S A Z İ Ş
Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında
S A Z İ Ş
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti,
hər iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsini və genişləndirilməsini arzulayaraq,
miqrasiya proseslərinin tənzimlənməsinin və idarə olunmasının və qeyri-leqal miqrasiya ilə mübarizənin zəruriliyini nəzərə alaraq, miqrasiya proseslərinin tənzimlənməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə və insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinə xüsusi əhəmiyyət verərək,
miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın effektiv formalarının inkişaf etdirilməsi və peşəkar əlaqələrin genişləndirilməsi üzrə ümumi niyyətlərini ifadə edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər aşağıdakı əsas istiqamətlər üzrə əməkdaşlıq edəcəklər: bütün növ miqrantların hüquqlarının qorunması və təmin edilməsi;
miqrasiyanın idarə olunması, qanunsuz miqrasiyanın qarşısının alınması və insan alverinə qarşı mübarizə;
sığınacaq və qaçqınlar problemi;
vətəndaşların könüllü geriyə qayıtması.
Maddə 2
Bu Sazişin yerinə yetirilməsi üçün Tərəflərin Səlahiyyətli Orqanları aşağıdakılardır: Azərbaycan Respublikası Hökuməti tərəfindən - Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
Moldova Respublikası Hökuməti tərəfindən Moldova Respublikasının Daxili İşlər Nazirliyi, Moldova Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi.
M a d d ə 3
Tərəflər miqrasiya proseslərinin tənzimlənməsi, xüsusən də: bu sahədə milli siyasətin hazırlanması və həyata keçirilməsi; bu sahədə milli qanunvericilik;
miqrasiya sahəsində informasiya sistemlərinin yaradılması və məlumat bazasının idarə olunması;
miqrasiya axınlarına nəzarət; qanunsuz miqrasiyaya qarşı tədbirlər;
xarici əmək miqrasiyası və bir Tərəf dövlətinin vətəndaşının digər Tərəf dövlətində işə düzəlməsi imkanları
sahəsində təcrübə və məlumat mübadiləsini həyata keçirəcəklər.
Maddə 4
1. Tərəflərin Səlahiyyətli Orqanları bu Sazişin həyata keçirilməsi ilə bağlı məsələlərin həlli üçün birgə işçi qrupu yaradırlar.
İşçi qrupu, ehtiyac yarandıqda, növbə ilə Bakı və Kişineu şəhərlərində birgə iclaslar keçirir.
2. Tərəflər zəruri hallarda bu Saziş çərçivəsində ikitərəfli əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarının öyrənilməsi məqsədilə iclaslar və məsləhətləşmələr təşkil edirlər.
3. Həmçinin Tərəflər iş təcrübəsinin öyrənilməsi və bu Sazişlə müəyyən edilmiş əməkdaşlıq üzrə məlumatlandırılma məqsədilə mütəxəssislərinin ezam olunmasını təşkil
edirlər.
4. Əməkdaşlıq və təcrübə mübadiləsi üzrə fəaliyyətin müddəti, proqramı və maliyyə şərtləri Tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən ediləcəkdir.
Maddə 5
Tərəflər beynəlxalq və regional təşkilatların işində iştirak çərçivəsində mövqelərin razılaşdırılması və əhalinin miqrasiya problemlərinin həlli üzrə səylərin əlaqələndirilməsi məqsədilə əməkdaşlıq etmək və məsləhətləşmələr aparmaq niyyətlərini ifadə edirlər.
Maddə 6
Tərəflər həmçinin qarşılıqlı məqbul xxxx digər istiqamətlərdə də əməkdaşlıq etmək niyyətindədirlər.
Maddə 7
Tərəflər bu Sazişin müddəalarının tətbiqi və təfsiri zamanı yaranmış mübahisələri və fikir ayrılıqlarını danışıqlar və məsləhətləşmələr yolu ilə həll edirlər.
Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə təsir etmir.
Maddə 8
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan ayrıca Protokollarla rəsmiləşdirilən və 9-cu maddədə müəyyən olunmuş qaydada qüvvəyə minən əlavələr və dəyişikliklər edilə bilər.
Maddə 9
1. Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin diplomatik kanallar vasitəsilə axırıncı yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş 5 il müddətinə bağlanılır. Tərəflərdən biri Xxxxxxx müddətinin başa çatmasına ən azı 6 ay qalmış diplomatik kanallar vasitəsilə digər Tərəfə Sazişin ləğv edilməsi niyyəti barədə yazılı bildiriş təqdim etməzsə, Xxxxx növbəti birillik müddətlərə uzadılır.
Bu Saziş Bakı şəhərində 2007-ci il 27 fevral tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, moldav və rus dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, rus dilində xxxx mətndən istifadə edilir.
Azərbaycan Respublikası Moldova Respublikası Hökuməti adından Hökuməti adından
(imza) (imza)
Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair
S A Z İ Ş
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti,
iki ölkə xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən davamlı istifadə məqsədilə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını ifadə edərək,
hər iki dövlətin iştirakçısı olduqları beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərinin yerinə yetirilməsi üçün ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Müvəkkil orqanlar sayılırlar:
Azərbaycan Respublikası tərəfindən - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
Moldova Respublikası tərəfindən - Moldova Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi.
Maddə 2
Ətraf mühitin çirklənməsinin qarşısının alınması, mühafizəsi və təbii sərvətlərdən davamlı istifadə sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi müvafiq proqramlar və planlar vasitəsilə təmin ediləcəkdir.
Maddə 3
Tərəflər arasında ətraf mühit üzrə əməkdaşlığın əsas sahələri aşağıdakılar olacaqdır:
a) mühafizə olunan ərazilərin idarə olunması;
b) bioloji müxtəlifliyin qorunması;
c) ətraf mühitə təsirin qiymətləndirilməsi, transsərhəd kontekstinin daxil edilməsi;
d) tullantıların (o cümlədən təhlükəli tullantıların) idarə olunması;
e) qanunverici və normativ aktların işlənib hazırlanması və tətbiq edilməsi;
f) atmosfer havası, o cümlədən ozon təbəqəsinin qorunması, qlobal iqlim dəyişmələrinin və uzaq məsafələrdə havanın transsərhəd çirklənməsinin qarşısının alınması;
g) meşələrin idarə olunması;
h) mineral ehtiyatlarının idarə edilməsi, o cümlədən yeraltı sərvətlərin tədqiqatı, kəşfiyyatı və istismarı;
i) ətraf mühit sahəsində xxxx tədqiqatlar və monitorinq;
k) tərəflərin birgə maraq obyekti xxxx bu və ya digər sahə.
Maddə 4
Sazişin 3-cü maddəsində sadalanan sahələr üzrə əməkdaşlıq aşağıdakı şəkildə həyata keçiriləcəkdir:
birgə xxxx-texniki tədqiqatlar/proqramlar; əməkdaşlıq üzrə layihələrin hazırlanması;
ətraf mühitin mühafizəsi sahəsində ən yaxşı fəaliyyət üzrə təcrübə, məlumat və sənədlərin mübadiləsi, davamlı inkişaf və ekoloji təhsilin həyata keçirilməsi;
qanunverici və normativ aktların mübadiləsi;
ətraf mühitin mühafizəsi üzrə ən yaxşı texnologiyaların mübadiləsi; mütəxəssislər mübadiləsi;
təhsil proqramları, konfranslar və simpoziumların təşkili;
tərəflərin zəruri hesab etdikləri hər hansı digər əməkdaşlıq formaları.
Maddə 5
Tərəflər ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən davamlı istifadə sahəsində çalışan hökumət və qeyri-hökumət təşkilatlan nümayəndələrinin əməkdaşlığına yardım göstərəcəklər.
Maddə 6
Bu Saziş qüvvəyə mindikdən sonra Tərəflərin hər biri Saziş çərçivəsində əməkdaşlıq fəaliyyətinin idarə edilməsinə cavabdeh olan Milli Əlaqələndirici təyin edəcəkdir. Tərəflər Milli Əlaqələndiricilərin təyin olunması barədə bir-birini məlumatlandıracaqlar. Tərəflər qarşı Tərəfə yazılı bildiriş göndərməklə Milli Əlaqələndiricini əvəz edən şəxsləri təyin edə bilərlər.
Tərəflərin Milli Əlaqələndiriciləri bu Sazişin 3-cü maddəsində əksini tapmış əməkdaşlıq sahələri üzrə fəaliyyətlə əlaqədar müfəssəl illik işçi proqramları hazırlayacaqlar.
Milli Əlaqələndiricilər bu Sazişlə müəyyən edilmiş fəaliyyəti müzakirə etmək və ya ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair məsələlərə baxmaq məqsədilə qarşılıqlı razılaşma əsasında görüşlər keçirə bilərlər. Görüşün vaxtı və keçirilmə yeri qarşılıqlı razılaşma ilə müəyyən edilir.
Maddə 7
Bu Sazişin təfsiri və ya həyata keçirilməsi zamanı ortaya çıxan bütün mübahisələr Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 8
Bu Sazişin müddəaları Tərəflərin iştirakçıları olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi sayılan və Sazişin 11-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrı-ayrı protokollarda rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
M a ddə 1 0
Bu Sazişin qüvvəsinin dayandırılması həmin Sazişə uyğun olaraq razılaşdırılmış və onun qüvvədə olduğu zaman başlanmış və sona çatdırılmamış işlərin davam etdirilməsinə təsir etməyəcəkdir.
Maddə 1 1
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurları yerinə yetirmələri haqqında diplomatik kanallar vasitəsilə sonuncu yazılı xəbərdarlığının alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 (beş) il müddətinə bağlanılır. Əgər Tərəflərdən heç biri Xxxxxxx qüvvədə olma müddətinin bitməsinə ən azı altı ay qalmış ona xitam vermək niyyəti ilə yazılı xəbərdarlıq etməzsə, onun qüvvəsi növbəti beşillik müddətə uzadılacaq.
Bu Saziş Bakı şəhərində 2007-ci il 22 fevral tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, moldav və rus dillərində imzalanmışdır, hər üç mətn eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yaranacağı təqdirdə rus dilində xxxx mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikası Moldova Respublikası Hökuməti adından Hökuməti adından
(imza) (imza)
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Moldova Respublikasının Maliyyə Nazirliyi arasında dövlət maliyyələşməsi sahəsində əməkdaşlığa dair
S A Z İ Ş
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Moldova Respublikasının Maliyyə Nazirliyi,
büdcə və maliyyə sisteminin möhkəmləndirilməsi zərurətini qeyd edərək,
dövlət maliyyələşməsi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədinə çatmaq niyyətində olaraq,
dövlət büdcə və maliyyə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına səy göstərərək,
iki dövlət arasında mövcud müsbət münasibətlərə əsaslanaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Sazişin məqsədi
Bu Sazişin məqsədi Tərəflər arasında onların səlahiyyətləri çərçivəsində və mövcud
qanunvericiliyinə müvafiq olaraq, uzunmüddətli əməkdaşlığa şərait yaratmaqdan ibarətdir.
Maddə 2
Əməkdaşlıq sahələri
Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:
1) dövlət büdcəsinin tərtib olunması və icrası;
2) dövlət sektorunda mühasibatlıq;
3) büdcədaxili münasibətlər;
4) vergi siyasəti və vergiqoymanın idarə olunması;
5) dövlət borcunun idarə olunması;
6) şirkətlərin mühasibat uçotu və auditi;
7) daxili dövlət maliyyə nəzarəti;
8) maliyyə xidmətləri: sığorta bazarı;
9) Tərəflərin razılaşdığı digər əməkdaşlıq sahələri.
