AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” 2017-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2017-ci il
№ 780-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti,
1944-cü il 7 dekabr tarixində Çikaqoda imzalanmaq üçün açıq elan edilmiş “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın tərəfləri olaraq,
öz dövlətlərinin əraziləri arasında hava əlaqələrinin qurulması məqsədi ilə qeyd olunan Konvensiyaya əlavə Saziş bağlamaq niyyəti ilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Mətn başqa şəkildə tələb etmədikdə, bu Sazişin məqsədləri üçün:
1) “Çikaqo Konvensiyası” termini 1944-cü il 7 dekabr tarixində Çikaqoda imzalanmaq üçün açıq elan edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyadır və ona daxildir:
a) həmin Konvensiyanın 94-cü maddəsinə əsasən qüvvəyə minmiş və hər iki Razılığa gələn Tərəfin ratifikasiya etdiyi istənilən düzəliş; və
b) bu cür əlavə və ya düzəliş hər hansı müəyyən zamanda hər iki Razılığa gələn Tərəf üçün qüvvədədirsə, həmin Konvensiyanın 90-cı maddəsinə əsasən qəbul edilmiş hər hansı Əlavə və ya düzəliş;
2) “aviasiya hakimiyyəti orqanları” termini Azərbaycan Respublikasına münasibətdə Dövlət Mülki Aviasiya Administrasiyasını, Cibuti Respublikasına münasibətdə Mülki Aviasiya Orqanını və yuxarıda qeyd olunan orqanlar tərəfindən istənilən funksiyaların yerinə yetirilməsi üçün səlahiyyət verilən hər hansı şəxsi və ya qurumu bildirir;
3) “bu Saziş” termini hazırkı Sazişi, onun Əlavəsini və ona hər hansı bir düzəlişi ehtiva
edir;
4) “təyin edilmiş aviasiya şirkəti” termini bu Sazişin 4-cü maddəsinə uyğun olaraq təyin
edilmiş və səlahiyyət verilmiş aviasiya şirkətini və ya şirkətlərini bildirir;
5) “ərazi” termini Razılığa gələn Tərəflərə münasibətdə Çikaqo Konvensiyasının 2-ci maddəsi ilə müəyyən olunmuş mənanı bildirir;
6) “hava əlaqəsi”, “beynəlxalq hava əlaqəsi”, “aviasiya şirkəti” və “qeyri- kommersiya məqsədləri ilə dayanma” terminləri Çikaqo Konvensiyasının 96-cı maddəsinə müvafiq olaraq müəyyən edilmiş mənaları bildirir;
7) “tarif termini poçt daşımaları ilə bağlı haqq və şərtlər istisna edilməklə, agentlik və digər köməkçi xidmətlər üçün qiymət və şərtlər də daxil olmaqla, sərnişinlərin, baqajın və yükün daşınması üçün ödənilməli xxxx qiymətləri və bu qiymətlərin tətbiqi üçün əsas xxxx şərtləri bildirir;
8) “istifadəçi haqları” termini xxxx xxxxxx əmlakının və ya qurğularının, yaxud aeronaviqasiya vasitələrinin, o cümlədən hava gəmiləri, onların heyətləri, sərnişinlər və yüklər üçün müvafiq xidmət və avadanlığın təqdim edilməsinə görə səlahiyyətli orqanlar tərəfindən aviasiya şirkətləri üçün müəyyən edilən və ya onlar tərəfindən müəyyənedilməsinə icazə verilən haqqı bildirir;
9) “tutum” termini:
a) hava gəmisinə münasibətdə marşrutda hava gəmisinin mövcud kommersiya yüklənməsini;
b) müəyyən edilmiş hava əlaqəsinə münasibətdə belə xidmətlərdə istifadə edilən hava gəmisinin müəyyən dövrdə və marşrutda yerinə yetirdiyi uçuşların sayına vurulan həmin hava gəmisinin tutumunu bildirir;
10) “daşıma” termini sərnişinləri, baqajı, xxx və poçtu bildirir;
11) “ICAO” termini Beynəlxalq Mülki Aviasiya Təşkilatını bildirir.
Maddə 2
Çikaqo Konvensiyasının tətbiqi
Bu Sazişin müddəaları Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqəsinə tətbiq edilən müddəaları ilə şərtlənir.
Maddə 3
Hüquqların verilməsi
1) Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə beynəlxalq hava əlaqələri ilə əlaqədar olaraq aşağıdakı hüquqları verir:
a) yerə enmədən öz ərazisi üzərindən uçmaq hüququ;
b) qeyri-kommersiya məqsədləri ilə öz ərazisində dayanmaq hüququ.
2) Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə bundan sonra bu Sazişin Əlavəsində müəyyən olunan marşrutlar üzrə beynəlxalq hava əlaqələrini yerinə yetirmək məqsədi ilə bu Sazişdə nəzərdə tutulan hüquqları verir. Belə əlaqələr və marşrutlar bundan sonra müvafiq olaraq “razılaşdırılmış xidmətlər” və “müəyyən edilmiş marşrutlar” adlandırılır. Müəyyən edilmiş marşrutda razılaşdırılmış xidmətləri yerinə yetirərkən, hər bir Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkətləri bu maddənin 1-ci bəndində qeyd olunan hüquqlardan əlavə, poçt da daxil olmaqla, sərnişinləri və yükləri götürmək və boşaltmaq məqsədi ilə digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində bu Sazişin Əlavəsində həmin marşrut üçün göstərilən məntəqələrdə dayanmaq hüququndan istifadə edir.
3) Bu maddənin 2-ci bəndinin heç bir müddəası Razılığa gələn Tərəflərdən birinin təyin edilmiş aviasiya şirkətinə icarə ilə və ya haqqı ödənilməklə daşınan və digər Razılığa gələn Tərəfin dövlətinin ərazisindəki digər məntəqə üçün nəzərdə tutulan sərnişinləri və yükü, o cümlədən poçtu digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində hava gəmisinə götürmək hüququnun verilməsi kimi hesab edilmir.
4) Hazırkı Sazişin 4-cü maddəsinə əsasən, təyin olunanlardan başqa, hər bir Razılığa gələn Tərəfin aviasiya şirkətləri, eyni zamanda bu maddənin 1-ci bəndinin a) və b) yarımbəndləri ilə müəyyən olunmuş hüquqlardan istifadə edirlər.
5) Hərbi münaqişələr, siyasi iğtişaşlar və ya hadisələr, yaxud xüsusi və qeyri-adi vəziyyətlər səbəbindən bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti öz adi marşrutu üzrə xidməti yerinə yetirə bilmədikdə, digər Razılığa gələn Tərəf marşrutların müvəqqəti dəyişdirilməsi yolu ilə bu xidmətin davamlılığını asanlaşdırmaq üçün bütün mümkün səyləri göstərir.
Maddə 4
Aviasiya şirkətlərinin təyinatı və səlahiyyətləndirilməsi
1) Hər bir Razılığa gələn Tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədi ilə digər Razılığa gələn Tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir.
2) Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə yazılı bildiriş verməklə, razılaşdırılmış xidmətləri yerinə yetirmək üçün belə təyinatı ləğv etmək və ya dəyişmək hüququna malikdir.
3) Digər Razılığa gələn Tərəf belə təyinatı aldıqdan sonra bu maddənin 4-cü bəndinin müddəalarına uyğun olaraq, təyin edilmiş aviasiya şirkətinə və ya şirkətlərinə yubandırmadan müvafiq istismar səlahiyyətlərini verir.
4) Bir Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanları digər Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkətindən Çikaqo Konvensiyasının müddəalarına əsasən, beynəlxalq hava əlaqələrinin yerinə yetirilməsi üçün həmin orqanların normal və əsaslı olaraq tətbiq etdiyi milli qanunvericilikdə nəzərdə tutulmuş şərtləri yerinə yetirməyə qadir olduğunu sübut etməyi tələb edə bilərlər.
5) Hər bir Razılığa gələn Tərəf aviasiya şirkəti üzərində faktiki sahibliyin və effektiv nəzarətin aviasiya şirkətini təyin etmiş Razılığa gələn Tərəfə və ya onun vətəndaşlarına məxsus olduğuna əmin olmadığı halda, sözügedən Razılığa gələn Tərəf bu maddənin 3-cü bəndində göstərilən istismar səlahiyyətlərini verməkdən imtina etmək və ya bu Sazişin 3-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hüquqların təyin edilmiş aviasiya şirkəti tərəfindən istifadəsi zamanı zəruri hesab etdiyi şərtləri müəyyən etmək hüququna malikdir.
6) Aviasiya şirkəti təyin edildikdə və səlahiyyət aldıqda, bu Sazişin 7-ci maddəsinə uyğun olaraq, tariflərin müəyyən edilməsi şərtilə razılaşdırılmış xidmətləri həyata keçirməyə başlaya bilər.
Maddə 5
İstismar səlahiyyətlərinin ləğv olunması və ya dayandırılması
1) Hər bir Razılığa gələn Tərəf aşağıdakı hallarda istismar səlahiyyətlərini ləğv etmək və ya digər Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkəti tərəfindən bu Sazişin 3-cü maddəsinin 2-ci bəndində qeyd edilmiş hüquqlardan istifadəni dayandırmaq, yaxud bu hüquqlardan istifadə zamanı zəruri şərtlər qoymaq hüququna malikdir:
a) həmin aviasiya şirkəti üzərində faktiki sahibliyin və effektiv nəzarətin aviasiya şirkətini təyin edən Razılığa gələn Tərəfə məxsus olduğuna əmin olmadığı istənilən halda;
b) həmin aviasiya şirkəti bu hüquqları vermiş Razılığa gələn Tərəfin dövlətinin adi qaydada tətbiq etdiyi milli qanunvericiliyinə riayət etmədiyi halda;
c) aviasiya şirkəti bu Sazişdə nəzərdə tutulmuş şərtlərə uyğun fəaliyyət göstərmədikdə.
2) Milli qanunvericilikdə gələcək pozuntuların qarşısını almaq məqsədilə bu maddənin 1- ci bəndində göstərilmiş dərhal ləğvolunma, dayandırılma və ya şərtlərin qoyulması zəruri deyilsə, belə hüquq yalnız digər Razılığa gələn Tərəflə məsləhətləşmələrdən sonra həyata keçirilir.
Maddə 6
Razılaşdırılmış xidmətlərin həyata keçirilməsini tənzimləyən prinsiplər
1) Hər iki Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətləri bu Sazişin Əlavəsi ilə müəyyən olunmuş marşrutlarda razılaşdırılmış xidmətləri yerinə yetirmək üçün ədalətli və bərabər imkana malikdirlər.
2) Razılaşdırılmış xidmətləri yerinə yetirən zaman hər bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətləri müəyyən edilmiş marşrutlar üzrə əhalinin daşımalara xxxx tələbatına yaxın münasibət göstərir və onların əsas məqsədi aviasiya şirkətini təyin edən Razılığa gələn Tərəfin dövlətinin ərazisinə gələn və ya ərazisindən gedən sərnişinlərin və yüklərin, o cümlədən poçtun daşınmasına xxxx xxxx və gözlənilən əsaslandırılmış tələbata uyğun tutumun
əsaslandırılmış yükləmə əmsalını tətbiq etməklə təmin etməkdir. Aviasiya şirkətini təyin edən dövlətlərdən başqa digər dövlətlərin ərazisində yerləşən müəyyən edilmiş marşrutlardakı məntəqələrdə hava gəmisinə götürülən və endirilən sərnişinlərin və yükün, o cümlədən poçtun daşınması tutumla bağlı ümumi prinsiplərə əsasən həyata keçirilir:
a) aviasiya şirkətini təyin etmiş Razılığa gələn Tərəfin dövlətinin ərazisinə və ərazisindən daşımalara dair tələblər;
b) ərazini təşkil edən dövlətlərin aviasiya şirkətləri tərəfindən yerinə yetirilən digər daşıma xidmətlərini nəzərə aldıqdan sonra, razılaşdırılmış xidmətlərin üzərindən keçdiyi ərazinin daşımalara xxxx tələbləri;
c) aviasiya şirkətinin uçuş əməliyyatlarına dair tələbləri.
