T Ə L İ M A T
Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2013-cü il 19 dekabr tarixli
248/2 xxxxx qərarı ilə təsdiq edilmişdir
Sərbəst auditorların və auditor təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlamalarının risk qiymətləndirilməsi əsasında təyin edilməsinə dair
T Ə L İ M A T
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Sərbəst auditorların və auditor təşkilatlarının maliyyə təsərrüfat fəaliyyətlərinin yoxlamalarının risk qiymətləndirilməsi əsasında təyin edilməsinə dair T Ə L İ M A T «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında» və «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının qanunlarının, «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında» Əsasnamənin müddəalarına, Azərbaycan Respublikasının Prezidenti Xxxxx Xxxxxxxx 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş
«Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 12.5 maddəsinə, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının İş Planının (2012-2015-ci illər) 9.2 , Auditorlar Palatasının və Auditorlar Palatası Şurasının 2013-2015-ci illər üzrə iş planlarının müvafiq olaraq
1.14 və 19-cu “Yoxlamaların risk qiymətləndirilməsi sistemi əsasında təyin edilməsinə dair təlimatın” hazırlanması bəndlərinə uyğun olaraq hazırlanmışdır.
II. TƏLİMATIN MƏQSƏDİ
2.1. Təlimatın məqsədləri aşağıdakılarıdır:
2.1.1. Sərbəst auditorlar və auditor təşkilatlarının (bundan sonra auditorlar) fəaliyyətində risk amillərinin müəyyən edilməsi və sağlam rəqabət əsasında fəaliyyət göstərmələri üçün əlverişli şərait yaratmaq;
2.1.2. Auditorların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının planlaşdırılmasının risklərin qiymətləndirilməsi əsasında müəyyən etmək;
2.1.3. Auditorlar arasında sağlam rəqabət mühiti yaratmaq və onlar tərəfindən rəqabəti məhdudlaşdıran müqavilələr bağlanmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görmək və rəqabət qabiliyyətlərinin güclənməsinə yönəldilmiş tədbirlər həyata keçirmək;
2.1.4. Auditorların fəaliyyətində auditor risklərinin azaldılması və aradan qaldırılması istiqamətində tədbirlər görmək.
III. SƏRBƏST AUDİTORUN VƏ YA AUDİTOR TƏŞKİLATININ FƏALİYYƏTİNDƏ RİSK DƏRƏCƏLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ
3.1. Auditorların fəaliyyətlərində risk dərəcələri hər bir Palata üzvü üzrə ayrılıqda müəyyən olunur.
(Qeyd:Auditorlar barəsində Auditorlar Palatasına daxil olmuş şikayətlər və təqdimatlar üzrə risklər, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində yol verilmiş digər risklərin dərəcələri aparılmış araşdırmalar nəticəsində müəyyən edilir;
3.2. Auditorların fəaliyyətinin yoxlanılmasının planlaşdırılması risklərin qiymətləndirilməsi əsasında aparılır və əhəmiyyətliliyinə görə risk dərəcələri aşağıdakı 3 qrupa bölünür.
1-ci - Yüksək risk qrupu – bu qrupda yoxlamalar ildə bir dəfədən xxx olmayaraq aparılır;
2-ci - Xxxx risk qrupu – bu qrupda yoxlamalar iki ildə bir dəfədən xxx olmayaraq aparılır;
3-cü - Aşağı risk qrupu – bu qrupda yoxlamalar üç ildə bir dəfədən xxx olmayaraq aparılır;
3.3. Risk dərəcələri müəyyən edilərkən eyni zamanda müxtəlif risk qruplarına aid xxxx xətalara yol verilməsi halı mövcud olduqda həmin hərəkətlərə görə daha yüksək risk qrupuna aid müddətlər müəyyən edilir.
3.4. Son iki yoxlama nəticəsində Sərbəst auditorun və ya auditor təşkilatının
fəaliyyətində bu təlimatın III bölməsinin tələblərinin pozulması halları aşkar
edilmədikdə və ya aşkar edilmiş pozuntular mühüm əhəmiyyət kəsb etmədikdə həmin sərbəst auditora və ya auditor təşkilatına plan üzrə (növbəti) yoxlama onun aid olduğu risk qrupu üçün müəyyən edilmiş dövrülük 1,5 dəfə artırılmaqla təyin edilə bilər.
3.5. Auditorların fəaliyyətlərində yol verilmiş risk xətalarının 1-ci risk qrupuna düşmə əsasları:
- Əvvəlki illər üzrə məcburi ödəmə öhdəliklərinin yerinə yetirilməməsi faktının mövcudluğu;
- Auditor təşkilatının yoxlanılan dövr üzrə fəaliyyəti kənar auditə məruz qalmaması halı mövcuddursa;
- Auditorların real icra imkanlarından xxx xxxxx müqavilələrin bağlanması və auditin aparılması ilə bağlı Palata Şurasının müvafiq qərarı ilə müəyyən olunmuş müddətlərin pozulması yolu ilə auditlərin aparılması faktının mövcudluğu;
- Auditorlar tərəfindən bağlanmış müqavilələr üzrə öhdəliklərin müqavilədə göstərilən müddətlərdə icra edilməməsi faktının mövcudluğu;
- Son audit sənədlərinin toplanması işinin tamamlanmasından sonra auditor sənədlərin saxlanma müddətinin bitməsindən əvvəl auditin sənədləşdirilməsini ləğv edilməsi faktının mövcudluğu;
3.6. Auditorlar fəaliyyətlərində yol verilmiş risk xətalarının 2-ci risk qrupuna düşmə əsasları:
- Auditorların özünün işgüzar və maliyyə-təsərrüfat fəaliyyəti haqqında yalan və təhrif olunmuş məlumatları yayması;
- Auditorlar Palatasına üzvlük haqqının müəyyən olunmuş müddətlərdən gec ödənilməsi faktının mövcudluğu;
- Auditorlar tərəfindən Palata Şurasının müvafiq qərarı ilə müəyyən olunmuş tövsiyyə qiymətlərindən ciddi surətdə fərqlənən aşağı məbləğlərə müqavilələlərin bağlanması;
- Rəqibin sifarişçiyə vermiş olduğu müqavilə təklifini reallaşdırmasını qabaqlamaq məqsədilə sifarişçi ilə rəqibin təklif etdiyi məbləğdən aşağı qiymətlərlə müqavilə bağlamaq və ya onu belə müqavilə bağlamağa sövq etmə.
3.7. Auditorların fəaliyyətlərində yol verilmiş risk xətalarının 3-cü - risk qrupuna düşmə əsasları:
- Auditorların faktiki imkanlarından artıq xxxxx müqavilə bağlaması faktının mövcudluğu;
- Palata üzvlərinin ixtisasartırma kurslarında üzürsüz səbəbdən iştirak etməmə.
- Palata üzvlərinin ixtisasartırma kurslarında qeyri məğbul qiymət xxxxxx.