AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq haqqında" 2007-ci il xxxxxx 15-də Düşənbə şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2007-ci il
№ 369-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında
standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti,
iqtisadi və ticarət əlaqələrində texniki maneələri aradan qaldırmaq məqsədilə,
beynəlxalq və regional təşkilatların standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində qəbul etdiyi prinsip və normalara əsaslanaraq bu sahədə əməkdaşlığı inkişaf etdirmək arzusu ilə,
hər iki Tərəfin dövlətinin iqtisadi maraqlarını rəhbər tutmaqla, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər qarşılıqlı olaraq bir-birinin qüvvədə xxxx standartlaşdırma, ölçmələrin vəhdəti, sertifikatlaşdırma və akkreditasiya milli sistemlərini tanıyırlar.
Bu Sazişin 3-cü maddəsində göstərilən orqanlar müəyyən etdikləri qaydalara uyğun standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya üzrə digər Tərəfin normativ sənədlərini, əgər onların tələbləri tətbiq edən Tərəfin qanunvericiliyinə zidd olmadıqda, tətbiq edirlər.
Tərəflər:
standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya üzrə normativ və informasiya sənədlərinin qarşılıqlı təqdimatını bu Sazişin 3-cü maddəsində göstərilmiş orqanların razılaşdığı şərtlərlə təmin edirlər;
fiziki kəmiyyət vahidlərinin milli etalonlarının və nümunəvi ölçü vahidlərinin yaradılması, təkmilləşdirilməsi, müqayisəsi, metroloji attestasiyası və yoxlanması üzrə əməkdaşlığı həyata keçirirlər;
digər Tərəfin apardığı dövlət sınaqlarının nəticələrini, ölçü vasitələrinin tipinin təsdiqi, yoxlanması, kalibrlənməsi və metroloji attestasiyasını qarşılıqlı razılıq əsasında tanıyırlar;
maddə və materialların tərkibinin və xassələrinin standart nümunələrinin və həmçinin maddə və materialların fiziki konstantları və xassələri haqqında standart məlumat göstəricilərinin yaradılması və istifadəsində qarşılıqlı əlaqədədirlər;
ölçmə, yoxlanış və sınaq laboratoriyaları və mərkəzlərini akkreditə edən təşkilatları, həmçinin ölçü vasitələrinin yoxlanışı, ölçmələri, sınaqları və kalibrlən-məsini həyata keçirən akkreditə olunmuş laboratoriya və mərkəzləri və onların verdikləri protokol və şəhadətnamələri qarşılıqlı razılıq əsasında tanıyırlar;
digər Tərəfin sertifikatlaşdırma üzrə orqanlarını, bu ölkələrdə istehsal olunmuş qarşılıqlı göndərilən məhsullara, milli sertifikatlaşdırma sistemində akkreditə olunmuş sertifikatlaşdırma üzrə orqanların verdiyi uyğunluq sertifikatları və nişanlarını razılıq əsasında tanıyırlar.
Maddə 2
Tərəflər aşağıdakı hallarda əməkdaşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirəcəklər:
standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya üzrə qanunvericilik, normativ və metodik sənədlərin işlənib hazırlanmasında;
standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya milli sistemlərinin sonrakı inkişafı və harmonizə olunmasında;
maddələrin tərkibinin və xassələrinin standart nümunələrinin, həmçinin maddə və materialların xassələri haqqında standart məlumat göstəricilərinin yaradılması və istifadəsində;
qarşılıqlı göndərilən məhsulların, standartların zəruri tələblərinə uyğunluğunun yoxlanması və keyfiyyətinə nəzarətində;
standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində informasiya fəaliyyətinin inkişafında;
standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində kadrların hazırlanması və ixtisaslarının artırılmasında.
Maddə 3
Bu Sazişdə nəzərdə tutulan işlərin əlaqələndirilməsinin həyata keçirilməsi həvalə olunur: Azərbaycan Respublikasında - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Agentliyinə,
Tacikistan Respublikasında - Tacikistan Respublikası Hökuməti yanında Tacikistan Dövlət Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Ticarət İnspeksiyasına.
Maddə 4
Tərəflər standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində, Tərəflərdən birinin üzv olduğu beynəlxalq təşkilatlara daxil olmaq və ya işində iştirak etmək məsələləri üzrə qarşılıqlı kömək göstərəcəklər.
Maddə 5
Tərəflər bu Saziş çərçivəsində aparılan işlər barəsində və əldə edilən xxxx-texniki nəticələr haqqında, əgər təqdim edən Tərəf onların konfidensial səciyyə daşıdığını qeyd edərsə, Tərəflər onların konfidensiallığını təmin edəcəklər.
Maddə 6
Əməkdaşlıq nəticəsində Tərəflərdən birinin aldığı xxxx-texniki informasiyadan digər Tərəf onun konfidensiallığı barədə xəbərdarlıq etməyibsə, sərbəst istifadə edilə bilər. Bu informasiya üçüncü Tərəfə ancaq informasiya təqdim etmiş Tərəflə qarşılıqlı razılaşma əsasında verilə bilər.
Maddə 7
Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Tərəflər əlavə saziş və protokollar bağlaya bilərlər.
Maddə 8
Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 9
Bu Sazişin şərhi və müddəalarının tətbiqi ilə bağlı Tərəflər arasında fikir ayrılığı müxtəlif səviyyələrdə danışıqlar və qarşılıqlı məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 10
Bu Sazişin müddəalarının həyata keçirilməsi üçün Tərəflər qarşılıqlı razılıq əsasında qüvvədə xxxx xxxxxx prosedur sənədlərindən istifadə edir və ya onları işləyib hazırlayırlar.
Maddə 11
Bu Saziş 5 il müddətinə bağlanılır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla sonuncu yazılı bildirişi aldığı tarixdən qüvvəyə minir. Əgər Tərəflərdən biri müvafiq müddətin bitməsinə 6 ay qalmış Sazişin ləğv edilməsinə dair öz niyyəti barədə digər Tərəfə yazılı bildiriş göndərməzsə, bu Saziş avtomatik olaraq növbəti 5 illik müddətə uzadılır.
Bu Saziş Düşənbə şəhərində 15 mart 2007-ci il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, tacik və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının təfsirində fikir aynlığı yarandığı təqdirdə rus dilində xxxx mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikası Tacikistan Respublikası Hökuməti adından Hökuməti adından
(imza) (imza)