Maddə 3
Əməkdaşlığın həyata keçirilməsi
Tərəflər arasında əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcəkdir:
1) bu Sazişin 2-ci maddəsində göstərilən sahələrdə ümumi əməkdaşlıq proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi;
2) dövlət büdcə və maliyyə sisteminin tənzimlənməsi sahəsində təcrübə mübadiləsi və dövlət sektorunda mühasibat uçotu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi;
3) Tərəflər arasında görüşlərin, tədris xarakterli tanışlıq səfərlərinin və məsləhətləşmələrin həyata keçirilməsi;
4) dövlət maliyyələşməsi sahəsinə dair qanunvericilik aktlarının, metodiki təlimatların və digər məlumatların mübadiləsi;
5) birgə təlim proqramları;
6) ümumi maraqlar sahəsində ekspertlərin mübadiləsi və görüşlərin təşkil olunması; 7)dövlət maliyyələşməsinin idarə olunması sahəsində yeni texnologiyaların tətbiqi.
Tərəflər yuxanda göstərilənlərlə yanaşı, öz aralarında razılaşdırdıqları digər formalarda da əməkdaşlıq edə bilərlər.
Maddə 4
Əməkdaşlığın planlaşdırılması
Bu Sazişə uyğun olaraq, Tərəflər Azərbaycan-Moldova Birgə Hökumətlərarası Komissiyası çərçivəsində həyata keçirilən beynəlxalq əməkdaşlığa əlavə olaraq müxtəlif tədbirlərin görülməsinə razılaşırlar.
Maddə 5
Maliyyə müddəaları
Tərəflər, konkret hallardan asılı olaraq və öz büdcə imkanları çərçivəsində, maliyyələşdirmə və hər hansı bir layihənin həyata keçirilməsi ilə bağlı tədbirlərin görülməsini nəzərdən keçirəcəklər.
Maddə 6
Mübahisələrin həlli
Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yaranan fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 7
Tərəflərin digər beynəlxalq sazişlərdən yaranan öhdəlikləri
Bu Saziş Tərəflərin dövlətlərinin bağladığı digər beynəlxalq müqavilələrdən, yaxud onların beynəlxalq təşkilatlara üzvlüyündən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 8
Əməkdaşlıq Sazişinə düzəlişlər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi xxxx və Sazişin 9-cu maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrı-ayrı protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 9
Müddət və xitam
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanatlar vasitəsilə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən biri Xxxxxxx müddətinin başa çatmasına ən azı 6 ay qalmış diplomatik kanallar vasitəsilə digər Tərəfə Sazişin ləğv edilməsi niyyəti barədə yazılı bildiriş təqdim etməzsə, Xxxxx növbəti beşillik müddətlərə uzadılır.
Bu Saziş Bakı şəhərində 2007-ci il 22 fevral tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, moldav və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Sazişin təfsirində fikir ayrılığı olduqda, ingilis dilində xxxx mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikasının Moldova Respublikasının Maliyyə Maliyyə Nazirliyi adından Nazirliyi adından
(imza) (imza)
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Moldova Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və
tibb xxxx sahəsində əməkdaşlıq haqqında S A Z İ Ş
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Moldova Respublikasının Səhiyyə Nazirliyi səhiyyə və tibb xxxx sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə və bu əməkdaşlığın əhalinin sağlamlıq statusunun yaxşılaşdırılmasına səbəb olacağından əmin olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər tibb müəssisələri və xxxx tədqiqat institutları arasında səhiyyə və tibb xxxx sahəsində uzunmüddətli, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığı hər iki Tərəfin ölkə daxili qanunvericiliyinə əsasən inkişaf etdirəcəklər.
Maddə 2
Tərəflər tibbin və səhiyyənin aşağıda qeyd olunan sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcəklər:
xəstəxanaların menecmenti və səhiyyə sahəsində islahatların idarə edilməsi;
səhiyyənin ehtiyaclarına müvafiq olaraq tibb və əczaçılıq elmlərinin inkişaf etdirilməsi;
Tərəflər üçün qarşılıqlı maraq kəsb edən məlumatların və materialların operativ mübadiləsi;
sanitar-epidemioloji vəziyyətin qənaətbəxş olmasının təmin edilməsi sahəsində koordinasiyanın aparılması;
sağlamlığın və ətraf mühitin qorunmasının bütün sahələri üzrə, xüsusilə qida məhsullarının təhlükəsizliyinə, suyun monitorinqinə və çalışan əhalinin sağlamlığına aidiyyəti xxxx proqramlara dair əməkdaşlığın aparılması;
xxx və uşaq sağlamlığı sahəsində aparılan proqramlar və yaşlı insanlar üçün nəzərdə
tutulan proqramlar barədə məlumat mübadiləsi;
sanator-kurort müalicəsi və fizioterapevtik proqramlar sahəsində təcrübə və məlumat mübadiləsi;
Tərəflərin razılığa gəldikləri digər sahələr.
Maddə 3
Tərəflər bu Sazişin 2-ci maddəsində qeyd olunanların, mütəxəssislər və tibbi-texniki məlumatlar mübadiləsi, simpoziumların, konfransların təşkili yolu ilə həyata keçirilməsini təmin edəcəklər.
Maddə 4
Bu məqsədlə Tərəfləri təmsil edən ölkələrin qanunvericiliyi əsasında tibbi-sanitar müəssisələr özlərinin fəaliyyətləri çərçivəsində birbaşa əlaqələr quraraq xarici tərəfdaşlarla qarşılıqlı faydalı anlaşmalar imzalaya bilərlər.
Sözügedən müəssisələr götürdükləri öhdəliklərin həyata keçməsində bu müqavilələrə görə qanuni və maliyyə məsuliyyəti daşıyırlar. Əməkdaşlıq edən müəssisələr arasında hər hansı fikir ayrılığı onlar tərəfindən birbaşa və ya Tərəflər vasitəsilə həll edilir. Bu məqsədlə Tərəflər paritet əsasında müvəqqəti və ya daimi fəaliyyət göstərən işçi qruplar yarada bilərlər.
Maddə 5
Tərəflər öz ölkələrində keçirməyi planlaşdırılan konqreslər, sərgilər, konfranslar və digər əməkdaşlıq növləri barədə bir-birini məlumatlandıracaqlar və bu tədbirlərdə iştirak edəcək mütəxəssislərin ölkələrində qəbul edilməsində dəstək görəcəklər.
Maddə 6
Tərəflər tibb kadrlarının universitet, postuniversitet və ixtisas hazırlığı sahəsində əməkdaşlıq edəcəklər; tibb sahəsində işləyən müəllimlərin və xxxx kadrların təkmilləşdirilməsi üçün imkanlar yaradacaq və buna təcrübə mübadiləsi yolu ilə nail olacaqlar.
Maddə 7
Bu Sazişin həyata keçirilməsi ilə bağlı xərcləri, bu məqsəd üçün ayrılan vəsaitlərdən asılı olaraq, hər iki Tərəf ödəyəcəkdir.
Maddə 8
Tərəflər səhiyyə sahəsində aparılan beynəlxalq səviyyədə maraq doğuran, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının, digər ixtisaslaşdırılmış agentliklərin və Birləşmiş Millətlər Təşkilatının proqramları çərçivəsində əməkdaşlıq edəcəklər.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan ayrıca Protokollarla rəsmiləşdirilən və Sazişin 10-cu maddəsində müəyyən olunmuş qaydada qüvvəyə minən əlavələr və dəyişikliklər edilə bilər.
Maddə 1 0
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 il müddətinə bağlanılır. Tərəflərdən biri Xxxxxxx qüvvədə olma müddətinin bitməsinə ən azı 6 ay qalmış diplomatik kanallar vasitəsilə digər Tərəfə Sazişin ləğv edilməsi niyyəti barədə yazılı bildiriş təqdim etməzsə, Xxxxx növbəti beşillik müddətlərə uzadılır.
Bu Saziş Bakı şəhərində 2007-ci il 22 fevral tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, moldav və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni bərabər qüvvəyə malikdir.
Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, rus dilində xxxx mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikasının Moldova Respublikasının
Səhiyyə Nazirliyi adından Səhiyyə Nazirliyi adından
(imza) (imza)
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Moldova Respublikasının Milli Statistika Bürosu arasında statistika
sahəsində əməkdaşlıq haqqında S A Z İ Ş
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Moldova Respublikasının Milli Statistika Bürosu,
statistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsində, məlumat mübadiləsinin genişləndirilməsi və iki dövlət arasında iqtisadi əlaqələrin əks etdirilməsində qarşılıqlı surətdə maraqlı olaraq,
aşağıdakılar barədə razılığa gəlmişlər:
Maddə 1
Məlumatların konfidensiallığını və dövlət sirrini əks etdirən informasiyaların qorunmasını təmin etməklə, göstəricilərin müqayisəliliyini təmin etməyə imkan verəcək hər iki dövlətin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatların qarşılıqlı mübadiləsi üzrə statistika sahəsində qarşılıqlı əlaqələri və əməkdaşlığı inkişaf etdirmək.
Maddə 2
Tərəflər statistika sahəsində əməkdaşlığı aşağıdakı vasitələrlə həyata keçirəcəklər:
dövlətin sosial-iqtisadi, demoqrafik, ekoloji vəziyyətini əks etdirən statistik nəşrlərin və çap məhsullarının mübadiləsi;
statistik müşahidələrin (o cümlədən siyahıyaalmaların və müayinələrin) həyata keçirilməsi, statistik göstəricilər sisteminin yaradılması və istifadə edilməsi üzrə statistik materialların və araşdırmaların mübadiləsi;
seminarların və müşavirələrin keçirilməsi, həmçinin digər Tərəfin iş təcrübəsinin öyrənilməsi üçün mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkil edilməsi;
beynəlxalq statistika təşkilatları və iqtisadi təşkilatlar tərəfindən keçirilən tədbirlərdə iştirak məsələləri üzrə birgə fəaliyyət.
Maddə 3
Əməkdaşlıq bu Sazişin ayrılmaz hissəsi hesab olunan qarşılıqlı razılıq əsasında işlənib hazırlanmış və hər iki statistika təşkilatının rəhbərləri tərəfindən 2 illik dövr üçün təsdiq olunmuş tədbirlər planı əsasında həyata keçiriləcəkdir.
Maddə 4
Əməkdaşlığın əlaqələndirilməsi hər iki Tərəfdən təyin olunmuş vəzifəli cavabdeh şəxslər tərəfindən həyata keçirilir.
Maddə 5
Əməkdaşlıq prosesində bir Tərəfdən alınmış informasiya yalnız bu informasiyanı təqdim edən Tərəfin yazılı razılığı əsasında üçüncü tərəfə verilə bilər. Əməkdaşlıq prosesində alınan informasiyadan Tərəflərin mənafelərinin ziyanına istifadə edilə bilməz.
Maddə 6
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi xxxx, Sazişin 7-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən və ayrıca Protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 7
Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Onun tətbiqi Tərəflərdən birinin Sazişin tətbiqini dayandırmaq təşəbbüsündə olduğu barədə digər Tərəfə göndərdiyi yazılı bildiriş vasitəsilə dayandırıla bilər. Xxxxx belə bildiriş alındıqdan 6 ay sonra qüvvəsini itirir.
Bu Saziş Bakı şəhərində 2007-ci il 22 fevral tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, moldav və rus dillərində imzalanmışdır, bütün mətnlər autentikdir.
Bu Sazişin təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, rus dilində xxxx mətndən istifadə edilir.