AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2010-cu il oktyabrın 12-də Mexiko şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Rabitə və Nəqliyyat Katibliyi arasında telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2010-cu il oktyabrın 12-də Mexiko şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Rabitə və Nəqliyyat Katibliyi arasında telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-
[1]
ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Meksika Birləşmiş Ştatları tərəfini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2010-cu il 1258
AZƏRBAYCAN RESPUBLİKASININ RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ VƏ MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARININ RABİTƏ VƏ NƏQLİYYAT KATİBLİYİ ARASINDA TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA - KOMMUNİKASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ
ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ
Bundan sonra birlikdə “Tərəflər”, ayrı-ayrılıqda “Tərəf” adlandırılan Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Meksika Birləşmiş Ştatlarının Rabitə və Nəqliyyat Katibliyi (RNK),
hər iki ölkənin sosial və iqtisadi inkişafı çərçivəsində telekommunikasiya və informasiya - kommunikasiya texnologiyaları (İKT) sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi və möhkəmləndirməyi arzu edərək,
hər biri öz ölkəsində səmərəli və etibarlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar eyni məqsəd və maraqları
bölüşərək,
ümumi maraq kəsb edən sahələr üzrə aparılan əməkdaşlığın hazırkı səviyyəsinin fikir, məlumat, xxxxx və təcrübə mübadiləsi yolu ilə təkmilləşdirilməsinin Tərəflər üçün qarşılıqlı faydalı olacağını hesab edərək,
Tərəflər arasında İKT və telekommunikasiya sahəsində mövcud potensialları və imkanları müəyyən etmək üçün bu sahədə texniki və xxxx əməkdaşlığı daha da gücləndirməyi qərara alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
MADDƏ 1
Hazırkı Sazişin məqsədi Tərəflər arasında telekommunikasiya və İKT sahəsində bərabərlik və qarşılıqlı fayda əsasında texniki və xxxx əməkdaşlığı həyata keçirmək məqsədilə imkanların müəyyən edilməsindən ibarətdir.
MADDƏ 2
Tərəflər arasında əməkdaşlıq aşağıdakıları əhatə edir:
a) İKT-nin inkişafı;
b) İKT-nin tətbiqi;
c) İKT sahəsinin inkişaf etdirilməsində tətbiq olunan siyasət üzrə təcrübə mübadiləsi, yeni texnologiyaların və xidmətlərin inkişafı və tətbiqi;
d) Şəbəkə və informasiya təhlükəsizliyi;
e) Telekommunikasiya və tariflər, o cümlədən kənd telekommunikasiyası sahəsində tətbiq olunan dövlət siyasəti üzrə təcrübə mübadiləsi;
f) Ümumdünya Poçt İttifaqı və Beynəlxalq Telekommunikasiya İttifaqı kimi beynəlxalq təşkilatlarda Tərəflərin milli maraqları üst-üstə düşdüyü təqdirdə bir-birini dəstəkləməsi və təcrübə mübadiləsi; və
g) Yuxarıda göstərilən sahələr üzrə Tərəflərin razılaşdığı hər hansı digər məsələlər.
MADDƏ 3
Tərəflər texniki və xxxx əməkdaşlıq üzrə hazırkı Sazişdə müəyyən olunmuş fəaliyyətlərin aşağıdakı vasitələrlə həyata keçirilməsinə razılaşırlar:
a) Məlumat, sənəd və digər materialların mübadiləsi;
b) Birgə seminarlar, konfranslar, forumlar və sərgilərin keçirilməsi;
c) Texniki heyət, mütəxəssis və ekspert mübadiləsi;
d) Kadrların hazırlanması və təkmilləşdirilməsi;
e) Tərəflərin razılaşdığı hər hansı digər məsələlər.
MADDƏ 4
Hazırkı Sazişin icrasını təmin etmək üçün Tərəflər Sazişin qüvvədə olduğu və/və ya yeniləndiyi müddət ərzində
Sazişin ayrılmaz tərkib hissəsini təşkil edəcək Xüsusi Proqramlar yaratmağa razılaşırlar.
Tərəflər hazırkı Sazişin icrasının Maddə 2-də müəyyən olunmuş bütün sahələr üzrə Xüsusi Proqramların yaradılmasına təsir etməyəcəyi barədə razılığa gəlirlər. Eyni zamanda, Tərəflər öz dövlətlərində qüvvədə olan milli qanunvericiliklə ziddiyyət təşkil edən fəaliyyət növləri üzrə əməkdaşlıq etməyə öhdəlik daşımırlar.
Müəyyən olunmuş Xüsusi Proqramlardan hər biri xxx xxxx müvafiq sənədin imzalandığı gündən etibarən qüvvəyə minəcəkdir. Hər bir Proqramın qüvvədə olma müddəti hər iki tərəfin razılaşdırdığı tarixədək davam edəcəkdir. Xitam verilmə tarixi müəyyən edilmədikdə, Proqramın xitam verilmə tarixi Sazişin xitam verilmə tarixinə müvafiq olacaqdır.
Xüsusi Proqramlar aşağıda müəyyən olunmuş şərtlərə müvafiq xxxx xüsusi layihələr və ya fəaliyyətlər vasitəsilə ümumiləşdiriləcəkdir:
a) inkişaf etdiriləcək məqsədlər və fəaliyyətlər;
b) fəaliyyət proqramı və/və ya tədbirlər planı;
c) təyin olunmuş işçi heyətin ixtisası, sayı və səlahiyyət müddəti;
d) hər bir Tərəfin məsuliyyətləri, o cümlədən material, insan və maliyyə resursları;
e) qiymətləndirmə mexanizmləri, və
f) səlahiyyətli şəxslərin imzaları.
Xüsusi Proqramların hazırlanmasından asılı olmayaraq Tərəflərdən hər biri texniki və xxxx əməkdaşlıq prosesində yarana biləcək əlavə təkliflər formalaşdıra bilər və həmin təkliflər hazırkı Sazişə əlavə olunan proqramların tərkib hissəsini təşkil edəcək.
MADDƏ 5
Hazırkı Saziş əsasında yerinə yetirilən texniki və xxxx əməkdaşlıq üzrə fəaliyyətlərin müvafiq əlaqələndirilməsi, idarə edilməsi və qiymətləndirilməsi mexanizmini yaratmaq, eləcə də Sazişin yerinə yetirilməsi üçün ən məqbul şəraitin yaradılması məqsədilə hər iki Tərəfin nümayəndələrindən ibarət İşçi Qrup təsis ediləcəkdir və onun fəaliyyəti aşağıdakı qurumlar tərəfdən əlaqələndiriləcəkdir:
- RİTN tərəfindən - Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumlan ilə iş şöbəsi;
- RNK tərəfindən - Telekommunikasiya və Yayım Siyasəti üzrə Ümumi Direksiya.
İşçi Qrup hər bir layihə üzrə müəyyən edilmiş tədbirlər planı və/və ya fəaliyyət proqramından asılı olaraq hazırkı Sazişin həyata keçirilməsindən irəli gələn fəaliyyətlərin qiymətləndirilməsi məqsədilə görüşəcəkdir. İşçi Qrup Saziş üzrə əldə olunmuş irəliləyiş və nailiyyətlərə dair hesabatlar hazırlayacaq və öz aidiyyəti Dəftərxanasına və qarşılıqlı razılaşma əsasında hər iki Tərəfin müəyyən olunmuş qurumlarına təqdim edəcəklər.
MADDƏ 6
Tərəflər hazırkı Sazişdə müəyyən olunmuş fəaliyyətlərini aidiyyəti büdcələrdən ayrılmış vəsait hesabına, vəsaitin olmasından və Tərəflərin iştirakından asılı olaraq maliyyələşdirəcəklər, xxxxx alternativ maliyyə mexanizmləri olduğu və Tərəflər bunu münasib hesab etdikləri təqdirdə fəaliyyətlərinin maliyyələşdirilməsini həyata keçiriləcəklər.
MADDƏ 7
Hazırkı Saziş çərçivəsində yerinə yetirilmiş fəaliyyətlər nəticəsində kommersiya dəyəri xxxx məhsullar və/və ya əqli mülkiyyət yaranarsa, hüququn verilməsi üçün Tərəflər əqli mülkiyyətin qorunması üzrə hər iki ölkədə qüvvədə xxxx beynəlxalq konvensiyalara uyğunluğunu təmin edəcəklər.
Hazırkı Saziş çərçivəsində həyata keçirilmiş əməkdaşlıq fəaliyyəti nəticəsində istənilən növ məlumat yaranarsa, bu məlumat elan ediləcək, dərc olunacaq və/və ya hər iki Tərəf tərəfindən və hər iki Tərəfin razılığı ilə kommersiya məqsədləri üçün istifadə olunacaqdır.
