Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında ADA Universiteti və təhsil alacaq şəxs (təhsilalan) arasında Fərdi Müqavilə /
Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında ADA Universiteti və təhsil alacaq şəxs (təhsilalan) arasında Fərdi Müqavilə /
Bakı şəhəri “ ” , 2021-ci il
Bir tərəfdən, ali təhsil müəssisəsi xxxx “XXX” Universiteti (bundan sonra-Universitet), Universitetin Tədris işləri üzrə prorektoru xxxxx Xxxx Xxxxx xxxx Xxxxxx şəxsində və bundan sonra “Təhsilalan” adlandırılan, Azərbaycan Respublikasının vətəndaşı
(Adı, soyadı, atasının adı)
digər tərəfdən, birgə “tərəflər” adlanmaqla, qüvvədə xxxx Azərbaycan Respublikasının (AR) təhsil qanunvericiliyini və Universitetin Nizamnaməsini əsas götürərək, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1. Müqavilənin predmeti
1.1 Universitet, ödənişli əsaslarla müvafiq təhsil proqramına uyğun olaraq Kompüter elmləri/Kompüter mühəndisliyi/İnformasiya texnologiyaları/Riyaziyyat üzrə bakalavr ali peşə ixtisas təhsili verməyi, Təhsilalan təhsil almağı və Universitetin müəyyənləşdirdiyi bu müqavilənin 1.2-ci bəndində qeyd olunan qiymətlər üzrə təhsil haqqının və tələbə xərclərinin və 1.3-cü maddədə qeyd olunmuş təhsil haqqı artımlarının özü və ya sponsoru tərəfindən “ADA” Universitetinin hesabına keçirilməsini öhdəsinə götürür.
1.2 2021/2022-ci tədris ilində təhsil haqqı və tələbə xərcləri daxil olmaqla illik təhsil xərcləri 6000 (altı min yüz) AZN-dir. O cümlədən, 2021/2022-ci tədris ili üçün tələbə xərcləri 750 (yeddi yüz əlli) AZN təşkil edir və illik təhsil xərclərinə daxildir. Bütün digər xərclər Universitetin daxili qaydalarına əsasən müəyyənləşdirilir və əlavə olaraq hesablana bilər.
1.3 Növbəti tədris ili (illəri) üçün təhsil haqqı və tələbə xərclərinin məbləğləri Universitet tərəfindən dəyişdirilə bilər və Təhsilalan bu cür dəyişikliklərə əvvəlcədən öz razılığını verir. Bu cür dəyişikliklər barədə Universitet daxili sənəd vasitəsi ilə Təhsilalanın məlumatlandırılmasını öz öhdəsinə götürür. Təhsilalan təhsil haqqının özü və ya sponsoru tərəfindən Universitetin hesabına vaxtında keçirilməsini öhdəsinə götürür.
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. Universitetin hüquq və öhdəlikləri:
2.1.1. Təhsil prosesinin yüksək xxxx-metodiki səviyyədə aparılmasını təmin edir;
2.1.2. Təhsilalana Universitetin kitabxanasından istifadə etmək hüququ verir;
2.1.3. Təhsilalana təhsilini uğurla başa vurduqdan sonra təhsil haqqında dövlət sənədi verir;
2.1.4. Təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə Universitetin daxili nizam-intizam qaydalarına riayət edilməsini tələb edir;
2.1.5. Təhsilalanı tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarını ciddi şəkildə pozduğuna və üzürsüz səbəblərdən müəyyən olunmuş miqdardan xxx dərs buraxdığına görə tələbələr sırasından xaric edir;
2.1.6. Təhsilalanı bu müqavilə üzrə öhdəliklərini pozduğuna görə tələbələr sırasından xaric edir;
2.1.7. Təhsilalanın öz arzusu ilə, akademik uğursuzluğa görə, başqa təhsil müəssisəsinə köçürüldüyünə görə, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən) və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda tələbələr sırasından xaric edir.
2.2. Təhsilalanın hüquq və öhdəlikləri:
2.2.1. Universitetin Tədris Qaydaları; Şərəf və Davranış Məcəlləsi ilə xxxxx olur, bu imzası ilə təsdiqləyərək onlara riayət edir;
2.2.2. Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə, həmçinin ümumi əxlaq və etik davranış qaydalarına riayət edir, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşır;
2.2.3. Universitetin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planları və proqramlarını yerinə yetirir, təhsil standartlarına uyğun xxxxx, bacarıq və vərdişlərə yiyələnir;
2.2.4. Universitetə maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə və Universitetin həmin il qüvvədə xxxx daxili qaydalarına uyğun olaraq, dəymiş maddi zərəri ödəyir;
2.2.5. Universitet tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı andan 15 (on beş) iş günü müddətində təqdim edir;
2.2.6. Universitetə sənədlərini yalnız ölkə daxilində və xaricində hər hansı bir ali təhsil müəssisəsinin tələbəsi olmadığı təqdirdə təqdim edir;
2.2.7. Universitet tərəfindən müəyyən edilmiş təhsil haqqını və tələbə xərclərini Universitetin daxili qaydalarında müəyyən olunmuş məbləğ və tarixlərdə Universitetin bank hesabına ödəyir;
2.2.8. Bu müqavilənin 4.1 bəndində istinad edilən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallarda təhsil haqqından azad olmaq (və ya dövlət büdcəsi hesabına ödənilmək) hüququ verən statusu barədə Universitetə müvafiq təsdiqedici sənədləri təqdim edir və bu statusunda hər hansı bir dəyişiklik(lər) barədə Universitetə dərhal yazılı məlumat təqdim edir;
2.2.9. Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
3. Ödəniş qaydaları
3.1 Universitet xxxx və gələcək tədris illəri üçün təhsil haqqını tədris ili başlamamışdan əvvəl müəyyən edir.
3.2 Bu müqavilənin 1.2. bəndində qeyd olunmuş təhsil haqqı yalnız akademik tədris ilinin payız və yaz semestrləri üçün müəyyən olunub. Yay semestri üzrə təhsil haqqı Universitetin daxili qaydalarına əsasən hesablanır.
3.3 Təhsil haqqı hər il 5 (beş) faizdən xxx olmayaraq artırıla bilər və bu xxxxx həmin il qüvvədə xxxx daxili sənədə uyğun olaraq müəyyən edilir.
3.4 Qəbul zamanı müəyyən olunmuş depozit məbləği tam olaraq müəyyən olunmuş son qeydiyyat tarixinə qədər ödənilməlidir. Depozit məbləği tədris ilinin ilk semestrini əhatə edir. Depozit məbləği heç bir xxxxx xxxx qaytarılmır.
3.5 Təhsilalan hər hansı bir səbəbdən təhsilini davam etdirə bilmədikdə, öncədən ödənilmiş təhsil haqqı depozit məbləği istisna olmaqla, Universitetin daxili qaydalarına əsasən xxxx qaytarıla bilər.
3.6 Universitet təhsil haqqı və tələbə xərci arasında bölgünü hər tədris ili üçün dəyişə bilər. Bu bölgü illik təhsil xərcini (təhsil haqqı və tələbə xərcləri daxil olmaqla) dəyişməmək şərtilə həyata keçirilir və həmin il qüvvədə xxxx daxili sənədə uyğun olaraq tənzimlənir.
3.7 Ödənişin son tarixləri Universitetin daxili qaydalarına əsasən müəyyən olunur və həmin il qüvvədə xxxx daxili sənədə uyğun olaraq müəyyənləşdirilir.
3.8 Ödənişin gecikməsinə görə Universitetin daxili qaydalarına əsasən müvafiq cərimələr hesablanır və müəyyən olunmuş qaydalar çərçivəsində təhsilalanın qeydiyyatı dondurulur. Cərimələr Universitetin daxili qaydalarına əsasən hesablanır.
3.9 Son ödəniş tarixindən 30 (otuz) təqvim günü keçdikdən sonra təhsil haqqı və ya tələbə xərcləri tam ödənilmədiyi təqdirdə tələbə universitetdən xaric edilir.
3.10 Yuxarıda qeyd olunmuş qaydalar təhsilalanın Universitetə xxxx cəmi borcuna aid edilir.
3.11 Yay semestrində götürülmüş dərslərə görə bütün tələbələr (imtiyazlı kateqoriyalara aid və digər güzəştlərlə təhsil xxxx tələbələr də daxil olmaqla) bu müqavilə ilə müəyyənləşmiş illik təhsil haqqından əlavə Universitetin daxili qaydalarına əsasən aşağıdakı qaydada ödənişlər edirlər:
3.11.1 Bakalavr tələbələri yay semestri üzrə götürdükləri hər bir əlavə dərs üçün illik təhsil haqqının 10%-i miqdarında ödəniş etməlidirlər.
Akademik və Peşəkar Məqsədlər üçün İngilis dili proqramında (Foundation) təhsil xxxx tələbələr yay semestri üzrə götürdükləri hər bir əlavə səviyyə üçün 1500 AZN
4. Ödənişli təhsildən güzəşt və azad olunma qaydaları
4.1 Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyalara məxsus tələbələrə təhsil haqqı ilə bağlı güzəşt müvafiq sənədlər Universitetə təqdim edildiyi və qanunvericiliyə uyğun qaydada rəsmiləşdirildiyi təqdirdə verilir.
4.2 Payız və Yaz semestrinda tələbə xərci və Yay semestri ərzində götürülən hər bir dərs hər hansı xxx xxxxxxx kateqoriyasından asılı olmayaraq bütün tələbələr tərəfindən tam şəkildə qarşılanmalıdır.
4.3 İmtiyazlı kateqoriyalara məxsus tələbələrin təhsil haqqı güzəştlərinin tətbiq olunduğu maksimum təhsil müddəti Universitetin daxili qaydalarına əsasən müəyyənləşdirirlir.
5. Fors-major (qarşısıalınmaz hadisə)
5.1 Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizotiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
5.2 Qarşısıalınmaz hallara istinad edən tərəf:
5.2.1Qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir.
5.2.2Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.
5.2.3Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
6. Müqavilənin ləğv edilməsi qaydaları
6.1 Bu müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər. Universitet aşağıdakı hallarda bu Müqaviləyə xitam verə bilər:
6.1.1 Təhsilalan Universitetə xxxx borcunu müəyyən olunmuş vaxtda ödəmədikdə;
6.1.2 Təhsilalan Universitetin təhsil proqramında qoyulan tələblərə cavab verə bilmədikdə;
6.1.3 Təhsilalan Universitetin Şərəf və Davranış Məcəlləsini pozduqda;
6.1.4 Təhsilalan Universitetin Tələbə Davranış Məcəlləsini pozduqda;
6.1.5 Barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
6.1.6 Təhsilalanın öz arzusu ilə;
6.1.7 Təhsilalan üzrsüz olaraq Universitet tərəfindən müəyyən olunmuş müddətdən xxx dərs buraxdıqda;
6.1.8 Təhsilalan bu müqavilə üzrə öhdəliklərini ciddi şəkildə pozduqda;
6.1.9 Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
6.2 Tərəflərdən biri bu müqaviləni birtərəfli qaydada ləğv edərsə, digər tərəfə 7 (yeddi) iş günü müddətində yazılı məlumat verməlidir.
7. Mübahisəli məsələlərin həlli
7.1 Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
7.2 Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
8. Digər şərtlər
8.1 Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir və xidmət təhvil verilənədək qüvvədədir.
8.2 Bu Müqavilə Azərbaycan dilində iki nüsxədə tərtib olunmuşdur. Bir nüsxəsi Təhsilalanda, digər nüsxəsi isə Universitetdə saxlanılır və hər ikisi eyni hüquqi qüvvəyə malikdir.
9. Tərəflərin rekvizitləri və imzaları
Universitet
Kazdal Xxxx Xxxxx xxxx
(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)
Tədris işləri üzrə prorektor
Təhsilalan
(adı, soyadı, atasının adı)
Yaşadığı yer: Azərbaycan Respublikası,
Ünvan:
, tel:
İmza
Şəx.vəsiqəsinin seriyası və №
İmza
18 yaşından aşağı xxxx şəxsin valideynlərinin imzası və Ş/V-lərinin nüsxələrini təqdim eləmələri mütləqdir.
Valideyn / Qəyyum 1:
(adı, soyadı, atasının adı) (imza)
Valideyn / Qəyyum 2:
(adı, soyadı, atasının adı) (imza)