Bolt Qida çatdırılması xidmətinin Kuryer ilə Ümumi Şərtləri
Xxxx Xxxx çatdırılması xidmətinin Kuryer ilə Ümumi Şərtləri
Yeniləndi: iyul 2022
Bu Ümumi Şərtlər, Bolt Qida Platformasından istifadə zamanı Bolt və Kuryer arasındakı bütün münasibətlərə aşağıda göstərildiyi kimi tətbiq edilir. Bolt Qida Platformasında qeydiyyatdan keçərək, Kuryer bu Ümumi Şərtlərin tətbiqi və məzmunu ilə razılaşır və Kuryerin Bolt Qida Platformasında qeydiyyat və ondan istifadə zamanı açıqlanan fərdi məlumatlarının bu Ümumi Şərtlərdə və Məxfilik Siyasətində göstərilən şərtlər əsasında işlənilməsi barədə məlumatlandırılır.
1. ANLAYIŞLAR
Faktiki Çatdırılma Qiyməti | hər bir çatdırılmanın Kuryerə əvəzi ödənilməli xxxx ümumi faktiki qiyməti deməkdir. Faktiki Çatdırılma Qiymətinin məbləği aşağıdakı 7.1-ci Bölməyə uyğun olaraq hesablanır. |
Agentlik Muzdu | Kuryerə agentlik xidmətləri göstərilməsi üçün aşağıdakı 7.5-ci Bölməyə uyğun olaraq Xxxxxx tərəfindən Xxxxx ödənilən muzd deməkdir. |
Balans | Bolt Qida Platformasında Kuryerin aşağıdakı 8-ci Bölməyə uyğun olaraq hesablanmış hesab balansı deməkdir. |
Bolt | vergi ödəyicisinin identifikasiya nömrəsi 1503463041, ünvanı AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Mərkəzi Kommunikasiya, ev 1965, e-poçt ünvanı xxxxxxxxxx-xxxx@xxxx.xx xxxx "Bolt Services AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti deməkdir. |
Bolt Qida Platforması | (i) Tərəfdaşın Mallarını İstifadəçilərə çatdırılma seçimi ilə satışa çıxarmasına və Malların Müştərilərə satışı üçün Alğı-satqı Müqavilələri bağlamasına imkan verən; (ii) İstifadəçilərə Tərəfdaşdan Xxxxxxx Sifariş verməyə, Müştəri olaraq Alğı-satqı Müqavilələri bağlamağa və Sifarişin Kuryer ilə çatdırılmasını təşkil etməyə imkan verən, və (iii) Sifarişlərin çatdırılması üçün Kuryerə Müştərilərə çatdırılma xidmətləri təklif etməyə imkan verən informasiya cəmiyyəti xidməti olaraq Bolt tərəfindən idarə olunan çatdırılma platforması deməkdir. |
Müştəri | Sifariş vermiş və Tərəfdaşla Alğı-satqı Müqaviləsi və Kuryer ilə Çatdırılma Müqaviləsi (tətbiq edilərsə) bağlayan Bolt Qida Platformasının hər hansı bir İstifadəçisi deməkdir. |
Konfidensial Məlumat | nou-hau, kommersiya sirləri və konfidensial xarakter daşıyan digər məlumatlar (o cümlədən, xxxxx bunlarla məhdudlaşmadan, bütün mülkiyyətlə əlaqəli, texniki, sənaye və kommersiya məlumatları, müştərilərin və təchizatçıların hər hansı formada saxlanılan məlumatları və üsulları), həmçinin (i) biznes; və (ii) Ümumi Şərtlərin məzmunu ilə əlaqədar hər hansı məlumat deməkdir. |
Kuryer | Bolt Qida Platforması vasitəsilə sifariş verilmiş Mallarla bağlı Müştəriyə çatdırılma xidmətinin təchizatçısı kimi Bolt Qida Platformasında qeydiyyatdan keçmiş hər hansı fərdi sahibkar və ya hüquqi şəxs və müvafiq hallarda, onun işçiləri və/ və ya podratçıları deməkdir. |
Kuryer Haqqı | Müştərinin Çatdırılma Müqaviləsinə əsasən Kuryerə ödədiyi Sifarişlə əlaqəli çatdırılma xidmətləri üçün haqq deməkdir. Kuryer Haqqı 7-ci Bölmədə göstərilən prinsiplərə uyğun olaraq hesablanır. |
Çatdırılma Müqaviləsi | Sifarişin çatdırılması üçün Müştəri ilə Kuryer arasında Bolt Qida Platforması vasitəsilə bağlanmış müqavilə deməkdir. |
Təhvilalma Yeri | Müştərinin sifariş etdiyi Malı almaq istədiyi Sifarişdə göstərilən ünvan deməkdir. |
Ümumi Şərtlər | Kuryerlər tərəfindən Bolt Qida Platformasından istifadə zamanı Bolt ilə Kuryerlər arasındakı hüquqi münasibətlərə tətbiq olunan bu şərtləri nəzərdə tutur (“Müqavilə”). |
Mal | Tərəfdaşın Bolt Qida Platforması vasitəsilə satdığı hər hansı mal deməkdir. |
Ticarət məkanı | Bolt Qida Platformasının Kuryerlər tərəfindən tələbat üzrə göstərilən çatdırılma xidmətlərindən istifadəni asanlaşdıran tənzimləmələri və funksiyaları deməkdir. |
Ticarət məkanı Haqları | 7.4-cü Bölməyə uyğun olaraq Kuryerlərə ödənilən haqlar deməkdir. |
Minimum Sifariş Qiyməti | Bolt Qida Platforması tərəfindən təyin olunan, Bolt Qida Platforması vasitəsilə Sifarişin verilə bildiyi minimum Mal Qiymətini göstərən məbləğ deməkdir. |
Kiçik Sifariş Haqqı | Minimum Sifariş Qiyməti ilə müəyyən bir Sifarişin Mal Qiyməti arasındakı fərqi kompensasiya etmək üçün Müştəri tərəfindən 7.3-cü Bölməyə uyğun olaraq Kuryerə ödənilən haqq deməkdir. |
Sifariş | Müştərinin Tərəfdaşa etdiyi Mal sifarişi deməkdir. |
Tərəfdaş | Boltun müqavilə bağladığı hər hansı restoran və ya mağazanın idarəçisi və müvafiq hallarda, idarəçisinin öz işini həyata keçirdiyi hər bir müəssisə deməkdir. |
Təklif | bir və ya daha xxx Kuryerə göndərilən Sifarişin götürüldüyü vaxtı və yeri göstərən siqnal deməkdir. |
İstifadəçi | Bolt Qida Platformasında istifadəçi hesabı ilə qeydiyyatdan keçmiş və bu istifadəçi hesabı vasitəsilə Bolt Qida Platformasının xidmətlərindən istifadə edən hər hansı bir şəxs deməkdir. |
2. HÜQUQİ ÇƏRÇİVƏ
2.1. Bolt Qida Platforması Müştəriyə Tərəfdaşlardan Mal sifariş etməyə və Sifarişlərin Müştəriyə çatdırılmasını təşkil etməyə imkan yaradır.
2.2. Sifarişin çatdırılması üçün Müştəri birbaşa olaraq Kuryerlə Çatdırılma Müqaviləsi bağlayır. Çatdırılma Müqaviləsi, Kuryerin Bolt Qida Platforması vasitəsilə Təklifi qəbul etdiyi andan etibarən bağlanmış sayılır. Sifarişi hazırlayan Tərəfdaşa ən xxxxx xxxx və Sifarişi Müştəriyə ən tez çatdıracaq Kuryerə Sorğu göndərilir.
2.3. Bolt Qida Platformasının fəaliyyətini idarə edərək, Bolt yalnız informasiya cəmiyyəti xidmətinin təchizatçısı kimi çıxış edir və Çatdırılma Müqaviləsinin tərəfi deyil. Xxxxxx Xxxxxx işləmir və Xxxxxx subpodratçısı kimi çıxış etmir, xxxxx müstəqil podratçı kimi Müştəriyə çatdırılma xidməti təmin edir.
2.4. Bolt Qida Platformasının fəaliyyətini idarə edərək, Bolt, Kuryerlər və Müştərilər arasında Çatdırılma Müqavilələrinin vasitəçiliyi ilə əlaqədar olaraq Kuryerlərin agenti kimi çıxış edir. Agent kimi, Bolt hər Kuryer tərəfindən etibar edən kimi, Kuryerlərin xeyrinə və/ və ya onların adından Müştərilərdən və Tərəfdaşlardan müəyyən ödənişləri almaq və əldə
etdiyi vəsaiti bu Ümumi Şərtlərə uyğun olaraq, Kuryerlər arasında bölüşdürmək üzrə səlahiyyətləndirilmişdir.
3. ÇATDIRILMA VASİTƏLƏRİ
3.1. Kuryerlər çatdırılma xidmətini təmin etmək üçün vasitəni öz mülahizələrinə uyğun olaraq seçə bilərlər.
3.2. Kuryer seçilmiş nəqliyyat vasitəsindən istifadə etmək və onları idarə etmək üçün bütün müvafiq qanun və qaydalara (məsələn, lisenziyalar, sığortalar və s.) riayət edilməsinə görə tam məsuliyyət daşıyır.
4. BOLT QİDA PLATFORMASINDA KURYER TƏRƏFİNDƏN XİDMƏTLƏRİN TƏMİN EDİLMƏSİ
4.1. Xxxxxxx hesab məlumatlarını aldıqdan sonra Xxxxxx, Kuryerin smartfonunda və ya planşetində Bolt Qida Platformasından istifadə etməyə başlaya bilər. Bolt, Bolt Qida Platformasını istifadə etmək üçün cihaz və ya zəruri internet bağlantısı təmin etmir. Bolt hər hansı bir cihazda Bolt Qida Platformasının səmərəli işləməsinə görə məsuliyyət daşımır.
4.2. Kuryer, çatdırılma xidmətinin göstərilməsi zamanı Müştəriyə çatdırılma xidmətinin göstərilməsinə tətbiq olunan bütün müvafiq qanun və qaydalara və Qoşma 2-də (Çatdırılma xidmətinin göstərilməsinə dair tələblər) göstərilən bütün tələblərə riayət etdiyinə zəmanət verir.
4.3. Bolt Qida Platformasından istifadə üçün ətraflı təlimat və göstərişlər Qoşma 3-də (Bolt Qida Platformasından istifadə üçün Təlimatlar) verilmişdir. Kuryer Bolt Qida Platformasını Ümumi Şərtlərə uyğun olmayan şəkildə və ya məqsədlər üçün istifadə edə bilməz və başqa şəkildə sistemi aldada bilməz.
4.4. Kuryer, Bolt Qida Platformasında qeydiyyatda olduğu bütün müddət ərzində çatdırılma xidməti göstərə bilər.Kuryer, Bolt markalı paltarları, əgər onları almaq seçimi etmişsə, geyinə bilər. Tərkibində qida olan malların çatdırılması xidmətinin təmin edilməsi üçün Xxxxxx Xxxx tərəfindən verilən termo çantadan və ya şəxsi termo çantadan istifadə edə bilər.
4.5. Xxxxxx, öz mülahizəsinə əsasən Bolt Qida Platformasında çatdırılma xidmətinin göstərilmə vaxtını və müddətini seçə bilər. Yuxarıda göstərilənlərə baxmayaraq, Kuryer xidmətlərin göstərilməsini dayandırmazdan əvvəl qəbul edilmiş hər hansı Sifarişin çatdırılmasını başa çatdırmalıdır.
4.6. Kuryer özü və müvafiq hallarda, işçiləri və / və ya podratçıları tərəfindən bu Ümumi Şərtlərə Qoşma 2-də göstərildiyi kimi çatdırılma xidmətinin göstərilməsinə dair tələblərə əməl edilməsini təmin edəcək və buna görə məsuliyyət daşıyacaq. Kuryerin işçiləri və / və ya podratçıları tərəfindən həyata keçirilən çatdırılmalar üçün qazanılan bütün haqlar, işçi və / və ya podratçı ilə razılaşdırılmış şəkildə ödənişləri bölüşdürəcək xxxx Kuryerin bank hesabına köçürüləcəkdir.
4.7. Müştəri, Bolt Qida Platforması vasitəsilə çatdırılma xidməti ilə bağlı rəy bildirə və şikayət edə bilər. Bolt şikayətlərə öz mülahizəsinə uyğun olaraq diqqət yetirir, şikayəti araşdırır
(zərurət olduqda) və şikayətlərin həllində gələcək fəaliyyət istiqamətinə dair qərar verir. Kuryer öhdəliklərini əhəmiyyətli şəkildə pozmuşsa və ya bir neçə şikayət almışsa, Bolt Kuryerin Bolt Qida Platformasından istifadəsini müvəqqəti və ya daimi olaraq dayandırmaq hüququna malikdir.
4.8. Bolt, istənilən vaxt Bolt Qida Platforması vasitəsilə informasiya cəmiyyəti xidmətinin təchizatını müvəqqəti və ya daimi olaraq dəyişdirmək, ona düzəliş etmək və ya onu dayandırmaq hüququna malikdir.
5. SİFARİŞİN GÖTÜRÜLMƏSİ
5.1. Kuryer qəbul edilmiş Sifarişi Bolt Qida Platformasında göstərilən vaxtda və yerdə götürməlidir.
5.2. Mal qida ehtiva etdiyi təqdirdə, Xxxxxx əvvəlcə Tərəfdaş tərəfindən qablaşdırılan yeməyi, heç bir qablaşdırma əlavə etmədən və qablaşdırmanı çıxarmadan termo çantaya yerləşdirməlidir.
6. SİFARİŞİN ÇATDIRILMASI
6.1. Kuryer çatdırılma marşrutunu öz mülahizəsinə əsasən seçə bilər, bu şərtlə ki, tıxac və hava şəraiti nəzərə alınmaqla, Sifariş ağlabatan şəkildə mümkün xxxx ən qısa müddətdə Bolt Qida Platformasında göstərilən ünvana çatdırılsın. Bolt Qida Platforması Xxxxxxxxx çatdırılması üçün Xxxxxx üçün məcburi olmayan təklif olunan marşrutu və təxmini çatdırılma müddətini hesablayır.
6.2. Xxxxxx Tərəfdaşın qablaşdırmasını aça bilməz və Malı Tərəfdaşın hazırladığı şəkildə çatdırmalıdır. Xxxxxxxx hər hansı bir şəkildə Malı dəyişdirməsinə, ona düzəliş, əlavə etməsinə, ayırmasına və ya qatılaşdırmasına icazə verilmir.
6.3. Kuryer Sifarişi Bolt Qida Platformasında göstərilən Təhvilalma Yerində Müştəriyə təhvil verməlidir. Kuryerin Sifarişi Təhvilalma Yerinə çatdıra bilməməsi halları üçün ətraflı təlimatlar Qoşma 3-də (Bolt Qida Platformasından istifadə Təlimatları) verilmişdir.
6.4. Sifarişdə alkoqol, tütün, enerji içkisi və ya tətbiq edilən hüquqa əsasən yaş verifikasiyası tələb edən hər hansı digər məhsul olduğu təqdirdə, Kuryer, məhsulları təhvil verməzdən əvvəl Müştərinin etibarlı fotoşəkilli şəxsiyyət vəsiqəsini yoxlayaraq Müştərinin məhsulları qanuni olaraq alacaq yaşda olduğunu yoxlamalıdır (tətbiq edilərsə). Müştərinin kifayət qədər yaşı olmadığı və ya etibarlı fotoşəkilli şəxsiyyət vəsiqəsi təqdim etmədiyi təqdirdə, Kuryer məhsulları təhvil verə bilməz.
6.5. Alkoqolun müəyyən vaxt aralığında çatdırılması məhdudlaşdırıldığı təqdirdə, alkoqolun yalnız tətbiq olunan qanunlara uyğun olaraq yalnız icazə verilən vaxtlarda Müştəriyə təhvil verilməsi Kuryerin məsuliyyətidir.
7. HAQLAR
7.1. Hər çatdırılma üçün Kuryer, Bolt Qida Platforması tərəfindən çatdırılma məsafəsi və vaxtı, tıxac vəziyyəti, hava şəraiti, Ticarət məkanında mövcud xxxx kuryer bazası və digər
amillər nəzərə alınmaqla dinamik qiymət prinsiplərinə uyğun olaraq hesablanan Faktiki Çatdırılma Qiyməti alacaq.
