Contract
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2014-cü il
№969
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı sahəsində
əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra“Tərəflər” adlandırılacaq),
Azərbaycan Respublikası ilə Macarıstan arasında əməkdaşlığı inkişaf etdirmək istəyini rəhbər tutaraq,
Tərəflər arasında heyvan sağlamlığı sahəsində əməkdaşlığın əsasını qoymaq və inkişaf etdirmək niyyəti ilə,
aşağıdakılar barədə razılığa gəlirlər:
Maddə 1
Bu Anlaşma Memorandumunun həyata keçirilməsini Tərəflərin aşağıdakı qurumları əlaqələndirir:
a) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti və
b) Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin Ərzaq Zəncirinə Nəzarət Orqanı.
Maddə 2
Bu Anlaşma Memorandumu çərçivəsində Tərəflər:
a) zəruri hallarda epidemiyaların qarşısının alınması və mübarizə tədbirlərinə dair məlumatları mübadilə edirlər;
b) qarşılıqlı maraq kəsb edən problemlərin araşdırılması və tədqiqatı ilə məşğul xxxx institutlar, diaqnostika və analitik laboratoriyalar arasında əməkdaşlığı genişləndirirlər;
c) xxxx-praktiki məsələlərə dair konfransların, seminarların və sərgilərin təşkili üzrə əməkdaşlıq edirlər;
d) baytarıq sertifikatlarının nümunələrini mübadilə edir və sertifikatlara edilən istənilən dəyişikliklər barədə bir-birini dərhal məlumatlandırırlar.
Maddə 3
Bu Anlaşma Memorandumunun təfsiri və tətbiqi ilə bağlı yaranan istənilən mübahisələr Tərəflər arasında məsləhətləşmələr yolu ilə həll edilir. Məsləhətləşmələr nəticə vermədiyi halda, mübahisə diplomatik kanallar vasitəsilə həll edilir.
Maddə 4
Tərəflər arasında başqa cür razılaşma olmadığı təqdirdə, hər bir Tərəf öz xərclərini özü maliyyələşdirir.
Maddə 5
Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin milli qanunvericiliklərindən və ya onların iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Maddə 6
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən və bu Anlaşma Memorandumunun 7-ci maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 7
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Azərbaycan Tərəfinin yazılı bildirişinin diplomatik kanallar vasitəsilə Macarıstan Tərəfindən alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə ən azı altı ay öncədən məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətə uzadılır.
Budapeşt şəhərində 11 noyabr 2014-cü il tarixində, hər biri Azərbaycan, macar və ingilis dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir və tətbiqdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının | Macarıstanın |
Kənd Təsərrüfatı Nazirliyi | Kənd Təsərrüfatı Nazirliyi |
adından | adından |
(imza) | (imza) |