AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası və Ukrayna arasında 2000-2009-cu illərdə iqtisadi əməkdaşlıq haqqında Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası və Ukrayna arasında 2000-2009-cu illərdə iqtisadi əməkdaşlıq haqqında 2000-ci il xxxxxx 16-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti XXXXXX XXXXXX
Bakı şəhəri, 18 iyul 2000-ci il
№ 918-IQ
Azərbaycan Respublikası və Ukrayna arasında 2000-2009-cu illərdə iqtisadi əməkdaşlıq haqqında
MÜQAVİLƏ
Bundan sonra «Razılığa Gələn Tərəflər» adlandırılan Azərbaycan Respublikası və Ukrayna, Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında
16 mart 2000-ci il tarixli Müqaviləni rəhbər tutaraq,
bərabər hüquqlu və qarşılıqlı faydalı ticarət-iqtisadi və istehsalat münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, onlara uzunmüddətli və davamlı xarakter vermək üçün iki dövlətin iqtisadi və xxxx-texniki potensialından səmərəli istifadə edilməsi və onların xalqlarının rifahının yüksəldilməsinin zəruriliyinə əsaslanaraq,
iqtisadi islahatların aparılmasının uyğunlaşdırılmasına, əmtəələrin, xidmətlərin, kapitalın və iş qüvvəsinin sərbəst yerdəyişməsinə mərhələlər üzrə keçməyə şərait yaradılmasına xüsusi əhəmiyyət verərək,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Razılığa Gələn Tərəflər Azərbaycan Respublikası və Ukrayna arasında 2000-2009-cu illərə uzunmüddətli iqtisadi əməkdaşlıq Proqramını (bundan sonra -Proqram) həyata keçirəcəklər.
Proqramın maliyyələşdirilməsi qaydaları zərurət yarandıqca hər bir tədbir üzrə ayrılıqda razılaşdırılır.
M a d d ə 2
Razılığa Gələn Tərəflərin iqtisadi əməkdaşlığı hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarına və milli qanunvericiliyə əməl edilməklə mülkiyyət və tabeçilik formasından asılı olmayaraq təsərrüfat subyektləri arasında qarşılıqlı əlaqələr yolu ilə həyata keçirilir.
Razılığa Gələn Tərəflər hər iki dövlətin milli qanunvericiliyinə uyğun olaraq iqtisadi əməkdaşlıq üzrə birgə layihə və proqramların hazırlanması və həyata keçirilməsinə istehsal kooperasiyasının inkişafına kömək edilməsinə, özəlləşdirmədə, investisiya layihələrində qarşılıqlı iştiraka əlverişli şərait yaradacaqlar.
Razılığa Gələn Tərəflər mütəmadi olaraq sosial-iqtisadi islahatların, struktur dəyişikliklərinin əsas istiqamətləri, xarici iqtisadi fəaliyyət, gömrük-tarif və vergi siyasəti, antiinhisar nizamlanma sahəsində normativ hüquqi baza haqqında daim məlumat mübadiləsi aparacaq, zəruri halda bu sahələrdə ikitərəfli sazişlər bağlayacaqlar.
M ə d d ə 3
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna birgə Hökumətlərarası Komissiyası vasitəsilə Proqramın yerinə yetirilməsini əlaqələndirəcək, onun həyata keçirilməsinə mərhələlər üzrə nəzarət edəcək, zəruri hallarda ona düzəlişlər aparacaqlar.
M a d d ə 4
Proqramın yerinə yetirilməsinin gedişinə, ildə bir dəfədən az olmayaraq, İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan Ukrayna birgə Hökumətlərarası Komissiyanın iclasında baxılır.
M a d d ə 5
Bu Müqavilənin müddəalarının təfsiri və tətbiqi ilə əlaqədar yaranan mübahisələr məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunacaqdır.
M a d d ə 6
Bu Müqaviləyə, onun ayrılmaz hissəsi sayılan və 8-ci maddəyə müvafiq olaraq qüvvəyə minən, protokollarla rəsmiləşdirilən, dəyişiklik və əlavələr edilə bilər.
