SU NƏQLİYYATI VASİTƏLƏRİNİN (GƏMİ VƏ SAİRƏ) SIĞORTASININ ƏSAS QAYDALARI
SU NƏQLİYYATI VASİTƏLƏRİNİN (GƏMİ VƏ SAİRƏ) SIĞORTASININ ƏSAS QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
«Su nəqliyyati vasitələrinin (gəmi və sairə) sığortası» qaydaları (bundan sonra mətndə «Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və «Su nəqliyyati vasitələrinin (gəmi və sairə) sığortası» müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
Bu Qaydalar, Sığorta Şəhadətnaməsi, Sığortalı (Sığorta olunan) tərəfindən doldurulmuş Ərizə forması və müvafiq Əlavələr bütövlükdə bir müqavilə hesab edilirlər.
Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı Ərizə formasında Sığortalı (Sığorta olunan) tərəfindən göstərilmiş məlumat və Ərizə formasında qeyd olunmuş Sığortalının (Sığorta olunanın) bəyannaməsi əsasında verilir.
Bu Qaydalar üzrə müəyyən olunan «Su nəqliyyati vasitələrinin (gəmi və sairə) sığortası» su nəqliyyatı sığortası sinfinə aid edilir.
1. SIĞORTA OBYEKTI VƏ SIĞORTA SİNİFİ, SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
1.1. Bu sığorta qaydaları ilə dənizdə, çayda və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklara sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərələrə sığorta şəhadətnaməsinin şərtləri daxilində təminat verilir.
1.2. Bu maddədə istifadə olunan «dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri» termini müxtəlif xxx və sərnişin gəmilərini əhatə edir. Ancaq Sığortaçı qəbul edərsə, taxta və ya beton, yaxud bunların qarışığından hazırlanmış gəmilər, yelkənli gəmilər, səyahət gəmiləri, yaxta və katerlər, xidməti katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran-gəmi), dəniz motosikletləri kimi su nəqliyyat vasitələri də «dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri» termininin əhatə dairəsinə daxil edilə bilər.
1.3. Sığorta təminatı, hadisə nəticəsində gəmi və digər dəniz, göl və ya çay nəqliyyat vasitələrinə, yaxud bunlarla əlaqədar digər əmlaklara dəyəcək ziyan və zərərləri, məsuliyyətə görə zərərin ödənilməsini (ayrıca olaraq təminata daxil edilibsə), yaxud bunlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və ya zərərin miqdarı, məsuliyyətə görə zərərin ödənilməsi ilə əlaqədar xərclərin həcm və mahiyyəti, eləcə də təminat verilən və verilməyən hadisələr sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə əsasən müəyyən edilir.
2. DƏRƏCƏ (SİNİFLƏNDİRMƏ) SƏNƏDİ
Başqa bir şərt nəzərdə tutulmazsa, sığorta olunacaq gəmi və digər su nəqliyyat vasitələri növlərə ayırma (sinifləndirmə) təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmalı və bu sənədlərin etibarlılıq müddəti sığorta müddətindən artıq olmalıdır. Növlərə ayırma təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmayan gəmi və digər su nəqliyyat vasitələrinin sığorta olnuması üçün, onların mövcud qanunvericilik aktlarının müvafiq müddəalarına uyğun olaraq istehsal edilmələri məcburi xarakter daşıyır.
3. SIĞORTA DƏYƏRİ
Müqavilədə başqa bir şərt nəzərdə tutulmazsa, gəmi və digər dəniz və göldə hərəkət edən su nəqliyyat vasitələrinin sığorta dəyəri, onların, hadisə baş verdiyi andakı dəyərinə bərabərdir. Başqa bir şərt nəzərdə tutulmazsa, yanacaq, ərzaq ehtiyatı və ləvazimatlar, gəmi işçilərinə ödənilən əmək haqqları və sığorta haqqı bu dəyərə daxil deyildir.
4. ƏMLAKIN DƏYƏRİNDƏN ARTIQ VƏ ƏKSİK XXXX SIĞORTA
Sığorta məbləği sığorta dəyərindən xxx xxx bilməz. Belə xxxx xxxxx artıq xxxx hissə etibarsız sayılır. Sığorta məbləğinin sığorta dəyərindən az olduğu hallarda sığorta ödənişi, sığorta məbləği ilə sığorta dəyəri arasındakı nisbətə uyğun olaraq ödənilir.
5. SIĞORTA MÜQAVILƏSI
Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında yazılı formada bağlanan, sığortalının ödədiyi razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində göstərilən sığorta məbləğinin Sığortaçı tərəfindən Sığortalıya (Sığorta olunana, Faydalanan şəxsə) ödənilməsini nəzərdə tutan sazişdir.
6. SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI
6.1. Sığorta müqaviləsi müqavilə üzrə tərəflərin sayından asılı olaraq tələb olunan xxxxx, Azərbaycan dilində və sığorta müqaviləsinin hər tərəfi üçün bir nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi hər hansı xarici dilə tərcümə olunduğu halda onun mətninin təfsir edilməsi üçün Azərbaycan dilindəki mətn əsas götürülməlidir.
6.2. Sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının yazılı ərizəsinə əsasən Sığortaçı müqavilənin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsini (dublikatını) ona təqdim edə bilər. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsinə görə Sığortaçı, 10 AZN-dən az və 50 AZN-dən xxx olmaması şərti ilə, sığorta müqaviləsi üzrə sığorta haqqının 5% məbləğində rüsumun ödənilməsini tələb edə bilər. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) etibarsız hesab olunur.
7. SIĞORTA MÜQAVİLƏSİNİN MÜDDƏTİ (SIĞORTA MÜDDƏTİ)
7.1. Sığorta təminatının qüvvədə olma müddəti tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyənləşdirilir və «sığorta müddəti» adlandırılır.
7.2. Sığorta muqaviləsi (sığorta təminatı) aşağıdakı hallardan hansının gec baş verməsindən asılı olaraq, Sığorta Şəhadətnaməsində göstərilmiş sığortanın qüvvəyə minmə tarixində Bakı vaxtı ilə saat 24:00-da qüvvəyə minir və Sığorta Şəhadətnaməsində göstərilmiş sığorta təminatının qüvvədən düşmə tarixində Bakı vaxtı ilə saat 24.00-da qüvvədən düşmüş hesab edilir.
7.3. Sığortaçı sığorta müddətindən əvvəl baş vermiş hadisələr nəticəsində yaranan zərərləri ödəmir.
8. SIĞORTA TƏMİNATININ VAXTI VƏ ƏHATƏ ƏRAZİSİ
8.1. Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ərazidə qüvvədədir.
8.2. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində hər hansı inzibati-ərazi vahidinin və ya rayonun ərazisində hərbi əməliyyatlar aparılarsa (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq) sığorta təminatı həmin ərazilərdə heç bir şərtlə qüvvədə olmuş hesab edilə bilməz.
8.3. Sığorta olunmuş şəxs sığorta təminatının qüvvədə olduğu ərazini tərk etdikdə sığorta müqaviləsi üzrə verilən təminat həmin şəxsə dair qüvvədən düşmüş hesab olunur.
9. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏRİN QƏBUL EDİLMƏSİ
Sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsi tərəflərin razılığı əsasında müqaviləyə Əlavənin qəbul edilməsi yolu həyata keçirilir. Əlavələr yazılı şəkildə tərtib olunur və sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunur. Sığorta müqaviləsinin şərtləri dəyişdirildiyi halda, tərəflər arasında əldə olunmuş razılaşmadan və ya müqaviləyə edilən dəyişikliklərin mahiyyətindən digəri irəli gəlmirsə, öhdəliklər Əlavənin imzalanması anından dəyişilmiş hesab olunurlar.
10. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
10.1.1. Sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;
10.1.2. Sığortaçı Sığortalı (Sığorta olunan) qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
10.1.3. Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
10.1.5. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
10.1.6. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortaçı ləğv edildikdə;
10.1.7. Sığorta müqaviləsinin və hazırki Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə;
10.1.8. Tərəflərin razılaşmasına əsasən;
10.1.9. Qanunvericiliklə və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
10.2. Sığorta müqaviləsinə həm Sığortaçının, həm də Sığortalının 30 gün əvvəl qarşı tərəfə yazılı şəkildə xəbərdarlıq verməsi yolu ilə vaxtından əvvəl xitam verilə bilər. Yazılı xəbərdarlıq tərəflərin müqavilədə göstərilən ünvanlarına göndərilməlidir.
