MÜNDƏRİCAT
MÜNDƏRİCAT
ÜMUMI MÜDDƏALAR. 4
BÖLMƏ I. SIĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ 5
Maddə 3. Sığorta obyekti və sığorta sinfi 5
Maddə 4. Sığorta riskləri. Sığorta hadisələri 4
Maddə 5. Sığorta təminatına daxil olmayan hallar (istisnalar) 4
BÖLMƏ IV. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI 6
Maddə 10. Sığorta haqqının ödənilməsi 6
Maddə 11. Sığorta müqaviləsinin bağlanması 6
Maddə 12. Sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilməli xxxx faktlar 6
Maddə 14. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi 8
Maddə 15. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə 7
Maddə 16. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri 7
Maddə 17. Sığorta riskindəki dəyişikliklər 8
BÖLMƏ VI. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ 8
Maddə 18. Sığortaçının hüquqları və vəzifələri 8
Maddə 19. Sığortalının hüquqları və vəzifələri 8
BÖLMƏ VII. ÖDƏNİLƏN ZƏRƏRLƏR 10
Maddə 20. Ödənilən zərərlər 10
Maddə 21. Zərərçəkən şəxs(lər)ə vurulmuş zərər 10
Maddə 23. Zərərlərin azaldılması məqsədilə çəkilən xərclər 10
Maddə 24. Sığorta hadisəsinin araşdırılması məqsədilə çəkilən xərclər 10
BÖLMƏ VIII. SIĞORTA ÖDƏNİŞİ 10
Maddə 25. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər 10
Maddə 26. Sığorta ödənişinin hesablanması və verilməsi qaydası 12
Maddə 27. Sığorta ödənişinin verilməsindən imtina 12
Maddə 28. Subroqasiya hüququ 12
Maddə 30. Xxxxxxx haqqında qeyd-şərt 12
Maddə 31. İş sirlərinin gizli saxlanılması 13
Maddə 32. Mübahisələrin həlli qaydası 13
Peşə Məsuliyyətinin Siğortasi Üzrə Tаrif Dərəcələrinin Əsaslandirilmasi 13
ÜMUMİ ANLAYIŞLAR
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortaçı - «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta predmetinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.
Xxxxxxxxxx şəxs - sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya verilən sənəd.
Sığorta obyekti - sığortalının qanunazidd olmayan hər hansı əmlak mənafeyi.
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.Sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.
⮚ Şərtli azadolma - məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda zərər məbləğindən azadolma məbləği çıxılmır.
⮚ Şərtsiz azadolma - məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi.
Sığorta riski və ya risk - sığorta predmeti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik.
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti.
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
Sığorta tarifi - sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi.
Sığorta müddəti - sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət.
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar - müqavilə bağlanarkən bildirilməli xxxx, sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən və/və ya sığortalıya yazılı şəkildə aydın və birmənalı sorğu verilmiş bütün hallar (faktlar) əhəmiyyətli sayılır.
Sığortanın ərazisi - sığorta predmetinin sığortalanmış hesab olunduğu müəyyən coğrafi ərazi hüdudları.
Mühüm şərtlər - sığortaçıya sığorta ödənişini verməkdən imtina etmək və ya sığorta müqaviləsini ləğv etmək hüququ verən sığorta müqaviləsinin şərtləri.
İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx fiziki şəxs.
PEŞƏ MƏSULİYYƏTİNİN SIĞОRTАSI QAYDALARI ÜMUMİ MÜDDƏАLАR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
BÖLMƏ I. SIĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ
Maddə 1. Sığortaçı
Bu Qaydalara əsasən sığortaçı dedikdə, “Azərbaycan Sənaye Sığorta” ASC başa düşülür.
Maddə 2. Sığortalı
2.1. Bu Qaydalara əsasən sığortalı dedikdə sığortaçı ilə sığorta müqaviləsi bağlayan hər hansı bir hüquqi və ya tam fəaliyyət qabiliyyətli fiziki şəxs başa düşülür.
2.2. Bu Qaydalar daxilində sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, “Sığorta fəaliyyəti haqqında” qanuna, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
BÖLMƏ II. SIĞORTA OBYEKTİ
Maddə 3. Sığorta obyekti və sığorta sinfi
3.1. Sığortalı və ya onun işçiləri tərəfindən öz peşə fəaliyyətini yerinə yetirərkən üçüncü şəxslərin səhhətinə və ya əmlakına vurulmuş zərərlərin əvəzinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan əmlak mənafeləri bu Qaydalar daxilində sığortanın obyekti hesab olunur.
3.2. Bu Qaydalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3.3.7-ci maddəsində qeyd olunan sığorta obyektinə görə əmlak sığortasına aid xxxx xxxxx məsuliyyətin sığortası üzrə peşə məsuliyyətinin sığortası sinfinə aiddir.
BÖLMƏ III. SIĞORTA TƏMİNATI
Maddə 4. Sığorta riskləri. Sığorta hadisələri
4.1. Bu sığorta Qaydalarına əsasən sığortaçı aşağıda göstərilən hadisələrə təminat verir:
4.1.1. sığortalının və ya onun işçisinin öz peşə fəaliyyətini yerinə yetirərkən üçüncü şəxslərin əmlak mənafelərinə vurulan zərərlə xxxxx xxxx (iddiaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) xərclərin əvəzinin zərərçəkən üçüncü şəxslərə və ya onların varislərinə ödənilməsi ilə əlaqədar sığortalının öhdəlikləri üzrə sığorta müqaviləsində göstərilən həcmdə və qaydada sığorta ödənişinin həyata keçirməsinə təminat verir;
4.1.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalının və ya onun işçisinin öz peşə fəaliyyətini yerinə yetirərkən üçüncü şəxslərə dəymiş, xxxxx sığortanın qüvvədə olduğu müddət başa çatdıqdan sonra aşkar edilmiş zərərlərə də sığorta təminatı verilir.
4.2. Bu sığorta Qaydalarına əsasən sığortaçının razılığı ilə sığortalının hər hansı muzdla tutduğu və ya başqa iş yerindən müvəqqəti cəlb etdiyi və cavabdeh olduğu işçinin və yaxud podratçısı ilə xidmət müqaviləsi bağlayan hər hansı başqa şəxslərin peşə fəaliyyəti nəticəsində üçüncü şəxslərə dəyən zərərlər də sığorta təminatınatına daxil edilə bilər. Bu halda sığorta müqaviləsində müvafiq qeydlər edilməlidir.
4.3. Bu sığorta növü üzrə sığortalının və ya onun tapşırığı ilə əmək funksiyalarını yerinə yetirən hər hansı işçisinin peşə fəaliyyətində ehtiyatsızlığı, səhvi və diqqətsiz hərəkəti nəticəsində baş vermiş zərərlərlə təminat verilir.
4.4. Sığorta təminatı ayrı-ayrı peşələr üzrə sığorta müqaviləsi ilə genişləndirilə və ya məhdudlaşdırıla bilər.
Maddə 5. Sığorta təminatına daxil olmayan hallar (istisnalar)
5.1. Sığorta təminatına aşağıdakılarla bağlı məsuliyyət halları daxil deyildir:
5.1.1. sığorta müqaviləsinin qüvvəyə minmə tarixinədək sığortalının səhvi və diqqətsizliyi nəticəsində ortaya çıxan hər hansı iddia;
5.1.2. sığorta müqaviləsinin qüvvəyə minmə tarixinədək hər hansı aidiyyatı xxxx təşkilatın, və yaxud sığortaçıya məlumat verilmiş şərait yaxud hadisədən irəli gələn hər hansı bir iddia;
5.1.3. hər hansı təşkilat tərəfindən həyata keçirilən təminatın və ya yardımın (təzminatın) predmeti xxxx hər hansı iddia. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsi hər hansı zərərin tənzimlənməsi məqsədilə cəlb edilə bilməz;
5.1.4. ümumi mülki məsuliyyətdən irəli gələn hər hansı sağlamlığa dəyən zərər, əqli zərər, xəstəlik, yaxud ölümlə nəticələnən hadisə, eləcə də hər hansı maddi zərər və itkilər üzrə hər hansı iddia;
5.1.5. sığortaçının razılığı ilə sığorta müqaviləsində müvafiq qaydada əlavə və dəyişikliklər aparılması halları istisna olmaqla, sığortalının hər hansı digər müəssisə və ya təşkilat üçün, və yaxud digər müəssisə və ya təşkilatın adından yerinə yetirdiyi iş(lər)in nəticəsində sığortalıya qarşı qaldırılan iddialar;
5.1.6. sığortaçının razılığı ilə sığorta müqaviləsində müvafiq qaydada əlavə və dəyişikliklər aparılması halları istisna olmaqla, sığortalının kontrakt əsasında qəbul etdiyi məsuliyyətdən irəli gələn, ərizə-anket formasında qeyd olunmuş sığortalının adi fəaliyyəti zamanı tələb olunan bacarıq və təcrübədən yüksək bacarıq və təcrübə tələb edən fəaliyyəti nəticəsində yaranmış hər hansı iddia;
5.1.7. sığortalının satdığı, təchiz etdiyi və ya bölüşdürdüyü hər hansı məhsulun istehsalı, yenidən qablaşdırılması, təmiri, onlarla xidmət göstərilməsi və ya müalicə aparılmasından yaranan hər hansı iddia və ya hər hansı məhsulun təyinatı üzrə istifadə edilməsi qaydalarına riayət olunmaması, və yaxud zəmanət müddətində istifadəsindən irəli gələn hər hansı bir iddia;
5.1.8. sığortalının hər hansı vəzifəli və ya məsul şəxsinin və ya işçisinin, təşkilatın qaydalarına əsasən vəzifə borclarının yerinə yetirməsi zamanı, qeyri-qanuni və ya səhlənkar hərəkətləri, biganəliyi yaxud göstərilən etimaddan sui istifadə nəticəsində onlara qarşı qaldırılan hər hansı iddia;
5.1.9. sığortalı ilə bağlanmış xidmət kontraktı əsasında fəaliyyət göstərən və ya sığortalının himayəsi altında təlim keçən hər hansı şəxs tərəfindən vurulan zərər(lər)lə bağlı və ya sığortalının işçisi kimi üzərinə götürdüyü hər hansı vəzifələrinin icra edərkən digər işçisinə vurduğu zərər(lər)lə bağlı irəli sürülən hər hansı iddia; və ya işçilərə verilən kompensasiya proqramları üzrə və ya müvafiq qanunvericiliyə əsasən kompensasiya əldə olunması mümkün xxxx hər hansı iddia. Bu istisna işçi sığortalının müştərisi olduğu halda, sığortalının hər hansı səhlənkar hərəkəti, səhvi və ya xətaları nəticəsində həmin işçiyə vurduğu zərər(lər)dən irəli gələn hər hansı iddiaya şamil olunmur;
5.1.10. bilavasitə, yaxud dolayısı ilə aşağıdakıların təsiri nəticəsində hər hansı iddia:
a) hər hansı qanunun və ya qərarın pozulması, və yaxud ona riayət edilməməsi;
b) sığortalının hər hansı fırıldaq, ləyaqətsiz və ya cinayətkar hərəkətləri;
c) sığortalının, öz fəaliyyətini narkotik maddələrin və ya spirtli içkilərin təsiri altında yerinə yetirməsi;
5.1.11. bilavasitə və ya dolayısı ilə hər hansı nüvə yanacağının, yaxud nüvə tullantısının, digər radioaktiv, toksik, partlayış törədə bilən və ya digər təhlükəli maddələrin təsiri nəticəsində çirklənmədən yaranan hər hansı iddia;
5.1.12. hər hansı müharibə, hərbi müdaxilə, xarici düşmənlərin hərəkətləri, düşmənçilik (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan, inqilab, tətil, hərbi və ya qeyri qanuni hərəkətlər, hökümət, dövlət və ya yerli hakimiyyət orqanları tərəfindən və ya onların sərəncamı ilə icra olunan müsadirə, milliləşdirmə, hər hansı əmlakın məhv edilməsi və ya zədələnməsindən irəli gələn hər hansı iddia;
5.1.13. aşağıda qeyd olunanlarla bağlı irəli sürülən hər hansı iddia.
a) bilavasitə və ya dolayısı ilə axıb-tökülmə, çökmə, çirklənmə, korlanma nəticəsində dəymiş zərər və ya əmlakın istifadə üçün yararsız hala düşməsi;
b) çirklənmənin və ya axıb-tökülmənin qarşısının alınması, onların aradan qaldırılması və bərpa olunması ilə bağlı xərclər;
5.1.14. cərimələr, dəbbə pulları və nümunə xərcləri;
5.1.15. sığorta şəhadətnaməsində göstərilən azadolma məbləğindən xxx olmayan zərərlər ilə bağlı iddialar;
5.1.16. asbestin, asbest məhsullarının, asbest liflərinin, yaxud asbest tozunun istehsalı, çıxardılması, istifadəsi, satışı, quraşdırılması, yaxud nümayiş etdirilməsi nəticəsində ortaya çıxan zərərlər;
5.1.17. mənəvi zərərlərlə bağlı ödəniş tələbləri.
5.2. Sığorta müqaviləsi ilə ayrı-ayrı peşələrin xüsusiyyətlərini nəzərə alaraq əlavə istisnalar da nəzərdə tutula bilər.
Maddə 6. Sığortanın ərazisi
6.1. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Sığortanın ərazisi, sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı surətdə razılığının alınması şərti ilə genişləndirilə bilər.
6.2. Sığorta müqaviləsində sığortanın konkret ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
Maddə 7. Qanunvericilik
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, müqavilə üzrə verilən sığorta təminatı yalnız sığortalıya qarşı Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin çıxardığı qərarlara əsasən verilir.
BÖLMƏ IV. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI
Maddə 8. Sığorta məbləği
8.1. Sığorta məbləği sığorta müqaviləsi bağlanan zaman sığortalı ilə sığortaçı arasında razılaşma əsasında müəyyən edilir.
8.2. Bu Qaydalara əsasən sığortaçının hər hansı hadisə və ya bir sığorta hadisəsindən irəli gələn bir sıra hadisələr nəticəsində sığortalıya qarşı qaldırılan bütün iddialara görə məsuliyyəti müqavilədə göstərilən sığorta məbləğindən artıq olmamalıdır.
8.3. Sığorta məbləği sığorta müqaviləsi ilə bəndlərə (bir şəxs üçün, bir hadisə üçün, əmlaka dəyən zərərə görə və sair) bölünə bilər. Hər bir halda sığortaçının məsuliyyəti ümumi sığorta məbləğindən yüksək ola bilməz.
8.4. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, bu sığortanın qüvvədə olduğu müddət ərzində hadisələrin sayı üçün heç bir məhdudiyyət qoyulmur.
Maddə 9. Sığorta haqqı
9.1. Sığorta haqqı sığorta müqaviləsində göstərilən müddətdə və qaydada sığortalı tərəfindən sığorta üçün ödənilən haqdır.
9.2. Sığorta haqqının miqdarı sığorta məbləği, sığortalının peşə fəaliyyətində olduğu müddət (və həmin müddət ərzində baş verən zərərlər) və sığorta hadisəsinin baş vermə ehtimalına təsir edən digər amillərdən asılı olaraq 1 (bir) illik hesablanır. Xxxxxxxxxxxx təqdim etdiyi məlumatlar əsasında sığortaçı xxxxxx dərəcəsini və sığorta tarifini müəyyən edir.
9.3. Sığorta müqaviləsi bağlanan zaman sığortaçı sığorta hadisəsinin baş verməsi ehtimalını nəzərə alaraq baza sığorta tarif dərəcələrinə artırma və azaltma əmsalları tətbiq edə bilər.
9.4. Sığorta müqaviləsi ilə minimal depozit (qaytarılmayan) sığorta haqqı hesablana bilər. Bu halda sığortanın qüvvədə olduğu müddət başa çatdıqda, sığortalı sığorta haqlarının yenidən hesablanması üçün zəruri sənədləri və məlumatları sığortaçıya təqdim etməlidir. Bu zaman sığorta haqqı bir daha dəqiqləşdirilir və qalıq hissəsi sığortalı tərəfindən ödənilir. Sığorta müddəti başa çatdıqda sığorta haqqı sığortalı tərəfindən ödənilmiş minimal depozit sığorta haqqının məbləğindən az olarsa sığortaçı fərqi xxxx qaytarmır. Sığorta haqqı müəyyən edilmiş qaydada ödənilmədikdə, sığortaçı iddiaya görə sığorta təminatından imtina etmək hüququna malikdir.
9.5. Bir ildən az müddətə bağlanan sığorta müqavilələri üzrə sığorta haqları illik sığorta haqqından aşağıdakı faizlərlə hesablanır:
Sığorta müddəti 1 xxxxx xxx olmazsa Sığorta müddəti 2 xxxxx xxx olmazsa Sığorta müddəti 3 xxxxx xxx olmazsa Sığorta müddəti 4 xxxxx xxx olmazsa Sığorta müddəti 5 xxxxx xxx olmazsa Sığorta müddəti 6 xxxxx xxx olmazsa Sığorta müddəti 7 xxxxx xxx olmazsa Sığorta müddəti 8 xxxxx xxx olmazsa Sığorta müddəti 9 xxxxx xxx olmazsa Sığorta müddəti 10 xxxxx xxx olmazsa Sığorta müddəti 11 xxxxx xxx olmazsa | - - - - - - - - - - - | illik sığorta haqqının 25 % illik sığorta haqqının 35 % illik sığorta haqqının 40 % illik sığorta haqqının 50 % illik sığorta haqqının 60 % illik sığorta haqqının 70 % illik sığorta haqqının 75 % illik sığorta haqqının 80 % illik sığorta haqqının 85 % illik sığorta haqqının 90 % illik sığorta haqqının 95 % |
Maddə 10. Sığorta haqqının ödənilməsi
10.1. Sığorta müqaviləsinə əsasən sığorta haqqı sığortalı tərəfindən nağd və ya köçürmə yolu ilə birdəfəyə və ya hissə-hissə ödənilə bilər. Sığorta haqqının ödənildiyi gün onun sığortaçının bank hesabına və ya nağd ödəmə zamanı sığortaçının kassasına daxil olduğu gün hesab olunur.
10.2. Əgər sığorta haqqı (və ya onun razılaşdırılmış ilk hissəsi) müəyyən olunmuş müddət(lər)də sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi öz qüvvəsini itirir və sığortaçı həmin müqavilə üzrə heç bir məsuliyyət daşımır.
10.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə, sığortaçı onun ödənilməsi üçün, bu Qaydaların 10.4 bəndinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
10.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
BÖLMƏ V. SIĞORTA MÜQAVİLƏSİ
Maddə 11. Sığorta müqaviləsinin bağlanması
11.1. Sığorta müqaviləsi sığortalının ərizəsi (müraciəti) əsasında yazılı surətdə bağlanır. Müraciət ərizə-anket formasının doldurulması və sığortaçıya təqdim edilməsi yolu ilə həyata keçirilir. Sığortalı ərizə-anket formasında əsas fəaliyyət növünü, işçilərinin sayı (işçilər, nümayəndələr, təmsilçilər və s.), peşələrinə müvafiq olaraq tutduğu vəzifələrini son 3 ildə peşə fəaliyyəti ilə bağlı iddialar haqqında və sair zəruri məlumatı təqdim etməlidir.
11.2. Sığorta müqaviləsinin bağlanması faktı tərəflərin bu sığorta Qaydaları əsasında sığorta müqaviləsini tərtib edərək qarşılıqlı imzalaması və ya bu sığorta Qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə təsdiq edilir.
11.3. Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən və sığortaçıya bildirilən sığorta hadisələrini əhatə edir.
11.4. Tərəflər sığorta müqaviləsi bağlandıqdan sonra ikitərəfli razılığa əsasən müqaviləyə əlavə və dəyişikliklər edə bilər. Tərəflərin imzaladığı bütün dəyişikliklər, əlavələr və düzəlişlər sığorta müqaviləsinin tərkib hissəsi hesab olunur və ikitərəfli imzalandığı andan qüvvəyə minir.
Maddə 12. Sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilməli xxxx faktlar
12.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı riskinin baş vermə ehtimalının müəyyən edilməsi və mümkün itkilərin həcminin hesablanması üçün əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün faktları və halları bildirməyə borcludur.
12.2. Sığortalının məlumatının yalan, yanlış və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaqdan imtina edir və ya bunu öyrəndikdə və ya bu haqda sığortalı tərəfindən ona məlumat verildikdə:
12.2.1. sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən 1 (bir) ay ərzində müqaviləni bir tərəfli qaydada ləğv edir və bu haqda sığortalının sığorta müqaviləsində göstərilmiş sonuncu ünvanına yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat göndərir. Bu halda sığorta haqqı sığortalıya qaytarılmır. Sığortalının öz öhdəliyini bu bənddə göstərilən qaydada pozması ilə sığorta müqaviləsi ləğv edilənədək keçən müddət ərzində baş vermiş sığorta hadisəsi arasında hər hansı əlaqə olarsa, sığortaçı, sığorta ödənişini verməkdən imtina edə bilər;
12.2.2. sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində müqaviləni ləğv edə bilər və ya həmin vaxt üçün sığorta haqqının fərqini almaqla müqaviləni davam etdirə bilər. Sığortalı tələb edilən sığorta haqqının fərqini 5 (beş) gün ərzində sığortaçıya ödəməzsə və ya ödəməyi yazılı şəkildə öhdəsinə götürməzsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.
12.3. Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat verildiyi (göndərildiyi) tarixdən 5 iş günü sonra, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə bu haqda sığortaçıya yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat verildiyi (göndərildiyi) tarixdən sonrakı gün saat 2400-da hüquqi qüvvəyə minir.
12.4. Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi
12.4.1. sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
12.4.2. müqavilənin ləğv edilməsini tələb edə biləcəyi müddət ərzində, və yaxud;
12.4.3. müqavilənin ləğv edilməsi tələbinin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində baş verərsə, sığortaçı, sığorta ödənişini sığortalının məlumatına əsasən hesablanan (sığortalı tərəfindən ödənilən) sığorta haqqı ilə həqiqətdə hesablanmalı (sığortalı tərəfindən ödənilməli) xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
Maddə 13. Sığorta müddəti
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 2400-da qüvvəyə minir və qüvvədən düşür.
Maddə 14. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
14.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
14.1.1. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirdikdə;
14.1.2. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
14.1.3. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hallarda.
14.2. Yuxarıda sadalananlara əlavə olaraq, sığortaçı aşağıdakı hallarda sığorta müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və artıq ödənilmiş sığorta ödənişini xxxx tələb edə bilər:
14.2.1. eyni növdən xxxx hadisələr qanunvericiliklə nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində təkrarən baş verdikdə (ən azı 3 dəfə);
14.2.2. hadisənin baş vermə ehtimalının artması sığortalının diqqətinə onun işçisi tərəfindən çatdırılmasına baxmayaraq sığortalı tərəfindən heç bir tədbir görülmədikdə;
14.2.3. məhkəmə istehsalatda baş vermiş bədbəxt hadisənin təhlükəsizlik normalarının ciddi şəkildə pozulmasının nəticəsi olaraq baş verdiyini müəyyən etdikdə;
14.2.4. sığortalı sığortalanmaq üçün müraciət etdiyi zaman bilərəkdən yalan məlumat verdikdə.
Maddə 15. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
15.1. Bu Qaydaların 14-cü maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu haqda xəbərdar etməlidir.
15.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən artıq müddətə bağlanıldıqda 60 gün, 3 aydan az müddətə bağlanıldıqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
Maddə 16. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
16.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə ödənilmiş sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır;
16.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, о, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını sığortalıya qaytarır;
16.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya
16.3.1. ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır;
16.3.2. ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 16.1 və 16.2 bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 17. Sığorta riskindəki dəyişikliklər
Əgər sığortalı bu Qaydaların 18.2.2 bəndinin «b» yarımbəndində göstərilən müddət ərzində sığorta müqaviləsinə edilən dəyişikliklərlə razılaşdığını və yaxud əlavə sığorta haqqını ödəməyi öz öhdəsinə götürdüyünü yazılı şəkildə bildirməzsə, sığorta müqaviləsi bu cür xəbərdarlıq müddəti bitdiyi tarixdən etibarsız sayılır.
BÖLMƏ VI. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
Maddə 18. Sığortaçının hüquqları və vəzifələri
18.1. Sığortaçı aşağıdakıları öhdəsinə götürür:
18.1.1. sığortalını sığorta müqaviləsinin şərtləri və bu sığorta Qaydaları ilə xxxxx etmək;
18.1.2. sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta şəhadətnaməsini sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün sığortalıya vermək;
18.1.3. sığortalı tərəfindən sığorta hadisəsinin baş vermə ehtimalının və mümkün itkilərin azal(dıl)masına yönəldilmiş tədbirlər həyata keçirildikdə, sığortalının məlumatı əsasında sığorta müqaviləsində bu vəziyyətlə əlaqədar dəyişikliklər etmək;
18.1.4. bu Qaydaların və sığorta müqaviləsinin şərtlərinə riayət etmək;
18.1.5. sığorta hadisəsinin baş verməsi barədə məlumat aldıqda, onu dərhal qeydiyyata almaq və ən geci 3 iş günü ərzində bu hadisənin baş vеrməsi faktını təsdiq еdən sənədləri almaq üçün müvafiq səlahiyyətli orqanlara, idarə və ya təşkilatlara sorğu vеrmək;
18.1.6. sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsi ilə müəyyən edilmiş müddətdə sığorta ödənişini vermək. Sığortaçı bu öhdəliyə əməl etmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 xxxxx həcmində dəbbə pulu ödəyir;
18.1.7. peşəkar fəaliyyəti nəticəsində əldə etdiyi sığorta sirri hesab edilən məlumatları qorumaq, həmin məlumatları qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa digər şəxslərə yaymamaq;
18.1.8. sığorta qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
18.2. Sığortaçı aşağıdakı hüquqlara malikdir:
18.2.1. sığorta müqaviləsi bağlanan zaman sığorta riskinin qiymətləndirilməsi üçün zəruri xxxx müvafiq (ərizə- anket forması, səlahiyyətli orqanların göstərişləri və sərəncamları və s. bu kimi) məlumatları və sənədləri sığortalıdan tələb etmək;
18.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
a) istənilən vaxt sığortalının təqdim etdiyi məlumatların düzgünlüyünü, habelə sığorta müqaviləsinin tələblərini və şərtlərini yerinə yetirməsini yoxlamaq;
b) sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilən və xxxxxx artmasına təsir edən (sığorta hadisəsinin baş vermə ehtimalını artıran) əhəmiyyətli hallarda dəyişiklik baş verdikdə və ya bu haqda məlumat aldıqda, 1 ay ərzində sığorta müqaviləsinin şərtlərində dəyişiklik etmək və/və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək. Əgər sığortalı sığorta müqaviləsinin şərtlərində dəyişiklik edilməsinə və/və ya əlavə sığorta haqqının ödənilməsinə etiraz edərsə, sığortaçı dəyişikliyin baş verdiyi andan sığorta müqaviləsini ləğv etmək hüququna malikdir;
c) sığortalının bu Qaydaların 19.1.1 bəndində göstərilmiş hallarda sığortaçıya bilərəkdən (qəsdən) yalan məlumat verməsi faktı müəyyən edilərsə, sığorta müqaviləsinin etibarsız hesab olunmasını tələb etmək;
18.2.3. sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq və ya bu məqsədlə еkspеrtlər dəvət еtmək;
18.2.4. sığortalıdan və sorğu əsasında müvafiq səlahiyyətli orqanlardan sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verməsi səbəbini və şəraitini göstərən rəsmi sənədlərin və aktların əslinin və ya surətlərinin təqdim edilməsini tələb etmək;
18.2.5. zərərçəkən şəxsi müayinədən keçirmək üçün öz mütəxəssislərini göndərmək;
18.2.6. sığortalının razılığı ilə onun adından məhkəmədə (arbitraj) işləri aparmaq, eləcə də zərərçəkən şəxslər tərəfindən irəli sürülən pretenziyalara və iddia tələblərinə münasibətdə ərizələr, məlumatlar və bəyanatlar vermək (xxxxx sığortaçının bu hərəkətləri onun sığorta ödənişini həyata keçirmək məsuliyyətinin tanınması kimi qiymətləndirilməməlidir). Sığortaçı, hətta sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddiaların əsassız, saxta və ya yalan olması halında belə zərərin vurulması ilə əlaqədar olaraq sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddialarla bağlı sığortalını müdafiə etmək hüququna və belə tələb və iddiaların araşdırılması və həllində tam sərbəstliyə malikdir. Xxxxx, əgər sığortaçı sığorta müqaviləsində təsbit olunmuş və məsuliyyətinin son həddi xxxx məbləği ödəmişdirsə, sonradan ortaya çıxan hər hansı tələb və ya məhkəmə qərarları ilə bağlı məbləği, yaxud iddianın müdafiəsi ilə əlaqədar məhkəmə və digər xərcləri ödəməyəcəkdir;
18.2.7. sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.
Maddə 19. Sığortalının hüquqları və vəzifələri
19.1. Sığortalı aşağıdakıları öhdəsinə götürür:
19.1.1. sığorta müqaviləsi bağlanan zaman:
− özünə məlum xxxx və sığorta riskinin qiymətləndirilməsində mühüm əhəmiyyətə malik bütün hallar barədə sığortaçını məlumatlandırmaq;
− sığorta predmetinə dair qüvvədə (və ya bağlanma mərhələsində) xxxx və ya sonradan bağlanan digər sığorta müqavilələri və onların şərtləri barədə məlumatı sığortaçıya təqdim etmək;
19.1.2. sığorta müqaviləsində göstərilmiş müddətdə sığorta haqqını sığortaçıya ödəmək;
19.1.3. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
a) sığorta müqaviləsi bağlanan zaman sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə dərhal və ya ən gec 1 (bir) iş günü ərzində sığortaçıya xəbərdarlıq məktubu (bildiriş) göndərmək;
b) sığorta hadisəsinin baş vermə ehtimalının və mümkün itkilərin azal(dıl)masına yönəldilmiş ağlabatan və zəruri tədbirləri görmək;
c) fəaliyyəti ilə xxxxx olması üçün sığortaçıya müvafiq şəraiti yaratmaq;
d) müəyyən edilmiş qaydada təhlükəsizlik qaydalarına və normalarına əməl etmək;
19.1.4. sığorta hadisəsi (iddia tələbinin və ya pretenziyanın yaranmasına səbəb ola bilən hal) baş verdikdə:
a) sığorta hadisəsinin səbəb olduğu zərərin həcminin azaldılması məqsədi ilə özündən xxxxx xxxx bütün ağlabatan və zəruri tədbirləri görmək;
b) hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat vermək və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirmək;
c) bu barədə xəbər tutduqdan dərhal sonra və ya ən gec 1 (bir) iş günü ərzində sığorta hadisəsinin baş verdiyi şəraiti, hadisə nəticəsində zərərçəkən şəxs(lər) və onların irəli sürə biləcəkləri mümkün (və ya artıq irəli sürdükləri) pretenziyalar, eləcə də zərərlə bağlı digər zəruri məlumatları sığortaçıya bildirmək;
d) əgər belə göstərişlər sığortaçı tərəfindən bildiriləcəksə, sığortaçının bütün göstərişlərinə əməl etmək;
e) sığortaçının nümayəndələrinə hadisənin baş verdiyi yerə sərbəst və maneəsiz baxış keçirmək, sığorta hadisəsinin baş vermə səbəblərinin, onun səbəb olduğu zərərin həcminin və digər təfsilatların müəyyənləşdirilməsi üçün imkan vermək və müvafiq şəraiti yaratmaq;
f) əgər zərərçəkən şəxs tərəfindən iddia ərizəsi göndərilibsə və məhkəmə tərəfindən baxılmaq üçün qəbul edilibsə, iddia ərizəsinin və ona aid xxxx digər sənədlərin surətini 2 gün ərzində sığortaçıya təqdim etmək;
g) zərərçəkən şəxs tərəfindən irəli sürülən pretenziyanı və ya vurulmuş zərərin əvəzinin ödənilməsinə dair zərərçəkən şəxsin iddia tələbinin təmin edilməsi haqqında məhkəmənin qərarını aldıqda, (2 gün ərzində) yazılı surətdə sığortaçını məlumatlandırmaq və göstərilən sənədlərin surətini, habelə zərərçəkən şəxs(lər)ə vurulmuş zərərin səbəbləri, növü və miqdarı ilə əlaqədar malik olduğu bütün digər məlumatları və sənədləri ona təqdim etmək;
h) sığortaçının həm sığortalının, həm də özünün mənafelərini müdafiə etmək üçün vəkil edilmiş şəxslərin təyin edilməsini zəruri hesab etdiyi hallarda, həmin şəxslərə etibarnamə vermək;
i) iddia ərizəsinə görə məhkəmə istintaqının dayandırılmasını və ya iddia tələblərinin miqdarının azaldılmasını tələb etmək imkanına malik olduğu halda, bu barədə sığortaçını məlumatlandırmaq və iddia üzrə istintaqın dayandırılması və ya iddia tələblərinin miqdarının azaldılması üçün mümkün xxxx bütün tədbirləri görmək. Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etmək, saziş imzalamaq və ya vəd vermək hüququna malik deyildir;
j) təqsirkar şəxsə qarşı zərərin əvəzinin ödənilməsi tələbinin həyata keçirilməsi üçün mövcud qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görmək;
19.1.5. sığorta qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
19.2. Sığortalı aşağıdakı hüquqlara malikdir:
19.2.1. sığorta müqaviləsi bağlanan zaman:
− kommersiya sirri olmayan sığortaçının maliyyə sabitliyi ilə bağlı məlumatı tələb etmək;
− sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmaq;
19.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
− sığorta müqaviləsi itirildikdə, onun dublikatını almaq;
− Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qaydalar ilə nəzərdə tutulmuş qaydada sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
− sığortaçı ilə razılaşdırmaqla sığorta məbləğinin miqdarında dəyişiklik etmək;
19.2.3. sığorta müqaviləsinin şərtlərinə və bu Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsini tələb
etmək;
19.2.4. sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsini sığortaçıdan tələb etmək;
19.2.5. yenidən təşkili zamanı (və ya digər əsaslarla) sığortacını bu haqda xəbərdar etməklə sığorta müqaviləsi
üzrə hüquq və vəzifələrini hüquqi varisinə vermək;
19.2.6. sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.
BÖLMƏ VII. ÖDƏNİLƏN ZƏRƏRLƏR
Maddə 20. Ödənilən zərərlər
20.1. Sığortaçı sığorta hadisəsi nəticəsində sığortalının aşağıdakı xərclərinin əvəzini sığorta məbləği həddində ödəyir:
20.1.1. sığortaçının ilkin razılığı ilə sığortalı və zərərçəkən şəxs(lər) arasında məhkəmədən kənar razılaşma əsasında müəyyən edilmiş məbləği;
20.1.2. zərərçəkən şəxs(lər)ə zərərin vurulması ilə əlaqədar olaraq, məhkəmənin qüvvəyə minmiş qərarı ilə sığortalının üzərinə qoyulan məbləği;
20.1.3. sığortaçının ilkin razılığı əsasında zərərçəkən şəxs(lər)in irəli sürdüyü tələblərdən müdafiə olunmaq və bu tələblərin tənzimlənməsi məqsədi ilə sığortalının çəkdiyi bütün xərcləri;
20.1.4. sığortalı tərəfindən çəkilən aşağıdakı xərclər:
− sığortaçının məsuliyyət daşıdığı zərərlərin qarşısının alınması və həcminin azaldılması məqsədilə çəkilən xərclər;
− sığortaçının göstərişlərini yerinə yetirməsi (əgər belə göstərişlər sığortaçı tərəfindən verilərsə) ilə əlaqədar çəkilən xərclər;
− sığorta hadisəsinin səbəbini və şəraitini araşdırmaq, həmçinin sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərər(lər)in miqdarının aydınlaşdırılması və müəyyənləşdirilməsi məqsədilə çəkilən zəruri xərclər.
20.2. Sığorta ödənişi qarşılıqlı razılaşmaya əsasən həyata keçirilə bilər.
Maddə 21. Zərərçəkən şəxs(lər)ə vurulmuş zərər
21.1. Bu Qaydalar və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, sığorta ödənişi, sığortalıya qarşı irəli sürülmüş və əsaslandırılmış hesab edilən pretenziya və ya məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulmuş zərərçəkən şəxs(lər)ə vurulmuş zərər miqdarında sığorta müqaviləsində təsbit edilən sığorta məbləği (sığortaçının məsuliyyət həddi) dairəsində müəyyən edilir.
21.2. Üçüncü şəxslərin sağlamlığına zərər vurulduqda, sığorta ödənişinin miqdarı məhkəmənin qərarına və ya sığortaçının zərərçəkən şəxslə (vəfat etdikdə onun varisi ilə) razılaşmaya əsasən müəyyən edilir.
21.3. Üçüncü şəxslərin əmlak mənafelərinə zərər vurulduqda, sığorta ödənişinin miqdarı sığortaçının zərərçəkən şəxslə, müvafiq sənədlərə (ekspertlərin rəyi, səlahiyyətli orqanların arayışları, mühasibat sənədləri və sair) əsasən razılaşma yolu ilə, belə razılıq əldə edilmədiyi halda məhkəmənin qərarı ilə müəyyən edilir.
Maddə 22. Məhkəmə xərcləri
22.1. Sığortaçı öz yazılı razılığı ilə sığortalının Azərbaycan Respublikası məhkəmələrində aşağıdakı hallarla bağlı ortaya çıxan məhkəmə xərclərini də ödəyəcək:
22.1.1. məhkəmə istintaqı və ya ölümlə nəticələnən bədbəxt hadisəyə görə sorğunun aparılması;
22.1.2. müqavilə ilə təminata daxil edilə bilən hər hansı hərəkət və ya səhvlə əlaqədar işlərin məhkəmələrdə müdafiə olunması.
22.2. Sığortaçı hər hansı sanksiya və ya cərimələrə görə məsuliyyət daşımır.
22.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığortaçı, sığorta məbləğinin 3 % həddində üçüncü şəxslərin irəli sürdükləri iddia tələbləri ilə əlaqədar vəkil haqları istisna olmaqla, məhkəmə işinin gedişində sığortalının çəkdiyi xərclərin əvəzini ödəyir.
Maddə 23. Zərərlərin azaldılması məqsədilə çəkilən xərclər
23.1. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərərləri və yaranmış məsuliyyəti azaltmaq məqsədilə sığortalının çəkdiyi ağlabatan və zəruri xərclər sığortalı tərəfindən təqdim olunmuş çəkilmiş xərcləri təsdiq edən müvafiq sənədlər (hesablar, qəbzlər, fakturalar, qaimələr, ödəniş sənədləri və sair) əsasında digər zərərlərlə birlikdə sığorta məbləğindən (sığorta məbləğinin bir hissəsindən) xxx olmayaraq (hər bir halda 5 %-dən yuxarı olmamaqla) bu xərclərin həcmi həddində müəyyənləşir.
23.2. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə bilərəkdən sığortalının mümkün (səmərəli) və ağlabatan tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərərlərin əvəzini ödəmək öhdəliyi daşımır.
Maddə 24. Sığorta hadisəsinin araşdırılması məqsədilə çəkilən xərclər
Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərlərin həcminin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşmaması şərti ilə sığortaçı tərəfindən ödənilir.
BÖLMƏ VIII. SIĞORTA ÖDƏNİŞİ
Maddə 25. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər
25.1. Sığorta müqaviləsi ilə sığorta təminatı verildiyi hallarda, üçüncü şəxslərin sağlamlığına və/və ya əmlakına vurulan zərər ilə əlaqədar sığortalıya qarşı pretenziyalar və ya məhkəmənin qüvvəyə minmiş qərarına əsaslanmış tələblər (bu halda aşağıda göstərilən sənədlərdən başqa məhkəmənin qüvvəyə minmiş qərarının surəti də sığortalının ərizəsinə əlavə edilməlidir) irəli sürüldükdə:
25.1.1. hər bir zərərçəkən şəxs barədə hesabatı daxil edən, baş vermiş hadisəni araşdırmaq məqsədilə yaradılmış xüsusi təhqiqat komissiyasının rəyi;
25.1.2. hadisənin səbəbləri barədə mütəxəssis rəyi;
25.1.3. zərərçəkən şəxsin əmək qabiliyyətini itirmə müddəti və aldığı şikəstliyin, diaqnozun mahiyyəti göstərilmiş müvafiq müəssisənin tibbi rəyi;
25.1.4. zərərçəkən şəxslərin əmək qabiliyyətini itirmə dərəcəsini, o cümlədən əlillik qrupunu göstərən tibbi-sosial və ya məhkəmə-tibbi ekspert komissiyasının rəyi;
25.1.5. ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsi tələbi irəli sürüldükdə:
− ölüm haqqında şəhadətnamə;
− həlak olmuş şəxsin öhdəsində xxxx və onun vəsaiti hesabına yaşamaq hüququ xxxx şəxslər və ailə üzvləri tərəfindən ərizə;
− ailə başçısının ölümü ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə zərərin əvəzinin hesablanması üçün həlak olmuş şəxsin (aldığı pensiya, ömürlük təqaüd, rentalar və s. bu kimi) gəlirlərini təsdiq edən arayış;
− həlak olmuş şəxsin sığorta hadisəsinin baş verdiyi tarixdə öhdəsində həddi-buluğa çatmamış uşaqları olmuşdursa, doğum haqqında şəhadətnamə(lər);
− həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə əlil şəxslər olmuşdursa, zərər çəkmiş şəxslərin əlillik dərəcəsini göstərən tibbi-sosial və ya məhkəmə-tibbi ekspert komissiyasının arayışı;
− həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə təhsil müəssisəsində təhsil xxxx şəxslər olmuşdursa, zərərin əvəzini almaq hüququ xxxx ailə üzvünün həmin təhsil müəssisəsində təhsil xxxxxx barədə arayış;
− həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə kənar şəxslərin qulluğuna ehtiyacı xxxx şəxslər olmuşdursa, bunu təsdiq edən sosial təminat orqanının (tibb müəssisəsinin, yerli özünüidarə orqanının, məşğulluq xidmətinin arayışı) rəyi;
− həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə onun xəstə qohumlarına baxmaqla məşğul xxxx, işləməyən ailə üzvləri olmuşdursa, bunu təsdiq edən sosial təminat orqanının (tibb müəssisəsi, yerli özünüidarə orqanı, məşğulluq xidməti) arayışı.
− həlak olmuş şəxsin dəfn xərclərinin əvəzinin ödənilməsi tələbi irəli sürüldükdə, ölüm haqqında şəhadətnamə, dini mərasimlə əlaqədar xxxx xidmətləri və dəfn üçün çəkilən xərcləri təsdiq edən sənədlər.
25.1.6. üçüncü şəxsin əmlakına zərər vurulduqda:
− vurulan zərərin miqdarını təsdiq edən sənədlər;
− zərərə məruz qalan əmlakın foto şəkilləri;
− aidiyyatı xxxx səlahiyyətli orqanların (FHN-nin, ekspertlərin, DİN-nin və sair) arayışları və rəyləri.
25.2. Sığorta müqaviləsi ilə peşə fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq 25.1 bəndində qeyd olunan zərər və itkilərdən fərqli zərər və itkilərlə bağlı əlavə zəruri sənəd və məlumatların təqdim edilməsi razılaşdırıla bilər.
Maddə 26. Sığorta ödənişinin hesablanması və verilməsi qaydası
26.1. Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini məhkəmənin qərarına və ya sığortalının ərizəsinə (sığorta tələbinə), hadisə ilə əlaqədar və bu Qaydaların 25-ci maddəsinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
26.2. Sığorta ödənişinin miqdarı sığortalının məsuliyyətinə uyğun olaraq fərdi qaydada hər bir zərərçəkən şəxsə vurulmuş zərərə görə azadolma məbləği və sosial müdafiə orqanlarına ödənilməli xxxx məbləğ çıxılmaqla hesablanır.
26.3. Sığorta ödənişi verildiyi anda sığorta xxxxx xxx ödənilməmişdirsə, sığortaçı sığorta haqqının ödənilməyən hissəsini hesablanmış sığorta ödənişi məbləğindən tutmaq hüququna malikdir.
26.4. Ailə başçısının ölümü ilə əlaqədar işçilərə və onların ailələrinə dəyən zərərin əvəzi həmin şəxslərlə razılaşma əsasında, onların qarşısında məsuliyyət daşıdığı müddət ərzində sığortaçı tərəfindən müntəzəm və ya birdəfəlik ödənişlə ödənilə bilər.
26.5. Tələb olunan bütün sənədlər təqdim olunduqdan 15 gün ərzində sığortaçı sığorta ödənişini həyata keçirir və ya sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə sığortalıya səbəbini yazılı surətdə göstərməklə məlumat verir.
26.6. Sığorta hadisəsinin baş verdiyi tarixdə sığorta predmetinə münasibətdə eyni risklərdən digər sığortaçılarla bağlanmış sığorta müqavilələri qüvvədə olmuşdursa, sığortaçı, sığorta ödənişini sığortaçı ilə bağlanmış sığorta müqaviləsi üzrə sığorta məbləğinin sığortalının qüvvədə xxxx bütün sığorta müqavilələrinin sığorta məbləğlərinin (məsuliyyət həddlərinin) cəminə xxxx nisbətində həyata keçirir.
26.7. Sığorta hadisəsi (zərərin meydana gəlməsi) faktı üzrə cinayət işi açılıbsa və yaxud məhkəmə prosesi başlayıbsa, sığorta ödənişinin verilməsi barədə qərar açılmış cinayət işi üzrə ibtidai (ilkin) istintaq orqanlarının və yaxud məhkəmənin qüvvəyə minmiş qəti qərarının qəbul edilməsinə, istintaqın və ya məhkəmədə işin baxılmasının sonunadək, yaxud zərərçəkən şəxsin həmin hadisənin baş verməsində günahsız (təqsirsiz) olduğu faktı müəyyən edilənədək təxirə salına bilər.
Maddə 27. Sığorta ödənişinin verilməsindən imtina
27.1. Aşağıdakı hallarda sığortaçı sığortalıya sığorta ödənişini verməkdən imtina etmək hüququna malikdir:
27.1.1. sığortalının risklə əlaqədar ona məlum xxxx məlumatları vermədikdə və ya xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar barədə qəsdən yanlış məlumatlar verdikdə;
27.1.2. bu Qaydaların 19.1.4-cü maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
27.1.3. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərlərin həcminin artmasına gətirib çıxarmış, yaxud da sığorta hadisəsinin şəraitinin düzgün aydınlaşdırılması imkanlarını pozmuşdursa, sığortalı tərəfindən sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərə əməl etmədikdə;
27.1.4. sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
BÖLMƏ IX. DİGƏR MÜDDƏALAR
Maddə 28. Subroqasiya hüququ
28.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
28.2. Zərərçəkən şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
28.3. Zərərçəkən şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
Maddə 29. Azadolma məbləği
29.1. Sığorta müqaviləsi ilə şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.
29.2. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
29.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
29.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Maddə 30. Xxxxxxx haqqında qeyd-şərt
30.1. Sığorta məbləğlərinin, azadolmaların və tələblərin xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödənişin həyata keçirildiyi tarixə və ya ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə xxxx rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə, ya da Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.
30.2. Əgər sığorta ödənişinin verilməsi üçün əsas xxxx sənədlər Azərbaycan manatı və ya müqavilənin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.
Maddə 31. İş sirlərinin gizli saxlanılması
Sığortaçı, sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda dəyən zərərə görə məsuliyyət daşıyır.
Maddə 32. Mübahisələrin həlli qaydası
Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
Maddə 33. İddia müddəti
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
Maddə 34. Digər şərtlər
Peşə fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq sığorta müqaviləsi imzalanarkən sığortalı və sığortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.