M a d d ə 7
Hazırkı Müqavilənin müddəalarının icrası Razılığa Gələn Tərəflərin digər beynəlxalq müqavilə və sazişlər üzrə hüquq və öhdəliklərinə toxunmur.
M a d d ə 8
Bu Müqavilə Razılığa Gələn Tərəflərdən Müqavilənin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili posedurları yerinə yetirdiklərini təsdiq edən son yazılı bildiriş alındığı tarixdən qüvvəyə minir və 2009-ci il dekabrın 31-dək qüvvədədir.
Razılığa Gələn Tərəflərdən hər biri digər Razılığa Gələn Tərəfə yazılı bildiriş göndərmək yolu ilə bu Müqavilənin qüvvəsini ləğv edə bilər. Bu halda Müqavilə belə bildirişin alındığı tarixdən 6 (altı) ay sonra öz qüvvəsini itirir.
Bu Müqavilənin qüvvəsinin ləğv edilməsi onun qüvvəsinin ləğv edilməsi haqqında yazılı bildirişdən əvvəl Proqrama uyğun olaraq həyata keçirilməsinə başlanılmış layihələrin yerinə yetirilməsinə toxunmur.
Bakı şəhərində 2000-ci il xxxxxx 16-da hər biri Azərbaycan, Ukrayna və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, bütün mətnlər autentikdir.
Bu Müqavilənin təfsiri və tətbiqi zamanı fikir ayrılığı yarandığı təqdirdə Razılığa Gələn Tərəflər rus dilində xxxx mətnə üstünlük verəcəklər.
Azərbaycan Respublikası Ukrayna
adından adından
(imza) (imza)
Azərbaycan Respublikası ilə Ukrayna arasında 2000—2009-cu illərdə İqtisadi Əməkdaşlıq haqqında Müqaviləyə
ƏLAVƏ
Azərbaycan Respublikası ilə Ukrayna arasında 2000-2009-cu illərdə uzunmüddətli
İqtisadi Əməkdaşlıq
PROQRAMI
I. İQTİSADİ ƏMƏKDAŞLIĞIN HAZIRKI VƏZİYYƏTİ VƏ İNKİŞAF PROBLEMLƏRİ
Azərbaycan Respublikası ilə Ukrayna arasında 50-dən artıq ikitərəfli sənəd imzalanmışdır. İki Dövlətin qarşılıqlı münasibətlərinin tənzimlənməsində başlıca sənədlər Dostluq və
Əməkdaşlıq haqqında Müqavilə və Dövlətlərarası Münasibətlərin Əsasları haqqında Müqavilədir.
Xarici iqtisadi münasibətlərin genişləndirilməsi üçün sərbəst ticarət haqqında, istehsalat kooperasiyası haqqında, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında hökumətlərarası sazişlər imzalanmışdır.
İkitərəfli əməkdaşlığın inkişafına gömrük, tədiyə-hesablaşma, nəqliyyat, hərbi, rabitə, humanitar məsələlərlə bağlı əlaqələrin tənzimlənməsi istiqamətində mövcud sazişlər köməklik edirlər.
Beləliklə, hamı tərəfindən qəbul olunmuş hüquqi mexanizmlərlə, prinsipial yeni əsasda lazımi müqavilə — hüquqi bazası yaradılmışdır. Bu, təsərrüfat fəaliyyəti ilə məşğul xxxx subyektlər arasında bazar iqtisadiyyatı prinsipləri əsasında hər iki ölkənin ticarət-iqtisadi və xxxx-texniki əməkdaşlığının daha da inkişaf etdirilməsinə səmərəli hüquqi, iqtisadi zəmin yaradır.
Bununla yanaşı, Azərbaycan Respublikasında və Ukraynada, hər iki dövlət tərəfindən müstəqillik elan olunandan sonra baş verən köklü dəyişikliklər, bazar mexanizminin yaradılması, təsərrüfat və kooperasiya əlaqələrinin zəifləməsi, istehsalın həcminin əhəmiyyətli dərəcədə azalması və qarşılıqlı mal dövriyyəsinin aşağı düşməsi ilə müşayiət olunmuşdur.
Əvvəllər formalaşmış kooperasiya əlaqələrinin pozulması, müəssisələrin maliyyə vəziyyətinin pisləşməsi, qarşılıqlı hesablaşmalar sisteminin qeyri-mükəmməlliyi, vergiqoyma sisteminin qeyri-simmetrikliyi şəraitində əmtəə dövriyyəsi strukturu da korlanmışdır.
İqtisadi sferada Azərbaycan Respublikası və Ukraynanın əməkdaşlığının ən mühüm istiqamətlərindən biri — sahələrin və müəssisələrin kooperasiya və texnololoji əlaqələrinin bərpasına xidmət edən birgə istehsal strukturlarının yaradılması, maşınqayırma, kimya, yanacaq-energetika sahələrində və hərbi-sənaye kompleksi müəssisələrində ixtisaslaşmanın qorunub saxlanması və ondan səmərəli istifadə olunması, maliyyə-sənaye qruplarının formalaşdırılması yolu ilə investisiya və maliyyə ehtiyatlarının səfərbər edilməsi zəif inkişaf etmişdir. Belə strukturların təşkili və fəaliyyəti üçün hüquqi əsas xxxx Azərbaycan Respublikasının və Ukraynanın qanunvericilik aktları hələlik əhəmiyyətli dərəcədə fərqlənir ki, bu da həmin qurumların yaradılması prosesində ciddi əngələ çevrilir.
Texniki cəhətdən mürəkkəb xxxx və elm tutumlu məmulatlar da daxil olmaqla, müxtəlif növ məhsulların istehsalı sahəsində fundamental tədqiqatların aparılması, metrologiyanın inkişafı və Azərbaycan Respublikası və Ukraynanın etalon bazasının təkmilləşdirilməsində qarşılıqlı maraq kəsb edən problemlərin həlli üzrə uzunmüddətli dövlətlərarası məqsədli kompleks proqramların işlənməsində də analoji vəziyyət yaranmışdır.
Azərbaycanın və Ukraynanın təsərrüfat subyektlərində hər iki dövlətin ərazilərində yerləşən, ilk növbədə energetika, qara və əlvan metallurgiya, Aqrar Sənaye Kompleksinin emaledici bölməsi, toxuculuq sənayesi sahələrinin müəssisələrinin səhmləşdirilməsində iştiraka qarşılıqlı maraq yarandığı halda, normativ-hüquqi bazada fərqlərin olması səbəbindən onların bu prosesdə iştirakı özünün lazımi inkişafını tapmır.
Azərbaycan Respublikası ilə Ukrayna arasında tranzit rejiminin razılaşdırılması, yerli vergilərin, yığımların və gömrük rüsumlarının tutulması sistemi ilə əlaqədar məsələlər tam həll
olunmayıb, ticarət gəmiçiliyi, hava əlaqələri, xxxx kəməri nəqliyyatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın imkanlarından lazımi səviyyədə istifadə edilmir.
Azərbaycan Respublikasının və Ukraynanın iqtisadi münasibətlərindəki mövcud problemlər adekvat qərarların qəbul olunmasını, bu Proqram əsasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın uzunmüddətli strategiyasının işlənib hazırlanmasını tələb edir.
II. PROQRAMIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Proqram Azərbaycan Respublikası və Ukrayna tərəfindən razılaşdırılmış tədbirlər kompleksinin, o cümlədən: normativ-hüquqi, iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi, xxxx- texniki və digər əlaqələrin inkişafına dövlət köməyinin göstərilməsi, milli iqtisadiyyatların aparıcı sahələrinin istehsal sferalarının əməkdaşlığı əsasında hər il qarşılıqlı mal dövriyyəsinin artırılması, o cümlədən üçüncü tərəfin mallarının tranzitinin uzunmüddətli əsasda həyata keçirilməsi məqsədilə işlənib hazırlanmışdır.
