2009-cu il iyunun 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan
2009-cu il iyunun 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan
Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2009-cu il iyunun 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Latviya Respublikası tərəfini xəbərdar etsin.
Bakı şəhəri, 27 avqust 2009-cu il.
№ 452
Xxxxx Xxxxxx, Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında
S a z i ş
Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası hökuməti və Latviya Respublikası Hökuməti;
Azərbaycan Respublikası və Latviya Respublikası arasında dostluq münasibətlərini qəbul edərək,
Ətraf mühit baxımından əlverişli və davamlı inkişafın zəruriliyini ifadə edərək,
Tərəflər arasında davamlı inkişaf sahəsində, xüsusilə də ətraf mühitin mühafizəsi sahəsində mütəmadi ikitərəfli əməkdaşlığa dair təşəbbüs verməyi və əməkdaşlığı davam etdirməyi arzu edərək,
1992-ci il 14 iyun tarixində Rio De Janeyroda qəbul edilmiş Ətraf Mühit və İnkişaf üzrə Rio Bəyannaməsinə əməl edərək və 1998-ci il 25 iyun tarixində Orhusda qəbul edilmiş Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət mühakiməsinin açıq keçirilməsi haqqında Orhus Konvensiyasını, 2000-ci il 08 sentyabr tarixində imzalanmış BMT-nin Minillik Bəyannaməsini
və 2002-ci il 04 sentyabr tarixində Yohanesburqda qəbul edilmiş Davamlı İnkişaf və Fəaliyyət Planına dair Yohanesburq Bəyannaməsini nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Hazırkı Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar aşağıdakılardır: Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi;
Latviya Respublikası adından Latviya Respublikasının Ətraf Mühit Nazirliyi.
Maddə 2
Tərəflər hər iki Tərəfin maraqlarına uyğun olaraq ətraf mühitin çirklənməsinin qarşısının alınması və mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcək və genişləndirəcək, eləcə də qlobal və regional ekoloji problemlərin birgə səylərlə həli edilməsi məqsədilə iqtisadi, xxxx və texniki əlaqələri bundan sonra da təşviq edəcəklər.
Maddə 3
Tərəflər arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq, onların müvafiq milli qanunvericiliyi və qaydaları çərçivəsində, habelə beynəlxalq öhdəlikləri nəzərə alınaraq aşağıdakı sahələri əhatə edəcəkdir:
a) Qorunan təbiət ərazilərinin idarə edilməsi;
b) Biomüxtəlifliyin qorunması;
c) Ətraf mühitə təsirin qiymətləndirilməsi;
d) Qlobal iqlim dəyişmələri;
e) Ozon qatının qorunması;
f) Torpaqların mühafizə olunması;
g) Transsərhəd hava çirklənmələri;
h) Tullantıların idarə edilməsi;
i) Suyun mühafizəsi;
Tərəflər digər əməkdaşlıq sahələri üzrə razılığa gələ bilərlər.
Maddə 4
Tərəflər arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq Tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı formalarda həyata keçiriləcəkdir;
a) Birgə xxxx-texniki araşdırma və proqramlar;
b) Əməkdaşlıq layihələrinin işlənib-hazırlanması;
c) Tədqiqatlar, inkişaf və ətraf mühit üzrə fəaliyyətin ən yaxşı idarəçilik təcrübələri sahəsində xxxx-texniki məlumatların və sənədlərin mübadiləsi;
d) Ətraf mühit üzrə mövcud on yaxşı texnologiyaların mübadiləsi;
e) Mütəxəssislər mübadiləsi;
f) Təhsil proqramları, konfrans və simpoziumların təşkili; Tərəflər digər əməkdaşlıq sahələri üzrə razılığa gələ bilərlər.
Maddə 5
Tərəflər hər iki Tərəfin ətraf mühitin mühafizəsi sahəsində çalışan qurumları, fiziki və hüquqi şəxsləri birbaşa əlaqələrin yaradılmasını və əməkdaşlığın inkişaf etdirilməsini təşviq edəcəklər.
Maddə 6
Hazırkı Xxxxxxx yerinə yetirilməsi ilə bağlı əsas məsələlər və əməkdaşlığın inkişaf etdirilməsi Nazirlərin görüşləri zamanı müzakirə ediləcəkdir. Nazirlərin görüşləri Tərəflərin razılığı hər iki Tərəfin təşəbbüsü ilə təşkil olunacaqdır.
Tərəflər razılıq əsasında hazırkı əməkdaşlıq məsələlərinin müzakirə edilməsi məqsədilə öz təmsilçilərinin görüşünü təyin edə bilərlər.
Tərəflər hazırkı Sazişin imzalanmasından sonra bir ay ərzində Saziş əsasında əməkdaşlığın əlaqələndirilməsi və yerinə yetirilməsi üzrə səlahiyyətli əlaqələndirici şəxslərin adları barədə bir-birlərini məlumatlandıracaqlar.
Maddə 7
Tərəflər hazırkı Sazişin həyata keçirilməsini eyni əsasda maliyyələşdirəcək. Hər bir Tərəf təmsilçilərinin bütün birgə tədbirlərdə iştirakı ilə bağlı xərclərini ödəyəcək; xxxxx qəbul edən Tərəf birgə tədbirləri keçirmək üçün yerləşmə və lazımi ləvazimatı təmin edəcək. Digər Tərəfə məlumatın göndərilməsi ödənişsiz əsaslarla təmin ediləcəkdir.
Tərəflər xüsusi hallarda hazırkı Sazişin yerinə yetirilməsinin maliyyələşməsi ilə bağlı başqa razılığa gələ bilərlər.
Maddə 8
Hazırkı Sazişin təfsiri və yaxud tətbiqi zamanı yarana bilən mübahisələr Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 9
Hazırkı Xxxxxxx müddəaları Tərəflərin bağladıqları digər qüvvədə xxxx sazişlərdən irəli gələn hüquq və öhdəliklərə xələl gətirmir.
Maddə 10
Tərəflər hazırkı Sazişə uyğun olaraq bağlanmış müqavilə və razılaşmalardan irəli gələn fiziki və hüquqi şəxslərin öhdəliklərinə görə məsuliyyət daşımayacaq.
Maddə 11
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Belə düzəlişlər və əlavələr hazırkı Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollarla rəsmliləşdiriləcək və 12-ci Maddənin müddəalarına əsasən qüvvəyə minəcəkdir.
Maddə 12
Hazırkı Xxxxx Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə bir-birlərini diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minəcəkdir.
Hazırkı Saziş qeyri-müəyyən müddətə bağlanılır.
Tərəflər diplomatik kanallar vasitəsilə niyyəti barədə yazılı bildiriş təqdim etməklə bu Sazişin qüvvəsinə xitam verə bilərlər. Saziş belə bildirişin alındığı tarixdən altı (6) ay sonra qüvvədən düşmüş hesab edilir.
Hazırkı Sazişə xitam verilməsi hazırkı Sazişin yerinə yetirilməsi üçün başlanmış fəaliyyətlərin və imzalanmış müqavilələrin etibarlılığına təsir göstərməyəcək.
Bu Saziş Bakı şəhərində “25” iyun 2009-cu il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, latış və ingilis dillərində imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Hazırkı Sazişin təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası | Latviya Respublikası |
Hökuməti adından | Hökuməti adından |