ÜMUMİ MÜDDƏALAR
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanununa, digər normativ hüquqi aktlarına müvafiq olaraq işlənib hazırlanmışdır və “Bakı Sığorta” ASC-nin bağladığı bütün tikintidə istifadə olunan maşin və avadanliqlarin sığorta müqavilələrinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilir.
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA SİNFİ
1.1 Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu daşınar əmlakdır.
1.2 Bu Qaydalarla müəyyən olunan sığorta növü əmlakın yanğından və digər risklərdən sığortası sinfinə aiddir.
2. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ (RİSKLƏR)
2.1 Bu sığorta Qaydalarına əsasən verilən sığorta təminatına görə sığortaçı, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalanmış maşın və avadanlığa, onların təmirini və ya dəyişdirilməsini zəruri edən dərəcədə, sığorta müqaviləsinin şərtləri ilə xüsusi olaraq istisna edilməyən hər hansı səbəbdən zərər dəydikdə, sığorta müqaviləsində göstərilən həcmdə və qaydada sığortalıya dəyən zərərin əvəzini ödəməyi öhdəsinə götürür.
2.2 Sığortaçı maşın və avadanlığın müvəffəqiyyətlə istismara verilməsi şərti ilə, sığortalının maşın və avadanlığının istismar edilib-edilməməsindən, təmizlənmə və ya əsaslı təmir üçün sökülmüş vəziyyətdə olmasından, yaxud belə əməliyyatların həyata keçirilməsi və ya maşın və avadanlığın sonrakı yenidən qurulması prosesində olmasından asılı olmayaraq sığorta təminatı verir.
3. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏRLƏR (İSTİSNALAR):
3.1 Sığorta müqaviləsi ilə digər hal müəyyən edilmədikdə, aşağıdakı hallar nəticəsində baş verən zərərlər sığorta təminatına daxil deyildir:
3.1.1. elektrik və ya mexaniki xarakterli nasazlıq və/və ya sıradan çıxma, sınma, dayanma;
3.1.2 soyuducu mayenin və ya hər hansı digər mayenin donması, yağlamanın keyfiyyətsiz olması, yanğın və ya soyuducu mayenin çatışmaması nəticəsində baş verən zərərlər;
3.1.3 daxili buxar, yaxud xxxx təzyiqi və ya istənilən daxili yanma mühərrikinin təzyiqinə məruz qalan hər hansı buxar və ya təzyiq qazanının partlaması nəticəsində dəyən zərərlər;
3.1.4 belə maşın və avadanlığın müstəsna olaraq ümumi tikinti sahələrində istifadə edilməsi hal(lar)ı istisna olmaqla, ictimai yollarda istifadə üçün nəzərdə tutulan və buna icazəsi xxxx xxxxx və avadanlığa (nəqliyyat vasitəsinə) ictimai yollarda hərəkət etdiyi zaman dəyən zərərlər;
3.1.5 gəmiyə və ya hər hansı qayığa vurulan zərərlər;
3.1.6 qabararaq daşan xxxxxxx xxx, yaxud qismən çəkilməsi nəticəsində vurulan zərərlər;
3.1.7 sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, daşınma zamanı dəyən zərərlər;
3.1.8 maşın və avadanlığın davamlı olaraq istifadə edilməsinin birbaşa nəticəsi olaraq meydana gələn zərər (aşınma, paslanma, korroziya, maşın və avadanlığın kifayət qədər istifadə edilməməsi və normal hava şəraitinin olmaması səbəbindən keyfiyyətin itirilməsi);
3.1.9 sığortalanmış hər xxxxx xxxxx və ya avadanlığın hər hansı sınaqdan keçirildiyi və ya təyinatından kənar istifadə edildiyi zaman meydana gələn zərərlər;
3.1.10 sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, maşın və avadanlığın yerin altında işlərə cəlb olunması zamanı zədələnməsi və ya məhv olması;
3.1.11 hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində yaranan zərərlər;
3.1.12 müharibə, təcavüz, hər cür hərbi hərəkətlər, xarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib edilməməsindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, tədricən xalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, hərbi qiyam, inqilab, hərbi və qəsbkar hərəkətlər, istila, vuruşma (müharibə elan edilib edilməməsindən asılı olmayaraq) və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində yaranan zərərlər;
3.1.13 hər hansı hökumət, dövlət və ya yerli hakimiyyət orqanlarının tapşırığı ilə əmlakın müsadirə olunması, milliləşdirilməsi, rekvizisiyası, məhv edilməsi və ya korlanması;
3.1.14 tətil, nümayiş, xalq iğtişaşları və əmək intizamsızlığı və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində baş verən bütün növ zərərlər;
3.1.15 məqsədi terrorizm vasitəsilə hökümətin de yure və de fakto devrilməsi xxxx hər hansı təşkilatın adından və ya onunla əlaqədar fəaliyyət göstərən şəxs, yaxud şəxslərin hərəkətləri nəticəsində dəyən zərərlər;
3.1.16 səlahiyyətli orqanların rekvizisiya qaydasında və/və ya sığortalının razılığı və/və ya nəzarəti olmadan sığortalanmış əmlakdan istifadə etmələri nəticəsində meydana gələn hər cür zərərlər;
3.1.17 sığorta müqaviləsinin qüvvəyə minmə xxxxxx mövcud xxxx və sığortalıya və ya onun nümayəndəsinə məlum olmuş qüsurlar nəticəsində meydana gələn zərərlər;
3.1.18 sığortalının (faydalanan şəxsin) və ya onun adından fəaliyyət göstərən şəxsin kobud səhvi (bir şərtlə ki, kobud səhvə yol verilməsi faktı məhkəmənin müvafiq qərarı ilə təsdiq edilmiş olsun) nəticəsində dəyən zərərlər;
3.1.19 tədarükçü və ya istehsalçının qanun və ya müqavilə əsasında məsuliyyət daşıdığı zərərlər;
3.1.20 hər hansı dolayı (həyata keçirilən xidmətlərin dayanması ilə əlaqədar meydana gələn) zərərlər və ya məsuliyyət;
3.1.21 inventarlaşmanın həyata keçirildiyi zaman və ya növbəti texniki xidmət xxxxxx xxxxx edilmiş zərərlər;
3.1.22 sığortalanmış maşın və avadanlığın istehsalı zamanı yol verilmiş qüsurların aradan qaldırılması xərcləri;
3.2 Drel, qayçı, bıçaq, mişar, polad və ya metal hissələrə, kəsici alət və ləvazimatlara, matrisa və qəliblərə, metal əritmə sexlərindəki isti metal valslara, standart şablonlara, modellərə, rəsm rulonlarına, üyüdücü, sındırıcı və qarışdırıcı alətlərə, ələk və xəlbirlərə, tross, kanat, zəncir, konveyer lentləri və qayışlar kimi dəyişdirilə bilinən hissələrə və müəyyən müddətdən sonra dəyişdirilməsi və ya yenisi ilə əvəz edilməsi zəruri xxxx kömür fırçası və xxxxx xxxx hissələrə sığorta təminatı verilmir.
3.3 Bu qaydaların 3.1 bəndi ilə müəyyən edilmiş istisnalara, tərəflərin qarşılıqlI razIlaşması ilə sığorta təminatına daxil edilə bilər.
4. SIĞORTA MƏBLƏĞİ
4.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutulmayıbsa, sığorta məbləği əmlakın sığorta dəyərinə bərabər olmalıdır.
4.2. Sığorta müqaviləsində göstərilən sığorta məbləği sığortalanmış əmlaka zərər dəydiyi andakı real dəyərindən az olduğu hallarda ödəniş sığorta məbləğinin əmlakın dəyərinə xxxx nisbətində ödənilir.
4.3. Sığorta məbləği və ya sığortaçının zərərlə əlaqədar ödəməli olacağı məbləğ sığortalanmış əmlakın real dəyərindən artıq olarsa, sığorta məbləğinin artıq xxxx hissəsi etibarsız sayılır.
5. AZADOLMA MƏBLƏĞİ
5.1 Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
5.2 Azadolma məbləği müəyyən olunmuş bir məbləğə, sığorta məbləğinin müəyyən bir faizinə və ya zərərin müəyyən bir faizinə qədər razılaşdırıla bilər.
6. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən (24:00) başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə (24:00) başa çatır.
7. SIĞORTA HAQQI, SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
7.1. Sığorta haqqı sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında sığortaçı tərəfindən hesablanır və Sığorta Müqaviləsində və ya sığorta müqaviləsinə Əlavələrdə göstərilir.
7.2. Müqavilədə müəyyən edilmədiyi halda, sığorta haqqı və ya onun birinci hissəsi sığorta müqaviləsinin bağlanmasından dərhal sonra ödənilməli, və sonrakı ödəmələr sığorta müqaviləsində göstərilmiş müddətlər və dövrlük əsasında edilməlidir.
7.3. Sığorta haqqı və ya onun birinci hissəsi sığorta müqaviləsində göstərilən ödəmə müddəti ərzində ödənilmədikdə, sığortaçı sığorta haqqının ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq əlavə ödəmə müddəti müəyyən edə bilər. Müəyyən edilmiş əlavə müddət ərzində sığorta haqqı ödənilmədikdə sığortaçı sığorta müqaviləsinə xitam vermək hüququna malikdir.
7.4. Sığortalı hissə-hissə ödənilən sığorta haqqının növbəti hissəsi üzrə ödənişin vaxtını gecikdirdikdə və bu zamanda sığorta hadisəsi baş veribsə, sığortaçı sığorta haqqının ödənilməmiş hissəsinin ödənilməsini tələb edə bilər. Eyni zamanda, sığorta ödənişinin həyata keçirilməsi zamanı sığortaçı sığorta haqqının ödənilməmiş hissəsini sığorta ödənişindən tuta bilər.
7.5. Qısa müddətə bağlanılan sığorta müqavilələri (1 ildən az) üzrə sığorta haqları aşağıdakı qaydada hesablanır ;
Sığorta müddəti 1 xxxxx xxx olmazsa Sığorta müddəti 2 xxxxx xxx olmazsa Sığorta müddəti 3 xxxxx xxx olmazsa Sığorta müddəti 4 xxxxx xxx olmazsa Sığorta müddəti 5 xxxxx xxx olmazsa Sığorta müddəti 6 xxxxx xxx olmazsa Sığorta müddəti 7 xxxxx xxx olmazsa Sığorta müddəti 8 xxxxx xxx olmazsa Sığorta müddəti 9 xxxxx xxx olmazsa Sığorta müddəti 10 xxxxx xxx olmazsa Sığorta müddəti 11 xxxxx xxx olmazsa | - - - - - - - - - - - | illik sığorta haqqının 25 % illik sığorta haqqının 35 % illik sığorta haqqının 40 % illik sığorta haqqının 50 % illik sığorta haqqının 60 % illik sığorta haqqının 70 % illik sığorta haqqının 75 % illik sığorta haqqının 80 % illik sığorta haqqının 85 % illik sığorta haqqının 90 % illik sığorta haqqının 95 % |
8.SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI
8.1.Sığorta müqaviləsinin bağlanması üçün sığortalı və yaxud onun nümayəndəsi müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı və ya şifahi müraciət edir. Müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:
8.1.1.sığortalının tam adı, hüquqi ünvanı, bank rekvizitləri, telefon və faks nömrələri;
8.1.2.sığortaya cəlb edilən maşın/avadanlıq haqqında (həqiqi dəyəri, texniki göstəriciləri, istismar rejimi və ərazisi, saxlanıldığı yerdə mühafizənin mövcudluğu və s. bu kimi) məlumat;
8.1.3.xxxxxxxxxx şəxsin tam adı, telefon və faks nömrələri;
8.1.4.xxxxxx müəyyənləşdirilməsinə təsir edən mühüm əhəmiyyət kəsb edən digər məlumatlar.
8.2.Sığortalı sığortaçının tələbi ilə sığortaya təqdim edilən maşın və avadanlığın siyahısını və aşağıda göstərilən digər sənədləri təqdim etməlidir:
8.2.1.texniki sənədlər (pasport); 8.2.2.maliyyə (mühasibat) sənədləri;
8.2.3.sahiblik, icarə (kirayə), avadanlığın lizinqə verilməsi haqqında müqavilənin sürəti; 8.2.4.avadanlığın sığorta dəyərinin müəyyən edilməsi üçün digər zəruri sənədlər.
8.3.Sığorta müqaviləsinin bağlanması faktı tərəflərin bu sığorta Qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması və ya bu sığorta Qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə təsdiq edilir.
8.4.Sığortalı avadanlığın sığortası ilə bağlı sığortaçı tərəfindən onun qarşısına qoyulan bütün sualları cavablandırmalıdır.
8.5.Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
8.6.Sığorta müqaviləsi, tərəflər arasında başqa cür razılaşdırılmamışdırsa, 1 aydan bir ilədək müddətə bağlanır.
8.7.Tərəflər sığorta müqaviləsi bağlandıqdan sonra ikitərəfli razılığa əsasən müqaviləyə əlavə və dəyişikliklər edə bilər. Tərəflərin imzaladığı bütün dəyişikliklər, əlavələr və düzəlişlər sığorta müqaviləsinin tərkib hissəsi hesab olunur və ikitərəfli imzalandığı andan qüvvəyə minir.
9. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANAN ZAMAN SIĞORTALI TƏRƏFİNDƏN BİLDİRİLMƏLİ XXXX FAKTLAR
9.1 Sığorta müqaviləsi bağlanarkən sığortalı xxxxxx baş vermə ehtimalının müəyyən edilməsi və mümkün itkilərin həcminin hesablanması üçün əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün faktları və halları bildirməyə borcludur.
9.2 Sığortalının məlumatının yalan, yanlış və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaqdan imtina edir və ya bunu öyrəndikdə və ya bu haqda sığortalı tərəfindən ona məlumat verildikdə:
9.2.1 sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən 1 (bir) ay ərzində müqaviləni bir tərəfli qaydada ləğv edir və bu haqda sığortalının sığorta müqaviləsində göstərilmiş sonuncu ünvanına yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat göndərir. Bu halda sığorta haqqı sığortalıya qaytarılmır. Sığortalının öz öhdəliyini bu bənddə göstərilən qaydada pozması ilə sığorta müqaviləsi ləğv edilənədək keçən müddət ərzində baş vermiş sığorta hadisəsi arasında hər hansı əlaqə olarsa, sığortaçı, sığorta ödənişini verməkdən imtina edə bilər;
9.2.2 sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində müqaviləni ləğv edə bilər və ya həmin vaxt üçün sığorta haqqının fərqini almaqla müqaviləni davam etdirə bilər. Sığortalı tələb edilən sığorta haqqının fərqini 5 (beş) gün ərzində sığortaçıya ödəməzsə və ya ödəməyi yazılı şəkildə öhdəsinə götürməzsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.
9.3 Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat verildiyi (göndərildiyi) tarixdən 5 iş günü sonra, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə bu haqda sığortaçıya yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat verildiyi (göndərildiyi) tarixdən sonrakı gün saat 2400-da hüquqi qüvvəyə minir.
9.4 Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi
9.4.1. sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
9.4.2 müqavilənin ləğv edilməsini tələb edə biləcəyi müddət ərzində, və yaxud;
9.4.3. müqavilənin ləğv edilməsi tələbinin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində baş verərsə, sığortaçı, sığorta ödənişini sığortalının məlumatına əsasən hesablanan (sığortalı tərəfindən ödənilən) sığorta haqqı ilə həqiqətdə hesablanmalı (sığortalı tərəfindən ödənilməli) xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
10. MÜHÜM ŞƏRTLƏR
Sığorta müqaviləsində (şəhadətnaməsində) mühüm şərtlər müəyyən oluna bilər.
11. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ
11.1 Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.
11.2 Bir tərəf buna ehtiyac yarandıqda digər tərəfə yazılı məlumat verməklə sığorta müqaviləsinin məzmununa nəzərdə tutulan dəyişiklikləri təklif edə bilər.
11.3 Tərəflər sığorta müqaviləsinə təklif edilən əlavə və dəyişikləri qəbul etmədikdə sığorta müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verə və ya müqavilənin əvvəlki şərtlərlə saxlaya bilərlər.
12.SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
12.1 Sığorta müqaviləsinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
12.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
12.1.2. sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda;
12.1.3 sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
12.1.4 sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
12.1.5 sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
12.1.6 sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
12.1.7 sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
12.1.8 sığorta marağı artıq mövcud olmadıqda.
12.1.9 Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
12.2 Sığorta qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə
vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
12.2.1. Bu Qaydaların 12.1.-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
12.3 Tərəflərin qarşılıqlı razılığı olduqda sığorta müqaviləsinə dərhal xitam verilə bilər.
12.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi aşağıda göstərilənlərlə nəticələnir:
12.4.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
12.4.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməyi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
12.4.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
12.4.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 12.4.1-ci və 13.4.2- ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12.4.5. Sığorta müqaviləsi bu Qaydaların 12.1.9-cu bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 12.4.3-cü və 12.4.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
13. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
13.1. Sığortalının hüquqları:
13.1.1. Sığortaçının sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
13.1.2. sığorta hadisəsi baş verdikdə sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək;
13.1.3 sığorta müqaviləsinə əlavə və dəyişiklikləri təklif etmək.
13.2. Sığortalının vəzifələri:
13.2.1.Sığorta haqqını sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
13.2.2. sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları sığortaçıya təqdim etmək;
13.2.3. sığorta müqaviləsi bağlanarkən özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;
13.2.4. sığorta müqaviləsinin şərtlərinə əməl etmək;
13.2.5. sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək
13.3. Sığortaçının hüquqları:
13.3.1. Sığortalı tərəfindən verilən məlumatları və həmçinin sığortalı və sığorta olunan tərəfindən sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
13.3.2. bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
13.3.3. sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
13.3.4. sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
13.3.5. bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə əlavə və dəyişikliklər etmək habelə ona xitam vermək.
13.4. Sığortaçının vəzifələri:
13.4.1. Müəyyən edilmiş müddətdə sığorta müqaviləsini sığortalıya təqdim etmək;
13.4.2. sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
13.4.3. sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
13.4.4 sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış məbləği Sığortalıya qaytarmaq.
14. SIĞORTALININ SIĞORTA MÜQAVİLƏSİ BAĞLANDIĞI ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
14.1. Sığortaçı, sığorta müqaviləsini, sığortalının xxxxxx mahiyyətini tam bildirməsi şərti ilə təklifdə, təklif yoxsa, sığorta müqaviləsində və ya onun əlavələrində yazdığı məlumatına əsasən bağlayır.
Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya və ya:
14.1.1. sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı müqaviləyə xitam verə bilər və ya müqaviləni davam etdirərək həmin vaxt üçün sığorta haqqı fərqini tələb edə bilər;
14.1.2 müqavilə şərtlərinin pozulduğu hallarda sığortaçının sığorta haqqını qaytarmamaq hüququ qazanır və sığorta hadisəsi baş vermiş olarsa, ödəniş verməyə bilər;
14.1.3. sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı müqaviləyə xitam verə bilər və ya həmin vaxt üçün sığorta haqqı fərqini almaqla müqaviləni davam etdirə bilər.
Sığortalı, 5 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, müqaviləyə xitam verilir
15. SIĞORTALININ SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
15.1. Müqavilə imzalandıqdan sonra sığortalanmış əmlakın sığorta müqaviləsində və ya onun əlavələrində göstərilən yeri və ya vəziyyəti sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı bu haqda, dərhal sığortaçıya məlumat verməlidir.
15.2. Sığortaçı vəziyyəti öyrəndikdən sonra bu dəyişiklik sığorta müqaviləsinin pozulmasını və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə:
- müqaviləyə xitam verə bilər və ya;
- sığorta haqqı fərqini tələb etməklə sığortanı davam etdirə bilər.
15.3. Sığortalı, 5 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, baş vermiş hadisələr üzrə sığortaçı heç bir məsuliyyət daşımır.
15.4. Sığortalanmış əmlakın yerinin və ya vəziyyətinin dəyişdirilməsi, xxxxxx başvermə ehtimalını ağırlaşdırarsa və sığortalı bunu xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə, xəbərdarlıq müddəti başa çatdıqdan sonra baş verən hadisələrlə əlaqədar sığorta ödənişi verilmir.
ZƏRƏR VƏ ÖDƏNİŞ
16. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
16.1 Sığortalı, sığorta Müqaviləsində göstərilən sığorta hadisəsi baş verdiyi zaman zərərin qarşısını almaq və ya miqdarını azaltmaq üçün zəruri və məqsədəuyğun tədbirlər görməlidir.
16.1.1 Zərərin qarşısını almaq və ya miqdarını azaltmaq məqsədilə çəkilən məqsədyönlü xərclər sığortaçı tərəfindən ödənilir.
16.1.2 Əmlak dəyərindən az məbləğdə sığortalanmışdırsa, bu zaman sığortaçı çəkilən xərcləri əmlakın dəyəri ilə sığorta məbləği arasındakı nisbətə uyğun olaraq ödəyir.
17. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏN SONRA SIĞORTALININ VƏZİFƏLƏRİ
Sığorta hadisəsi baş verdikdən sonra sığortalı:
17.1. Əgər sığorta Müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisənin baş verdiyini bildiyi və ya bilməli olduğu gün dərhal sığortaçıya bu haqda məlumat verməlidir;
17.2. baş vermiş hadisə haqda səlahiyyətli orqanlara məlumat verməlidir;
17.3. əgər zərərin qarşısının alınması və ya azaldılması tələb etməzsə, sığorta hadisənin baş verdiyi yer və ya əşyalarda heç bir dəyişiklik etməməlidir;
17.4. hadisənin səbəblərini, şəraitini və şərtlərini müəyyən etmək, zərər və ziyanın miqdarını təsbit etmək üçün yararlı dəlilləri və sığortalı üçün əldə edilməsi mümkün xxxx xxxxxx məlumat və sənədləri (sənədin əsli və ya özü tərəfindən təsdiq olunmuş surəti və ya fotosurəti) sığortaçının tələbi ilə gecikdirmədən ona verməli və ya onları mühafizə etməlidir;
17.5. xxxxx və zərərin təqribi məbləğini göstərən ödəniş sənədini mümkün və münasib bir vaxtda sığortaçıya verməlidir;
17.6. ödəniş məsuliyyəti və məbləği həcmində iddia hüququnun təsbit olunması üçün sığortaçının səlahiyyət verdiyi nümayəndələrinə sığortalanmış əmlak və bunlarla əlaqədar sənədlər üzərində aparacaqları araşdırma və tədqiqatlara icazə verməli və bunun üçün müvafiq şərait yaratmalıdır;
17.7. sığortalanmış əmlak başqa sığorta şirkətlərində də, sığorta etdirilmişdirsə, bunu sığortaçıya bildirməlidir;
17.8. üçüncü şəxslərin hərəkətləri nəticəsində əmlaka zərər dəyərsə, şübhələndiyi şəxslər haqqında səlahiyyətli orqanlara məlumat verməli və xxxxx xxxx hallarda şahidlik izahatı verməlidir.
18. ZİYAN VƏ ZƏRƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
18.1 Dəymiş ziyanın məbləği sığortalı ilə sığortaçı arasındakı razılaşmaya görə müəyyən edilir. Tərəflər razılığa gələ bilmədikləri təqdirdə ziyan və zərərin miqdarı mütəxəssis şəxslər arasından seçiləcək və mütəxəssis və ya ekspert adlandırılan şəxslər tərəfindən müəyyən edilir.
18.2. Mütəxəssis və ya ekspertlər öz tədqiqatlarında tamamilə müstəqildirlər.
18.3. Ziyan və zərərlərin miqdarının müəyyənləşdirilməsi zamanı mütəxəssis və ya ekspertlər lazım bildikləri dəlilləri, zərər zamanı sığortalanmış əmlakın real dəyərinin müəyyənləşdirilməsinə kömək edən qeyd və sənədləri tələb edə və hadisənin baş verdiyi yerdə təhqiqatlar apara bilərlər.
18.4. Mütəxəssis və ya ekspertlərlərin ziyan və zərərin miqdarı haqqında verəcəyi rəy qətidir və tərəflər buna əməl etməlidirlər.
18.5. Tərəflər ödənişin məbləği haqqında razılığa gələ bilmədikdə, veriləcək ödənişin məbləği ancaq mütəxəssis və ya ekspertlərin rəyinə əsaslanır. Ödənişin verilməsi rəyin tərəflərə göndərildiyi tarixdən əvvəl həyata keçirilə bilməz.
18.6. Tərəflər öz mütəxəssis və ya ekspertinin haqqını ayrılıqda, birlikdə seçdikləri mütəxəssis və ya ekspertin, və ya üçüncü mütəxəssis və ya ekspertin haqqını isə birlikdə ödəyirlər.
19. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığorta ödənişinin məbləği hesablanarkən sığortalanmış əmlak sığorta hadisəsi baş verən gündəki real bazar dəyəri əsas götürülür və sığorta ödənişinin məbləği aşağıda göstərilən qaydada hesablanır:
19.1. Bütün növ dəzgahlar, qurğular, alət və avadanlıqlar üzrə onların eynisi ilə əvəz edilməsi üçün ödənilən məbləğ əsas götürülür. Xxxxx bu xxxxx köhnəlmə, aşınma və başqa səbəblərdən irəli gələn qiymət ucuzlaşmaları (amortizasiya) ödəniş məbləğindən çıxılır. Yeni alınacaq avadanlıqların istehsal gücü və keyfiyyəti əvvəlkilərdən fərqlənərsə, bu fərq də nəzərə alınır;
19.2 Zərərin əvəzinin ödənilməsi və ya əmlakın digəri ilə əvəz edilməsinə habelə əmlakın təmir edilməsinə dair qərar sığortaçı tərəfindən qəbul edilir.
20. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
20.1. Sığortaçı aşağıda göstərilən hallarda sığorta ödənişindən tam və ya qismən imtina edə bilər:
20.1.1 sığorta müqaviləsi bağlandıqda sığorta riskinin qiymətləndirilməsi üçün sığortaçıya qeyri dəqiq məlumat vermişsə və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə xxxxxx dərəcəsində xxxx dəyişikliklər barədə sığortaçıya məlumat verməmişsə (sığorta hadisəsi ilə səbəb əlaqəsində xxxx), sığorta müqaviləsi bağlanarkən sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün sığortalı sığortalanan zəruri və ona məlum xxxx bütün halları və məlumatları sığortaçıya bildirməmişsə;
20.1.2. hazırkı Qaydalarla nəzərdə tutulmuş vəzifələri yerinə yetirmirsə;
20.1.3. sığorta hadisəsinin baş verməsi üçün qəsdən qərəzli hərəkətlər etmişsə;
20.1.4. sığorta hadisəsi ilə səbəb-nəticə əlaqəsində xxxx qərəzli cinayət törətmişsə.
20.1.5. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
21. ÖDƏNİŞ MÜDDƏTİ VƏ SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
Sığortalı tərəfindən aşağıdakı sənədlərin təqdim olunması vaxtından etibarən, sığortaçı 15 iş günü ərzində sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• sığorta şəhadətnaməsi (sığorta müqaviləsi);
• baş vermiş hadisə ilə bağlı aidiyyəti orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və s.);
• sığorta hadisəsinin mahiyyətindən asılı olaraq digər sənədlər.
22. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
22.1. Sığortalanmış əmlak eyni risklər və müddətlər üzrə bir neçə sığorta şirkətində sığorta etdirilibsə, sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının qanunvericiliyinə və bu sığorta Qaydalarına uyğun olaraq hesablandıqdan sonra sığortaçı yalnız öz payına düşən zərər məbləğini ödəməyə borcludur.
22.2 Zərər dəymiş əmlakın təmir etdirilməsi, zərərin əvəzinin ödənilməsi və ya əmlakın digəri ilə əvəz edilməsinə dair qərar sığortaçı tərəfindən qəbul edilir.
23. ÖDƏNİŞİN NƏTİCƏLƏRİ
23.1. Sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış daşınan əmlak tamamilə zərərə uğrayarsa (məhv olarsa), sığorta məbləği tam ödənildikdən sonra sığorta təminatı sona çatmış hesab olunur.
23.2. Qismən zərərlərdə isə sığorta məbləği sığorta hadisəsinin baş verdiyi tarixdən etibarən ödənilən zərər məbləği qədər azaldılır.
Sığorta məbləğinin azaldıldığı hallarda, sığortalı sığortaçının razılığı əlavə sığorta haqqı ödəməklə sığorta məbləğini əvvəlki məbləğə qədər artıra bilər.
23.3. Sığorta müqaviləsi ləğv edilmiş hesab olunana qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığortalıya qaytarılır.
23.4. Sığortaçı verdiyi ödənişin məbləği həcmində sığortalının zərər vurulmasında təqsirkar xxxx şəxsə qarşı iddia qaldırmaq hüququna sahib olur. Sığortaçı zərər vurulmasında təqsirkar xxxx şəxsə qarşı subroqasiya qaydasında iddia irəli sürərsə, sığortalı bu iddia ilə əlaqədar zəruri və sığortalı üçün əldə edilməsi mümkün xxxx sənəd və məlumatları sığortaçıya təqdim etməyə borcludur.
DİGƏR MÜDDƏALAR
24. İKİLİ (ÇOXQAT) SIĞORTA
24.1 Əmlak başqa sığortaçılarda da eyni risklərə qarşı və eyni müddətə sığorta etdirmişdirsə, bu vəziyyəti sığortaçıya dərhal bildirməlidir.
24.2 Əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır.
25. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
25.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdiyi təqdirdə sığorta müqaviləsi sığortalının buna razılığı olduğu halda öz hüquqi qüvvəsində qalmaqla sığortaolunanın sığorta müqaviləsi ilə əlaqədar bütün hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçirilə bilər. Bu zaman sığortalı sığorta müqaviləsinə müvafiq dəyişikliklərin edilməsinə dair sığortaçıya müraciət edir. Bu şərt yerinə yetirilmədiyi halda sığortaçı məsuliyyətdən azad olur.
25.2. Sığortaçı bu Qaydaların 25.1 maddəsi ilə müəyyən edilmiş dəyişikliyi etməkdən imtina etməklə sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada xitam verə bilər.
26. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməyinə və ya lazımi qaydada yerinə yetirilməməyinə görə tərəflər qarşılıqlı məsuliyyət daşıyırlar.
Hər bir tərəf sığorta müqaviləsi ilə üzərinə götürdüyü vəzifələri vicdanla yerinə yetirməli, əks tərəfin hüquqlarının pozulmasına şərait yaratmamalıdır.
27. MÜBAHİSƏLƏRİN HƏLLİ
Sığorta müqaviləsi üzrə tərəflər arasında mübahisələr yarandıqda, onlar ilk öncə mübahisənin danışıqlar yolu ilə həllinə çalışır, bu mümkün olmadıqda və ya danışıqlar vasitəsi ilə razılıq əldə edilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmələrə müraciət edirlər.
28. SIĞORTA TƏMİNATININ ƏRAZİ QÜVVƏSİ
28.1 Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Sığortanın ərazisi, sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı surətdə razılığının alınması şərti ilə genişləndirilə bilər.
28.2 Sığorta müqaviləsində sığortanın konkret ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
29. ƏLAVƏ MÜDDƏALAR
29.1 Bu Qaydalarla əhatə edilməyən hallar yarandıqda müvafiq qanunvericilik normalarına istinad edilir.
29.2 Tərəflər bu Qaydaların aid edildiyi sığorta növü üzrə sığorta müqaviləsini bağlamaqla burada müəyyən edilən şərtləri qəbul etmiş olurlar.
29.2.1 Sığortaçı bu Qaydalarla sığortalını xxxxx xxxx, sığortalı isə bu Qaydaların məzmunu ilə xxxxx olduğunu və orada göstərilmiş şərtləri qəbul etdiyini imzası ilə təsdiq edir.
29.3 Sığorta müqaviləsi ilə xüsusi şərt kimi sığortalı tərəfindən digər vəzifələrin yerinə yetirilməsi və sığorta predmeti və mövcud xxxx risklərlə xxxxx xxxx tələblər də nəzərdə tutula bilər