Azərbaycan Respublikası Kino Agentliyinin NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Kino Agentliyinin NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 16 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Kino Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasında kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
1.2. Agentlik Nazirliyin tabeliyində fəaliyyət göstərir.
1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, habelə sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası mədəniyyət nazirinin əmr və sərəncamlarını rəhbər tutur.
1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları, blankları və loqotipi (emblemi) vardır.
1.7. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri- əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. Agentliyin rəsmi adı aşağıdakı kimidir:
1.8.1. xxx xxxxx – Azərbaycan Respublikasının Kino Agentliyi, qısaldılmış halda – ARKA;
1.8.2. ingilis dilində xxx xxxxx – Cinema Agency of the Republic of Azerbaijan, qısaldılmış halda – ARCA.
1.9. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.3. milli kino irsinin qorunmasını və zənginləşdirilməsini, habelə kino incəsənətinin təbliğini təmin etmək;
2.1.4. müvafiq sahənin dayanıqlı inkişafı üçün sərmayələrin cəlb edilməsi ilə bağlı tədbirlər görmək;
2.1.5. müvafiq sahədə çalışan şəxslərin peşəkarlığının artırılmasını təmin etmək;
2.1.6. Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə etmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
2.1.7. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənilib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
3. Agentliyin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. kino sənayesinin sərmayə cəlbediciliyinin artırılması məqsədilə tədbirlər görmək;
3.1.3. dövlət sifarişi və ya dəstəyi ilə milli və müştərək filmlərin istehsalını, təbliğini həyata keçirən dövlət qurumlarına və özəl təşkilatlara maliyyə dəstəyi göstərmək;
3.1.4. milli film istehsalı sənayesinin dirçəldilməsi məqsədilə yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi ilə bağlı tədbirlər görmək;
3.1.5. müvafiq sahənin dayanıqlı inkişafının və beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi məqsədilə tədbirlər görmək;
3.1.6. Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası ilə bağlı tədbirlər görmək;
3.1.7. kinematoqrafiya vasitəsilə mədəniyyətimizin, o cümlədən milli mədəni dəyərlərimizin qorunması, ölkədaxili və beynəlxalq müstəvidə təbliği, təşviqi və dəstəklənməsi ilə bağlı tədbirlər görmək;
3.1.8. yaradıcılıq, habelə milli kino irsinin öyrənilməsi və təbliği baxımından mütərəqqi kinolayihələrə dəstək göstərmək;
3.1.9. xarici distribüter şirkətləri ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə tədbirlər görmək;
3.1.10. Dövlət Film Fondunda mühafizə olunan milli filmlərin və onların ilkin materiallarının bərpası, konservasiyası və rəqəmsal daşıyıcılara köçürülməsi ilə bağlı tədbirlər görmək;
3.1.11. ölkədə nüsxəsi olmayan milli filmlərin və digər kinomaterialların axtarılıb üzə çıxarılmasını və surətlərinin Dövlət Film Fonduna təqdim olunmasını təmin etmək;
3.1.12. kinofestivalların və təbliğat xarakterli digər tədbirlərin təşkili vasitəsilə kino mədəniyyətinin təbliğini həyata keçirmək;
3.1.13. dövlət kinematoqrafiya müəssisələrinin fəaliyyətinin stimullaşdırılması, maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görmək;
3.1.14. dövlət sifarişi və dəstəyi əsasında çəkilən filmlərin istehsalı prosesinə, nümayişinə, təbliğinə və beynəlxalq kinofestivallarda iştirakına dəstək göstərmək;
3.1.15. kinosalnamələrin, bədii, sənədli, arxiv, animasiya, debüt, tammetrajlı, qısametrajlı, çoxseriyalı, habelə uşaq və gənclər üçün filmlərin istehsalı ilə bağlı tədbirlər görmək;
3.1.16. milli filmlərin və kinoxronikanın ilkin materiallarının saxlanılması və saxlanma rejimi ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;
3.1.17. Azərbaycanı beynəlxalq çəkiliş məkanı kimi inkişaf etdirmək və xarici şirkətlərin çəkilişlərə cəlb olunması ilə bağlı tədbirlər görmək;
3.1.18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən və Agentliyin səlahiyyətinə aid xxxx məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.19. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.20. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.21. Agentliyin fəaliyyəti ilə bağlı daxil xxxx müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.22. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.23. Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.24. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı xxxx ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;
3.1.25. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.26. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.27. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.28. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.29. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə xxxx-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.30. kino sənayesi iştirakçılarının peşəkarlığının artırılması istiqamətində tədbirlər görmək;
3.1.31. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək, onların həyata keçirilməsində iştirak etmək;
3.1.32. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin hüquqları aşağıdakılardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;
3.2.2. milli və dünya kinematoqrafiya sərvətlərindən istifadə etmək;
3.2.3. xarici kino şirkətləri ilə müştərək filmlərin istehsalını təşkil etmək;
3.2.4. dövlət vəsaiti hesabına istehsal olunan filmlər üçün Nazirliklə razılaşdırılmış mövzulara həsr edilmiş kinolayihələri müsabiqə yolu ilə seçmək;
3.2.5. xarici filmlərin Azərbaycan dilinə tərcümə olunması və dublyaj edilməsi (o cümlədən subtitrləşdirmə üsulu ilə) ilə bağlı tədbirlər görmək;
3.2.6. kinematoqrafiyanın inkişafı, milli və müştərək filmlərin istehsalının dəstəklənməsi, habelə yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə yerli və xarici sərmayələri cəlb etmək;
3.2.7. kinematoqrafiya sahəsində dövlət proqramlarının həyata keçirilməsinə dəstək göstərmək;
3.2.8. kino sənayesinə yeni, istedadlı və peşəkar kadrları cəlb etmək;
3.2.9. yerli kino sahəsi işçilərinin beynəlxalq, ikitərəfli və çoxtərəfli kinolayihələrdə iştirak etmələri, həmçinin onların xarici ölkələrin qabaqcıl kinostudiyalarında təcrübə keçmələri ilə bağlı tədbirlər görmək;
3.2.10. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.11. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin təcrübəsini öyrənmək;
3.2.12. müvafiq sahədə yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi məqsədilə yerli və xarici kinematoqrafiya müəssisələri ilə əməkdaşlıq etmək;
3.2.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq, müqavilə əsasında ödənişli xidmətlər göstərmək, o cümlədən ödənişli kurslar və təlimlər təşkil etmək;
3.2.14. fəaliyyət istiqamətləri ilə bağlı hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;
3.2.15. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.16. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.17. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.18. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.19. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.20. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.21. mədəniyyətin inkişafında xidmətləri xxxx mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyəti barədə məlumat bazasının fəaliyyətində iştirak etmək;
3.2.22. Agentlik əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim olunması üçün Nazirliyə təkliflər vermək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.23. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.24. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası (bundan sonra – Şura) və Baş direktordur.
4.3. Şura Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.4. Şura sədr və onun iki müavini daxil olmaqla, 3 (üç) üzvdən ibarətdir. Şuranın üzvlərini Azərbaycan Respublikasının mədəniyyət xxxxxx vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.
4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.6. Bu Nizamnamə ilə müəyyən edilən hallar istisna olmaqla, Agentliyin fəaliyyəti ilə bağlı məsələlərə dair qərar qəbul etməkdə Şura müstəqildir.
4.7. Şuranın vəzifələri aşağıdakılardır:
4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.7.2. Agentliyin inkişaf istiqamətlərinə dair Nazirliyə təkliflər vermək, strateji məqsəd və planlarını müəyyən etmək;
4.7.3. Agentliyin fəaliyyətinə nəzarət etmək;
4.7.4. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.7.5. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
4.7.6. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsinə, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsinə dair Nazirliyə təkliflər vermək;
4.7.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə filial, idarə və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.7.8. Baş direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
4.7.9. Şura üzvlərinin və Baş direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.7.10. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.7.11. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.7.12. kənar auditor yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.7.13. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.7.14. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə xxxx əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha xxx hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.7.15. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
4.8. Şuranın sədri ildə azı bir dəfə olmaqla Şuranın iclasını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya Baş direktor çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.9. Şuranın üzvlərinə, habelə Baş direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.10. Şuranın iclasında Baş direktor da iştirak edə bilər.
4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Xxxxxxx iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək Baş direktora göndərir.
4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.15. Şuranın katibi:
4.15.1. Şuranın iclaslarını təşkil edir;
4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;
4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;
4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
4.16. Şuranın sədri:
4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və Baş direktorun qanunvericiliyə xxxx xxxx qərarlarını ləğv edir;
4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
4.16.3. öz təşəbbüsü ilə, habelə Xxxxxxx hər hansı digər üzvünün və ya Baş direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.17. Şuranın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şura sədrinin müavinlərindən biri icra edir.
4.18. Şuranın üzvləri:
4.18.1. Şuranın səlahiyyətlərinə aid xxxx məsələlərin həllində iştirak edirlər;
4.18.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən xxxxx olurlar;
4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.18.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
4.18.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə xxxxx olurlar.
4.19. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.20. Agentliyin fəaliyyətinə xxxx rəhbərliyi Baş direktor həyata keçirir. Baş direktoru Azərbaycan Respublikasının mədəniyyət xxxxxx vəzifəyə təyin və vəzifədən azad edir. Baş direktorun səlahiyyət müddəti 4 (dörd) ildir. Baş direktorun Azərbaycan Respublikasının mədəniyyət xxxxxx tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
4.21. Baş direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.
4.22. Baş direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.23. Baş direktorun vəzifələri aşağıdakılardır:
4.23.1. Agentliyin fəaliyyətini təşkil etmək, onun xxxx fəaliyyətinə rəhbərlik etmək və Agentliyi təmsil etmək;
4.23.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Xxxxxx təkliflər vermək və sənədlər təqdim etmək;
4.23.3. Şuranın qərarlarını icra etmək;
4.23.4. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizinədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.23.5. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.23.6. bu Nizamnamənin 3.1.25-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.23.7. xxxx və operativ məsələlər barədə Xxxxxx məlumatlandırmaq;
4.23.8. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.23.9. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi xxxx daxili sərəncam və əmrlər vermək;
4.23.10. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
4.23.11. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə xxxx xxxx qərarlarını ləğv etmək;
4.23.12. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq etmək;
4.23.13. Agentlik işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;
4.23.14. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (Agentliyin idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki qurumların və təsərrüfat cəmiyyətlərinin yalnız rəhbərlərini Nazirliklə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək;
4.23.15. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;
4.23.16. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;
4.23.17. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;
4.23.18. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;
4.23.19. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;
4.23.20. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;
4.23.21. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Agentliyin nizamnamə fondunun məbləği 100 000 (bir yüz min) manatdır.
5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında xxxx dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
5.6. Agentliyin məhsullarının (işlərinin, xidmətlərinin) qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin idarəetmə orqanları həyata keçirirlər.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin yenidən təşkili və ləğvi
Agentliyin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.