Azərbaycan Dövlət Aqrar Universiteti ilə
Azərbaycan Dövlət Aqrar Universiteti ilə
ödənişli əsaslarla təkrar ali təhsil alacaq təhsilalan şəxs arasında bağlanan FƏRDİ MÜQAVİLƏ
Gəncə şəhəri « » 2023-cü il
Azərbaycan Dövlət Aqrar Universiteti (bundan sonra – Universitet) öz Nizamnaməsi əsasında fəaliyyət göstərən tədris işləri üzrə prorektor Xxxxx Xxxx xxxx Xxxxxxx şəxsində bir tərəfdən, ödənişli əsaslarla təkrar ali təhsil alacaq (bundan sonra - Təhsilalan)
digər tərəfdən
(soyadı, adı, atasının adı)
“Təhsil haqqında” Qanunu, təhsil haqqında müvafiq normativ-hüquqi aktları rəhbər tutmaqla bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1. Müqavilənin predmeti
1.1. Müqavilənin predmeti Universitetdə ödənişli əsaslarla təkrar ali təhsilin həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.
2. Tərəflərin hüquq və öhdəlikləri 2.1.Universitet aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.1.1.Təhsilalanın müvafiq tədris planına uyğun
ixtisası üzrə təhsil formasında keyfiyyətli təkrar ali təhsil almasını təmin etmək;
2.1.2. Təhsilalana tədris və yay semestrlərində fənləri dinləməyə və akademik borclarını ödəməyə şərait yaratmaq.
2.1.3. Təhsilalandan təhsil müddətində Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, daxili intizam qaydalarına, etik qaydalara və əxlaq normalarına riayət edilməsini tələb etmək;
2.1.4. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini təhsilalandan tələb etmək.
2.2. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.2.1 Bu Müqaviləyə uyğun olaraq birinci tədris ilinin təhsil haqqını Universitetə qəbulun qeydiyyatı zamanı, digər illərdə növbəti tədris ili üçün sentyabrın 15-dək tam ödəmək .
2.2.2. Seçdiyi ixtisas və təhsil forması üzrə tədris planlarını, tədris proqramlarını, eləcə də akademik borcu qalmış fənlər üzrə proqramları müvafiq qaydalara uyğun yerinə yetirmək;
2.2.3. Akademik borcu olduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (xxxx xxx) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun ödəniş etmək;
2.2.4. Azərbaycan Respublikası qanunvericiliyini, Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək, daxili intizam qaydalarına, etik qaydalara və əxlaq normalarına riayət etmək;
2.2.5. Universitetə maddi və mənəvi zərər vurmamaq, zərər vurduqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq dəymiş maddi zərəri ödəmək;
2.2.6. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Universitetə 3 iş günü müddətində məlumat vermək;
2.2.7. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini Universitetdən tələb etmək.
3. Təhsil haqqı və hesablaşma qaydası
3.1. Təhsilalanın hər tədris ili üçün təhsil haqqı
müəyyən edilir. (rəqəm və hərflə)
AZN
3.2.Təhsil haqqı universitetin bank hesabına ödənilir.
4. Müqavilənin ləğv edilməsi qaydası
4.1.Tərəflərin biri üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf bu Müqaviləni bir tərəfli qaydada ləğv edə bilər.
4.2.Müqaviləyə Azərbaycan Respublikası qanunvericiliyinə, “Təhsil haqqında” Qanun və digər normativ- hüquqi aktlara uyğun xitam verilə bilər.
4.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təhsilalan Universiteti dəyişdikdə müqaviləyə xitam verilir (bu müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar göstərilməklə).
5. Mübahisəli məsələlərin həlli və tərəflərin məsuliyyəti
5.1. Mübahisəli məsələlərin həlli Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və təhsil haqqında normativ-hüquqi aktlara və bu müqavilədən irəli gələn şərtlərə əsasən həll edilməlidir.
6. Digər şərtlər
6.1. Bu Müqavilənin 2.2.1. bəndinin tələbləri təmin edilmədikdə təhsilalan Universitetdən xaric edilə bilər.
6.2. Təkrar ali təhsil üzrə müraciət edən təhsilalanın diplomunun, o cümlədən xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin dövlət nümunəli sənəd olması barədə Elm və Təhsil Nazirliyi tərəfindən müsbət cavab verilmədiyi halda təhsilalan xaric edilir.
6.3. Təhsilalan hər hansı səbəbdən tələbələr sırasından xaric olunduğu halda “Universitet” tərəfindən bir qayda olaraq onun ödədiyi təhsil xxxxx xxxx qaytarılmır.
6.4. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir.
6.5. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib olunmuşdur, bir nüsxəsi Təhsilalana verilir, digər nüsxəsi universitetdə təhsil alanın şəxsi işində saxlanılır.
6.6. Bu Müqavilə imzalandığı vaxtdan təhsilalanın təhsil müddətinin sonunadək bağlanılır.
7. Tərəflərin rekvizitləri və imzaları
Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə şəh., Atatürk pr.450 Dövlət Xəzinədarlığı Agentliyi Kod 200275 VOEN 9900003611 M/h XX00XXXX00000000000000000000 SWIFT kod XXXXXX0X Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə YXO H/H AZ 68AIIB38070019440136714127 VOEN 2300314671 Büdcə səviyyəsi 7 (003857) İqtisadi təsnifat kodu 142311 (təhsil haqqı) | Təhsilalan: (soyadı, adı, atasının adı) Ünvan Telefonu Şəxsiyyət vəsiqəsi № Vəsiqəni verən orqanın adı Verilmə tarixi İmza |