Contract
ʺAzərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqındaʺ Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. ʺAzərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqındaʺ 2005‐ci il iyunun 30‐da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2005‐ci il
№ 1008‐IIQ
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında
SAZ İŞ
Bundan sonra ʺTərəflərʺ adlandırılan Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti,
iki dövlət arasında tarixən formalaşmış qardaşlıq münasibətlərini nəzərə alaraq,
xxxx və mədəni əməkdaşlığın və mübadilənin xalqlar arasında qarşılıqlı anlaşmaya kömək göstərdiyinə, həmçinin dövlətlərarası əlaqələrin möhkəmlənməsinə təsir göstərdiyinə əmin olaraq,
elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadə etməklə mədəni sərvətlərin qarşılıqlı mübadiləsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə çalışaraq,
milli mədəni potensialın formalaşmasında, beynəlxalq mədəni mübadilədə, həmçinin bərabər hüquqlu dövlətlərarası ticarət‐iqtisadi və xxxx‐texniki əlaqələrin inkişaf etdirilməsində müəlliflik hüququ və əlaqəli hüquqların müasir rolunu nəzərə alaraq,
bu məqsədlə müəlliflərin və əlaqəli hüquqlara malik olanların hüquqlarının qorunması üçün qarşılıqlı, əlverişli şəraitin yaradılmasının vacibliyini dərk edərək,
qarşılıqlı münasibətləri inkişaf etdirmək istəyini rəhbər tutaraq və Tərəflərin hər ikisinin iştirakçısı olduğu ʺƏdəbi‐bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasıʺna (1971‐ ci il Paris aktı) əlavə olaraq,
aşağıdakılar haqqında razılığa gəldilər:
Tərəflərdən hər biri digər Tərəfin fiziki və hüquqi şəxslərinə və onların hüquqi varislərinə məxsus əsərlərə və əlaqəli hüquqların obyektlərinə, ilk dərc olunma yerindən asılı olmayaraq, müəlliflik hüququnu və əlaqəli hüquqları tanıyır. Tərəflər həmin hüquqların qorunmasını daxili qanunvericiliyin yaratdığı əsaslarla təmin edirlər.
Madd ə 2
Tərəflər bu Sazişə və üzvü olduqları və ya olacaqları digər beynəlxalq müqavilələrə uyğun olaraq, qarşılıqlı fayda və bərabərlik əsasında elm, ədəbiyyat və incəsənət əsərlərinə xxxx hüquqların qorunması və istifadəsi sahə‐sində əməkdaşlığı həyata keçirir və inkişaf etdirirlər.
M ad d ə 3
Tərəflər digər Tərəfin vətəndaşları və hüquqi şəxsləri tərəfindən yaradılmış elm,
ədəbiyyat və incəsənət əsərlərindən öz ərazilərində istifadəni təşviq edirlər.
Tərəflərin əməkdaşlığı:
müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə xxxx hüquqların qorunması və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsinə;
müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində milli qanun‐vericiliyin uyğunlaşdırılmasına;
müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində informasiya, normativ aktlar və digər sənədlər, həmçinin təcrübə və mütəxəssis mübadiləsinə yönəldiləcək.
M ad də 5
Tərəflər qarşılıqlı üzv olduqları ʺƏdəbi‐bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasıʺndan (1971‐ci il Paris aktı) irəli gələn öhdəliklərinin əhəmiyyətini təsdiq edir, həmçinin qarşılıqlı olaraq digər Tərəfin fiziki və hüquqi şəxslərinin müəlliflik hüququ və əlaqəli hüquqlarının tanınmasına və qorunmasına münasibətdə ikitərəfli müqavilə ilə hər hansı üçüncü Tərəfə verdiyindən az olmayan əlverişli rejim təqdim olunmasını təmin edirlər.
M add ə 6
5‐ci maddənin əlverişli rejim üzrə müddəaları tərəflərin qarşılıqlı səmərəlilik əsasında hər hansı üçüncü Tərəfə verdiyi imtiyazlara münasibətdə tətbiq olunmur.
M a d d ə 7
Tərəflər bundan sonra da müəlliflik hüququ və əlaqəli hüquqların ʺƏbədi‐bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasıʺnın, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında Konvensiyasının, İfaçıların, fonoqram istehsalçılarının yayım‐təşkilatlarının hüquqlarının qorunması haqqında Roma Konvensiyasının tələbləri səviyyəsində qorunmasının zəruriliyini təsdiq edir və milli qanunvericilik aktlarının müvafiq beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılması üçün tədbirlər görəcəklər.
Bu Sazişin tətbiqindən irəli gələn bütün ödəniş və hesablaşmalar Tərəflərin hər birinin qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq sərbəst dönərli valyuta ilə həyata keçiriləcək, xxxxx müvafiq hüquq sahibinin arzusu ilə ödəniş və hesablaşmalar ödənişi aparan Tərəfin milli valyutası ilə aparıla bilər.
Madd ə 9
Tərəflər öz ölkələrinin bu Sazişin əməli tətbiqi üçün əhəmiyyət kəsb edən qanunları və digər normativ hüquqi aktları barədə bir‐birinə məlumat verəcəklər.
Müəlliflik hüquqlarının yaranması, məzmunu və onlara xitam verilməsi ərazisində bu hüquqların istifadəsi, yaxud pozulması faktının müəyyən edildiyi Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 11
Bu Sazişin həyata keçirilməsi gedişində Tərəflərin bir‐birinə göndərəcəyi bütün sənədlər Azərbaycan və türk dillərindən birində göndərilir.
Madd ə 12
Bu Sazişin həyata keçirilməsi üçün aşağıdakı orqanlar məsuldurlar:
Azərbaycan Respublikasında ‐ Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi; Türkiyə Respublikasında ‐ Mədəniyyət və Turizm Nazirliyi.
Müvafiq orqanlar arasında əməkdaşlığın qayda və şərtləri onlar arasında bağlanmış xüsusi protokollarla müəyyən edilir.
Maddə 13
Bu Sazişdən irəli gələn və ya onun yerinə yetirilməsi ilə əlaqədar məsələlər üzrə fikir ayrılığının yarandığı halda Tərəflərin nümayəndələri müvafiq məsləhətləşmələr keçirəcək və bu fikir ayrılıqlarının tənzimlənməsi üçün zəruri səylər göstərəcəklər.
M ad də 14
Bu Saziş müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda Tərəflərin iştirakına mane olmur.
Maddə 15
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi xxxx ayrı‐ayrı protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edilə bilər. Həmin protokollar bu Sazişin 16‐cı maddəsinə uyğun olaraq qüvvəyə minir.
M addə 16
Bu Saziş Tərəflərin öz dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişinin digər Tərəfdən alındığı tarixdən qüvvəyə minir və beş il müddətində qüvvədə qalır.
Əgər Tərəflərdən biri hər növbəti müddətin başa çatmasından altı ay əvvəl Sazişin qüvvəsini ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı bildiriş göndərməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.
Bakı şəhərində, 30 iyun 2005‐ci il tarixində iki əsl nüsxədə hər biri Azərbaycan və türk dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.