arasında sosial təminat haqqında Saziş”in tətbiqinə dair Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında İnzibati Razılaşma
“Serbiya Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti
arasında sosial təminat haqqında Saziş”in tətbiqinə dair
Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi
ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
arasında
İnzibati Razılaşma
Bundan sonra “Tərəflər” adlandırılacaq Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 aprel 2022-ci il tarixində Belqrad və Bakı şəhərlərində imzalanmış “Serbiya Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş”in 11-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq
aşağıdakılar barədə razılığa gəldilər:
I BÖLMƏ
Ümumi müddəalar
Maddə 1
Anlayışlar
Bu İnzibati Razılaşmanın məqsədləri üçün:
“Saziş” - 7 aprel 2022-ci il tarixində Belqrad və Bakı şəhərlərində imzalanmış “Serbiya Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” deməkdir;
“İnzibati Razılaşma” - Sazişin tətbiqinə dair bu İnzibati Razılaşma deməkdir.
İnzibati Razılaşmada istifadə olunan digər terminlər Sazişdə müəyyən edilən mənaları ifadə edir.
Maddə 2
Səlahiyyətli qurumlar
Serbiya Respublikasına münasibətdə:
Respublika Pensiya və Əlillikdən Sığorta Fondu;
Respublika Tibbi Sığorta Fondu;
Hərbi Qulluqçuların Sosial Sığortası Fondu;
Azərbaycan Respublikasına münasibətdə:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu – sosial sığorta və əmək pensiyaları ilə bağlı;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi – əlilliyin qiymətləndirilməsi ilə bağlı.
2. Sazişin və İnzibati Razılaşmanın həyata keçirilməsi məqsədilə bu maddənin 1-ci bəndində müəyyən edilmiş səlahiyyətli qurumlar əməkdaşlıq edirlər, qarşılıqlı hüquqi və inzibati yardım göstərirlər.
Maddə 3
Əlaqələndirici orqanlar
Əlaqələndirici orqanlar aşağıdakılardır:
Serbiya Respublikasına münasibətdə:
- Sosial Sığorta İnstitutu;
Azərbaycan Respublikasına münasibətdə:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu.
Maddə 4
Səlahiyyətli qurumların və əlaqələndirici orqanların vəzifələri
Səlahiyyətli qurumlar və ya əlaqələndirici orqanlar Sazişin və İnzibati Razılaşmanın tətbiqi üçün tələb olunan prosedurları müəyyən edir, habelə rəsmi dövlət dillərində və ingilis dilində tərtib olunacaq formaları razılaşdırırlar.
II BÖLMƏ
Tətbiq edilən qanunvericiliyə dair müddəalar
Maddə 5
Sazişin 8-ci maddəsinin tətbiqi
Sazişin 8-ci maddəsinin tətbiqi üçün qanunvericiliyi tətbiq edilən Razılığa gələn Tərəfin səlahiyyətli qurumu müəyyən edilmiş arayış əsasında bu qanunvericiliyin müəyyən müddət ərzində tətbiq edilməsini təsdiq edir.
Bu maddənin 1-ci bəndində göstərilən arayış sığortaolunanın və ya işəgötürənin sorğusu əsasında aşağıdakı səlahiyyətli qurumlar tərəfindən verilir:
Serbiya Respublikasına münasibətdə:
Respublika Tibbi Sığorta Fondu;
Hərbi Qulluqçuların Sosial Sığortası Fondu;
Azərbaycan Respublikasına münasibətdə:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu.
Səlahiyyətli qurumlar sorğunun qeydə alındığı tarixdən 15 (on beş) iş günü müddətində bu maddədə göstərilən arayışın verilməsinə çalışırlar.
III BÖLMƏ
Pensiyalara dair xüsusi müddəalar
Maddə 6
Pensiyalara dair ərizələrin təqdim olunması və emalı
Digər Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən pensiyaya dair (pensiyanın təyin edilməsi, yenidən hesablanması və ödənilməsi üzrə) müraciəti qəbul edən bir Razılığa gələn Tərəfin səlahiyyətli qurumu ərizəçidən həmin müraciət üzrə qərarın qəbul edilməsi üçün digər Razılığa gələn Tərəfin səlahiyyətli qurumu tərəfindən tələb olunan təsdiqedici sənədlərin təqdim edilməsini tələb edir.
Pensiyaya dair müraciəti qəbul edən səlahiyyətli qurum onu yoxlayır və müraciətin təqdim edilmə tarixini qeyd etməklə digər Razılığa gələn Tərəfin ərazisində və mümkün üçüncü ölkədə toplanmış və müəyyən edilmiş formalarda təsdiq edilməmiş sığorta stajını əks etdirən sənədlərin müvafiq əsl nüsxələrini və ya fotosurətlərini əlavə etməklə gecikdirmədən digər Razılığa gələn Tərəfin səlahiyyətli qurumuna göndərir. Müraciəti göndərən səlahiyyətli qurum tətbiq etdiyi qanunvericiliyə uyğun olaraq nəzərə alınan sığorta stajını təsdiq edir və ərizəçiyə ödənilən pensiyalar haqqında məlumat verir.
Xxxxxxxx görə pensiyaya dair ərizə ilə yanaşı, Sazişin 12-ci maddəsinin 3-cü bəndində göstərilən tibbi sənədlər də təqdim edilir.
Maddə 7
Pensiyaların ödənişi
Bir Razılığa gələn Tərəfin səlahiyyətli qurumu digər Razılığa gələn Tərəfin ərazisində yaşayan pensiya alana rübdə bir dəfə pensiya ödənişi həyata keçirir. Pensiya xxxx şəxs müəyyən edilmiş formadan istifadə edərək sağ olması barədə təsdiq edilmiş şəhadətnaməni ildə iki dəfə – aprel və oktyabr aylarında pensiya ödənişini həyata keçirən səlahiyyətli quruma təqdim edir.
Razılığa gələn Tərəflərin səlahiyyətli qurumları Sazişə əsasən pensiya ödənişlərinin tətbiq etdikləri qanunvericiliyə uyğun olaraq tam, düzgün və vaxtında köçürülməsinə məsuliyyət daşıyırlar.
Razılığa gələn Tərəflərin səlahiyyətli qurumları və ya əlaqələndirici orqanları pensiya ödənişləri, eləcə də hüquqların həyata keçirilməsi üçün əhəmiyyət kəsb edən digər məlumatlarla bağlı elektron məlumat mübadiləsinə dair razılığa gələcəklər.
Maddə 8
Pensiya ödənişləri ilə bağlı xərclər
Sazişə uyğun olaraq bir Razılığa gələn Tərəfin səlahiyyətli qurumu pensiyaları digər Razılığa gələn Tərəfinin ərazisinə avro (EUR) və ya dollarla (USD) köçürür və xidmət göstərən banka (göndərən banka) köçürülmə ilə bağlı xərclər pensiyanı təyin edən Razılığa gələn Tərəfin səlahiyyətli qurumu tərəfindən həyata keçirilir. Pensiyanın xidmət göstərən bankdan (göndərən bankdan) pensiya alanın hesabına köçürülməsi ilə bağlı xərclər pensiya alanın özü tərəfindən ödənilir.
Pensiyanı təyin edən Razılığa gələn Tərəfin ərazisində pensiya ödənişləri həmin dövlətin milli valyutasında həyata keçirilir.
Maddə 9
Artıq ödəmələr
Sazişin 16-cı maddəsinə uyğun olaraq Razılığa gələn Tərəfin pensiyanı ödəyən və dayandıran səlahiyyətli qurumu pensiyanın artıq ödənildiyini müəyyən edərsə, kompensasiya üçün digər Razılığa gələn Tərəfin səlahiyyətli qurumuna müraciət edə bilər. Müraciətdə səlahiyyətli qurum artıq ödəniş məbləğini ödənişin edildiyi valyutada göstərir.
Mümkün olduğu təqdirdə artıq ödənilmiş pensiyaların xxxx ödənişi səlahiyyətli qurumlar tərəfindən kompensasiya yolu ilə həyata keçirilir. Bu zaman pensiyanı artıq ödəmiş səlahiyyətli qurum digər Razılığa gələn Tərəfin səlahiyyətli qurumundan Razılığa gələn Tərəflərin dövlətlərinin qanunvericiliyinə zidd olmadığı təqdirdə artıq ödənilmiş məbləğin bu qurum tərəfindən ödəniləcək pensiya məbləğindən çıxılmasını tələb edə bilər.
Bu maddənin 2-ci bəndinə uyğun olaraq, artıq ödənilmiş vəsaitlərin tam həcminin xxxx qaytarılması mümkün olmadıqda Razılığa gələn Tərəflərin dövlətlərinin qanunvericiliyinə zidd olmadığı təqdirdə artıq ödənilmiş vəsaitlər digər Razılığa gələn Tərəfin səlahiyyətli qurumu tərəfindən pensiya alanın ailə üzvlərinə ödəniləcək növbəti ödənişlərdən (dəfn üçün müavinət, ödənilməmiş pensiyalar, ailə başçısını itirməyə görə müavinət) tutula bilər.
Bank xərcləri ilə əlaqədar xxxx ödəmə zamanı İnzibati Razılaşmanın 8-ci maddəsindəki prosedur tətbiq edilir.
Maddə 10
Vəfat etmiş şəxsə ödənilməmiş pensiya məbləğlərinin ödənişi
Pensiya xxxx vəfat etdiyi təqdirdə bir Razılığa gələn Tərəfin səlahiyyətli qurumu digər Razılığa gələn Tərəfin səlahiyyətli qurumunu pensiya alanın vəfat etdiyi tarixi göstərməklə məlumatlandırır.
Pensiya alanın ölümü ilə əlaqədar alınmamış pensiyaların ödənişi pensiya ödənişini həyata keçirən səlahiyyətli qurumun aid olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən bu məbləği almaq hüququ xxxx şəxsin yazılı ərizəsi əsasında həyata keçirilir. Əgər ərizəçi digər Razılığa gələn Tərəfin ərazisində yaşayış yerinə malikdirsə, ərizəni almış Razılığa gələn Tərəfin səlahiyyətli qurumu tələb olunan sənədlərlə birlikdə pensiya ödənişini onu həyata keçirən digər Razılığa gələn Tərəfin səlahiyyətli qurumuna 15 (on beş) iş günü ərzində ötürülməsinə çalışır.
Bu maddənin 2-ci bəndində göstərilən şəxsə ödənilməmiş pensiyaların ödənişi İnzibati Razılaşmanın 7-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
IV BÖLMƏ
Digər müddəalar
Maddə 11
Statistik məlumatların mübadiləsi
Sazişin 12-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, əlaqələndirici orqanlar hər il mart ayının sonunda digər Razılığa gələn Tərəfin ərazisində yaşayış xxxx xxxx pensiya alanlara əvvəlki il ərzində ödənilmiş pensiyalar barədə məlumat mübadiləsi aparırlar. Məlumat mübadiləsi pensiya növləri, pensiya alanların sayı və ödənilmiş məbləğlər üzrə aparılır.
Maddə 12
İnzibati əməkdaşlıq
Bütün zəruri məlumatlar Razılığa gələn Tərəflərin səlahiyyətli qurumları arasında poçt vasitəsilə və ya elektron şəkildə mübadilə edilir.
Razılığa gələn Tərəflərin səlahiyyətli qurumları zərurət olduğu təqdirdə rəsmi dövlət dillərində yazılmış ərizə və digər sənədlərin ingilis dilinə tərcümə edilməsində bir-birinə yardım edirlər.
Maddə 13
Qüvvəyə minmə və müddət
Bu İnzibati Razılaşma Sazişlə eyni tarixdən tətbiq olunur və Saziş qüvvədə olduğu müddətdə etibarlıdır.
Tərəflər qarşılıqlı yazılı razılıq əsasında İnzibati Razılaşmanın mətninə düzəlişlər edə bilərlər.
Belqrad şəhərində “.......”.................. 2022-ci il tarixində hər biri serb, Azərbaycan və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Təfsir zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətnə üstünlük verilir.
Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi adından |
|
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından
|