AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Belarus Respublikası vətəndaşlarının və Belarus Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Belarus Respublikası vətəndaşlarının və Belarus Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında" 2007-ci il mayın 2-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2007-ci il
№ 401-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti
arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Belarus
Respublikası vətəndaşlarının və Belarus Respublikası ərazisində
müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının
əmək fəaliyyəti və sosial müdafiəsi haqqında
Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti,
BMT-nin insan hüquqları sahəsində əsas sənədlərinə və Beynəlxalq Əmək Təşkilatı çərçivəsində qəbul olunmuş prinsiplərə sadiqlikdən çıxış edərək,
Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Belarus Respublikası vətəndaşlarının və Belarus Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi sahəsində hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Saziş Azərbaycan Respublikası vətəndaşlarının Belarus Respublikası ərazisində və Belarus Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə bağlı məsələləri tənzimləyir.
Maddə 2
Bu Sazişin məqsədləri üçün aşağıda göstərilən terminlər bunları ifadə edir:
"əməkçi miqrant" - daimi yaşamadığı Tərəfin dövlətinin ərazisində qanuni əsaslarla qalaraq əmək fəaliyyəti ilə məşğul xxxx digər Tərəf dövlətinin vətəndaşı;
"ailə üzvü" - əməkçi miqrantla nikahda xxxx şəxs, həmçinin onun himayəsində xxxx uşaqları və işlə təmin edən Tərəfin qanunvericiliyinə müvafiq ailə üzvü sayılan digər şəxslər;
"işlə təmin edən Tərəf" - əməkçi miqrantın əmək fəaliyyətini həyata keçirdiyi Tərəfin dövləti;
"işəgötürən" - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq əməkçi miqrantı əmək və ya mülki-hüquqi müqavilə əsasında işə götürən hüquqi və ya fiziki şəxs.
Maddə 3
Bu Sazişin qüvvəsi əməkçi miqrantlara və onların ailə üzvlərinə şamil edilir.
Bu Saziş aşağıdakılara tətbiq edilmir:
a) qaçqın və ya sığınacaq axtaran şəxs statusu almış, yaxud qaçqın və ya sığınacaq axtaran şəxs statusu almaq üçün müraciət edən şəxslərə;
b) qısamüddətli əmək fəaliyyəti ilə məşğul xxxx artistlərə və idmançılara;
c) dənizçilərə;
ç) üç ayadək müddətdə ezamiyyətdə xxxx şəxslərə;
d) təhsil xxxx və təhsil müəssisələrinin proqramları əsasında təcrübə keçən şəxslərə;
e) Tərəflərin dövlətlərində akkreditə olunmuş diplomatik nümayəndəliklərdə və ya konsulluqlarda işləyən, həmçinin Tərəflərin dövlətlərinin ərazisində yerləşən beynəlxalq təşkilatlarda işləyən şəxslərə;
ə) bir Tərəfin dövlətində daimi yaşayan digər Tərəfin dövlətinin vətəndaşlarına;
f) Tərəf dövlətlərində rəsmi qeydiyyata alınmış dini təşkilatlarda dini fəaliyyətlə məşğul xxxx din xadimlərinə;
g) ali təhsil, ixtisasartırma və kadr hazırlığı üzrə təhsil müəssisələrində mühazirə kurslarının oxunması və digər tədris işləri məqsədilə mühazirə kurslarının oxunması üçün 90 gündən artıq olmayan müddətə dəvət olunan şəxslərə;
ğ) Tərəflərin dövlətlərində xarici kütləvi informasiya vasitələrinin əməkdaşları kimi akkreditə olunmuş şəxslərə.
Maddə 4
Bu Sazişin yerinə yetirilməsində Tərəfləri təmsil edən səlahiyyətli orqanlar aşağıdakılardır:
Azərbaycan Respublikası tərəfındən - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
Belarus Respublikası tərəfindən - Daxili İşlər Nazirliyi.
Maddə 5
Tərəflər əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarına hörmətlə yanaşmağı, onların hüquqlarının müdafiəsini təmin etməyi, cinsinə, yaşına, irqinə, dilinə, etnik və sosial mənşəyinə, dini və siyasi baxışlarına, vətəndaşlığına, ailə və mülkiyyət vəziyyətinə və digər əlamətlərə görə istənilən formada ayrı-seçkiliyə yol verməməyi öz üzərlərinə götürürlər.
Maddə 6
Tərəflər işlə təmin edən Tərəfin dövlətinin ərazisində əmək fəaliyyətini həyata keçirmələri məqsədilə əməkçi miqrantların mütəşəkkil qəbulu üzrə razılaşdırılmış tədbirlər həyata keçirirlər.
Tərəflər işlə təmin edən Tərəfin dövlətinin əmək bazarına ehtiyac duyulan işçilərin seçilməsi məqsədilə müvafiq qurumların yaradılmasına kömək göstərirlər.
Maddə 7
Əməkçi miqrantların onları işlə təmin edən Tərəfin ərazisinə gəlməsi, əmək fəaliyyəti, qalması və qayıtması işlə təmin edən Tərəfin milli qanunvericiliyinə və Tərəflərin dövlətlərinin bağladıqları beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
Maddə 8
Əməkçi miqrantların əmək fəaliyyəti işlə təmin edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq işəgötürənlə bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında həyata keçirilir.
Əməkçi miqrant əmək fəaliyyətini həyata keçirmək üçün işlə təmin edən Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və şərtlərlə həmin Tərəfin aidiyyəti orqanı tərəfindən verilmiş müvafiq iş icazəsinə malik olmalıdır.
Maddə 9
Tərəflər işlə təmin edən Tərəf dövlətinin ərazisində əməkçi miqrantların adaptasiyası üçün işlə təmin edən Tərəf dövlətinin qanunvericiliyinin, dilinin, əhalisinin adət-ənənələrinin öyrənilməsindən ibarət tədbirlər görürlər.
Maddə 10
Əməkçi miqrantın ailə üzvləri əməkçi miqranta verilmiş iş icazəsinin müddəti ərzində işlə təmin edən Tərəf dövlətinin qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin Tərəfin dövlətinin ərazisində qalmaq hüququna malikdirlər.
Maddə 11
Əməkçi miqrantların əməyinin mühafizəsi, əmək şəraiti və əməyin ödənilməsi ilə bağlı məsələlər, həmçinin vergiyə cəlb edilmə sosial təminat (pensiya istisna olmaqla) sosial və tibbi sığorta ilə bağlı məsələlər işlə təmin edən Tərəfin qanunvericiliyinə və Tərəf dövlətlərinin imzaladıqları beynəlxalq müqavilələrə uyğun tənzimlənir.
Əməkçi miqrantların pensiya təminatı ilə bağlı məsələlər Tərəf dövlətlərinin bağladıqları ayrıca beynəlxalq müqavilələrlə tənzimlənir.
Maddə 12
Bu Saziş qüvvəsini itirdiyi halda onun müddəaları əməkçi miqrantla işəgötürən arasında bu Saziş qüvvədə olduğu dövrdə bağlanmış əmək və ya mülki-hüquqi müqavilənin müddəti başa çatanadək qüvvədə qalır.
Maddə 13
Əməkçi miqrantlar işlə təmin edən Tərəfin qanunvericiliyi ilə müəyyən olunmuş hüquqlardan istifadə edir və vəzifələri yerinə yetirirlər.
Əməkçi miqrantlara işçilər tərəfindən ödənilən vergi, rüsum və ödənişlərlə bağlı işlə təmin edən Tərəfin qanunvericiliyi ilə yerli işçilər üçün nəzərdə tutulandan ağır olmayan qaydalar tətbiq edilir.
Maddə 14
Əməkçi miqrantlar işlə təmin edən Tərəfin milli qanunvericiliyi ilə nəzərdə tutulan şərtlərlə sosial təminat (xəstəliyə görə müavinət, hamiləliyə və doğuşa görə müavinət, istehsalatda bədbəxt hadisələrə və peşə xəstəliyinə görə müavinət, dəfn üçün müavinət) hüququna malikdirlər.
Maddə 15
İşlə təmin edən Tərəfin qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla işəgötürənin təşəbbüsü ilə əməkçi miqrantla bağlanmış əmək və ya mülki hüquqi müqaviləyə vaxtından əvvəl xitam verildikdə, işəgötürən tərəfindən əməkçi miqranta əmək və ya mülki hüquqi müqavilədə və işlə təmin edən Tərəfin qanunvericiliyi ilə nəzərdə tutulmuş əvəzödəmələr ödənilir.
Bu halda işçi, əmək və ya mülki hüquqi müqaviləyə vaxtından əvvəl xitam verildiyi gündən bir ay ərzində, iş icazəsində göstərilən qalan müddətə işlə təmin edən Tərəfin digər işəgötürəni ilə yeni əmək və ya mülki hüquqi müqavilə bağlaya bilər.
Maddə 16
Tərəflər əməkçi miqrantların əməyinin mühafizəsi, əmək şəraiti və əməyin ödənilməsi ilə bağlı işlə təmin edən Tərəfin vətəndaşları ilə eyni hüquqlara malik olmalarına zəmanət verirlər.
Əmək vəzifələrinin yerinə yetirilməsi ilə bağlı istehsalatda bədbəxt hadisə, peşə xəstəliyi və ya digər şəkildə sağlamlığın itirilməsi nəticəsində əməkçi miqrantlara dəymiş zərərin ödənilməsi işlə təmin edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 17
Tərəflər öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq, güzəştlər nəzərdə tutulan staj da daxil olmaqla, əmək (sığorta) stajını, eləcə də ixtisas üzrə əmək stajını qarşılıqlı olaraq tanıyırlar.
Maddə 18
1. Əməkçi miqrant əmək fəaliyyətini başa vurduqda və ya əməkçi miqrantla işəgötürən arasında bağlanmış əmək müqaviləsi və ya mülki hüquqi müqavilə vaxtından əvvəl pozulduqda işəgötürən, Tərəflər arasında razılaşdırılmış formaya uyğun olaraq əməkçi miqranta onun əmək fəaliyyətinin müddəti, əməyin ödənilməsi (hər ay üçün əməkhaqqının məbləği göstərilməklə) və aldığı əməkhaqqından gəlir vergisi ödəməsi haqqında özü və işlə təmin edən Tərəfin səlahiyyətli orqanı tərəfindən möhürlə təsdiq edilmiş müvafiq sənəd təqdim edir.
2. Tərəflərin səlahiyyətli orqanları bu Saziş imzalandığı gündən sonrakı bir ay ərzində bu maddənin 1-ci bəndində göstərilən sənədin formasını razılaşdırırlar.
Maddə 19
Təhsil haqqında sənədlərin tanınması ilə bağlı məsələlər Tərəf dövlətləri arasında imzalanmış ayrıca beynəlxalq müqavilələrlə tənzimlənir.
Maddə 20
Əməkçi miqrantlar tərəfindən əmək fəaliyyəti üçün nəzərdə tutulan alət və avadanlığın, həmçinin digər mallarını Tərəf dövlətlərinin gömrük sərhədlərindən keçirilməsi Tərəf dövlətlərinin qanunvericiliyinə uyğun həyata keçirilir.
Maddə 21
Əməkçi miqrantlar və onların ailə üzvləri bu Sazişin hüquqi tənzimlənməsi sahəsinə aid məsələlərlə bağlı Tərəf dövlətlərinin səlahiyyətli orqanlarına birbaşa müraciət edə bilərlər.
Bir Tərəf dövlətinin səlahiyyətli orqanlarının sorğusu ilə digər Tərəf dövlətinin səlahiyyətli orqanları öz dövlətinin qanunvericiliyinə uyğun olaraq bu Sazişin yerinə yetirilməsi ilə bağlı, arxiv materialları da daxil olmaqla, zəruri sənədləri təqdim edir.
Maddə 22
1. Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları aşağıdakılar barədə məlumat mübadiləsini həyata keçirir:
miqrasiya sahəsində milli qanunvericilik, həmçinin ona edilən əlavə və dəyişikliklər haqqında - müvafiq normativ hüquqi akt qəbul olunan gündən sonrakı bir ay ərzində;
əcnəbilərin cəlb olunması mümkün xxxx xxx (vakant) iş yerləri haqqında;
digər Tərəf dövləti vətəndaşlarının əmək fəaliyyətinə cəlb edilməsi üçün müəyyən olunmuş kvota haqqında.
2. Səlahiyyətli orqanlar bir Tərəfin dövlətindəki boş iş yerlərinə digər Tərəfin dövlətinin vətəndaşlarının işə cəlb olunması məqsədilə birgə zəruri tədbirlər görürlər.
3. Bir Tərəfin dövlətinin səlahiyyətli orqanı digər Tərəfin dövlətinin vətəndaşı xxxx əməkçi miqrantların sayı haqqında ildə iki dəfədən az olmamaqla, digər Tərəfin dövlətinin səlahiyyətli orqanına məlumat göndərir.
Maddə 23
Bu Sazişin tətbiqi ilə bağlı. Tərəflər arasında yaranan mübahisə və fikir ayrılığı Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları arasında məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 24
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi xxxx və bu Sazişin 25-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 25
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurları Tərəflərin yerinə yetirməsi haqqında sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 il müddətinə bağlanılır. Tərəflərdən biri bu Sazişin müddətinin başa çatmasına ən azı 6 ay qalmış diplomatik kanallar vasitəsilə digər Tərəfə Sazişin ləğv edilməsi niyyəti barədə yazılı bildiriş təqdim etməzsə, Xxxxx növbəti 5 illik müddətlərə uzadılır.
Bu Saziş Bakı şəhərində 2 may 2007-ci il tarixində hər biri Azərbaycan, Belarus və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir.
Bu Sazişin təfsiri ilə bağlı Tərəflər arasında fikir ayrılığı yarandıqda, rus dilində xxxx mətndən istifadə edilir.
Azərbaycan Respublikası Belarus Respublikası
Hökuməti adından Hökuməti adından
(imza) (imza)