AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələrə dair qlobal texniki qaydaların müəyyənləşdirilməsi haqqında" Müqaviləyə qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 1998-ci il iyunun 25-də Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsi çərçivəsində imzalanmış "Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələrə dair qlobal texniki qaydaların müəyyənləşdirilməsi haqqında" Müqaviləyə qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti XXXXXX XXXXXX
Bakı şəhəri, 12 fevral 2002-ci il
№ 260-IIQ
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI
Avropa İqtisad Komissiyası Daxili Nəqliyyat Komitəsi
Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələrə dair qlobal texniki qaydaların
müəyyənləşdirilməsi haqqında MÜQAVİLƏ
PREAMBULA
Müqavilə tərəfləri,
Təhlükəsizliyi, ətraf mühitin mühafizəsini, yanacaqdan səmərəli istifadəni, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıqların və hissələrin oğurlanması hallarına qarşı mübarizəni yüksək səviyyədə təşkil etmək üçün qlobal texniki qaydaların işlənib hazırlanması prosesini həyata keçirmək məqsədi ilə Müqavilə bağlamaq təşəbbüsünü qəbul edərək,
belə bir prosesin həmçinin mövcud texniki qaydaların bir-birinə uyğunlaşdırılmasına, dövlət, milli və regional orqanların səhiyyə, təhlükəsizlik, ətraf mühitin mühafizəsi, yanacaqdan səmərəli istifadə və təkərli nəqliyyat vasitələrinin oğurlanması hallarına qarşı mübarizə, eləcə də qlobal
səviyyədə müəyyənləşdirilmiş qaydalardan daha məqsədəuyğun xxxx qaydaların işlənməsi sahəsində hüquq və səlahiyyətlərinin tanınmasına da şərait yaradacağını qəbul edərək,
BMT/AİK-nin Səlahiyyət Dairəsi haqqında Əsasnamənin 1 (a) bəndinə və BMT/AİK-in Qaydalarının XIII Fəslinin, 50-ci Maddəsinə əsasən belə bir Müqavilə bağlamaq səlahiyyətinə malik olduqlarını nəzərə alaraq,
bu Müqavilənin Müqavilə Tərəflərindən hər hansı birinin səhiyyə, təhlükəsizlik və ətraf mühitin mühafizəsi haqqında mövcud beynəlxalq müqavilə və ya sazişlərdən irəli gələn hüquq və vəzifələri ilə heç bir ziddiyyət təşkil etmədiyini dərk edərək,
bu Müqavilənin Müqavilə Tərəflərindən hər hansı birinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə bağladığı müqavilələrdən, o cümlədən Ticarət sahəsində texniki maneələrin aradan qaldırılması haqqında Müqavilədən irəli gələn hüquq və vəzifələri ilə heç bir ziddiyyət təşkil etmədiyini, həmin müqavilələrə xxx xxxxx olaraq bu Müqavilə əsasında qlobal texniki qaydalar işləyib hazırlamaq niyyətində olduqlarını bəyan edərək,
bu Müqaviləni Tərəflərinin bu Müqavilə əsasında müəyyənləşdirilmiş qlobal texniki qaydalardan öz texniki qaydaları üçün bir əsas kimi istifadə etmək niyyətində olduqlarını,
getdikcə təkmilləşməkdə və yüksək səviyyədə təşkil olunmuş təhlükəsizlik, ətraf mühitin mühafizəsi, yanacaqdan səmərəli istifadə, təkərli nəqliyyat vasitələrinin, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələrin oğurlanması hallarına qarşı mübarizənin, eləcə də beynəlxalq ticarət, istehlakçıların seçimi, mövcud və gələcək regional texniki qaydalar və standartlar əsasında məhsullardan maksimum yararlanma amillərinin ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini dərk edərək,
hökumət və ya dövlət başçılarının səhiyyə, təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində məqsədəuyğun metodlar hazırlamaq, onları təkmilləşdirmək, eləcə də bu Müqavilə əsasında müəyyənləşdirilən qlobal texniki qaydaların onların ehtiyaclarına uyğun olub-olmadığını müəyyənləşdirmək səlahiyyətinə malik olduqlarını,
1958-ci il Müqaviləsi əsasında zəruri uyğunlaşdırma işlərinin artıq həyata keçirildiyini nəzərə alaraq,
müxtəlif coğrafi regionlarda və ərazilərdə təhlükəsizlik və ətraf mühitin mühafizəsi, yanacaq çatışmazlığı və oğurluq hallarına qarşı mübarizə problemləri, bu problemlərin həlli metodları ilə əlaqədar mövcud olan maraq və təcrübələrin, həmin sahələrdə mütəşəkkil metodların təkmilləşdirilməsinə və onlardan yayınma hallarının aradan qaldırılmasına kömək etmək üçün qlobal texniki qaydaların işlənib hazırlanmasına maraq və bu istiqamətdə mövcud təcrübənin dəyərini dərk edərək,
inkişaf etmiş dövlətlərdə, xüsusilə inkişaf etməmiş ölkələrdə, onların xüsusi problemlərini və mövcud vəziyyətini nəzərə alaraq, müəyyən olunmuş qlobal texniki qaydaların tətbiqini qarşılarına məqsəd qoyaraq,
qlobal texniki qaydaların işlənib hazırlanmasında Müqavilə Tərəflərinin təklif etdikləri texniki qaydalara şəffaf və düzgün münasibət bildirəcəyini və bu kimi münasibətlərin mənfəət və xərclərin səmərəliliyi prinsipi əsasında aparılan təhlillər üzərində qurulacağını bəyan edərək,
qlobal texniki qaydaların yüksək səviyyədə müəyyənləşdirilməsinin ayrı-ayrı dövlətlərdə onların yurisdiksiyası daxilində mövcud xxxx problemləri həqiqətən aradan qaldıracağına xidmət edəcəyini dərk edərək,
təkərli nəqliyyat vasitələri üçün istifadə olunan yanacaqların aşağı keyfiyyətinin ətraf mühitə, insanların sağlamlığına göstərdiyi mənfi təsiri və yanacaqlardan səmərəli istifadənin vacibliyini nəzərə alaraq,
bu Müqavilə əsasında qlobal texniki qaydaların işlənib hazırlanması zamanı şəffaf metodların tətbiqinin əhəmiyyətli olduğunu və bu qaydanı işləmə prosesinin Müqavilə Tərəflərinin qayda işləmə prosesləri ilə tam uyğunluğunun vacib olduğunu nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəlmişlər:
M a d d ə 1
Müqavilənin məqsədi
1.1. Bu Müqavilənin məqsədləri:
1.1.1. Dünyanın bütün regionlarından xxxx Müqavilə Tərəflərinin ətraf mühitin mühafizəsi, təhlükəsizlik, yanacağa qənaət, təkərli nəqliyyat vasitələrində quraşdırılan və istifadə olunan avadanlıq və hissələrin oğurlanması hallarına qarşı mübarizə sahəsində müştərək şəkildə qlobal texniki qaydalar işləyib hazırlama imkanı verən qlobal proses yaratmaq;
1.1.2. Qlobal texniki qaydaların işlənməsi zamanı əsas və obyektiv diqqətin bilavasitə Müqavilə Tərəflərinin mövcud texniki qaydalarına və BMT/AİK-nin Qaydalarına yönəldilməsini təmin etmək;
1.1.3. Qlobal texniki qaydaların işlənməsi zamanı obyektiv diqqətin mənfəət və xərclərin səmərəliliyi kimi məqsədəuyğun prinsiplərə, ən müasir və yüksək metodlar əsasında aparılan təhlillərə yönəldilməsini təmin etmək;
1.1.4. Qlobal texniki qaydaların işlənib hazırlanması zamanı istifadə olunan metodların şəffaflığını təmin etmək;
1.1.5. Təhlükəsizlik, ətraf mühitin mühafizəsi, yanacağa qənaət, dünya ölkələrində təkərli nəqliyyat vasitələrində quraşdırılan və istifadə olunan avadanlıqların və hissələrin oğurlanması hallarına qarşı mübarizə sahəsində nailiyyətlər əldə etmək və bu Müqavilə əsasında müvafiq tədbirlərin Müqavilə Tərəflərinin yurisdiksiyasında yüksək səviyyədə, xüsusi regional səviyyədə həyata keçirilməsini təmin etmək;
1.1.6. Müqavilə Tərəflərinin mövcud texniki qaydalarını BMT/AİK-nin Qaydalarına uyğunlaşdırmaqla, təhlükəsizlik, ətraf mühitin mühafizəsi, yanacağa və enerjiyə qənaət, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələrin oğurlanması hallarına qarşı mübarizə sahəsində yeni qlobal texniki qaydalar işləyib hazırlamaqla, onları ətraf mühitin mühafizəsi, təhlükəsizlik və yuxarıda göstərilmiş digər məqsədlərlə əlaqələndirməklə beynəlxalq ticarət sahəsində texniki maneələri aradan qaldırmaq;
1.1.7. Müəyyən ölkələrdə, xüsusilə inkişaf etmiş dövlətlərdə bu sahədə tənzimləmə işlərinin və tədbirlərinin həyata keçirilməsinə kömək etmək üçün ciddi qaydaların işlənməsini və onların qlobal texniki qaydaların işlənməsi prosesində nəzərə alınmasını təmin etməkdən ibarətdir.
1.2. Bu Müqavilə 1958-ci il Müqaviləsi ilə paralel şəkildə həyata keçiriləcək və yuxarıda göstərilmiş iki Müqavilədən hər hansı birinin ayrı-ayrılıqda tətbiqi prosesinə heç bir təsir göstərməyəcəkdir.
M a d d ə 2
Müqavilə Tərəfləri və məsləhətçi statusu
2.1. Avropa İqtisad Komissiyasının (BMT/AİK) üzvü xxxx ölkələr və AİK-nin Səlahiyyət Dairəsi haqqında Əsasnamənin 8-ci bəndinə uyğun olaraq məsləhətçi qismində AİK-yə qəbul olunmuş ölkələr tərəfindən yaradılmış regional iqtisadi inteqrasiya təşkilatları bu Müqavilənin Tərəfləri ola bilər.
2.2. Birləşmiş Millətlər Təşkilatının üzvü xxxx və AİK-nin Səlahiyyət Dairəsi haqqında Əsasnamənin 11-ci bəndinə uyğun olaraq AİK-nin müəyyən işlərində iştirak edən ölkələr və həmin ölkələrin yaratdıqları regional iqtisadi inteqrasiya təşkilatları da bu Müqavilənin Tərəfləri ola bilər.
2.3. İstənilən ixtisaslaşdırılmış idarə və təşkilat, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Sosial İqtisad Şurası tərəfindən məsləhətçi statusu verilmiş hökumətlərarası təşkilatlar və qeyri- hökumət təşkilatları həmin idarə və ya təşkilatın xüsusi marağı olduğu hər hansı məsələyə baxılarkən, işçi Tərəfin müzakirələrində məsləhətçi kimi iştirak edə bilər.
M a d d ə 3
İcra Komitəsi
3.1. Müqavilə Tərəflərinin nümayəndələri bu müqavilə üçün İcra Komitəsi yaradır və icra məsələləri ilə əlaqədar ildə bir dəfədən az olmayaraq toplaşırlar.
3.2. İcra Komitəsinin Əsasnamə müddəaları bu Müqavilənin B Əlavəsində göstərilmişdir.
3.3. İcra Komitəsi:
3.3.1. Bu Müqavilənin həyata keçirilməsinə, o cümlədən bu Müqavilə əsasında həyata keçirilən fəaliyyət prioritetlərini müəyyənləşdirməyə cavabdehdir;
3.3.2. İşçi Tərəflərin bu Müqavilə əsasında hazırladıqları və müəyyənləşdirdikləri qlobal texniki qaydalara dair tövsiyə və hesabatları nəzərdən keçirir;
3.3.3. Bu Müqavilə əsasında məqsədəuyğun xxxx digər funksiyaları yerinə yetirir;
3.4. İcra Komitəsi qlobal texniki qaydalardan ibarət Təkliflər Paketinə daxil edilmiş qaydaların müzakirə edilməsi və bu Müqavilə əsasında qlobal texniki qaydaların müəyyənləşdirilməsi haqqında yekun qərar çıxarmaq səlahiyyətinə malikdir.
3.5. İcra Komitəsi öz funksiyalarını yerinə yetirərkən məqsədəuyğun hesab etdiyi bütün mümkün mənbələrdən əldə etdiyi məlumatlardan istifadə edə bilər.
M a d d ə 4
Texniki qayda hazırlama meyarları
4.1. Bu Müqavilənin 5-ci Maddəsində göstərilməli və 6-cı Maddəsində müəyyənləşdirilməli xxxx istənilən texniki qayda aşağıdakı meyarlara cavab verməlidir:
4.1.1. İstənilən texniki qaydada istinad olunan təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr haqqında aydın məlumat verilməli;
4.1.2. Texniki qayda aşağıdakı tələblərdən ibarət olmalıdır:
4.1.2.1. O, təhlükəsizlik, ətraf mühitin mühafizəsinin, yanacaq və enerjidən səmərəli istifadənin, oğurluq hallarına qarşı mübarizənin yüksək səviyyədə təşkil olunmasını təmin etməlidir;
4.1.2.2. O, məqsədəuyğun hallarda hazırlanma xüsusiyyətlərinə görə deyil, tətbiq nöqteyi- nəzərindən ifadə olunmalıdır;
4.1.3. Texniki qayda aşağıdakı amillərdən ibarət olmalıdır:
4.1.3.1. Qaydaya riayətin praktik şəkildə nümayiş etdirilməsi üçün sınaq metodu;
4.1.3.2. Məqsədəuyğun hallarda, Müqavilənin 5-ci Maddəsində göstərilmiş texniki qaydalara münasibətdə, məhsulun növünün təsdiqi və ya məhsulun uyğunluğu, eləcə də istehsalçı müəssisənin müstəqil təsdiqetmə faktı üçün tələb olunan icazə və qeydləri, yaxud etiketləri haqqında aydın məlumat;
4.1.3.3. Müvafiq hallarda, məqsədəuyğunluq və praktik tətbiq nöqteyi-nəzərindən, Müqavilə Tərəflərindən hər hansı birinin, riayət olunması tələb edilməzdən əvvəl təklif və tövsiyə etdiyi minimum gözləmə müddəti.
4.2. Hər hansı qlobal texniki qayda müəyyən ölkələrdə, xüsusilə inkişaf etməkdə xxxx ölkələrdə qayda yaratma prosesinin həyata keçirilməsinə imkan yaratmaq üçün xxxxx xxxx müvafiq sınaq- yoxlama metodlarını, ciddilik və dəqiqlik səviyyəsini əks etdirməlidir.
M a d d ə 5
Qlobal texniki qaydalardan ibarət təkliflər paketi
5.1. Qlobal texniki qaydalar işləyib hazırlamaq, qəbul etmək və onları uyğunlaşdırmaq üçün BMT/AİK-nin bu məqsədlə hazırlanmış Qaydalarından başqa, Müqavilə Tərəflərinin texniki qaydalarından ibarət xüsusi təkliflər paketi işlənib hazırlanmalı və müzakirə edilməlidir (bundan sonra «Təkliflər Paketi» adlanacaq).
5.2. Texniki qaydaların Təkliflər Paketində göstərilməsi
İstənilən Müqavilə Tərəfi tətbiq etdiyi, tətbiq etməkdə olduğu və gələcəkdə tətbiq edəcəyi istənilən texniki qaydanı Təkliflər Paketinə daxil etmək məqsədi ilə İcra Komitəsinə müraciət edə bilər.
5.2.1. Müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuş məqsədlə müraciət edərkən aşağıdakılar təqdim olunmalıdır:
5.2.1.1. Təklif olunan qaydanın bir nüsxəsi;
5.2.1.2. Təklif olunan qaydanı əsaslandıran mövcud texniki sənədlər, o cümlədən, ən keyfiyyətli texnologiyanı, müvafiq mənfəət və xərclərin səmərəliliyini əsaslandıran sənədlər;
5.2.1.3. Məlum, mövcud yaxud birbaşa tətbiq olunan beynəlxalq könüllü standartları eyniləşdirmə sənədi.
5.2.2. İcra Komitəsi bu Maddənin 5.2.1-ci bəndinə və 4-cü Maddənin tələblərinə xxxxx xxxx bütün yazılı müraciətləri nəzərdən keçirməlidir. Həmin texniki qaydalar bu Müqavilənin B Əlavəsinin 7-ci Maddəsinin 7.1-ci bəndinə uyğun olaraq verilmiş səslərin müsbət nəticələrinə görə texniki qaydalar haqqında Təkliflər Paketinə daxil ediləcəkdir. Həmin texniki qayda ilə əlaqədar xxxx yazılı müraciətlə birlikdə təqdim olunmuş sənədlər Təkliflər Paketinə daxil edilmiş texniki qaydanın nüsxəsinə əlavə olunacaqdır.
5.2.3. Təklif olunan texniki qayda bu Maddənin 5.2.2-ci bəndinə əsasən əldə olunmuş səsvermənin nəticələri əsasında qəbul olunan tarixdə Baş Xxxxx tərəfindən Təkliflər Paketinə daxil edilmiş hesab olunur.
5.3. Qəbul olunmuş texniki qaydaların Təkliflər Paketindən çıxarılması
Qəbul olunmuş hər hansı texniki qayda aşağıdakı hallarda Təkliflər Paketindən çıxarıla bilər:
5.3.1. Hər hansı bir məhsulun tələblərini özündə birləşdirən texniki qayda, qəbul olunmuş texniki qayda kimi Qlobal Reyestrə daxil edildikdə;
5.3.2. İcra Komitəsi bu Müqavilənin B Əlavəsinin 7-ci Maddəsinin 7.1-ci bəndinə uyğun olaraq səsvermənin müsbət nəticələri əsasında Təkliflər Paketinə daxil edilmiş hər hansı qlobal texniki qaydanı təkrar təsdiq etməzsə, həmin qaydanın bu Maddə əsasında qəbul olunmasından sonra 5 (beş) illik dövrün sonunda və ya növbəti 5 (beş) illik dövrün sonunda;
5.3.3. Texniki qaydanı təklif edən Müqavilə Tərəfinin yazılı tələbi olduqda. Bu cür tələb texniki qaydanın Təkliflər Paketindən çıxarılması üçün bir hüquqi əsas hesab olunacaqdır.
5.4. Sənədlərin açıq şəkildə əldə edilməsi
Bu Maddəyə əsasən, İcra Komitəsinin nəzərdən keçirdiyi sənədləri açıq şəkildə əldə etmək olar.
M a d d ə 6
Qlobal texniki qaydalar reyestri
6.1. Bu Maddəyə əsasən işlənib hazırlanmış və müəyyənləşdirilmiş qlobal texniki qaydalar üçün reyestr hazırlanmalı və qorunub saxlanmalıdır. Həmin reyestr «Qlobal Reyestr» adlandırılmalıdır.
6.2. Mövcud qaydaların uyğunlaşdırılması yolu ilə «Qlobal Reyestr» üçün qlobal texniki qaydaların müəyyənləşdirilməsi
Müqavilə Tərəfləri həm Təkliflər Paketinə daxil edilmiş texniki qaydalar, həm də BMT/AİK-nin Qaydalarında göstərilmiş qaydalarda nəzərdə tutulmuş icra və tətbiq elementləri ilə uyğunlaşdırılmış qlobal texniki qaydalar işləmək üçün hər hansı təklif təqdim edə bilərlər.
6.2.1. Bu Maddənin 6.2-ci bəndində göstərilmiş təklif aşağıdakıları özündə birləşdirməlidir:
6.2.1.1. Təklif olunan qlobal texniki qaydanın mahiyyətinin izahatı;
6.2.1.2. Təklif olunan qlobal texniki qaydanın mətni və ya həmin qayda haqqında qısa məlumat (əgər varsa);
6.2.1.3. Bu Maddənin 6.2.4.2.1-ci bəndinə əsasən tələb olunan məlumatda göstərilən məsələlərin təhlilinə kömək edəcək mövcud sənədlər;
6.2.1.4. Təkliflər Paketinə daxil edilmiş bütün texniki qaydalar və təklif olunmuş qlobal texniki qaydada nəzərdə tutulmuş eyni konstruktiv xüsusiyyətləri və icra elementlərini özündə cəmləşdirən BMT/AİK-nin texniki qaydaları;
6.2.1.5. Məlum mövcud beynəlxalq könüllü standartları eyniləşdirmə sənədi.
6.2.2. Bu Maddənin 6.2.1-ci bəndində göstərilmiş hər bir təklif icra Komitəsinə təqdim olunmalıdır.
6.2.3. İcra Komitəsi 4-cü Maddənin və bu Maddənin 6.2.1-ci bəndinin tələblərinə cavab vermədiyini müəyyənləşdirdiyi hər hansı təklifi İşçi Tərəfin müzakirəsinə verməməlidir. İcra Komitəsi bütün digər təklifləri isə İşçi Tərəfin müzakirəsinə təqdim edə bilər.
6.2.4. Müzakirəyə verilmiş təklif əsasında uyğunlaşdırma yolu ilə qlobal texniki qayda işləyib hazırlamaq məqsədilə İşçi Tərəf:
6.2.4.1. Qlobal texniki qaydaya dair tövsiyələr hazırlamaq üçün şəffaf metodlardan istifadə edəcəkdir. Qlobal texniki qaydaya dair tövsiyələr hazırlamaq üçün İşçi Tərəf:
6.2.4.1.1. Təklif olunan qlobal texniki qaydanın mahiyyətinə və alternativ ciddilik və icra olunma səviyyəsinə xüsusi diqqət yetirəcək;
6.2.4.1.2. Təkliflər Paketinə daxil edilmiş bütün texniki qaydaları, eləcə də eyni icra elementlərini özündə birləşdirən BMT/AİK Qaydalarını təkrar nəzərdən keçirəcək.
6.2.4.1.3. Bu Maddənin 6.2.4.1.2-ci bəndində göstərilmiş qaydalara aid xxxx sənədləri nəzərdən keçirəcək;
6.2.4.1.4. Təklif olunan qlobal texniki qaydanın nəzərdən keçirilməsinə dair funksional uyğunluğun, o cümlədən əlaqədar standartların dəyərləndirilmə nəticələrini yoxlayacaq;
6.2.4.1.5. İşlənib hazırlanmaqda xxxx qlobal texniki qaydanın göstərilən məqsədə və ya 4-cü Maddədə nəzərdə tutulmuş meyarlara cavab verib-vermədiyini yoxlayacaq;
6.2.4.1.6. 1958-ci il Müqaviləsinə əsasən müəyyənləşdirilən texniki qaydanın mümkünlüyünə lazımi diqqət yetirəcəkdir.
