AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 2009‐cu il fevralın 16‐da Afina şəhərində imzalanmış sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 2009‐cu il fevralın 16‐da Afina şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş;
1.2. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikası İnkişaf Nazirliyi arasında bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində Anlaşma Memorandumu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1‐1.2‐ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1‐1.2‐ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Yunanıstan Respublikası tərəfini xəbərdar etsin.
Xxxxx Xxxxxx, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2009‐cu il.
№ 207
Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti (bundan sonra ʺTərəflərʺ adlandırılacaq), hər iki ölkənin sosial və iqtisadi inkişafı çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi və möhkəmləndirməyi arzu edərək,
hər iki ölkədə əhaliyə səmərəli və dayanıqlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar eyni məqsəd və maraqları bölüşərək,
informasiya və kommunikasiya texnologiyaları sahəsində aparılan əməkdaşlığın hazırkı səviyyəsinin təkmilləşdirilməsinin və ideyalar, məlumatlar, xxxxx və təcrübələr mübadiləsi yolu ilə ümumi maraq kəsb edən sahələrdə əməkdaşlığın Tərəflər üçün faydalı olacağını nəzərə alaraq,
informasiya və kommunikasiya texnologiyaları sahəsində Tərəflər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsində mövcud xxxx potensialı və mövcud imkanlardan tam istifadə etmək üçün ehtiyacı dərk edərək,
hər iki Tərəfin informasiya və kommunikasiya texnologiyaları sahəsində sərmayələri, birgə müəssisələri, ümumi maraqları, texnoloji inkişafı və ticarəti inkişaf etdirmək arzusunda olduqlarını nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər qarşılıqlı fayda əsasında, öz ərazilərində qüvvədə xxxx qanunvericiliyə və beynəlxalq hüququn müvafiq xxxxx və prinsiplərinə, həmçinin bu Sazişə uyğun olaraq, informasiya və kommunikasiya texnologiyaları sahəsində öz iqtisadi, sənaye, xxxx və texniki əməkdaşlığını inkişaf etdirəcək və təkmilləşdirəcəklər.
Maddə 2
Elektromaqnitik uyğunluq (EMU) məsələləri də daxil olmaqla, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq aşağıdakıları əhatə edir:
1. telekommunikasiyanın tənzimlənməsi ilə əlaqədar Yunanıstan Respublikasının təcrübəsinin öyrənilməsi;
2. E‐hökumət və E‐imzanın tətbiqi sahəsində əməkdaşlıq;
3. Azərbaycan Respublikasının informasiya və kommunikasiya texnologiyaları sahəsinə Yunanıstan Respublikası tərəfindən sərmayə qoyuluşlarının təşviq etdirilməsi;
4. qarşılıqlı məqbul şərtlərlə Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılmasının təşviq etdirilməsi;
5. Yunanıstan Respublikasının telekommunikasiya təsisatlarında azərbaycanlı mütəxəssislər üçün təlim kurslarının təşkili;
6. birgə seminar, konfrans, forum və sərgilərin keçirilməsi;
7. beynəlxalq təşkilatlarda (ÜPİ və BTİ kimi) hər iki ölkənin milli maraqları üst‐üstə düşdüyü təqdirdə bir‐birini dəstəkləməsi;
8. hər iki Tərəfin nümayəndə heyətlərinin təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərinin təşkili;
9. elektromaqnitik uyğunluq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, öz məhsullarının dəstəklənməsi, təşviq edilməsi və sertifikatlaşdırılması sahəsində müvafiq tədbirlərin görülməsi;
10. qarşılıqlı razılaşma əsasında digər məsələlər.
Maddə 3
Tərəflər İKT sahəsində fəaliyyətin təşviq olunması, əməkdaşlığın inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiq edilməsi və birgə müəssisələrin təşviqi məqsədilə, aidiyyəti orqanları, təşkilat və müəssisələri tərəfindən bu sahədə sıx əlaqələrin və məlumat mübadiləsinin təkmilləşdirilməsini, eləcə də mümkün olduqda, xüsusi proqramların və layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığı təşviq edəcəklər.
Tərəflər kəndlərdə telekommunikasiyanın inkişaf etdirilməsi, rəqəmsallara keçidin təmin edilməsi və lokal şəbəkələrin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının və Yunanıstan Respublikasının təcrübəsinin tətbiqi üçün hər iki Tərəfin mütəxəssislərinin birgə iş aparmasını təmin edəcəklər.
Maddə 4
Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərə, həmçinin Yunanıstan Respublikasının Avropa Birliyinə üzvlüyündən irəli gələn öhdəliklərinə toxunmur.
Maddə 5
Tərəflər əməkdaşlıq çərçivəsində mübadilə etdikləri informasiyanın konfidensiallığının öz qanunvericiliklərinə uyğun surətdə qorunması üçün zəruri tədbirlər görəcəklər, həmçinin belə informasiyanı təqdim etmiş Tərəfin yazılı icazəsi olmadan bu informasiyanı üçüncü tərəfə aşkarlamayacaq və yaymayacaqlar. Bu müddəa bu Saziş qüvvədən düşdükdən sonra üç il müddətində qüvvədə qalır.
Maddə 6
Tərəflər bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mübahisələr yarandığı təqdirdə, onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.
Maddə 7
Bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul səlahiyyətli orqanlar:
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ‐
Azərbaycan Respublikası Hökuməti adından;
Yunanıstan Respublikasının Nəqliyyat və Rabitə Nazirliyi ‐ Yunanıstan Respublikası Hökuməti adından.
Bu Sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlanrı qarşılıqlı fəaliyyəti zamanı işçi dil qismində ingilis dilindən istifadə ediləcəkdir.
Tərəflər əməkdaşlığın xüsusiyyətlərindən asılı olaraq, bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul xxxx digər hökumət orqanlarını təyin edə bilərlər və onlar diplomatik kanallar vasitəsilə bir‐birini bu barədə məlumatlandıracaqlar.
Maddə 8
Tərəflərin yazılı razılığına əsasən, bu Sazişə düzəlişlər edilə bilər. Belə düzəlişlər bu Sazişin ayrılmaz hissəsi xxxx və onun 9‐cu maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdiriləcəkdir.
Maddə 9
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə Tərəflərin diplomatik kanallar vasitəsilə bir‐birlərinə göndərdikləri
sonuncu yazılı bildirişin tarixindən qüvvəyə minir. Bu Saziş iki il müddətinə bağlanılır. Tərəflərdən biri bu Xxxxxxx müddətinin bitməsinə ən azı altı ay qalmış bunun əksi barədə digər Tərəfə bildirmədikdə, Xxxxxxx qüvvəsi növbəti iki il müddətinə uzadılacaqdır.
Bu Saziş Afina şəhərində 16 fevral 2009‐cu il tarixində, Azərbaycan, yunan və ingilis dillərində, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Yunanıstan Respublikası Hökuməti adından Hökuməti adından
(imza) (imza)
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikası İnkişaf Nazirliyi arasında bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində
ANLAŞMA MEMORANDUMU
Bundan sonra ʺTərəflərʺ adlandırılacaq Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikası İnkişaf Nazirliyi,
Tərəflərin bərpaolunan enerji mənbələri və enerji səmərəliliyinə əsaslanan enerji sahəsindəki proqramlarının səmərəliliyinin təmin olunmasını və Tərəflərin alimləri arasında bu sahədə əməkdaşlığın genişləndirilməsini arzu edərək,
Tərəflər arasında əməkdaşlığın genişləndirilməsinin Tərəflərin iqtisadiyyatının inkişafına və mövcud dostluq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyini etiraf edərək,
Tərəflərdən hər birinin bu Anlaşma Memorandumunu öz milli qanunvericiliklərinə, beynəlxalq hüququn xxxxx və prinsiplərinə və Yunanıstan Respublikasının Avropa Birliyinə üzvlüyündən irəli gələn öhdəliklərinə uyğun həyata keçirəcəyini vurğulayaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Anlaşma Memorandumunun məqsədi Tərəflər arasında bərpa olunan enerji mənbələri və enerji səmərəliliyinə aid tədqiqatlarda birgə fəaliyyətin həyata keçirilməsi Proqramının dəstəklənməsi və onun üçün əsas yaradılmasıdır. Bu cür fəaliyyət qarşılıqlı fayda, bərabərlik və qarşılılıq əsasında həyata keçiriləcəkdir.
Maddə 2
Fəaliyyət sahələri
Bu Anlaşma Memorandumu çərçivəsində fəaliyyət sahələri aşağıdakıları əhatə edir: müvafiq sahədə təcrübə mübadiləsi, qanunvericilik və inzibati islahatlara dəstək; institusional gücləndirmə və imkanların yaradılması;
enerji siyasəti və planlaşdırma;
bərpaolunan enerjinin (günəş enerjisi, külək enerjisi, biokütlə enerjisi ‐ bioyanacaq) və enerji səmərəliliyi tədbirlərinin təşviq olunması üçün fəaliyyətin işlənib hazırlanması;
enerji səmərəliliyi və enerjiyə qənaət (binalarda, nəqliyyatda) sahəsində ən qabaqcıl təcrübənin paylaşılması;
maliyyə mexanizmlərinin müəyyənləşdirilməsi üçün Aİ və beynəlxalq səviyyədə ümumi strategiyaların və layihələrin işlənib hazırlanması, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin təşviq olunması.
Maddə 3
Əməkdaşlığın formaları
3.1. Bu Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyət, yalnız bununla məhdudlaşmamaq şərtilə, aşağıdakı formaları əhatə edəcək:
2‐ci maddədə əks olunmuş sahələrdə fəaliyyətin planlaşdırılması üçün rəsmi şəxslər və proqram rəhbərləri arasında məsləhətləşmələrin aparılması;
hər bir ölkənin mərkəzlərində, institutlarında, laboratoriyalarında və digər müəssisələrində aparılan inkişaf fəaliyyəti, tədqiqatlar, təhlillər və eksperimental fəaliyyətlərdə iştirak etmək üçün alim və mütəxəssislərin əvvəlcədən razılaşdırılmış müddətə mübadiləsi;
hipotezaların sınaqdan keçirilməsi məqsədilə xxxx və texniki informasiyanın, tədqiqat metodlarının və xxxx nəticələrin mübadiləsi;
razılaşdırılmış mövzular üzrə seminarların, təlim kurslarının və görüşlərin təşkili;
bərpaolunan enerji və enerji effektivliyinə dair xüsusi layihələrin hazırlanması və tətbiqi;
sənaye və yanacaq‐energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və Tərəflər arasında müştərək müəssisələrin yaradılması.
Maddə 4
Layihə təsviri
4.1. Tərəflər bu Anlaşma Memorandumu əsasında həyata keçiriləcək layihələrin hər biri üçün Layihə Təsviri tərtib edəcəklər.
4.2. Layihə Təsviri birgə layihənin yerinə yetirilməsi üçün ətraflı müddəalardan ibarət olacaq və texniki imkanlar, avadanlıq mübadiləsi, büdcə, xərclərin bölüşdürülməsi və layihənin qrafiki, əməkdaşlığın idarə edilməsi və xxxx‐texniki informasiya mübadiləsi kimi məsələləri əhatə edəcəkdir.
Maddə 5
İdarəetmə
5.1. Bu Anlaşma Memorandumunun lazımi qaydada icrası məqsədilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikası İnkişaf Nazirliyi tərəfindən təyin edilən nümayəndələrdən ibarət Koordinasiya Komissiyası yaradılır.
5.2. Koordinasiya Komissiyası hər il üzvləri arasından alternativ olaraq Sədr təyin edəcəkdir.
5.3. Koordinasiya Komissiyası bu Anlaşma Memorandumu çərçivəsində həyata keçiriləcək hər bir layihə üçün 4‐cü maddədə əksini tapmış Layihə Təsvirinin tərtib olunmasını təmin edəcəkdir.
5.4. Koordinasiya Komissiyası bu Anlaşma Memorandumu əsasında həyata keçirilən əməkdaşlığın vəziyyətini qiymətləndirmək üçün zəruri olduğu təqdirdə görüşlər keçirəcək və yazışmalar aparacaqdır. Əlavə olaraq, Koordinasiya Komissiyası əməkdaşlıq üçün yeni mühüm təklifləri nəzərdən keçirəcək və bu istiqamətdə işlər görəcəkdir.
Maddə 6
İnformasiya mübadiləsi
6.1. İnformasiya mübadiləsinə xxxx və texniki məlumatlar, tədqiqatın nəticələri və formaları və ya Anlaşma Memorandumuna uyğun olaraq, Layihə Təsviri çərçivəsində təqdim olunan, mübadilə edilən və ya meydana gələn istənilən informasiya daxildir.
6.2. Bu Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən əməkdaşlıq zamanı əldə edilən konfidensial məlumatlar da daxil olmaqla, istənilən məlumatın açıqlanması belə məlumatı təqdim edən Tərəfin yazılı razılığına əsasən Tərəflərin müvafiq milli qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcəkdir.
Maddə 7
Əqli mülkiyyət hüquqları
Əqli mülkiyyət hüquqları hər bir xüsusi layihə çərçivəsində müəyyən olunacaqdır.
Maddə 8
Maliyyələşmə
Tərəflərin əməkdaşlığından irəli gələn maliyyə öhdəliyinin formasının, metodlarının və şərtlərinin detalları Tərəflər arasında daha sonra imzalanacaq ayrıca Protokolla müəyyən ediləcəkdir.
Maddə 9
Ümumi müddəalar
Bu Anlaşma Memorandumu çərçivəsində bütün fəaliyyətlər Azərbaycan Respublikası və Yunanıstan Respublikası ərazisində qüvvədə xxxx müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçiriləcəkdir.
Anlaşma Memorandumunda heç bir müddəa Tərəflər arasında digər əməkdaşlığa və tərəfdaşlığa təsir göstərməyəcəkdir.
Maddə 10
Mübahisələrin həlli
Bu Anlaşma Memorandumunun təfsiri və ya həyata keçirilməsi ilə əlaqədar meydana çıxan istənilən mübahisələr Tərəflər arasında qarşılıqlı məsləhətləşmələr və danışıqlar vasitəsilə həll ediləcəkdir.
Maddə 11
Düzəlişlər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna ayrıca Protokollarla düzəlişlər edilə bilər. Bu düzəlişlər bu Anlaşma Memorandumunun 12‐ci maddəsinin birinci bəndində nəzərdə tutulmuş qaydada qüvvəyə mindikdən sonra bu Anlaşma Memorandumunun ayrılmaz hissəsi olacaqdır.
Maddə 12
Qüvvəyə minmə və qüvvədən düşmə
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılacaqdır.
Bu Anlaşma Memorandumu Afina şəhərində 16 fevral 2009‐cu il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, yunan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı olduğu təqdirdə, ingilis dilindəki mətnə istinad ediləcəkdir.
Azərbaycan Respublikası | Yunanıstan Respublikası |
Sənaye və Energetika Nazirliyi | İnkişaf Nazirliyi |
adından | adından |
(imza) | (imza) |