SAZİŞ
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi,
Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında tarixən qurulmuş sıx əlaqələrə və dostluq münasibətlərinə əsaslanaraq,
Tərəflər arasında dostluq münasibətlərinin və əmək və əhalinin məşğulluğu sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduqlarını nəzərə alaraq,
ikitərəfli əməkdaşlığın möhkəmlənməsinin xalqların maraqlarına, Azərbaycan Respublikasında və Tacikistan Respublikasında iqtisadi və sosial tərəqqinin stimullaşdırılmasına xidmət edəcəyini hesab edərək,
əmək və əhalinin məşğulluğu sahəsində ikitərəfli əlaqələrin inkişafına yönəldilmiş birgə səylərin qarşılıqlı dəstəklənməsinə çalışaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər bu Sazişə, Tərəflərin dövlətlərinin qanunvericiliyinə və Azərbaycan Respublikasının və Tacikistan Respublikasının iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq qarşılıqlı fayda əsasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlığı möhkəmləndirir və inkişaf etdirirlər.
Maddə 2
Tərəflər arasında əməkdaşlıq aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
- əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu problemlərinin həlli;
- əhalinin müxtəlif qruplarının məşğulluğu da daxil olmaqla, insan resurslarının planlaşdırılması və inkişafı;
- əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti;
- iş yerlərində işçilərin əməyinin mühafizəsi və təhlükəsizliyi;
- üçtərəfli tərəfdaşlar arasında münasibətlərin möhkəmləndirilməsi;
- əlilliyi xxxx şəxslərin peşə reabilitasiyası və onların işlə təmin olunması;
- işsiz vətəndaşların peşə hazırlığı və yenidən hazırlığı sisteminin inkişafı;
- beynəlxalq təşkilatların və maraqlı dövlət orqanlarının iştirakı ilə əmək və əhalinin məşğulluğu sahəsində birgə layihələrin hazırlanması və icrası;
- Tərəflərin qarşılıqlı razılığı əsasında əmək və əhalinin məşğulluğu sahəsinə aid digər məsələlər.
Maddə 3
Tərəflər əməkdaşlığı aşağıdakı formalarda həyata keçirirlər:
- əmək və əhalinin məşğulluğu sahəsində qanunvericilik, normativ sənədlərin və analitik-informasiya materiallarının mübadiləsi;
- kadrların texniki peşə hazırlığı və yenidən hazırlığı sahəsində Tərəflər arasında təcrübə mübadiləsi;
- Tərəflərin ekspertləri arasında məsləhətləşmələr;
- Tərəflərin dövlətlərinin ərazilərində keçirilən konfranslarda, seminarlarda və digər beynəlxalq tədbirlərdə Tərəflərin ekspertlərinin, mütəxəssislərinin iştirakı;
- Tərəflərin mütəxəssislərinin ixtisaslarının artırılması və təcrübə mübadiləsi məqsədilə ixtisasartırma və təlim səfərlərinin təşkil olunması;
- beynəlxalq forumlarda əmək və əhalinin məşğulluğu məsələləri üzrə qarşılıqlı fəaliyyət.
Maddə 4
Bu Sazişin müddəalarının icra olunması məqsədi ilə Tərəflər birgə İşçi Qrup yaradırlar.
İşçi Qrup, zərurət yaranarsa, növbə ilə hər iki Tərəfin dövlətinin ərazisində bu Sazişin predmeti xxxx məsələlərin həlli üçün görüşlər keçirir.
Maddə 5
Bu Sazişin icrasının maliyyə təminatı Tərəflər üçün qarşılıqlı faydalı şərtlər əsasında Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Bu Sazişdə nəzərdə tutulan tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaiti Tərəflərin hər birinin müvafiq il üçün nəzərdə tutulmuş büdcə ayırmaları daxilində müəyyən olunur.
Maddə 6
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi xxxx, bu Sazişin 8-ci maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən və ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 7
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.
Maddə 8
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş üç il müddətinə bağlanılır və Tərəflərdən heç biri bu Sazişin qüvvəsinin başa çatmasına ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə bildiriş göndərmədiyi təqdirdə, onun qüvvəsi növbəti üçillik müddətlərə uzadılacaqdır.
Düşənbə şəhərində 20 iyun 2016-cı il tarixində, hər biri Azərbaycan, tacik və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir.
Bu Sazişin müddəalarının təfsiri ilə bağlı fikir ayrılıqları yarandığı təqdirdə, rus dilində xxxx mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının | Tacikistan Respublikasının |
Əmək və Əhalinin Sosial Müdafiəsi | Əmək, Miqrasiya və Əhalinin |
Nazirliyi adından | Məşğulluğu Nazirliyi adından |