XƏZƏR UNİVERSİTETİ
XƏZƏR UNİVERSİTETİ
DÜNYA MƏKTƏBİ
xxxx://xxx.xxxxxxxxxxx.xxx.xx xxxx://xxx.xxxxxxxxxxxx.xxx.xx e-mail: xxxx@xxxxxxxxxxx.xx
M Ü Q A V İ L Ə №
ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında
Bakı şəhəri “ ” _ -ci il
Bundan sonra “Məktəb” adlandırılacaq 5 iyul 2016-cı il tarixli, 089584 xxxxx lisenziya əsasında fəaliyyət göstərən xxx xxxx ümumtəhsil məktəbi “Xəzər Universiteti Dünya məktəbi” MMC direktoru Bayramova Nazpəri Zəhman qızının şəxsində bir tərəfdən, “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) adlandırılacaq Azərbaycan Respublikasının vətəndaşı şəxsində (Ş/V: seriya AZE № , tərəfindən -cı ildə verilib) digər tərəfdən aşağıdakı şərtlər əsasında bu müqaviləni bağladılar.
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. “Məktəb” ödənişli əsaslarla müvafiq təhsil proqramlarına və bu müqavilənin şərtlərinə uyğun olaraq aşağıda göstərilmiş şagirdə xxx xxxx təhsil verməyi, “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) isə məktəbin müəyyənləşdirdiyi bu müqavilənin 1.2-ci bəndində qeyd olunan qiymətlər üzrə təhsil haqqını, təhsil haqqı artımlarını məktəbə ödəməyi və digər xərclərin ödənilməsini təmin etməyi öhdələrinə götürürlər:
I-IV siniflər Azərbaycan və rus bölmələri
Xxxxxxxx adı, soyadı, atasının adı və xxxxx
V-XI siniflər Azərbaycan və rus bölmələri
Xxxxxxxx adı, soyadı, atasının adı və xxxxx
1.2. / tədris ili üçün illik təhsil haqqı
təşkil edir.
2. “MƏKTƏB”İN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Vəzifələr:
2.1. Şagirdlərin təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək
2.2. İbtidai sinif şagirdlərini gün ərzində səhər yeməyi, günorta isti naharla və günün ikinci yarısı qəlyanaltı ilə təmin etmək
2.3. V-XI sinif şagirdlərini səhər xxx xxxxx, günorta isə isti naharla təmin etmək
2.4.Valideynləri müntəzəm olaraq şagirdlərin nizam-intizam və tədris fəaliyyəti barədə məlumatlandırmaq
2.5. Şagirdlərə psixoloq dəstəyini (lazım gələrsə) təşkil etmək
2.6. Şagirdlərin sağlamlığı ilə əlaqədar profilaktik tədbirləri həyata keçirmək.
Hüquqlar:
2.7. “Valideyn”in (“Qəyyum” və ya “Himayəçi”) razılığı əsasında şagird “Məktəb” tərəfindən sınaq müddətinə qəbul edilərsə, sınaq müddəti bitdikdə məktəb rəhbərliyi şagirdin xxxxx və davranış göstəricilərini əsas götürərək şagirdi məktəbdə saxlayıb-saxlamamaq hüququna malikdir.
2.8. “Məktəb”in nizam-intizam qaydalarına əməl etməyən və akademik tələbatı ödəyə bilməyən şagirdi məktəbdən xaric etmək.
2.9. “Məktəb”in xərcləri artdığı təqdirdə (o cümlədən, xxxxx bunlarla məhdudlaşmayaraq, manatın digər valyutalara nisbətən dəyərsizləşməsi, məktəbin işçi heyətinin əmək haqqının artırılması, kommunal - elektrik, qaz, su, rabitə xərclərinin artması, ərzaq məhsullarının qiymətlərinin artması və s.) növbəti tədris illərində məktəb təhsil haqqını artırmaq hüququna malikdir. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) bu kimi dəyişikliklərə əvvəlcədən razılığını verir. Bu kimi dəyişikliklər barədə “Məktəb” “Valideyn”ə məlumat verəcəyini və Xxxxxxxx (“Qəyyum” və ya “Himayəçi”) təhsil haqqının “Məktəb”in hesabına vaxtında köçürülməsini öhdəsinə götürür.
2.10. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) bu müqavilənin 2.9-cu maddəsinə əsasən təhsil haqqının dəyişdirilməsinə (artırılmasına) etiraz edərsə, müqavilə məktəb tərəfindən birtərəfli qaydada, “Valideyn”ə (“Qəyyum” və ya “Himayəçi”) məlumat verməklə məhkəməyə müraciət edilmədən ləğv edilir və şagird növbəti tədris ilində təhsil almaq hüququnu itirir.
2.11. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) tərəfindən təhsil haqqı vaxtında ödənilmədikdə, ondan dəbbə pulu tələb etmək, bu tələb də “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) tərəfindən yerinə yetirilmədikdə övladını (şagirdi) dərslərə, imtahanlara buraxmamaq və ya məktəbdən xaric olmaq istərkən sənədlərini verməmək hüququnu məktəb özündə saxlayır.
3. “VALİDEYN”İN (“Qəyyum” və ya “Himayəçinin”) HÜQUQ VƏ VƏZİFƏLƏRİ Hüquqlar:
3.1 Tədris prosesinin müəyyən olunmuş standartlara uyğun təşkil olunmasını müşahidə etmək (hər ayın birinci həftəsi məktəbin rəhbərliyinin icazəsinə əsasən valideyn dərslərdə iştirak edə bilər)
3.2. “Məktəb”də təhsil xxxx şagirdi bir bölmədən başqa bölməyə keçirmək üçün məktəbə müraciət etmək. Bunun üçün şagird mütləq hazırlıq kursu keçməlidir. Kursun sonunda keçirilən imtahan nəticələri yüksək olarsa, şagird yeni bölmədə təhsilini davam etdirə bilər.
Vəzifələr:
3.3. “Məktəb” rəhbərliyinin icazəsi olmadan tədris prosesinə müdaxilə etməmək.
3.4. Şagirdin məktəbə gecikməməsini və vahid məktəbli formasında gəlməsini təmin etmək, şagirdin müəyyən səbəblərdən dərslərdə iştirak edə bilməməsi barədə dərhal məktəbə məlumat vermək.
3.5. Təhsil haqqını müqavilədə qeyd olunmuş qaydalar əsasında ödəmək.
3.6. Müqavilədə qeyd olunmayan, xxxxx şagirdlərin marağına və mənafeyinə uyğun gələn məsələlərin həlli üçün əlavə ödənişi təmin etmək (məsələn: xarici ölkələrdə dil kursları, xarici ölkələrə səfərlər və s. üçün ödənişlərin edilməsi).
3.7. Xxxxxx tərəfindən məktəbə maddi ziyan vurularsa, bu maddi ziyana görə cavabdeh olmaq və ödəniş etmək.
3.8. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etmək.
3.9. Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq.
3.10. “Məktəb”in nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmək.
3.11. Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prоsesi ilə bağlı qaydalara əməl etmək.
4. TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİ QAYDALARI
4.1.Məktəbdə hal-hazırda təhsil xxxx şagirdlər üçün illik təhsil haqqı şagird məktəbə qəbul edilərkən məktəblə valideyn arasında bağlanan müqavilədə qeyd edilmiş məbləğə uyğun ödənilir.
4.2. 20 - 20 -ci tədris ilində “Məktəb”ə qəbul edilən şagirdlərin illik təhsil haqqı aşağıdakı kimi ödənilir:
I – IV siniflər (Az. və rus böl.) – 8000 (səkkiz min) manat.
V-XI siniflər (Az. və rus böl.) - 8500 (səkkiz min beş yüz) manat.
4.3. Bu müqavilənin 4.2-ci bəndində göstərilən illik təhsil haqqı məbləğləri bu müqavilənin 2.9-cu bəndinə uyğun olaraq məktəb tərəfindən dəyişdirilə bilər.
4.4. Bu müqavilənin 4.2-ci bəndində göstərilən təhsil haqqına məktəbli forması, dərs vəsaitləri, nəqliyyat, dərnəklərin xərcləri daxil deyildir. Bu xərclər valideyn tərəfindən əlavə olaraq ödənilir.
4.5. Hər dərs ilinin xxxx şagird növbəti dərs ili üçün qeydiyyatdan keçməlidir.
4.6 I yarımil üçün təhsil haqqının 20%-nin ödəniş tarixi: 15 may-15 iyun tarixləri müddətində, digər 30%- i 15 avqust-15 sentyabr tarixləri müddətində.
4.7. II yarımil üçün təhsil haqqının növbəti 50%-i 15 yanvar -15 fevral tarixləri müddətində.
4.8. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) bu müqavilənin 4.5-ci maddəsində qeyd edilən tarixlərdə birinci və ikinci yarımilliklər üçün nəzərdə tutulan təhsil ödənişlərini vaxtında və lazımınca icra etməzsə, həmin məbləğin 5%-i həcmində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun ödənilməsindən imtina şagirdin növbəti yarımillik üçün qeydiyyatından imtinaya səbəb olur.
4.9. Hər yarımil üçün nəzərdə tutulan məbləğ ödənildikdən sonra şagirdin təhsilalma qeydiyyatı təsdiqlənir. Qeyd edilən müddətdə qeydiyyat həyata keçirilmirsə, şagirdin adı məktəbin şagird kontingenti siyahısına daxil edilmir.
4.10. Şagird məktəbə I (birinci) yarımil ərzində qəbul edilərsə, gəlmədiyi aylar çıxılmaq şərti ilə hesablanmış ümumi təhsil haqqı ödənişinin 50%-i 1 (bir) iş günü ərzində, digər 50%-i isə 15 fevral tarixinə qədər ödənilir. Şagird məktəbə II (ikinci) yarımildə qəbul edilərsə, ümumi təhsil haqqı ödənişindən təhsil almadığı ayların ödənişi çıxılmaq şərti ilə 1 (bir) iş günü ərzində ödəniləcək məbləğ tam ödənilməlidir.
4.11. Şagird müəyyən səbəblərə görə (üzrlü və ya üzrsüz) dərslərdə iştirak etmirsə, bu müddət üçün təhsil
haqqı ödənilməlidir və ya ödənilmişdirsə, xxxx qaytarılmır.
4.12. “Məktəb”də təhsil xxxx şagird ödənişli nəqliyyat servisindən istifadə etmək istəyirsə, nəqliyyat xidməti ofisi ilə əlaqə yaradılır və ödəniş servisin ofisində həyata keçirilir.
4.13. Şagirdin müəyyən səbəblərə görə (üzrlü və ya üzrsüz) təhsilini davam etdirməsi mümkün olmadıqda, qabaqcadan ödənilmiş təhsil haqqından məktəbdən azadolma əmri verilən tarixədək əvvəlcədən ödənilmiş məbləğdən tələb olunan təhsil haqqı çıxılır və qalan hissə “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) müraciətinə əsasən xxxx qaytarılır. (Bu o deməkdir ki, misal olaraq, 3 mart tarixində xxxxxxxx xxxxxxxx əmri verilmişsə, 3 mart tarixinədək tələb olunan təhsil haqqı əvvəlcədən ödənilmiş məbləğdən çıxılır, qalan məbləğ xxxx qaytarılır)
4.14. Təhsil haqqında müəyyən hallar üçün güzəştlər nəzərdə tutulmuşdur.
N | Təhsil haqqına güzəşt halları | Güzəşt % və AZN ilə |
1 | Qarabağ müharibəsi veteranları və şəhidlərin övladlarına(ailədən yalnız bir şagirdə) | 20% |
2 | İstedadlı, təhsildə və davranışda yüksək nəticə göstərən şagirdlərə məktəbin müvafiq komissiyanın rəyi əsasında (bütün fənlər üzrə qiymətləri əla xxxx,Respublika və beynəlxalq olimpiada, layihə qalibləri VIII-XI siniflər üzrə) | 20% |
3 | Xəzər Universiteti və Dünya məktəbində işləyən müəllim və digər işçilərin övladlarına(ailədən yalnız bir şagirdə) | 20% |
4 | Bir ailədən 2, 3 və x. xxxxxx məktəbdə təhsil alarsa, II şagirddən başlayaraq hər birinə | 500AZN |
5. FORS-MAJOR (QARŞISIALINMAZ HADİSƏ)
5.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizotiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları, dövlət orqanlarının qərarları və digər hallar aiddir.
5.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
5.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə bağlı yazılı şəkildə xəbərdar edir.
5.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.
5.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinəyetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edərsə, istənilən tərəf bu Müqaviləni
məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq ləğv edə bilər.
6. MÜQAVİLƏNİN MÜDDƏTİ
6.1. Bu müqavilə tərəflərin imzalamasından sonra qüvvəyə minir və 1 il (bir il) müddətinə qüvvədədir.
6.2. Bu Müqavilənin 2.9-cu maddəsində nəzərdə tutulan hallar baş verəcəyi, habelə bu müqavilənin 4.1- ci maddəsində nəzərdə tutulan təhsil haqları artırılacağı təqdirdə tərəflər yeni müqavilə bağlamalıdırlar.
6.3. Bu müqavilənin 6.2-ci maddəsində nəzərdə tutulan hallar baş verməzsə bu müqavilənin müddəti bitdikdən sonra eyni müddətə uzadılmış hesab edilir.
7. MÜQAVİLƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI
7.1. Bu müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər.
7.2. “Məktəb” aşağıdakı hallarda birtərəfli qaydada məhkəməyə müraciət etmədən bu Müqaviləyə xitam verə bilər:
7.2.1. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) təhsil haqqı və digər xərclər ödəmədikdə.
7.2.2. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) və ya şagird pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmadıqda.
7.2.3. Xxxxxx “Məktəb”in nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmədikdə.
7.2.4. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) və ya şagird təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prоsesi ilə bağlı qaydalara əməl etmədikdə.
7.3. Tərəflərdən biri bu müqaviləni birtərəfli qaydada ləğv edərsə, digər tərəfə 7 (yeddi) iş günü müddətində yazılı məlumat verməlidir.
7.4. Bu müqavilədə göstərilən əsaslarla məktəb bu müqaviləyə xitam verdikdə, ödənilmiş təhsil haqqı və digər xərclər qaytarılmır.
8. MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ
8.1. Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
8.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
9. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
9.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
10. DİGƏR ŞƏRTLƏR
10.1. Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.
10.2. Bu Müqavilə Azərbaycan dilində iki nüsxədə tərtib olunmuşdur. Bir nüsxəsi “Valideyn”də, (“Qəyyum” və ya “Himayəçi”) digər nüsxəsi isə “Məktəb”də saxlanılır və hər ikisi eyni hüquqi qüvvəyə malikdir.
11. TƏRƏFLƏRİN ÜNVANLARI VƏ İMZALARI
“Xəzər Universiteti Dünya məktəbi” MMC “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”)
Adı, soyadı
AZ1130 Bakı şəhəri, Ünvan:
Binəqədi r. Ə. Naxçıvani 9. Tel.: 000-000 00 00/47/48/49
Mob: 000-000-00-00 Telefon:
Adı: Xəzər Universiteti “Dünya məktəbi” MMC Ev: IBAN: AZ16AIIB40060060019440019346111 Mob: VÖEN: 1601290471
Kapital Bank ASC Nəsimi filialı KOD : 200112
VÖEN 9900003611 M|h:XX00XXXX00000000000000000000 SWİFT: XXXXXX0X
Direktor: Müqavilənin hər bir bəndini diqqətlə
Nazpəri Xxxxxxxxx oxudum, razıyam və təsdiq edirəm.
İmza: İmza: