YÜK SIĞORTASI QAYDALARI
XXX SIĞORTASI QAYDALARI
FƏSİL 1 - Ümumi müddəalar
Maddə 1.
1.1. Hazırkı Qaydalar Azərbaycan Respublikasının qüvvədə xxxx xxxxx qanunvericiliyinə, o cümlədən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hazırlanmışdır və bu Qaydalarda sonradan “Sığortaçı” adlanacaq “A-Qroup Sığorta Şirkəti”nin hüquqi və fiziki şəxslərlə yüklərin könüllü sığortalanmasına dair sığorta müqavilələrinin əsaslandığı ümumi qayda və şərtlərin məcmusudur.
1.2. Hazırkı Qaydalar üzrə Sığortalı qismində yüklərin sığortalanmasında xxxxxx xxxx hüquqi və fiziki şəxslər çıxış edir.
1.3. Sığorta müqavilələri bağlanan zaman Sığortalılar sığorta ödənişini almaq hüququ xxxx fiziki və hüquqi şəxsləri (Faydalanan şəxsləri) təyin edə bilər, həmçinin sığorta hadisəsi baş verənə qədər Sığortaçı ilə Sığortalı arasında bağlanan əlavə razılaşmaya əsasən onları başqa şəxslərlə əvəz edə bilərlər.
1.4. Sığorta obyekti dedikdə sığortalanmış yükün sığorta müqaviləsi ilə müəyyən olunmuş risklər nəticəsində məruz qala biləcəyi zərərlərlə əlaqədar əmlak mənafeyi başa düşülür.
1.6. Bu sığorta şərtləri ilə, sığorta müqaviləsinin predmetinə daxil xxxx xxxxx, müqavilədə göstərilən vaxt və ya daşıma müddəti ərzində müqavilədə göstərilən dəniz, çay, avtomobil, hava nəqliyyat vasitələri və habelə dəmir yolu vasitəsilə ilə daşınması və yaxud daşınması zamanı anbarlarda müvəqqəti olaraq saxlanıldığı zaman məruz qaldığı sığorta hadisələri nəticəsində dəyən ziyan və zərərlərə sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq təminat verilir.
FƏSİL 2 – Sığorta riskləri və Sığorta müqaviləsi
Maddə 2 - Sığorta riskləri. Sığorta təminatına daxil olmayan zərərlər
2.1. Sığorta riskləri sığorta müqaviləsi (şəhadətnaməsi) ilə müəyyən edilir.
2.2. Bu sığorta ilə aşağıdakılar nəticəsində sığorta predmetlərinin məhv olmasına, ziyan və zərərlərə və ya bunlarla bağlı xərclərə təminat verilmir:
2.2.1. Sığortalının (Sığorta olunanın) və ya Xxxxxxxxxx şəxsin və ya onların nümayəndələrinin qəsdən etdiyi hərəkət və ya hərəkətsizliyi;
2.2.2. yükün təbii azalma, təbii əksilmə, təbii sızma, çəkinin və həcmin təbii azalması, təbii köhnəlmə, xarab olma;
2.2.3. Sığortalanmış yükün xüsusiyyətindən irəli gələn itki, zərər və ya xərclər;
2.2.4. Yükün qablaşdırılmasının keyfiyyətsizliyi və ya lazımi səviyyədə edilməməsi;
2.2.5. Səbəbindən asılı olmayaraq yükün çatdırılmasının gecikdirilməsi;
2.2.6. Gəmi sahiblərinin, menecerlərin, fraxt edənlərinin və ya operatorların müflisləşməsi, ödəmə qabiliyyətinin olmaması, maliyyə öhdəliklərinin yerinə yetirməmələri;
2.2.7. nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma və ya atom və ya nüvə parçalanması və (və ya) sintezi və digər bu kimi reaksiyaların istifadəsinə əsaslanan istənilən silahın tətbiq edilməsi ilə yaranan məhv olma, zədələnmə və ya xərclər;
2.2.8. Gəminin dəniz səfərinə yarasızlığı və ya gəminin, konteynerin və ya daşıyıcı nəqliyyatın sığortalanmış yükün təhlükəsiz daşınması üçün uyğun olmaması, o şərtlə ki, Sığortalı və ya onun işçiləri bu barədə yükün belə nəqliyyata yüklənməsinin sona çatması anına qədər xəbərdar olsunlar. Sığortalı gəminin dəniz səfərinə yarasızlığı və ya daşıyıcı nəqliyyatın yükün daşınması üçün uyğun olmaması barədə xəbər olmadığı halda Sığortaçı sığorta ödənişindən imtina edə bilməz.
