Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2015-ci il oktyabrın 27-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monteneqro Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2015-ci il
№ 718
Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti,
ətraf mühitin çirklənməsinin qarşısının alınması və mühafizəsi sahəsində qarşılıqlı səylərin artırılması və əməkdaşlığın inkişaf etdirilməsi əzmində olaraq, hər bir ölkənin ətraf mühit və təbiətin qorunmasını, təbii ehtiyatlardan səmərəli istifadəni təmin etmək üçün hüquq və öhdəliklərini nəzərə alaraq, indiki və gələcək nəsillər üçün ekoloji təhlükəsizliyin təmin edilməsi məsuliyyətindən xəbərdar olaraq,
hazırkı Sazişin predmeti xxxx beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarını və Tərəflərin qoşulduğu beynəlxalq sazişləri rəhbər tutaraq,
Tərəflər arasında dostluq münasibətlərinin bundan sonra da inkişafı üçün uzunmüddətli əməkdaşlığın xxxxx xxxx olduğuna inanaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər hər iki dövlətin maraqlarına uyğun olaraq ətraf mühitin mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirir və genişləndirir, eləcə də qlobal və regional ekoloji problemlərin həll edilməsi məqsədi ilə iqtisadi, xxxx və texniki əlaqələri bundan sonra da inkişaf etdirirlər.
Maddə 2
Tərəflərin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı, onların müvafiq milli qanunvericiliyi çərçivəsində və aşağıdakı sahələrdə beynəlxalq öhdəlikləri nəzərə alınaraq həyata keçirilir:
a) meşələrin davamlı və səmərəli idarə olunması üçün meyar və göstəricilərin hazırlanması və inkişaf etdirilməsi məqsədi ilə müvafiq layihələrin həyata keçirilməsi;
b) meşələrin mühafizəsi, meşə yanğınlarına qarşı mübarizə (fövqəladə vəziyyətə cavab) və məsafədən zondlama texnologiyaları daxil olmaqla, müxtəlif vasitələrlə meşə yanğınlarının qarşısının alınması;
c) biomüxtəlifliyin qorunması;
d) beynəlxalq suların mühafizəsi;
e) tullantıların idarə edilməsi;
f) su ehtiyatlarının çirklənmədən və tükənməkdən mühafizəsi;
g) iqlim dəyişikliyinə uyğunlaşma.
Tərəflər həmçinin əməkdaşlığın digər sahələrinə dair razılığa gələ bilərlər.
Maddə 3
Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq Tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı formada həyata keçirilir:
a) birgə xxxx-texniki tədqiqat və proqramlar;
b) əməkdaşlıq layihələrinin hazırlanması;
c) qabaqcıl təcrübə və xxxx tədqiqat fəaliyyəti haqqında məlumatların və sənədlərin mübadiləsi;
d) ətraf mühit üzrə mövcud qabaqcıl texnologiyaların mübadiləsi;
e) ekspertlərin mübadiləsi;
f) təlim proqramlarının, konfrans və simpoziumların təşkili.
Tərəflər həmçinin əməkdaşlığın digər formalarına dair razılığa gələ bilərlər.
Maddə 4
Tərəflər hər iki Tərəfin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən qurumları arasında birbaşa əlaqələrin yaradılmasını və əməkdaşlığının inkişaf etdirilməsini təşviq edirlər.
Maddə 5
Tərəflər səmərəli əməkdaşlığın həyata keçirilməsi üçün bu Saziş çərçivəsində İşçi Qrup yaradırlar.
Tərəflər hazırkı Sazişin qüvvəyə minməsindən sonra 3 ay ərzində bu İşçi Qrupun məsul əlaqələndirici şəxslərinin adları barədə məlumatı bir-birinə təqdim edirlər.
Maddə 6
Tərəflər hazırkı Sazişin həyata keçirilməsini bərabər əsasla maliyyələşdirir. Hər bir Tərəf ekspertlərinin bütün birgə tədbirlərdə iştirakı üçün xərcləri öz üzərinə götürür.
Tərəflər xüsusi hallarda hazırkı Sazişin yerinə yetirilməsinin maliyyələşdirilməsi ilə bağlı başqa cür razılığa gələ bilərlər.
Maddə 7
Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı yaranan istənilən mübahisə Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 8
Bu Saziş Tərəflərin bağladıqları, qüvvədə xxxx digər sazişlərdən irəli gələn hüquq və öhdəliklərə xələl gətirmir.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və 10-cu maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 10
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili hüquqi tələblərin tamamlanması barədə Tərəflərin bir-birini məlumatlandırdıqları sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı üç ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməzsə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə qüvvədə qalır.
Bu Sazişin ləğvi belə ləğvetmədən öncə bu Saziş əsasında hazırlanmış layihə və ya proqramların həyata keçirilməsinə təsir etmir.
Bakı şəhərində 27 oktyabr 2015-ci il tarixində, hər biri Azərbaycan, Monteneqro və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikası | Monteneqro Hökuməti |
Hökuməti adından | adından |
(imza) | (imza) |