MALİYYƏ DƏSTƏYİNİN GÖSTƏRİLMƏSİ HAQQINDA MÜQAVİLƏ № ________
“Azərbaycan Respublikasının Gənclər Xxxxx tərəfindən müsabiqədən kənar maliyyələşdirilmiş layihələrin icrasının yekunları ilə bağlı resipiyentlərdən tələb olunan sənəd və materialların Siyahı”sına Əlavə 1
MALİYYƏ DƏSTƏYİNİN GÖSTƏRİLMƏSİ HAQQINDA MÜQAVİLƏ № ________
Layihənin adı: __________
Layihənin nömrəsi: ______
Bakı şəhəri “_______” __________2020 – ci il
Bir tərəfdən Azərbaycan Respublikasının Gənclər Fondu adından (bundan sonra "Donor" adlandırılacaq), Fondun icraçı direktoru xxxxx Xxxxx Xxxxx xxxx Xxxxxxxxx şəxsində, digər tərəfdən isə “________________________” İctimai Birliyi (bundan sonra "Resipiyent" adlandırılacaq) adından hüquqi ünvanı ______________________ , VÖEN-i ________________, xxxx _________________ şəxsində bu qrant müqaviləsinin tərkib hissəsi sayılan, Əlavə I (Layihənin təsviri), Əlavə II (Layihənin icra planı), Xxxxx XXX (Layihənin büdcəsi), Xxxxx XX (Layihənin tədbirlərinin proqramı) və Əlavə V (Resipiyentin bank tərəfindən təsdiq olunmuş rekvizitləri) qeyd edilmiş şərtlər də daxil olmaqla, aşağıdakılar barədə razılığa gəlmişdirlər:
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Xxxxx xxxxxx, əvəzsiz və məqsədyönlü şəkildə Müqavilə üzrə Qrantın Resipiyentə ayrılmasını, Resipiyent isə maliyyənin məqsədyönlü şəkildə istifadəsini təmin edir.
Donor layihənin adı adlı Layihənin (bundan sonra “Layihə”) icra edilməsi üçün layihə üçün ayrılmış vəsait (rəqəm və yazı ilə) AZN məbləğində maliyyə vəsaiti ayırır. Maliyyə dəstəyi yalnız bu Müqavilədə və bu Müqaviləyə Əlavə I, Xxxxx XX və Xxxxx XXX-də göstərilən məqsəd və qaydada istifadə edilə bilər.
Müqavilənin 1.2 bəndində nəzərdə tutulmuş Layihə üzrə işlərin aparılması şərtləri bu Müqavilə ilə müəyyən edilir.
MÜQAVİLƏNİN MÜDDƏTİ
Müqavilə imzalandığı gündən qüvvəyə minir. Bu Müqavilə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Müqavilənin müddəti layihənin müddəti ilə eyni vaxtda bitir.
Layihənin müddəti _____ aydır. Müddətin hesablanması pulun köçürülməsi tarixindən başlanır. Ayrılmış maliyyə vəsaiti Layihənin icra olunduğu tarixlərdə istifadə olunmalıdır.
Layihə üzrə aparılacaq işlərin müddətinin əvvəli ilkin olaraq başlama tarixi tarixi, xxxx bitmə tarixi tarixi müəyyən edilir və layihənin keçirilmə yeri (şəhər, rayon) keçirilməsi müəyyən edilir.
3. HESABAT, HESABAT MÜDDƏTLƏRİ VƏ HESABATIN DİLİ
Layihə üzrə aparılmış işin nəticələri Resipiyentin hesabatlarında göstərilməlidir. Aparılmış işin nəticəsi kimi çap materialları, mətbuat məqalələri, təsviri hesabat, foto, video və digər materiallar göstərilməlidir. Layihənin icrası ilə bağlı press relizlər resipiyent tərəfindən xxxxx@xxxxxxxxxxxxxxx.xx elektron ünvanına göndərilməlidir. Layihə ilə bağlı tədbirlər haqqında məlumatlar azı 3 media orqanında (çap və ya elektron), donorun adı qeyd olunmaq şərti ilə yerləşdirilməlidir.
Resipiyent hazırkı Müqavilə və ona Əlavələrlə müəyyən edilmiş məqsədlərə nail olunması üçün maliyyə dəstəyinin istifadə olunmasına nəzarət məqsədilə Donora bu Müqaviləyə Xxxxx XX ilə müəyyən edilmiş dövrdə hesabat təqdim edir.
Resipiyent layihə üzrə yekun hesabatı layihənin icrası başa çatdıqdan sonra Donora təqdim etməli və maksimum 30 (otuz) təqvim günü ərzində hesabatını tam bitirməlidir. Hesabat göstərilən müddətlərdə təqdim edilmədiyi və ya tam bitirilmədiyi hallarda, Donor ayrılmış vəsaitin qalan hissəsini Resipiyentə ödəməmək hüququnu özündə saxlayır.
Bu Müqavilə ilə tələb olunan hesabat xüsusi formaya malikdir. Hesabat təsviri və maliyyə hissələrindən ibarət olmalıdır.
Hesabata layihə üzrə xərcləri təsdiq edən bütün sənədlər (müqavilələr daxil olmaqla) əlavə edilməlidir.
Hesabata layihə üzrə hər bir tədbirin keçirilməsini və digər fəaliyyətlərin yerinə yetirilməsini təsdiq edən maddi sübutlar (foto və video materiallar, təbliğat materiallarının nüsxələri və digər sənədlər) əlavə edilməlidir.
Layihə çərçivəsində hazırlanmış bütün çap məhsulları (hər birindən 1 nüsxə) və layihə fəaliyyətləri ilə bağlı foto/video materiallar (fotokamera ilə minimum 1280 px - videokamera ilə minimum 720 p; təsdiq olunmuş büdcədə video çəkiliş üçün nəzərdə tutulmuş günlərin sayı qədər, audio montaj olunmamaq şərti ilə - hər gün üçün tədbirin əsas hissələrinin minimum 30 dəqiqə videoya alınması ilə, eləcədə layihənin minimum 2 maksimum 5 dəqiqəyə qədər qısa video icmalını) Donora elektron məlumat daşıyıcıları üzərində təqdim edilməlidir.
Resipiyent layihənin icrasının mütəmadi qaydada kütləvi informasiya və yeni media vasitələrində, həmçinin, Donorun internet səhifəsində kiçik hesabatlar şəklində işıqlandırılmasını təmin etməlidir. Kiçik hesabatlar təsviri olmalı və onların formasını Resipiyent müəyyən etməlidir. Kiçik hesabatda kütləvi informasiya vasitələrində və Donorun internet səhifəsində yerləşdirilmək üçün təqdim edilən tarixə qədər görülən işlər öz əksini tapmalıdır.
Hesabat Azərbaycan dilində olmaqla yazılı şəkildə və Donorun müəyyən etdiyi formada təqdim edilməlidir.
4. DONORUN MALİYYƏ DƏSTƏYİ
VƏ QRANTIN AYRILMASI QAYDALARI
Donorun maliyyə dəstəyinin maksimum məbləği hazırkı Müqavilənin 1.2-ci bəndində göstərilən məbləğdə olacaqdır. Donorun faktiki maliyyə dəstəyi layihənin icrası ilə əlaqədar təqdim edilən hesabat, maliyyə vəsaitinin mövcudluğu və digər amillərdən asılı olaraq müəyyən ediləcəkdir.
Maliyyə dəstəyi yalnız layihədə nəzərdə tutulan fəaliyyət növlərinin həyata keçirilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya malların alınması) üçün istifadə edilə bilər.
Maliyyə dəstəyinin məbləği Donorun tələb etdiyi sənədlər təqdim edildikdən sonra ödənilir.
Resipiyent Donorla əlavə razılaşdırma olmadan maliyyə dəstəyinin xərclərinin məbləğini dəyişdirə və yenidən bölüşdürə bilməz.
Donorun ayırdığı maliyyə dəstəyinin istifadəsindən irəli gələn vergiləri, məcburi dövlət sosial sığorta ayırmalarını və digər dövlət rüsumlarını Resipiyent ödəyir.
Donor, Xxxxxxxxxxxx hesabatın təqdim edilməsi ilə bağlı müəyyən edilmiş müddətləri pozduğuna, həmçinin layihənin icrası zamanı layihənin təsdiq olunmuş təsvirindən fərqlənməsinə görə, maliyyə dəstəyinin məqsədsiz istifadəsi halında, maliyyə dəstəyinin saxta sənədlər və ya həqiqətə uyğun olmayan məlumatlar təqdim edilməklə alınması müəyyən edildikdə, hesabatda layihənin icrası ilə bağlı ciddi çatışmazlıqların olduğunu müəyyən etdiyi təqdirdə ödənilmiş məbləğin xxxx qaytarılmasını tələb edə və qalan məbləği ödəməyə bilər.
Müqavilənin 4.6-cı maddəsində qeyd olunmuş və Xxxxxxxxxx tərəfindən yol verilmiş pozuntular məhkəmədən kənar qaydada Müqaviləyə xitam verilməsinə və Resipiyentə ödənilən məbləğin xxxx tələb olunmasına əsas ola bilər. Bu halda Resipiyentin Donora heç bir maddi iddiası və ya tələbi Donor tərəfindən qəbul edilmir.
Layihənin həyata keçirilməsi üçün əlavə vəsaitin və/və ya təşkilati dəstəyin cəlb olunması zərurəti yarandıqda, mənbə haqqında Donora öncədən yazılı surətdə məlumat verilməli və onun tərəfdaş qismində iştirakı razılaşdırılmalıdır.
5. MALİYYƏ VƏSAİTİNİN ÖDƏNİLMƏSİ QAYDALARI
Maliyyə dəstəyi ilə bağlı bütün ödəmələr köçürmə yolu ilə həyata keçirilir.
Layihənin icrası üçün Donor tərəfindən ayrılmış maliyyə dəstəyinin maksimum məbləğinin birinci mərhələdə 70 (yetmiş) %-i (xxxxx) Resipiyentin hesabına köçürülür. Müqavilə imzalandığı gündən 45 gün müddətində Xxxxx tərəfindən Resipiyentin hesabına xxxxx şəklində ümumi məbləğin 70%-nin köçürülməsi haqqında sənəd müvafiq quruma (xəzinə, bank) göndərilir.
Layihənin icrası ilə bağlı Donor tərəfindən ayrılmış məbləğin qalan hissəsi layihənin tam icrası ilə bağlı təsviri və maliyyə hesabatının Donor tərəfindən qəbul edilib, yoxlanılıb, təsdiq edilməsindən sonra Resipiyentin hesabına köçürülür. 10 (on) iş günü müddətində Xxxxx tərəfindən məbləğin Resipiyentin hesabına köçürülməsi haqqında sənəd müvafiq quruma (xəzinə, bank) göndərilir.
Birinci mərhələdə Resipiyentə Donor tərəfindən köçürülmüş maliyyə vəsaiti ilə layihənin icrası ilə bağlı əsas xərclər (işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya malların alınması, maaşlar və s.) qarşılanır. Digər xərclər ikinci mərhələdə ödənilən məbləğdən qarşılanır.
Bu Müqavilənin 3-cü maddəsində müəyyən edilmiş qaydada təqdim edilmiş hesabat Donor tərəfindən təsdiq edilməzsə, ikinci mərhələdə maliyyə dəstəyinin verilməsi dayandırılır.
Qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələri üzrə maliyyə vəsaitinin ayrılması qaydaları Layihənin xüsusiyyətlərindən asılı olaraq dəyişdirilə bilər.
6. RESİPİYENTİN ÖHDƏLİKLƏRİ
Resipiyent layihənin icrasını bu Müqaviləyə və ona Əlavələrə uyğun olaraq həyata keçirməlidir.
Layihə Müqavilədə və ona Əlavələrdə müəyyən edilmiş qaydada tam həcmdə və müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir.
Layihənin bütün tədbirlərdə Donorun iştirakı Resipiyent tərəfindən təmin edilməli və müvafiq şərait yaradılmalıdır. Layihədə nəzərdə tutulmuş tədbirlərin keçirilmə yeri və vaxtı barədə azı 10 (on) iş günü əvvəl Donora Donorun rəsmi internet saytı (xxx.xxxxxxxxxxxxxxx.xx) vasitəsi ilə məlumat verilməlidir.
Layihə çərçivəsində keçiriləcək tədbirlər zamanı Donorun fəaliyyəti haqqında məlumat, Xxxxx tərəfindən təqdim olunmuş təqdimat slaydları formasında iştirakçılara təqdim olunmalıdır.
Layihə çərçivəsində dərc edilmiş istənilən çap və poliqrafiya məhsulunun və audio/video/foto materialın görünən yerində Donorun loqosu və “Azərbaycan Respublikasının Gənclər Fondu” sözləri əks edilmiş təsvirin olması Resipiyent tərəfindən təmin edilməlidir.
Layihə icra edildiyi müddətdə həyata keçirilmiş bütün tədbirlər haqqında məlumatlar (foto və video materialları da daxil olmaqla) resipiyent sosial şəbəkələrdə #AzGF #GenclerFondu həştəqləri əlavə olunmaqla mütləq yayımlanmalıdır.
Layihə çərçivəsində hazırlanan nəşrlərin məzmunu ilə bağlı Donor məsuliyyət daşımır, müvafiq olaraq belə məsuliyyəti Resipiyent daşıyır. Hazırlanan bütün nəşrlərdə aşağıdakı mətn qeyd olunmalıdır: "Bu nəşr Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə hazırlanmışdır. Fond nəşrin məzmununa görə məsuliyyət daşımır.”
Layihənin icrası müddətində Donor layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin monitorinq və qiymətləndirilməsini Resipiyentə xəbər vermədən həyata keçirə bilər. Belə monitorinq və qiymətləndirmə zamanı da müvafiq maliyyə yoxlamaları aparıla bilər.
Layihənin icrası müddətində aparılan monitorinq və qiymətləndirmə zamanı Xxxxxxxxxx istənilən sənədi tələb olunan müddətdə Donora təqdim etməlidir.
Resipiyent layihənin icrasına dair bütün sənədləri, son hesabat Donor tərəfindən qəbul edilən tarixdən 5 (beş) il müddətində özündə saxlayıb, sonra arxivləşdirilməsi barədə qanunvericiliyə uyğun tədbir görməlidir.
7. ƏLAQƏ
Bu Müqavilə münasibətlərindən irəli gələn bütün əlaqə, Müqavilənin nömrəsinin, sorğunun məqsədi və məzmununun göstərilməsi ilə Donorun rəsmi internet səhifəsi (xxx.xxxxxxxxxxxxxxx.xx) vasitəsi ilə və ya elektron qaydada internet vasitəsilə həyata keçirilməlidir.
8. FORS MAJOR
Bu Müqaviləyə əsasən fors-major şəraiti tərəflərin günahı olmadan baş vermiş yanğın, dağıntı, zəlzələ, hərbi əməliyyatlar və nəzarət altından çıxmış digər hallar hesab olunur.
Əgər sadalanan hallar bir aydan artıq müddətdə davam edərsə, tərəflərdən hər biri Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina edə bilər.
Tərəflərdən biri üçün Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini qeyri-mümkün edən şərait yaranmışdırsa, o təcili olaraq digər tərəfi bu vəziyyət və onun müddəti barədə yazılı xəbərdar etməlidir.
9. MÜBAHİSƏLƏRİN HƏLLİ
Tərəflər, hazırkı Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsi və/və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Tərəflər arasında bu Müqavilə ilə əlaqədar yaranan mübahisələr danışıqlar yolu ilə həll edilir. Narazı tərəf rəsmi qaydada yazılı iddia göndərir. İddia alınan gündən 15 (on beş) iş günü müddətində cavab verilməlidir. Bu yolla razılıq əldə olunmayan mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilir.
10. MÜQAVİLƏYƏ XİTAM VERİLMƏSİ
Bu Müqavilə, Resipiyent tərəfindən hazırkı Müqavilənin şərtləri pozulduqda, ayrılmış vəsaitin siyasi, dini və ya xeyriyyə məqsədlərinə, xaricdə təhsilə, humanitar yardıma və ya gəlirin artırılmasını nəzərdə tutan fəaliyyətə sərf olunduğu aşkar edildikdə, həmçinin Resipiyent tərəfindən maliyyə dəstəyinin tamının, yaxud müəyyən hissəsinin məqsədsiz istifadə edildiyi halda Donorun təşəbbüsü ilə ləğv edilə bilər.
Müqaviləyə xitam verilməsi üçün digər hallar :
10.2.1. Resipiyent müvafiq orqan tərəfindən ləğv edildikdə;
10.2.2. Müqavilə bağlandığı an üçün mövcud xxxx şərait əsaslı şəkildə dəyişildikdə.
Müqavilənin 10.2-ci maddəsində qeyd olunan hallar yarandıqda, Resipiyent 5 (beş) iş günündən gec olmayan müddətdə Donoru bu hallar barədə xəbərdar etməlidir.
Müqaviləyə, 10.2-ci maddəyə uyğun olaraq, vaxtından əvvəl xitam verildikdə, 10 (on) iş günündən gec olmayan müddətdə Tərəflərin razılığa gəldiyi məbləğdə və Müqavilədə nəzərdə tutulmuş qaydada, Qrant bütöv halda və ya qismən Donorun bank hesabına qaytarılmalıdır.
Müqavilə Resipiyentin təşəbbüsü ilə ləğv edildikdə, Donor Qrant məbləğini tam həcmdə xxxx qaytarmağı Resipiyentdən tələb edə bilər. Bu zaman Qrant məbləğinin xxxx qaytarılması Donorun Müqavilənin ləğv edilməsi barədə yazılı bildirişdə müəyyən etdiyi qayda və müddətlərdə yerinə yetirilir.
11.MÜQAVİLƏYƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR
Hazırkı Müqaviləyə əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı ilə yazılı qaydada edilir.
Əlavə və dəyişikliklər yazılı Protokol şəklində bu Müqavilənin tərkib hissəsi kimi ona əlavə edilir və onun tərkib hissəsi sayılır.
12. YEKUN MÜDDƏALAR
Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şərh edilir.
Layihənin icrasını təmin etmək üçün ayrılmış maliyyə yardımı hesabına əldə olunan əmlak layihə başa çatdıqdan sonra, bir qayda olaraq, Donorun qərarı ilə Resipiyentin balansına qəbul edilir.
Layihənin icrası nəticəsində yaradılmış intellektual mülkiyyət obyektləri, Tərəflər başqa cür razılaşdırmayıblarsa, Resipiyentin mülkiyyəti hesab olunur.
Hazırkı Müqavilə 2 (iki) nüsxədə hər iki Tərəf üçün xxxxx xxxx Azərbaycan dilində tərtib edilmişdir, hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir, hər Tərəf üçün bir nüsxə nəzərdə tutulmuşdur.
Bu Müqaviləni imzalamaqla Resipiyent Donorun layihəni maliyyələşdirmə qərarı ilə razılaşır və bu qərara heç bir qaydada etiraz etməməyi öhdəsinə götürür.
Tərəflər hüquqi şəxs olduqda, onların səlahiyyətli şəxslərinin dəyişməsi müqavilənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil.
13.TƏRƏFLƏRİN ÜNVANLARI, REKVİZİTLƏRİ VƏ İMZALAR
DONOR Azərbaycan Respublikasının Gənclər Fondu VÖEN: 1501993271
Dövlət Xəzinədarlığı Agentliyi H/h: XX00XXXX00000000000000000000 VÖEN: 1401555071 Kod: 210005 M/h: XX00XXXX00000000000000000000 SWİFT: CTREAZ22
İcraçı direktor: X.X.Xxxxxxx
M.Y
|
RESİPİYENT
M.Y |