Bir tərəfdən
Dolayı gömrük təmsilçiliyi (gömrük brokeri) M Ü Q A V İ L Ə S İ
(müqavilənin bağlandığı yer)
“ ” 20 il
Bir tərəfdən
(xxxxxx xxxx fiziki şəxsin adı, atasının adı, soyadı,
ünvanı,
şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi
(bundan sonra - təmsil olunan) və sənədi verən orqan, əgər varsa VÖEN-i, hüquqi şəxsin adı, ünvanı, VÖEN-i)
şəxsində, digər tərəfdən
(dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsin adı, ünvanı, VÖEN-i)
_ (bundan sonra – təmsilçi) şəxsində (birlikdə – tərəflər, ayrılıqda – tərəf) bu elektron müqavilə aşağıdakı şərtlərlə bağlandı.
1. Müqavilənin predmeti
1.1. Təmsilçi” tərəfindən, “Təmsil olunan şəxs”in tapşırığı ilə:
o Müvafiq gömrük proseduruna uyğun olaraq “Təmsil olunan şəxs”in adından və ya öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri xxxx sənədlərin alınmasına dair müvafiq dövlət orqanlarına müraciət edərək orada “Təmsil olunan şəxs”i təmsil etmək;
o Elektron gömrük xidmətlərindən istifadə edərək “gömrük bəyannamələrinin” tərtib edilərək gömrük rəsmiləşdirilməsinin aparıldığı müvafiq gömrük orqanına göndərilməsi;
o Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı “Təmsil olunan şəxs”i gömrük orqanlarında təmsil etmək;
o “Yaşıl-dəhliz” buraxılış sistemi ilə İxrac rəsmiləşdirilməsi zamanı zərurət yarandığı təqdirdə yüklənmiş nəqliyyat vasitəsinə “Təmsil olunan şəxs”dən aldığı gömrük təminatının (gömrük plombunun) vurulması;
o Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra mal və ya nəqliyyat vasitələrinin gömrük orqanından çıxarılması;
o Mal və ya nəqliyyat vasitələrinə dair gömrük ekspertizası tələb olunduğu halda Mərkəzi Ekspertizası İdarəsinə müraciət etmək;
o Malların qablaşdırılması, markalanması, yenidən qablaşdırılması, çatdırılması və sığortalanmasını təşkil etmək;
o Gömrük nəzarətindən irəli gələn digər hərəkətlərin yerinə yetirilməsi xidmətlərini yerinə yetirməyi və göstərilən xidmətlərin miqdarı və dəyəri barədə hesab-faktura tərtib edərək “Təmsil olunan şəxs”ə təqdim etməyi, “Təmsil olunan şəxs” isə görülən işlərin dəyərini bu Müqavilənin 3-cü bəndinin tələblərinə müvafiq qaydada ödəməyi öz öhdəsinə götürür.
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. Təmsil olunan şəxsin öhdəlikləri:
2.1.1. gömrük nəzarətinə və rəsmiləşdirilməsinə təqdim olunan mallar və nəqliyyat vasitələri barədə təmsilçiyə düzgün məlumat vermək;
2.1.2. gömrük nəzarətinə və rəsmiləşdirilməsinə təqdim olunan malların miqdarı, çəkisi və qiymətinə dair qanunvericiliklə tələb olunan sənədləri təmsilçiyə təqdim etmək;
2.1.3. gömrük nəzarətinə və rəsmiləşdirilməsinə təqdim olunan malların yerləşdiriləcəyi gömrük proseduru, mallar üzərində həyata keçiriləcək gömrük əməliyyatları və göndərilmə şərtləri barədə təmsilçiyə məlumat vermək;
2.1.4. dolayı gömrük təmsilçiliyinin gömrük rəsmiləşdirilməsinin hansı mərhələsinədək həyata keçirilməsi barədə təmsilçiyə tapşırıq vermək;
2.1.5. gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı zərurət yarandıqda gömrük orqanlarına və təmsilçiyə yardım göstərmək;
2.1.6. qanunvericiliklə nəzərdə tutulmuş gömrük ödənişlərinin, habelə təmsil olunan şəxsin adından digər dövlət orqanlarına edilə müraciətlər zamanı ödənilməsi zəruri xxxx xidmət haqlarının və meydana çıxan digər xərclərin tam həcmdə və vaxtında ödənilməsini təmin etmək;
2.1.7. Təmsil olunan şəxsin təqdim etdiyi yanlış məlumatlar əsasında yaranmış hüquqpozma faktı nəticəsində meydana çıxan cərimə öhdəliklərinin dərhal icrasını təmin etmək;
2.1.8. təmsilçi tərəfindən göstərilmiş xidmətə görə bu Müqavilənin 3.1–ci bəndində nəzərdə tutulmuş məbləğin tam həcmdə ödənilməsini təmin etmək;
2.1.9. dolayı gömrük təmsilçiliyindən imtina etdikdə dərhal təmsilçiyə məlumat vermək və ona faktiki göstərdiyi xidmətə uyğun haqq ödəmək.