10.3. Tərəflər müqaviləyə xitam verməkdən əvvəl müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini tam yerinə yetirməlidirlər.
11. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLDİKDƏ SIĞORTA HAQQININ HESABLANMASI
11.1. Müqavilənin Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı Sığortalının sığorta haqlarını bütünlükdə qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
11.2. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
11.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
11.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydalarin 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
ZƏRƏR VƏ ÖDƏNİŞ
12. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
12.1. Sığortalının vəzifələri:
12.1.1. Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada sığorta haqqını ödəmək;
12.1.2. Ərizə formasında və sığorta müqaviləsinin bağlanması zamanı sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyətli xxxx bildiyi bütün məlumatları, bu sahədə quvvədə xxxx digər sığorta müqavilələri və sığorta müddəti ərzində baş vermiş sığorta riskinin dərəcəsinə təsir göstərə biləcək hər hansı bir dəyişikliklər barədə Sığortaçıya məlumat vermək. Sığortalı Sığortaçıdan xxxxxx dərəcəsinə təsir göstərə biləcək məlumatları gizlədibsə və ya Sığortaçının xxxxxx sığortalanması üzrə qərarına təsir edə biləcək faktlar üzrə yanlış məlumat veribsə, belə halda həmin müqavilə etibarsız hesab edilir və iddia üzrə heç bir ödəniş verilmir;
12.1.3. Sığorta hadisəsinin baş verməməsi, sığorta hadisəsi baş verdikdə isə sığortalanmış su nəqliyyatı vasitəsinin xilas edilməsi və dəyə biləcək zərərin azalması üçün bütün mümkün və məqsədəuyğun tədbirləri görmək. Sığorta hadisəsinin baş verməsinin qarşısı alınması, su nəqliyyatı vasitəsinin xilas edilməsi və dəyə biləcək zərərin azalması üzrə Sığortaçının verdiyi bütün tövsiyə və məsləhətlərini yerinə yetirmək;
12.1.4. Sığorta hadisəsi baş verdikdə, hazırkı Qaydalarda göstərilən müddət ərzində Sığortaçını və, hadisənin mahiyyəti bunu tələb edirsə, müvafiq səlahiyyətli orqanları baş vermiş hadisə haqqında məlumatlandırmaq;
12.1.5. Sığortalını hazırkı Qaydalara və ya qanunvericiliyə əsasən sığorta ödənişini almaq hüququndan məhrum edən səbəb aşkar olunarsa, sığorta müqaviləsinə müvafiq olaraq alınmış sığorta ödənişini (və ya onun müvafiq hissəsini) Sığortaçıya qaytarmaq;
12.1.6. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
12.2. Sığortalının hüquqları:
12.2.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada sığorta müqaviləsinə xitam vermək;
12.2.2. Sığorta müqaviləsini (Sığorta Səhadətnaməsini) itirdiyi halda onun yeni nüsxəsini (dublikatını) almaq;
12.2.3. Sığorta hadisəsinin qarşısı alınması və dəyə biləcək zərərin azalması üçün zəruri xxxx məlumat və məsləhətləri Sığortaçıdan almaq;
12.3. Sığortaçının vəzifələri:
12.3.1. Sığortalıya Sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta müqaviləsinin nüsxəsini vermək və Sığortalını sığorta müqaviləsinin şərtləri ilə xxxxx etmək;
12.3.2. Sığortalıdan hadisə haqqında məlumat daxil olduqda baş vermiş hadisənin səbəblərini, xarakterini araşdırmaq, dəymiş zərərin miqdarını və ya ödəniləcək məbləği müəyyən etmək, və nəticədə hadisəni sığorta hadisəsi kimi tanıdıqda və ödənişin verilməsindən imtina üçün əsaslar olmadıqda müqavilə ilə müəyyən edilmiş müddət ərzində və qaydada sığorta məbləği(ləri) çərçivəsində sığorta ödənişini vermək;