Bu məsələlərin həlli üçün Proqram Azərbaycan Respublikası və Ukraynanın dövlət orqanlarının aşağıdakı əsas istiqamətlər üzrə qarşılıqlı fəaliyyətini nəzərdə tutur:
əhalinin həyat səviyyəsinin qaldırılması maraqlarına uyğun olaraq hər iki dövlətin iqtisadiyyatlarının yüksəldilməsinə yönəldilmiş iqtisadi əməkdaşlığın inkişafını təmin edəcək yolların birgə axtarılması;
dövlətlərin bazar iqtisadiyyatı formalaşdırılarkən institusional dəyişikliklərin həyata keçirilməsində razılaşdırılmış qarşılıqlı fəaliyyət;
Azərbaycan Respublikası və Ukrayna ərazisində təsərrüfat subyektləri tərəfindən inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, onun məhdudlaşdırılması və dayandırılması;
hər iki dövlətin iqtisadiyyatının strukturunun yenidən qurulmasına konseptual yanaşmaların yaxınlaşdırılması, təsərrüfat subyektlərində istehsalın genişləndirilməsi, onun inkişafı üçün investisiyaların artırılması, elm və qabaqcıl texnologiya sahəsində nailiyyətlərin tətbiqi, buraxılan məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılmasına maraq yaratmaq;
hər iki ölkədə kiçik və xxxx sahibkarlığın inkişafına kömək etmək.
Proqramın yerinə yetirilməsi prosesində aşağıdakı vəzifələrin həll edilməsi qarşıya qoyulur:
xarici iqtisadi fəaliyyətin, vergi sisteminin və rəqabət siyasətinin tənzimlənməsi sahəsində normativ-hüquqi bazanın yaxınlaşdırılması, milli əmtəə istehsalçılarının qarşılıqlı qorunması üzrə tədbirlərin həyata keçirilməsi, regionlararası əməkdaşlığın inkişaf etdirilməsi;
iqtisadi əməkdaşlığın, ayrı-ayrı dövlətlərarası layihə və proqramlarının formalaşdırılması, müxtəlif mülkiyyət formaları və növlərində birgə müəssisələrin yaradılması, istehsal kooperasiyasının inkişaf etdirilməsi, hər iki ölkənin ərazisində milli və xarici investorların
qarşılıqlı fəaliyyətlərinin aktivləşdirilməsi;
Azərbaycan Respublikası və Ukraynanın xalq təsərrüfatı strukturlarının qarşılıqlı tamamlama imkanlarından istifadə edilməsi;
nəqliyyat və rabitənin kommunikasiyalarının səmərəli istifadəsi və inkişaf etdirilməsi; ödəmə-hesablama və kredit-maliyyə münasibətlərinin təkmilləşdirilməsi;
fond bazarlarının inkişafında qarşılıqlı fəaliyyət;
iqtisadi münasibətlərin təhlükəsizliyinin təmin olunması, qarşılıqlı səmərəli iqtisadi əməkdaşlıq üçün xxxxx xxxx məlumatın yayılması üzrə sistemlərin tətbiqi;
qarşılıqlı ticarət, kredit və investisiya risklərinin mükəmməl sığorta sistemlərinin yaradılması.
III. İQTİSADİYYAT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ
Bu Proqramla Azərbaycan Respublikası və Ukrayna arasında əməkdaşlığın genişləndirilməsini həyata keçirmək və ikitərəfli iqtisadi münasibətlərin gələcək inkişafının əsasını qoymaq nəzərdə tutulur.
Tərəflər hər iki tərəfin təsərrüfat subyektləri üçün eyni dərəcədə sərfəli hüquqi şəraitin yaradılmasına yardım edəcəklər.
Uzunmüddətli əməkdaşlığın istiqamətlərinin razılaşdırılmasının həyata keçirilməsi nəzərdə tutulur.
Əsas strateji istiqamətlər kimi aşağıdakıları hesab etmək olar:
istehsalın və iqtisadi artımın sabitləşməsinə nail olunması;
tərəflərin məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac imkanlarının inkişaf etdirilməsi.
Tərəflər birgə istehsalatın yaradılması və mövcud xxxx sahələrin inkişaf etdirilməsi haqqında, həmin sahələrin pay əsasında lazımi ehtiyatlarla təmin olunmasının forma və yolları, iqtisadiyyatları üçün vacib xxxx həmin müəssisələrin istehsal profillərinin saxlanılması haqqında təkliflərə baxacaqlar. Belə sahələrə əsasən yanacaq-energetika, aqrosənaye, metallurgiya, kimya kompleksi, maşınqayırma, nəqliyyat kommunikasiyalarının inkişafı aiddir. İki ölkə arasında nəqliyyat, incinirinq, bank, turist xidməti sahələrində əməkdaşlığı inkişaf etdirmək vacibdir. Tərəflər arasında əməkdaşlığın vacib istiqaməti Avropa və Asiya ölkələri ilə ticarət-iqtisadi münasibətlərin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Avropa-
Asiya nəqliyyat dəhlizinin yaradılması və fəaliyyət göstərməsidir.
Xəzər dənizinin Azərbaycan sektorunda və eləcə də Azərbaycanın quru ərazisindəki neft- qaz yataqlarının işlənməsi və bərpası, Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqli üçün çoxvariantlı xxxx kəmərləri sistemlərinin yaradılması ilə bağlı məsələlərin praktiki həlli xüsusi əhəmiyyət kəsb edir.
İqtisadi reformaların həyata keçirilməsində tərəflərin fəaliyyətlərinin əlaqələşdirilməsində təklif olunan əsas istiqamətlərə aşağıdakılar aid edilir:
dövlətlərarası iqtisadi əlaqələrdə vahid hüquqi münasibət sisteminin yaradılması;
rəqabət siyasətinin həyata keçirilməsi, inhisarçılığa və haqsız rəqabətə imkan verilməməsi, sahibkarlığa köməklik göstərilməsində birgə fəaliyyətin həyata keçirilməsi üzrə hökumətlərarası sazişlərin hazırlanması və imzalanması;
maliyyə-sənaye qruplarının və millətlərarası şirkətlərin yaradılması üzrə hüquqi bazanın unifikasiyası üzrə təkliflərin hazırlanması;
bank sistemlərinin və digər maliyyə təşkilatlarının imkanlarının artırılması, birgə maliyyə, sığorta, lizinq və digər institutların yaradılması;
istehlakçıların hüquqlarının qorunması üzrə hər iki ölkənin qanunvericiliklərinin təkmilləşdirilməsi haqqında qanunvericilik orqanlarına təkliflər hazırlamaq və təqdim etmək.
Hər iki ölkənin iqtisadiyyatında struktur dəyişikliklərinin əsas istiqamətlərinin əlaqələndirilməsinin həyata keçirilməsi çərçivəsində dövlətlərdə hazırlanan, iqtisadiyyatda uzun müddətli struktur yenidənqurması proqramlarına konseptual yanaşma nəzərdə tutulur.
Azərbaycan Respublikası və Ukraynada həyata keçirilməli xxxx dəyişikliklər mövcud istehsal imkanlarının keyfiyyətcə yenidən qurulması ilə bağlıdır və hər iki ölkənin maraqlarına cavab verir.
