Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən iribuynuzlu heyvanların sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri
Aqrar Sığorta Fondunun İdarə Heyətinin 2023-cü il 8 fevral tarixli 02/23 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən iribuynuzlu heyvanların sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri
1. Ümumi müddəalar
1.1. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri (bundan sonra – Şərtlər) “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydalarına” (bundan sonra – Qaydalar) əsasən hazırlanmışdır.
2. Qısaltmalar
“EKTİS” - Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi “ASİS” - Aqrar Sığorta İnformasiya Sistemi
3. Anlayışlar
müstəqil ekspert – sığorta risklərini və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxs;
aqrar sığortalı (bundan sonra – sığortalı) – Qaydalara uyğun olaraq əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı xxxx fiziki və ya hüquqi şəxs; faydalanan şəxs – aqrar sığorta müqaviləsinə (bundan sonra
– sığorta müqaviləsi) uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;
xxxxxx qiymətləndirilməsi – Qaydalarda və Şərtlərdə nəzərdə tutulan hallarda, sığorta müqaviləsi bağlanmamışdan əvvəl müstəqil ekspert tərəfindən sığorta predmetinə baxış keçirilərək məruz qala biləcəyi risklərin müəyyənləşdirilməsi;
zərərin qiymətləndirilməsi – sığorta müqaviləsinə əsasən sığorta hadisəsinin baş verməsi nəticəsində yaranan zərərlərin müstəqil ekspertlər tərəfindən müəyyənləşdirilməsi; şərtsiz azadolma məbləği – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və hər bir halda sığortalının üzərində qalan hissəsi;
şərtsiz gözləmə müddəti – sığorta tələbi və ya sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmədiyi müddət;
birkalanma – kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların qulaqlarına ardıcıl nömrələrin yerləşdirilməsi ilə identikləşdirilməsi;
məcburi kəsim – kənd təsərrüfatı heyvanlarına və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlara təminat verilmiş sığorta riskləri nəticəsində dəymiş zərərin aradan qaldırılması mümkün olmadığı hallarda yararlı hissələrinin dəyər itirməməsi səbəbindən heyvan kəsimi məntəqələrinə verilərək kəsilməsi.
4. Sığorta predmeti
4.1. Bu Qaydalara əsasən iribuynuzlu mal-qara (südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, ətlik istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər) sığortanın predmeti hesab olunur.
4.2. Yalnız aşağıdakı tələblərə cavab verən heyvanlar aqrar sığortanın predmeti hesab olunur:
4.2.1. heyvan qapalı yerdə saxlandıqda və saxlandığı yer Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların
saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”na uyğun olduqda;
4.2.2. heyvanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”na uyğun olaraq qulluq və qidalanması təmin edildikdə;
4.2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda müəyyən edilmiş peyvəndləmələr edildikdə;
4.2.4. Azərbaycan Respublikasının ərazisinə gətirilən heyvanlara münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılması Qaydası və müddəti”ndə müəyyən edilmiş qaydada saxlanılması təmin edildikdə;
4.2.5. heyvan birkalanmış olduqda;
4.2.6. heyvan barədə məlumatlar EKTİS-ə daxil edildikdə.
5. Sığorta riskləri
5.1. Aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış heyvanın ölümü təminat altına alınır:
5.1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006- cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı”na və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil xxxx xəstəliklər istisna olmaqla digər yoluxucu xəstəliklər;
5.1.2. ilan və ya həşərat sancması;
5.1.3. zəhərli otlar və ya yemlərdən zəhərlənmə;
5.1.4. kimyəvi maddələrin təsirindən zəhərlənmə - kimyəvi maddələrin təsirindən zəhərlənmə riskinə baytarlıq preparatlarından, dezinfeksiya, dezinseksiya və deratizasiya təyinatlı maddələrdən ektoparazitlərə qarşı (çimizdirilmə, dəri üzərinə istifadə və s.) istifadə olunan kimyəvi dərman vasitələrindən, bitkilərin zərərli orqanizmlərinə qarşı aparılan pestisid və aqrokimyəvi maddələrdən nəticəsində sığortalanmış heyvana dəyən zərərlərə görə təminat verilir.
5.1.5. təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma (donvurma) və normadan artıq yağan qar yağıntıları);
5.1.6. yanğın;
5.1.7. vəhşi heyvanların hücumu;
3 illik | 17.2% | 15.2% |
Qeyd: bir sığorta müqaviləsi üzrə vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü riski üzrə 2 dəfəfən artıq baş verən sığorta hadisəsi üzrə sığorta ödənişi edilmir. |
Cədvəl 2
Sığorta riskləri | • bu Şərtlərin 5.1.1-ci yarımbəndində göstərilən yoluxucu xəstəliklər nəticəsində heyvanın ölümü; • ilan və ya həşarat sancması nəticəsində heyvanın ölümü; • zəhərli otlar və ya yemlərdən zəhərlənmə nəticəsində heyvanın ölümü; • kimyəvi maddələrin təsirindən zəhərlənmə; • təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma (donvurma) və normadan artıq yağan qar yağıntıları) nəticəsində heyvanın ölümü; • yanğın nəticəsində heyvanın ölümü; • vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü; • sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində baytarın müvafiq rəyi əsasında heyvanın məcburi kəsimi. • üçüncü şəxslərin hərəkətləri nəticəsində heyvanın ölümü, o cümlədən: ⮚ heyvanın daşınması zamanı yol nəqliyyat hadisəsi nəticəsində ölümü; ⮚ sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində heyvanın elektrik cərəyanına məruz qalması səbəbindən ölümü; ⮚ sığorta müqaviləsinin qüvvədə olduğu ərazidə heyvanın nəqliyyat vasitəsi tərəfindən vurulması nəticəsində ölümü; ⮚ heyvana qulluq zamanı üçüncü şəxslər tərəfindən kimyəvi maddələrin təsirilə zəhərlənməsi nəticəsində heyvanın ölümü; ⮚ mülkiyyət əleyhinə xxxx hüquq pozuntusu (heyvanın sığorta müqaviləsində göstərilən saxlanıldığı yerdən oğurluq, soyğunçuluq və s. yol ilə əldə edilməsi) və s. | |
Şərtsiz azadolma məbləği | 10% | 10% |
1 illik | 9.5% | 8.3% |
2 illik | 18.4% | 16.1% |
3 illik | 26.8% | 23.4% |
Qeyd: bir sığorta müqaviləsi üzrə vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü riski üzrə 2 dəfəfən artıq baş verən sığorta hadisəsi üzrə sığorta ödənişi edilmir. |
9. Sığorta haqqı və onun hesablanması
9.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının Xxxxx ödəməli olduğu pul məbləğidir.
9.2. Sığorta haqqı idarəedici qurum tərəfindən hesablanır və aşağıdakı hissələrdən ibarətdir:
1. sığortalı tərəfindən ödənilməli xxxx hissə;
2. dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə.
9.3. Sığorta müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, sığorta haqqının sığortalı tərəfindən ödənilməli xxxx hissəsi birdəfəlik ödənilir.
9.4. İdarəedici qurum tərəfindən sığorta müqaviləsində sığorta haqqının sığortalı tərəfindən ödənilən hissəsinin hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.
9.5. Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduğu halda sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilir. Hər bir halda sığortalı tərəfindən ödənilməli xxxx sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir.
9.6. Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduqda sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin ödənilməsindən sonra, sığorta haqqının tam ödənilməsi nəzərdə tutulduqda isə onun tam ödənilməsindən sonra qüvvəyə minir.
Sığorta haqqı aşağıdakı düsturla hesablanır:
5.1.8. üçüncü şəxslərin hərəkətləri. 5.2. Üçüncü şəxslərin hərəkətlərinə daxil xxxx oğurluq, soyğunçuluq və quldurluq riskləri üzrə heyvanın sığorta müqaviləsində göstərilən saxlandığı yerə aşağıda qeyd olunan yollardan biri ilə daxil olaraq əldə edilməsi nəticəsində dəymiş zərərlərə təminat verilir: 1. qırmaq, deşmək, yıxmaq, aşırmaq və ya zor tətbiq etməklə; 2. müxtəlif alət və vasitələrdən istifadə edərək dırmanmaq və ya aşmaqla; 3. itən, oğurlanan və ya qanunsuz yolla əldə edilən açar, onun surəti və ya digər alətlərdən istifadə etməklə; 4. heyvan saxlanılan yerə əvvəlcədən gizli daxil olmaqla. 6. Sığorta məbləğinin müəyyən edilməsi 6.1. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqaviləsində ümumi sığorta məbləği və sığortalanan hər baş heyvan üçün sığorta məbləği göstərilir. Ümumi sığorta məbləği sığortalanan heyvanların sayı və bazar qiymətləri, sığortalanan hər baş heyvan üçün sığorta məbləği isə həmin heyvanın bazar qiyməti nəzərə alınaraq hesablanır. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığortalanan heyvanın bazar qiyməti sığortalı tərəfindən sığorta müqaviləsinin bağlanması üçün müraciət edildikdə iqlim, qulluq və bazar şəraiti nəzərə alınmaqla, Aqrar Sığorta Fondu (bundan sonra – Fond) tərəfindən bu Şərtlərin 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş minimum və maksimum hədlər çərçivəsində seçilir və müstəqil ekspert tərəfindən xxxxxx qiymətləndirilməsi nəticəsinə uyğun olaraq müəyyən edilir. Praktiki misal: Sığorta xxxxxxxx 0 Holşteyn inəyinin 1 ədədinin dəyəri 5000 manat 2 Simmental inəyinin 1 ədədinin dəyəri 4000 manat Cəmi Sığorta məbləği: 5000*3+4000*2=23 000 manat 7. Şərtsiz azadolma 7.1. Şərtsiz azadolma məbləği sığorta müqaviləsində hər bir heyvana münasibətdə müəyyən edilmiş sığorta məbləğinə tətbiq olunur. (Cədvəl 1 və Cədvəl 2) 8. Sığorta tarifi 8.1. Sığorta tarifi sığorta riskinin dəyəridir. Sığorta tarifi sığorta haqqının hesablanması üçün istifadə olunur. Sığorta tarifləri təminat verilən risklərdən və şərtsiz azadolma məbləğindən asılı olaraq aşağıda göstərilən sığorta paketlərindən seçilir. (Cədvəl 1 və Cədvəl 2) Cədvəl 1 | ||
Sığorta riskləri | • bu Şərtlərin 5.1.1-ci yarımbəndində göstərilən yoluxucu xəstəliklər nəticəsində heyvanın ölümü; • ilan və ya həşarat sancması nəticəsində heyvanın ölümü; • zəhərli otlar və ya yemlərdən zəhərlənmə nəticəsində heyvanın ölümü; • kimyəvi maddələrin təsirindən zəhərlənmə; • təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma (donvurma) və normadan artıq yağan qar yağıntıları) nəticəsində heyvanın ölümü; • yanğın nəticəsində heyvanın ölümü; • vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü; • sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində baytarın müvafiq rəyi əsasında heyvanın məcburi kəsimi. | |
Şərtsiz azadolma məbləği | 10% | 10% |
1 illik | 6.1% | 5.4% |
2 illik | 11.8% | 10.5% |
Sığorta haqqı = Sığorta məbləği x sığorta tarifi / 100.
Praktiki misal :
✓ Heyvanın sığorta məbləği – 23 000 manat
✓ Sığorta tarifi – 6,1 %
Sığorta haqqı = 23 000 x 6,1/ 100 = 1 403 manat.
Sığorta haqqının 50%-i sığortalı tərəfindən ödənilir. Bu misalda sığortalı tərəfindən ödənilən sığorta haqqı 701,5 manat təşkil edir.
10. Sığorta haqqına güzəşt və əlavələr
10.1. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta haqqına aşağıdakı güzəştlər tətbiq edilir:
• sığortalının yaşı 29 və daha aşağı olduqda - “gənc fermer güzəşti” – 5 %;
• sığortalı ilə Fond arasında həmin növ üzrə əvvəlki illərdə bağlanmış sığorta müqavilələri mövcud olduqda – “zərərsizlik güzəşti”.
10.2. Zərərsizlik güzəşti sığorta müqavilələri bağlanmış illərin sayı və son 4 təqvim ili ərzində ödənilmiş məcmu sığorta ödənişinin qazanılmış məcmu sığorta haqqına nisbəti nəzərə alınaraq hesablanır.
10.3. Tətbiq olunan güzəştlərin cəmi sığorta haqqının 25 %- dən xxx xxx bilməz.
11. Komisyon muzd və işlərin aparılması xərcləri
11.1. Bu Şərtlərin 11.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, vasitəçi aqrar sığortaçılar sığorta vasitəçiliyi fəaliyyətinə görə bağlanmış müqavilələr üzrə hesablanmış sığorta haqqının 15 xxxxx məbləğində komisyon muzd alırlar. 11.2.Qanunvericiliklə kənd təsərrüfatı məhsullarının istehsalçılarına heyvandarlıq sahəsində dövlət dəstəyinin verilməsi üçün sığorta müqaviləsinin bağlanması tələb olunduqda, həmin sığorta müqavilələrinə münasibətdə komisyon muzd sığorta haqqının 5 faizini təşkil edir.
11.3. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən iribuynuzlu heyvanların sığortası üzrə sığorta müqaviləsində işlərin aparılması xərcləri hesablanmış sığorta haqqının 35 xxxxx müəyyən edilir.
12. Şərtsiz gözləmə müddəti
12.1. Heyvan xəstəlikləri, ilan və ya həşərat sancması, zəhərli otlar və yemlərdən zəhərlənmə nəticəsində ölüm riskləri ilə bağlı gözləmə müddəti 7 gün müəyyən edilir. Sığorta müqaviləsi ilə gözləmə müddəti müəyyən olunduqda, bu müddət ərzində baş verən hadisələrə görə sığorta ödənişi verilmir.
13. Sığorta müqaviləsinin bağlanılması və bağlanması üçün müraciət tarixləri
13.1. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqaviləsi bağlamaq istəyən şəxslər sığorta müqaviləsinin bağlanması üçün istənilən vaxt vasitəçi aqrar sığortaçılara müraciət edə bilərlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxslər vasitəçi aqrar sığortaçılar vasitəsilə ASİS-də qeydiyyatdan keçirlər.
13.2. Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu EKTİS-də xxxx məlumatlarla müqayisə edilərək yoxlandıqdan sonra onun müraciəti qəbul edilir.
13.3. Xxxxxx təqdim etdiyi məlumatlarla EKTİS-də qeyd olunan məlumatlar fərqli olduğu halda sığorta müqaviləsi
yalnız EKTİS-də xxxx məlumatların yenilənməsindən sonra bağlanıla bilər.
13.4. Şəxsin təqdim etdiyi məlumatlarla EKTİS-də qeyd olunan məlumatlar eyni olduqda, idarəedici qurum tərəfindən Qaydaların 3.4.5-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla, xxxxxx qiymətləndirilməsi barədə qərar qəbul edilir və müstəqil ekspertin rəyinin nəticələrinə uyğun olaraq müvafiq hərəkətlər həyata keçirilir.
14. Sığorta müqaviləsinin qüvvədə olma müddəti
14.1. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqaviləsi minimum 1 il və maksimum 3 il müddətə bağlanıla bilər.
15. Sığorta hadisəsi barədə məlumatlandırma
15.1. Sığortalı və ya faydalanan şəxs kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası ilə bağlı bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri barədə məlumatı hadisənin baş vermə tarixindən 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.
16. Sığorta hadisəsi ilə bağlı tələb olunan sənədlərin siyahısı
16.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:
16.1.1. sığortalının və ya xxxxxxxxxx şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi;
16.1.2. sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyi;
16.1.3. yanğın riskinə münasibətdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli xxxx və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
16.1.4. dolu, fırtına, qasırğa, torpaq sürüşməsi, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
16.1.5. zəlzələ riskinə dair Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
16.1.6. üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli xxxx və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
16.1.7. sığortalanmış heyvan heyvan kəsimi məntəqəsində məcburi kəsildikdə bu barədə akt və heyvanın çəkisinə dair sənəd;
16.1.8. Qaydaların 3.1.2-ci yarımbəndinin 3-cü abzasında göstərilmiş peyvəndləmələrin edildiyini təsdiq sənəd;
16.1.9. Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci və 3-cü abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq
tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”nın tələblərinə riayət edilməsini təsdiq edən sənədlər;
16.1.10. Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci, 2-ci, 3-cü və 6-cı abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
16.1.11. ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə təminat verilmiş sığorta risklərinə münasibətdə əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edildiyi hallarda laboratoriyaya göndərilən nümunələrlə əlaqədar laboratoriya analizinin nəticələri.
17. Sığorta ödənişinin verilməsi
17.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq hər bir heyvanın bazar dəyəri əsas götürülməklə hesablanır.
17.2. Sığortalı sığorta hadisəsinin baş verməsi zamanı öz öhdəliklərini yerinə yetirmədiyindən zərərin miqdarı artarsa, yekun zərərin miqdarından xxxxx hissə həmin həcmdə azalır.
17.3. Zərərin məbləği azadolma məbləğindən aşağı olduqda, sığorta ödənişi verilmir.
17.4. Sığorta ödənişi azadolma və zərərin minimuma endirilməsi üçün çəkilən xərclər nəzərə alınmaqla hesablanır.
17.5. Sığorta ödənişinin ödənilməsi zamanı Fond sığorta ödənişi məbləğindən sığortalının sığorta müqaviləsi üzrə ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
17.6. Sığorta ödənişi sığorta məbləğindən və dəymiş real zərər məbləğindən xxx xxx bilməz.
17.7. Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər idarəedici qurum tərəfindən təqdim edildikdən sonra Fond 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.
17.8. Fond sığorta ödənişinin tam və ya qismən verilməsi barədə qərar qəbul etdikdə, sığorta ödənişini birbaşa sığortalının bank hesabına köçürür.
17.9. Fond sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və
ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir.
Praktiki misal :
✓ Heyvanın sığorta məbləği – 23 000 manat
✓ Sığorta tarifi – 6,1 %
Azadolma məbləği sığorta məbləğinin 10 %-i
Qalıq dəyəri min.sığorta məbləğinin 10% = 23000*10%=2300 manat
Heyvanın dərisi üzrə 0.5 % = 23000*0.5%= 115 manat
Ödəniş məbləği = 23000 – qalıq dəyəri – azadolma məbləği
= 00000-0000-000-0000 = 18 285 AZN
18. Qalıq dəyəri
18.1. Sığorta hadisəsi nəticəsində zərər dəymiş heyvanın dərisinin yararlı olması halında həmin dərinin soyulub- soyulmamasından asılı olmayaraq, hər bir heyvana münasibətdə müəyyən edilən sığorta məbləğinin ən azı 0,5 xxxxx həcmində qalıq dəyəri hesablanır və sığorta ödənişinin məbləğindən çıxılır.
18.2. Sığorta hadisəsi nəticəsində zərər dəymiş heyvanın ətinin yararlı olması halında hər bir heyvana münasibətdə müəyyən edilən sığorta məbləğininən azı 10 xxxxx həcmində qalıq dəyəri hesablanır və sığorta ödənişinin məbləğindən çıxılır.
19. Hüquqlarınızın pozulduğunu hesab etdiyiniz halda müraciət
ŞİKAYƏT EDİN:
Aqrar Sığorta Fondunun Apellyasiya Şurası
Ünvanı: Xxxx xxxxxx, Xxxxx xxxxxx, Xxxxx xxxxxxxxx, xx 000 Xxxxx telefonu: + 994 12 565 41 34
Azərbaycan Respublikasının Mərkəzi Bankı Ünvanı: Xxxx xxxxxx, X.Xxxxxxxx xxxxxx, 00. Əlaqə telefonu: + 994 12 966