«Təsdiq edilmişdir»
«Təsdiq edilmişdir»
“Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti
Protokol № 08
“30” dekabr 2015-ci il
Xxxx X.Xxxxxx
“Bakı Fond Birjası” QSC-nin üzvlük Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 46.1.8-ci və 46.1.14-cü maddələrinə (bundan sonra – Qanun) və Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra
– Komitə) tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlara, “Bakı Fond Birjası” QSC-nin (bundan sonra - Xxxxx) nizamnaməsinə uyğun hazırlanmışdır.
1.2. Bu Qaydalar Birjanın üzvlüyünə daxil olma və üzvlükdən çıxarma prosedurlarını, Birjanın, Xxxxx üzvlərinin hüquq və öhdəliklərini müəyyən edir.
1.3. Birjada üzvlük aşağıdakı bazarlar üzrə verilir:
1.3.1. Dövlət qiymətli kağızların ticarəti;
1.3.2. Korporativ qiymətli kağızların ticarəti;
1.3.3. Törəmə maliyyə alətlərinin ticarəti.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda isitfadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.1.1. Xxxxx üzvü - Birjanın daxili qaydalarına uyğun olaraq Xxxxx ticarətində bilavasitə iştirak etmək hüququna xxxxx xxxx, ən azı qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi, qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması üzrə investisiya xidmətlərini özündə əks etdirən investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya sahib xxxx səhmdar cəmiyyəti formasında yaradılan investisiya şirkətidir.
2.1.2. Səlahiyyətli treyder – Xxxxx üzvünün işçisi olub, Xxxxxx tərəfindən verilmiş ixtisas şəhadətnaməsinə xxxxx xxxx, ticarət iştirakçısının adından Birjada sifarişlərin elan edilməsi və əqdlərin həyata keçirilməsi üçün səlahiyyət verilmiş Akkreditə şəhadətnaməsinə malik şəxsdir;
2.1.3. Ticarət sistemi - Bakı Fond Birjasının proqram təminatı, verilənlər bazası, telekommunikasiya sistemləri və digər avadanlıqlarından ibarət olmaqla, həm bilavasitə birjanın ticarət zalında, həm də ondan kənarda (terminal vasitəsi ilə daxil olmaqla) xxxxx əməliyyatları və əqdlərinin həyata keçirilməsi üçün zəruri xxxx məlumatları təmin etmək, saxlamaq, işləmək və açıqlamaq imkanı verən proqram təminatı və kompüter şəbəkə sistemidir;
2.1.4. Akkreditə şəhadətnaməsi – Xxxxx üzvünün və ya üzvlük üçün müracət etmiş hüquqi şəxsin işçisinin Xxxxx tərəfindən təşkil edilmiş attestasiya imtahanından minimum keçid balı və ya daha yüksək bal toplamasını təsdiqləyən sənəddir.
3. Xxxxx üzvlüyünə qəbul edilmə qaydaları
3.1. Birjaya üzvü olmaq üçün müraciət etmiş şəxs aşağıdakı tələblərə cavab verməlidir:
3.1.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxs olmalıdır. Üzvlük üçün müraciət etmiş şəxs xarici hüquqi şəxs olduqda Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş nümayəndəliyi olmalıdır;
3.1.2. ən azı qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi, qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması üzrə investisiya xidmətlərini özündə əks etdirən investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya sahib olmalıdır. Xxxxx üzvü marja ilə ticarət apardıqda, investisiya şirkəti fəaliyyəti üçün verilmiş lisenziyada marja ticarəti üzrə investisiya xidmətlərin göstərilməsi qeyd olunmalıdır;
3.1.3. üzvlük üçün müraciət etmiş şəxs qanunvericilikdə nəzərdə tutulan təşkilati, kadr təminatı və davamlı kapital ilə bağlı bütün tələblərə riayət etməlidir;
3.1.4. Üzvlük üçün müraciət etmiş şəxsin rəhbəri, habelə idarəetmə strukturunun üzvləri qanunvericiliklə müəyyən olunmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidirlər. Üzvlük üçün müraciət etmiş şəxsin rəhbəri, habelə idarəetmə strukturunun üzvləri müraciət tarixindən 5 (beş) il əvvəlki müddət ərzində əvvəlki işlərində müflisləşən, habelə ödəmə qabiliyyətinin itirilməsi ilə bağlı ləğv edilən şirkətin idarəetmə strukturunda təmsil edilməməlidir;
3.1.5. müraciət etmiş şəxsin ticarət sisteminə qoşulma və ticarətdə iştirak üçün zəruri texniki şərtləri Ticarət sisteminin istismarı və ona qoşulma, həmçinin məlumat təhlükəsizliyi barədə Xxxxx tərəfindən müəyyən edilmiş texniki şərtlərə uyğun formada təmin edilməlidir. Texniki şərtlərə uyğunluq Xxxxx tərəfindən təsdiqlənməlidir;
3.1.6. birjanın tarif cədvəlində müəyyən edilən üzvlük haqqı üzvlük üçün müraciət etmiş şəxs tərəfindən ödənilməlidir;
3.1.7. üzvlük üçün müraciət etmiş şəxsin üzvlük üçün müraciət tarixindən əvvəlki 5 (beş) il ərzində Xxxxx (və ya digər fond birjası) tərəfindən üzvlüyünə xitam verilmiş olmamalıdır;
3.1.8. üzvlük üçün müraciət etmiş şəxsin ştat cədvəlində bu Qaydaların tələblərinə xxxxx xxxx ən azı 2 (iki) səlahiyyətli treyder olmalıdır;
3.1.9. üzvlük üçün müraciət etmiş barəsində, Xxxxxxx müraciət təqdim edildiyi tarixdən əvvəlki 1 (bir) il ərzində iflas proseduru başlanması və ya o, qeyd olunan dövr ərzində vaxtaşırı maliyyə dayanıqlılığının pozulması problemləri ilə qarşılaşması faktı olmamalıdır;
3.1.10. Üzvlük üçün müraciət etmiş şəxs maliyyə hesabatlarını qanunvericiliyin və MHBS-nın tələblərinə uyğun hazırlamalıdır. İllik maliyyə hesabatları müstəqil auditor tərəfindən auditdən keçməlidir;
3.1.11. üzvlük üçün müraciət etmiş şəxs daxili nəzarət və risklərin idarəedilməsi struktur bölmələrinə və daxili audit komitəsinə malik olmalıdır. Daxili audit komitəsinin üzvlərindən 1/3 hissəsi müstəqil üzv olmalıdır;
3.1.12. üzvlük üçün müraciət etmiş şəxs mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran internet səhifəsinə malik olmalıdır;
3.1.13. üzvlük üçün müraciət etmiş şəxsin rüblük və illik maliyyə hesabatları, o cümlədən illik yekun hesabatı, nizamnaməsi, strateji planı, idarəetmə strukturu və onun tərkibi, əlaqə vasitələri, təqdim edilən xidmətlər üzrə tarif cədvəli və xidmət haqqları, üzvün fəliyyəti ilə bağlı baş verən mühün hadisələr və qərarlar Birjaya və ictimaiyyətə açıqlanmalıdır;
3.1.14. üzvlük üçün müraciət etmiş şəxs klirinq və hesablaşma sistemlərinin üzvü olmalıdır.