Azərbaycan Respublikası və Ukraynanın iqtisadiyyatında razılaşdırılmış struktur dəyişikliklərinin aparılmasının təsirli mexanizmi birgə Azərbaycan-Ukrayna qurumunun yaradılmasıdır. Belə qurumların, əsasən də əsas sahələrdə və sənaye komplekslərində təşkili, səmərəli investisiya qoyuluşu və kapitalın sahələrarası axını səmərəli kooperasiya əlaqələrinin yaradılması və inkişafına, xxxx-texniki tərəqqinin sürətlənməsinə, ixrac imkanlarının
genişləndirilməsinə, iqtisadiyyatda proqressiv struktur dəyişikliklərinin həyata keçirilməsinə imkan yaradır.
Bununla əlaqədar struktur yaradıcı istehsalların birgə yaradılması və inkişaf etdirilməsi, bu istehsalların xxxxx xxxx ehtiyatlarla təminatında iştirakın yolları və formalarına Azərbaycan Respublikası və Ukraynanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında əsas əhəmiyyət kəsb edən müəssisələrin istehsal yönümünün saxlanılması haqqında təkliflərə baxılacaqdır.
Belə istehsallara ilk növbədə yanacaq-energetika kompleksi, maşınqayırma, elektron, yüngül, yeyinti, farmokologiya, mikrobiologiya sənayeləri, kimya kompleksi aiddir.
Məhsulların rəqabət qabiliyyətlərinin yüksəldilməsi məqsədilə, xxxx-texniki potensialın qorunması, inkişafı və onun hər iki dövlətin iqtisadiyyatının inkişafı mənafeyinə istifadə edilməsi, məhsulun istehsalı və satışı üçün yerli istehsalçılara əlverişli şəraitin yaradılması, hər iki dövlətin müəssisələrinin istehsal etdiyi məhsullara əhalinin ödənilə bilən tələbənin qabiliyyətinin yüksəldilməsinə kömək edilməsi, insafsız rəqabətdən müdafiə, müəlliflik hüququ və qarışıq hüquqların qorunması imkanlarına baxılmalıdır.
Tərəflər hər iki ölkənin mövcud xxxx potensialından səmərəli istifadə etmək məqsədi ilə xxxx, layihə və konstruktor-texnoloji təşkilatlarının əməkdaşlığına xüsusi əhəmiyyət verirlər.
İnnovasiya sahəsində əməkdaşlığın əsasını texnologiyanın aşağıdakı istiqamətlərdə inkişaf etdirilməsi təşkil edəcəkdir:
kənd təsərrüfatı və tibbi preparatlar üçün biotexnologiya;
maşınqayırma sahəsində nəqliyyat vasitələri istehsalının təşkili, Azərbaycan Respublikası və Ukrayna ərazisində neft hasilatı sənayesi üçün avadanlıqların istehsalı üzrə birgə müəssisələrin yaradılması;
metallurgiya sahəsində neft-qaz çeşidli boruların, mütərəqqi prokat profilləri, ferroərintilər və xüsusi poladların istehsalı;
kimya sənayesi sahəsində və gübrə və bitki qoruyucu vasitələrin,katalizatorların, rəngləyici məhsulların istehsalı;
yanacaq-energetika kompleksində enerjidaşıyıcıların nəql edilməsi üzrə birgə problemlərin həlli;
nəqliyyat sahəsində beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi;
rabitə sahəsində, TAE (Trans-Asiya-Avropa optiklifli rabitə kabel sistemi) layihəsinin həyata keçirilməsində əməkdaşlıq;
metrologiya, standartlaşdırma və sertifikasiya sahəsində sertifikatlaşdırma üzrə işlərin
nəticələrinin qarşılıqlı tanınması proseduralarının sadələşdirilməsi, məhsullara beynəlxalq standartların tətbiqi yolu ilə standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sistemlərinin gələcəkdə uzlaşdırılması, nümunə bazasının təkmilləşdirilməsi, fiziki kəmiyyətlərin müqayisə edilməsi.
IV. HUMANİTAR SAHƏDƏ ƏMƏKDAŞLIQ
Proqramda sosial müdafiə, o cümlədən vətəndaşların sosial təminatı, məşğulluğu, əmək şəraiti sahəsində vacib problemlərin birgə həlli zamanı hüquqi bazanın gələcəkdə təkmilləşdirilməsi, ayrıca bağlanmış sazişlər yolu ilə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin aradan qaldırılması və əməyin gigiyenası nəzərdə tutulur.
