Bank olmayan kredit təşkilatları haqqında
Bank olmayan kredit təşkilatları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin maliyyə resurslarına xxxx ehtiyaclarının daha dolğun ödənilməsi, maliyyə xidmətlərindən istifadəsi üçün əlverişli şəraitin yaradılması məqsədilə bank olmayan kredit təşkilatlarının təsis edilməsi, idarə olunması və fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edir.
I fəsil Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. Bank olmayan kredit təşkilatı (bundan sonra – BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və bu Qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatı;
1.0.2. Birgə borcalanlar qrupu – müqaviləyə əsasən qrupun hər bir üzvünün aldığı kreditin qaytarılmasına qarşılıqlı zamin kimi çıxış edən şəxslər;
1.0.3. Girov əmanəti – kredit müqaviləsinin qüvvədə olduğu müddətdə borcalan və ya birgə borcalanlar qrupu tərəfindən kreditin qaytarılmasının təminatı formalarından biri kimi BOKT-yə birdəfəlik və ya hissə-hissə ödənilən pul vəsaiti;
1.0.4. İnzibatçı – BOKT-nin təkbaşına rəhbəri və ya icra orqanının üzvləri, mühasibat xidmətinin rəhbəri (baş mühasib, maliyyə meneceri və s.), girov əmanətinə sərəncam vermək hüququ xxxx digər əməkdaşları, daxili auditoru, habelə girov əmanəti qəbul etmək hüququ xxxx BOKT filialının və onun mühasibat xidmətinin rəhbərləri;
1.0.5. aidiyyəti xxxx şəxslər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49- 1.1-ci maddəsində göstərilən şəxslər;
1.0.6. Maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.
Maddə 2. BOKT-nin fəaliyyətinin hüquqi əsasları və bu Qanunun tətbiq dairəsi
2.1. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra — Mərkəzi Bank) və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
2.2. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur.
2.3. Ələt azad iqtisadi zonasında bank olmayan kredit təşkilatları sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 3. BOKT-nin müstəqilliyi
3.1. BOKT öz fəaliyyətini bu Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müstəqil həyata keçirir.
3.2. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, BOKT dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil və həmin orqanlar onun xxxx fəaliyyətinə müdaxilə edə bilməzlər.
3.3. BOKT dövlətin öhdəliklərinə, dövlət isə BOKT-nin öhdəliklərinə görə məsuliyyət daşımır.
3.4. BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət haqlarının məbləği BOKT ilə borcalan (xidmətlərdən istifadə edən) arasında bağlanılan müqavilə ilə müəyyən olunur.
Maddə 4. BOKT-nin birlikləri və assosiasiyaları
4.1. BOKT-lər fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədilə birliklər və assosiasiyalar yarada bilərlər.
4.2. BOKT-lər rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişlər bağlamaq və razlılaşdırılmış əməliyyatlar aparmaq, o cümlədən faiz dərəcələrini və komisyon haqlarını müəyyən etmək üçün birlik və assosiasiyalardan
istifadə edə bilməzlər. Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən antiinhisar qanunvericiliyinin tələblərinə riayət etməlidilər.
II fəsil
BOKT-nin yaradılması və idarə edilməsi
Maddə 5. BOKT-nin təşkilati-hüquqi forması və növləri
5.1. BOKT-lər Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş təşkilati-hüquqi formada, Azərbaycan Respublikasının və (və ya) xarici dövlətlərin fiziki və hüquqi şəxsləri, habelə beynəlxalq təşkilatlar tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri yalnız fond formasında, Azərbaycan Respublikasının bağladığı müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri kommersiya təşkilatları yarada və ya onlarda iştirak edə bilməzlər.