3.1.15. üzvlük üçün müraciət etmiş şəxsin, daxili nəzarət, risklərin idarəedilməsi, ticarət məlumatlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi, müştərilərlə iş, o cümlədən, müştəri tapşırıqlarının qəbulu və icrası, habelə bu zaman yarana bilən
maraqlar münaqişəsinin həll edilməsi, müştərilər üzrə ticarət limitlərinin müəyyən edilməsi üzrə daxili prosedur qaydalara malik olmalıdır. Qeyd olunmuş daxili prosedur qaydalar üzv olacaq bazarın xüsusiyyətlərinə uyğun olmalıdır.
3.2. Xxxxx üzvü olmaq üçün Bu Qaydaların 3.1-ci bəndinin tələblərinə cavab verən şəxs, üzv olunacaq bazarın adı (və ya bazarların adları) göstərilməklə, Birjaya ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
3.2.1. hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında 30 (otuz) gündən gec olmayaraq təsdiq edilmiş surəti;
3.2.2. hüquqi şəxsin dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında 30 (otuz) gündən gec olmayaraq təsdiq edilmiş surəti;
3.2.3. vergi ödəyicisinin qeydiyyata alınması haqqında sənədin notariat qaydasında 30 (otuz) gündən gec olmayaraq təsdiq edilmiş surəti;
3.2.4. hüquqi şəxsin səhmdarlarının və təsisçilərinin siyahısı, strukturu barədə məlumat;
3.2.5. Xxxxxx şəxsin rəhbərinin adı, soyadı, atasının adı, əlaqə məlumatı və notariat qaydasında təsdiq edilmiş imzasının nümünəsi;
3.2.6. investisiya şirkəti fəaliyyəti üçün alınmış lisenziyanın notariat qaydasında təsdiq edilmiş surəti;
3.2.7. Komitə tərəfindən üzvlük üçün müraciət etmiş şəxsin işçilərinə verilmiş ixtisas şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
3.2.8. üzvlük üçün müraciət etmiş şəxsin klirinq və hesablaşma sisteminə çıxış əldə etməsi haqqında sənədin surəti;
3.2.9. üzvlük üçün müraciət etmiş şəxsin ən azından 3 (üç) illik gələcək fəaliyyət dövrünü əhatə edən strateji planı;
3.2.10. üzvlük üçün müraciət etmiş şəxsin daxili qaydalarının və prosedurlarının surəti
3.2.11. Aşağıdakıları özündə əks etdirən xxxxxxxxx:
3.2.11.1 Üzvlük üçün müraciət etmiş hüquqi şəxsin rəhbərinin, habelə idarəetmə strukturunun üzvlərinin qanunvericiliklə müəyyən olunmuş vətəndaş qüsursuzluğuna dair tələbə cavab verməsi.
3.2.11.2. Üzvlük üçün müraciət etmiş şəxsin rəhbəri, habelə idarəetmə strukturunun üzvləri müraciət tarixindən 5 (beş) il əvvəlki müddət ərzində əvvəlki işlərində
müflisləşən, habelə ödəmə qabiliyyətinin itirilməsi ilə bağlı ləğv edilən şirkətin idarəetmə strukturunda təmsil edilməməsi;
3.2.11.3. üzvlüyə qəbul olmaq haqqında ərizənin verilməsi tarixindən əvvəlki 5 (beş) il ərzində üzvlük üçün müraciət etmiş şəxsin digər fond birjası tərəfindən intizam tənbeh tədbiri nəticəsində üzvlüyünə xitam verilməməsi;
3.2.11.4. üzvlük üçün müraciət etmiş şəxsin birbaşa və ya dolayısı ilə üzv olduğu digər birjaların siyahısı (oluqda);
3.2.11.5. üzvlük üçün müraciət etmiş şəxsin ticarət sisteminə qoşulma və ticarətdə iştirak üçün zəruri texniki şərtlər, ticarət sisteminin istismarı və ona qoşulma, həmçinin məlumat təhlükəsizliyi barədə Xxxxx tərəfindən müəyyən edilmiş texniki şərtlərə və təlimatlara uyğunluğu;
3.2.11.6. üzvlük üçün müraciət etmiş şəxsin bu Qaydaların tələblərinə uyğun gəlməsi, təqdim edilən sənədlərin məzmununun düzgünlüyü, habelə Qaydalarla nəzərdə tutulmuş müddəaların yerinə yetirilməsinin təsdiqi;
3.2.11.7. ştatında bu Qaydaların tələblərinə xxxxx xxxx ən azı 2 (iki) səlahiyyətli treyder olamasının təsdiqi;
3.3. Bu Qaydaların 3.2-ci bəndində qeyd olunmuş sənədlərin notariat qaydasında təsdiq olunmuş surətlərinin təqdim edilməsi tələb edilmədikdə, sənədlərin əsli Birjaya təqdim olunmalıdır. Sənədlərin surəti təqdim edildikdə bu sənədlərin əsli ilə düzgün olması, üzvün səlahiyyətli orqanı tərəfindən təsdiqlənməlidir. Birjaya təqdim edilən sənədlər kağız və elektron formada təqdim edilməlidir.
3.4. Xxxxx yalnız Azərbaycan dilində təqdim edilmiş və ya Azərbaycan dilinə tərcümə edilmiş sənədləri qəbul edir. Tərcümə edilmiş sənədlərin və tərcümənin doğruluğu notariat qaydasında təsdiq edilməlidir .
3.5. Üzvlər bu Qaydaların 3.1. və 3.2-ci bəndlərində nəzərdə tutulan bütün tələblərə üzvlük müddəti ərzində riayət etməlidir.