Proqramın həyata keçirildiyi dövrdə səhiyyə və sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması sahəsində dərman preparatlarının və tibbi texnikanın istehsalı, yüksək ixtisaslı kadrların hazırlanması, mütəxəssislərin, alimlərin, aspirantların, təcrübə keçənlərin və tələbələrin, eləcə də mədəniyyət və incəsənət sahəsinin, gənclər və idman, sanatoriya-kurort işi və turizmin qarşılıqlı səmərəli inkişafında səylərin əlaqələndirilməsi həyata keçiriləcəkdir.
Ətraf mühitin yaxşılaşdırılması və qorunması, təbiətdən səmərəli istifadə onun ehtiyatlarına qənaət edilməsi sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcəkdir.
V. TİCARƏT ƏLAQƏLƏRİ VƏ XİDMƏTİN İNKİŞAFI
Azərbaycan Respublikası ilə Ukrayna arasında ticarət əməkdaşlığının inkişafı və genişləndirilməsi sərbəst ticarət rejimi əsasında, ticarət-texniki maneələrin və vasitəli qeyri-tarif məhdudiyyətlərinin tədricən aradan qaldırılması, gömrük tariflərinin yaxınlaşdırılması ilə həyata keçiriləcəkdir.
Proqramın həyata keçirilməsi prosesində sərbəst ticarət rejiminin tam həyata keçirilməsi hesabına ikitərəfli ticarətin liberallaşdırılmasının daha da inkişaf etdirilməsi, rəqabət qabiliyyətli məhsul növlərinin istehsalının artırılmasına, xammal ehtiyatlarının səmərəli kompleks istifadəsinə, idxalı əvəz edən istehsalların inkişafına dövlətlərarası proqramların həyata keçirilməsinə istiqamətləndirilmiş Azərbaycan Respublikası və Ukrayna müəssisələri arasında istehsal kooperasiyası və birbaşa əlaqələrin yaradılması üçün qarşılıqlı faydalı şəraitin yaradılması üzrə təsirli tədbirlər görüləcəkdir.
Tərəflər kiçik sahibkarlıq subyektlərinin xarici iqtisadi, maliyyə və digər fəaliyyətlərini qaydaya salan münasibətlərin yaxınlaşdırılmasına, onların işgüzar əlaqələrinin genişləndirilməsinə, çoxtərəfli və ikitərəfli əsaslarda birgə proqram və layihələrin həyata keçirilməsi məsələlərinin həll edilməsinə kömək göstərəcəklər.
Nəqliyyat vasitələrinin, malların və sərnişinlərin hərəkəti üçün faydalı şərait yaratmaq məqsədi ilə ikitərəfli reqlamentləşdirici sənədlər əsasında aşağıdakı istiqamətlər üzrə gömrük, hüquq-mühafizə, sərhəd və digər orqanların qarşılıqlı fəaliyyətlərini tədricən və mütəmadi olaraq inkişaf etdirmək lazımdır:
malların tranzitinin sərbəstliyinin və qeyri ayrı-seçkilik şəraitinin təmin olunması; tranzit yükdaşımaları zamanı gömrük nəzarətinin səmərəliliyinin yüksəldilməsi;
gömrük hüquq pozuntuları ilə mübarizə məsələləri üzrə, xüsusən də narkotik maddələrin, silah və döyüş sursatlarının, partlayıcı və zəhərli şeylərin, əhalinin sağlamlığı və ətraf mühit üçün təhlükəli xxxx digər materialların qanunsuz daşınmasının qarşısının alınması sahəsində;
gömrük işinin proqram təminatının təkmilləşdirilməsi;
aksizə cəlb olunan malların daşınmasına gömrük nəzarətinin təşkilində vahid münasibətin işlənilib hazırlanması;
təsərrüfat subyektlərinin istehsal kooperasiyası çərçivəsində məhsul göndərişi zamanı gömrük nəzarətinin təkmilləşdirilməsi;
intellektual və sənaye mülkiyyəti obyektlərinə münasibətdə gömrük nəzarətinin təkmilləşdirilməsi.
