SAZİŞ
Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində
müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti,
Birləşmiş Millətlər Təşkilatının insan hüquqları sahəsində əsas sənədlərini və Beynəlxalq Əmək Təşkilatı çərçivəsində işlənmiş prinsipləri əsas tutaraq,
Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi sahəsində hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Bu Sazişin məqsədi üçün qeyd edilən terminlər aşağıdakı mənanı daşıyır:
«milli işçilər» — Tərəflərin birinin ərazisində daimi yaşayan və qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul xxxx şəxs;
«işəgötürən» — mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq işlə təmin edən Tərəfin ölkəsində işə qəbul edən müəssisə, idarə, təşkilat, həmçinin fiziki şəxslər;
«gediş Tərəf» — əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə digər Tərəf ölkəsinə miqrasiya edən əməkçi miqrantın daimi yaşadığı ölkə;
«işlə təmin edən Tərəf» — digər Tərəf ölkəsindən gələn əməkçi miqrantın fərdi əmək müqaviləsi (kontraktı) əsasında müvəqqəti əmək fəaliyyəti ilə məşğul olduğu ölkə;
«əməkçi miqrant» — gediş Tərəfinin ərazisində daimi yaşayan və qanuni əsaslarla işlə təmin edən Tərəfin ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul xxxx şəxs;
«ailə üzvü» — əməkçi miqrantın arvadı (əri), onun himayəsində xxxx azyaşlı uşaqları və işlə təmin edən Tərəfin qanunvericiliyinə uyğun olaraq ailə üzvü sayılan digər şəxslər.
M a d d ə 2
Bu Saziş əməkçi miqrantlara və onların ailə üzvlərinə şamil edilir.
M a d d ə 3
Tərəflər insan hüquqları sahəsində beynəlxalq müqavilələrə və Tərəflərin qanunvericiliyinə uyğun olaraq, cinsinə, yaşına, irqinə, dilinə, etnik və sosial mənşəyinə, dini və siyasi baxışlarına, vətəndaşlığına, ailə və əmlak vəziyyətinə və digər əlamətlərinə görə istənilən formada
diskriminasiyaya yol verməməklə əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarına hörmətlə yanaşmağı, onların hüquqlarının müdafiəsini təmin etməyi öz üzərinə götürürlər.
M a d d ə 4
Bu Sazişin yerinə yetirilməsində Tərəfləri təmsil edən səlahiyyətli orqanlar aşağıdakılardır: Azərbaycan Respublikası tərəfindən — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi;
Qazaxıstan Respublikası tərəfindən — Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.
M a d d ə 5
Əməkçi miqrantın işlə təmin edən Tərəfin ərazisinə gəlməsi, qalması, qayıtması və əmək fəaliyyəti işlə təmin edən Tərəfin qanunvericiliyinə və Tərəflərin ölkələri arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun həyata keçirilir.
M a d d ə 6
Əməkçi miqrantların əmək şəraiti işlə təmin edən Tərəfin qanunvericiliyinə uyğun olmaqla, milli işçilər üçün nəzərdə tutulandan pis olmamalıdır.
M a d d ə 7
Əməkçi miqrant öz əmək fəaliyyətini işlə təmin edən Tərəfin qanunvericiliyinə uyğun olaraq işəgötürənlə bağlanmış fərdi əmək müqaviləsi (kontraktı) əsasında həyata keçirir.
M a d d ə 8
Milli əmək bazarında dəyişikliklər olduqda və ikitərəfli razılaşmalara uyğun olaraq Tərəflər yeni əməkçi miqrantların işlə təmin olunmasını məhdudlaşdıran tədbirlər həyata keçirə bilərlər.
M a d d ə 9
Müəyyən güzəştlərə əsas verən staj da daxil olmaqla, əməkçi miqrantın Tərəflərin ölkələrindən birinin ərazisində əmək fəaliyyəti müddətində əldə etdiyi əmək stajı qarşılıqlı olaraq hər iki Tərəf ölkəsində tanınır.
Əməkçi miqrant işlə təmin edən Tərəfi tərk etdikdə işəgötürən, əməkçi miqranta onun əmək fəaliyyətinin müddəti və əməyin ödənilməsi haqqında (hər ay üçün əmək haqqının məbləği göstərilməklə) möhürlə təsdiq edilmiş arayış təqdim etməlidir.
M a d d ə 1 0
İşlə təmin edən Tərəfin ərazisində işləyən əməkçi miqrantlar həmin Tərəfin qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələri daşıyır, hüquq və xidmətlərdən istifadə edirlər.
M a d d ə 1 1
Əməkçi miqrantlar və onların ailə üzvləri işlə təmin edən Tərəfin müvafiq tədris müəssisələrinə qəbul qaydalarına uyğun olaraq milli işçilər üçün nəzərdə tutulan eyni əsaslarla və şərtlərlə ümumi təhsil almaq, ixtisasartırma və peşə hazırlığı keçmək hüququna malikdirlər.
M a d d ə 1 2
Tərəflərin qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun verilmiş diplomlar, sertifikatlar, təhsil və ixtisas dərəcəsi haqqında digər dövlət sənədləri (notarial qaydada təsdiq edilmiş surətləri) əlavə leqalizasiya tələb olunmadan hər iki Tərəf ölkəsində tanınır.
M a d d ə 1 3
Əməkçi miqrantlar işlə təmin edən Tərəfin mövcud qanunvericiliyinə uyğun olaraq sosial təminat (xəstəliyə görə, hamiləlik və doğuma görə, əmək xəsarəti və peşə xəstəliyinə görə, dəfn üçün müavinətlər və işlə təmin edən Tərəfin qanunvericiliyinə uyğun olaraq sosial müdafiə sisteminin əhatə etdiyi digər hallar) hüququna malikdirlər.
M a d d ə 1 4
Pensiya təminatı ilə bağlı məsələlər Tərəflər arasında bağlanmış xüsusi Sazişlə tənzimlənir.
M a d d ə 1 5
İşəgötürən əməkçi miqrantların milli işçilər ilə eyni əməyin mühafizəsi hüququna zəmanət verir.
Əmək öhdəliklərini yerinə yetirərkən aldıqları əmək xəsarəti, peşə xəstəliyi və sağlamlığa digər zərər dəyən halların nəticəsində əməkçi miqrantlara dəymiş zərərin ödənilməsi işlə təmin edən Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Əməkçi miqrant əmək fəaliyyəti zamanı aldığı xəsarət və ya sağlamlığına dəymiş başqa zərər nəticəsində əmək qabiliyyətini itirdikdə və ya vəfat etdikdə işəgötürən zərərçəkənin və ya vəfat edənin gediş tərəfin ərazisinə göndərilməsini təmin edir, bununla bağlı bütün xərcləri öz üzərinə götürür və ölüm, bədbəxt hadisə və ya peşə xəstəliyi ilə bağlı materialları təqdim etməklə digər Tərəfin diplomatik və ya konsulluq nümayəndəliklərinə məlumat verir.
M a d d ə 1 6
Əməkçi miqrantın və onun ailə üzvlərinin daimi yaşadığı ölkədən işlə təmin edən Tərəfə getməsi və geriyə qayıtması ilə bağlı nəqliyyat xərcləri, eləcə də yerdəyişmə zamanı xəstəlik və ya zəruri stasionar müalicə xərcləri işəgötürən tərəfindən ödənilir.
Fərdi əmək müqaviləsində (kontraktında) digər hal nəzərdə tutulmadıqda, fərdi əmək müqaviləsi (kontraktı) əməkçi miqrantın təşəbbüsü ilə ləğv edilərsə, yuxarıda qeyd olunan bütün xərclər əməkçi miqrant tərəfindən ödənilir.
M a d d ə 1 7
Bu Sazişin qüvvədə olma müddəti bitdikdə, onun müddəaları əməkçi miqrantla işəgötürən arasında bağlanmış fərdi əmək müqavilələrinin (kontraktların) müddəti başa çatanadək qüvvədə qalır.
M a d d ə 1 8
Əməkçi miqrantlar və onların ailə üzvləri tərəfindən işlə təmin edən Tərəfin ərazisində əmək fəaliyyətini həyata keçirmək üçün lazım olacaq avadanlıqların və texniki qurğuların gətirilməsi və həmçinin gediş Tərəfə onların xxxx qaytarılması, habelə işçi miqrantlar və onların ailə üzvləri tərəfindən işlə təmin edən Tərəfin ərazisində qazanılmış vəsait hesabına alınmış malların aparılması hər bir Tərəfin müvafiq gömrük qaydalarına uyğun olaraq həyata keçirilir.
M a d d ə 1 9
Tərəflərin birinin ərazisində yaşayan əməkçi miqrant və onun ailə üzvləri bu Sazişin yerinə yetirilməsi ilə bağlı ortaya çıxan istənilən məsələ ilə əlaqədar digər Tərəfin səlahiyyətli orqanlarına birbaşa və ya yaşayış yerindəki aidiyyəti hakimiyyət orqanları vasitəsi ilə müraciət edə bilər.
Bir Tərəfin səlahiyyətli orqanının sorğusu əsasında digər Tərəfin səlahiyyətli orqanı həmin Tərəfin qanunvericiliyinə uyğun olaraq, arxiv materialları da daxil olmaqla bu Sazişin yerinə yetirilməsi ilə bağlı zəruri sənədləri təqdim edir.
M a d d ə 2 0
Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Əlavə və dəyişikliklər müəyyən olunmuş qaydada protokolla rəsmiləşdirilir və bu Sazişin ayrılmaz hissəsi hesab edilir.
Bu Sazişin tətbiqi və şərhi ilə bağlı bütün mübahisəli məsələlər səlahiyyətli orqanlar arasında birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
M a d d ə 2 1
Bu Saziş diplomatik kanallarla onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurları yerinə yetirməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin tarixindən qüvvəyə minir.
Bu Saziş 5 il müddətinə qüvvədədir. Əgər Tərəflərdən biri növbəti müddətin başa çatmasına üç ay qalmış Sazişin qüvvəsinin ləğv edilməsi niyyəti barədə diplomatik kanallarla digər Tərəfə yazılı bildiriş göndərməzsə, onda bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.
Astana şəhərində 1999-cu il oktyabrın 22-də iki nüsxədə Azərbaycan, qazax və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə rus dilindəki mətndən istifadə olunacaqdır.