6.2.4.2. İşçi Tərəf İcra Komitəsinə aşağıdakıları təqdim etməlidir:
6.2.4.2.1. Qlobal texniki qaydaya dair tövsiyələri, tövsiyələr hazırlanarkən nəzərə alınan bütün bilgi və məlumatları özündə əks etdirən, bu Maddənin 6.2.4.1-ci bəndində göstərilmiş məlumatlardan ibarət xxxx, tövsiyələrin əsas mahiyyətini, o cümlədən hər hansı alternativ tənzimləmə tələblərini və nəzərə alınan yanaşma metodlarını açıqlayan yazılı məlumat;
6.2.4.2.2. Tövsiyə olunan hər hansı texniki qaydanın mətni.
6.2.5. Şəffaf metodlardan istifadə etməklə İcra Komitəsi:
6.2.5.1. Qlobal texniki qaydaya dair tövsiyələrin və məlumatların bu Maddənin 6.2.4.1-ci bəndində göstərilmiş işlərin kifayət qədər və hərtərəfli yerinə yetirilməsi əsasında işlənib- işlənmədiyini müəyyənləşdirmək. Əgər İcra Komitəsi tövsiyələrin, tövsiyə olunan qlobal texniki qaydanın mətnini və həmin qayda haqqında məlumatın (əgər varsa) məqsədəuyğun olmadığını müəyyənləşdirərsə, Komitə həmin qaydanı və onunla əlaqədar xxxx məlumatı İşçi Tərəfə təkrar yoxlama aparmaq və onların üzərində əlavə işlər görmək məqsədi ilə qaytaracaqdır.
6.2.5.2. İcra Komitəsi tövsiyə olunan hər hansı qlobal texniki qaydanın bu Müqavilənin B Əlavəsinin 7-ci Maddəsinin 7.2-ci bəndində verilmiş tələblərə uyğun olaraq müəyyənləşdirilməsini təmin edəcəkdir. İcra Komitəsinin həmin qlobal texniki qaydanın lehinə verdiyi yekdil səs onun
«Qlobal Reyestr»ə daxil edilməsini təmin edəcəkdir.
6.2.6. Qlobal texniki qayda, onun lehinə icra Komitəsinin yekdil səs verdiyi tarixdə «Qlobal Reyestr» üçün müəyyənləşdirilmiş hesab olunur.
6.2.7. Hər hansı qlobal texniki qayda İcra Komitəsi tərəfindən müəyyənləşdirilən kimi, Katiblik bütün müvafiq sənədlərin surətini, o cümlədən bu Maddənin 6.2.1-ci bəndinə əsasən təqdim olunan təklif və bu Maddənin 6.2.4.2.1-ci bəndinə əsasən tələb olunan tövsiyə və məlumatları həmin qaydaya əlavə etməlidir.
6.3. Qlobal Reyestrə daxil etmək üçün yeni qlobal texniki qaydaların müəyyənləşdirilməsi
Müqavilə Tərəfindən hər biri Təkliflər Paketində və ya BMT/AİK-nin Qaydalarında göstərilən texniki qaydalarda istinad olunmayan fəaliyyət elementləri və konstruktiv xüsusiyyətlərə dair hər hansı yeni texniki qayda hazırlamaq üçün təklif təqdim edə bilər.
6.3.1. 6.3-cü bənddə göstərilmiş təklif özündə aşağıdakıları birləşdirməlidir:
6.3.1.1. Təklif olunan qlobal texniki qaydanın mahiyyətinin qısa izahatı;
6.3.1.2. Təklif olunan qlobal texniki qaydanın mətni və ya həmin qayda haqqında qısa məlumat (əgər varsa);
6.3.1.3. Bu Maddənin 6.3.4.2.1-ci bəndinə əsasən tələb olunan məlumatda göstərilən məsələlərin təhlilinə kömək edəcək mövcud sənədlər;
6.3.2. Bu Maddənin 6.3.1-ci bəndində göstərilmiş hər bir təklif İcra Komitəsinə təqdim olunmalıdır.
6.3.3. İcra Komitəsi 4-cü Maddənin və bu Maddənin 6.3.1-ci bəndinin tələblərinə cavab vermədiyini müəyyənləşdirdiyi hər hansı təklifi İşçi Tərəfin müzakirəsinə verməməlidir. İcra Komitəsi bütün digər təklifləri isə İşçi Tərəfin müzakirəsinə təqdim edə bilər.
6.3.4. Müzakirəsinə verilmiş təklif əsasında uyğunlaşdırma yolu ilə qlobal texniki qayda işləyib hazırlamaq məqsədi ilə İşçi Tərəf:
6.3.4.1. Qlobal texniki qaydaya dair tövsiyələr hazırlamaq üçün şəffaf metodlardan istifadə edəcəkdir. Qlobal texniki qaydaya dair tövsiyələr hazırlamaq üçün İşçi Tərəf:
6.3.4.1.1. Təklif olunan qlobal texniki qaydanın mahiyyətinə və alternativ ciddilik və icra olunma səviyyəsinə xüsusi diqqət yetirəcək;
6.3.4.1.2. Texniki əsaslandırmanı nəzərdən keçirəcək;
6.3.4.1.3. İqtisadi əsaslandırmanı nəzərdən keçirəcək;
6.3.4.1.4. Alternativ tənzimləmə tələblərinin və nəzərə alınan yanaşma metodlarının əhəmiyyətini yoxlayacaq;
6.3.4.1.5. Tövsiyə olunan qlobal texniki qaydanın xərc baxımından potensial effektivliyini, alternativ tənzimləmə tələblərini və nəzərə alınan yanaşma metodlarını müqayisə edəcək;
6.3.4.1.6. İşlənib hazırlanan qlobal texniki qaydanın göstərilən məqsədə və ya 4-cü Maddədə nəzərdə tutulmuş meyarlara cavab verib-vermədiyini yoxlayacaq;
6.3.4.1.7. 1958-ci il Müqaviləsinə əsasən müəyyənləşdirilən texniki qaydanın mümkünlüyünə lazımi diqqət yetirəcəkdir.
6.3.4.2. İşçi Tərəf İcra Komitəsinə aşağıdakıları təqdim etməlidir:
6.3.4.2.1. Qlobal texniki qaydaya dair tövsiyələr, tövsiyələr hazırlanarkən nəzərə alınan bütün bilgi və məlumatları özündə əks etdirən, bu Maddənin 6.3.4.1-ci bəndində göstərilmiş məlumatlardan ibarət xxxx, tövsiyələrin əsas mahiyyətini, o cümlədən hər hansı alternativ tənzimləmə tələblərini və nəzərə alınan yanaşma metodlarını açıqlayan yazılı məlumat;
6.3.4.2.2. Tövsiyə olunan hər hansı texniki qaydanın mətni.
6.3.5. Şəffaf metodlardan istifadə etməklə, İcra Komitəsi:
6.3.5.1. Qlobal texniki qaydaya dair tövsiyələrin və məlumatların bu Maddənin 6.3.4.1-ci bəndində göstərilmiş işlərin kifayət qədər və hərtərəfli yerinə yetirilməsi nəticəsində işlənib işlənmədiyini müəyyənləşdirmək. Əgər İcra Komitəsi tövsiyələrin, tövsiyə olunan qlobal texniki qaydanın mətninin və həmin qayda haqqında məlumatın (əgər varsa) məqsədəuyğun olmadığını müəyyənləşdirərsə, Komitə həmin qaydanı və onunla əlaqədar xxxx məlumatı İşçi Tərəfə təkrar yoxlama aparmaq və onların üzərində əlavə işlər görmək məqsədi ilə qaytaracaqdır.
