Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında
Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında
Saziş
Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti,
vətəndaşların pensiya təminatı sahəsində hüquqlarının müdafiəsi zəruriliyindən çıxış edərək, Tərəflər öz vətəndaşlarının pensiya təminatı üçün bilavasitə məsuliyyət daşıdıqlarını dərk edərək,
Tərəflər, birinin ərazisində pensiya təminatına hüquq qazanan və bu hüququ Tərəflərin ərazisində həyata keçirən əmək qabiliyyəti olmayan şəxslərə münasibətdə öhdəliyə malik olduqlarını qəbul edərək,
pensiya təminatı məsələlərində beynəlxalq sazişlər üzrə öhdəliklərə dönmədən əməl olunmasının vacibliyini qəbul edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflərin vətəndaşlarının və onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində yaşadıqları dövlətin qanunvericiliyi əsasında həyata keçirilir.
Vətəndaşın köçüb gəldiyi ərazi bundan sonra «köçdüyü Tərəf» yaşadığı ərazi isə «gəldiyi Tərəf» adlanır.
Maddə 2
Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin və Sərhəd qoşunlarının hərbi qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı, həmçinin onların pensiya təminatına vəsait ayrılması qaydası Tərəflərin pensiya qanunvericiliyinə müvafiq qaydada nizama salınır.
Maddə 3
Bu Saziş əsasında pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri təminatı verən Tərəf daşıyır. Qarşılıqlı hesablaşmalar aparılmır.
Maddə 4
Bu Saziş vətəndaşların pensiya təminatının Tərəflərin qanunvericiliyi ilə müəyyən edilmiş və ya müəyyən ediləcək bütün növlərinə şamil edilir.
Maddə 5
1. Tərəflərin vətəndaşlarına pensiya təyin olunması yaşayış yeri üzrə həyata keçirilir.
2. Tərəflərin vətəndaşlarının pensiya hüququnun, o cümlədən güzəştli əsaslarla və xidmət illərinə görə pensiya hüququnun müəyyən edilməsi üçün onların ərazilərində, həmçinin keçmiş SSRİ ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış iş stajı nəzərə alınır.
3. Pensiyaların hesablanması əmək stajına daxil edilən iş dövrünün əməkhaqqından (gəlirindən) aparılır.
Əməkhaqqının (gəlirin) miqdarı bir Tərəfin, pensiya təyin olunduğu anda digər Tərəfin milli valyutasına və yaxud beynəlxalq ekvivalentə nisbətdə rəsmi təsdiq edilmiş milli valyutasından müəyyən olunur.
Maddə 6
Əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar, pensiya üçün müraciət edənin daimi yaşayış yeri üzrə, onun ərazisində qüvvədə xxxx qanunvericiliyə müvafiq olaraq, pensiya ödənilməsi üçün nəzərdə tutulan öz vəsaiti hesabına hesablanır və ödənilir.
Maddə 7
Pensiyaçı Tərəflərdən birinin ərazisindən digər Tərəfin ərazisinə köçərkən, pensiya ödənişi əvvəlki yaşayış yeri üzrə pensiya ödənişinin dayandırıldığı gündən, xxxxx xxxx yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi şöbəsinə yazılı müraciət edilən gündən 6 aydan artıq olmamaq şərtilə həyata keçirilir.
Maddə 8
Tərəflərin pensiya təminatını həyata keçirən orqanlar bir-biri ilə onların mərkəzi orqanları arasında müəyyən olunan sazişə əsasən əməkdaşlıq edirlər.
Maddə 9
Tərəflər bu Sazişlə nizama salınmayan, habelə onun tətbiqi ilə əlaqədar məsələlərə danışıqlar yolu ilə baxırlar.
Maddə 10
Tərəflər onların dövlətlərində qüvvədə xxxx pensiya qanunvericiliyi və onda edilən sonrakı dəyişikliklər haqqında bir-birilərinə məlumat vermək öhdəliyini, həmçinin pensiya hüququnun və onun miqdarının müəyyən olunması üçün mühüm əhəmiyyəti xxxx tədbirlər görməyi öz üzərlərinə götürürlər.
Maddə 11
Pensiya təminatı üçün zəruri xxxx, Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının ərazisində müəyyən olunmuş qaydada verilmiş sənədlər Tərəflərin ərazisində leqallaşdırılmadan qəbul edilir.
Maddə 12
Bu Saziş Tərəflərdən hər birinin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurları yerinə yetirməsi barədə sonuncu bildirişi verdiyi vaxtdan qüvvəyə minir.
Maddə 13
1. Bu Saziş 5 il müddətinə bağlanılır və Tərəflərdən biri müvafiq qüvvədə olma
müddətinin keçməsinə 6 ay qalmış onun qüvvəsinin dayandırılması barədə öz arzusunu yazılı bildirmədikdə avtomatik olaraq hər dəfə 5 il uzadılır.
2. Tərəflərin vətəndaşlarının bu Sazişin müddəalarına müvafiq olaraq yaranmış pensiya hüquqları onun denonsasiya edildiyi hallarda da öz qüvvəsində qalır.
3. Tərəflərin qarşılıqlı razılığı əsasında və müvafiq aktlarda qeyd olunmaqla bu Sazişə edilən bütün dəyişiklik və əlavələr bu Sazişin ayrılmaz hissəsi sayılır.
1996-cı il sentyabr ayının 16-da Bakı şəhərində Azərbaycan, qazax və rus dillərində iki əsl nüsxədə imzalanmışdır, hər üç mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti | Qazaxıstan Respublikası Hökuməti |