2.2.9. zahiri görünüşdən qablaşdırılmanın tam olması və ya zədələnmədiyi halında, yükü
göndərənin konteynerdəki plombunun tamlığı halında yükün əskik olması.
2.3 Aşağıdakı halların birbaşa və ya dolayısıyla səbəb olduğu ziyan və zərərlər sığorta təminatına daxil
deyildir:
2.3.1. Gizli və ya qadağan olunmuş ticarət, qaçaqmalçılıq;
2.3.2. İdxal, ixrac və tranzit qayda və qanunlarının pozulması;
2.3.3. Sığortalının, onun adından çıxış edən şəxslərin və ya nümayəndəsinin Sığorta müqaviləsi bağlanan zaman yalan məlumat verməsi və ya qəsdli hərəkətləri.
2.3.4. Əmtəə daşınmasında səbəbindən asılı olmayaraq baş vermiş gecikmələr, karantin və ya
dayanmalar;
2.3.5. Valyuta məzənnəsi və bazar qiymətinin fərqləri və ya faiz itkiləri;
2.3.6. Gecikməyə görə ödənilən cərimə faizləri, gəlirdən məhrum olma;
2.3.7. Siçovul, qurdlar, gəmirici və həşəratların vurduğu zərərlər;
2.4. Sığorta müqaviləsində (şəhadətnaməsində) başqa şərtlər nəzərdə tutulmayıbsa, aşağıdakı hadisələr nəticəsində dəyən zərər, ziyanlar, məhv olma və ya xərclər sığorta təminatına daxil deyildir:
a) müharibə, vətəndaş müharibəsi, inqilab, üsyan, qiyam və ya bunların nəticəsində yaranmış vətəndaş iğtişaşları və ya müharibə edən tərəfə və ya onun tərəfindən düşməncəsinə edilən hərəkət.
b) zəbt etmə, müsadirə, həbs etmə, saxlanma və ya hərəkətin qadağan olunması və ya ləngidilməsi (dəniz quldurluğu istisna olmaqla), və bunların nəticələri və ya belə hərəkətlərə istənilən cəhd;
c) Dolaşan xxxxx, xxxx, torpeda və ya atılmış digər müharibə sursatları.
2.5. Sığorta müqaviləsində (şəhadətnaməsində) başqa şərtlər nəzərdə tutulmayıbsa, aşağıdakı zərər, ziyanlar, məhv olma və ya xərclər sığorta təminatına daxil deyildir:
(a) tətilçilər, lokaut nəticəsində işdən azad edilmiş işçilər tərəfindən və ya əmək iğtişaşlarında, nizamsızlıq və ya vətəndaş iğtişaşlarında iştirak edən şəxslər tərəfindən törədilən hərəkətlər nəticəsində dəyən məhv olma, zərər və ya xərclər;
(b) tətil, işdən azad etmə (lokaut), əmək iğtişaşları, nizamsızlıq və ya vətəndaş iğtişaşlarının nəticəsi xxxx məhv xxxx, zərər və ya xərclər;
(c) siyasi motivlərdən çıxış İstənilən növ terrorçu və ya istənilən şəxs tərəfindən törədilən hərəkətlər nəticəsində dəyən məhv olma, zərər və ya xərclər.
2.6. Sığortalının razılığı ilə Müqavilədə digər istisnalar nəzərdə tutula bilər.
Maddə 3 – Sığorta Qaydalarının şərtlərinin konkret Sığorta müqavilələrin şərtlərində tətbiqi
Sığortalı və Sığortaçı arasında əldə olunmuş razılığa əsasən bu qaydalarda nəzərdə tutulan şərtlər yükün növündən, hərəkət marşrutundan, daşıma vasitəsindən və daşımanın digər şərtlərindən asılı olaraq dəyişdirilə və ya sığorta praktikasında ümumi qəbul edilən şərtlərlə əvəz oluna bilər.
Bu halda hazırkı qaydalar konkret sığorta müqavilələrin müddəaları və şərtləri nəzərə alınmaqla tətbiq
edilir.
Maddə 4 - Sığorta müqaviləsinin bağlanması, ona əlavə və dəyişikliklər edilməsi, həmçinin ona xitam verilməsi qaydaları
4.1. Sığortaçı, sığorta müqaviləsi bağlanan zaman aşağıdakı məlumatların hamısını və ya bir hissəsini Sığortalıdan tələb edə bilər:
a) Yükün dəqiq adı, qablaşdırılma növü, yerlərin sayı və yükün çəkisi,
b) Konosamentlərin və ya digər daşıma sənədlərinin tarixləri və nömrələri,
c) daşıyıcı nəqliyyat vasitəsinin növü (dəniz ilə daşımalarda - gəminin adı, inşa tarixi, bayrağı və
tonnaji)
ç) yükün göndərilmə üsulu (gəmi anbarında və ya göyərtəsində, qalama, füruş, tökmə)
d) yükün göndərilmə məntəqələri, yükün boşaldılıb-yüklənmə və təyinat məntəqəsi;
e) yükün göndərilmə tarixi ə) yükün sığorta məbləği
f) sığorta şərtləri.
Sığortaçı, həmçinin sığorta müqaviləsinin bağlanılması üçün zəruri xxxx istənilən digər məlumatın təqdim edilməsini Sığortalıdan tələb edə bilər.
4.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
4.3. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə, bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
4.4. Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında sığorta müqaviləsi adlanan sənədi qarşılıqlı imzalaması yolu ilə bağlanır. Sığorta müqaviləsinin bağlanması qanunvericiliyə zidd olmayan digər formada da həyata keçirilə bilər.
4.5. Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi tərəflərin yazılı razılığı ilə edilə bilər.
4.6. Sığorta müqaviləsinə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 5. Müqavilənin tərəflərin hüquq və vəzifələri
5.1. Sığortalının hüquqları:
5.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
5.1.2 Bu Qaydalarda və ya müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Sığorta müqaviləsinə xitam vermək və ya onu ləğv etmək;
5.1.3 Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə tutula bilər.
5.2. Sığortalının vəzifələri:
5.2.1. Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
5.2.2. Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda Sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
5.2.3. Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanılmasını təmin etmək;
5.2.4. Sığorta olunanları və ya Xxxxxxxxxx şəxsi sığorta təminatının həyata keçirilməsi daxil olmaqla sığorta müqaviləsinin şərtləri və ona edilmiş bütün dəyişikliklər ilə xxxxx etmək;
5.2.5. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat vermək;
5.2.6. Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə tutula bilər.
5.3. Sığorta olunanın hüquqları:
5.3.1. Sığorta hadisəsi baş verdiyi zaman onun xeyrinə bağlanmış sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini Sığortaçıdan tələb etmək;
5.3.2. Sığorta şəhadətnaməsi itirildikdə onun dublikatını almaq
5.3.6. Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə tutula bilər.
5.4. Sığorta olunanın vəzifələri:
5.4.1. Sığorta sənədlərinə qayğı ilə yanaşmaq;
5.4.2. Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə tutula bilər.
5.5. Sığortaçının vəzifələri:
5.5.1. Müəyyən edilmiş müddətdə sığorta şəhadətnaməsini vermək;
5.5.2. Qanunvericiliyə zidd olmayan hallarda Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
5.6. Sığortaçının hüquqları:
5.6.1. Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin qaydalarına riayət edilməsini özünün zəruri hesab etdiyi vasitələrlə yoxlamaq;
5.6.2. Bu Qaydalarda və müqavilədə nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
5.6.3. Bu Qaydalarda və ya müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Sığorta müqaviləsinə xitam vermək və ya onu ləğv etmək;
5.6.4. Xxxxxx artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra Sığortaçı sığorta
şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsini və ya xxxxx riskə mütənasib olaraq əlavə
sığorta mükafatının ödənilməsini tələb etmək hüququna malikdir. Əgər Sığorta etdirən sığorta şəhadətnaməsinə edilən dəyişikliklərlə razılaşmazsa və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edərsə, sığorta şəhadətnaməsi riskdəki bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
5.6.5. Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə tutula bilər.
Maddə 6 - Sığorta haqqının ödənilməsi
Müqavilədə başqa bir şərt nəzərdə tutulmazsa, sığorta haqqının bütün məbləği (və ya onun ilk hissəsi) müqavilə (şəhadətnamə) imzalandığı gündən etibarən 5 gün ərzində ödənilməlidir.
Maddə 7 - Sığorta Məbləği
7.1. Əgər sığorta müqaviləsində digər şərtlər nəzərdə tutulmamışdırsa, xxx, sığortalı tərəfindən bəyan edilmiş sığorta məbləğində, xxxxx daşıma və (və ya) sığorta xərcləri daxil olmaqla xxx göndərənin hesabında göstərilən qiymətdən xxx olmamaq şərti ilə sığortalanmış hesab edilir.
Sığorta müqaviləsində həmçinin yükün satışından gözlənilən gəlir sığorta edilə bilər. Bu gözlənilən gəlir üzrə sığorta məbləği müqavilədə ayrıca müəyyən edilməlidir (yükün sığorta məbləğinin faiz nisbətində)
7.2. Yükün sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
Maddə 8. – Sığorta müqaviləsinin qüvvəyə minəsi. Sığorta müqaviləsinin müddəti.
8.1. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqının ödənildiyi gün onun Sığortaçının bank hesabına daxil olduğu və ya nağd ödəmə zamanı Sığortaçının kassasına daxil olduğu gün hesab olunur.
8.2. Əgər sığorta müqaviləsində (şəhadətnaməsində) başqa cür nəzərdə tutulmayıbsa, sığorta təminatı onun başlanma tarixində saat 00:00-da başlayır və sona çatma tarixində saat 24:00-da xxxx xxxxx.
8.3. Sığorta müddəti sığorta müqaviləsində müəyyən edilmiş müddət üçün bağlanılır.
Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
Maddə 9. - Azadolma Məbləği
9.1. Sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.
9.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
9.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ bir halda zərər məbləğindən çıxılır.
FƏSİL 3 – Sığorta hadisəsi, onun tənzimlənməsi və sığorta ödənişi Maddə 10 - Sığorta hadisəsi haqqında məlumat vermək
10.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməlidir.
10.2. Sığortalı (Sığorta olunan) yaxud faydalanan şəxsin verdiyi məlumatda hadisənin yeri, vaxtı və tarixi, səbəbləri və şəraiti, dəyən zərərin təqribi həcmi və əhəmiyyətli xxxx digər halları bildirilməlidir.
10.3. Sığorta müqaviləsində xüsusi nəzərdə tutulduğu halda Sığortalı və yaxud faydalanan şəxs həmçinin sığorta şəhadətnaməsində göstərilən qəza komissarlarına hadisə barədə məlumat verməlidir.
10.4. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan, həmçinin faydalanan şəxs bu Qaydaların 10.1. maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət
orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
10.5. Sığortalı, sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün sığortalı lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri görməlidir. Belə tədbirlər həyata keçirilərkən Sığortalı Sığortaçıdan aldığı bütün təlimatları yerinə yetirməlidir. Sığortaçının isə bu işlərdə iştirakı, onun səlahiyyət və hüquqları öz üzərinə xxxxxx və zərərlə əlaqədar ödəniş məsuliyyətini qəbul etməsi xxxx xxxx düşülməməlidir.
Maddə 11. Daşıyıcı və ya cavabdeh xxxx üçüncü şəxslərə qarşı tələbin təmin olunması
11.1. Sığortaçının subroqasiya hüququnun həyata keçirə bilməsi üçün Sığortalı (Sığorta olunan) bütün lazımi tədbirləri görməlidir, o cümlədən daşıyıcıya prenetziya verməlidir.
11.2. xxx Təyinat yerinə çatdıqdan dərhal sonra Sığortalı mümkün xxxx ən qısa müddətdə ona baxış keçirib qəbul etməlidir, əgər yükdə əksiklik, korlanma və ya zədələnmə müşahidə edərsə, o müvafiq akt tərtib olunmaqla sığortaçıya və digər aidiyyəti orqanlara məlumat verməlidir.
11.3. Əgər yükün əskikliyi, korlanma və ya zədələnməsi onun adi qaydada qəbul edilməsi xxxxxx xxxxx oluna bilməzsə, belə əskiklik, korlanma və ya zədələnmə aşkar olunduğu gündən sonra 3 gün ərzində 11.2. maddədə göstərilmiş qaydada akt tərtib edilib məlumat verilməlidir.
Maddə 12. Sığortaçı tərəfindən nəzarət
12.1. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığorta etdirənin bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
12.2. Sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
12.2.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
12.2.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
12.2.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
12.3. Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
12.4. Sığortalı (Sığorta olunan) Sığortaçının razılığı olmadan onun məsuliyyətinin tanınmasına
yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə hüququ yoxdur.
12.5. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalını təmsil və müdafiə etməyə hüququ var.
Maddə 13. Sığorta hadisəsinin sübut olunması
13.1. Sığorta hadisəsi faktının mövcudluğunun sübut edilməsi və dəymiş zərərin həcmini müəyyən etmək üçün zəruri sənədlərinin təqdim olunması Sığortalının vəzifəsidir.
13.2. Sığortalı (Sığorta olunan) və ya faydalanan şəxs Sığorta ödənişi ilə əlaqədar tələb irəli sürdükdə Sığortaçı tərəfindən verilən sığorta şəhadətnaməsini təqdim etməlidir və sənədlər əsasında aşağıdakıları sübut etməlidir:
1) sığortalanan yükdə öz marağının olmasını
2) sığorta hadisəsinin baş verməsini
3) zərərlə əlaqədar iddianın məbləğini
4) dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı Sığortaçının subroqasiya hüququnun həyata keçirilməsi üçün Sığortalının öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini.
13.3. Sığortaçının əsas sənədlər hesab edilən aşağıdakı sənədləri tələb etmək hüququ vardır:
13.3.1. sığortalanan yükdə sığorta marağının olmasının sübut edilməsi üçün: konosamentlər, dəmiryolu qaimə və digər daşıma sənədləri, fakturalar və hesablar, əgər bu sənədlərin məzmunundan sığortalının yüklər üzərinə sərəncam vermək hüququ aydın görünürsə.
13.3.2. Sığorta hadisəsinin baş vermə faktını sübut etmək üçün daşıma vasitəsindən asılı olaraq aşağıdakı sənədlər təqdim olunmalıdır:
Dəniz daşımalarında: dəniz protesti, gəmi jurnalından çıxarış, qəza sertifikatı, ümumi avariya (qəza) haqqında dispaşa aktı və sığorta hadisəsinin səbəbini göstərən digər rəsmi sənədlər.
Gəminin xəbərsiz itməsi halında – gəminin son limandan çıxması və növbəti limana gözlənilən gəlmə tarixi haqqında dəqiq məlumat. Gəmi haqqında hər hansı məlumatın 3 ay ərzində daxil olmaması, əgər məlumatın gecikdirilməsi hərbi əməliyyatla bağlı olmuşdursa - 6 ay ərzində daxil olmaması halında gəmi xəbərsiz itmiş hesab edilir.
Dəmir yolu ilə daşıma zamanı: kommersiya aktı, ümumi formada və ya digər akt, zərər haqqında qeyd xxxx dəmir yolu qaiməsi.
Avtomobil ilə daşıma zamanı: kommersiya aktı, zərər müəyyən edilən yerin qanunlarına və ya qaydalarına müvafiq tərtib edilmiş ekspertiza aktı və ya digər akt, yol-nəqliyyat hadisəsi barədə dövlət yol polisi tərəfindən tərtib edilmiş protokol, oğurluq və ya əmlakın qəsdən məhv edilməsi faktı ilə əlaqədar cinayət işinin qaldırılmasına dair polis orqanların arayışı.
Hava daşımalarında: hadisə haqqında qeydi xxxx xxx qaiməsi, kommersiya aktı.
13.3.3. Zərərin həcminin sübut edilməsi üçün: zərər müəyyən edilən yerin qanunlarına və ya qaydalarına müvafiq tərtib edilmiş kommersiya aktları, Sığortaçının səlahiyyətli nümayəndəsi (qəza komissarı) tərəfindən yükə baxış keçirilməsi haqqında aktlar, ekspertiza, qiymətləndirmə aktları və digər oxşar sənədlər; xxxxx xxxxx edilməsi üçün aparılan xərclərə dair sənədlər, dispaşa (ümumi avariya (qəza) üzrə xərc, haqq və zərərlərin ödənilməsi haqqında tələb olduğu halda).
13.3.4. Dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı Sığortaçının subroqasiya hüququnun həyata keçirilməsi üçün Sığortalının öz öhdəliklərini lazımi qaydada yerinə yetirilməsini sübut etmək üçün: daşıyıcıya qarşı verilmiş pretenziyanın sürəti, daşıyıcının həmin pretenziyanı qəbul etməsi barədə qeydi yaxud pretenziyanın daşıyıcıya göndərilməsi barədə poçt qəbzi ilə birlikdə; subroqasiya hüququnun həyata keçirilməsi üçün digər sənədlər.
13.3.5. Sığortaçı, zərər məbləğini müəyyən edilməsi və sığorta ödənişinin verib-verilməməsi haqqında qərar qəbul edilməsinə təsir edən digər əlavə sənədlər tələb edə bilər.
13.4. Sığortaçı sığorta hadisəsi barədə ərizəni (sığorta tələbini) və ona əlavə olunan sığorta hadisəsi ilə əlaqədar xxxx bütün zəruri sənədləri aldıqdan sonra 15 iş günü ərzində Sığorta hadisəsi haqqında
Akt tərtib edir. Sığorta hadisəsi haqqında Aktın Sığortalı və/və yaxud Sığorta olunan (faydalanan, vərəsə) tərəfindən imzalandığı tarixdən etibarən 30 gün müddətində sığorta ödənişi verilir.
Sığortaçı sığorta hadisəsi barədə ərizəni (sığorta tələbini) və ona əlavə olunan sığorta hadisəsi ilə əlaqədar xxxx bütün zəruri sənədləri aldıqdan sonra 15 iş günü ərzində sığorta ödənişinin verməkdən imtina olunması haqqında qərar qəbul edir və bu haqda Sığortalıya (Sığorta olunana) yazılı məlumat verir.
13.5. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.
13.6. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
13.7. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
13.8. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
13.9. Əgər sığorta müqaviləsində digər şərtlər nəzərdə tutulmamışdırsa, sığorta ödənişi məbləği aşağıdakılardan ibarətdir:
1) Yükün məhv olması, itirilməsi və ya zədələnməsi ilə əlaqədar itki (sığorta şərtlərindən asılı
olaraq)
2) yükün qorunub saxlanılması, xilas edilməsi, yükün zədələnməsi ilə əlaqədar itkinin azaldılması və onun həcminin müəyyən edilməsi üçün zəruri və məqsədəuyğun xərclər.
3) ümumi avariyə (qəza) üzrə xərc, haqq və zərərlər (dəniz ilə daşımalarda)
4) sığorta müqaviləsində nəzərdə tutulduğu halda, əvvəlcədən razılaşdırılmış məbləğdə yükün
satışından gözlənilən gəlir.
Sığorta ödənişinin hesablanması zamanı Qismən sığorta və müqavilədə nəzərdə tutulan Azadolma məbləğləri nəzərə alınmalıdır.
Maddə 14 - Qalıqlara xxxx hüququn Sığortaçıya keçməsi
14.1. Sığortaçı sığortalanmış əmlakın məhv olmasının əvəzini ödədikdə və ya onun ayrı-ayrı hissələrini başqası ilə əvəz etdikdə Sığorta etdirənin həmin əmlaka və dəyişilmiş hissələrə xxxx hüquqları Sığortaçıya keçir. Bütün qalıqlar Sığortaçıya verilməlidir.
Sığorta etdirən həmin hüquqların Sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur.
14.2. İtmiş əmlakın sonradan tapılması halında Sığortaçı öz rəyinə əsasən əmlakı özündə saxlamaq və yaxud Sığortalıya (Sığorta olunana) qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta ödənişi Sığortaçıya xxxx qaytarılmalıdır. Əgər tapılmış əmlak zədələnmiş vəziyyətdə Sığortalıya (sığorta olunana) qaytarılarsa, Sığortaçı Sığortalıya (sığorta olunana) həmin zərərlərin əvəzini ödəyir.
Maddə 15 – Sığorta ödənişinin verilməsindən imtinanın əsasları:
Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
15.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini
müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı Məcəllənin 925.5-ci maddəsinə riayət edilmədikdə;
15.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
15.3. müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
15.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
15.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
15.6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
15.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
15.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
15.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, Xxxxxxxxxx 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
15.10. sığorta müqaviləsində nəzərdə tutulmuş digər hallarda.
Maddə 16 - Subroqasiya hüququ
Xxxxxxxxxxx hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
16.1. Sığortalının (sığorta olunanın) və yaxud faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
16.2. Sığortalının (sığorta olunanın) və yaxud faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
16.3. Sığortalının (sığorta olunanın) və yaxud faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
16.4. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
Maddə 17 - Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti.
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bu qaydalarda müəyyən olunmuş məsuliyyət daşıyırlar. Bu qaydalarla nəzərdə tutulmamış məsuliyyət qanunvericiliyə müvafiq olaraq müəyyən olunur.
FƏSİL 4 - DİGƏR MÜDDƏALAR
Maddə 18 - Mübahisələrin həlli qaydası
Bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsindən irəli gələn mübahisələr ilkin olaraq danışıqlar yolu ilə, pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə qüvvədə xxxx Azərbaycan Respublikası qanunvericiliyi tətbiq edilməklə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.
Pretenziyalara baxılma müddəti 20 gündür.
Maddə 19. Xxxxxxx haqqında qeyd-şərt
19.1. Sığorta məbləğlərinin, haqlarının və azadolma məbləğlərinin xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata keçirdiyi tarixə və ya ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə xxxx rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə və ya Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.
19.2. Əgər sığorta ödənişinin verilməsi üçün əsas xxxx sənədlər Azərbaycan manatı və ya şəhadətnamənin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Milli Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.
Maddə 20 - Məlumat və xəbərdarlıqlar
20.1. Sığortalının (sığorta olunan) xəbərdarlıq və məlumatları sığorta şirkətinə və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentə və ya brokerə sifarişli məktubla çatdırılır.
20.2. Sığorta şirkətinin xəbərdarlıq və məlumatları sığortalının (sığorta olunanın) sığorta şəhadətnaməsində göstərilən hüquqi ünvanına və ya sığorta şəhadətnaməsinin imzalanmasına vasitəçilik edən agent və ya brokerin bildirilən son hüquqi ünvanına sifarişli məktubla çatdırılır.
20.3. Məktublar, elektron məktubları, fakslar vasitəsi ilə edilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
20.4. Bu müqavilə üzrə tərəflərin bir birinə göndərdikləri və müqavilə üzrə tərəfin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyən etməyə imkan verən faksimil rabitə və ya elektron poçt vasitəsi ilə göndərilən və onlarla xxxxx xxxx bütün sənədlər orijinal sənədlər kimi hüquqi qüvvəyə malikdirlər. Bu müqavilə üzrə bir tərəf faksimil rabitə və ya elektron poçt vasitəsi ilə sənədləri aldığını, faksimil rabitə və ya elektron poçt vasitəsi ilə digər tərəfə sənədin adını, nömrəsini və tarixini göstərməklə təsdiq edir.