MÜNDƏRİСAT:
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi
N. Xəlilov
«12» mart 2013-cü il
«Təsdiq edirəm»
«Atəşgah» Sığorta Şirkəti ASC-ninİdarə heyətinin sədri
T.A. Xxxxxxx
«19» noyabr 2012-ci il
Podratçının maşın və avadanlığının sığortası QAYDALARI
«Atəşgah» Sığorta Şirkəti ASC 2013
MÜNDƏRİСAT:
Əsas anlayışlar
FƏSİL 1. Podratçının maşın və avadanlığına dəymiş zərərin sığortası
Maddə 1. Sığorta sinfi Maddə 2. Sığorta riskləri Maddə 3. Sığorta obyekti Maddə 4. Sığorta predmeti
Maddə 5. I Fəslə aid xxxx Sığorta risklərindən istisnalar və ya sığorta təminatında məhdudiyyətlər Maddə 6. Sığorta məbləği, onun müəyyən edilməsi qaydası və azadolma məbləği
Maddə 7. Sığorta ödənişi
Maddə 8. Sığorta ödənişinin hesablanması Maddə 9. Qismən sığorta
Maddə 10. İkili sığorta
Maddə 11. Qalıqlara xxxx hüququn keçməsi və sığortalanmış əmlaka hüquqdan imtina Maddə 12. Marağın keçməsi
FƏSİL 2. Mülki məsuliyyət sığortası
Maddə 13. Sığorta predmeti və sığorta riski Maddə 14. II Fəslə aid xüsusi istisnalar Maddə 15. Sığorta ödənişi
FƏSİL 3. Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası Maddə 16. Sığorta predmeti və sığorta riski
Maddə 17. III Fəslə aid Xüsusi istisnalar Maddə 18. Sığorta ödənişi
Maddə 19. Fərdi qəzanın nəticələrinin təzahür müddəti Maddə 20. Sığorta məbləği
Maddə 21. Sığorta ödənişinin verilməsi
FƏSİL 4. Bütün fəsillərə aid xxxx ümumi qaydalar
Maddə 22. Bütün fəsillərə aid xxxx sığorta risklərindən istisnalar və ya sığorta təminatında məhdudiyyətlər Maddə 23. Sığortanın əhatə etdiyi ərazi
Maddə 24. Sığorta müqaviləsinin bağlanması qaydası
Maddə 25. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası Maddə 26. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin hüquq və vəzifələri
Maddə 27. Sığorta haqqının ödənilməsi Maddə 28. Xxxxxxx haqqında qeyd-şərt
Maddə 29. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri Maddə 30. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası Maddə 31. Məlumatın təhrif edilməsi və aldatma
Maddə 32. Təhlükəsizlik normalarının pozulması
FƏSİL 5. Tələblərin tənzimlənməsi
Maddə 33. Zərərin qarşısının alınması və həcminin azaldılması Maddə 34. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifəsi Maddə 35. Sığortaçı tərəfindən nəzarət
Maddə 36. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı Maddə 37. Subroqasiya hüququ
Maddə 38. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
Maddə 39. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti, sığorta ödənişinin həyata keçirilməsi qaydası
Maddə 40. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Maddə 41. Mübahisələrin həlli qaydası
Maddə 42. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
Əsas anlayışlar
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs; Bu Qaydalara görə Sığortaçı - «Atəşgah» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətidir.
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx və faydalanan şəxsin olmaması halında Sığortaçıdan sığorta ödənişini almağa səlahiyyətli xxxx Sığorta müqaviləsinin tərəfi; Sığortalının rəhbər işçilərinin, vəzifəli şəxslərinin, Azərbaycan Respublikası qanunvericiliyinə, Sığorta müqaviləsinə və vəzifə öhdəliklərinə uyğun olaraq Sığortalının adından çıxış etmək səlahiyyəti verilmiş digər nümayəndələrinin fəaliyyəti Sığortalının fəaliyyəti hesab edilir.
Sığorta obyekti - Sığortalının sığortalanmış maşın və avadanlıqla bağlı qanunazidd olmayan əmlak mənafeləri;
Sığorta hadisəsi - Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, yaxud faydalanan şəxsə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Xxxxxxxxxx şəxs - Sığorta müqaviləsinə əsasən sığorta ödənişini xxxxxx xxxx şəxs;
Sığortanın müddəti – sığorta risklərinin sığortalandığı müddət;
Sığorta məbləği – sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tarifi - sığorta haqqının sığorta məbləğindən faizlərlə ifadə olunmuş tarifi;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində Sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə Sığortalının maşın və avadanlığına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq məqsədilə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsi;
Mühüm şərtlər – Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud Sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas xxxx şərtlər;
Sığortanın ərazisi - sığorta təminatının qüvvədə olduğu ərazi;
Assistans şirkəti - sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs;
Maşın və avadanlığın tam məhv olması – Sığorta hadisəsi nəticəsində maşın və avadanlığa dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi xxxxxxx xxxxx və avadanlıq tam məhv olmuş sayılır.
FƏSİL 1
Podratçının maşın və avadanlığına dəymiş zərərin sığortası
Maddə 1. Sığorta sinfi
Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu əmlakın yanğından və digər risklərdən sığortası sinfinə aiddir.
Maddə 2. Sığorta riskləri
2.1. Bu fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində aşağıda qeyd olunan sığorta risklərinin təsiri nəticəsində maşın və ya avadanlıq həmin maşın və ya avadanlığın təmir edilməsini və ya dəyişdirilməsini zəruri edən dərəcədə zədələnərsə, məhv olarsa və ya oğurlanarsa və belə zədələnmə, məhvolma və ya oğurluq Qayadaların Xüsusi və Ümumi hissəsində qeyd edilən istisnaların altına düşməzsə, Sığortaçı Sığortalıya belə zədələnmənin, məhvolmanın və ya oğurluğun nəticəsində dəymiş zərərin əvəzini bu Qaydalarda nəzərdə tutulan qaydada ödəmə, zədələnmiş maşın və avadanlığın əvəz edilməsi və ya təmir edilməsi yolu ilə, sığorta müqaviləsində hər bir maşın və avadanlıq üçün nəzərdə tutulan sığorta məbləğin çərçivəsində ödəyəcək:
2.1.1. Yanğın
2.1.2. İldırım vurması
2.1.3. Partlayış
2.1.4. Fırtına, tufan, qasırğa
2.1.5. Dolu
2.1.6. Sel (daşqın)
2.1.7. Zəlzələ
2.1.8. Üçüncü şəxslərin qərəzli hərəkətləri
2.1.9. Oğurluq, quldurluq , qaçırma və soyğunçuluq
2.1.10. Heyvanların hərəkəti
2.1.11. Kənar predmetlərin düşməsi, dəyməsi
2.1.12. Toqquşma
2.1.13. Aşma
2.1.14. Torpaq sürüşməsi
2.1.15. Torpaq çökməsi
2.3.Sığorta müqaviləsi maşın və avadanlığın müvəffəqiyyətlə istismara verilməsi şərtilə, Sığortalının maşın və avadanlığının istismar edilib- edilməməsindən, təmizlənmə və ya əsaslı təmir üçün sökülmüş vəziyyətdə olmasından, yaxud belə əməliyyatların həyata keçirilməsi və ya maşın və avadanlığın sonrakı yenidən qurulması prosesində olmasından asılı olmayaraq sığorta təminatı verir.