Proqramda, yüklərin qarşılıqlı daşınması zamanı onlardan daha səmərəli istifadə edilməsi nəzərə alınmaqla, hər iki ölkənin nəqliyyat sistemlərinin qarşılıqlı fəaliyyəti sahəsində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat xərclərinin azaldılması, bu məqsədlə nəqliyyat sistemlərinin inkişaf etdirilməsi və yenidən qurulması üzrə razılaşdırılmış siyasətin aparılması nəzərdə tutulur.
Nəqliyyat infrastrukturunun inkişafının birgə proqramlarının işlənməsi və həyata keçirilməsi, nəqliyyat sahəsində vergi və tarif siyasətinə qarşılıqlı baxılmasına kömək edilməsi, ilk növbədə nəqliyyat dəhlizləri istiqamətləri üzrə xxx və sərnişin daşımalarında istifadə edilən vaqon, konteyner və çən parkının səmərəli istifadəsində nəqliyyat xidmətlərinin fəaliyyətlərinin əlaqələndirilməsi həyata keçirilməlidir.
Bu məsələnin birgə həyata keçirilməsi aşağıdakı istiqamətlərdə aparılacaqdır:
nəqliyyat sahəsində mövcud çoxtərəfli və ikitərəfli sazişlərin həyata keçirilməsi əsasında normativ hüquqi bazanın təkmilləşdirilməsi, yəni onun AŞ-nın normativ hüquqi bazası ilə unifikasiyası;
Azərbaycan Respublikası və Ukrayna investorlarının vəsaitlərini və eləcə də üçüncü ölkələrin kredit və kapitalını cəlb etməklə, hər iki ölkənin ərazisində Avropa-Asiya nəqliyyat dəhlizinin tikintisi üzrə birgə fəaliyyətin əlaqələndirilməsi.
Ölkələrimiz arasında ticarət əlaqələrinin təşkili və həyata keçirilməsi zəruri statistik məlumatların aktiv mübadiləsinin, ilk növbədə isə xarici ticarət üzrə rəqəmlərin müqayisəsinin edilməsini nəzərdə tutur. Statistik nəşrlər və yazıların, metodik material və işlərin, proqramların, eləcə də statistik müşahidələrin və digər məlumat yığımı növlərinin mübadiləsi, bu sahədə hər iki ölkənin qanunvericilikləri nəzərə alınmaqla xarici ticarət statistikasının təşkili prinsiplərinin razılaşdırılması da nəzərdə tutulur.
Hər iki ölkənin əmtəə və xidmət bazarlarının vəziyyətinin izlənilməsi üçün Azərbaycan Respublikası və Ukraynanın birgə məlumat sistemlərinin yaradılması, əmtəə və xidmətlərin istehsal və tələbat həcmi, onların daxili və dünya bazarlarında müqayisəli konyunkturası, bununla yanaşı rabitənin optik-lifli kabel sistemlərinin beynəlxalq layihələrini istifadə etməklə təkliflər hazırlanacaqdır. Məlumatların birgə məlumat sisteminə göndərilməsi Azərbaycan Respublikası və Ukraynanın müvafiq təşkilatları tərəfindən göstərilən razılaşdırılmış siyahısı üzrə həyata keçiriləcəkdir.
Regionlararası əməkdaşlıq öz gələcək inkişafını tapmalıdır. Onun mühüm istiqaməti əvvəllər mövcud olmuş regionlararası təsərrüfat əlaqələrini nəzərə almaqla, bu ərazilərdə yaşayan əhalinin adətlərini və mənəvi dəyərlərini saxlamaq şərti ilə həmin ərazilərin sosial- iqtisadi inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır.