Nömrə resurslarının ayrılması və istifadəsi barədə
Nömrə resurslarının ayrılması və istifadəsi barədə
M Ü Q A V İ L Ə №
Bakı şəhəri “ ” _________ 20___ il
Bu Müqavilə Azərbaycan Respublikası Bakı şəhəri, Zərifə Xxxxxxx xxxxxx, 00 ünvanında fəaliyyət göstərən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra- İcraçı) adından ______________________________________________
(müqaviləni imzalayan şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)
şəxsində bir tərəfdən və _________________________________________________
(hüquqi və ya fiziki şəxsin hüquqi ünvanı)
ünvanında qeydiyyatda xxxx və _______________________________________________
(hüquqi və ya fiziki şəxsin fəaliyyət ünvanı)
ünvanında fəaliyyət göstərən ____________________ (bundan sonra- Sifarişçi) adından
(hüquqi şəxsin tam adı)
________________________________________________________________ şəxsində
(müqaviləni imzalayan hüquqi və ya fiziki şəxsin rəhbərinin vəzifəsi, soyadı, adı və atasının adı)
digər tərəfdən imzalanmışdır.
Müqavilənin predmeti
Bu Müqavilə _______________________________________________ məqsədilə
(nömrə resursunun təyinatı göstərilməlidir)
Sifarişçinin _______________ il tarixli ____________ nömrəli müraciəti əsasında nömrə
(müraciətin tarixi) (müraciətin nömrəsi)
resursunun ayrılması məqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir.
Sifarişçiyə ayrılan nömrə resursu
2.1. Nömrə resursunun adı, sayı və istifadə məqsədi:
№ |
Nömrə resursunun adı |
Sayı (ədədlə) |
İstifadə məqsədi |
|
|
|
|
Sifarişçiyə ayrılan nömrə resursuna görə tariflərin tətbiqi və ödənişi
Nömrə resurslarının ayrılmasına və istifadəsinə görə ödənişlər, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə” 09 nömrəli Qərarına uyğun olaraq aşağıdakı qaydada hesablanır:
№ |
Nömrə resursu |
Sayı (ədədlə) |
Tarif (qiymət) Şurasının Qərarına əsasən tətbiq olunan tarif (istinad olunan bəndin nömrəsi) |
Cəmi ödənilməli məbləğ (manatla) |
|
Birdəfəlik |
İllik |
||||
|
|
|
|
|
|
Cəmi: |
|
X |
|
|
Nömrə resursunun ayrılmasına görə birdəfəlik ödənişlər, müqavilə bağlanıldığı gündən etibarən 10 (on) bank günü ərzində Sifarişçi tərəfindən bu müqavilənin 10-cu bəndində göstərilən hesaba ödənilir və ödəniş barədə sənədlərin surəti İcraçıya təqdim edilir.
Ayrılmış nömrə resursundan istifadəyə görə Xxxxxxxxx tərəfindən aparılacaq illik ödənişlər, hər il 1-ci yarım il üçün iyun ayının 1-dən, 2-ci yarım il üçün isə dekabr ayının 1-dən gec olmayaraq bu müqavilənin 10-cu bəndində göstərilən hesaba ödənilir və ödəniş barədə sənədlərin surəti İcraçıya təqdim edilir.
Sifarişçi tərəfindən ödənişin aparılması gecikdirildiyi halda, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,05 %-i həcmində müamilə (penya) hesablanır. Hesablanan müamilənin (penyanın) ümumi məbləği illik ödənilməli məbləğin 10%-dən artıq hissəsini təşkil etməməlidir.
Sifarişçi tərəfindən illik ödəniş aparılmadığı və müamilənin (penyanın) məbləği hesab-fakturada göstərilən məbləğin 10%-ni keçdiyi halda, İcraçı Sifarişçiyə ayrılmış nömrə resursunun xxxx alınması barədə qərar qəbul edir.
Bu müqavilənin 3.3. bəndində göstərilən ödəniş müddəti Xxxxxxxxx tərəfindən il ərzində xxxxx ödəmələrin aparılması imkanlarını məhdudlaşdırmır.
Tərəflərin öhdəlikləri
İcraçının öhdəlikləri:
tələb olunan nömrə resursunu Sifarişçiyə ayırır;
ayrılmış nömrə resursunun istifadəsi barədə ümumistifadəli telekommunikasiya şəbəkəsinin digər operatorlarına, provayderlərinə bildiriş göndərir;
ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrələnmə planı təkmilləşdirildikdə və dəyişikliklər aparıldıqda, istifadəçilərin hüquqlarını qoruyur, həmçinin Sifarişçinin məsrəflərinin minimum hədd daxilində olmasını nəzərə alır;
İcraçı nömrə resursunun ayrılması prinsiplərinə və müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
Sifarişçinin öhdəlikləri:
ayrılmış nömrə resursunu və ya onun bir hissəsini İcraçının razılığı olmadan digər Sifarişçiyə, telekommunikasiya operatoruna vermir;
ayrılmış nömrə resursundan təyinatı üzrə istifadə edir;
ayrılmış nömrə resursundan nömrə resursu ayrıldığı vaxtdan 1 (bir) il ərzində tam və ya qismən istifadə edir;
ayrılmış nömrə resursunun istifadəsi zamanı öz şəbəkəsində yarana biləcək texniki və digər məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görür;
ayrılmış nömrə resursundan istifadəyə görə birdəfəlik və illik ödənişləri bu Müqavilənin 3-cü bəndinə uyğun həyata keçirir;
zəng mərkəzi xidmətinin dayanıqlı fəaliyyətini təşkil edir;
müraciət və sorğularla bağlı zənglərin tam qəbul edilməsi üçün zəng mərkəzi xidmətini tələb olunan avadanlıqlarla təmin edir;
ümumistifadəli telekommunikasiya şəbəkəsində istifadə etdiyi avadanlıqların texniki standartlara uyğun olmasını təmin edir;
zəng mərkəzi xidmətinə gündəlik ünvanlanan sorğuların ən azı 80%-ni cavablandırır;
zəng mərkəzi xidmətinin təşkili üçün quraşdırılan xüsusi sistemdəki mesajların ümumilikdə davametmə müddətinin 45 saniyədən xxx olmamasını (xidmət üçün zəng edən abunəçiyə maksimum 45 saniyə ərzində cavab verir) təmin edir;
təşkil olunacaq xidmət üçün ayrılmış nömrə resursuna aidiyyəti operatorlar tərəfindən zənglərin yönləndirilməsinə görə qarşılıqlı razılaşma əsasında həmin operatora müvafiq ödəniş aparır.
təşkil olunacaq xidmətə edilən zənglər ödənişli olarsa, bu barədə abunəçilərə KİV vasitəsi ilə, xüsusi elanlarla, özünün internet informasiya ehtiyatı vasitəsilə və ya yaradılmış zəng mərkəzi xidməti vasitəsi ilə məlumatların verilməsini təşkil edir.
Müqavilənin müddəti
Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1(bir) ildir. Tərəflərdən heç biri qarşı tərəfə müqavilənin qüvvəsinin başa çatma tarixindən ən azı bir ay qabaqcadan bu Müqavilənin qüvvədə olma müddətinin başa çatması barədə yazılı müraciət təqdim etməzsə, bu Müqavilənin qüvvədə olma müddəti növbəti illər üçün uzadılmış hesab olunur.
Müqaviləyə xitam verilməsi
Müqaviləyə aşağıdakı hallarda xitam verilə bilər:
ayrılmış nömrə resursundan təyinatı üzrə istifadə edilmədikdə;
ayrılmış nömrə resursundan nömrə resursu ayrıldığı vaxtdan 1 (bir) il ərzində tam və ya qismən istifadə edilmədikdə;
ayrılmış nömrə resursuna görə bu müqavilənin 3-cü bəndində qeyd olunan müvafiq ödənişlər aparılmadıqda;
Sifarişçi tərəfindən bu Müqavilənin digər şərtləri pozulduğu halda, Xxxxxxxxx tələbi ilə;
Sifarişçinin ən azı 1(bir) ay əvvəl yazılı formada İcraçıya müraciəti əsasında.
Qanunvericilikdə müəyyən edilən digər hallarda.
Mübahisələrin həlli
Tərəflər arasında mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir.
Mübahisələr qarşılıqlı razılıq əsasında həll edilmədikdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun qaydada məhkəmə yolu ilə həll edilir.
Bu Müqavilə ilə tənzimlənməyən digər məsələlərin həllində Azərbaycan Respublikasının qanunvericiliyi rəhbər tutulur.
Fors-Major
Bu Müqavilənin tərəflərinin şüurlu nəzarətindən asılı olmayaraq baş verən hadisələr, yəni təbii fəlakətlər, daşqınlar, müharibə, yanğın və fövqəladə vəziyyət zamanı bu Müqavilənin birbaşa və ya bilavasitə səbəbdən yerinə yetirilməsinə (yetirilməməsinə) görə tərəflər məsuliyyət daşımırlar.
Fors-major vəziyyəti yarandıqdan sonra, məlumatlı tərəf imkan daxilində dərhal qarşı tərəfə bu barədə məlumat verir və belə bir vəziyyətin qarşısının alınması üçün mümkün xxxx tədbirlər görür.
Yekun müddəalar
Tərəflərin razılığı ilə bu Müqaviləyə əlavələr və dəyişikliklər edilə bilər. Əlavələr və dəyişikliklər hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənir və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.
Bu Müqavilə 2 (iki) nüsxədən ibarət tərtib edilmiş və hər iki nüsxə eyni hüquqi qüvvəyə malik olmaqla biri İcraçıda, digəri isə Sifarişçidə saxlanılır.
Bank rekvizitləri
B1. Benifisar (xxxx) bank Adı................................................. Kodu.............................................. VOEN............................................. Müxbir hesab................................ S.WİFT Bik.................................... |
Dövlət Xəzinədarlıq Agentliyi (DXA) 210005 1401555071 XX00XXXX00000000000000000000 CTREAZ22 |
B2. Xxxx xxxxxxxx Adı.................................................. Hesab №........................................ VÖEN.............................................. |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi XX00XXXX00000000000000000000 9900033991 |
D3. Büdcə təsnifatının kodu........ |
142330 |
D4. Büdcə səviyyəsinin kodu..... |
7 |
Tərəflərin rekvizitləri
İcraçı
Əlaqə telefonu: +994 12 Faks: +994 12 |
Sifarişçi
Əlaqə telefonu: +994 Faks: +994
|
____________ _____________
(imza) (imza)
(İcraçının adı və soyadı) (Sifarişçinin adı və soyadı)
M.Y. M.Y.