Maddə 7
Tariflər
1) Hər bir Razılığa gələn Tərəf bazardakı kommersiya mülahizələrinə əsasən təyin edilmiş hər bir aviasiya şirkəti tərəfindən hava daşımaları üçün müəyyən edilən tariflərə icazə verir. Razılığa gələn Tərəflərin müdaxiləsi aşağıdakılarla məhdudlaşdırılır:
a) əsaslandırılmamış ayrı-seçkilik yaradan tariflərin və ya təcrübələrin qarşısının alınması;
b) üstün vəziyyətdən sui-istifadə nəticəsində əsassız olaraq artırılmış və ya məhdudlaşdırılmış tariflərdən istehlakçıları müdafiə etmək; və
c) birbaşa və ya vasitəli dövlət subsidiyası və yaxud dəstəyi nəticəsində süni şəkildə aşağı salınan tariflərdən aviasiya şirkətlərini müdafiə etmək.
2) Hər bir Razılığa gələn Tərəf ayrı-seçkiliyə yol vermədən digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətlərinin onun ərazisinə və ya ərazisindən daşımalar yerinə yetirməsi üçün müəyyən edilən tariflər barədə öz aviasiya hakimiyyəti orqanlarından bildiriş göndərilməsini və ya onların qeydə alınmasını tələb edə bilər. Hər iki Razılığa gələn Tərəfin aviasiya şirkətləri tərəfindən bildiriş və ya qeydiyyat tariflərinin qüvvəyə minməsi üçün təklif edilən tarixdən ən geci 30 (otuz) gün əvvəl tələb edilə bilər, ayrı-ayrı hallarda, adətən tələb olunduğundan daha qısa müddətdə bildiriş göndərildikdə, bildiriş və ya qeydəalınma üçün icazə verilə bilər. Ayrı-seçkilik yaratmadan, məlumat toplamaq məqsədi ilə tələb olunan hallar istisna olmaqla, Razılığa gələn Tərəflərdən heç biri digər Razılığa gələn Tərəfin aviasiya şirkətindən çarteri yerinə yetirənlər tərəfindən əhali üçün müəyyən edilən tariflər barədə bildirişi və ya qeydə alınmanı tələb etmir.
3) Razılığa gələn Tərəflərdən heç biri aşağıda qeyd edilənlər tərəfindən müəyyən olunan və ya müəyyən edilməsi üçün təklif olunan tariflərin qüvvəyə minməsinin və ya qüvvədəolma müddətinin uzadılmasının qarşısını almaq üçün birtərəfli qaydada tədbir görmür:
a) Razılığa gələn Tərəflərin əraziləri arasında beynəlxalq hava daşımaları üçün hər hansı Razılığa gələn Tərəfin aviasiya şirkətləri;
b) hər iki halda interlayn və ya intralayn əsasında daşıma daxil olmaqla, digər Razılığa gələn Tərəfin dövlətinin ərazisi və hər hansı başqa ölkə arasında beynəlxalq hava daşımaları uçün bir Razılığa gələn Tərəfin aviasiya şirkətləri.
Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx istənilən belə tarifin bu maddənin 1-ci bəndində qeyd edilən mülahizələrə uyğun gəlmədiyini hesab edərsə, o, məsləhətləşmələrin keçirilməsini tələb edir və digər Razılığa gələn Tərəfə mümkün qədər qısa müddətdə narazı qalmasının səbəblərini bildirir. Belə məsləhətləşmələr müraciətin qəbul olunmasından sonra 30 (otuz) gündən gec olmayaraq keçirilir və Razılığa gələn Tərəflər məsələnin əsaslı həlli məqsədi ilə xxxxx xxxx məlumatların təmin olunması üçün birgə fəaliyyət göstərirlər. Tərəflər narazılıq bildirişi göndərilən tarif barədə razılaşma əldə etdikdə, Razılığa gələn Tərəflərdən hər biri həmin razılaşmanın tətbiq edilməsi üçün səy göstərir. Belə qarşılıqlı razılaşma olmadan, tarif
qüvvəyə minir və ya öz qüvvəsini saxlayır. Belə qarşılıqlı razılaşma əldə olunmadıqda, mübahisələr 19-cu maddəyə uyğun həll edilir.
Maddə 8
Gömrük rüsumlarından və vergilərdən azadolma
1) Hər hansı bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti tərəfindən beynəlxalq hava əlaqələrində istifadə olunan hava gəmisi, habelə onların adi avadanlığı, yanacaq və sürtkü materialı ehtiyatları və belə hava gəmisində olan hava gəmisi ehtiyatları, o cümlədən qida, içkilər və tütün məmulatları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə gələn zaman gömrük rüsumlarından və vergilərdən azad edilir, bir şərtlə ki, belə avadanlıq və ehtiyatlar təkrar ixrac edilənədək və ya həmin ərazi üzərindən yerinə yetirilən uçuşun bir hissəsində istifadə edilənədək hava gəmisində saxlanılsın.
2) Göstərilən xidmətlərə aid xxxx haqlar istisna olunmaqla, həmin rüsumlardan və vergilərdən azadolma həmçinin şamil edilir:
a) Razılığa gələn Tərəfin dövlətinin ərazisində həmin Razılığa gələn Tərəfin orqanları tərəfindən müəyyən edilmiş həddə və digər Razılığa gələn Tərəfin beynəlxalq hava əlaqəsinə cəlb edilmiş yola düşən hava gəmisində istifadə üçün gəmiyə götürülən hava gəmisi ehtiyatlarına;
b) digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti tərəfindən beynəlxalq hava əlaqələrində istifadə olunan hava gəmisinə texniki xidmət göstərmək və ya təmir etmək üçün hər hansı bir Razılığa gələn Tərəfin dövlətinin ərazisinə gətirilən ehtiyat hissələrinə;
c) digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətinin beynəlxalq hava əlaqələrinə cəlb edilmiş yola düşən hava gəmisinə Razılığa gələn Tərəfin dövlətinin ərazisində təchiz edilən yanacaq və sürtkü materialları ehtiyatlarına, hətta bu ehtiyatlar hava gəmisinə götürüldüyü Razılığa gələn Tərəfin dövlətinin ərazisi üzərində yerinə yetirilən uçuşun bir hissəsində istifadə edilməli olduğu zaman.
3) Bu maddənin 2-ci bəndində istinad edilən materialların gömrük müşahidəsi və ya nəzarəti altına götürülməsi tələb edilə bilər.
4) Hər hansı Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətinin hava gəmisində saxlanılan adi hava gəmisi avadanlığı, habelə materiallar və ehtiyatlar digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində yalnız həmin dövlətin gömrük orqanlarının icazəsi ilə boşaldıla bilər. Belə xxxx xxxxx, onlar təkrar ixrac olunanadək və ya gömrük qaydalarına uyğun olaraq barələrində başqa sərəncam verilənədək, sözügedən orqanların müşahidəsi altında saxlanıla bilər.
5) Bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti tərəfindən öz istifadəsi üçün digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə gətirilən və ya təqdim edilən bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətinin lazımi sənədləri, o cümlədən aviabiletlər, aviaqaimələr, habelə reklam materialları, daşıma sənədləri daxilolma, təkrar daxilolma və ya hava gəmisində qaldığı zaman digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük rüsumlarından və vergilərdən azad edilir.
6) Hər hansı Razılığa gələn Tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və xxx aviasiya təhlükəsizliyi tədbirləri ilə bağlı yoxlama istisna olmaqla, yalnız sadələşdirilmiş nəzarətdən keçirlər.
7) Bir Razılığa gələn Tərəfin sərnişinlərin, baqajın və yükün dövlətin ərazisinə daxilolmasını və ərazisindən getməsini tənzimləyən dövlət orqanları müntəzəm uçuşlar yerinə yetirən hava gəmisi uçuşa başlamazdan əvvəl sərnişinlər, baqaj və xxx barədə ilkin məlumatla digər Razılığa gələn Tərəfin əlaqədar dövlət orqanlarını təmin edirlər.
8) Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətlərinin beynəlxalq daşımalardan əldə etdiyi gəlirlər yalnız həmin Razılığa gələn Tərəfin ərazisində vergiyə cəlb olunur.
9) Razılığa gələn Tərəflər arasında gəlir və əmlak vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında xüsusi Saziş mövcud olduğu təqdirdə, həmin Sazişin müddəaları üstünlük təşkil edir.
Maddə 9
Aviasiya təhlükəsizliyi
1) Beynəlxalq hava əlaqələrinin həyata keçirilməsi üçün ilkin şərt xxxx xxxxx hava gəmisi, onun sərnişinləri və ekipajı üçün təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Razılığa gələn Tərəflər mülki aviasiyanın təhlükəsizliyinin qanunsuz müdaxilə aktlarından müdafiəsini təmin etmək üçün bir-birinə münasibətdə xxxx öhdəliklərinin, xüsusilə Çikaqo Konvensiyası, 1963-cü il 14 sentyabr tarixində Tokioda imzalanmış “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında Konvensiya”, 1970-ci il 16 dekabr tarixində Haaqada imzalanmış “Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında Konvensiya”, 1971-ci il 23 sentyabr tarixində Monrealda imzalanmış “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya” və 1988-ci il 24 fevral tarixində Monrealda imzalanmış “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında” Konvensiyanı tamamlayan beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq hərəkətləri əleyhinə mübarizə haqqında Protokol” çərçivəsində öhdəlikiərinin bu Sazişin ayrılmaz hissəsini təşkil etdiyini yenidən təsdiq edirlər.
2) Razılığa gələn Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsinin və belə hava gəmilərinin, onların sərnişinləri və heyətinin, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin, habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərirlər.
3) Razılığa gələn Tərəflər qarşılıqlı münasibətlərində aviasiya təhlükəsizliyi standartlarına və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən formalaşdırılan və Çikaqo Konvensiyasına Əlavə kimi müəyyən edilmiş və Razılığa gələn Tərəflərin tətbiq etdiyi həddə Tövsiyə edilən Təcrübələrinə uyğun fəaliyyət göstərirlər və qeydiyyata aldıqları hava gəmilərinin istismarçılarının və ya əsas fəaliyyət yeri, yaxud daimi yeri onların ərazisində olan hava gəmilərinin istismarçılarının, habelə onların ərazisindəki hava limanlarının istismarçılarının həmin aviasiya təhlükəsizliyi müddəalarına uyğun fəaliyyət göstərmələrini tələb edirlər. Bu bənddə aviasiya təhlükəsizliyi Standartlarına istinadla əlaqədar Razılığa gələn Tərəfin bildirdiyi hər hansı fərq daxildir. Hər bir Razılığa gələn Tərəf hər hansı fərqə dair bildiriş göndərmək niyyəti haqqında digər Razılığa gələn Tərəfə ilkin məlumat göndərir.