2.2. Təmsil olunan şəxsin hüquqları:
2.2.1. təmsilçi öz öhdəliklərini tam və ya düzgün icra etmədikdə onun xidmətlərindən imtina etmək;
2.2.2. təmsilçinin qanunazidd hərəkətləri nəticəsində ona dəymiş ziyanın əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada təmsilçidən tələb etmək;
2.2.3. təmsilçinin xidmətlərindən imtina etdikdə, gömrük rəsmiləşdirilməsinin istənilən mərhələsində digər təmsilçi ilə müqavilə bağlamaq.
2.3. Təmsilçinin öhdəlikləri:
2.3.1. təmsil olunan şəxsin tapşırığı əsasında bu müqavilənin 1-ci bəndinə müvafiq olaraq, dolayı gömrük təmsilçiliyi fəaliyyətini tam yerinə yetirmək;
2.3.2. mal və nəqliyyat vasitələri barədə gömrük orqanlarını qanunvericiliklə müəyyən olunmuş müddətdə məlumatlandırmaq;
2.3.3. mal və nəqliyyat vasitələrinin gömrük orqanı tərəfindən müəyyən edilən marşrut və müddət ərzində təyinat yerinə çatdırılmasına nəzarət etmək;
2.3.4. nəqliyyat vasitələrinə vurulmuş eyniləşdirmə vasitələrinin zədələndiyini, nəqliyyat vasitələrinin xxx yerlərinin, tutumlarının və çənlərinin bütövlüyünün pozulduğunu və ya nəqliyyat vasitəsində gizli saxlanc yerlərini aşkar etdikdə, bu barədə dərhal təmsil olunan şəxsə və gömrük orqanlarına məlumat vermək;
2.3.5. gömrük orqanlarına təqdim edilmiş mallar üzərində gömrük nəzarəti formalarının həyata keçirilməsinə lazımi şərait yaratmaq;
2.3.6. seçilmiş gömrük proseduruna uyğun olaraq elektron gömrük bəyannamələrini düzgün formada tərtib edərək gömrük orqanlarına təqdim etmək;
2.3.7. aidiyyəti dövlət orqanlarına və tələb olunan digər təşkilatlara idxal-ixrac əməliyyatları üçün tələb olunan sertifikatların, icazələrin, lisenziyaların və digər sənədlərin alınması üçün müraciət etmək və qanunvericiliklə tələb edilən ödənişləri həyata keçirmək;
2.3.8. “Yaşıl-dəhliz” buraxılış sistemi ilə İxrac rəsmiləşdirilməsi zamanı zərurət yarandığı təqdirdə yüklənmiş nəqliyyat vasitəsinə təmsil olunan şəxsin tapşırığı əsasında təmsil olunan şəxsdən aldığı gömrük təminatını (gömrük plombunu) vurmaq və dərhal sonra təmsil olunan şəxsə məlumat vermək;
2.3.9. qanunvericiliklə nəzərdə tutulmuş gömrük ödənişlərinin tam həcmdə və vaxtında ödənilməsini, habelə təmsil olunanın digər öhdəliklərinin yerinə yetirilməsini təmin etmək;
2.3.10. qanunvericiliklə nəzərdə tutulmuş gömrük ödənişlərinin ödənilməsi təmsilçi tərəfindən həyata keçiriləcəyi təqdirdə gömrük qanunvericiliyinə müvafiq olaraq təminat üsullarından birini gömrük orqanlarına təqdim etmək;
2.4. Təmsilçinin hüquqları:
2.4.1. gömrük nəzarətinə təqdim edilən mallar və onlara dair sənədlər arasında uyğunsuzluq aşkar etdikdə dolayı gömrük təmsilçiliyi xidmətlərindən imtina etmək;
2.4.2. mal və nəqliyyat vasitələrinin yerləşdiyi gömrük nəzarəti zonalarına daxil olmaq;
2.4.3. mal və nəqliyyat vasitələrinə dair sənəd və məlumatları təmsil olunan şəxsdən tələb etmək;
2.4.4. gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı həyata keçirilən bütün gömrük əməliyyatlarında iştirak etmək;
2.4.5. faktiki göstərdiyi xidmətə uyğun haqq ödənilmədikdə, habelə təmsil olunan şəxs və ya digər şəxslər tərəfindən qanunazidd hərəkətlər aşkar etdikdə qanunvericiliyə müvafiq qaydada aidiyyəti üzrə şikayət vermək.
3. Hesablaşma
3.1. Dolayı gömrük təmsilçiliyi fəaliyyətinin həyata keçirilməsi üçün təmsil olunan şəxs təmsilçiyə manat məbləğində pul ödəyir.
(rəqəmlə və sözlə)
3.2. Bu müqavilə üzrə xidmətlərin qiyməti təmsilçi tərəfindən təsdiq olunmuş qiymət cədvəlinə uyğun olaraq ödənilir.
3.3. Görülmüş işin icra aktına müvafiq olaraq ödəniş təmsil olunan şəxs tərəfindən 3 (üç) iş günü ərzində bu müqavilənin 3.1-ci bəndində göstərilən məbləği təmsilçinin müvafiq bank hesabına köçürülür.
3.4. Digər əlavə xidmətlərin dəyəri sözügedən xidmətlərin görülməsi zamanı müəyyən olunur və təqdim olunmuş hesab-faktura və yaxud e-qaimələrə uyğun olaraq ödənilir.
3.5. Ödənişin həyata keçirildiyini təsdiq edən sənəd ödəmə həyata keçirilən gün təmsilçiyə poçt vasitəsilə göndərilir və ya şəxsən təqdim edilir.
3.6. Xxxxxxxx tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi təqdirdə göstərilməyən xidmətə görə ödənilmiş məbləğ təmsil olunan şəxsin bank hesabına xxxx köçürülməlidir.
4. Tərəflərin məsuliyyəti
4.1. Təmsil olunan şəxs mal və nəqliyyat vasitələri barədə özündə düzgün məlumatları əks etdirməyən sənədlərin təmsilçiyə təqdim edilməsinə və bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
4.2. Təmsilçi gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən xxxxxxx gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır.
5. FORS-MAJOR
5.1. Fors-major (təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, kütləvi iğtişaşlar, hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri-mümkün ola bilən səbəblər və s.) hallarında tərəflər Müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilməməsinə görə bir-biriləri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar. Göstərilən səbəblərdən müqavilənin icrası mümkün olmadıqda onun icrası həmin hadisələrin müddəti qədər uzadılır.
5.2. Bu xxxxx xxxxx öhdəliklərin yerinə yetirilməməsi fors-major hal(lar)ın baş verdiyi gündən 1 (bir) xxxxx xxx davam edərsə, hər bir tərəf digər tərəfə bildirməklə Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir.
5.3. Fors-major hal(lar)ına istinad edən Tərəf bu hal(lar)ın baş verdiyi haqqında digər Tərəfə 7 (yeddi) gün ərzində yazıldığı və (və ya) göndərildiyi andan qüvvəyə minən yazılı bildiriş verməlidir. Tərəflərdən hər biri istinad etdiyi fors-major hal(lar)ın mövcudluğunu sübut etməyə borcludur.
6. Məxfilik
6.1. İş əsnasında və onun yekunlarına dair Təmsilçi tərəfindən Təmsil olunan şəxs üçün tərtib edilmiş bütün sənədlər, habelə Təmsil olunan şəxs barədə Təmsilçiyə məlum xxxx hər hansı məlumat (şifahi və yazılı olmasından asılı olmayaraq) Təmsil olunan şəxsin razılığı yaxud tapşırığı olmadan üçüncü tərəfə ötürülə bilməz. Təmsilçi bu Müqavilə çərçivəsində Təmsil olunan şəxsdən əldə etdiyi məlumatların, istər Müqavilə müddətində,
istərsə də Müqavilə müddəti bitdikdən sonra digər tərəflər qarşısında qanunvericliklə nəzərdə tutulmuş hallar istisna olmaqla bilavasitə və ya dolayı yolla aşkarlaya bilməz.
6.2. Təmsilçinin bu müqavilənin 6.1-ci maddəsi ilə nəzərdə tutulmuş öhdəlikləri Müqаvilənin qüvvədə olma müddətinin bаşа çаtmаsından və ya ona xitam verilməsindən asılı olmayaraq qüvvədə qalır.
6.3. Yuxаrıdа göstərilənlərə xələl gətirmədən Təmsilçi Аzərbаycаn Rеspublikаsının qаnunvеriciliyinə müvаfiq оlаrаq səlahiyyətli dövlət оrqаnının rəsmi tələblərinə əsаsən, Təmsil olunan şəxsi əvvəlcədən yazılı qaydada xəbərdar etmək şərtilə məxfi məlumаtları аçıqlаya bilər.
7. Yekun müddəalar
7.1. Bu müqavilə hər iki tərəfdən gücləndirilmiş elektron imza ilə imzalandığı andan hüquqi qüvvəyə minir və gömrük təmsilçiliyi fəaliyyətinin həyata keçirildiyi müddət ərzində qüvvədə olur.
7.2. Tərəflərdən biri bu müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəf bu müqaviləyə vaxtında əvvəl xitam verə bilər.
7.3. Bu müqavilənin təfsirindən və tətbiqindən irəli gələn fikir ayrılıqları və mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilir. Qarşılıqlı razılaşma yolu ilə həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir.
8. Tərəflərin rekvizitləri
Təmsil olunan şəxs: Təmsilçi:
E. imza: E.imza: