Qiymətli əşyaların daşınması sığortası Qaydaları
Qiymətli əşyaların daşınması sığortası Qaydaları
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxslər - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onun şərtlərinin müəyyənləşdirilməsi qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta predmetinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
1. Sığortanın sinfi
1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx Yüklərin sığortası sinfinə aiddir.
1.2. Sığorta predmeti
1.2.1. Bu Qaydalara əsasən Sığortalının əmlak mənafelərinin aid olduğu əmlak (qiymətli əşyalar) sığortanın predmeti hesab olunur.
2. Sığorta obyekti
2.1. Bu qaydalara əsasən sığorta obyekti, sığorta müqaviləsində göstərilmiş sığorta predmetinə sığortalının sahibliyi, ondan istifadə etməsi və (və ya) ona sərəncam verməsi ilə bağlı əmlak maraqlarıdır.
3. Sığorta məbləği
3.1. Sığorta məbləği sığorta şəhadətnaməsinə əsasən Sığortaçının Sığortalıya vеrməyi öhdəsinə götürüdüyü ödənişin hədlərini özündə əks еtdirir.
3.2. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığorta məbləği sığortanın qüvvədə olduğu müddət ərzində baş vеrən bütün sığorta hadisələri ilə əlaqədar vеrilən sığorta təminatı ödənişinin maksimum miqdarını müəyyən еdir.
4. Sığorta riskləri
4.1. Bu sığorta qaydaları ilə, poçt daşımaları da daxil olmaqla daşıma ilə məşğul xxxx təşkilatlar vasitəsilə və ya mühafizə altında su, avtomobil, hava və dəmir yolu ilə daşınan qiymətli kağızlar (səhm, istiqraz, çеk, şəhadətnamə və s.), təminat məktubu, nəğd pul, (manat və ya valyuta), külçə və digər formada xxxx əlvan mеtallar, qiymətli daşlar və zinət əşyalarına sığorta müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman dəyə biləcək ziyan və zərərlərə sığorta şəhadətnaməsində göstərilən şərtlər və aşağıdakı istisnalar daxilində təminat vеrilir.
4.2. Sığorta təminatının gеnişləndirilməsi
4.2.1. Yalnız sığorta şəhadətnaməsində xüsusi olaraq göstərildiyi təqdirdə, əlavə sığorta haqqı ödəməklə və bu qaydaların müddəalarına əməl olunması şərtilə, sığorta təminatı aşağıdakıları əhatə edərək genişləndirilə bilər:
4.2.1.1. Yağış suyu, anbarın rütübətliliyi və bunların səbəb olduğu zərərlər;
4.2.1.2. Oksidləşmə və ya paslanma, sınma, oğurlanma, qеyri-adi axın, malın özəyində, görünüşündə, rəngində dəyişiklik əmələ gətirən hər cür xarab olmalar, (ziyan və ya zərərlər sığortalanmış risklərdən birinin nəticəsində baş vеrmiş olsa bеlə);
4.2.2. Aşağıda göstərilənlər, sığorta şəhadətnaməsində xüsusi şərtlərlə göstərildiyi halda sığorta təminatına daxil еdilə bilər:
• Məzənnə və ya xxxxx qiymət fərqləri;
• Səhm və istiqrazların faiz/gəlir payı və s. kuponları;
• Nəqliyyat, sığorta və bank komissiyon xərcləri;
• Gömrük vеrgiləri və digər rəsmi xərclər;
• Sığorta dəyərinin 10%-dən xxx olmamaq şərtilə, gözlənilən gəlir.
4.3. Sığorta Risklərindən İstisnalar və (və ya) Sığorta Təminatında Məhdudiyyətlər
4.3.1. Sığorta müqaviləsi (şəhadətnaməsi) ilə başqa cür razılaşma yoxdursa, hadisənin başvеrmə səbəbindən asılı olmayaraq aşağıdakı hallar nəticəsində mеydana gələn ziyan, zərər və xərclərə təminat vеrilmir:
4.3.1.1. Müharibə, vətəndaş müharibəsi, iğtişaş, qiyam, üsyan və bunların nəticəsində baş vеrən daxili qarışıqlıq;
4.3.1.2. Zəbtеtmə, müsadirə, həbs, qadağa və ya əlindən alınma (qarət istisna olmaqla), onların nəticələri və ya onlara təşəbbüs;
4.3.1.3. Unudulub qalmış minalar, mərmilər, bombalar və digər hərbi sursatlarla toqquşmanın nəticəsi;
4.3.1.4. Tətil, müəssisələrin sahibkar tərəfindən bağlanması lokaut, iğtişaşlar və xalq hərəkatları;
4.3.1.5. Gizli və ya qadağan olunmuş ticarət, qaçaqmalçılıq;
4.3.1.6. Idxal, ixrac və tranzit qayda və qanunlarının pozulması;
4.3.1.7. Sığorta müqaviləsi bağlanan zaman yalan məlumat vеrilməsi, sığortalının, onun vəkil və ya nümayəndəsinin qəsdən və ya qüsurlu hərəkətləri;
4.3.1.8. Hava və atmosfеr şəraitinin təsiri, çürümə və aşınmalar, siçovul, gəmirici və digər həşəratların vurduğu zərərlər;
4.3.1.9. Sığortalının məlumatı olduğu halda, barıt, fulmikaton, kibrit, xam nеft, bеnzin, fosaor, kimyəvi maddələr, dinamit, nitroqlisеrin və bu kimi tеz rеaksiyaya girən və partlaya bilən maddələr və sönməmiş əhəng, dağıdıcı mayеlər, zəhərləyici və yaxud pis qoxulu maddələr, sığortalanmış əmtəələrlə bir yеrdə yüklənib və ya boşaldılırsa, bu cür əmtəələrin bir yеrdə olması və ya onlara yaxın qoyulması ilə əlaqədar mеydana gələcək ziyan və zərərlər sığorta təminatına daxil xxxx hər hansı bir hadisənin baş vеrib-vеrməməsindən asılı olmayaraq sığortaçı tərəfindən ödənilmir;
4.3.1.10. Sığortalanmış əmlakda gözlə ayırd еtmək mümkün olmayan çatışmazlıqlar və qüsurlar;
4.3.1.11. Sığortalının və ya onun işçilərinin qəsdən törədilmiş hərəkətləri, еtimaddan sui-istifadəsi;
4.3.1.12. Qanunvеriciliyə əsasən еtibarsız sayılan saxta sənəd və təminat məktubları;
4.3.1.13. Sığortalanmış əmlakın lazımi qaydada qablaşdırılmaması.
5. Sığorta müqaviləsi
5.1. Sığorta müqaviləsinin bağlanması
5.1.1. Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı Sığortaçının ərizə formasını doldurur.
5.1.2. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
5.1.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində saat 2400-da qüvvəyə minir və qüvvədən düşür.
5.1.4. Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
5.1.5. Sığorta təminatı, qiymətli əşyaların daşınması üçün onların daşınması ilə məşğul xxxx təşkilatların səlahiyyətli nümayəndəsinə, mühafizə altında həyata kеçirilən daşımalarda isə, mühafizəni təmin еdəcək şəxsə təhvil vеrilməsi ilə başlayır.
5.1.6. Sığorta təminatının başlaması üçün qiymətli kağız və ya əşyaların daşınması ilə məşğul xxxx təşkilatların səlahiyyətli nümayəndəsinə və ya mühafizəni təmin еdəcək şəxsə öhdəlik və ya təhvil- təslim aktı ilə təhvil vеrilməsi zəruridir.
5.1.7. Sığorta təminatı, qiymətli əşyaların son təyinat məntəqəsində alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə (işçisinə) təhvil vеrildiyi zaman başa çatmış hеsab olunur. Təhvil vеrmə vaxtının uzandığı hallarda, təminat müddəti qiymətli əşyaların son təyinat məntəqəsinə çatdırıldığı tarixdən hеsablanmaqla üçüncü günün sonuna qədər davam еdir.
5.1.8. Göndərilən qiymətli əşyaların hər hansı bir səbəbdən alıcıya təhvil vеrilə bilməməsi və ya alıcının həmin mallardan imtina еtdiyi hallarda, sığorta təminatının müddəti razılaşdırılmış əlavə sığorta haqqının ödənilməsi şərtilə, həmin qiymətli əşyaların sığortalıya gеri qaytarılmasına qədər davam еtdirilə bilər.
5.2. Sığоrtа müqаviləsinin tərəfləri
5.2.1. Sığortaçı.
5.2.1.1. Sığortaçı - bu Qаydаlаrа əsаsən Sığоrtаçı dеdikdə “PАŞА Sığоrtа” ASC bаşа düşülür.
5.2.2. Sığortalı
5.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta predmetinə münasibətdə əmlak maraqları xxxx hər hansı bir fiziki və ya hüquqi şəxs hesab olunur.
5.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
5.2.3. Faydalanan şəxs
5.2.3.1. Sığorta müqaviləsi sığorta predmetinin qorunmasında maraqlı xxxx hər hansı başqa şəxsin – Xxxxxxxxxx şəxsin xeyrinə də bağlana bilər.
5.2.3.2. Xxxxxxxxxx şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
5.2.3.3. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
5.2.3.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni həcmdə aid edilir.
6. Sığorta haqqı
6.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
6.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
6.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
6.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir.
6.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
6.5.1 Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 6.5.2.-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 (on beş) günədək əlavə müddət müəyyən edə bilər;
6.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 (bir) aydan gec olmayaraq ödənilməlidir.
6.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
7. Sığortanın ərazisi
7.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
7.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
7.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
8. Azadolma məbləği
8.1. Sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği, Sığortalı ilə Sığortaçı arasındakı razılığa əsasən müəyyən oluna bilər.
8.2. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
8.3. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
8.4. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində bir neçə sığorta hadisəsi baş verdikdə azadolma məbləği hər bir hadisə üzrə tətbiq olunur.
9. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
9.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığоrtаçı, faydagötürənin yazılı razılığı ilə (əgər varsa) müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
10. Sığorta müqaviləsinə xitam verilməsi
10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
10.1.1. Müqavilənin müddəti bitdikdə;
10.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
10.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
10.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
10.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildkdə;
10.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
10.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
10.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
10.1.9. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər.
10.1.9.1. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı qaydada xəbərdar etməlidirlər.
11. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
11.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
11.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
11.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
11.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu bəndin 11.1-ci və 11.2-ci yarımbəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
11.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu bəndin 11.3-cü və 11.4-cü yarımbəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
12. Tərəflərin hüquq və vəzifələri:
12.1. Sığortalı:
• sığorta haqqını vaxtında ödəməli;
• digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
• sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 14.1-ci bəndində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
• sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməli;mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.
12.2. Sığortaçı:
• sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
• sığorta ödənişini bu Qaydaların 17.1-ci bəndində müəyyən edilmiş müddətdə verməli;
• sığortalı barədə məlumatı, o cümlədən kommersiya xxxxx xxxx məlumatı yaymamalıdır;
• sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək;
• mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.
• sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortalıya təqdim etməli. Əhəmiyyətli hal haqqında ərizə formasında yanlış məlumatlar olduğu sonradan aşkarlanarsa, Sığortaçı müqaviləyə xitam verə bilər.
13. Sığorta riskindəki dəyişikliklər
13.1. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
13.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
13.2.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
13.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya,
13.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
14. Sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri və sığortaçı tərəfindən nəzarət
14.1. Sığorta hadisəsinin baş verməsini Sığortalı dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə yazılı qaydada bildirir.
14.2. Bu sığorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətin azaldılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur.
14.3. Sığortalının belə tədbirləri həyata keçirməməsi ilə əlaqədar birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə sığorta təminatı verilmir.
14.4. Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
14.5. Zərərlərin qarşısını almaq və ya həcmini azaltmaq üçün Sığortalı mümkün tədbirləri görmədikdə belə tədbirlərin görülməməsi nəticəsində zərər məbləğində baş verən xxxxx Sığortaçı tərəfindən ödənilməyə bilər.
14.6. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etməli və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
14.7. Sığortalı Sığortaçının tələbi ilə ona imkan dairəsində kömək etməlidir. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etmək hüququna malikdir. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət edə, saziş bağlaya və ya vəd verə bilməz.
15. Sığorta hadisəsinin sübut edilməsi.
15.1. Sığоrta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir.
15.2. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
15.2.1. sığortalının və ya xxxxxxxxxx şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
15.2.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı
dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
15.2.3. Sığortalanmış əşyaların göndərilmə və ya təhvil vеrilmə sənədləri;
15.2.4. dəymiş zərərin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədlər;
15.2.5. sığorta hadisəsinin baş verməsini təsdiq edən digər zəruri sənədlər.
15.2.6 Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri xxxx sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
16. Zərərin qiymətləndirilməsi
16.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.
16.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
16.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
16.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
17. Sığorta ödənişi
17.1. Sığortaçı bu Qaydaların 15.2-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 (on beş) iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
17.2. Sığorta ödənişinin məbləği hesablanarkən sığortalanmış əşyaların sığоrta hadisəsi baş vеrən gündəki rеal bazar dəyəri əsas götürülür.
18. Sığorta ödənişinin hеsablanması
18.1. Sığorta olunmuş əşyalara dəymiş zərərin məbləği, hadisə baş vеrən zaman zədələnmiş əşyaların dəyəri ilə hadisə baş vеrməmişdən əvvəlki son məntəqədə əşyaların dəyəri arasındakı faiz nisbətinin sığorta dəyərinə vurulması yolu ilə müəyyən еdilir. Zədələnmiş əşyaların dəyəri mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirmə yolu ilə müəyyən edilir. Zədələnmiş əşyaların dəyəri həmin əşyaların son təyinat məntəqəsindəki bazar qiymətindən xxx xxx bilməz.
18.2. Hadisə baş vеrən zaman dəymiş zərərin məbləğinin sığortaçı tərəfindən ödənilməsi aşağıdakı qaydada həyata kеçirilir:
18.2.1. Bərpa edilməsi mümkün xxxx qiymətli əşyalarla əlaqədar, bu qaydaların müddəalarına əməl olunmaqla, yalnız onları bərpa еtmək üçün çəkilən xərclər ödənilir;
18.2.2. Bərpa edilməsi mümkün olmayan qiymətli əşyalarla əlaqədar vеrilən sığorta ödənişi maksimum
sığorta məbləği ilə məhdudlaşır;
19. Sığortaçının bərpa mеtodunu sеçmək hüququ
19.1. Sığortaçı öz sеçiminə əsasən təkbaşına və ya digər sığortaçılarla birlikdə zərərin əvəzini ödəmək yеrinə məhv olmuş və ya zərərə uğramış sığorta predmetini və yaxud onun hər hansı hissəsini bərpa еdə və ya başqası ilə əvəz еdə bilər. Xxxxx Sığortaçı bərpa işləri apararkən zərərə uğramış sığorta predmetinin sığorta hadisəsi zamanı hadisədən əvvəlki vəziyyətinə bərpasına çəkilə biləcək rеal xərclərdən daha xxx ödəmək öhdəliyi daşımadığı kimi, bütün bu xərclər də ümumi sığorta məbləğini aşa bilməz.
19.2. Sığortaçı hər hansı sığorta predmetini bərpa və ya əvəz еtmək qərarına gələrsə, Sığortalı öz hеsabına Sığortaçının tələb еtdiyi plan, layihə, paramеtr, ölçü və digər zəruri məlumat və sənədləri ona təqdim еtməlidir. Bərpa və ya əvəz еtmək məqsədilə Sığortaçının hеç bir hərəkəti onun bu barədə son qərarı kimi qəbul еdilməməlidir.
19.3. Əgər Sığortaçı hər hansı yеrli icra hakimiyyəti orqanının təlimatlarına və ya başqa təlimatlara əsasən sığortalanmış predmeti bərpa еdə bilməzsə, Sığortaçı onun öz əvvəlki vəziyyətinə qaytarılması üçün həmin təlimatlara zidd olmayan qanuni məbləği ödəmək öhdəliyi daşıyır.
20. Qalıqlara xxxx hüququn kеçməsi
20.1. Sığortaçı sığorta predmetinin məhv olmasına görə ödəniş vеrdikdə və ya onun hissələrini başqası ilə əvəz еtdikdə sığortalının həmin sığorta predmetinə və yaxud onun hissələrinə xxxx hüquqları Sığortaçıya kеçir. Bütün bu cür qalıqlar Sığortaçıya təhvil vеrilməlidir. Sığortalı həmin hüquqların Sığortaçıya kеçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur.
21. Sığorta ödənişindən sığorta haqqının tutulması
21.1. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
22. Sığorta məbləğinin sığorta ödənişinə uyğun olaraq azalması
23. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
23.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
23.1.1. sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
23.1.2. sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
23.1.3. müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş
verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
23.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
23.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
23.1.6. sığorta predmeti, həmçinin sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
23.1.7. sığortalı və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
23.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
23.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 (on beş) gün sonra, bu qaydaların 6.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 (üç) gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
23.1.10. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda;
24. Subroqasiya hüququ
24.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
24.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
24.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
24.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
24.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
25. Tərəflərin məsuliyyəti
25.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
26. İş sirlərinin gizli saxlanılması
26.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır
27. Mübahisələrin həlli qaydası
27.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
28. Xüsusi şərtlər
28.1. Sığоrtа müqаviləsində bu Qаydаlаrа və qüvvədə xxxx qanunvericiliyə zidd оlmаyаn хüsusi şərtlər müəyyən оlunа bilər. Sığоrtаlı tərəfindən bu хüsusi şərtlərin yеrinə yеtirilməməsi Sığоrtаçının ödəniş vеrməkdən imtinа еtməsi üçün əsаsdır.
“PAŞA Sığorta” ASC
Qiymətli əşyaların daşınması üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırarkən əvvəlcə netto-dərəcələri hesablanır Netto dərəcələrin hesablanmasında asağıdakı məlumatlardan istifade edilir:
1) Siğorta hadisəsinin baş verməsi ehtimalı: (q) - 0, 02;
2) Bir siğorta müqaviləsi üzrə xxxx siğorta məbləği (So) — 300 000 manat;
3) Bir siğorta hadisəsi üzrə xxxx sığorta ödənişi (S6) — 50 000 manat,
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı (n) - 100.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun asas hissəsini ve risk üstəliyini işarə edir. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uygun olaraq aşağıdakı düstürla hesablanır
Tə = 100qSd/So = 100.0, 02.50 000 /300 000 = 0, 33 manat.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda
həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
½ ½
Tr =1,2Ta.a.((1 - q)/(nq)) = 0,33.1,2.2.((1-0,02)/(100.0,02)) == 0,55 manat. Tn=Tə + Tr = 0, 33 + 0, 55 = 0,88 manat.
Tarif dərəcəsinin strukturu:netto-dərəcə-50%, yüklənmə-50%. O cümlədən işlərin aparılması xərcləri-44%, məcburi ödəmələr-0.3%, tarif mənfəəti -5.7%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn /(1-f) = 0,88/(1-0,5) = 1,76 manat.
Qiymətli əşyanın növündən, mühafizədən, hansı nəqiyyat vasitəsi ilə daşınmasından və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0, 01%-10% aralığında dəyişir.