4) Hər bir Razılığa gələn Tərəf özünün ərazisi daxilində hava gəmisini mühafizə etmək, sərnişinləri və onların əl yüklərini yoxlamaq, ekipaj, xxx (baqaj və poçt da daxil olmaqla) və hava gəmisinin ehtiyatlarının müvafiq yoxlanışlarını yerinə yetirmək məqsədi ilə minikdən və ya yükləmədən əvvəl və minik və ya yükləmə zamanı öz ərazisi daxilində səmərəli tədbirlərin görüldüyünü və həmin tədbirlərin xxxxx təhlükənin qarşısını almaq üçün tənzimlənməsini təmin edir. Hər bir Razılığa gələn Tərəf öz aviasiya şirkətləri tərəfindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə gəlmək, ərazini tərk etmək və ərazidə qalmaqla bağlı bu maddənin 3-cü bəndində göstərilən və həmin digər Razılığa gələn Tərəfin tələb etdiyi aviasiya təhlükəsizliyi müddəalarına riayət olunmasına razılıq verir. Hər bir Razılığa gələn Tərəf, həmçinin xüsusi təhlükənin qarşısının alınması məqsədi ilə əsaslı xüsusi təhlükəsizlik
tədbirlərinin görülməsi ilə əlaqədar digər Razılığa gələn Tərəfin hər hansı tələbini müsbət qarşılayır.
5) Mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi ilə bağlı hadisə və ya təhlükə, yaxud belə hava gəmilərinin, onların sərnişinlərinin və heyətin, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı digər qanunsuz hərəkətlər baş verdikdə, Razılığa gələn Tərəflər belə hadisəni və ya təhlükəni sağlamlığa qarşı minimal risklə mümkün qədər tez aradan qaldırmaq məqsədi ilə kommunikasiyanı asanlaşdırmaqla və digər müvafiq tədbirləri görməklə bir-birinə kömək göstərirlər.
Maddə 10
Sertifikatların tanınması və uçuşların təhlükəsizliyi
1) Razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədi ilə bir Razılığa gələn Tərəfin verdiyi və ya etibarlı hesab etdiyi qüvvədə xxxx uçuşa yararlılıq sertifikatlarını, səlahiyyətlilik sertifikatlarını və lisenziyaları digər Razılığa gələn Tərəf etibarlı hesab edir, bir şərtlə ki, belə sertifikatların və lisenziyaların verilməsi və ya etibarlı hesab edilməsi üçün tələblər Çikaqo Konvensiyasına əsasən müəyyən edilə bilən minimal standartlara bərabər və ya onlardan yüksək olsun.
2) Əgər bir Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanları tərəfindən istənilən şəxsə və ya təyin edilmiş aviasiya şirkətinə, yaxud razılaşdırılmış xidmətlərin yerinə yetirilməsi üçün istifadə edilən hava gəmisinə münasibətdə verilmiş bu maddənin 1-ci bəndində göstərilən lisenziyaların və ya sertifikatların şərtləri və ya üstünlükləri Çikaqo Konvensiyasına əsasən müəyyən edilmiş minimal standartlardan fərqlənməyə icazə verirsə və bu fərqlər ICAO-ya bildirilmişdirsə, digər Razılığa gələn Tərəf mübahisəli təcrübənin aydınlaşdırılması məqsədi ilə aviasiya hakimiyyəti orqanları arasında məsləhətləşmələrin keçirilməsini tələb edə bilər.
3) Buna baxmayaraq, hər bir Razılığa gələn Tərəf öz ərazisi üzərindən uçub keçmək və ya öz ərazisində enmək məqsədi ilə digər Razılığa gələn Tərəfin öz vətəndaşları üçün verdiyi səlahiyyətlilik sertifikatlarını və lisenziyaları tanımaqdan imtina etmək hüququnu özündə saxlayır.
4) Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin uçuş heyəti, hava gəmisi və ya onların istismarına dair hər hansı sahədə qəbul etdiyi təhlükəsizlik standartları ilə əlaqədar istənilən vaxt məsləhətləşmələr keçirilməsini tələb edə bilər. Belə məsləhətləşmələr müraciət olunduğu andan etibarən 30 (otuz) gün müddətində keçirilir.
5) Belə məsləhətləşmələrdən sonra bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin həmin an Çikaqo Konvensiyasına uyğun olaraq müəyyən edilmiş minimum standartlara ən azı bərabər tutulan istənilən sahədə təhlükəsizlik standartlarına səmərəli şəkildə riayət etmədiyini, habelə onları tətbiq etmədiyini aşkar etdikdə, bu zaman birinci Razılığa gələn Tərəf müəyyən edilən nöqsanlar və həmin minimal standartlara riayət etmək üçün zəruri hesab edilən tədbirlər barədə digər Razılığa gələn Tərəfi xəbərdar edir və həmin digər Razılığa gələn Tərəf müvafiq düzəliş tədbiri görür. Digər Razılığa gələn Tərəfin 15 (on beş) gün və ya razılaşdırıla biləcək daha uzun müddətdə müvafiq tədbir görməməsi bu Sazişin 5-ci maddəsinin tətbiq edilməsinə əsas verir.
6) Çikaqo Konvensiyasının 33-cü maddəsində qeyd edilən öhdəliklərə baxmayaraq, razılaşdırılır ki, bir Razılığa gələn Tərəfin aviasiya şirkəti və ya şirkətləri tərəfindən, yaxud icarə müqaviləsi əsasında onların adından digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə və ya onun ərazisindən hava əlaqələrini həyata keçirmək üçün istismar edilən hər hansı hava gəmisi digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində olarkən, əsassız ləngiməyə gətirib çıxarmamaq şərtilə hava gəmisinin və onun ekipajının sənədlərinin etibarlılığının, hava gəmisinin və onun avadanlığının həqiqi vəziyyətinin yoxlanılması məqsədi ilə digər Razılığa
gələn Tərəfin səlahiyyətli nümayəndələri tərəfindən hava gəmisində və onun ətrafında yoxlama (bu maddədə “xxxxxx yoxlaması” adlanır) həyata keçirilir.
