AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında 2019-cu il xxxxxx 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2019-cu il
725
Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq), informasiya və kommunikasiya texnologiyalarının (bundan sonra “İKT” adlandırılacaq) dayanıqlı sosial və iqtisadi inkişaf
üçün vacib alət olduğunu qəbul edərək,
İKT sahəsində birgə səmərəli əməkdaşlığın inkişaf etdirilməsini və möhkəmləndirilməsini arzu edərək,
hər iki ölkədə səmərəli və etibarlı dövlət xidmətlərinin yerinə yetirilməsi ilə əlaqədar eyni məqsəd və hədəfləri bölüşərək,
İKT sahəsində ideyalar, məlumatlar, bacarıq və təcrübələr mübadiləsini həyata keçirməyi arzu edərək,
İKT sahəsində sərmayələrin və birgə müəssisələrin təşviqi üçün ümumi maraqların olduğunu vurğulayaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Əsas prinsiplər
Tərəflər qarşılıqlı fayda əsasında, onların milli qanunvericiliklərinə və tərəf olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq, həmçinin bu Sazişə müvafiq xxxx İKT sahəsində iqtisadi, sənaye, xxxx və texniki əməkdaşlıqlarını genişləndirirlər.
Maddə 2
Əməkdaşlıq sahəsi
Tərəflər arasında İKT sahəsində əməkdaşlıq aşağıdakı sahələrdən ibarətdir:
1. telekommunikasiya, poçt xidmətləri və kiber təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi;
2. telekommunikasiya sahəsində tənzimləmə məsələləri üzrə məlumat və təcrübə mübadiləsi;
3. hər iki ölkədə və ya üçüncü ölkələrdə qarşılıqlı uyğun şərtlərə müvafiq olaraq layihələr vasitəsilə İKT sahəsində sərmayələrin və birgə müəssisələrin təşviq edilməsi;
4. innovativ (qabaqcıl) dövlət xidmətləri sahəsində əməkdaşlıq edilməsi;
5. İKT sahəsində iki ölkənin şirkətləri arasında ticarət əlaqələrinin təşviq edilməsi;
6. bu maddədə nəzərdə tutulmuş tədbirlər çərçivəsində seminarların, təlimlərin və tanışlıq səfərlərinin təşkili və bu prosesə hər iki ölkənin ekspertlərinin və tədqiqatçılarının cəlb edilməsi;
7. iki ölkənin İKT sektorundan xxxx dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə ikitərəfli biznes forumlarının təşkili;
8. telekommunikasiya və poçt sahələrində ixtisaslaşmış beynəlxalq və regional təşkilatlarda hər iki ölkənin milli maraqlarının üst-üstə düşdüyü halda, bir-birinə dəstək verilməsi;
9. tərəflərin qarşılıqlı razılığına əsaslanan digər məsələlər.
Maddə 3
Sazişin həyata keçirilməsi
1. Bu Sazişin həyata keçirilməsi üçün Tərəflər dövlət qurumları və / və ya özəl təşkilatlar arasında əməkdaşlığı təşviq edir və ikitərəfli əməkdaşlığı inkişaf etdirmək səylərini dəstəkləyirlər.
2. Dövlət orqanları və özəl təşkilatlar, həmçinin ekspertlər və tədqiqatçılar Tərəflər arasında qarşılıqlı razılaşdırılmış xüsusi layihələrə cəlb oluna bilərlər.
3. Bu Saziş çərçivəsində qarşılıqlı fəaliyyətlərin həyata keçirilməsi zamanı işçi dil ingilis dilidir.
4. Tərəflər bu Sazişin 2-ci maddəsində nəzərdə tutulmuş sahələrdə keçiriləcək tenderlər üzrə qarşılıqlı məlumat mübadiləsini təmin edirlər.
Maddə 4
Birgə işçi qrup və səlahiyyətli orqanlar
1. Bu Sazişin 2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlərin əlaqələndirilməsi üçün Tərəflərin müvafiq qurumlarının və özəl təşkilatlarının nümayəndələrindən ibarət Birgə işçi qrup yaradılır.
2. Birgə işçi qrupun iclaslarının tarixi və gündəliyi Tərəflər arasında öncədən razılaşdırılır.
3. Bu Sazişin həyata keçirilməsi üçün məsul səlahiyyətli orqanlar aşağıdakılardır:
Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,
Əfqanıstan İslam Respublikası Hökuməti adından - Əfqanıstan İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi.
4. Səlahiyyətli orqanlarla bağlı hər hansı dəyişiklik baş verdiyi halda, Tərəflər bir-birinə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərirlər.
Maddə 5
Maliyyə məsələləri
Bu Saziş çərçivəsində bütün əməkdaşlıq fəaliyyətləri Tərəflərin maliyyə vəsaitlərinin mövcudluğuna əsasən həyata keçirilir.
Maddə 6
Məxfilik
1. Bu Saziş çərçivəsində əldə olunan bütün məlumatlar məlumatı təmin edən Tərəfin öncədən yazılı razılığı olmadan üçüncü tərəfə açıqlana bilməz. Bu Saziş qüvvədən düşdüyü halda belə, bu müddəa qüvvədə qalır.
2. Bu Saziş çərçivəsində dövlət sirri təşkil edən məlumatlar Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq mübadilə edilir.
Maddə 7
Digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər
Bu Sazişin müddəaları Tərəflərin dövlətlərinin üzv olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Maddə 8
Mübahisələrin həlli
Bu Sazişin müddəalarının təfsirindən və ya tətbiqindən irəli gələn hər hansı mübahisə Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
Maddə 9
Dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə hər hansı dəyişikliklər edilə bilər. Belə dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 10
Qüvvəyəminmə, müddət və ləğvetmə
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların tamamlanmasının təsdiqi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və bu Sazişin müddətinin bitməsindən ən azı 6 (altı) ay əvvəl Tərəflərdən hər biri onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə qüvvədə qalır. Ləğvetmə belə yazılı bildirişin alındığı tarixdən 6 (altı) ay sonra qüvvəyə minir.
3. Bu Sazişin qüvvədən düşməsi onun qüvvədə olduğu müddətdə başlanılmış proqramların və layihələrin tamamlanmasınadək yerinə yetirilməsinə təsir etmir.
Bakı şəhərində 2019-cu il 14 mart tarixində, hər biri Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük verilir.
Azərbaycan Respublikası Hökuməti adından (imza)
Əfqanıstan İslam Respublikası Hökuməti adından
(imza)