Maddə 3. Sığorta obyekti
Bu Qaydalara əsasən, Sığorta müqaviləsi üzrə sığorta obyekti Sığortalının, Sığorta olunanın, yaxud Xxxxxxxxxx şəxsin Sığorta müqaviləsində göstərilmiş əmlaka (sığorta predmetinə) sahiblik, ondan istifadə və ona sərancam verilməsi ilə bağlıqanunazidd olmayan hər hansı əmlak mənafeləridir.
Maddə 4. Sığorta predmeti
Sığortalının mülkiyyətində xxxx və bu Qaydalara müvafiq olaraq sığortalanmış hesab edilən maşın və avadanlıq sığortapredmetidir.
Maddə 5. I Fəslə aid xxxx Sığorta risklərindən istisnalar və ya sığorta təminatında məhdudiyyətlər
Əgər sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıda qeyd olunanlar üzrə təminat verilmir:
5.1. elektrik və ya mexaniki xarakterli nasazlıq, sıradan çıxma, sınma, dayanma, soyuducu mayenin və ya hər hansı digər mayenin donması, yağlamanın keyfiyyətsiz olması, yanğın və ya soyuducu mayenin çatışmaması nəticəsində baş verən itki və ya məhv olma;
5.2. burğu, bıçaq, yaxud digər kəsici hissələr, mişar diskləri, şablonlar, nümunələr, çiləyici və deşici səthlər, ekran və şəbəkə, kəmərlər, zəncirlər, elevator və konveyer lentləri, elementlər, təkərlər, birləşdirici məftillər və kabellər, elastik borular, daimi olaraq əvəz edilən birləşdirici və qablaşdırıcı materiallar kimi əvəz edilə bilən hissə və ləvazimatların itirilməsi və ya məhv olması;
5.3. daxili buxar, yaxud xxxx təzyiqi və ya istənilən daxiliyanma mühərrikinin təzyiqinə məruz qalan hər hansı buxar və ya təzyiq qazanının partlaması nəticəsində vurulan zərər və itki;
5.4. sığortalanmış maşın və ya avadanlığa ictimai yollarda zərər dəyməsi, onun aşması və ya məhv olması;
5.5. gəmiyə və ya hər hansı qayığa vurulan zərər və ya onların məhv olması;
5.6. qabararaq daşan xxxxxxx xxx, yaxud qismən çəkilməsi nəticəsində vurulan zərər və ya onların məhv olması;
5.7. sığortalanmış maşın və ya avadanlığın daşınması, yüklənməsi və ya boşalması zamanı dəyən zərər və ya onun məhvolması;
5.8. maşın və avadanlığın davamlı olaraq istifadə edilməsinin birbaşa nəticəsi olaraq meydana gələn zərər (aşınma, paslanma, korroziya, maşın və avadanlığın kifayət qədər istifadə edilməməsi və normal hava şəraitinin olmaması səbəbindən keyfiyyətini itirməsi);
5.9. sığorta olunmuş hər xxxxx xxxxx və ya avadanlığın hər hansı testdən keçirildiyi və ya təyinatından kənar istifadə edildiyi zaman meydana gələn zərər;
5.10. sığortalanmış maşın və ya avadanlığın istehsalçı tərəfindən müəyyən edilmiş istismar qaydalarının pozulması nəticəsində dəyən zərər
5.11. yerin altında işləyən maşın və avadanlığın məhv olması və ya həmin maşın və ya avadanlığa zərər dəyməsi;
5.12. Sığortaçının məlumatının olub-olmamasından asılı olmayaraq, Sığorta müqaviləsinin qüvvəyə minmə xxxxxx mövcud xxxx və Sığortalıya və ya onun nümayəndəsinə məlum olmuş qüsurlar və ya səhvlər nəticəsində meydana gələn zərər;
5.13. Sığortalı, yaxud onun nümayəndəsinin qəsdli hərəkəti, yaxud qəsdən yol verdiyi səhlənkarlıq nəticəsində birbaşa və ya dolayı yol ilə baş verən və ya əmələ gələn və ya xxxxx zərər ;
5.14. tədarükçü və ya istehsalçının qanun və ya müqavilə əsasında məsuliyyət daşıdığı zərərlər;
5.15. inventarlaşmanın həyata keçirildiyi zaman və ya növbəti texniki xidmət xxxxxx xxxxx edilmiş itki və ya zərər;
5.16. Sığortalanmış maşın və avdanlığın istehsalı zamanı yol verilmiş qüsurlar, onların aradan qaldırılması xərcləri.
Maddə 6. Sığorta məbləği, onun müəyyən edilməsi qaydası və azadolma məbləği
6.1. Sığorta məbləği - Sığorta müqaviləsinə uyğun olaraq sığorta obyektinin sığortalandığı və Sığortaçının öhdəliklərinin son həddi xxxx pul məbləğidir.
6.2. Sığorta ödənişinin ümumi məbləği Sığorta müqaviləsində təsbit edilmiş ümumi sığorta məbləğini, ayrı-ayrı maşın və avadanlığa münasibətdə sığorta ödənişlərinin məbləği isə belə maşın və avadanlığa münasibətdə Sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğlərini aşa bilməz.
6.3. Sığorta ödənişinin ümumi məbləği, Sığorta müqaviləsində təsbit edilmiş ümumi sığorta məbləğindən Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş sığorta hadisələri üzrə verilmiş sığorta ödənişlərinin ümumi məbləğini çıxdıqdan sonra qalan məbləği aşa bilməz.
6.4. Sığorta məbləği Sığortalı ilə Sığortaçı arasında razılaşma əsasında müəyyənləşdirilir və maşın və avadanlığın Sığorta müqaviləsinin bağlandığı yerdə və tarixdə xxxx həqiqi dəyərindən - sığorta dəyərindən artıq ola bilməz.
6.5. Sığorta müqaviləsində zərərin Xxxxxxxxx tərəfindən ödənilməyən hissəsi – azadolma məbləği - qeyd edilə bilər. Azadolma məbləği nəzərdə tutularsa, onun növü, məbləği və tətbiq edilmə qaydaları xüsusi şərtlə müəyyən edilir.
Maddə 7. Sığorta ödənişi
Sığortaçı Sığortalıya dəymiş zərərin əvəzini aşağıdakı qaydada ödəyir:
7.1. Sığortalanmış maşın və avadanlıq məhv olduqda və ya ona vurulduqda:
Sığortalanmış əmlaka dəyən zərər məbləği aşağıdakı yolla müəyyən edilir:
7.1.1. Sığortalanmış maşın və avadanlıq məhv olduqda – aşınma dəyəri nəzərə alınmaqla həmin maşın və ya avadanlığa anoloji xxxx xxxxx və ya avadanlığın bazar qiyməti;
7.1.2. Sığortalanmış maşın və avadanlığa vurulduqda – təmir işlərinin görülməsinə və təmir olunan maşın və avadanlığın vəziyyətindən asılı olaraq onların aşınma dəyəri çıxılmaqla zəruri təmir hissələrinin alınmasına çəkilən xərclər.
Sığortaçının seçiminə görə maşın və ya avadanlığın təmir xərcləri Assistans şirkəti və yaxud digər ixtisaslaşmış ekspert təşkilatı tərəfindən hazırlanmış, tələb olunan təmirin qiymətinin ilkin smetası (hesablanması, qiymətləndirilməsi) əsasında, ya da həqiqi təmir faktına əsasən müəyyən olunur.
Sığortaçı öz mülahizəsi əsasında Sığortalıya vurulmuş zərərin əvəzini pul vəsaitlərinin ödənilməsi, dəymiş maşın vəavadanlığın dəyişdirilməsi və ya təmir edilməsi yolu ilə ödəyəcəkdir.
Maşın və avadanlığın dəyişdirilməsi xərclərinə, həmçinin fraxt, gömrük rüsumu və vergiləri və buna zərurət olarsa, maşın və avadanlığın quraşdırılması xərcləri də daxildir.
Əlavə iş vaxtları, gecə vaxtı, bayram günlərində işlərin həyata keçirilməsi və ekspress daşımaya çəkilmiş xərclər yalnız belə xərclərin Sığortaçı ilə əvvəlcədən yazılı formada razılaşdırılması hallarında Sığortaçı tərəfindən ödənilir.
7.2. Sığortaçı tərəfindən təminat verilən zərərlərin azaldılması məqsədilə çəkilmiş zəruri və ağlabatan xərclər:
Belə xərclərin zəruri olması və Sığortaçının göstərişlərinə əməl edilməsi üçün çəkilməsi şərtilə, Sığortaçı tərəfindən təminat verilən zərərlərin azaldılması məqsədilə çəkilən ağlabatan xərclər.
Yuxarıda qeyd olunanlara baxmayaraq, belə xərclərə qarşı verilən sığorta təminatı, Sığorta müqaviləsində təsbit edilmiş sığorta məbləğinə əlavə olacaq və heç bir halda, zədələnmiş əmlaka münasibətdə Sığorta müqaviləsində təsbit edilmiş sığorta məbləğinin 5%- dən artıq olmayacaq.
Sığortaçı, zərərlərin qarşısını almaq və ya azaltmaq üçün Sığortalının mümkün (səmərəli) və ağlabatan tədbirləri bilərəkdən görməməsi nəticəsində ortaya çıxan zərərləri ödəmək öhdəliyi daşımır.
Maddə 8. Sığorta ödənişinin hesablanması
8.1. Sığorta müqaviləsində azadolma məbləği kimi göstərilmiş məbləğ Sığortaçı tərəfindən əsaslı qəbul edilən hər bir sığorta vəsatətinin (tələbinin) və/və ya bir hadisə üzrə irəli sürülən bir neçə vəsatətin yekun məbləğindən çıxılır və Sığortaçı belə vəsatətin və ya vəsatətlərin azadolma məbləğinin çıxılmasından sonra qalan məbləğ üçün öhdəlik daşıyır.
8.2. Əgər Sığorta müqaviləsində hər bir sığortalanmış maşın və avadanlığa və ya maşın və avadanlıqlar qrupuna münasibətdə ayrıca azadolma məbləği müəyyən edilmişsə, sığorta ödənişinin məbləğinin hesablanması zamanı hər bir maşın və avadanlıq və ya maşın və avadanlıqlar qrupu üzrə azadolma məbləği ayrıca olaraq nəzərə alınacaqdır.
8.3. Sığortaçı tərəfindən əsaslı qəbul edilən hər bir vəsatətə və ya eyni hadisə üzrə bir necə vəsatətə münasibətdə ödəniləcək sığorta ödənişinin məbləği azadolma məbləği tətbiqindən əvvəl Sığorta müqaviləsinin müvafiq bölməsində göstərilmiş müvafiq sığorta məbləğini və məsuliyyət hədlərini aşmamalıdır.
8.4. Sığortalının üçüncü tərəfdən təzminat xxxxxx xxxxxxx, bu təzminatın məbləği azadolma məbləği tətbiqindən əvvəl sığorta ödənişi məbləğindən çıxılmalıdır.
8.5. Sığorta ödənişinin həyata keçirilməsi tarixinə sığorta haqqının tam ödənilməməsi halında, Sığortaçı ödənilməmiş sığorta haqqının məbləğini sığorta ödənişinin məbləğindən çıxmaq hüququna malikdir.
8.6. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində həyata keçirilmiş sığorta ödənişinin ümumi məbləği Sığorta müqaviləsində göstərilmiş müvafiq məsuliyyət hədlərini və sığorta məbləğlərini aşmamalıdır.
Maddə 9. Qismən sığorta
Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) Sığortaçı zərərin
əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
Maddə 10. İkili sığorta
Podratçının maşın və avadanlığının sığortasında sığorta məbləği həmin əmlakın Sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən – sığorta dəyərindən xxx olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdır.
Maddə 11. Qalıqlara xxxx hüququn keçməsi və sığortalanmış əmlaka hüquqdan imtina
11.1. Sığortaçı sığortalanmış maşın və avadanlığın tam məhvinin və ya onun oğurlanmasının əvəzini ödəyərsə, yaxud onun ayrı-ayrı hissələrini dəyişdirərsə, Sığortaçının belə hüquqlardan istifadə etmək qərarına gəlməsi şərtilə, Sığortalının sığortalanmış maşın və avadanlığa və ya onların dəyişdirilmiş hissəsinə xxxx hüquqları Sığortaçıya keçir. Bu halda, Sığortalı həmin hüquqların Sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri (o cümlədən, müvafiq icra həkimiyyəti orqanlarında maşın və avadanlığın qeydiyyatdan çıxarılması və Sığortaçının adına qeydiyyata salınması ilə xxxxx xxxx işləri) öz hesabına görməlidir. Xxxxx Sığortalı Sığortaçının razılığı olmadan maşın və avadanlığa xxxx hüquqlarından üçüncünün xeyrinə imtinaetmək hüququna malik deyil.
11.2. Sığortalı bu Qaydalara əsasən tam məhv olmuş sayılan maşın və avadanlığı öz sərəncamında saxlamaq qərarına gələrsə, bu halda Sığortaçı tərəfindən Sığortalıya verilməli xxxx sığorta ödənişi sığorta məbləğinin 75(yetmiş beş) faizini təşkil edəcəkdir.
11.3. Oğurlanmış maşın və avadanlıq sığorta ödənişinin verilməsindən əvvəl və ya sonra aşkar edilərsə, Sığortaçının öz mülahizəsi əsasında sığortalanmış əmlakı özündə saxlamaq və yaxud onu Sığortalıya qaytarmaq hüququ vardır. Sonuncu halda sığortalanmış maşın və avadanlığa görə alınmış sığorta ödənişi Sığortaçıya xxxx qaytarılmalıdır və Sığortaçı yalnız oğrunun və ya oğruların sığortalanmış əmlaka vurduğu zərərə görə bu Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq məsuliyyət daşıyır.
Maddə 12. Marağın keçməsi
Maşın və ya avadanlığın satılması və yaxud onlara hüquqların digər şəxsə verilməsi halında, Sığortaçının razılığı olmazsa, Sığorta müqaviləsi ilə verilən sığorta təminatı, alıcıya və ya maşın və ya avadanlığa hüquqları xxxx hər hansı digər şəxsə aid edilmir. Bu halda Sığortaçı ilə Sığortalı və ya xeyrinə maşın və ya avadanlıq özgəninkiləşdirilən şəxs arasında yeni Sığorta müqaviləsi bağlana bilər.
FƏSİL 2
Mülki məsuliyyət sığortası
Maddə 13. Sığorta predmeti və sığorta riski
13.1. Bu Fəsil üzrə sığorta predmeti Podratçının maşın və avadanlığının istismarından yaranan mülki məsuliyyətdir.
13.2. Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində Podratçının maşın və avadanlığı bütün Fəsillərə aid xxxx Ümumi istisnalar və II Fəslə aid xxxx Xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən ücüncü şəxsə bədən xəsarəti yetirilməsi, onun ölümü və ya onun əmlakına ziyanın dəyməsi ilə nəticələnən və Sığortalının hüquqi məsuliyyətinin yaranmasına səbəb xxxx qəza törədərsə, Sığortaçı Sığorta müqaviləsində təsbit edilmiş məsuliyyət həddi cərcivəsində Sığortalıya, onun ödəməyə hüquqi məsuliyyət daşıdığı və bütün Fəsillərə aid xxxx Ümumi istisnalar və II Fəslə aid xxxx Xüsusi istisnaların qüvvəsi altına düşməyən zərərlərin əvəzini aşağıda göstərilən qaydada ödəyəcəkdir:
- Sığortaçı hətta Sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddiaların əsassız, saxta və ya yalan olması halında belə ölüm, bədən xəsarəti və ya əmlaka ziyan vurulması ilə əlaqədar olaraq Sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddialarla bağlı Sığortalını müdafiə etmək hüququna və belə tələb və iddiaların araşdırılması və həllində tam sərbəstliyə malikdir. Xxxxx Sığortaçı həyata kecirilmiş sığorta ödənişlərinin nəticəsində Sığorta müqaviləsində təsbit olunmuş və onun məsuliyyət həddini ifadə edən məbləğin bitməsi halında, hər hansı tələb və ya məhkəmə qərarları ilə bağlı məbləği, yaxud iddianın müdafiəsi ilə əlaqədar məhkəmə xərclərini və digər xərcləri ödəməyəcək.
Maddə 14. II Fəslə aid xüsusi istisnalar
14.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat verilmir:
14.2. Sığortalının işcisinin maşın və avadanlığı idarə edrəkən Sığortalı ilə əmək münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı və bununla bağlı ölməsi və ya bədən xəsarəti xxxxxx nəticəsində yaranan məsuliyyət;
14.3. Sığortalının hər hansı müqavilə ilə öz üzərinə götürdüyü və belə müqavilənin mövcud olmaması halında yarana bilməyən hər hansı məsuliyyət;
14.4. Maşın və avadanlığın altında xxxx hər hansı körpüyə, viaduka, nəqliyyat magistralına və ya bunlara bənzər başqa tikiliyə Avtonəqliyyat vasitəsinin titrəməsi və ya onun daşıdığı yükün çəkisinin ağırlığı nəticəsində dəyən ziyan.
14.5. Əldən cıxmış fayda və ya digər dolayı zərərlər üçün məsuliyyət;
14.6. Cərimələr və ya mənəvi zərərlər ücün təzminat ödəmək öhdəliyi ;
14.7. Çirklənmə, buxarlanma, his, tüstü, işlənmiş qaz, turşular, qələvilər, toksik kimyəvi maddələr, mayelər və ya qazlar, materialların tullantıları və ya qıcıqlandırıcı təsiri xxxx başqa zəhərli və çirkləndirici maddələrin torpağa, atmosferə və hər hansı su kanallarına və ya hovuzlara ifraz edilməsi, axması və ya tullanmasından irəli gələn məsuliyyət.
Maddə 15. Sığorta ödənişi
15.1. Sığortaçı Sığortalının aşağıdakı xərclərinin əvəzini ödəyir:
15.1.1. Sığortaçının ilkin razılığı əsasında Sığortalı ilə üçüncü şəxslər arasında məhkəmədən kənar razılaşmaəsasında müəyyən edilmiş təzminat öhdəliklərinin məbləği;
15.1.2. Üçüncü şəxslərə zərər vurulması ilə əlaqədar olaraq, məhkəmə qərarı ilə Sığortalının üzərinə qoyulan təzminat ödənişlərinin məbləği;
15.1.3. Sığortaçının ilkin razılığı əsasında üçüncü şəxslərin irəli sürdüyü tələblərdən müdafiə olunmaq və butələblərin tənzimlənməsi məqsədi ilə Sığortalının cəkdiyi bütün xərclər;
15.1.4. Sığortaçının təminat verdiyi və onun göstərişlərinə əməl edilməsi ücün zərərlərin azaldılması məqsədilə çəkilən zəruri,
əsaslandırılmış, ağlabatan və sənədləşdirilmiş xərclər.
15.2. Yuxarıda sadalanan bütün xərclərə münasibətdə sığortaçıların məsuliyyətinin ümumi həcmi heç bir halda Sığorta müqaviləsində təsbit edilmiş müvafiq məsuliyyət həddini aşa bilməz.
FƏSİL 3.
Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası Maddə 16. Sığorta predmeti və sığorta riski
16.1. Bu Fəsil üzrə sığorta predmeti Sığorta olunanların həyat və sağlamlığıdır.
16.2. Bu Fəsil üzrə sığorta riskinə podratçının maşın və avadanlığının bütün Fəsillərə aid xxxx ümumi istisnalarda, habelə I və III Fəsillərə aid xxxx xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyməsi daxildir.
16.3. Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində maşın və avadanlığın bütün Fəsillərə aid xxxx Ümumi istisnalar və I və III Fəsillərə aid xxxx xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyərsə və belə ziyan I və III Fəsillərə aid xxxx xüsusi istisnaların qüvvəsi altına düşməzsə, Sığortaçı Sığorta olunana və ya onun qanuni vərəsələrinə bu Qaydaların 18-ci maddəsinə müvafiq olaraq zərərin əvəzini ödəyəcəkdir.
Maddə 17. III Fəslə aid Xüsusi istisnalar
17.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıda sadalananların nəticəsi olaraq Sığorta olunanların ümumi əmək qabiliyyətini itirməsi və ya ölümü hallarına təminat verilmir:
17.2. Sui-qəsd və ya sui-qəsdə cəhd və ya bilə-bilə özünə bədən xəsarəti yetirmə;
17.3. Maşın və avadanlığı idarə edən Səlahiyyətləndirilmiş sürücünün xxxx pozğunluq vəziyyətində olması;
17.4. İnsan həyatını xilas etmək məqsədilə edildiyi hallar istisna olmaqla, bilərəkdən özünü təhlükə altına atma.
Maddə 18. Sığorta ödənişi
18.1. Fərdi qəza sığortası üzrə sığorta müqaviləsində göstərilən maşın və avadanlığın istifadəsi ilə əlaqədar sürücüsünün və (və ya) sərnişininin həyat və sağlamlığına dəyə bilən zərərin aşağıda göstərilən hallarla nəticələnməsi risklərindən sığorta təminatı verilir:
18.2. əmək qabilliyətinin itirilməsi ilə əlaqədar I, II, III dərəcə əlilliyin müəyyən olunması;
18.3. 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması;
18.4. ölüm.
Maddə 19. Fərdi qəzanın nəticələrinin təzahür müddəti
19.1. Fərdi qəza anından 12 (on iki) ay müddətində baş verən və həmin fərdi qəzanın səbəb olduğu bədən xəsarətinin nəticəsi xxxx xxxx, fərdi qəza nəticəsində baş verən ölüm sayılır.
19.2. Əmək qabiliyyətinin daimi itirilməsinə görə ödənişlər, belə əmək qabiliyyətinin itirilməsinin fərdi qəza hadisəsinin nəticəsində baş vermiş olması, belə fərdi qəzanın baş vermə tarixindən 12 (on iki) ay ərzində təzahür etməsi və 12 (on iki) ay ərzində davam etməsi halında həyata kecirilir.
19.3. Əmək qabiliyyətinin daimi itirilməsi dedikdə, Sığorta olunanın hər hansı peşəkar və ya işguzar fəaliyyətlə məşğul olmasına tam mane xxxx və 12 (on iki) ay davam edən və bu müddətin bitməsindən sonra bərpa olunması mümkün olmayan əmək qabiliyyətinin itirilməsi başa düşülür.
Maddə 20. Sığorta məbləği
20.1. Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası müqaviləsi üzrə sığorta məbləği tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyən olunur.
20.2. Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası üzrə sığorta məbləği bir oturacaq yeri, yəni bir sığorta olunan üçün sığorta məbləğini ifadə edir.
Maddə 21. Sığorta ödənişinin verilməsi
21.1. Sığorta hadisəsinin baş verməsi tarixindən 1 il müddətində sığorta olunanın ölməsi halında sığorta ödənişi sığorta məbləğinin 100 xxxxx həcmində onun vərəsələrinə verilir.
21.2. Sığorta olunanın sağlamlığına zərər dəyməsi halında sığorta ödənişi aşağıdakı məbləğlərdə ödənilir:
21.3. əmək qabilliyətinin itirilməsi ilə əlaqədar:
21.4. Birinci dərəcə əlillik müəyyən olunduqda – sığorta məbləğinin 100 xxxxx;
21.5. ikinci dərəcə əlillik müəyyən olunduqda – sığorta məbləğinin 80 xxxxx;
21.6. üçüncü dərəcə əlillik müəyyən olunduqda – sığorta məbləğinin 60 xxxxx;
21.7. 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması müəyyən olunduqda – sığorta məbləğinin 100 xxxxx.
21.8. Sığorta hadisəsi nəticəsində sığorta ödənişi almış sığorta olunana təyin edilmiş əlillik dərəcəsinin dəyişməsi, yaxud onun ölməsi ilə əlaqədar sığorta ödənişi növbəti dəfə verilərkən, həmin hadisə ilə bağlı bu Bölmə əsasında əvvəllər verilmiş sığorta ödənişi məbləğləri çıxılır.
FƏSİL 4.
Bütün fəsillərə aid xxxx ümumi qaydalar
Maddə 22. Bütün fəsillərə aid xxxx sığorta risklərindən istisnalar və ya sığorta təminatında məhdudiyyətlər
Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıdakı halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir:
22.1. hər bir sığorta hadisəsi üzrə, Sığorta müqaviləsinin cədvəlində əks olunmuş və Sığortalının məsuliyyət daşıdığı azadolma məbləği;
22.2. müharibə, hərbi müdaxilə, xarici ölkələrin düşmən hərəkəti, hərbi əməliyyatlar (müharibənin elan edilib edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, iğtişaş, inqilab, tətil, lokaut, ictimai çaxnaşma, hakimiyyətin hərbi yolla qəsb edilməsi, hər hansı siyasi təşkilatla bağlı, yaxud bu təşkilatın adından və ya belə təşkilatla əlaqəli hərəkət edən müəyyən şəxslərin və ya şəxslər qrupunun qərəzli hərəkətləri, gizli sövdələşmə, müsadirə, hər xxxxx xx-xxxx, yaxud de-fakto hakimiyyətin, yaxud dövlət orqanının əmri ilə aparılan əməliyyatlar nəticəsində baş verən və ya əmələ gələn və ya xxxxx zərər;
22.3. nüvə reyaksiyası, nüvə şüalanması, yaxud radioaktiv zəhərlənmə nəticəsində birbaşa və ya dolayı yol ilə baş verən və ya
əmələ gələn və ya xxxxx zərər;
22.4. hər hansı vasitəli zərər (həyata keçirilən xidmətlərin dayanması ilə əlaqədar meydana gələn zərər) və ya məsuliyyət;
22.5. Sığortalının qəsdli hərəkətləri;
22.6. Maşın və avadanlığı məcburi qanunsuz zəbt etmə halları istisna olmaqla, Maşın və avadanlığın toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində xxxx səlahiyyətləndirilmiş şəxs tərəfindən idarə edilməsi;
22.7. Sunami, zəlzələ və ya vulkan püskürməsi ;
22.8. Həddən artıq yükləmə və ya dartma da daxil olmaqla maşın və avadanlığın onun texniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi;
22.9. Maşın və avadanlığın Sığortanın əhatə etdiyi ərazidən kənar istismar olunması halında. Sığortanın əhatə etdiyi ərazi Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı formada razılığının alınması şərtilə genişləndirilə bilər.
Maddə 23. Sığortanın əhatə etdiyi ərazi
Tərəflərin başqa cür razılaşdığı və belə razılaşmanın Sığorta müqaviləsində (sığorta şəhadətnaməsində) təsbit olunduğu hallar istisna olmaqla, bu sığorta Azərbaycan Respublikasının ərazisini əhatə edir.
Maddə 24. Sığorta müqaviləsinin bağlanması qaydası
24.1. Bu Qaydalara əsasən, Sığortaçı Sığorta müqaviləsini Sığortalı ilə bağlayır.
24.2. Sığorta müqaviləsini bağlamaqdan ötrü Xxxxxxxxx özünə məlum xxxx, Sığortaçının sığorta riskinin dərəcəsini müəyyənləşdirməsinə təsir edə biləcək halları özündə əks etdirən, müəyyən olunmuş formada yazılı ərizəni dolduraraq Sığortaçıya təqdim etməlidir. Bu ərizə Sığorta müqaviləsinin tərkib hissəsi hesab edilir.
24.3. Sığortalının ərizəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
24.1. Sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı), ünvanı və telefon nömrəsi;
24.2. sığorta predmeti haqqında məlumat;
24.3. xxxxxx dərəcəsini və sığorta haqqını müəyyənləşdirmək üçün xxxxx xxxx digər məlumatlar.
24.4. Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır:
24.4.1. Tərəflərin bu Qaydalar əsasında Sığorta müqaviləsini tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
24.4.2. Bu Qaydalar ilə Sığortalının razı olmasını təsdiq etməsi şərti ilə Sığortaçı tərəfindən ona sığorta
şəhadətnaməsinin verilməsi yolu ilə;
24.5. Sığorta şəhadətnaməsi tərtib olunduğu halda, sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
24.6. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının Sığorta müqaviləsindən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.
24.7. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə Sığorta müqaviləsi bağlayan Sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə, bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
24.8. Sığorta obyekti bir neçə sığortaçıda sığortalandığı halda, sığortaçılar Sığortalı qarşısında birgə məsuliyyət daşıyırlar.
24.9. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
24.10. Sığorta yalnız Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
Maddə 25. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
25.1. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.
25.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
25.2.1. sığorta predmeti artıq mövcud olmadıqda;
25.2.2. aşağıdakı hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv edildikdə:
25.2.2.1..əmlak sığortası müqaviləsini bağlamış Sığortalı Sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək Sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda Sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir; 25.2.2.2.qanunvericilikdə və ya Sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirsə, Sığortalının hüquqvə vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də Sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
25.2.2.3. Sığortalı xxxx hüquqi şəxs Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə, onun həmin Sığorta müqaviləsi üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir;
25.2.3. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsiolmayan hallara görə başa çatdıqda;
25.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
25.2.5. Sığorta marağı artıq mövcud olmadıqda;
25.2.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
Maddə 26. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin hüquq və vəzifələri
26.1. Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, sığorta riskinin artması ilə bağlı bütün hallar, xüsusən də aşağıdakı hallar barədə Sığortaçıya təxirə salınmadan məlumat verməlidir.
26.1.1. İcarə və ya hər hansı digər mülki-hüquq müqaviləsi əsasında podratçının maşın və avadanlığının və (və ya) onun əlavə
avadanlığının üçüncü şəxslərə verilməsi, həmçinin girov müqaviləsinə əsasən podratçının maşın və avadanlığının yüklü edilməsi;
26.1.2. Podratçının maşın və avadanlığının mülkiyyət hüququnun üçüncü şəxslərə keçməsi;
26.1.3. Podratçının maşın və avadanlığının sığorta hadisəsi hesab olunmayan hadisə nəticəsində ciddi zədələnməsi və ya məhv olması;
26.1.4. Podratçının maşın və avadanlığının ərizə formasında göstərilmiş məqsədlərdən fərqli məqsədlər üçün istifadə edilməsi;
26.1.5. Podratçının maşın və avadanlığının qeydiyyat sənədlərinin itirilməsi, oğurlanması və ya dəyişdirilməsi;
26.1.6. Podratçının maşın və avadanlığına aid xxxx və Ərizə formasında Sığortalı tərəfindən göstərilən məlumat və halların dəyişməsi;
26.1. Sığorta riskinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərə bilən hallar haqqında məlumatı aldıqdan sonra Sığortaçı
:
26.2.1. Sığorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;
26.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər;
26.2.3. bu şərait yarandıqdan sonra Sığorta müqaviləsinə xitam verə bilər.
Maddə 27. Sığorta haqqının ödənilməsi
27.1. Sığorta haqqı illik sığorta tariflərinə əsasən hesablanır.
27.2. Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir.
27.3. Sığorta haqqını nağdsız formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının ödənilməsinin əsasını təşkil edən Sığorta müqaviləsinin nömrəsinə istinad etməlidir.
27.4. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş formasındaalındığı gün ödənilmiş hesab olunur.
27.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 27.6-cibəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.
27.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən bir aydan gec olmayaraq ödənilməlidir.
Maddə 28. Xxxxxxx haqqında qeyd-şərt
28.1. Sığorta məbləğinin, azadolma məbləğinin və tələblərin xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata keçirildiyi tarixə və ya ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə xxxx rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə, ya da Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.
28.2. Əgər sığorta ödənişinin verilməsi üçün əsas xxxx sənədlər Azərbaycan manatı və ya Sığorta müqaviləsinin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, Sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Milli Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.
Maddə 29. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri
29.1. Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə Sığortaçıya dərhal və təxirə salınmadan məlumat verməlidir.
29.2. Sığorta riskinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərə bilən hallar haqqında məlumatı aldıqdan sonra Sığortaçı :
29.2.1. Sığorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;
29.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər;
29.2.3. bu şərait yarandıqdan sonra Sığorta müqaviləsinə xitam verə bilər.
Maddə 30. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
30.1. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.
30.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
30.2.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
30.2.2. Qanunvericilikdə müəyyən edilmiş hallar hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi
şəxs ləğv olunduqda:
30.2.3. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığortahadisəsi olmayan hallara görə başa çatdıqda;
30.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
30.2.5. Sığorta marağı artıq mövcud olmadıqda;
30.2.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
30.2.7. Qanunvericilikdə müəyyən edilmiş digər hallarda.
30.3. Bu Qaydaların 30.2-ci bəndində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, Sığorta müqaviləsinə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
30.4. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 (otuz) gün əvvəl (Sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 (altmış) gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5(beş) iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Belə bildiriş Sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirməklə Sığortalının və ya Sığortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin xəbərdarlığın edilməsi faktının sübut edilməsi üçün kifayətdir və Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən və vaxtdan etibarsız sayılacaq.
30.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərclərini çıxmaqla Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını ona qaytarır;
30.6. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqqını bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri çıxılmaqla, Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını qaytarır.
30.7. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı Sığortalıya qaytarılmır.
30.8. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 30.3 və 30.4-cü bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
30.9. Sığorta müqaviləsi üzrə sığorta haqqının yenidən hesablanmalı olması halında Sığortaçı bunlardan hansının daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış sığorta haqqını və ya hər hansı minimal və (və ya) depozit sığorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.
Maddə 31. Məlumatın təhrif edilməsi və aldatma
Əgər Sığortalı və ya onun hər hansı nümayəndəsi Sığorta müqaviləsi və ya Sığortaçı və/və ya hər hansı digər Sığortaçı ilə bağlanmış və artıq öz qüvvəsini itirmiş, Sığorta müqaviləsi üçün mühüm əhəmiyyət kəsb edən şərait və ya məlumatı gizlədər, yaxud təhrif edərsə və ya belə aldatmanın zərərin həcmi və digər məsələlərə aid olub-olmamasından asılı olmayaraq bilə-bilə aldatma yolu ilə yalan vəsatət (tələb) irəli sürərsə, Sığorta müqaviləsi və bütün tələblər etibarsız hesabediləcək.
Maddə 32. Təhlükəsizlik normalarının pozulması
Əgər Sığortalı qanunvericiliklə müəyyən edilmiş yanğın təhlükəsizliyi, maşın və avadanlığın və onların yerləşdiyi ərazinin mühafizəsi, həyata keçirilən işlərin təhlükəsizliyinin təmin olunması qaydalarını və digər analoji qaydaları pozursa və belə qayda pozuntuları sığorta hadisəsinin yaranmasına birbaşa və ya dolayı yolla səbəb olursa, Sığortalı sığorta ödənişini verməkdən imtina etmək hüququnu əldə edir.
FƏSİL 5
Tələblərin tənzimlənməsi Maddə 33. Zərərin qarşısının alınması və həcminin azaldılması
33.1. Bu sığorta ilə təminat verilib verilməməsindən asılı olmayaraq, Sığortalı artıq vurulmuş zərərin azaldılması və gələcəkdə baş verə biləcək zərərlərin qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur. Sığortalının belə tədbirləri görməməsinin birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərərə qarşı sığorta təminatı verilmir.
33.2. Sığortalanmış maşın və avadanlığı xilas etmə, təmir etmə və ya onun qorunub saxlanması məqsədi ilə görülən bütün belə tədbirlər bütün maraqlı tərəflərin mənafeyi üçün həyata keçirilmiş hesab edilir və tərəflərdən heç birinin hüquqlarına təsir etmir. Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
Maddə 34. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifəsi
34.1. Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi barədə Sığortalı, yaxud Xxxxxxxxxx şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
34.2. Sığorta müqaviləsində sığorta hadisəsinin baş verməsi barədə məlumat verməyin müddəti və (və yaxud) metodu göstərilmişdirsə, bu müəyyən olunmuş müddətdə və həmin metodla həyata keçirilməlidir.
34.3. Oğurluq və ya talan nəticəsində maşın və avadanlığın məhv olması və ya onlara zərər vurulması halında, Sığortalı bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidir.
34.4. Sığortalı, sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx, qanunvericiliyə və işgüzar adətlərə uyğun olaraq tələb olunan sənədlər də daxil olmaqla, özündə xxxx bütün sənədləri Sığortaçıya təqdim etməlidir.
34.5. Sığortalı Sığortaçıya araşdırma aparmağa və ona zərərin baş verdiyi şəraiti, onun xarakteri və həcmini müəyyənləşdirmək üçün əhəmiyyət daşıyan sənədlərlə maneəsiz xxxxx olmaq imkanını verməlidir;
34.6. Sığorta təminatı verildikdən sonra Sığortalının itkiləri üçüncü şəxslər tərəfindən tam şəkildə, yaxud qismən ödənilərsə, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ərzində qanuna görə Sığortalını sığorta təminatını əldə etmək hüququndan tam şəkildə və ya qismən məhrum edən şərait yaranarsa, Sığortalı üçüncü şəxslərdən vəsaitləri aldıqdan sonra, yaxud Sığortaçıdan qanun əsasında sığorta təminatının müvafiq hissəsini Sığortaçıya qaytarmaq barədə tələbi aldıqdan sonra 5 iş günü ərzində müvafiq məbləği xxxx qaytarmalıdır.
34.7. Sığorta hadisəsinin baş verməsi və vurulan zərərin həcminin sübuta yetirilməsi öhdəliyini Sığortalı daşıyır.
Maddə 35. Sığortaçı tərəfindən nəzarət
35.1. Sığortaçı bu Sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsi üçün əsas ola biləcək hadisə və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
35.2. Sığortalı Sığortaçı və yaxud onun təyin etdiyi Assistans şirkəti tərəfindən baxış həyata keçirilənədək sığorta hadisəsi nəticəsində zədələnmiş sığorta obyektini sığorta hadisəsindən sonrakı vəziyyətdə saxlamağa borcludur.
35.3. Sığortaçı zərərin baş verdiyi əraziyə daxil ola, zədələnmiş maşın və avadanlığı ona təqdim edilməsini tələb edə bilər. Sığortaçının belə hərəkətləri etməsi, sığorta hadisəsi ilə bağlı hər hansı öhdəliyin Sığortaçı tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Yuxarıdakı şərtlərə əməl olunmadıqda sığorta ödənişi verilmir.
35.4. Əgər Sığortalı ilə Sığortaçı arasında zərərin miqdarının real təmir xərcləri əsasında müəyyən edilməsi barədərazılıq əldə
edilərsə, onda təmir emalatxanası da təmir işləri başlanmazdan əvvəl Sığortaçı ilə razılaşdırılmalıdır.
35.5. Sığortalı sığorta hadisəsinin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bununla bağlı bütün hərəkətləri barədə Sığortaçıya təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
35.6. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına sığorta etdirənin maraqlarını təmsil və müdafiə etmək hüququna malikdir.
Maddə 36. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün Sığortalı aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir:
36.1. sığorta hadisəsi haqqında yazılı ərizə;
36.2. Sığorta müqaviləsinin (Sığorta şəhadətnaməsinin) əsli;
36.3. sığorta hadisəsinin baş verməsini təsdiq edən sənəd;
36.4. zərərin həcmini müəyyənləşdirən sənədlər;
36.5. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün xxxxx xxxx digər sənədlər.
Maddə 37. Subroqasiya hüququ
37.1. Xxxxxxxxxxx hüququ, sığorta ödənişini almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş Sığortaçının istifadə etmək hüququdur.
37.2. Sığortalı Sığortaçınının subroqasiya hüququnun təmin edilməsi üçün öz imkanları çərçivəsində ona hər cür kömək göstərməlidir və Sığortaçını Sığortalının adından tələb irəli sürmək üçün zəruri xxxx bütün sənədlər, sübutlar və məlumatlarla təmin etməlidir.
37.3. Sığortalının hər hansı məhkəmədənkənar razılışma və ya məhkəmə qərarı əsasında zərərə görə məsuliyyət daşıyan şəxslərdən aldığı təzminat məbləğləri ilk növbədə Sığortaçının Sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişinin əvəzinin ödənilməsinə sərf olunacaq. Yalnız Sığortaçının həyata keçirdiyi sığorta ödənişinin tam məbləğinin Sığortaçıya qaytarılması halında, Sığortalı qalan məbləği almaq hüququnu əldə edir.
37.4. Əks qaydanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, Sığortalı Sığortaçının əvəzini ödədiyi zərərlər üçün məsuliyyət daşıyan şəxsə qarşı tələb hüququndan imtina edərsə və ya Sığortalının təqsiri üzündən bu hüquqdan istifadə qeyri-mümkün olarsa, Sığortaçı sığorta ödənişini ödəmək öhdəliyindən tam və ya qismən azad olunur və sığorta ödənişinin tam və ya müvafiq hissəsini özünə qaytarmaq hüququnu əldə edir.
Maddə 38. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakı halların nəticəsində ortaya çıxan istənilənzərərlərin bu sığorta ilə əvəzi ödənilmir və sığorta ödənişinin verilməsindən imtina edilir
38.1. bu Qaydaların 29.1. və 34.1-ci bəndlərinin tələblərinə əməl edilməməsi nəticəsində, o cümlədən sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda ;
38.2. bu Qaydalarda nəzərdə tutulan Mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub- olmamasından asılı olmayaraq Sığortalının Sığorta müqaviləsində nəzərdə tutulan belə şərtlərə əməl etməməsi;
38.3. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib çıxaran, Sığortalı tərəfindən Sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərin yerinə yetirilməməsi. Bu halda Sığortaçının verməməyə haqlı olduğu sığorta ödənişinin məbləği, belə yerinə yetirilməmənin sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına təsir dərəcəsinə müvafiq olmalıdır.
38.4. Sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
38.5. Sığorta müqaviləsi və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi
əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
38.6. Sığortalının sığortalanmış maşın və avadanlığa dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, Sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
38.7. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi;
38.8. Sığortalının zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərər vuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
38.9. baş vermiş hadisənin Sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
38.10. sığorta hadisəsinin sığorta haqqının tam və ya onun ilk hissəsinin ödənilməsi müddəti başa çatdıqdan sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda;
38.11. sığorta hadisəsinin sığorta haqqının növbəti hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
38.12. sığorta hadisəsinin bu Qaydaların 27.5-ci bəndində nəzərdə tutulmuş halda Sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda.
38.13. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib çıxaran, Sığortalı tərəfindən Sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərin
yerinə yetirilməməsi. Bu halda Sığortaçının verməməyə haqlı olduğu sığorta ödənişinin məbləği, belə yerinə yetirilməmənin sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına təsir dərəcəsinə müvafiq olmalıdır;
38.14. Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdi və ya kobud ehtiyatsızlığı;
38.15. Sığorta hadisəsinin xarakteri bunu tələb etməsinə baxmayaraq, Xxxxxxxxx tərəfindən həmin hadisə barədə səlahiyytlidövlət orqanlarına məlumat verilmədikdə;
38.16. Sığorta hadisəsinin baş verməsi faktı səlahiyyətli orqan tərəfindən təsdiq edilmədikdə;
38.17. Sığortalı tərəfindən yanğın və mühafizə təhlükəsizliyi qaydalarının qəsdən pozulması.
Maddə 39. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti, sığorta ödənişinin həyata keçirilməsi qaydası
39.1. Sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarı bu Qaydaların 36.3-cü maddəsində göstərilən sənədlərin təqdim edildiyi andan 30 iş günü ərzində qəbul edir.
39.2. Qanunvericiliklə və bu Qaydalarla müəyyən edilmiş sığorta ödənişinin verməkdən imtina halları istisna olmaqla, Sığortaçı və yaxud Sığortaçının təyin etdiyi Assistans şirkəti sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra ödəniş aparılmasının forması, qaydası və sair əlaqədar məlumatları əks etdirən ödənişə əsas verən sənədi (sığorta aktı, razılaşma, protokol və s.) tərtib edir və razılaşdırmaq üçün bu sənədi Sığortalıya və/və yaxud Xxxxxxxxxx səxsə təqdim edir.
39.3. Sığortalı və/və yaxud Xxxxxxxxxx səxs ödənişə əsas verən sənədi imzaladıqdan sonra, onu Sığortaçıya qaytarır və Sığortaçı ödənişə əsas verən sənəddə başqa müddət nəzərdə tutulmadıqda bu sənədi aldığı gündən etibarən 30(otuz) iş günü ərzində sığorta ödənişini həyata keçirir.
Maddə 40. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir-birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.
Maddə 41. Mübahisələrin həlli qaydası
Sığortaçı ilə Sığortalı arasında sığorta müqavilələri ilə xxxxx xxxx mübahisələr danışıqlar yolu ilə, razılaşma əldə olunmadıqda isə, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll olunur.
Maddə 42. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə razılığa gələbilərlər.