12.3.3. Sığorta ödənişinin verilməsindən imtina üçün əsaslar olduqda bu barədə Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə məlumat vermək;
12.3.4. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olunmaqla, Sığortalı və onun maddi durumu haqqında məlumatı yaymamaq;
12.3.5. Sığortalı tələb etdikdə, sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) və sığortanı təsdiqləyən digər sənədlərin yeni nüsxəsini (dublikatını) təqdim etmək;
12.3.6. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
12.4. Sığortaçının hüquqları:
12.4.2. Sığorta hadisəsinin səbəbini, xarakterini, baş verməsi faktını və şəraitini və ya sığorta ödənişinin miqdarını müəyyən etmək üçün zəruri xxxx məlumat və sənədlərin təqdim olunmasını Sığortalıdan və səlahiyyətli orqanlardan tələb etmək; sığorta hadisəsinin baş verməsi şəraitini və səbəblərini müstəqil surətdə araşdırmaq; dəymiş zərərin səbəbini və miqdarını, irəli sürülmüş iddiaların əsaslı olub-olmamasını və hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirmək və ya keçirilməsini tələb etmək;
12.4.3. Sığortalı tərəfindən ona təqdim edilmiş məlumatların doğruluğunu yoxlamaq. Sığorta məbləğinə və xxxxxx dərəcəsinin ölçülməsinə və dəyə biləcək zərərin miqdarına təsir göstərə biləcək məlumatın Sığortalı tərəfindən qərəzlə təhrif edilməsi və ya gizlədilməsi halında, sığorta müqaviləsinin ləğv edilməsini və ya onun etibarsız hesab edilməsini tələb etmək;
12.4.5. Sığortalı sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə (lazımınca yerinə yetirmədikdə) sığorta müqaviləsinin ləğv edilməsini və Mülki Xxxxxxxxxx 424-cü maddəsinə əsasən ləğv etmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək;
12.4.6. Azərbaycan Respublikasının qanunvericiliyində və sığorta müqaviləsində göstərilmiş əsaslara müvafiq sığorta ödənişinin verilməsindən imtina etmək.
Sığorta müqaviləsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər öhdəliklər də müəyyən edilə bilər.
13. SIĞORTA HADİSƏSİ BAŞ VERƏN ZAMAN TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
13.1. Hadisə baş verən zaman tərəflərin bütün hüquqlarının qorunması şərti ilə, sığortalı, hər cür mühafizə tədbirlərinin görülməsinə və ya görülməsini tələb etməyə, bunları nəzarətə götürməyə və qorumağa, bu işlərə müdaxilə etməyə və yaxud icrasına başlamağa borcludur, Sığortaçının isə bütün bunları etmək səlahiyyəti vardır. Sığortaçının bu səlahiyyətdən istifadə etməsi, onun ödəniş öhdəliyini qəbul etməsi xxxx xxxx düşülməməlidir.
13.2. Sığortalı bu sahədə Sığortaçı ilə səmərəli əməkdaşlıq etməyə, bu tədbirlərin həyata keçirilməsinə kömək göstərməyə, əldə edilən bütün sənəd və məlumatları Sığortaçıya verməyə borcludur. Bundan başqa, sığortalı zərərin ödənilməsi üçün Sığortaçı tərəfindən üçüncü şəxslərə qarşı iddia qaldırması, mülki məsuliyyət sığortasının ödənilməsi hüququndan istifadə edilməsi üçün bütün zəruri tədbirlərin və lazımi əməliyyatların vaxtında həyata keçirilməsi sahəsində Sığortaçı ilə qeyri-şərtsiz əməkdaşlıq etməyə borcludur.
13.3. Sığortalı bu bənddə göstərilən vəzifələri yerinə yetirməzsə və bunun nəticəsində zərərin məbləği artarsa, həmin xxxxx məbləğ Sığortaçının verəcəyi ödənişindən çıxılır.
14. SIĞORTA HADİSƏSİ HAQQINDA MƏLUMAT VERİLMƏSİ VƏ HADİSƏ İLƏ ƏLAQƏDAR TƏLƏB OLUNAN SƏNƏDLƏR
14.1. Sığortalı hadisənin baş verdiyini öyrənən kimi dərhal Sığortaçıya məlumat verməyə borcludur.
14.2. Sığorta müqaviləsindən irəli gələn sığorta ödənişinin verilməsi üçün sığortalı hesablanmış zərər ödənişini göstərən zərərin siyahısını və digər aşağıdakı sənədləri təqdim etməlidir:
- Dəniz raportu;
- Qəza ilə əlaqədar göyərtə və gəmi jurnallarının təsdiqli nüsxələri;
- Gəminin dənizə çıxması üçün əlverişli şəraitin olması haqqında sənəd;
- Qəza ilə əlaqədar növlərə ayırma təşkilatının məlumatı;
- Etibarlılıq müddəti başa çatmamış növ (dərəcə) sənədi; növ sənədi olmayan gəmi və digər su nəqliyyatı vasitələri üçün isə, onların 2-ci maddədə göstərilən xüsusiyyətlərə uyğun olması haqqında sənəd;
- Ekspert və/və ya dispaşa arayışı;
- Gəminin işçi heyəti komplektləşdirildiyi zaman maksimum təhlükəsizlik sənədi;
- Gəminin işçi heyətinin siyahısı;
- Zərərlə əlaqədar proforma faktura, qəbz və digər bu kimi sənədlər;
- Hadisənin mahiyyəti ilə əlaqədar xxxx digər sənədlər.
14.3. Sığorta ödənişi Sığortaçı tərəfindən 13 iş günü ərzində həyata keçirilir. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, həmin müddət Sığorta hadisəsi barədə Ərizənin və hazırkı Qaydaların 14.2-ci bəndində göstərilmiş və Sığortaçının tələb etdiyi digər sənədlərin təqdim olunması günündən hesablanır.
15. SIĞORTA ÖDƏNİŞİNİN ÖDƏNİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
15.1. Sığortaçı sığorta ödənişinin ödənilməsindən aşağıdakı hallarda imtina edə bilər:
15.1.1. Əgər Sığorta hadisəsinin baş verməsi barədə Sığortalı və ya sığorta olunan şəxs və yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddətdə Sığortaçıya və ya onun nümayəndəsinə,eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər vermədikdə.
15.1.2 Bu Qaydaların 13,14 maddələrinin tələblərinin yerinə yetirilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və/və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda
15.1.3 Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa,sığortalının,müvafiq zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi,habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi
15.1.4 Sığortalı dəyə biləcək zərərlərin azalması və ya qarşısının alınması üçün mümkün və ağlabatan tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirləri qəsdən görmədikdə,xxxxx bu xxxxx sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki,sığortalı mümkün tədbirləri xxxxxx olsaydı,zərərin miqdarı həmin həcmdə azalmış olardı
15.1.5 Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi, sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyən etmək imkanından tam və ya qismən məhrum etməsi
15.1.6 Sığortalı sığorta hadisəsi, xxxxxx dəyişməsi və ya hadisəyə aid xxxx hər hansı məlumatı,və ya sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı haqqında bilərəkdən təhrif olunmuş və ya yanlış məlumatı Sığortaçıya təqdim edibsə.
15.1.7 Sığortalı hadisə barədə müvafiq səlahiyyətli orqanlara məlumat vermədikdə, xxxxx sığorta hadisəsi nəticəsində dəymiş zərərin səbəbinin və xarakterinin müəyyən edilməsi bunu tələb etdikdə.
15.1.8 Müvafiq səlahiyyətli orqanlar sığorta hadisəsi faktının baş verməsini təsdiq etmədikdə.
15.1.9 Sığortalı hazırkı Qaydaların 14.2-ci bəndində göstərilən sənədlərin hər hansını təqdim etmədikdə.
15.1.10 Sığortalı dəymiş zərərin əvəzini zərərin yaranmasında təqsirli xxxx şəxsdən aldıqda.
15.1.11 Sığortalı hazırkı Qaydaların və sığorta müqaviləsinin şərtlərinə və/və ya tələblərinə riayət etmədikdə, sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə.
15.1.12 Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə müvafiq sığorta hadisəsi hesab edilməməsi
15.1.13 Azərbaycan qanunvericiliyi və ya sığorta müqaviləsinin şərtləri ilə nəzərdə tutulmuş digər hallarda.
15.1.14 Sığorta ödənişinin verilməsindən imtina Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə təqdim olunmalıdır.
15.1.15 Sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi əsasında, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada, məhkəmədə iddia irəli sürülə bilər.
16. HÜQUQUN VERİLMƏSİ
Sığortaçı, verilmiş ödəniş məbləği həcmində, sığortalının üçüncü şəxslərə qarşı xxxx ödəniş tələbi hüququna sahib olur. Sığortalı, Sığortaçının tələbinə əsasən bu barədə dispaşada, sığorta ödənişi qəbzində və yaxud əlaqədar başqa bir sənəddə müvafiq qeyd etməlidir.
17. XOŞ MƏRAMLILIQ ÖHDƏLİYİ
17.1. Tərəflər sığorta müqaviləsinin imzalandığı və hüquqi qüvvədə olduğu müddət ərzində xoş məramlı və səmimi olmağa borcludurlar.
17.2. Sığortalı və yaxud sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən şəxslər, müqavilənin şərtlərinə təsir edə biləcək və onların bildikləri bütün məlumatları, sığorta müqaviləsi imzalanmamışdan əvvəl Sığortaçıya bildirməyə borcludurlar. Bu şərtə əməl edilməməsi xoş məramlılıq prinsipinin pozulması kimi qəbul olunur. Sığortalı və yaxud sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən şəxslər, özlərinin normal fəaliyyətləri əsasında bilməli olduqları bütün məlumatları bilmiş hesab olunurlar. Müqavilənin imzalanıb imzalanmaması və ya şərtlərin dəqiqləşdirilməsi qəbul ediləcək qərara təsir edən bütün amillər, xxxxxx qiymətləndirilməsi baxımından əhəmiyyət daşıdıqlarına görə müqavilənin əsasını təşkil edən amillərdən hesab edilir.
18. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ
Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
18.1. Sığorta haqqı (birinci hissə) ən geci sığorta şəhadətnaməsi təqdim olunan vaxt (hissə-hissə ödənilməsi razılaşdırılıbsa, qalan hissəsi isə sığorta şəhadətnaməsində göstərilən vaxt ərzində) nağd olaraq ödənilməlidir.
18.2. Sığortalı, sığorta haqqı borcunu vaxtında ödəmədikdə, sığorta haqqının ödənilməsi təxirə salınmış və ya ödənilmə vaxtları və məbləğləri sığorta şəhadətnaməsində göstərilən hissələrdən hansısa birini vaxtında ödənməmiş olarsa, şərti olaraq cərimələnmiş hesab edilir. Sığortalı sığorta haqqı borcunu cərimələndiyi vaxtdan sonrakı 15 gün ərzində də ödəməsə, sığorta təminatı həmin
tarixdən sonrakı 15 gün müddətinə dayandırılır. Sığorta haqqı borcu göstərilən bu müddət ərzində də ödənilməzsə, müqavilə, heç bir xəbərdarlıq edilmədən ləğv olunmuş hesab edilir.
18.3. Bu sığorta şəhadətnaməsi ilə əlaqədar sığorta haqqı məbləğinin xxxx qaytarılması əlavə edilmiş xüsusi şərtlərə uyğun olaraq həyata keçirilir.
19. KOMMERSİYA VƏ İŞ SİRRLƏRİNİN QORUNMASI
Sığortaçı və ya onun səlahiyyətli nümayəndələri, bu müqavilənin bağlanması ilə əlaqədar sığortalıya aid öyrənəcəkləri bütün kommersiya və iş sirrlərinin gizli saxlanmaması nəticəsində sığortalıya dəyəcək zərərə görə məsuliyyət daşıyırlar.
20. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
20.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
20.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
20.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
21. ƏRİZƏ FORMASI
21.1. Sığorta müqaviləsi Sığortalı (Sığorta olunan) tərəfindən doldurulmuş Ərizə Forması əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
21.2. Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı (Sığorta olunan) tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalının qiymətləndirilməsi üzrə vacib məlumatı Sığortaçıya yanlış və ya təhrif olunmuş şəkildə təqdim olunması aşkarlanarsa, və sığorta müddəti ərzində barəsində yanlış və ya təhrif olunmuş məlumatlar verilən hallar ilə əlaqədar xxxx sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməsindən imtina edilməsinə və müqavilənin etibarsız hesab edilməsinə gətirə bilər.
22. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları və/və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə əvvəlcədən məlumat göndərməlidirlər. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvan və ya rekvizitlərinin dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
23. SIĞORTA MÜQAVİLƏSİNƏ QƏBUL EDİLMİŞ ƏLAVƏLƏR
Bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə Əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalarda mövcud xxxx şərtləri dəyişdirə və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər.
24. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.