5.2. BOKT-lər iki növə - girov əmanəti qəbul etmək hüququ xxxx və belə hüququ olmayan kredit təşkilatlarına bölünürlər.
5.3. Xarici ölkələrin ərazisində fəaliyyət göstərən BOKT Azərbaycan Respublikasında yalnız girov əmanəti qəbul etmək hüququ olmayan filiallar təsis edə bilər. Belə filiallara lisenziyaların verilməsi, onların fəaliyyətinin tənzimlənməsi və fəaliyyətləri üzərində nəzarət bu Qanunla girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-lər üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 6. BOKT-nin adı
6.1. BOKT-nin adında “bank olmayan kredit təşkilatı” sözləri olmalıdır. Heç bir BOKT sənədlərdə, elanlarda və ya reklamlarda öz nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.
6.2. BOKT dövlət qeydiyyatına alınmış və fəaliyyətdə xxxx – bankların, kredit ittifaqlarının və digər bank olmayan kredit təşkilatlarının adlarından istifadə edə bilməz.
Maddə 7. BOKT-nin nizamnamə (şərikli) kapitalı
7.1. BOKT-nin minimum nizamnamə (şərikli) kapitalı, habelə qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak haqları pul şəklində
ödənilməlidir. Nizamnamə (şərikli) kapitalı (əmlak haqları) Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır.
7.2. BOKT-lərin nizamnamə (şərikli) kapitalının minimum miqdarı, onların formalaşdırdıqları ilkin əmlaka dair minimum tələblər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunur.
Maddə 8. BOKT-nin təşkilati strukturuna və inzibatçılarına dair tələblər
8.1.Təşkilati-hüquqi formasından asılı olmayaraq BOKT-nin təşkilati strukturunda ən azı aşağıdakı vəzifələr nəzərdə tutulmalıdır:
8.1.1. rəhbər (direktor, kollegial icra orqanının rəhbəri);
8.1.2. mühasibat xidmətinin rəhbəri (baş mühasib, maliyyə meneceri);
8.1.3. kredit mütəxəssisi;
8.1.4. daxili auditor.
8.2. BOKT-nin inzibatçıları ali təhsilə və ən azı bir illik iş təcrübəsinə malik olmalıdırlar. Mühasibat xidmətinin rəhbəri ali iqtisadi təhsilə və müvafiq ixtisas üzrə ən azı bir illik iş təcrübəsinə və ya xxxx ixtisas təhsilinə və müvafiq ixtisas üzrə ən azı 5 illik iş təcrübəsinə malik olmalıdır, baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.
8.3. Qanunla müəyyən edilmiş qaydada müvafiq vəzifənin tutulması qadağan edilən, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu xxxx şəxslər BOKT-nin inzibatçıları ola bilməzlər.
Maddə 9. BOKT-nin filialları və nümayəndəlikləri
9.1. BOKT öz filiallarını və nümayəndəliklərini aça bilər.
9.2. Girov əmanəti qəbul etmək hüququ xxxx BOKT-nin filialı yalnız maliyyə bazarlarına nəzarət orqanın verdiyi icazə əsasında açıla bilər.
9.3. Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı və hər iki növdən xxxx BOKT-nin nümayəndəliyi əvvəlcədən maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verilməklə açıla bilər. Bu halda BOKT öz filialının və ya nümayəndəliyinin açılması barədə qərarın qəbul edildiyi gündən 5 iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verməlidir. Məlumatda qərarı qəbul edən idarəetmə
orqanının adı, qərarın tarixi və nömrəsi, açılan filialın və ya nümayəndəliyin adı, onların ünvanı və rəhbərləri (ixtisası və iş təcrübələri) barədə informasiya əks olunmalıdır.
9.4. Filial və nümayəndəliklərin əsasnaməsi BOKT tərəfindən təsdiq edilir.
9.5. BOKT öz filialının və nümayəndəliyinin fəaliyyətinə və öhdəliklərinə görə tam məsuliyyət daşıyır.
III fəsil
Lisenziya və icazələrin verilməsi
Maddə 10. Lisenziya
10.1. Kreditlərin verilməsi üçün BOKT maliyyə bazarlarına nəzarət orqanından xüsusi razılıq (lisenziya) (bundan sonra – lisenziya) almalıdır.
10.2. Xxxxx əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır.
10.3. BOKT-yə verilən lisenziya müddətsizdir.
10.4. Lisenziya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.
Maddə 11. Lisenziyanın alınması üçün müraciət
11.1. Lisenziyanın alınması üçün BOKT maliyyə bazarlarına nəzarət orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
11.1.1. təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
11.1.2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
11.1.3. minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
11.1.4. təşkilati strukturu haqqında məlumat;
11.1.5. inzibatçılarının peşə yararlılığı və qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olmaması haqqında məlumat;
11.1.6. maliyyələşdirmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditlərin verilməsi müddətləri, faiz dərəcələri və s.) barədə məlumat;
11.1.7. xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
11.1.8. lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
11.2. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan məlumatlar lisenziyanın alınması üçün ərizə verən şəxs (şəxslər) tərəfindən imzalanır. Ərizənin forması və məzmunu, ona əlavə edilən sənədlər maliyyə bazarlarına nəzarət orqanın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
11.3. Lisenziyanın alınması üçün müraciətə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 30 gün müddətində baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda maliyyə bazarlarına nəzarət orqanı onların aradan qaldırılması barədə ərizə qəbul edildikdən sonra 15 gündən gec olmayaraq müraciət edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra maliyyə bazarlarına nəzarət orqanı 15 gün müddətində sənədlərə baxır və müvafiq qərar qəbul edir.
Maddə 12. Lisenziyanın verilməsindən imtinanın əsasları
12.1. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:
12.1.1. təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə cavab vermədikdə və ya məlumatlar yanlış olduqda;
12.1.2. maliyyə bazarlarına nəzarət orqanı tərəfindən tələb olunan minimum nizamnamə (şərikli kapitalının ödənilməsi və ya təsisçilərin əmlak haqlarının formalaşdırılması barədə bank sənədi təqdim edilmədikdə;
12.1.3. inzibatçılar peşə yararlılığı tələblərinə cavab vermədikdə və (və ya) onların qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olduqda.
12.2. Maliyyə bazarlarına nəzarət orqanı lisenziyanın verilməsindən imtina etdikdə, müraciət edənə imtinanın səbəblərini göstərməklə yazılı məlumat verir.
12.3. Lisenziyanın verilməsindən imtina barədə maliyyə bazarlarına nəzarət orqanın qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər.
Maddə 13. BOKT-nin filialının açılmasına icazənin alınması üçün müraciət
13.1. Girov əmanəti qəbul etmək hüququ xxxx BOKT öz filialının açılmasına icazənin alınması üçün maliyyə bazarlarına nəzarət orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
13.1.1. BOKT-nin rəhbəri tərəfindən imzalanmış ərizə;
13.1.2. filialın açılması barədə BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı;
13.1.3. filialın əsasnaməsi;
13.1.4. filialın inzibatçılarının təyin edilməsi haqqında BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı, onların peşə yararlılığı, qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olmaması haqqında məlumat (məlumat BOKT-nin rəhbəri tərəfindən imzalanır).
13.2. Filialın açılmasına icazənin alınması üçün müraciətə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 20 gün müddətində baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda maliyyə bazarlarına nəzarət orqanı onların aradan qaldırılması barədə ərizə qəbul edildikdən sonra 5 iş günündən gec olmayaraq müraciət edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra maliyyə bazarlarına nəzarət orqanı 10 iş günü müddətində sənədlərə baxır və müvafiq qərar qəbul edir.
13.3. Təqdim edilmiş sənədlər və məlumatlar qanunvericiliyin tələblərinə cavab verdikdə maliyyə bazarlarına nəzarət orqanı filialın açılmasına icazənin verilməsi barədə qərar qəbul edir, əks halda imtinanın səbəblərini göstərməklə BOKT-yə yazılı məlumat verir.
Maddə 14. Lisenziyaların və icazələrin reyestri
14.1. Maliyyə bazarlarına nəzarət orqanı BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin ictimaiyyət üçün açıq xxxx xxxxx reyestrini tərtib edir. BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin adları, ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və tarixləri, inzibatçıları barədə məlumat, fəaliyyətinə xitam verilmiş BOKT-lər, onların filial və nümayəndəlikləri haqqında məlumat alındıqdan sonra 3 iş günü müddətində reyestrə daxil edilir.
14.2. BOKT reyestrə daxil edilmiş məlumatda, habelə təsis sənədlərində (nizamnamədə, əsasnamədə) dəyişikliklər barədə maliyyə bazarlarına nəzarət orqanına 5 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. BOKT-yə yeni inzibatçı
təyin edildikdə bildirişə həmin şəxslərin bu Qanunun 8.2-ci və 8.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməsi barədə məlumat daxil edilməlidir.
IV fəsil
BOKT-lərin fəaliyyətinə dair tələblər
Maddə 15. BOKT-lərin fəaliyyəti
15.1. BOKT maliyyə bazarlarına nəzarət orqanından aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. Girov əmanəti yalnız maliyyə bazarlarına nəzarət orqanın BOKT-yə verdiyi lisenziyada bu barədə xüsusi icazə olduqda qəbul edilə bilər.
15.2. Kreditlərin verilməsi üçün lisenziya almış BOKT aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilər:
15.2.1. borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);
15.2.2. lizinq;
15.2.3. veksellərin uçotu;
15.2.4. qarantiyanın verilməsi;
15.2.5. sığorta agenti xidmətinin göstərilməsi;
15.2.6. borc alanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi.
15.3. Bu Qanunun 15.2-ci maddəsində göstərilən fəaliyyət növləri üçün qanunvericiliklə lisenziyanın alınması tələb olunduqda, BOKT həmin fəaliyyət növləri ilə müvafiq lisenziya aldıqdan sonra məşğul ola bilər.
15.4. BOKT-nin hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.
15.5. BOKT tərəfindən aidiyyəti xxxx şəxslərlə əqdlərin bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə tənzimlənir. Girov əmanəti qəbul etmək hüququ xxxx BOKT aidiyyəti xxxx şəxslərə kreditlərin verilməsi zamanı, həmçinin bu Qanunun 19.1.2-ci maddəsinə müvafiq olaraq müəyyən olunan prudensial normativlərə və tələblərə əməl etməlidir.
15.6. BOKT vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinə Azərbaycan Respublikasının ərazisində hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, bu barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.
Maddə 16. BOKT-lərin fəaliyyətinin maliyyələşdirilmə mənbələri
16.1. BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər:
16.1.1. nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər;
16.1.2. cəlb edilmiş kreditlər;
16.1.3. fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər;
16.1.4. qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
16.2. Beynəlxalq təşkilatlar, xarici ölkələrin hökumətləri və digər donorlar tərəfindən əvəzsiz olaraq ayrılan vəsaitlər, habelə onlardan əldə olunan gəlirlər BOKT-lər tərəfindən Azərbaycan Respublikasından kənara çıxarılmamalıdır.
Maddə 17. Kredit müqaviləsi
17.1. BOKT kreditlərin verilməsində şəffaflığı təmin etməli, borcalanları aldıqları kreditin dəyəri və kreditlə əlaqədar çəkəcəkləri xərclər barədə tam məlumatlandırmalıdır.
17.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadıqda, BOKT ilə borcalan arasında bağlanılan kredit müqaviləsində ən azı aşağıdakılar öz əksini tapmalıdır:
17.2.1. tərəflərin adları və hüquqi ünvanları;
17.2.2. kreditin məqsədi;
17.2.3. kreditin məbləği;
17.2.4. kreditin qaytarılma müddəti;
17.2.5. kreditin qaytarılma üsulu;
17.2.6. təminatın forması (təminatlı kredit verildikdə);
17.2.7. kredit üzrə faizlərin, o cümlədən illik faiz dərəcəsinin məbləği (illik faiz dərəcəsi kreditin qaytarılma müddətindən asılı olmayaraq göstərilməlidir);
17.2.8. kredit üzrə borcun (əsas borcun və faizlərin) bərabər aylıq ödənişlər formasında ödənilməsi nəzərdə tutulduqda, kreditdən istifadə edilən müddət ərzində xxxx hesabla ödəniləcək həqiqi faiz dərəcəsi;
17.2.9. tərəflərin məsuliyyəti.
17.3. Kredit müqaviləsi yazılı formada ən azı iki nüsxədə tərtib olunur və bir nüsxə borcalana verilir, digər nüsxələr isə BOKT tərəfindən kreditin rəsmiləşdirilməsinə dair sənədlər toplusuna əlavə edilir.
17.4. Birgə borcalanlar qrupu ilə bağlanılan kredit müqaviləsində qrupun bütün üzvləri barədə məlumatlar (adları, hüquqi ünvanları və s.) əks olunmalı və hər bir üzv üçün ayrıca nüsxə tərtib edilərək, onlara təqdim edilməlidir.
17.5. Xxxxxxxx bu Qanunun 17.2-ci maddəsində göstərilən şərtlərin kredit müqaviləsində əks etdirilməməsi nəticəsində ona dəyən zərərin ödənilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada BOKT-dən tələb edə bilər.
Maddə 18. Girov əmanəti
18.1. Kredit müqaviləsində veriləcək kreditin girov əmanəti ilə təmin edilməsi nəzərdə tutula bilər. Girov əmanətinin məbləği təmin olunan əsas borcun qalığı və ona hesablanacaq faizlərdən, müddəti isə kreditin müddətindən artıq ola bilməz.
18.2. Girov əmanəti nağd və ya nağdsız qaydada BOKT-yə ödənilir və BOKT tərəfindən 2 iş günü ərzində ona xidmət göstərən xxxxxx (banklarda) bu əmanətlər üçün açılmış xüsusi hesabda (hesablarda) yerləşdirilir.
18.3. BOKT qəbul etdiyi hər bir girov əmanətinin fərdi uçotunu aparmalıdır. Uçot məlumatları borcalanı (birgə borcalanlar qrupunu) və girov əmanəti ilə təmin edilmiş krediti tam eyniləşdirməyə imkan verməlidir.
18.4. Kredit tam ödənildikdə və ya kredit müqaviləsi ilə müəyyən edilmiş digər hallarda girov əmanəti borcalanın müraciət etdiyi gündən ən geci 2 iş günü müddətində BOKT tərəfindən borcalana (birgə borcalanlar qrupuna) qaytarılır.
18.5. Kredit müqaviləsi ilə nəzərdə tutulan hallarda BOKT girov əmanəti üzrə hesablanmış faizləri ödəməlidir.
18.6. Xxxxxxxx (birgə borcalanlar qrupu) kredit üzrə borcu (əsas borc, faizlər, cərimə) ödəyə bilmədikdə, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda, BOKT həmin borcu mübahisəsiz (akseptsiz) qaydada girov əmanəti hesabından tuta bilər.
18.7. BOKT girov əmanəti hesablarında yerləşdirdiyi vəsait hesabına kreditlər verə və digər maliyyə xidmətləri göstərə bilməz. Girov əmanətinin yerləşdirildiyi hesabdan yalnız aşağıdakı hallarda istifadə edilə bilər:
18.7.1. dövlət qiymətli kağızları və mərkəzi bankların qiymətli kağızları alındıqda (bu Qanunun 18.4-cü maddəsinin tələblərinə riayət etmək şərti ilə);
18.7.2. bu Qanunun 18.6-cı maddəsində nəzərdə tutulmuş hüquqdan istifadə edildikdə.
Maddə 19. BOKT-nin fəaliyyətinə dair prudensial normativlər və tələblər
19.1. Girov əmanəti qəbul etmək hüququ xxxx BOKT-nin maliyyə sabitliyini təmin etmək məqsədilə maliyyə bazarlarına nəzarət orqanı bu növ BOKT-nin fəaliyyətinə dair aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edə bilər:
19.1.1. bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum miqdarı;
19.1.2. aidiyyəti şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər;
19.1.3. qəbul edilmiş girov əmanətlərinin BOKT-nin xxxxxxxxxx xxxx nisbəti;
19.1.4. aktivlərin, balansarxası öhdəliklərin təsnifatından qiymətləndirilməsindən asılı olaraq mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara aid tələblər.
19.2. Maliyyə bazarlarına nəzarət orqanı BOKT-nin fəaliyyətinin tənzimlənməsi prosesində zərurət yarandıqca normativlərin hamısını və ya bir qismini tətbiq edə bilər.
19.3. Girov əmanəti qəbul etmək hüququ olmayan və ya qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərən BOKT öz fəaliyyəti dövründə nizamnamə (şərikli) kapitalını (əmlakını) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən minimum miqdardan az olmayan səviyyədə təmin etməlidir.
19.4. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər və tələblər, onlarda dəyişikliklər fəaliyyətdə xxxx BOKT-lərə rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə (şərikli) kapitalının (əmlakın) minimum miqdarına aid tələblərə dəyişikliklər isə BOKT-lərə rəsmən bildirildikdən sonra bir ildən tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur.
Maddə 20. BOKT-də mühasibat uçotu və maliyyə hesabatı
20.1. BOKT illik maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etməlidir. BOKT-nin mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
20.2. BOKT maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.
20.3. BOKT illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.
20.4. BOKT-nin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.
Maddə 21. BOKT-nin fəaliyyətinin şəffaflığı ilə bağlı tələblər
21.1. BOKT və onun filialları öz inzibati binasında xidmətlərin göstərilməsi şərtləri, o cümlədən kreditlərin verilməsi şərtləri barədə məlumatı və öz lisenziyasını aydın görünən yerdə yerləşdirməli və istənilən şəxsə həmin şərtlərlə xxxxx olmaq imkanı yaratmalıdır.
21.2. BOKT öz fəaliyyəti haqqında haqsız, qeyri-dəqiq və gizli reklama yol verməməli və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun digər tələblərinə riayət etməlidir.
21.3. BOKT öz adının və ünvanının dəyişdirilməsi barədə ən geci 7 təqvim günü müddətində kütləvi informasiya vasitələrində məlumat dərc etdirməlidir.
Maddə 22. Mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə BOKT arasında məlumat mübadiləsi
22.1. BOKT hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan Mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir.
22.2. XXXX tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 23. Məxfilik
XXXX öz müştəriləri ilə apardığı əməliyyatların, o cümlədən qəbul etdiyi girov əmanətinə dair məlumatın məxfiliyini “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq surətdə qorumalı, onun qanunsuz açıqlanmasına yol verməməlidir. Həmin məlumat müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən sonra ən azı 5 il müddətində BOKT-də saxlanmalıdır.
V fəsil
BOKT-nin fəaliyyətinə nəzarət
Maddə 24. BOKT-nin fəaliyyətinə nəzarət
24.1. BOKT-nin fəaiyyətinə nəzarət onun nizamnaməsində müəyyən edilmiş idarəetmə orqanı tərəfindən həyata keçirilir.
24.2. BOKT fəaliyyəti barədə prudensial tələblərə dair hesabatları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş forma və məzmunda hər hesabat rübü başa çatdıqdan sonra 10 gündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.
24.3. Hesabatların təhlili nəticəsində bu Qanunun, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərinin pozulması halları aşkara çıxarıldıqda və ya bu cür pozuntulara səbəb ola biləcək faktlar məlum olduqda maliyyə bazarlarına nəzarət orqanı onların aradan qaldırılması barədə BOKT-yə xəbərdarlıq məktubu göndərir. Məktubda BOKT tərəfindən yol verilmiş pozuntuların (nöqsanların) və ya bu cür pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması üçün görülməli tədbirlər və onların yerinə yetirilməsi müddəti göstərilir.
24.4. BOKT xəbərdarlıq məktubunda müəyyən olunan vaxt ərzində göstərilmiş tədbirlərin həyata keçirilməsi barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı
məlumat verməlidir. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunmuş vaxt ərzində tədbirlər tam və ya tələblərə uyğun şəkildə həyata keçirilmədikdə, maliyyə bazarlarına nəzarət orqanı BOKT-yə ikinci xəbərdarlıq məktubu göndərir və müvafiq tədbirlərin müəyyən olunmuş vaxt ərzində həyata keçirilməyəcəyi təqdirdə lisenziyanın ləğv ediləcəyi barədə xəbərdarlıq edir.
24.5. Maliyyə bazarlarına nəzarət orqanı BOKT-nin fəaliyyətini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır.
Maddə 25. Lisenziyanın və icazələrin ləğvi
25.1. BOKT-nin lisenziyası və ya filiallara verilmiş icazələr aşağıdakı bir və ya bir neçə əsas olduqda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ləğv edilə bilər:
25.1.1. BOKT tərəfindən müvafiq ərizə təqdim edildikdə;
25.1.2. lisenziya və ya icazə almaq üçün BOKT tərəfindən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyən edildikdə;
25.1.3. BOKT və ya onun filialı lisenziyanın və ya icazənin qüvvəyə mindiyi gündən on iki ay müddətində fəaliyyətə başlamadıqda;
25.1.4. fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının və ya Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə;
25.1.5. tələb olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə maliyyə bazarlarına nəzarət orqanına təqdim etmədikdə və ya maliyyə bazarlarına nəzarət orqanına təhrif olunmuş hesabat təqdim etdikdə;
25.1.6. bu Qanunla nəzərdə tutulmamış və ya lisenziyasında qadağan edilmiş fəaliyyəti həyata keçirdikdə;
25.1.7. qanunvericiliyə müvafiq olaraq BOKT ləğv olunduqda və ya müflis elan edildikdə.
25.1-1. Bu Qanunun 25.1.4-cü maddəsində göstərilən əsas olduqda, səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Mərkəzi Bank lisenziyanın və ya icazənin ləğv edilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına əsaslandırılmış yazılı müraciət edir.
25.2. Lisenziyanın ləğv edilməsi haqqında qərar dərhal BOKT-yə, qərarın qüvvəyə mindiyi gündən 5 iş günündən gec olmayaraq isə müvafiq vergi orqanına göndərilir, habelə kütləvi informasiya vasitələrində dərc edilir. BOKT-nin filialına verilmiş icazənin
ləğvi barədə bildiriş maliyyə bazarlarına nəzarət orqanının qərarı qüvvəyə mindiyi gündən 3 iş günü müddətində BOKT-yə göndərilir.
25.3. Lisenziyanın ləğv edilməsi haqqında qərarda başqa müddət nəzərdə tutulmadıqda, qərar kütləvi informasiya vasitələrində dərc edildiyi gündən qüvvəyə minir.
25.4. BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
25.5. BOKT lisenziyasının ləğv edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verə bilər. Şikayətin verilməsi maliyyə bazarlarına nəzarət orqanının müvafiq qərarının icrasını dayandırmır.
Maddə 25-1. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar
Bank olmayan kredit təşkilatları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyirlər.
VI fəsil
Keçid müddəaları
Maddə 26. Keçid müddəaları
26.1. Bu Qanunun 17-ci maddəsinin tələbləri fəaliyyətdə xxxx BOKT-lərin bu Qanun qüvvəyə mindikdən sonra bağladıqları kredit müqavilələrinə şamil olunur.
26.2. Girov əmanəti qəbul etmək hüququnu əldə etmək istəyən BOKT-lər bu Qanuna müvafiq qaydada yeni lisenziya almaq üçün müraciət edə bilərlər.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2009-cu il
№ 933-IIIQ