7) Hər hansı bu cür xxxxxx yoxlaması və ya ardıcıl xxxxxx yoxlamaları:
a) hava gəmisinin və ya hava gəmisinin istismarının həmin vaxt Çikaqo Konvensiyasına əsasən müəyyən olunmuş minimum standartlara cavab verməməsi ilə bağlı ciddi narahatlığa;
b) həmin vaxt Çikaqo Konvensiyasına əsasən uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş standartlara effektiv şəkildə riayət olunması və tətbiq olunmasında çatışmazlıqların mövcudluğu ilə bağlı ciddi narahatlığa səbəb olduqda, yoxlamanı həyata keçirən Razılığa gələn Tərəf Çikaqo Konvensiyasının 33-cü maddəsinin məqsədləri üçün azad şəkildə belə bir nəticəyə gələ bilər ki, həmin hava gəmisinə və ya hava gəmisinin ekipajına verilmiş və ya etibarlı hesab edilən sertifikat və ya lisenziyalarla əlaqədar tələblər, yaxud hava gəmisinin istismar olunduğu tələblər Çikaqo Konvensiyasına əsasən müəyyən olunmuş minimum standartlara bərabər və ya onlardan yüksək deyildir.
8) Bir Razılığa gələn Tərəfin aviasiya şirkəti və ya aviasiya şirkəti adından istismar etdiyi hava gəmisində bu maddənin 6-cı bəndinə uyğun olaraq, xxxxxx yoxlamasının həyata keçirilməsinə həmin aviasiya şirkətinin və ya şirkətlərinin nümayəndəsi tərəfindən icazə verilmədiyi halda, digər Razılığa gələn Tərəf bu maddənin 7-ci bəndində istinad edilən ciddi narahatlığın olduğunu düşünməkdə və həmin bənddə istinad olunan nəticələrə gəlməkdə azaddır.
9) Bir Razılığa gələn Tərəf aparılan xxxxxx yoxlaması, ardıcıl xxxxxx yoxlamaları, xxxxxx yoxlamasının həyata keçirilməsindən imtina, məsləhətləşmə nəticəsində və ya digər şəkildə aviasiya şirkətinin uçuşlarının təhlükəsizliyi üçün təcili tədbirlərin görülməsinin zəruriliyi barədə qərara gəldiyi halda, hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin aviasiya şirkətinin və ya şirkətlərinin istismar səlahiyyətlərini dərhal dayandırmaq və ya dəyişdirmək hüququnu özündə saxlayır.
10) Bir Razılığa gələn Tərəfin bu maddənin 5-ci və ya 9-cu bəndinə uyğun olaraq gördüyü hər hansı tədbir belə tədbirin görülməsi üçün əsas aradan qalxdıqdan sonra dayandırılır.
Maddə 11
Milli qanunvericiliyin tətbiqi
1) Beynəlxalq hava əlaqələrinə cəlb olunmuş hava gəmilərinin əraziyə gəlməsini və ya ərazidən uçmasını, yaxud sözügedən ərazidə olduqları dövrdə bu hava gəmilərinin istismarını və naviqasiyasını tənzimləyən bir Razılığa gələn Tərəfin milli qanunvericiliyi digər Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkətinə və ya şirkətlərinə tətbiq edilir.
2) Sərnişinlərin, heyətin, yükün və ya poçtun bir Razılığa gələn Tərəfin ərazisinə daxil olmasını, orada qalmasını və ya ərazisini tərk etməsini tənzimləyən, o cümlədən əraziyə daxilolma, ərazidən çıxma, emiqrasiya, immiqrasiya, gömrük, valyuta, sağlamlıq və karantin ilə bağlı milli qanunvericiliyi sözügedən ərazidə olarkən, digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətinin və ya şirkətlərinin hava gəmiləri tərəfindən daşınan sərnişinlərə, heyətə, yükə və ya xxxxx tətbiq edilir.
3) Bir Razılığa gələn Tərəfin vətəndaşlarının, o cümlədən üçüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin digər Razılığa gələn Tərəfin ərazisinə gəlməsi, orada qalması, yaşaması və ya əmək fəaliyyəti ilə məşğul olması ərazisində yerləşdikləri Tərəfin dövlətinin milli qanunvericiliyi ilə tənzimlənir.
Maddə 12
Statistik məlumatların təqdim olunması
Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanları digər Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanlarını onların xahişi ilə bu maddədə birinci istinad edilən Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətləri tərəfindən razılaşdırılmış xidmətlərdə təmin edilən tutumun nəzərdən keçirilməsi məqsədilə əsaslı şəkildə sorğu edilə bilən dövri və ya digər statistik məlumatlarla təmin edir. Belə məlumatlara razılaşdırılmış xidmətlərdə göstərilən aviasiya şirkətləri tərəfindən həyata keçirilən daşımaların həcmini və həmin daşımaların başlanğıc və təyinat məntəqələrini müəyyən etmək üçün tələb edilən bütün informasiya daxil olur.
Maddə 13
Gəlirlərin köçürülməsi
1) Yerli valyuta qaydalarına əsasən, Razılığa gələn Tərəflərin təyin edilmiş aviasiya şirkətləri satış keçirilən ərazidəki artıq xərclərin qalığı xxxx əlavə gəliri köçürməkdə sərbəstdirlər.
2) Yerli valyuta qaydalarına əsasən, belə köçürmələr sərbəst dönərli valyutada rəsmi mübadilə kursu ilə həyata keçirilir və normal bank komisyonları və prosedurları istisna olunmaqla, hər hansı rüsuma, məhdudiyyətə, vergiyə və ya gecikdirməyə məruz qalmır.
3) Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətləri tərəfindən artıq xərclərin qalığı xxxx əlavə gəlirin köçürülməsinə məhdudiyyət qoyduqda, sonuncu birinci Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətlərinə bərabər əsaslarla qarşılıqlı məhdudiyyətlər tətbiq etmək hüququna malik olacaqdır.
Maddə 14
Aviasiya şirkətinin təmsilçiliyi və satışlar
1) Bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti və ya şirkətləri digər Razılığa gələn Tərəfin əraziyə daxilolma, orada qalma və işəgötürmə ilə əlaqədar milli qanunvericiliyinə uyğun olaraq, hava əlaqələrinin təmin olunması üçün tələb olunan özlərinin idarəetmə, texniki, istismar və digər mütəxəssis heyətini həmin digər Razılığa gələn Tərəfin ərazisinə gətirmək və orada saxlamaq hüququna malikdir.
2) Hər bir Razılığa gələn Tərəf öz ərazisində digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətinə özlərinin daşıma sənədlərindən istifadə etməklə, satışın həyata keçirildiyi Razılığa gələn Tərəfin milli valyutasında və həmin Razılığa gələn Tərəfin dövlətinin milli qanunvericiliyi ilə qadağan edilmədiyi halda, həmçinin istənilən sərbəst dönərli valyutada hava daşıma xidmətlərinin satışını birbaşa və ya özünün satış agentləri vasitəsilə həyata keçirmək hüququ verir. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətinin satmaq və hər hansı şəxsin belə daşımaları almaq hüququnu məhdudlaşdırmaqdan çəkinir.
Maddə 15
İstifadəçi haqları
1) Razılığa gələn Tərəflərdən heç biri digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətlərinə oxşar beynəlxalq hava əlaqələrini həyata keçirən digər aviasiya şirkətləri üçün müəyyən etdiyindən artıq istifadəçi haqqı müəyyən etmir və ya müəyyən edilməsinə icazə vermir.
2) Hər bir Razılığa gələn Tərəf özünün qiymət təyin edən səlahiyyətli orqanları və həmin orqanlar tərəfindən təmin edilən xidmət və avadanlıqlardan istifadə edən aviasiya şirkətləri
arasında, praktiki cəhətdən mümkün olduqda, həmin aviasiya şirkətlərini təmsil edən təşkilatlar vasitəsilə istifadəçi haqqı ilə bağlı məsləhətləşmənin keçirilməsini təşviq edir. İstifadəçi haqlarında dəyişikliklər edilməsi ilə bağlı istənilən təklifə dair əsaslı bildiriş dəyişikliklər edilməzdən əvvəl öz fikirlərini bildirmək üçün həmin istifadəçilərə göndərilir. Hər bir Razılığa gələn Tərəf gələcəkdə özünün səlahiyyətli qiymət təyin edən orqanlarını və həmin istifadəçiləri istifadəçi haqlarına dair müvafiq məlumat mübadiləsinin həyata keçirilməsinə şərait yaradır.
Maddə 16
Daşıma proqramlarının təsdiq olunması
1) Bir Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkəti və ya şirkətləri uçuşa başlamazdan ən azı 45 (qırx beş) gün əvvəl özünün və ya özlərinin daşıma proqramlarını (yay və qış daşıma dövrləri üçün) təsdiq olunması üçün digər Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanlarına təqdim edir. Proqrama, xüsusilə, cədvəllər, xidmətlərin tezliyi və istifadə olunacaq hava gəmilərinin növləri daxildir. Aviasiya hakimiyyəti orqanları əlaqədar aviasiya şirkətinin təqdim edilən daşıma proqramına dair öz qərarını daşıma proqramının təsdiq olunması üçün təqdim edildiyi tarixdən etibarən 20 (iyirmi) gün müddətində verirlər.
2) Daşıma proqramında ediləcək hər bir dəyişiklik, habelə əlavə uçuşların yerinə yetirilməsinə icazə verilməsi üçün müraciətlər bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti və ya şirkətləri tərəfindən təsdiq edilməsi üçün digər Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanlarına təqdim olunur. Dəyişiklik və ya əlavə uçuşlar üçün belə müraciətlərə aviasiya hakimiyyəti orqanları tərəfindən dərhal baxılır.
Maddə 17
Məsləhətləşmə
Hər hansı bir Razılığa gələn Tərəf istənilən vaxt bu Sazişin tətbiqi, təfsiri, yerinə yetirilməsi, dəyişiklik edilməsi və ya bu Sazişə riayət olunması ilə əlaqədar məsləhətləşmələrin keçirilməsi barədə müraciət edə bilər. Razılığa gələn Tərəflər arasında digər razılaşma olmadıqda, aviasiya hakimiyyəti orqanları arasında keçirilə biləcək belə məsləhətləşmələr digər Razılığa gələn Tərəfin yazılı müraciəti aldığı tarixdən sonra 60 (altmış) gün müddətində başlayır.
Maddə 18
Dəyişiklik
1) Hər hansı bir Razılığa gələn Tərəf bu Sazişin hər hansı müddəasına, o cümlədən onun əlavəsində dəyişiklik etmək istədikdə, belə dəyişiklik bu Sazişin 17-ci maddəsinə uyğun olaraq aparılan məsləhətləşmədən sonra yerinə yetirilir.
2) Bu Sazişə hər iki Razılığa gələn Tərəfin qarşılıqlı razılığına əsasən əlavə və dəyişiklik edilə bilər. Belə dəyişiklik və əlavələr hazırkı Sazişin ayrılmaz hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 24-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
3) Dəyişiklik yalnız əlavənin müddəalarına aid olduqda, həmin dəyişiklik hər iki Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanları arasında birbaşa razılaşdırıla bilər və aviasiya hakimiyyəti orqanları arasında razılaşdırılmış tarixdən qüvvəyə minir.
Maddə 19
Mübahisələrin həlli
1) Hazırkı Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar Razılığa gələn Tərəflər arasında hər hansı mübahisə yarandıqda, Razılığa gələn Tərəflər ilk növbədə onu danışıqlar yolu ilə həll etməyə səy göstərirlər.
2) Razılığa gələn Tərəflər mübahisənin danışıqlar yolu ilə həllinə nail ola bilmədikdə, onlar mübahisənin həllinə dair qərar üçün müəyyən şəxsə və ya orqana müraciət edilməsi ilə bağlı razılığa gələ bilərlər, əgər onlar belə razılığa gələ bilməzlərsə, mübahisə hər hansı Razılığa gələn Tərəfin tələbinə əsasən, qərar üçün hər bir Razılığa gələn Tərəfin təyin etdiyi bir və bu yolla təyin olunmuş iki hakim tərəfindən təyin edilmiş üçüncü hakimin daxil olduğu üç hakimdən ibarət məhkəməyə təqdim edilir. Razılığa gələn Tərəflərdən biri tərəfindən digər Razılığa gələn Tərəfin mübahisənin belə arbitraj məhkəməsinin keçirilməsi yolu ilə həllinə dair bildiriş diplomatik kanallar vasitəsilə alındıqdan sonra hər bir Razılığa gələn Tərəf 60 (altmış) gün müddətində hakim təyin edir, üçüncü hakim isə sonrakı 60 (altmış) gün müddətində təyin edilir. Əgər Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx müəyyən olunmuş müddətdə hakim təyin edə bilməzsə, Razılığa gələn Tərəflərdən hər hansı birinin müraciətinə əsasən, Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının sədri vəziyyətdən asılı olaraq, hakim və ya hakimləri təyin edir. Bütün hallarda, üçüncü hakim üçüncü dövlətin vətəndaşı olur və arbitraj məhkəməsinin sədri kimi fəaliyyət göstərir. Arbitraj məhkəməsi öz qərarını səs çoxluğu ilə qəbul edir. Bütün digər məsələlər üzrə arbitraj məhkəməsi öz prosedurunu müəyyən edir.
3) Razılığa gələn Tərəflər bu maddənin 2-ci bəndi çərçivəsində verilmiş istənilən qərarlara
riayət etmək öhdəliyini qəbul edirlər.
4) Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx bu maddənin 2-ci bəndinə uyğun olaraq verilən qərara riayət etməzsə və ya ona riayət etmədiyi müddətdə digər Razılığa gələn Tərəf öhdəliklərini yerinə yetirməyən Razılığa gələn Tərəfə bu Saziş əsasında verilən hər hansı hüquqları və ya imtiyazları məhdudlaşdıra, dayandıra və ya ləğv edə bilər.
5) Hər bir Razılığa gələn Tərəf təyin etdiyi hakim üçün zəruri xərcləri və əməkhaqqını ödəyir, üçüncü hakimin əməkhaqqı və onun üçün, habelə arbitraj fəaliyyəti ilə əlaqədar zəruri xərclər Razılığa gələn Tərəflər arasında bərabər şəkildə bölünür.
Maddə 20
ICAO-da qeydiyyat
Bu Saziş və onda edilən istənilən dəyişiklik qüvvəyə mindikdən sonra ICAO-da qeydiyyata alınır.
Maddə 21
Başlıqlar
Hazırkı Sazişdə hər bir maddənin əvvəlində qoyulan başlıqlar yalnız istinad və rahatlıq məqsədi üçündür və heç bir yolla bu Sazişin məzmununu və ya niyyətini müəyyənləşdirmir və ya məhdudlaşdırmır.
Maddə 22
Çoxtərəfli konvensiyalar
Hər iki Razılığa gələn Tərəfə münasibətdə hava əlaqələri üzrə ümumi çoxtərəfli konvensiya qüvvəyə mindikdə, belə konvensiyanın müddəaları üstünlük təşkil edir. Sözügedən
çoxtərəfli konvensiyanın müddəalarının bu Sazişə təsir göstərəcəyi həddi müəyyənləşdirmək məqsədi ilə hazırkı Sazişin 17-ci maddəsinə uyğun olaraq məsləhətləşmələr keçirilə bilər.
Maddə 23
Ləğvedilmə
Hər bir Razılığa gələn Tərəf istənilən vaxt bu Sazişi ləğv etmək qərarı barədə digər Razılığa gələn Tərəfə yazılı bildiriş göndərə bilər. Belə bildiriş, eyni zamanda, ICAO-ya göndərilir. Digər Razılığa gələn Tərəfin bildirişi aldığı tarixdən 12 (on iki) ay sonra gecəyarısı (bildirişi xxxx Razılığa gələn Tərəfin yerli vaxtı ilə), bu müddətin bitməsinədək bildiriş razılıq əsasında xxxx götürülmədiyi halda, Saziş qüvvəsini itirir. Digər Razılığa gələn Tərəf bildirişi aldığını təsdiq etməzsə, bildiriş ICAO tərəfindən alındıqdan 14 (on dörd) gün sonra alınmış hesab edilir.
Maddə 24
Qüvvəyəminmə
Bu Saziş onun qüvvəyə minməsi üçün tələb olunan müvafiq daxili prosedurların yerinə yetirildiyini təsdiq edən Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bakı şəhərində 2017-ci il 24 fevral tarixində, Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikası | Cibuti Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
ƏLAVƏ
MARŞRUT CƏDVƏLİ
Bölmə 1
Azərbaycan Respublikasının təyin etdiyi aviasiya şirkəti və ya şirkətləri tərəfindən istifadə ediləcək marşrutlar:
Azərbaycan Respublikasındakı məntəqələr | Aralıq məntəqələr | Cibuti Respublikasındakı məntəqələr | Kənar məntəqələr |
istənilən məntəqə | istənilən məntəqə | istənilən məntəqə | istənilən məntəqə |
Bölmə 2
Cibuti Respublikasının təyin etdiyi aviasiya şirkəti və ya şirkətləri tərəfindən istifadə ediləcək marşrutlar:
Cibuti Respublikasındakı | Aralıq məntəqələr | Azərbaycan Respublikasındakı | Kənar məntəqələr |
istənilən məntəqə | istənilən məntəqə | istənilən məntəqə | istənilən məntəqə |
QEYDLƏR:
1) Xidmətlərin Razılığa gələn Tərəflərin ərazisində başlaması və ya başa çatması şərtilə istənilən uçuşda aralıq məntəqələr buraxıla bilər.
2) Razılığa gələn Tərəflərin aviasiya hakimiyyəti orqanları arasında vaxtaşırı razılaşdırıla biləcək hallar istisna olmaqla, aralıq məntəqələrdən və ya kənar məntəqələrdən bir Razılığa gələn Tərəfin ərazisinə və əksinə daşımalar yerinə yetirilə bilməz. Bu məhdudiyyət, həmçinin dayanma ilə yerinə yetirilən (stop-over) daşımaların bütün formalarına tətbiq olunur.