MADDƏ 8
Tərəflər öz dövlətlərində qüvvədə olan milli qanunvericiliyə müvafiq olaraq məxfi və ya konfidensial hesab olunan məlumat, material və mühafizə olunan materialların hazırkı Saziş çərçivəsində ötürülə bilinməyəcəyi barədə razılığa gəlirlər.
Hazırkı Sazişə müvafiq olaraq fəaliyyətlər həyata keçirilərkən mühafizə və məxfilik tələb edən və ya tələb olunması ehtimal edilən məlumat, material və/və ya avadanlıqlar müəyyən olunarsa, Tərəflər səlahiyyətli qurumlan bu barədə məlumatlandıracaq və yazılı qaydada müvafiq tədbirlər görəcəklər.
Mühafizə olunmayan və ya qeyri-məxfi, xxxxx ötürülməsi Tərəflərdən birinin qanunvericiliyi ilə tənzimlənən məlumatlar, material və avadanlıqların ötürülməsi qaydaları həmin Tərəfin qüvvədə olan milli qanunvericiliyinə müvafiq olaraq həyata keçiriləcək və növbəti ötürülmə zamanı müəyyən edilməlidir. Tərəflərdən biri zəruri hesab edərsə, belə mülkiyyətin icazəsiz ötürülməsini və ya yenidən ötürülməsinin qarşısının almaq üçün tədbirlər görüləcəkdir.
MADDƏ 9
Tərəflər razılaşırlar ki, hazırkı Sazişin məqsədinin, eləcə də onun icrasından irəli gələn fəaliyyətlərin yerinə yetirilməsi üçün hər bir Tərəfin təyin etdiyi işçi heyət onu işəgötürən Tərəfin rəhbərliyi və tabeçiliyi altında fəaliyyətinə davam edəcəkdir. Beləliklə, Tərəflərin hər biri əmək və sosial müdafiə məsələlərində cavabdehliyi öz üzərinə götürəcək və heç bir halda digər Tərəfin işçilərinin birgə və ya əvəz edən işəgötürəni hesab edilməyəcəkdir.
MADDƏ 10
Tərəflər işçi görüşlərdə və/və ya hazırkı Sazişdən irəli gələn layihələrdə iştirak edən nümayəndə heyətlərinin üzvlərinin gediş-gəlişini asanlaşdırmaq üçün öz səlahiyyətləri daxilində zəruri tədbirləri yerinə yetirəcəklər. Həmin iştirakçılar qəbul edən ölkənin digər qanunları ilə yanaşı miqrasiya, vergi, gömrük, tibbi-sanitar və milli təhlükəsizlik üzrə qüvvədə xxxx qanunlarına riayət edəcək və həmin Tərəfin bu sahədə səlahiyyətli qurumunun qabaqcadan müvafiq icazəsi olmadan onlara həvalə edilmiş funksiyalardan başqa fəaliyyətlər yerinə yetirməyəcəklər.
MADDƏ 11
Hazırkı Saziş çərçivəsində müəyyən olunmuş əməkdaşlıq Tərəflərin digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
MADDƏ 12
Hazırkı Sazişin təfsiri və tətbiqindən irəli gələn hər hansı fərq və ya fikir ayrılığı Tərəflərin qarşılıqlı razılığı ilə həll ediləcəkdir.
MADDƏ 13
Hazırkı Xxxxx, onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Hazırkı Xxxxx iki il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti iki illik müddətlərə uzadılacaqdır.
Hazırkı Saziş Tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər, belə dəyişikliklərin qüvvəyə minməsinin tarixi müəyyən edilməklə yazılı qaydada yazışmalar vasitəsilə rəsmiləşdirilə bilər.
Hazırkı Sazişə vaxtından əvvəl xitam verilməsi, Tərəflərin bunun əksinə xüsusi münasibət bildirmədiyi təqdirdə Sazişin qüvvədə olduğu müddət ərzində həyata keçirilən tədbirlərin yekunlaşdırılmasına təsir etməyəcəkdir.
Bu Saziş Mexiko şəhərində 12 oktyabr 2010-cu il tarixində iki əsl nüsxədə hər biri Azərbaycan, ispan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASININ RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ
adından
MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARININ RABİTƏ VƏ NƏQLİYYAT KATİBLİYİ
adından
Xxx Xxxxxxx Rabitə və İnformasiya Texnologiyaları Xxxxxx
uan Xxxxxxxxx Xxxxxxx Xxxxxxxxxx Rabitə və Nəqliyyat Katibi
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 1027)
2. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1521)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, 09, maddə 1027) ilə 2-ci hissədə “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, 170 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1521) ilə 2-ci hissəyə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.