6.3.5.2. İcra Komitəsi tövsiyə olunan hər hansı qlobal texniki qaydanın bu Müqavilənin B Əlavəsinin 7-ci Maddəsinin 7.2-ci bəndində verilmiş tələblərə uyğun olaraq müəyyənləşdirilməsini təmin edəcəkdir. İcra Komitəsinin həmin qlobal texniki qaydanın lehinə verdiyi səs onun «Qlobal Reyestr»ə daxil edilməsini təmin edəcəkdir.
6.3.6. Qlobal texniki qayda, onun lehinə İcra Komitəsi səs verən tarixdə «Qlobal Reyestr» üçün müəyyənləşdirilmiş hesab olunur.
6.3.7. Hər hansı qlobal texniki qayda İcra Komitəsi tərəfindən müəyyənləşdirilən kimi, Katiblik bütün müvafiq sənədlərin surətini, o cümlədən bu Maddənin 6.3.1-ci bəndinə əsasən təqdim olunmuş təklif və bu Maddənin 6.3.4.2.1-ci bəndinə əsasən tələb olunan tövsiyə və məlumatları həmin qaydaya əlavə etməlidir.
6.4. Müəyyənləşdirilmiş qlobal texniki qaydada dəyişiklik
Bu Maddəyə əsasən Qlobal Reyestrə daxil etmək üçün müəyyənləşdirilmiş istənilən qlobal texniki qaydada dəyişiklik etmə, Qlobal Reyestrə daxil etmək üçün yeni texniki qayda müəyyənləşdirmə prosesində bu Maddənin 6.3-cü bəndində göstərilmiş tələblərə istinad olunacaqdır.
6.5. Sənədlərin açıq şəkildə əldə edilməsi
Bu Maddəyə əsasən, İcra Komitəsinin nəzərdən keçirdiyi sənədləri açıq şəkildə əldə etmək olar.
M a d d ə 7
Müəyyən olunmuş qlobal texniki qaydaların qəbul edilməsi və onların tətbiqi haqqında xəbərdarlıq
7.1. Bu Müqavilənin 6-cı Maddəsinə əsasən hər hansı texniki qaydanın müəyyənləşdirilməsinin lehinə səs verən Müqavilə Tərəfi həmin texniki qaydanı öz qanun və qaydalarına daxil etmək üçün tətbiq etdiyi prosesə təqdim etməli və yekun qərar çıxarılmasını təmin etməlidir.
7.2. Müəyyən olunmuş hər hansı qlobal texniki qaydanı öz qaydalarına daxil edən Müqavilə Tərəfi həmin qlobal texniki qaydanı tətbiq etməyə başlayacağı tarix haqqında Baş katibə yazılı şəkildə xəbərdarlıq etməlidir. Xəbərdarlıq həmin qlobal texniki qaydanın qəbul olunduğu tarixdən sonra 60 (altmış) gün ərzində verilməlidir. Müəyyən olunmuş qlobal texniki qaydanın sayca birdən artıq mahiyyəti olduqda, Müqavilə Tərəflərinin həmin mahiyyət və prinsipdən hansını seçmiş olduqları xəbərdarlıqda göstərilməlidir.
7.3. Bu Maddənin 7.1-ci bəndində göstərilmiş və müəyyən olunmuş qlobal texniki qaydanı öz qaydalarına daxil etmək qərarı verməyən Müqavilə Tərəfi Baş katibə öz qərarı haqqında yazılı şəkildə məlumat verməli və həmin qərarı yazılı şəkildə əsaslandırmalıdır. Məlumat qərar qəbul edildikdən sonra 60 (altmış) gün ərzində verilməlidir.
7.4. Bu Maddənin 7.1-ci bəndində göstərilmiş və Qlobal Reyestrdəki qaydanın müəyyənləşdirildiyi tarixdən sonra birillik dövrün sonuna kimi həmin texniki qaydanı qəbul etməmiş olarsa və ya həmin qaydanı öz qayda-qanunlarına daxil etməmək qərarına gəlmiş olarsa, bu zaman o, dövlətdaxili prosesdə həmin qaydanın vəziyyəti barədə yazılı məlumat verməlidir. Əgər yuxarıda göstərilmiş tələblərdən heç biri həmin dövrün sonuna kimi həyata keçirilməzsə, qaydanın tətbiqi vəziyyəti haqqında yazılı məlumat hər birillik dövr üçün təqdim edilməlidir. Bu bəndə əsasən tələb olunan yazılı məlumat:
7.4.1. Xxx xx ərzində qaydanı təqdim etmək və bu barədə yekun qərar qəbul etmək üçün görülmüş tədbirlər haqqında qısa açıqlama və həmin qərarın tətbiqi tarixi əks etdirməli;
7.4.2. Məlumatın təqdim olunduğu birillik dövr başa çatdıqdan sonra 60 (altmış) gündən gec olmayaraq Baş katibə təqdim olunmalıdır.
7.5. Müəyyən olunmuş texniki qaydanı öz qanun və qaydalarına daxil etməmiş həmin qaydaya tam xxxxx xxxx məhsullar qəbul edən Müqavilə Tərəfi bu barədə Baş katibə həmin məhsulu qəbul etdiyi tarix barədə yazılı məlumat verməlidir. Müqavilə Tərəfi həmin məhsulları qəbul etməyə başladığı tarixdən sonra 60 (altmış) gün ərzində Baş katibə bu barədə xəbərdarlıq etməlidir. Müəyyən olunmuş qlobal texniki qaydanın sayca birdən artıq mahiyyəti olduqda, Müqavilə Tərəflərinin həmin mahiyyət və prinsipdən hansını seçmiş olduqları xəbərdarlıqda göstərilməlidir.
7.6. Hər hansı müəyyənləşdirilmiş qlobal texniki qaydanı öz qanun və qaydalarına daxil etmiş Müqavilə Tərəfi həmin qəbul etdiyi qlobal texniki qaydanı ləğv etmək və ya dəyişdirmək haqqında qərar qəbul edə bilər. Belə bir qərarı qəbul etməzdən əvvəl, Müqavilə Tərəfi bu təşəbbüsün səbəb və məqsədi barədə Baş katibə yazılı məlumat verməlidir. Məlumatın bu qaydada verilmə prinsipi, həmçinin bu Maddənin 7.5 bəndinə əsasən məhsulları qəbul etmiş və həmin məhsulların qəbulunu dayandırmaq istəyində xxxx Müqavilə Tərəfinə də şamil olunacaqdır. Müqavilə Tərəfi dəyişdirilmiş və ya yeni qaydanı qəbul etmək qərarı haqqında məlumatı həmin qərarın qəbul olunduğu tarixdən sonra 60 (altmış) gün ərzində Baş Katibə yazılı şəkildə göndərməlidir. Tələb olunan hallarda, Müqavilə Tərəfi dəyişdirilmiş və ya yeni texniki qaydanın nüsxələrini digər Müqavilə Tərəflərinə göndərməlidir.
M a d d ə 8
Problemlərin həlli
8.1. Müəyyən olunmuş qlobal texniki qaydanın müddəalarına dair məsələlər həll edilmək üçün İcra Komitəsinin müzakirəsinə veriləcək.
8.2. Bu Müqavilənin tətbiqi və şərhi ilə əlaqədar iki və ya daha artıq Müqavilə Tərəfləri arasında yaranan problemlər imkan daxilində həmin Müqavilə Tərəfləri arasında aparılan məsləhətləşmə və danışıqlar yolu ilə həll edilməlidir. Bu prosesdə ortaya çıxan problemlər aradan qaldırılmazsa, prosesdə iştirak edən Müqavilə Tərəfləri bu Müqavilənin B Əlavəsindəki 7-ci Maddənin 7.3-cü bəndində göstərilmiş problemi həll etmək üçün İcra Komitəsinə müraciət edə bilər.
M a d d ə 9
Müqavilə Tərəfi olmaq hüququ
9.1. Müqavilənin 2-ci Maddəsində göstərilmiş ölkələr və regional iqtisadi inteqrasiya təşkilatları:
9.1.1. Ratifikasiya, qəbul və təsdiq hüquqlarını özündə saxlamamaq şərti ilə imza etməklə;
9.1.2. Ratifikasiya, qəbul və ya təsdiq zamanı ratifikasiya, qəbul və ya təsdiq hüquqlarını saxlamaq şərti ilə imza etməklə;
9.1.3. Qəbul etməklə;
9.1.4. Qoşulmaqla bu Müqavilənin Tərəfləri olmaq hüququna malikdir.
9.2. Ratifikasiya, qəbul, təsdiq və qoşulma haqqında sənədlər Baş Katiblikdə qorunub saxlanılır.
9.3. Bu Müqavilə qüvvəyə mindikdən sonra Müqavilə Tərəfi hesab olunan:
9.3.1. Hər bir ölkə və ya regional inteqrasiya təşkilatı bu Müqavilənin 7-ci Maddəsinə uyğun olaraq bəyan etməlidir ki, onlar bu Müqavilənin 6-cı Maddəsinə əsasən müəyyən olunmuş hər hansı qlobal texniki qaydanı (qaydaları) qlobal texniki qayda (qaydalar) kimi öz qanun və qaydalarına daxil etmədən həmin qaydalara tam xxxxx xxxx məhsulları qəbul etmək barədə qərar çıxaracaqlar. Müəyyən olunmuş qlobal texniki qaydanın sayca birdən artıq mahiyyəti olduqda, Müqavilə Tərəflərinin həmin mahiyyət və prinsipdən hansını seçmiş olduğu xəbərdarlıqda göstərilməlidir.
9.3.2. Hər bir regional iqtisadi inteqrasiya təşkilatı öz səlahiyyətinə daxil xxxx məsələlərlə əlaqədar bəyan etməlidir ki, həqiqətən onun Üzv Dövlətləri bu Müqavilənin əhatə etdiyi sahələrlə bağlı hüquq və səlahiyyətlərini, o cümlədən Üzv Dövlətlər üçün qəti qərar qəbul etmə səlahiyyətini ona vermişdir.
9.4. Müqavilə Tərəfləri xxxx regional iqtisadi inteqrasiya təşkilatları bu Maddənin 9.3.2-ci bəndinə uyğun olaraq bəyan edilmiş səlahiyyətlərini itirdikdə, avtomatik olaraq Müqavilə Tərəfləri olmaq hüququndan məhrum olunur və bu barədə onlar Baş katibə dərhal məlumat verməlidirlər.
M a d d ə 1 0
İmza
10.1. Bu Müqavilə 1998-ci il iyunun 25-dən etibarən imzalanmaq üçün açıqdır.
10.2. Bu Müqavilə qüvvəyə minəcəyi tarixə qədər imzalanmaq üçün açıq olacaqdır.
M a d d ə 1 1
Qüvvəyə minmə
11.1. Bu Müqavilə və onun ayrılmaz və tərkib hissəsini təşkil edən Əlavələr minimum 5 (beş) dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı bu Müqavilənin 9-cu Maddəsinə əsasən Müqavilə Tərəfləri statusunu aldığı tarixdən sonrakı 30-cu (otuzuncu) gündə qüvvəyə minmiş hesab
olunacaqdır. Bu minimum 5 (beş) dövlətə Avropa Birliyi, Yaponiya və Amerika Birləşmiş Ştatları daxil olmalıdır.
11.2. Bu Maddənin 11.1-ci bəndinin şərtləri 10.1-ci bənddə göstərilmiş tarixdən sonra 15 (on beş) ay ərzində yerinə yetirilməzsə, bu zaman hazırkı Müqavilə və onun ayrılmaz və tərkib hissəsini təşkil edən Əlavələr minimum 8 (səkkiz) dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı bu Müqavilənin 9-cu Maddəsinə əsasən Müqavilə Tərəfləri statusu aldığı tarixdən sonrakı 30-cu (otuzuncu) gündə qüvvəyə minmiş hesab olunacaqdır. Müqavilə 10.1-ci bənddə göstərilmiş tarixdən sonra 16 (on altı) aydan tez qüvvəyə minə bilməz. Bu 8 (səkkiz) Müqavilə Tərəflərindən minimum 1-i (biri) ya Avropa Birliyi, Yaponiya, ya da Amerika Birləşmiş Ştatları olmalıdır.
11.3. Bu Müqavilə qüvvəyə mindikdən sonra onun Tərəfi xxxx istənilən ölkəyə və ya regional iqtisadi inteqrasiya təşkilatlarına münasibətdə həmin ölkə və ya regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən ratifikasiya, qəbul, təsdiq və qoşulma haqqında sənədlərini təqdim olunduğu tarixdən 60 (altmış) gün sonra qüvvəyə minəcəkdir.
M a d d ə 1 2
Müqavilədən çıxma
12.1. Müqavilə Tərəfi Baş katibə qabaqcadan yazılı şəkildə xəbərdarlıq etməklə bu Müqavilədən çıxa bilər.
12.2. Baş katib onun xəbərdarlığını bu Maddənin 12.1-ci bəndinə əsasən aldığı tarixdən bir il sonra Müqavilə Tərəfi bu Müqavilədən çıxa bilər.
M a d d ə 1 3
Müqaviləyə dəyişikliklər
13.1. İstənilən Müqavilə Tərəfi bu Müqavilə və onun Əlavələrinə dair dəyişikliklər təklif edə bilər. Təklif olunan dəyişikliklər, onları bütün Müqavilə Tərəflərinə çatdıracaq Baş katibə təqdim edilməlidir.
13.2. Bu Maddənin 13.1-ci bəndinə uyğun olaraq bütün Müqavilə Tərəflərinə çatdırılmış dəyişiklik təkliflərinə İcra Komitəsinin Planlaşdırılmış növbəti yığıncağında baxılacaqdır.
13.3. Yığıncaqda iştirak edən və səs verən Müqavilə Tərəfləri təkrar olunmuş qərarın lehinə yekdilliklə səs verərsə, bu zaman İcra Komitəsi dərhal həmin qərar haqqında qəbul edilmiş dəyişiklikləri Müqavilə Tərəflərinə çatdıracaq Baş katibə yazılı məlumat verməlidir.
13.4. Bu Maddənin 13.3-cü bəndinə əsasən Müqavilə Tərəflərinə çatdırılan dəyişikliklər, Müqavilə Tərəfləri həmin dəyişiklikləri aldıqları tarixdən sonra 6 (altı) ay ərzində öz etirazlarını bildirməzsə, avtomatik surətdə qəbul edilmiş hesab olunacaqdır. Bu müddət ərzində Müqavilə Tərəfləri dəyişikliklərə etiraz etmədikdə, bu bənddə göstərilmiş 6 (altı) aylıq müddət başa çatdıqdan sonra 3 (üç) ay ərzində bütün Müqavilə Tərəflərinə şamil olunmaq şərti ilə qüvvəyə minəcəkdir.
13.5. Baş katib mümkün qədər tez vaxt ərzində, bütün Müqavilə Tərəflərindən təklif olunmuş dəyişikliklərlə əlaqədar etiraz edib-etmədiklərini soruşmalıdır. Əgər təklif olunmuş dəyişikliklərə qarşı etiraz olarsa, həmin dəyişikliklər qəbul edilməmiş hesab ediləcək və onlar heç bir hüquqi qüvvəyə malik olmayacaqdır.