3.6. Xxxxx üzvlüyünə qəbul edilmə haqqında qərar Birjanın Üzvlük Komissiyası tərəfindən üzvlük ərizəsi Birjaya təqdim olunduğu gündən 1 (bir) ay ərzində qəbul edilir.
3.7. Xxxxx üzvlük üçün təqdim edilmiş sənəd və məlumatların bu Qaydalara uyğunluğunu yoxlamaq məqsədi ilə üzvlük üçün müraciət etmiş şəxsin iş yerində 1 (bir) iş günü öncədən məlumatlandırmaqla audit təşkil edə bilər.
3.8. Xxxxx üzvlüyünə qəbul edilmə haqqında Birjanın Üzvlük Komissiyası tərəfindən qərar qəbul edildikdən sonra üzv ilə müvafiq müqavilə bağlanılır.
3.9. Ərizə natamam olduğu təqdirdə, Xxxxxxxx yazılı müraciəti əsasında üzvlük üçün müraciət etmiş şəxs 5 (beş) iş günü ərzində çatışmayan sənədləri Birjaya təqdim etməlidir. Bu xxxxx Xxxxx təfindən sənədlərə baxılma müddəti ərizəçi tərəfindən sənədlərin təqdim edildiyi müddət (iş günlərinin sayı) qədər artırılır. Ərizəçi çatışmayan sənədləri təqdim etmirsə və ya təqdim etdiyi sənədlər bu Qaydalarda nəzərdə tutulan tələblərə uyğun deyilsə, Üzvlük Komissiyası ərizəçinin verdiyi mövcud məlumatlar əsasında ərizəni rədd edir və ya qərar qəbul edir.
3.10. Birjaya üzvlük əldə etmək məqsədilə verilən ərizələr yalnız qanunun və ya bu Qaydaların tələblərinə uyğun gəlməməsinə əsaslanaraq rədd edilir.
3.11. Xxxxx üzvlük ərizələrinə dair verilən qərarları üzvə, klirinq təşkilatına və Komitəyə bildirməli və 1 (bir) iş günü ərzində ictimaiyyətə açıqlamalıdır.
4. Xxxxx üzvünün səlahiyyətli treyderlərinə xxxx tələblər
4.1. Səlahiyyətli treyderlər aşağıdakı tələblərə cavab verməlidirlər:
4.1.1. Birjanın üzvü xxxx investisiya şirkətinin əməkdaşı olmalıdır. Səlahiyyətli treyder eyni zamanda digər xxxxx üzvlərində hər hansı vəzifəyə, habelə digər təşkilatlarda maraqlar münaqişəsinə səbəb ola biləcək vəzifəyə sahib olmamalıdır. Səlahiyyətli treyder Xxxxx üzvündən kənar digər təşkilatlarda tutduğu vəzifələri, habelə bu vəzifələrə təyinatı barədə Xxxxx üzvünü və Birjanı dərhal məlumatlandırmalıdır;
4.1.2. Komitə tərəfindən verilmiş müvafiq ixtisas şəhadətnaməsinə malik olmalıdır;
4.1.3. Birjanın qaydalarına müvafiq olaraq Birjada ticarətdə iştirakı üzrə akkreditasiyadan keçməli və akkreditə şəhadətnaməsinə malik olmalıdır;
4.1.4. qanunvericiliklə müəyyən olunmuş vətəndaş qüsursuzluğuna sahib olmalıdır;
4.1.5. ən azından xxxx təhsilə malik olmalıdır;
4.1.6. yaşı 18 və ya ondan artıq olmalıdır;
4.1.7. barəsində ticarət qadağası və ya intizam tənbeh tədbiri olmamalıdır, o cümlədən, belə bir pozuntu halların ikidən artıq olmamalıdır.
4.2. Xxxxx üzvü və ya üzvlük üçün müraciət etmiş şəxs öz əməkdaşını Xxxxxxx səlahiyyətli treyder kimi qeydiyyatdan keçirmək üçün Xxxxxxx ərizə ilə müraciət etməli və aşağıdakı sənədləri təqdim etməlidir:
4.2.1. xxxxx üzvünün əməkdaşının şəxsiyyətini təsdiq edən sənədin surəti;
4.2.2. xxxxx üzvünün əməkdaşının cinayət məsuliyyətinə cəlb olunmaması barədə arayış;
4.2.3. xxxxx üzvünün əməkdaşının xxxx və ya ali təhsilli olmasını təsdiqləyən sənədin surəti;
4.2.4. Komitə tərəfindən verilmiş müvafiq ixtisas şəhadətnaməsinin surəti;
4.2.5. Birjanın İdarə Heyəti tərəfindən müəyyən edilmiş səlahiyyətli treyderlərin Birjada ticarətdə iştirakı üzrə akkreditasiyası qaydalarına müvafiq olaraq akkreditasiyadan keçməsini təsdiqləyən akkreditə şəhadətnaməsinin surəti;
4.2.6. səlahiyyətli treyderin Xxxxx üzvünün əməkdaşı olmasını və tutduğu vəzifəni təsdiqləyən sənəd.
4.3. Səlahiyyətli treyderin qeydiyyatı üçün Birjaya təqdim edilən sənədlər kağız və elektron formatda təqdim edilməli, müraciət edənin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Digər əlavələrin əsli və ya notarial qaydada təsdiqlənmiş nüsxələri təqdim edilməlidir. Xxxxx yalnız Azərbaycan dilində və ya Azərbaycan dilinə tərcümə edilmiş sənədləri qəbul edir. Tərcümə edilmiş sənədlərin doğruluğu təsdiq edilməlidir.
4.4. Xxxxx səlahiyyətli treyderə Xxxxx üzvünün adından Birjada əməliyyatlar aparmasına icazə verdikdə və ya Xxxxx üzvünün səlahiyyətli treyderlərin siyahısında dəyişiklik olduqda, bu barədə məlumatı Xxxxx üzvlərinin reyestrində qeydiyyata alır.
4.5. Xxxxx üzvlərin və onların səlahiyyətli treyderlərinin reyestrində aşağıdakı məlumatlar əks olunur:
4.5.1. üzvün tam adı, təşkilatı hüquqi forması;
4.5.2. xxxxx tərəfindən verilmiş eyniləşdirmə kodu;
4.5.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
4.5.4. üzvün hüquqi və faktiki ünvanı, əlaqə nömrəsi;
4.5.5. idarəetmə orqanlarının rəhbərlərinin soyadı, adı və atasının adı;
4.5.6. qiymətli kağızlar bazarının iştirakçısının lisenziya nömrəsi, tarixi və qüvvədə olma müddəti;
4.5.7. səlahiyyətli treyderlər haqqında məlumatlar (soyadı, adı və atasının adı, ixtisas şəhadətnaməsinin nömrəsi, alınma tarixi və qüvvədə olma müddəti, lisenziyalaşdırılmış fəaliyyətin növü);
4.5.8. üzvə qarşı fond birjası tərəfindən görülmüş intizam tədbirləri haqqında məlumat.
4.6. Xxxxx üzvlərinin siyahısını və həmin siyahıda hər hansı dəyişikliklər baş verdikdə 1 (bir) gün ərzində bu barədə məlumatı Komitəyə təqdim edir.
4.7. Xxxxxxx qeydiyyatdan keçmiş və bu Qaydaların tələblərinə uyğun gələn səlahiyyətli treyderlər üzvün adından ticarətdə iştirak və ticarət sisteminə çıxış hüququ əldə edir.
5. Birjanın ticarət sistemindən istifadə qaydaları
5.1. Birjanın ticarət sisteminə qoşulma, ondan istifadə, üzv tərəfindən ticarət məlumatların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə prosedur və texniki şərtlər Birjanın İdarə Heyəti tərəfindən təsdiqlənən “Ticarət sistemininə qoşulma və ondan istifadə təlimatı” ilə müəyyən edilir.
5.2. Xxxxx üzvü səlahiyyətli treyderlərə ticarət sistemindən istifadə etmək məqsədilə verilən istifadəçi adları və təhlükəsizlik kodlarının məxfiliyini təmin etməlidir.
5.3. İstifadəyə görə yaranmış problemlər, icazəsiz istifadə, ticarətin aparılması, sifarişlərin və əks sifarişlərin verilməsinə görə məsuliyyət həm üzv həm də treyderlərin üzərinə düşür.
5.4. Xxxxx üzvü Birjaya ticarət sisteminin istismarı və ona qoşulmaya görə Xxxxx tərəfindən müəyyən olunmuş xidmət haqqı ödəyir;
6. Xxxxx üzvünün hüquq və öhdəlikləri
6.1. Xxxxx üzvü aşağıdakı hüquqlara malikdir:
6.1.1. ticarətdə iştirak etmək;
6.1.2. ticarət etmək üçün Birjanın texniki vasitələrindən Birjanın müvafiq daxili qaydalarında nəzərdə tutulduğu qaydada istifadə etmək.
6.2. Xxxxx üzvü bu Qaydalara uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:
6.2.1. müvafiq qanunvericiliyin, o cümlədən, bu Qaydaların tələblərinə riayət etmək;
6.2.2. bu Qaydaların müvafiq müddəalarına uyğun olaraq üzvün adından fəaliyyət göstərən ən azı 2 (iki) treyderin Birjada daimi qeydiyyatda olmasını təmin etmək;
6.2.3. Xxxxx ilə əlaqə saxlamaq üçün treyderlər arasından ən azı 1 (bir) nəfər təyin etmək;
6.2.4. tarif cədvəlinə uyğun olaraq Birjaya mütəmadi qaydada müvafiq ödəmələri həyata keçirmək;
6.2.5. üzvlük müddəti ərzində öz öhdəliklərinin həyata keçirilməsini təmin etmək;
6.2.6. qanunvericiliyin, o cümlədən, Komitənin normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq müvafiq hesabatlar hazırlamaq və onları açıqlamaq;
6.2.7. ticarət sistemindən ticarət sisteminin istismarı və ona qoşulma, həmçinin məlumatların qorunması və təhlükəsizliyi barədə Xxxxx tərəfindən müəyyən edilmiş texniki şərtlərə və təlimatlara uyğun istifadəni təmin etmək;
6.2.8. Xxxxx tərəfindən müəyyən edilmiş məlumat və hesabatları vaxtında Birjaya təqdim etmək və tələb olunduqda açıqlamaq;
6.2.9. öz fəaliyyəti ərzində Xxxxxxxx təşkil etdiyi bazarlarda sui-istifadə, manipulyasiya, saxtakarlıq, fırıldaqçılıq və digər qanuna zidd halların baş verməsinə yol verməmək.
7. Xxxxx üzvünün Birjaya təqdim etdikləri hesabatlar və məlumatlar
7.1. Xxxxx üzvü aşağıdakı hesabatları və məlumatları Birjaya təqdim etməli və açıqlamalıdır:
7.1.1. Üzv hər başa çatmış maliyyə ili üzrə auditdən keçmiş illik maliyyə hesabatları və illik hesabatlarını növbəti ilin may ayının 31-dən gec olmayaraq Birjaya təqdim etməli və veb sayt vasitəsi ilə açıqlamalıdır.
7.1.2. Üzv maliyyə ilinin hər rübü üzrə maliyyə hesabatlarını (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat) müvafiq rüb bitdikdən sonra 20 (iyirmi) iş günü ərzində Birjaya təqdim etməli və veb sayt vasitəsi ilə açıqlamalıdır.
7.1.3. Üzvün idarəetmə orqanların strukturu və tərkibi;
7.1.4. Emitentin ünvanı, əlaqə vasitələri, hüquqi təmsilçisinin adı.
7.2. Üzv aşağıdakı məlumatları (qanunvericiliyə zidd olmadığı hallarda) 3 (üç) iş günü ərzində Birjaya təqdim etməli və açıqlamalıdır:
7.2.1. investisiya şirkətinin fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın dayandırılması və ya ləğv edilməsi, habelə üzvün fəaliyyətinin (xidmətlərinin) qanunvericiliklə məhdudlaşdırlması və ya dayandırılması;
7.2.2. üzvün lisenziyalaşdırılmış fəaliyyətinə təsir göstərən xidmət növlərinin siyahısının dəyişməsi, o cümlədən yeni xidmətlərin göstərilməsi, mövcud xidmətlərin dayandırılması;
7.2.3. üzvün mühasibat uçotu siyasətində nəzərdə tutulmuş mühüm dəyişikliklər;
7.2.4. icra orqanında və ya Müşahidə şurasında edilən mühüm dəyişikliklər;
7.2.5. üzv tərəfindən digər şirkətin nəzarət payının alınıb-satılması;
7.2.6. üzvün xalis aktivlərinin 25 (iyirmi beş) faizindən artıq xxxx məbləğdə bağlanılan müqavilə və ya emitentin fəaliyyətinə təsir göstərə biləcək hər hansı müqavilələr və qərarlar;
7.2.7. dövlət orqanları, məhkəmələr tərəfindən Üzvün fəliyyəti, o cümlədən səlahiyyətli treyderlər ilə bağlı işlərin baxılması (başlanması, müxtəlif instansiyalarda baxılması və ya hər-hansı qərar qəbul edilməsi) faktları;
7.2.8. üzvün fəaliyyətinin nəticələri barədə rüblük proqnozlar və proqnozlarla nəticələr arasında mühüm fərqlər;
7.2.9. patentlərin, lisenziyaların və ticarət nişanlarının alınması və ya dayandırılması/ləğv olunması;
7.2.10. üzvün yenidən təşkili və ya ləğv edilməsi barədə qərarın qəbul edilməsi;
7.2.11. mövcud qanunvericiliyə və bu Qaydalara uyğun olaraq açıqlanmalı xxxx aidiyyatı şəxslərlə əqdlər;
7.2.12. üzvün, onun əsas və ya törəmə müəssisələrinin nizamnamə kapitalının dəyişilməsi;
7.2.13. üzvün maliyyələşdirilmə mənbələrində dəyişikliklər;
7.2.14. yeni qiymətli kağızların emissiyası;
7.2.15. emissiya edilmiş qiymətli kağızların dövriyyədən çıxarılması;
7.2.16. üzv tərəfindən buraxılmış qiymətli kağızlarla təsbit edilmiş hüquqlarda dəyişiklik;
7.2.17. üzvün tədavüldə xxxx qiymətli kağızları, habelə məcmu kapitalının 25% və daha artıq hissəsinə bərabər borc öhdəlikləri üzrə ödənişlərin vaxtından əvvəl yerinə yetirilməsi, gecikdirilməsi və ya ödənilməməsi;
7.2.18. üzvün səhmlərinin (paylarının) 5 (beş) faizinin və ya daha artıq həcmdə birdəfəlik alqı- satqısı;
7.2.19. üzvün fəliyyəti ilə bağlı, sözügedən üzvlə digər bazar iştirakçıları arasında maraqlar münaqişəsinə, habelə ədalətli bazar qiymətlərin formalaşdırlmasına, məlumat şəffaflığına və ya gəlirliliyinə təsir göstərə biləcək hadisələr;
7.2.20. Səlahiyyətli treyderlərin tutduğu vəzifədən azad edilməsi;
7.2.21. Üzvün hüquqi və faktiki ünvanı və əlaqə vasitələri, əlaqəli şəxs barədə məlumataların dəyişməsi;
7.2.22. şirkətin nizamnaməsində edilmiş dəyişikliklər;
7.2.23. digər fond birjasında üzvlüyə qəbul edilmək üçün müraciət edilməsi, habelə digər birjalarda üzvlüyə qəbul edilməsi;
7.2.24. üzvün xxxxx, müflisləşməsi və ya fəaliyyətinin dayandırılması prosesinin başlanılması və ya başa çatması;
7.2.25. üzvün maliyyə dayanıqlılığını əks etdirən göstəricilərin Komitə tərəfindən müəyyən olunan səviyyədən aşağı düşməsi.
7.3. Üzvlər bu Qaydalar ilə müəyyən olunmuş məlumatları Azrəbaycan dilində açıqlamalıdır.
7.4. İctimai maraqların və investorların hüquqlarının qorunması məqsədi ilə Xxxxx Üzvlərdən qanunvericiliklə açıqlanması qadağan edilməyən məlumatların təqdim olunmasını və açıqlanmasını tələb edə bilər.
7.5. Xxxxx, üzv tərəfindən maliyyə öhdəlikləri yerinə yetirilmədikdə və ya üzvün maliyyə dayanıqlılığını əks etdirən göstəriciləri Xxxxxx tərəfindən müəyyən olunan səviyyədən aşağı düşdükdə, bu məlumatlar ona təqdim olunduğu (məlum olduğu) tarixdən 1 (bir) iş günü ərzində Komitəni məlumatlandırır.
7.6. Bu Qaydaların 7.1 və 7.2-ci bəndində qeyd olunmuş sənədlərdə və məlumatlarda dəyişikliklər edildiyi halda, həmin dəyişikliklərin qüvvəyə mindiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində dəyişiklikləri təsdiq edən sənəd Birjaya təqdim olunmalı və ilkin (dəyişikliklərdən öncəki) məlumatlar açıqlanmış olduqda Üzv tərəfindən ictimaiyyətə açıqlanmalıdır.
8. Ticarət etmək hüququnun müvəqqəti dayandırılması
8.1. Aşağıdakı hallarda üzvlük (üzvün ticarət etmək hüququ) Birjanın İdarə Heyətinin qərarı ilə 3 (üç) iş günü müddətinədək dayandırılır:
8.1.1. qiymətli kağızlar bazarında fəaliyyəti həyata keçirmək üçün lisenziya və ya bu lisenziya ilə nəzərdə tutulmuş və bu Qaydalarla üzvlüyə qəbul üçün əsas hesab olunan xidmət və ya xidmətlər dayandırıldıqda;
8.1.2. üzvün fəaliyyəti dayandırıldıqda;
8.1.3. müəyyən müddət ərzində üzv texniki nasazlıq və ya digər fövqəladə hadisəyə görə ticarət fəaliyyətini davam etdirə bilmədikdə.
8.1.4. üzvün ticarət fəaliyyəti bazarın təhlükəsiz və düzgün fəaliyyətinə zərər vurduğu təqdirdə, bazarın qorunması məqsədi ilə (üzv və ya onun apardığı ticarətə qarşı qaldırılan cinayət və ya mülki prosesin mövcudluğu və yaxud üzvün verdiyi hesabatlardan və ya digər etibarlı mənbədən əldə edilən məlumat əsasında üzvün
öhdəliklərinin yerinə yetirilməsinə təsir edə biləcək maliyyə vəziyyəti və ya digər mənfi hallar barədə Xxxxx xəbər tutduğu təqdirdə).
8.2. Aşağıdakı hallarda üzvlük (üzvün ticarət etmək hüququ) Birjanın Üzvlük Komissiyasının qərarı ilə 1 (bir) il müddətinədək dayandırılır:
8.2.1. üzvün müraciəti əsasında;
8.2.2. üzv tərəfindən bu Qaydaların tələblərə riayət edilmədikdə və ya üzv bu Qaydaların tələblərinə uyğun olmadıqda;
8.2.3. Bu Qaydaların 10-cu bəndinə uyğun olaraq Xxxxx tərəfindən intizam tənbeh tədbiri tədbiq edildikdə;
8.2.4. üzv Xxxxx, Komitə, investorlar, emitentlər və Qanunla nəzərdə tutulmuş lisenziyalaşdırılan şəxslər qarşısında öz öhdəliklərini müvəqqəti olaraq yerinə yetirə bilmədikdə, bu hallar aradan qaldırılanadək, üzvün əsaslandırılmış yazılı müraciəti əsasında.
8.3. Üzvlüyü (üzvün ticarət etmək hüququ) dayandırılmış üzvə qarşı aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
8.3.1. üzv tərəfindən verilmiş yeni sifarişlərin qəbul edilməsi və onların Xxxxx tərəfindən ticarət sistemində qeydiyyatı dayandırılır;
8.3.2. üzvün ticarət sistemində qeydiyyatdan keçmiş, xxxxx icra olunmamış sifarişlərinin icrası, habelə bu sifarişlərin Üzv tərəfindın ləğv olunması və dəyişdirilməsi dayandırılır;
8.3.3. Hüquqları dayandırılmış üzv yalnız ticarəti müşahidə edə bilər. Müşahidə etmək hüququnun dayandırılması Üzvülük Komissiyaısnın səlahiyyətindədir.
8.4. Üzvlük Komissiyasının üzvlüyün (üzvün ticarət etmək hüququnun) müvəqqəti dayandırılması barədə qərarında üzvlüyün (üzvün ticarət etmək hüququnun) müvəqqəti dayandırılması tarixi və yenidən bərpa olunması tarixi (məlum olduqda) göstərilir.
8.5. Bu Qaydalarla üzvlüyün (ticarət etmək hüququnun) dayandırılması müddəti 1 (bir) ildən xxx xxx bilməz.
8.6. Üzv, üzvlüyün (ticarət etmək hüququnun) dayandırıldığı müddət ərzində Xxxxx qaydaları ilə müəyyən edilmiş ödənişlərdən azad edilmir. Üzvün müraciəti
əsasında üzvlük (ticarət etmək hüququ) 3 (üç) aydan artıq müddətə dayandırıldıqda, Üzvlük Komissiyası öz səlahiyyətləri çərçivəsində üzvün ödəniş öhdəliklərinə xitam verə bilər. Bu zaman ödənişlərdən azad olunma tarixi üzvlüyün (ticarət etmək hüququnun) dayandırılması tarixindən etibarən 3 (üç) ayın bitdiyi təqvim günü hesab olunur.
8.7. Üzv üzvlüyün (ticarət etmək hüququnun) dayandırılmasından əvvəl bağlanan bütün əqdlər üzrə məsuliyyət daşıyır.
8.8. Üzvlüyün (ticarət etmək hüququnun) dayandırılması səbəbləri aradan qaldırıldıqdan sonra, üzvlüyün (ticarət etmək hüququnun) dayandırılması üzrə qəbul edilmiş qərarda digər müddəalar nəzərdə tutulmadıqda, üzvlük (ticarət etmək hüququ) 1 (bir) iş günü ərzində bərpa edilir.
8.9. Üzvlüyün (ticarət etmək hüququnun) dayandırılması barədə qərarı Xxxxx üzvə, klirinq təşkilatına və Komitəyə bildirməli və 1 (bir) iş günü ərzində internet səhifəsi vasitəsi ilə ictimaiyyətə açıqlamalıdır.
9. Xxxxx üzvlüyünə və səlahiyyətli treyderin fəaliyyətinə xitam verilməsi
9.1. Aşağıdakı hallarda Xxxxx üzvlüyünə Birjanın Üzvlük Komissiyası tərəfindən xitam verilir:
9.1.1. Xxxxx üzvlüyünə dair müqavilənin müddəti başa çatdıqda üzv və ya Xxxxx tərəfindən müqavilənin müddəti uzadılmadıqda.
9.1.2. 30 (otuz) iş gün əvvəlcədən bildiriş verməklə üzvün öz müraciəti əsasında;
9.1.3. xxxxx üzvü xxxx investisiya şirkətinin lisenziyası ləğv edildikdə;
9.1.4. Birjanın fəaliyyətinə xitam verildikdə;
9.1.5. 1 (bir) ildən xxx müddətə üzvün üzvlük hüquqları dayandırıldıqda;
9.1.6. üzv şirkətin ləğvinə səbəb ola biləcək müflisləşmə və ya ödəmə qabiliyyətinin itirilməsi prosesinə cəlb edildikdə;
9.1.7. Birjanın İdarə Heyətinin və ya Birjanın Üzvlük Komissiyasının qərarı ilə xxxxx üzvünün xxxxx qaydalarını kobud surətdə pozduğu və ya birjanın tələblərinə cavab vermədiyi müəyyən edildikdə;
9.1.8. üzv Xxxxx qarşısındakı maliyyə öhdəliklərinə əməl etmədikdə;
9.1.9. bu Qaydalarda irəli sürülən tələbləri yerinə yetirmədiyinə görə üzvün digər birjadakı üzvlüyünə xitam verilibsə və yaxud üzvün fəaliyyətinə və ya öhdəliklərinin yerinə yetirməsinə təsir edə biləcək digər səbəblər mövcud olduqda;
9.1.10. üzvün rəhbərliyindəki şəxslər qanunvericilklə müəyyən olunmuş vətəndaş qüsursuzluğu tələblərini pozduqda;
9.1.11. üzvün qeydiyyatdan keçmiş treyderi bazarda manipulyasiya, sui-istifadə, fırıldaqçılıq və ya saxtakarlıq əməllərində iştirak etdikdə və bu əməllərə görə üzvün məsuliyyət daşıdığı sübut edildikdə;
9.1.12. bu Qaydalara uyğun olaraq Xxxxx tərəfindən intizam tənbeh tədbiri tədbiq edildikdə.
9.1.13. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
9.2. Üzvlüyə xitam verilməzdən əvvəl yaranan öhdəlik və vəzifələr üzvlər tərəfindən yerinə yetirilməlidir.
9.3. Xxxxx üzvlüyünə xitam verilmə tarixindən etibarən üzv tərəfindən Birjaya ödəniləcək bütün rüsum və ödənişlər dərhal ödənilməlidir.
9.4. Xxxxx üzvlüyünə xitam verilməsi barədə qərarı üzvə, klirinq təşkilatına və Komitəyə bildirməli və 1 (bir) iş günü ərzində ictimaiyyətə açıqlayır.
9.5. Aşağıdakı hallarda Xxxxx üzvünün səlahiyyətli treyderinin Birjadakı fəaliyyətinə (hüquqlarına) Xxxxx üzvünü məlumatlandırmaqla, Üzvlük Komissiyası tərəfindən xitam verilir:
9.5.1. Səlahiyyətli treyder 1 (bir) ildən artıq müddətdə Birjada ticarədə iştirak etmədikdə;
9.5.2. bu Qaydalarla müəyyən olunmuş hallarda səlahiyyətli treyder ticarətdən 3 (üç) gündən artıq müddətdə kənarlaşdırıldıqda;
9.5.3. bu Qaydalara uyğun olaraq Xxxxx tərəfindən intizam tənbeh tədbiri tədbiq edildikdə;
9.5.4. səlahiyyətli treyder bu Qaydalarla müəyyən olunmuş tələblərə uyğun olamadıqda.
9.6. Bu Qaydaların 9.1 və 9.5-ci bəndində qeyd edilmiş məsələrlə bağlı Üzvlük Komissiyası tərəfindən qəbul edilmiş qərarda Xxxxx üzvlüyünə və ya səlahiyyətli treyderin fəaliyyətinə xitam verilməsi tarixi göstərilir.
10. Üzv və treyderlərə qarşı görülən intizam tədbirləri
10.1. Bu Qaydaların tələbləri pozulduğu halda Üzvlük Komissiyasının qərarı ilə üzvlərə qarşı aşağıdakı intizam tənbeh tədbirləri tətbiq edilə bilər:
10.1.1. Xəbərdarlıq;
10.1.2. Cərimə;
10.1.3. Ticarət etmək hüquqlarının müvəqqəti dayandırılması;
10.1.4. Üzvlüyə xitam verilməsi.
10.2. Üzv tərəfindən bu Qaydaların əhəmiyyətli hesab edilməyən dərəcədə pozulması və ya Üzv tərəfindən Birjanın komission və üzvlük haqlarının, o cümlədən tarif cədvəli ilə nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsinin gecikdirilməsinə görə Üzvə yazılı xəbərdarlıq verilir.
10.3. Üzv və ya onun səlahiyyətli treyderi tərəfindən qaydaların pozulması o cümlədən, sui-istifadə, qiymətlərlə manipulyasiya, fırıldaqçılıq, saxtakarlıq, məlumatların gizlədilməsi və ya qəsdən vaxtında açıqlanmaması, ticarət sisteminə qoşulma, ondan istifadə və məlumat təhlükəsizliyi üzrə Xxxxx tərəfindən müəyyən olunmuş texniki şərtlərin pozulması, habelə qaydaların pozulması halların təkrarlanması, Üzvün səlahiyyətli treyderinin Xxxxx tərəfindən müəyyən olunmuş etik davranış qaydalarının pozulması zamanı, Üzvdən dəymiş ziynın ödənilməsi tələbindən əlavə olaraq, Üzv məcmu kapitalının 0,1 faizindən 1 faizinədək miqdarda cərimə edilə bilər. Cərimənin məbləği Birjanın qaydalarının pozulmasının əhəmiyyətliliyinin dərəcəsindən asılı olaraq Üzvlük Komissiyası tərəfindən müəyyən edilir. Cərimənin ödənilməsi müvafiq qərarın çıxarıldığı tarixdən 5 (beş) iş günü ərzində Üzv tərəfindən icra edilməlidir. Üzvlük Komissiyası qərar elan edildiyi tarixdən pozuntu Xxx tərəfindən aradan qaldırılanadək hər gün üçün
cərimə tətbiq edə bilər. Bu halda ümumi cərimənin maksimal həddi Üzvün məcmu kapitalının 2%-dən xxx olmamalıdır.
10.4. Üzv tərəfindən bazarın normal iş rejiminin pozulması, habelə Üzvün fəaliyyəti nəticəsində buna səbəb ola biləcək şəraitin yaranması, üzv tərəfindən bu Qaydalarla nəzərdə tutulmuş öhdəliklərin vaxtında yerinə yetirilməməsi, o cümlədən Qaydalarla Birjaya təqdim olunmalı xxxx məlumatların gecikdirilməsi, Birjanın komission, üzvlük haqqları və tarif cədvəli ilə nəzərdə tutuluş digər ödənişlərin gecikdirilməsi hallarında Üzvün ticarət etmək hüquqları Üzvlük Komissiyasının qərarı ilə 12 (on iki) aydan artıq olmayan müddətə müvəqqəti dayandırılır.
10.5 Üzv tərəfindən Birjanın qaydalarının və qanunvericiliyin tələbləri, bazarın normal iş rejimi və bazar iştirakçılarının hüquqları kobud şəkildə pozulduqda və ya buna dəlalət edən aşkar faktlar olduqda, üzvün öz hüquqlarından sui-istifadə nəticəsində investora və bazara külli miqdarda ziyan vurma, saxtakarlıq, fırıldaqçılıq əməlləri aşkarlandıqda, Birjaya komission, üzvlük haqqları və tarif cədvəli ilə nəzərdə tutuluş digər ödənişlər davamlı şəkildə ödənilmədikdə və bu Qaydalarla nəzərdə tutulmuş digər hallarda Üzvlük Komissiyası xxxxx üzvlüyünə xitam verir.
10.6. Bu Qaydaların tələbləri pozulduğu halda Üzvlük Komissiyasının qərarı ilə üzvün səlahiyyətli treyderlərinə qarşı aşağıdakı intizam tənbeh tədbirləri görülə bilər:
10.6.1. Xəbərdarlıq;
10.6.2. Birjada səlahiyyətli treyder fəliyyətinin (hüquqlarının) müvəqqəti dayandırılması;
10.6.3. Birjada səlahiyyətli treyderin fəliyyətinə xitam verilməsi.
10.7. Səlahiyyətli treyder tərəfindən bu Qaydaların əhəmiyyətli hesab edilməyən dərəcədə pozulmasına görə səlahiyyətli treyderə yazılı xəbərdarlıq verilir.
10.8. Səlahiyyətli treyder tərəfindən bazarın normal iş rejiminin pozulması, habelə onun fəlaiyyəti nəticəsində buna səbəb ola biləcək şəraitin yaranması, Xxxxx tərəfindən müəyyən olunmuş etik davranış qaydalarının pozulması hallarında səlahiyyətli treyderin ticarət etmək hüquqları Üzvlük Komissiyasının qərarı ilə 3 (üç) gündən artıq olmayan müddətə müvəqqəti dayandırılır.
10.9. Səlahiyyətli treyder tərəfindən Birjanın qaydaları və qanunvericiliyin tələbləri davamlı şəkildə pozulduqda, o cümlədən bunun nəticəsində bazarın normal iş rejimi və bazar iştirakçılarının hüquqları kobud şəkildə pozulduqda, habelə bazarın normal iş rejiminin və bazar iştirakçılarının hüquqlarının pozulması halları təkrarlandıqda Üzvlük Komissiyası səlahiyyətli treyderin Birjada fəliyyətinə xitam veirir.
10.10. İntizam tədbirinin görülməsi xxxxxx Xxxxx üzvü (üzvün səlahiyyətli treyderinə qarşı intizam tədbiri görüldükdə isə hər ikisini) və Komitəni məlumatlandırır.
10.11. Üzvlük Komissiyasının üzvlərə qarşı gördüyü intizam tədbirləri barədə qərar Xxxxx tərəfindən 1 (bir) iş günü ərzində ictimaiyyətə açıqlanır.
11. Üzvlük Komissiyası
11.1. Üzvlük Komissiyası Birjanın Müşahidə Şurası tərəfindən 3 (üç) il müddətinə seçilir.
11.2. Üzvlük Komissiyasının üzvlərinin sayı 3 (üç) nəfərədən az 7 (yeddi) nəfərdən xxx olmamalıdır.
11.3. Üzvlük Komissiyasının üzvləri səlahiyyət müddətinin sonunda yenidən seçilmək hüququna malikdirlər.
11.4. Üzvlük Komissiyasının üzvlərindən biri Birjanın Müşahidə Şurası tərəfindən Üzvlük Komissiyasının sədri təyin edilir.
11.5. Birjanın Müşahidə Şurası Üzvlük Komissiyasının üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verə bilər.
11.5.1. üzv istefa verdikdə,
11.5.2. üzv vəfat etdikdə,
11.5.3. üzvün fəaliyyətində nöqsənlar aşkar edildikdə.
11.6. Üzvlük Komissiyası öz əsasnaməsini hazırlayır, Xxxxxxxx Müşahidə Şurası isə onu təsdiq edir.
11.7. Üzvlük Komissiyasının iclasları Üzvlük Komissiyasının sədri tərəfindən çağrılır. Üzvlərin yarısından çoxu iştirak etdikdə Komissiyanın iclası səlahiyyətli hesab edilir.
11.8. Üzvlük Komissiyasının qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrin (və ya sədr əvəzi) həlledici səs hüququna malik olur.
11.9. Üzvlük Komissiyasının iclasları Komissiyasının sədri tərəfindən aparılır. Komissiyanın sədri iclasda iştirak edə bilmədikdə, iclasda iştirak edən üzvlər iclası aparmaq üçün öz aralarından sədr əvəzi təyin edirlər.
11.10.Üzvlük Komissiyasının bütün iclaslarının protokolu aparılmalıdır. Protokol Üzvlük Komissiyasının üzvləri tərəfindən imzalanmalıdır.
11.11.Üzvlük Komissiyasının hər hansı bir üzvü və barəsində Komissiya tərəfindən qərar veriləcək üzv və ya ərizəçi arasında maraqların toqquşması olduqda Komissiyanın sözügedən üzvü və ya üzvləri səs vermədə iştirak etməməlidir.
11.12.Üzvlük Komissiyasının qəbul etdiyi bütün qərarlar Birjanın İdarə Heyətinin sədri tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
11.13.Üzvlük Komissiyası aşağıdakı səlahiyyətlərə malikdir:
11.13.1. Üzvlük ərizələri barədə qərar qəbul edilməsi, üzvlüyə qəbul və ya üzvlük müraciətinin rədd edilməsi;
11.13.2. Üzvlüyün müvəqqəti olaraq dayandırılması, üzvlüyə xitam verilməsi;
11.13.3. Səlahiyyətli treyderlərin qeydiyyatı, treyderlərin hüquq və öhdəlikləri barədə qərar qəbul edilməsi;
11.13.4. Səlahiyyətli treyderlərə verilən ticarət imtiyazlarının müvəqqəti dayandırılması və ya onlara xitam verilməsi;
11.13.5. Üzv və ya səlahiyyətli treyderin bu Qaydalara riayət etməsinə nəzarət edilməsi;
11.13.6. Bu Qaydaları pozan üzv və ya treyderlərə qarşı intizam tədbirlərinin görülməsinin təyin edilməsi;
11.13.7. Üzvlük üçün müraciət etmiş şəxs və ya üzvlər tərəfindən üzvlük üçün müraciət, məlumat, hesabat vermək və ya digər xxxx öhdəliklərin yerinə yetirilməsi məqsədilə istifadə edilən ərizələrin məzmununun müəyyən edilməsi.
11.14.Üzvlük Komissiyası tərəfindən qəbul olunan qərarlar ictimaiyyətə açıqlanır.
12. Üzvlərin qaydalara riayət etməsinə nəzarət
12.1 Bu Qaydalara riayət edilməsinə nəzarət və Qaydaların icrasını təmin etmək məqsədilə Xxxxx öz üzvlərini yerində yoxlaya və onlardan müvafiq sənədlərin təqdim etməsini tələb edə bilər.
12.2 Yerində yoxlama zamanı tələb edilən lazımi məlumat və ya sənədlər Birjaya təqdim edilməlidir. Xxxxx təqdim edilən bütün materialların məxfiliyini qorumalıdır.
12.3 Yoxlama nəticələri Komitəyə bildirilməlidir.
13. Digər müddəalar
13.1. Üzvlüyün verilməsi, dayandırılması, xitam verilməsi, o cümlədən, intizam tədbirlərinin görülməsi barədə Üzvlük Komissiyasının qəbul etdiyi qərarlara qarşı bütün şikayətlər Mübahisələrin həll edilməsi komissiyası tərəfindən, bu komissiyanın səlahiyyətləri çərçivəsində baxılır.
13.2. Bu Qaydalara edilmiş bütün əlavə və dəyişikliklər onun ayrılmaz tərkib hissəsi hesab edilir.