Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı və hərbi qulluqçuların dövlət məcburi şəxsi sığortası haqqında
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı və hərbi qulluqçuların dövlət məcburi şəxsi sığortası haqqında
Saziş
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti (bundan sonra—
«Tərəflər»),
Azərbaycan Respublikası və Ukrayna arasında 9 dekabr 1992-ci il tarixində imzalanmış dostluq və əməkdaşlıq haqqında Müqaviləyə uyğun olaraq,
hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatının və hərbi qulluqçuların Dövlət məcburi şəxsi sığortasının zəmanəti üzrə razılaşdırılmış tədbirlərin görülməsinin zəruriliyini nəzərə alaraq, aşağıdakılar haqqında razılaşdılar:
Maddə 1
Tərəflərin dövlətlərinin Silahlı Qüvvələrinin, onların qüvvədə xxxx qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yaradılmış digər hərbi birləşmələrinin, Müstəqil Dövlətlər Birliyinin Silahlı Qüvvələrinin, keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrinin hərbi qulluqçularının pensiya təminatı, həmçinin bu hərbi qulluqçuların ailə üzvlərinin pensiya təminatı göstərilən hərbi qulluqçuların və onların ailə üzvlərinin ərazisində daimi yaşadıqları dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərə, normalara və qaydalara müvafiq olaraq həyata keçirilir.
1-ci abzasda göstərilən şəxslərin dövlət məcburi şəxsi sığortası onları sığorta edən
Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərə, normalara və qaydalara müvafiq olaraq həyata keçirilir.
Maddə 2
Hərbi qulluqçulara pensiyanın təyin olunması üçün xidmət illəri, bu Sazişin 1-ci
maddəsində göstərilən Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdəki xidməti (o cümlədən imtiyazlı şərtlərlə) Tərəflərin dövlətlərinin qüvvədə xxxx qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hesablanır.
Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyanın təyin edilməsi üçün pul
təminatının miqdarı (əmək haqqı) göstərilən hərbi qulluqçuların ərazisində daimi yaşadıqları dövlətin qüvvədə xxxx qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilir.
Maddə 3
Bu Sazişin 1-ci maddəsində göstərilən şəxslərin pensiya təminatına xxxx xərclər, habelə ərazisində daimi yaşadıqları, bu Sazişdəki Tərəflərin dövlətlərinin qüvvədə xxxx qanunvericiliyi ilə nəzərdə tutulmuş imtiyazların onlara verilməsi, Tərəflər arasında qarşılıqlı hesablaşmalar aparılmadan, onların bu tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan öz vəsaitləri hesabına həyata keçirilir.
Bu Sazişin 1-ci maddəsində göstərilən şəxslərin dövlət məcburi şəxsi sığortası üçün xxxx xərclər onları sığorta edən Tərəfin hesabına həyata keçirilir.
Maddə 4
Tərəflər bir-birinə dövlətlərində qüvvədə xxxx hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı və hərbi qulluqçuların dövlət məcburi şəxsi sığortası haqqında qanunvericilik aktları əsasında qəbul edilmiş normativ sənədlər barədə,
qüvvədə xxxx qanunvericiliyə edilmiş dəyişikliklər haqqında məlumat verməyi, həmçinin pensiya təminatı və dövlət məcburi şəxsi sığorta məsələlərinin vaxtında və düzgün həll olunması üçün əhəmiyyət kəsb edən halların dəqiqləşdirilməsi üzrə daimi əməkdaşlığı həyata keçirməyi öhdələrinə götürürlər.
Maddə 5
Bu Sazişin ayrı-ayrı maddələrinin və müddəalarının təfsiri və tətbiqində fikir ayrılığı yaranarsa, Tərəflər onları öz səlahiyyətli nümayəndələri arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edirlər.
Bu Sazişə hər iki Tərəfin yazılı razılığı əsasında dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 6
Bu Saziş qeyri-müəyyən müddətə bağlanır və onun qüvvəyə minməsi üçün Tərəflərin zəruri xxxx bütün dövlətdaxili qaydaların yerinə yetirilməsi haqqında axırıncı yazılı bildirişi aldığı tarixdən qüvvəyə minir.
Maddə 7
Tərəflərdən hər biri bu Sazişin qüvvəsini ləğv edə bilər, bu halda Tərəflərdən biri digər Tərəfə Sazişin qüvvədən düşməsi üçün nəzərdə tutulan müddətə ən azı 3 ay qalmış yazılı xəbərdarlıq etməlidir. Bu halda hərbi qulluqçulardan və onların ailə üzvlərindən xxxx pensiyaçılara bu Sazişə müvafiq olaraq verilmiş bütün hüquqlar onun qüvvədən düşməsindən sonra da saxlanılır.
Bakı şəhərində 2000-ci il xxxxxx 16-da hər biri Azərbaycan, Ukrayna və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı olarsa, rus dilində xxxx mətn əsas götürülür.
Azərbaycan Respublikası Hökuməti | Ukrayna Nazirlər Kabineti |