M a d d ə 1 4
Müqavilənin saxlanma yeri
Bu Müqavilə Birləşmiş Millətlər Təşkilatının arxivində qorunub saxlanacaqdır. Müqaviləni qoruyub saxlamaqdan başqa, Baş katib mümkün qədər tez vaxt ərzində Müqavilə Tərəflərinə:
14.1. 5-ci Maddəyə əsasən texniki qaydaların qəbul edilməsi və ya çıxarılması;
14.2. 6-cı Maddəyə əsasən qlobal texniki qaydaların müəyyənləşdirilməsi və dəyişdirilməsi;
14.3. 7-ci Maddəyə uyğun olaraq alınmış xəbərdarlıqlar;
14.4. 9 və 10-cu Maddəyə uyğun olaraq imzalama, qəbul etmə və qoşulma;
14.5. 9-cu Maddəyə uyğun olaraq alınmış xəbərdarlıqlar;
14.6. 11-ci Maddəyə uyğun olaraq hazırkı Müqavilənin bütün Müqavilə Tərəflərinə şamil olunmaq şərti ilə qüvvəyə minəcəyi tarix;
14.7. 12-ci Maddəyə uyğun olaraq bu Müqavilədən çıxma barədə xəbərdarlıq;
14.8. 13-cü Maddəyə uyğun olaraq hər hansı dəyişikliyin qüvvəyə minmə tarixi;
14.9. 15-ci Maddəyə uyğun olaraq ərazilər barədə alınmış xəbərdarlıqlar haqqında məlumatlar verməlidir.
M a d d ə 1 5
Müqavilənin ərazilərə şamil edilməsi
15.1. Bu Müqavilə, əgər Müqavilə Tərəfi bu Müqavilə qüvvəyə minməzdən əvvəl başqa cür tələb etməzsə, beynəlxalq əlaqələrinə görə cavabdeh olduğu Müqavilə Tərəflərindən hər hansı birinin ərazisinə və ya ərazilərinə şamil oluna bilər.
15.2. Müqavilə Tərəflərindən istənilən biri 12-ci Maddəyə uyğun olaraq bu Müqaviləni bu kimi istənilən ərazi və ya ərazilərlə münasibətdə etibarsız elan edə bilər.
M a d d ə 1 6
Katiblik
Bu Müqavilədə nəzərdə tutulmuş katiblik BMT/AİK-nin İcra Katibliyi hesab olunacaq. İcra Katibliyi aşağıdakı funksiyaları yerinə yetirəcəkdir:
16.1. İcra Komitəsinin və İşçi Tərəflərin yığıncaqlarını keçirmək;
16.2. Bu Müqavilə müddəalarına uyğun olaraq alınmış məlumatları və digər informasiyaları Müqavilə Tərəflərinə çatdırmaq;
16.3. İcra Komitəsinin tapşırdığı vəzifələri yerinə yetirmək.
ƏLAVƏ A
İzahatlar
Müqavilədə istifadə olunmuş aşağıdakı sözlər müvafiq olaraq aşağıdakı mənalara malik olacaqdır:
1. Bu Müqavilə əsasında işlənmiş qlobal texniki qaydalara münasibətdə, «qəbul etmə» dedikdə, Müqavilə Tərəfinin hər hansı qlobal texniki qaydanı özünün müvafiq qanun və qaydalarına daxil
etmədən həmin qlobal texniki qaydaya tam xxxxx xxxx məhsulları öz bazarına daxil edilməsinə imkan verən hərəkəti nəzərdə tutur.
2. Bu Müqavilə əsasında işlənilmiş qlobal texniki qaydalara münasibətdə, «daxil etmə» dedikdə, hər hansı qlobal texniki qaydanın Müqavilə Tərəfinin qanun və qaydalarına daxil edilməsi nəzərdə tutulur.
3. Bu Müqavilə əsasında işlənmiş qlobal texniki qaydalara münasibətdə, «tətbiq etmə» sözü müəyyən müddətdə, digər sözlə, Müqavilə Tərəfinin yurisdiksiyası daxilində həmin qaydanın qüvvədə olduğu müddətdə Müqavilə Tərəfinin hər hansı qlobal texniki qaydaya riayət etməsini və ya yerinə yetirməsini tələb edən hərəkət mənasını verir.
4. «Maddə» dedikdə, bu Müqavilənin hər hansı bir maddəsi nəzərdə tutulur.
5. «Yekdil səs» termini yığıncaqda iştirak edən və ya səs verən Müqavilə Tərəflərindən heç birinin bu Müqavilənin B Əlavəsindəki 7-ci Maddənin 7.2-ci bəndinə uyğun olaraq müəyyən məsələyə etiraz etməməsi xxxx xxxx düşülməlidir.
6. «Müqavilə Tərəfi» termini bu Müqaviləni imzalayan və ya onun Tərəfinə çevrilən istənilən ölkə və ya regional iqtisadi inteqrasiya təşkilatı mənasını verir.
7. «Təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr» dedikdə, xüsusiyyətləri təhlükəsizlik, ətraf mühitin mühafizəsi, yanacaq və enerjiyə qənaət, oğurluq hallarına qarşı mübarizə ilə bilavasitə xxxxx xxxx avadanlıq və hissələr nəzərdə tutulur. Bu kimi avadanlıq və hissələrə təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan siqnalizasiya sistemi, mühərriklər, işlənmiş qazları xaric edən xxxx sistemləri, səsboğucu sistemlər, oğurluğun qarşısını xxxx siqnalizasiya sistemi, xəbərdarlıq cihazları və s. sistemlər daxildir, xxxxx bunlarla məhdudlaşdırılmır.
8. «Müəyyən olunmuş qlobal texniki qayda» termini bu Müqaviləyə əsasən Təkliflər Paketinə daxil edilmiş milli və regional texniki qayda mənasını verir.
9. «Sadalanmış texniki qayda» dedikdə, bu Müqaviləyə uyğun olaraq Qlobal Reyestrə daxil edilmiş milli və ya regional texniki qayda başa düşülməlidir.
10. «İstehsalçı tərəfindən müstəqil şəkildə təsdiq olunma» dedikdə, təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələrin hər birini ayrı-ayrılıqda satışa buraxılarkən spesifik texniki tələblərə həqiqətən xxx xxxxx olmasının bilavasitə istehsalçı tərəfindən təsdiqini tələb edən hüquqi prinsip nəzərdə tutulur.
11. «Regional iqtisadi inteqrasiya təşkilatı» söz birləşməsi suveren dövlətlərin yaratdığı və ya bu dövlətlərdən təşkil olunmuş, bu Müqavilənin əhatə etdiyi məsələlərlə əlaqədar səlahiyyətə xxxxx xxxx təşkilat mənasını verir.
12. «Baş Katib» dedikdə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi başa düşülməlidir.
13. «Şəffaf şərtlər» termini bu Müqaviləyə əsasən tənzimləyici inkişaf prosesi haqqında ictimaiyyətin məlumatlandırılmasını və bu prosesdə iştirakı təmin etmək üçün nəzərdə tutulmuş şərtlər mənasını verir. Bunlara:
(1) İşçi Tərəfin və İcra Komitəsinin yığıncaqları haqqında elan və ya bildirişlərin;
(2) Qüvvədə xxxx və ya yekun sənədlərin çap etdirilməsi daxildir. Bu işlərə həmçinin:
(1) Məsləhətçi statusu verilmiş təşkilatlar vasitəsilə İşçi Tərəfin yığıncaqlarında müzakirə olunmuş fikir və arqumentlər;
(2) Müqavilə Tərəflərinin nümayəndələri ilə yığıncaqqabağı məsləhətləşmələr yolu ilə İşçi Tərəfin və İcra Komitəsinin yığıncaqlarında səsləndirilən fikir və arqumentlər haqqında məlumat xxxx imkanı da daxildir.
14. «Növün təsdiq edilməsi» dedikdə, nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələrin həqiqətən də spesifik texniki tələblərə xxx xxxxx olması haqqında hər hansı Müqavilə Tərəfinin verdiyi və həmin nəqliyyat vasitəsi, avadanlıq və hissənin kommersiya məqsədi ilə tətbiq olunmasına dair zəruri şərt kimi istifadə olunan yazılı təsdiq başa düşülür.
15. BMT/AİK Qaydaları» dedikdə, 1958-ci il Müqaviləsinə əsasən qəbul olunmuş Birləşmiş Millətlər Təşkilatı/Avropa İqtisad Komissiyasının qaydaları başa düşülməlidir.
16. «İşçi Tərəf» termini əsas vəzifəsi Qlobal Reyestrə daxil edilmək məqsədi ilə uyğunlaşdırılmış və ya yeni qlobal texniki qaydaların müəyyənləşdirilməsi ilə əlaqədar tövsiyələr işləməkdən və Qlobal Reyestrə daxil edilmiş həmin qlobal texniki qaydalarda edilmiş dəyişiklikləri nəzərdən keçirməkdən ibarət xxxx AİK-nin ixtisaslaşdırılmış yardımçı texniki orqan mənasını verir.
17. «1958-ci il Müqaviləsi» sözü təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün Ümumi texniki qaydaların qəbul edilməsi və həmin qaydalara uyğun təsdiq olunmuş qaydaların qarşılıqlı şəkildə tanınması şərtləri haqqında Müqavilə mənasını verir.
ƏLAVƏ B
İcra Komitəsinin tərkibi və fəaliyyət Q A Y D A L A R I
M a d d ə 1
İcra Komitəsinə üzvlük Müqavilə Tərəfləri ilə məhdudlaşdırılır.
M a d d ə 2
Bütün Müqavilə Tərəfləri İcra Komitəsinin üzvü olur.
M a d d ə 3
3.1. Bu Maddənin 3.2-ci bəndində müəyyənləşdirilmiş şərtlərdən başqa, hər bir Müqavilə 1 (bir) səs hüququna malikdir.
3.2. Əgər hər hansı regional iqtisadi inteqrasiya təşkilatı və onun bir yaxud daha artıq üzv dövləti bu Müqavilənin Tərəfləri olarsa, həmin regional iqtisadi inteqrasiya təşkilatı, səlahiyyətinə aid xxxx məsələlərlə əlaqədar olaraq, özünün bu Müqavilənin Tərəfləri xxxx üzv dövlətlərinin sayına bərabər xxxxx səs vermək hüququndan istifadə edə bilər. Belə bir təşkilat, əgər onun üzv dövlətlərindən hər xxxxx xxxx səs vermə hüququndan istifadə edirsə, səs vermək hüququndan istifadə edə bilməz və əksinə, üzv dövlətlərdən hər xxxxx xxxx, əgər onun üzv olduğu təşkilat səsvermə hüququndan istifadə edərsə, səsvermə hüququnu yerinə yetirə bilməz.
M a d d ə 4
Müqavilə Tərəflərindən hər xxxxx xxxx səs vermək üçün mütləq səsvermə prosesində iştirak etməlidir. Müqavilə Tərəflərindən hər hansı birinin öz regional iqtisadi inteqrasiya təşkilatının iştirak etdiyi səsvermə prosesində iştirakı vacib deyil.
M a d d ə 5
5.1. Bütün Müqavilə Tərəflərinin yarısından az olmayan hissəsindən ibarət yetərsay zamanı səsvermənin keçirilməsi qanuni hesab olunur.
5.2. Bu Maddəyə əsasən yetərsay və bu Əlavənin 7-ci Maddəsinin 7.1 bəndinə əsasən prosesdə iştirak etmə və səs vermə səlahiyyətinə xxxxx xxxx Müqavilə Tərəflərinin 1/3 (üçdə bir) hissəsini təşkil etmək üçün zəruri xxxx Müqavilə Tərəflərinin sayını müəyyənləşdirmək üçün hər hansı regional iqtisadi inteqrasiya təşkilatı və onun üzv dövlətləri 1 (bir) Müqavilə Tərəfi hesab olunacaqdır.
M a d d ə 6
6.1. İcra Komitəsi hər təqvim ilində keçirilən birinci iclasında öz üzvləri arasından sədr və sədr müavinini seçməlidir. Sədr və sədr müavini iclasda iştirak edən və səs verən bütün Müqavilə Tərəflərinin 2/3 (üçdə iki) hissəsinin lehinə verdiyi səslə seçilir.
6.2. Nə sədr, nə də sədr müavini eyni bir Müqavilə Tərəfindən 2 (iki) il ardıcıl şəkildə seçilə bilməz. Hər hansı ildə sədr və sədr müavini eyni bir Müqavilə Tərəfindən seçilə bilməz.
M a d d ə 7
7.1. Hər hansı milli və ya regional qayda ya bu Əlavənin 5.2-ci bəndində müəyyən olunmuş qaydada prosesdə iştirak edən və səs verən Müqavilə Tərəflərinin minimum 1/3 (üçdə bir) hissəsinin lehinə verdiyi səslə, ya da verilmiş səslərin cəmi sayının 1/3 (üçdə bir) hissəsi ilə Təkliflər Paketinə daxil edilə bilər. Hər iki halda səslərin 1/3 (üçdə bir) hissəsinə ya Avropa Birliyinin, Yaponiyanın, ya da Amerika Birləşmiş Ştatlarının səsi daxil ola bilər.
7.2. Qlobal Reyestrə daxil edilmək üçün hər hansı texniki qaydanın müəyyənləşdirilməsi, müəyyən olunmuş qlobal texniki qaydada dəyişikliklərin edilməsi və bu Müqavilənin dəyişdirilməsi iclasda iştirak edən və səs verən Müqavilə Tərəflərinin yekdil səsi ilə həyata keçiriləcəkdir. İclasda iştirak edən hər hansı Müqavilə Tərəfi qəbul edilmək üçün yekdil səsin zəruri olduğu hər hansı bir məsələyə etiraz etdikdə, həmin Müqavilə Tərəfi səsvermə tarixindən başlayaraq 60 (altmış) gün ərzində Baş katibə etirazın səbəbini yazılı şəkildə açıqlamalıdır. Əgər həmin Müqavilə Tərəfi bu müddət ərzində etirazın səbəbini açıqlamazsa, bu zaman o, qəbul olunmuş, xxxxx etiraz etdiyi məsələnin lehinə səs vermiş hesab olunur. Əgər bütün Müqavilə Tərəfləri də hər hansı məsələyə etiraz edərsə, xxxxx etirazın səbəbini açıqlamazsa, onların verdiyi səs həmin məsələnin xeyrinə verilmiş yekdil səs hesab olunacaqdır. Bu halda səsvermə tarixi həmin 60 (altmış) günlük müddətdən sonra gələn birinci günə düşən tarix hesab olunacaqdır.
7.3. Həlli tələb olunan bütün digər məsələlər İcra Komitəsinin təşəbbüsü ilə bu Maddənin 7.2-ci
bəndində nəzərdə tutulmuş səsvermə prosesində həll oluna bilər.
M a d d ə 8
Səsvermədən yayınan Müqavilə Tərəfləri səs verməmiş hesab olunurlar.
M a d d ə 9
İcra Katibi bu Müqavilənin 5.6-cı və ya 13-cü Maddələrinə əsasən səsvermənin keçirilməsi tələb olunan hallarda yaxud bu Müqavilə üzrə öhdəliklərin həyata keçirilməsi zəruri xxxx hallarda İcra Komitəsinin yığıncağını çağıra bilər.