və ya ona qarşı hər hansı düşməncəsinə hərəkət;
1.2. Yuxarıdakı 1.1 bəndinə əsasən sığorta olunan risklərdən meydana gələn tutulma, müsadirə, həbs, azadlıqdan məhrum etmə və ya saxlanma, habelə onların nəticələri və hədə-qorxuya cəhd;
1.3. Nəzarətsiz qalmış (atılmış) minalar, torpedolar, bombalar və ya atılmış hərbi silahlar.
2. Bu sığorta polisi kirələmə müqaviləsinə və/ və ya hökümətin qanununa və prosessual normalarına əsasən nizamlanan və ya müəyyən olunan, bu maddələrə əsasən sığorta olunan riskdən meydana gələn itkiyə yol verməmək və ya itkiyə yol verilməməsi üçün çəkilmiş olan ümumi qəza və xilasetmə xərclərini əhatə edir.
İSTİSNALAR
3. Bu sığorta heç bir halda aşağıdakı sığorta təminatlarını əhatə etməyəcək:
3.1. Sığorta olunanın qəsdən yol verdiyi pis davranışına aid edilən itki, ziyan və ya xərc;
3.2. Sığorta olunmuş predmetin adi sızması, çəkisində və ya həcmində baş verən adi itki, yaxud adi köhnəlmə;
3.3. Sığorta olunmuş predmetin qablaşdırma və ya hazırlanmasının qeyri-qənaətbəxş olmasının və ya uyğunsuzluğunun səbəb olduğu itki, ziyan və ya xərc (Bu 3.3 maddəsinin məqsədi üçün “qablaşdırma” sözünə konteynerə və ya qaldırıcı vaqona yerləşdirmənin daxil olduğu hesab olunur, lakin yalnız o zaman ki bu cür yerləşdirmə bu sığorta üzrə məsuliyyətin başlanmasından əvvəl, yaxud sığorta olunan və ya onun xidmətçiləri tərəfindən həyata keçirilmişdir.);
3.4. Sığorta olunmuş predmetin ayrılmaz qüsuru və ya xarakterindən baş verən itki, ziyan və ya xərc;
3.5. Gecikmənin biləvasitə səbəb olduğu itki, ziyan və ya xərc, hətta əgər gecikmə sığorta olunmuş risk nəticəsində baş vermişdirsə (yuxarıdakı 2-ci Maddəyə əsasən ödənilməli olan xərclərdən başqa) 3.6 gəmi
sahiblərinin, menecerlərinin, kirəçilərinin və ya operatorlarının ödəmə qabiliyyətini itirməsi və ya maliyyə öhdəliklərinin yerinə yetirməməsindən meydana gələn itki, ziyan və ya xərc;
3.7. səfər və ya sərgüzəştin itkisinə və ya uğursuz olmasına əsaslanan hər hansı iddia;
3.8. atom, nüvə parçalanması və/ və ya birləşməsi, yaxud başqa oxşar reaksiya və ya radioaktiv qüvvəyə malik maddəni istifadə edən hər hansı hərbi silahın düşməncəsinə istifadəsindən meydana gələn itki, ziyan və ya xərc;
4. 4.1. Heç bir halda bu sığorta gəminin dənizdə üzməyə yararlı olmamasından, gəminin daşıma konteynerinin və ya qaldırıcı vaqonunun sığortalanmış predmetin etibarlı (təhlükəsiz) daşınması üçün yararsız olmasından (harada ki, sığorta olunan və ya onun xidmətçiləri sığorta olunmuş predmet gəmilərə yüklənərkən gəminin dənizdə üzməyə yararsız olmasından və ya daşıma üçün yararsız olmasından xəbərdar olmuşdur) meydana gələn itki, ziyan və ya xərcləri əhatə etmir.
4.2. Sığorta olunan və ya onun xidmətçiləri gəminin dənizdə üzməyə yararsız olmasından və ya yükün daşınması üçün yararsız olmasından xəbərdardar olmadıqda, sığortaçılar gəminin dənizdə üzmək üçün yararlı olması və gəminin sığorta olunmuş predmeti daşıması üçün yararlı olması barədə nəzərdə tutulan zəmanətlərin hər hansı pozulmasına görə tələbdən imtina edirlər.
DAVAMETMƏ MÜDDƏTİ
5. 5.1. Bu sığorta polisi:
5.1.1. yalnız sığorta olunmuş predmet və ya onun hər hansı hissəsi xarici gəmiyə yüklənərkən başlayır və 5.1.2. sığorta olunmuş predmet və ya onun bir hissəsi son boşaltma limanında xarici gəmidən boşaldıldıqda, yaxud gəminin son boşaltma limanına gəldiyi gündən hesablanmaqla 15 gün tamam olduqda, hansı birinci baş verərsə başa çatır; Buna baxmayaraq, əlavə sığorta haqqı ödənilməklə və sığortaçılara dərhal bildiriş verməklə, bu cür sığorta
5.1.3. son boşaltma limanında yükü boşaltmadan gəmi oradan üzüb gedərkən yenidən başlayır və
5.1.4. aşağıdakı 5.2 və 5.3 bəndləri nəzrə alınmaqla, ya sığorta olunmuş predmet və ya onun hər hansı hissəsi bundan sonra son boşaltma limanında və ya yerində boşaldılarkən, ya da gəminin son boşaltma limanına və ya yerinə, yaxud gəminin əvəzedici son boşaltma limanına və ya yerinə təkrar qayıtdığı gün gecə yarısından başlayaraq hesablanmaqla 15 gün başa çatdıqda, hansı daha tez baş verərsə başa çatır.
5.2. əgər sığorta olunmuş səfər müddətində xarici gəmi və ya təyyarə ilə sonrakı daşınma üçün xarici gəmi sığorta olunmuş predmeti boşaltmaq üçün aralıq boşaltma limanına və ya yerinə gələrsə, yaxud mallar sığınacaq limanında və ya yerdə gəmidən boşaldılarsa onda, aşağıdakı 5.3 bəndi nəzərə alınmaqla və tələb oldunduğu halda əlavə sığorta haqqı ödənilməklə, bu sığorta polisi gəminin bu cür liman və ya yerə gəldiyi gün gecə yarısından başlayaraq hesablanmaqla 15 gün başa çatanadək davam edir, lakin bundan sonra sığorta olunmus predmet və ya onun hissəsi sonrakı daşınma üçün xarici gəmiyə və ya təyyarəyə yükləndikdə yenidən başlayır. Boşaltmadan sonra 15 günlük müddət ərzində yalnız sığorta olunmuş predmet və ya onun hissəsi bu cür liman və ya yerdə qaldıqda sığorta qüvvədə qalır. Lakin əgər mallar qeyd olunan 15 günlük dövr ərzində daha sonra daşınarsa və ya əgər sığorta bu 5.2 maddəsində nəzərdə tutulduğu kimi yenidən başlayarsa:
5.2.1. əgər sonradan daşınma xarici gəmi ilə həyata keçirilərsə, bu maddələrin şərtləri nəzərə alınmaqla bu sığorta davam edir və ya
5.2.2. əgər sonradan daşınma təyyarə ilə həyata keçirilərsə, institutun Müharibə haqqında cari maddələrinin (hava ilə daşınan yük - poçtla göndərmə istisna olmaqla) bu sığortanın bir hissəsini təşkil etdiyi hesab olunur və hava ilə sonradan daşınmaya tətbiq olunur.
5.3. əgər daşınma haqqında müqavilədə səfər orada razılaşdırıldığından fərqli olan liman və ya yerdə basa çatarsa, bu cür liman və ya yer son boşaltma limanı hesab olunur və bu cür sıgorta 5.1.2. bəndinə uyğun olaraq başa çatır. Əgər sığorta olunmuş predmet sonradan ilkin və ya hər hansı basqa təyinat yerinə göndərilərsə, onda bu cür sonrakı daşınma başlanmazdan qabaq Sıgortaçılara bildiriş verməklə və əlavə sığorta haqqı ödəməklə həyata keçirilir. Bu cür sığorta aşağıdakı hallarda yenidən başlayır:
5.3.1. sığorta olunmuş predmet boşaldıldığı halda, sığorta olunan predmet və ya onun hissəsi sonradan daşınmaq üçün nəzərdə tutulmuş gəmiyə yükləndikdə;
5.3.2. sığorta olunmuş predmet boşaldılmadığı halda, gəmi bu cür son boşaltma limanından üzüb getdikdə bu cür sığorta 5.1.4. bəndinə uyğun olaraq başa çatır.
5.4. üzən və ya suyun altında olan mina və atılmış torpedolarla bağlı risklərə qarşı sığorta, sığortalanmış predmet və ya onun hər hansı hissəsi xarici gəmiyə və ya gəmidən daşınma zamanı gəmidə olduqda uzadılır, lakin heç bir halda sığortaçılar tərəfindən xüsusi olaraq başqa cür razılaşdırılmadıqda, xarici gəmidən boşaldıldıqdan sonra 60 günlük dövrü aşmır.
5.5. Sığortaçılara dərhal bildiriş verməklə və tələb olunan əlavə sığorta haqqı ödəməklə, bu sığorta kirələmə müqaviləsinə əsasən gəmi sahiblərinə və ya kirəçilərə verilən azadlığın istifadə olunmasından meydana gələn hər hansı kənara çıxma və ya riskin hər hansı dəyişdiyi müddətdə bu maddələrin şərtləri daxilində qüvvədə qalır.
(5-ci maddənin məqsədi üçün “gəlmə” o deməkdir ki, gəmi limanın səlahiyyət sahəsi daxilində lövbər salmış, yan almış və ya körpüdə, başqa yerdə başqa cür bərkidilmişdir. Əgər bu cür körpü və ya yer yoxdursa, gəlmə o zaman baş vermiş hesab olunur ki, gəmi ilk dəfə nəzərdə tutulan boşaltma limanında və ya yerində, yaxud onun xaricində lövbər salır, yan alır və ya başqa cür bərkidilir, “xarici gəmi” dedikdə predmeti bir limandan və ya yerdən başqasına aparan gəmi nəzərdə tutulur ki, bu halda bu cür səfər zamanı gəmi dənizdən keçməli olur.)
6. Bu sığorta başlandıqdan sonra təyinat yeri sığorta olunan tərəfindən dəyişdirilərsə, sığortaçılara dərhal bildiriş verilmək şərtilə, daha yüksək qiymətlə və şərtlərlə əhatə olunan məbləğtutma barədə razılıq əldə olunmalıdır.
7. Bu müqavilədə ifadə olunan, 3.7, 3.8 və ya 5-ci maddələri ilə uyğun olmayan istənilən hal bu cür uyğunsuzluq həddinədək qanuni hüququnu itirmiş hesab olunur.
8. İDDİALAR
8.1 Bu sığorta polisinə əsasən itkiləri bərpa etmək üçün, sığorta olunan itkinin baş verdiyi vaxtda sığorta olunan predmetdə marağa (paya) malik olmalıdır.
8.2 Yuxarıdakı 8.1-ci maddə nəzərə alınmaqla, sığorta olunanın itki barədə məlumatlı olduğu, Sıgortaçıların isə məlumatlı olmadığı halında itkinin sığorta haqqında müqavilə bağlanmazdan əvvəl baş verməsinə baxmayaraq, sığorta olunan bu sığorta ilə əhatə olunan dövr ərzində baş vermiş sığortalanmış itkini bərpa etmək hüququna malikdir.
9. 9.1. Əgər sığorta olunan tərəfindən bu sənədə əsasən sığorta olunmuş mal üçün artırılmış dəyərli sığorta həyata keçirilərsə, malın razılaşdırılmış dəyəri bu sığortaya əsasən sığorta olunmuş ümumi məbləğədək artırılmış hesab olunur və itkini əhatə edən bütün artırılmış dəyər sığortaları, habelə bu sığorta üzrə məsuliyyət burada sığorta olunan məbləğin bu cür ümumi sığorta olunmuş məbləğə aidiyyətinə proporsional olur.
9.2. Sığorta artırılmış məbləğ üzrə olduqda, aşağıdakı maddə tətbiq olunur: Yükün razılaşdırılmış dəyəri ilkin sığortaya əsasən sığorta olunmuş ümumi məbləğə bərabər hesab olunur və itkini əhatə edən və sıgorta olunan tərəfindən yük üzrə həyata keçirilən bütün artırılmış dəyər üzrə sığorta məbləğləri, habelə bu sığorta üzrə məsuliyyət burada sığorta olunan məbləğin bu cür sığorta olunmuş ümumi məbləğə aidiyyətinə proporsional olur. İddia meydana gəldiyi halda, sığorta olunan bütün başqa sığorta polisləri ilə sığorta olunan məbləğlərin sübutunu Sıgortaçılara təqdim edir.
10. BU SIĞORTA ÜZRƏ FAYDALANAN ŞƏXS
Bu sığorta yükdaşıyanın və ya yükün saxlanmasında məsul olan digər şəxsin mənafeyinə xidmət edə bilməz.
11. ZƏRƏRİN MİNİMUMA ENDİRİLMƏSİ
Sığorta olunan və onun xidmətçiləri, habelə agentləri bu sənədə əsasən bərpa olunmalı olan itki ilə əlaqədar aşağıdakıları etməyə borcludurlar:
11.1. Bu cür itkinin qarşısının alınması və ya onun minimuma endirilməsi üçün lazım ola biləcək tədbirləri görmək və
11.2. Yük daşıyıcılarına, yükün saxlanılmaq üçün verilmiş olduğu başqa məsul şəxslərə və ya üçüncü tərəflərə qarşı bütün hüquqların lazımi qaydada qorunmasını və həyata keçirilməsini təmin etmək; bütün sığortaçılar, bu sənədə əsasən bərpa olunmalı olan hər hansı itkiyə əlavə olaraq bu vəzifələrin həyata keçirilməsi ilə bağlı sığorta olunanın lazımi və əsaslandırılmış qaydada çəkmiş olduğu hər hansı xərcləri kompensasiya edir.
12. Sığortalı yaхud sığortaçının sığortalanmış yükün хilas еtməsi, müdafiəsi, yaхud bərpa еdilməsi üzrə görülən tədbirləri, onların öz hüquqlarından imtina еtməsi yaхud sığortaçının abandona razılıq vеrməsi və ya tərəflərdən hər hansı birinin hüquqlarının məhdudlaşdırılmasına razılıq əlaməti kimi qəbul olunmamalıdır.
13. LƏNGİMƏLƏRİN QARŞISININ ALINMASI
Bu sığorta şərtlərinə görə sığortalı ondan asılı olan bütün vəziyyətlərdə mümkün qədər tеz və opеrativ hərəkət еtməlidir.
14. HÜQUQ VƏ TƏCRÜBƏSİ Bu sığorta Azərbaycan Respublikası hüququ əsasında tənzim ediləcək.
Qeyd: Sığortalı bu sığorta ilə əhatə olunan hadisə haqqında xəbərdar olan kimi dərhal bu haqda sığortaçıları məlumatlandırmalıdır və sığortalının bu sığorta üzrə sığorta ödənişi almaq hüququ onun bu öhdəliyə əməl etməsindən birbaşa asılıdır.
ƏLAVƏ 5.
YÜK SIĞORTASI ÜZRƏ QEYD-ŞƏRT 256 – TƏTİL.
SIĞORTA OLUNAN RİSKLƏR
1. Bu sığorta, aşağıdakı 3 və 4-cü maddələrdə nəzərdə tutulanlardan başqa, aşağıdakıların səbəb olduğu sığorta olunmuş predmetə vurulan itki və ya ziyanı əhatə edir:
1.1 Tətilçilər, işdən xaric olunmuş isçilər və ya əmək intizamsızlığında iştirak edən şəxslər, qiyamlar və ya mülki həyəcan (qarışıqlıqlar);
1.2 Hər hansı terrorist və ya siyasi motivdən çıxış edən hər hansı şəxs.
2. Bu sığorta polisi kirələmə müqaviləsinə və/ və ya hökümətin qanununa və prosessual normalarına əsasən nizamlanan və ya müəyyən olunan, bu maddələrə əsasən sığorta olunan riskdən meydana gələn itkiyə yol verməmək və ya itkiyə yol verilməməsi üçün çəkilmiş olan ümumi qəza və xilasetmə xərclərini əhatə edir.
İSTİSNALAR
3. Bu sığorta heç bir halda aşağıdakı sığorta təminatlarını əhatə etməyəcək:
3.1 Sığorta olunanın qəsdən yol verdiyi pis davranışına aid edilən itki, ziyan və ya xərc;
3.2 Sığorta olunmuş predmetin adi sızması, çəkisində və ya həcmində baş verən adi itki, yaxud adi köhnəlmə;
3.3 Sığorta olunmuş predmetin qablaşdırma və ya hazırlanmasının qeyri-qənaətbəxş olmasının və ya uyğunsuzluğunun səbəb olduğu itki, ziyan və ya xərc (Bu 3.3 maddəsinin məqsədi üçün “qablaşdırma” sözünə konteynerə və ya qaldırıcı vaqona yerləşdirmənin daxil olduğu hesab olunur, lakin yalnız o zaman ki bu cür yerləşdirmə bu sığorta üzrə məsuliyyətin başlanmasından əvvəl, yaxud sığorta olunan və ya onun xidmətçiləri tərəfindən həyata keçirilmişdir.);
3.4 Sığorta olunmuş predmetin ayrılmaz qüsuru və ya xarakterindən baş verən itki, ziyan və ya xərc;
3.5 Gecikmənin biləvasitə səbəb olduğu itki, ziyan və ya xərc, hətta əgər gecikmə sığorta olunmuş risk nəticəsində baş vermişdirsə (yuxarıdakı 2-ci Maddəyə əsasən ödənilməli olan xərclərdən başqa)
3.6 Gəmi sahiblərinin, menecerlərinin, kirəçilərinin və ya operatorlarının ödəmə qabiliyyətini itirməsi və ya maliyyə öhdəliklərinin yerinə yetirməməsindən meydana gələn itki, ziyan və ya xərc;
3.7 Hər hansı tətil, lokaut (sahibkarlar tərəfindən müəssisənin bağlanması və isçilərin öz tələblərini geri götürməyə məcbur edilməsi üçün isçilərin kütləvi şəkildə işdən azad edilməsi), əmək intizamsızlığı, qiyam və ya mülki iğtişaşlardan meydana gələn itki, ziyan və ya xərc;
3.8 Səfər və ya sərgüzəştin itkisinə və ya uğursuz olmasına əsaslanan hər hansı iddia;
3.9 Atom, nüvə parçalanması və/ və ya birləşməsi, yaxud başqa oxşar reaksiya və ya radioaktiv qüvvəyə malik maddəni istifadə edən hər hansı hərbi silahın düşməncəsinə istifadəsindən meydana gələn itki, ziyan və ya xərc;
3.10 Müharibə, vətəndaş müharibəsi, inqilab, üsyan, qiyam, yaxud onlardan meydana gələn mülki çarpışma, yaxud aqressiv güc tərəfindən və ya ona qarşı hər hansı düşməncəsinə hərəkət.
4. 4.1. Heç bir halda bu sığorta gəminin dənizdə üzməyə yararlı olmamasından, gəminin daşıma konteynerinin və ya qaldırıcı vaqonunun sığortalanmış predmetin etibarlı (təhlükəsiz) daşınması üçün yararsız olmasından (harada ki, sığorta olunan və ya onun xidmətçiləri sığorta olunmuş predmet gəmilərə yüklənərkən gəminin dənizdə üzməyə yararsız olmasından və ya daşıma üçün yararsız olmasından xəbərdar olmuşdur) meydana gələn itki, ziyan və ya xərcləri əhatə etmir.
4.2 Sığorta olunan və ya onun xidmətçiləri gəminin dənizdə üzməyə yararsız olmasından və ya yükün daşınması üçün yararsız olmasından xəbərdardar olmadıqda, sığortaçılar gəminin dənizdə üzmək üçün yararlı olması və gəminin sığorta olunmuş predmeti daşıması üçün yararlı olması barədə nəzərdə tutulan zəmanətlərin hər hansı pozulmasına görə tələbdən imtina edirlər.
DAVAMETMƏ MÜDDƏTİ
5. 5.1 Bu sığorta daşınmanın başlanması üçün malın burada qeyd olunan anbarı və ya başqa saxlanma yerini tərk etdiyi vaxtdan başlayır və standart (adi) daşınma dövründə davam edir və aşağıdakı hallarda başa çatır:
5.1.1 Mal alıcının anbarına və ya burada qeyd olunan başqa son anbara və ya saxlanma yerinə çatdırıldıqda;
5.1.2 Mal sığorta olunanın istifadə etmək üçün seçdiyi, burada qeyd olunan təyinat yerindən qabaq və ya həmin yerdə, hər hansı başqa anbara və ya saxlanma yerinə çatdırıldıqda:
5.1.2.1 standart daşınma prosesindən fərqli olan saxlanma üçün və ya
5.1.2.2 paylanma üçün və ya
5.1.2.3 son boşaltma limanında bununla sığorta olunan malların xarici gəmidən boşaldılmasının başa çatmasından sonra 60 gün başa çatdıqda, hansı birinci baş verərsə.
5.2 Əgər son boşaltma limanında xarici gəmidən boşaltmadan sonra, lakin bu sığortanın ləğv olunmasından əvvəl mallar onların bu sənədə əsasən sığorta olunduğundan fərqli olan təyinat yerinə göndərilməlidirlərsə, bu
sığorta, yuxarıda qeyd olunduğu kimi ləğv olunmaya məruz qalmaqda qaldığı dövrdə, bu cür başqa təyinat yerinə daşınmanın başlanma xaricinə genişlənmir.
5.3 Bu sığorta sığortalının nəzarətindən kənar olan gecikmə (yuxarıda qeyd olunduğu kimi ləğv olunma və aşağıdakı 6-cı maddənin müddəaları nəzərə alınmaqla), hər hansı kənara çıxma, məcburi boşaltma, başqa yerə göndərmə və ya başqa yerə boşaltma müddətində, habelə kirələmə müqaviləsinə əsasən gəmi sahiblərinə və ya kirəçilərinə verilmiş hüququn (azadlığı) həyata keçirilməsindən meydana gələn hər hansı riskin (təsadüfi hadisənin) dəyişdiyi müddətdə qüvvədə qalır.
6. Əgər sığorta olunanın nəzarətindən xaricdə olan şəraitdə daşıma haqqında müqavilə orada qeyd olunan təyinat yerindən fərqli olan yerdə və ya limanda başa çatarsa, yaxud daşınma yuxarıdakı 5-ci maddədə nəzərdə tutulduğu kimi malların çatdırılmasından qabaq başqa cür başa çatarsa, onda aşağıdakı müddətlərdə sığortaçılara dərhal bildiriş verilmədikdə və sığortanın davam etdirilməsi xahiş olunmadıqda bu zaman sığortaçı tərəfindən tələb olunduğu halda əlavə sığorta haqqı ödənilməklə sığorta qüvvədə qalır. Bu sıgorta aşağıdakı hallarda ləğv olunur:
6.1. Mallar satılaraq və bu cür limana və ya yerə çatdırılanadək, yaxud xüsusi olaraq başqa cür razılaşdırılmadıqda, bununla sığorta olunan malların bu cür limana və ya yerə gəlib çatdığı vaxtdan sonra 60 gün keçənədək, hansı daha tez baş verərsə, və ya
6.2. Əgər mallar qeyd olunan 60 günlük dövr ərzində (və ya hər hansı başqa razılaşdırılmış dövrdə) burada qeyd olunan təyinat yerinə və ya hər hansı başqa təyinat yerinə göndərilərsə, yuxarıdakı 5-ci maddənin şərtlərinə uyğun olaraq ləğv olunduqda.
7. Bu sığorta qüvvəyə mindikdən sonra təyinat yeri sığorta olunan tərəfindən dəyişdirilərsə, sığortaçılara dərhal bildiriş verilmək şərtilə, daha yüksək qiymətlə və şərtlərlə əhatə olunan məbləğtutma barədə razılıq əldə olunmalıdır.
İDDİALAR
8. 8.1 Bu sığorta polisinə əsasən itkiləri bərpa etmək üçün, sığorta olunan itkinin baş verdiyi vaxtda sığorta olunan predmetdə marağa (paya) malik olmalıdır.
8.2. Yuxarıdakı 8.1-ci maddə nəzərə alınmaqla, sığorta olunan bu sığorta ilə əhatə olunan müddət ərzində baş verən sığortalanmış itkini bərpa etmək hüququna malik olur, baxmayaraq ki, itki sığorta haqqında müqavilə bağlanmazdan əvvəl baş vermişdir, lakin sığorta olunanın itki barədə məlumatlı olduğu və Sıgortaçıların isə məlumatlı olmadığı hal istisna olunur.
9. 9.1 Əgər sığorta olunan tərəfindən bu sənədə əsasən sığorta olunmuş mal üçün artırılmış dəyərli sığorta həyata keçirilərsə, malın razılaşdırılmış dəyəri bu sığortaya əsasən sığorta olunmuş ümumi məbləğədək artırılmış hesab olunur və itkini əhatə edən bütün artırılmış dəyər sığortaları, habelə bu sığorta üzrə məsuliyyət burada sığorta olunan məbləğin bu cür ümumi sığorta olunmuş məbləğə aidiyyətinə proporsional olur. İddia meydana gəldiyi halda, sığorta olunan bütün başqa sığortalarla (sıgorta məbləğləri ilə) sığorta olunan məbləğlərin sübutunu Sıgortaçılara təqdim edir.
9.2. Sığorta artırılmış məbləğ üzrə olduqda, aşağıdakı maddə tətbiq olunur: Yükün razılaşdırılmış dəyəri ilkin sığortaya əsasən sığorta olunmuş ümumi məbləğə bərabər hesab olunur və itkini əhatə edən və sıgorta olunan tərəfindən yük üzrə həyata keçirilən bütün artırılmış dəyər üzrə sığorta məbləğləri, habelə bu sığorta üzrə məsuliyyət burada sığorta olunan məbləğin bu cür sığorta olunmuş ümumi məbləğə aidiyyətinə proporsional olur. İddia meydana gəldiyi halda, sığorta olunan bütün başqa sığorta polisləri ilə sığorta olunan məbləğlərin sübutunu Sıgortaçılara təqdim edir.
10. BU SIĞORTA ÜZRƏ FAYDALANAN ŞƏXS
Bu sığorta yükdaşıyanın və ya yükün saxlanmasında məsul olan digər şəxsin mənafeyinə xidmət edə bilməz.
11. ZƏRƏRİN MİNİMUMA ENDİRİLMƏSİ
Sığorta olunan və onun xidmətçiləri, habelə agentləri bu sənədə əsasən bərpa olunmalı olan itki ilə əlaqədar aşağıdakıları etməyə borcludurlar:
11.1. Bu cür itkinin qarşısının alınması və ya onun minimuma endirilməsi üçün lazım ola biləcək tədbirləri görmək və
11.2. Yük daşıyıcılarına, yükün saxlanılmaq üçün verilmiş olduğu başqa məsul şəxslərə və ya üçüncü tərəflərə qarşı bütün hüquqların lazımi qaydada qorunmasını və həyata keçirilməsini təmin etmək; bütün sığortaçılar, bu sənədə əsasən bərpa olunmalı olan hər hansı itkiyə əlavə olaraq bu vəzifələrin həyata keçirilməsi ilə bağlı sığorta olunanın lazımi və əsaslandırılmış qaydada çəkmiş olduğu hər hansı xərcləri kompensasiya edir.
12. Sığortalı yaхud sığortaçının sığortalanmış yükün хilas еtməsi, müdafiəsi, yaхud bərpa еdilməsi üzrə görülən tədbirləri, onların öz hüquqlarından imtina еtməsi yaхud sığortaçının abandona razılıq vеrməsi və ya tərəflərdən hər hansı birinin hüquqlarının məhdudlaşdırılmasına razılıq əlaməti kimi qəbul olunmamalıdır.
13. LƏNGİMƏLƏRİN QARŞISININ ALINMASI Bu sığorta şərtlərinə görə sığortalı ondan asılı olan bütün vəziyyətlərdə mümkün qədər tеz və opеrativ hərəkət еtməlidir.
14. HÜQUQ VƏ TƏCRÜBƏSİ
Bu sığorta Azərbaycan Respublikası hüququ əsasında tənzim ediləcək.