7.2. Kuryer Müştəri üçün müstəqil podratçı kimi çıxış edir və Faktiki Çatdırılma Qiymətinin bir hissəsi olaraq, Kuryer Çatdırılma Müqaviləsinə əsasən göstərilən çatdırılma xidməti üçün Müştəri tərəfindən ödənilən Kuryer Haqqı əldə etmək hüququna malikdir. Kuryer Haqqı hər çatdırılma üçün Bolt Xxxx Xxxxxxx tərəfindən hesablanır.
7.3. Əgər Sifarişə Minimum Sifariş Qiyməti tətbiq edilirsə, Müştəri Kuryerə Kiçik Sifariş Haqqı ödəyəcəkdir.
7.4. Bolt, Faktiki Çatdırılma Qiyməti ilə Kuryer Haqqı və (tətbiq edildikdə) Kiçik Sifariş Haqqının ümumi məbləği arasındakı fərqin əvəzini Kuryerə Ticarət məkanı Haqları şəklində (i) Ticarət məkanı Haqlarını Kuryerə ödəməklə və ya (ii) Kuryerlərin adından Tərəfdaşlardan Ticarət məkanı Haqlarını toplamaq və Ticarət məkanı Haqlarını Kuryerlərə yönləndirməklə ödənilməsini təmin edəcəkdir.
7.5. Kuryer Haqqı ilə Kiçik Sifariş Haqqı (tətbiq edildikdə) birlikdə Faktiki Çatdırılma Qiymətindən xxx olduğu təqdirdə, Bolt, Kuryer Haqqı və (tətbiq edildikdə) Kiçik Sifariş Haqqının cəminin Faktiki Çatdırılma Qiymətindən xxx olduğu məbləğdə Kuryerdən Agentlik Muzdu almaq hüququna malikdir.
7.6. Faktiki Çatdırılma Qiymətinin hesablanmasının təfsilatları sifarişlərin sayı, bazar vəziyyəti, hava şəraiti, təchizat, Kuryerlərin Ticarət məkanındakı mövcudluğu və çatdırılma xidməti ilə əlaqəli digər amillər nəzərə alınmaqla vaxtaşırı olaraq Bolt tərəfindən tənzimlənəcəkdir.
7.7. Bolt, Bolt markasının marketinqində iştirakına görə Kuryerlərə ödəniləcək marketinq haqqı təyin edə bilər.
7.8. Bolt, bu Ümumi Şərtləri yeniləyərək və Bolt Qida Platforması vasitəsilə bunu Kuryerə bildirərək Kuryer üçün tətbiq olunan digər haqları təyin etmək hüququna malikdir.
8. ÖDƏNİŞLƏR VƏ HESAB-FAKTURA
8.1. Bolt, Xxxxxxxx agenti kimi çıxış edərək, nağd ödəniş istisna olmaqla, Xxxxxxxx adından Kuryer Haqqı üçün və (tətbiq edildikdə) Kiçik Sifariş Haqqı üçün qaimə(lər) hazırlayır və Müştəriyə verir və Xxxxxxxx adından Müştərinin qaimə(lər) üçün ödənişini qəbul edir. Müştərinin Çatdırılma Müqaviləsindən irəli gələn ödəniş öhdəliyi, ödəniş Boltun bank hesabına köçürüldükdə və ya, vəziyyətə uyğun olaraq, Müştəri Sifariş çatdırıldıqda Kuryer Haqqını və (tətbiq edildikdə) Kiçik Sifariş Haqqını Kuryerə tam nağd şəkildə ödədikdə yerinə yetirilmiş hesab edilir.
8.2. Bolt, Xxxxxxxx agenti kimi çıxış edərək, Xxxxxxxxxxx adından Ticarət məkanı Haqları üçün qaimə hazırlayır və Xxxxx (və ya Ticarət məkanı Haqlarının ödənişləri Tərəfdaşlardan toplandıqda, Tərəfdaşlara) verir.
8.3. Bolt, nağd ödənişlər istisna olmaqla (bu şərtlə ki, Müştəri Kuryerə Kuryer Haqqını və (tətbiq edildikdə) Kiçik Sifariş Haqqı ödəmiş olsun), bütün Kuryer Haqqını və (tətbiq edildikdə) Kiçik Sifariş Haqqı ödənişlərini Müştəridən Kuryer tərəfindən Xxxxx təqdim
edilən Kuryerin bank hesabına göndərməyi öhdəsinə götürür. İstinad dövrü üçün Kuryerlərə ödənilən məbləğ Bolt tərəfindən müəyyən edilmiş minimum ödəniş həddindən az olduqda və ya balans istinad dövründən sonra mənfi olduğu təqdirdə, heç bir ödəniş edilmir. Kuryer bu Ümumi Şərtlərin 7.5-ci Bölməsinə əsasən Bolta Agentlik Müzdu ödəməli olduğu təqdirdə, Bolt Agentlik Muzdu üçün ƏDV qaimə-fakturası hazırlayacaq (zəruri olduqda) və Kuryerə verəcək və Agentlik Muzdunu Kuryerə edilmiş ödənişdən çıxacaq.
8.4. Bolt və Xxxxxx arasındakı qaimə-faktura təqdimi və ödənişlər hər istinad dövründən sonra ediləcək. İstinad dövrü bir həftədir.
8.5. Bolt, Müştəriyə, Müştərinin Sifarişi Kuryerə nağd şəkildə ödəməsinə imkan verən seçim təqdim edə bilər. Kuryer, Bolt tərəfindən verilən müvafiq təlimatdan sonra Müştəridən aldığı nağd pul məbləğini Bolt Qida Platformasına yerləşdirməlidir. Bu halda, Kuryerin Balansı Müştəridən alınan nağd pul məbləğinə bərabər məbləğdə azalır.
8.6. Bolt Qida Platforması Sifariş götürüldükdən sonra Kuryerə Mal Qiymətini Tərəfdaşa Kuryer Balansından nağd şəkildə ödəməyi istəyə bilər. Bu halda, Kuryerin Balansı, Tərəfdaşa ödənilən nağd pulun məbləğinə bərabər məbləğdə artır.
8.7. Kuryerin Balansı, Sifariş üçün ödəniş Bolt Qida Platformasında Müştərinin ödəmə kartı və ya Müştərinin aktivləşdirdiyi digər ödəmə üsulları (nağd ödəniş daxil olmaqla) ilə həyata keçirildiyi təqdirdə, Kuryer Haqqının və (müvafiq hallarda) Kiçik Sifariş Haqqının cəminə bərabər məbləğdə artır.
8.8. Bolt, öz mülahizəsinə əsasən, Kuryerin Müştərinin nağd şəkildə ödədiyi Sifarişlərə göndərilməsini məhdudlaşdıra bilər. Bolt həmçinin, öz mülahizəsinə əsasən, Kuryerə nağd ödənişlərin edilməsi üçün Kuryerdən Bolta depozit qoymasını tələb edə bilər.
8.9. Xxxxx ödənilməmiş hər hansı əsas məbləğ (yəni, mənfi balans), Xxxxxx tərəfindən onun Bolt Qida Platformasında deaktiv olmasından sonra ən gec 7 gün ərzində Xxxxx ödənilməlidir.
8.10. Kuryer 8.9-cu Bölməyə uyğun olaraq ödənişi vaxtı çatdığı tarixdə etmədiyi təqdirdə, vaxtı keçmiş ümumi məbləğdən keçən hər gün üçün 0,5% faiz ödəməyə borcludur. Kuryer, Bolta, hər hansı vaxtı keçmiş ödənişlərin alınması zamanı ortaya çıxan bütün inzibati, hüquqi və digər xərclərlə birlikdə bütün ağlabatan məsrəfləri (hər hansı borc yığımı agentliyi tərəfindən tutulan xərclər daxil olmaqla) ödəməyə borcludur. Belə xərclərin əvəzinin ödənilməsi üçün tutulan minimum məbləğ 10 Avro və ya yerli valyutada ona ekvivalent xxxx məbləğdir.
8.11. Bolt, borcların ödənilməsi və / və ya borcluların məlumat bazasında məlumatların dərc edilməsi, işlənilməsi və idarə edilməsi, həmçinin kredit verilməsi üzrə qərarlar vermək məqsədi ilə borc məlumatlarının dərc edilməsi üçün Kuryerin fərdi məlumatlarını (tətbiq edilərsə) və bu Ümumi şərtlər çərçivəsində Kuryerin borcları, məbləği və digər müvafiq məlumatlarını borc yığımı agentlikləri və digər borcun idarə edilməsi xidməti təchizatçılarına, o cümlədən “Creditinfo Eesti”yə (xxx.xxxxxxxxxx.xx) ötürmək və dərc etmək hüququna malikdir.
9. İSTİFADƏNİN DAYANDIRILMASI VƏ LƏĞVİ
9.1. Tərəfdaş Bolt-un öz mülahizəsinə əsasən Müqavilə, qüvvədə xxxx qanun və ya normativ-hüquqi aktlar üzrə öhdəliklərindən hər hansı birini pozarsa, Bol-un markasına, nüfuzuna və ya biznesinə zərər vurarsa yaxud Bol-un Bolt Qida Platformasından istifadə zamanı Tərəfdaşın dələduzluğa yol verdiyinə dair əsaslı iddiası olarsa, Bolt, əldə çıxmış faydanın əvəzini ödəmək öhdəliyi olmadan və əvvəlcədən bildiriş vermədən Tərəfdaşın Bolt Qida Platformasından istifadəsini müvəqqəti olaraq dayandırmaq və ya bu müqaviləyə xitam vermək hüququna malikdir. Yuxarıda göstərilən hallarda Bolt öz mülahizəsinə əsasən Kuryerin yeni Kuryer hesabı ilə qeydiyyatdan keçməsini qadağan edə bilər.
9.2. Xxx Xxxx, həm də Xxxxxx ən azı aşağıda qeyd olunmuş müddət əvvəldən bildiriş verməklə istənilən vaxt Müqaviləni səbəbsiz olaraq ləğv etmək hüququna malikdir.
9.2.1. Müqavilənin birinci ili ərzində 1 ay əvvəlcədən;
9.2.2. Müqavilənin ikinci ili ərzində iki ay əvvəlcədən;
9.2.3. Müqavilə iki ildən sonra qüvvədə olduğu təqdirdə, 3 ay əvvəlcədən.
9.3. Bundan əlavə, Bolt, bu Müqaviləyə uyğun olaraq informasiya cəmiyyəti xidmətinin göstərilməsi tətbiq edilən hüquqa əsasən qadağan edildikdə və ya bu Müqavilənin ləğvi üçün tətbiq edilən hüquqa əsasən məcburi bir səbəb ortaya çıxdıqda, bu Müqaviləni ləğv etmək hüququna malikdir.
9.4. Bolt bu Ümumi şərtlərdə göstərilən öhdəliklərin hər hansı birini dəfələrlə pozar və ya yerinə yetirməzsə, Xxxxxx əvvəlcədən bildiriş göndərmədən bu Ümumi şərtlərə fövqəladə şəkildə xitam vermək hüququna malikdir.
9.5. Bu Müqavilənin ləğvi aşağıdakılara xələl gətirməyəcək:
9.5.1. hər hansı bir tərəfin hər hansı toplanmış hüquqları, o cümlədən ləğvdən əvvəl vaxtı çatmış, xxxxx ödənilməmiş ödənişləri almaq hüququ; və ya
9.5.2. ləğvdən sonra qüvvəsini saxladığı göstərilən öhdəliklər.
9.6. Bolt Qida Platformasında Kuryerin hesabı ləğv edildiyi təqdirdə, Kuryer ləğv tarixindən etibarən 3 iş günü ərzində Bolt tərəfindən verilən termo xxxxxxx Xxxxx xxxx qaytarmağı öhdəsinə götürür. Termo çanta lazımi qaydada və ya yaxşı halda qaytarılmadığı təqdirdə, Bolt termo çanta üçün Kuryerdən tutulan depoziti özündə saxlamaq hüququna malikdir.
10. LİSENZİYA, ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI VƏ MƏLUMATIN İŞLƏNİLMƏSİ
10.1. Bolt, çatdırılma xidmətinin göstərilməsi məqsədi ilə Bolt Qida Platformasından istifadə üçün Kuryerə xxxx götürülə bilən, qeyri-müstəsna, ötürülə bilməyən, sublisenziya şəklində verilə bilməyən lisenziya verir.
10.2. Bu Ümumi Şərtlərə əsasən informasiya texnologiyası xidmətlərinin göstərilməsi zamanı Bolt tərəfindən və ya onun adından istifadə edilən və ya inkişaf etdirilən proqram təminatı, sənədlər və ya məlumatlarla (Bolt Qida Platforması və Konfidensial Məlumat daxil olmaqla, xxxxx bunlarla məhdudlaşmayaraq), o cümlədən Bolt Qida Platforması vasitəsilə həyata keçirilmiş çatdırılmalarla bağlı bütün məlumatlar və statistika ilə əlaqəli bütün əqli mülkiyyət hüquqları Bolta məxsusdur. Kuryer Bolt Qida Platformasının və ya Bolt
tərəfindən istifadə olunan hər hansı digər proqram təminatının mənbə kodunun surətini çıxarmamalı, onu dəyişdirməməli, uyğunlaşdırmamalı, yenidən yaratmamalı, yaymamalı, dekompilyasiya etməməli və ya başqa bir şəkildə aşkarlamamalıdır. Bolt, hər bir istinad dövrü üçün çatdırılmalar haqqında məlumatları və statistikanı bu istinad dövrünün bitməsindən sonra bir il müddətində saxlayır.
10.3. Kuryer Bolt Qida Platformasını icazə verilməmiş və ya qanunsuz məqsədlər üçün istifadə etməyəcək və ya Bolt Qida Platformasının düzgün fəaliyyətini pozmayacaq və ya pozmağa çalışmayacaqdır.
10.4. Kuryer Müştərilərin məlumatlarını bu Ümumi Şərtlərə Qoşma 1-ə (Məlumatın İşlənilməsi Müqaviləsi) uyğun olaraq işləyəcəkdir. Fiziki şəxslər xxxx Kuryerlərin fərdi məlumatlarının işlənilməsi şərtləri Məxfilik Siyasətində müəyyən edilmişdir.
11. KONFİDENSİALLIQ
11.1. Agentlik münasibətləri müddətində və Müqavilənin müddətinin bitməsindən və ya ləğv edilməsindən sonrakı beş il müddətində, Bolt və Xxxxxx digər tərəfin bütün Konfidensial Məlumatlarının konfidensiallığını qoruyur və onları açıqlamır.
11.2. Digər tərəfin Konfidensial Məlumatları üçüncü tərəflərə yalnız digər tərəfin əvvəlcədən yazılı bildirişi ilə açıqlana bilər. Yuxarıda göstərilənlərə baxmayaraq, Konfidensial Məlumatlar tərəfin müvəkkillərinə, auditorlarına, mühasiblərinə, məsləhətçilərinə və subpodratçılarına açıqlana bilər, bu şərtlə ki, bu şəxslər Müqavilə ilə əlaqədar öhdəliklərini yerinə yetirsinlər və konfidensiallıq bəndinə tabe olsunlar.
12. ÇİRKLİ PULLARIN YUYULMASINA QARŞI QAYDALAR
12.1. Kuryer, çirkli pulların yuyulmasına qarşı tətbiq olunan hər hansı qanun və qaydaların tələblərinə riayət etməlidir və Bolt Qida Platformasından pul yuyulması məqsədləri üçün istifadə edə bilməz. Kuryer hər hansı beynəlxalq sanksiyaların, terrorla mübarizə və buna bənzər qanunların, fərmanların, sərəncamların, əmrlərin, müraciətlərin, qaydaların və ya tələblərin subyekti olmadığına zəmanət verir.
12.2. Bolt, aldatma və ya hər hansı digər pozuntunu aşkar etmək məqsədi ilə, əvvəlcədən bildiriş vermədən, Xxxxxxxx çirkli pulların yuyulmasına qarşı qaydalara riayət etməsinə dair araşdırmalar aparmaq və/ və ya Kuryerin Bolt Qida Platformasından istifadəsini dayandırmaq hüququna malikdir.
12.3. Xxxxxx, bu 12-ci Bölmənin pozulmasına aid edilə biləcək hallar barədə dərhal Xxxxx xəbərdar etməlidir.
13. MƏSULİYYƏT
13.1. Kuryer, Çatdırılma Müqaviləsinin icrası və Çatdırılma Müqaviləsi çərçivəsində təqdim olunan hər hansı iddialar üçün təkbaşına məsuliyyət daşıyır. Bolt, Çatdırılma Müqaviləsinin yerinə yetirilməməsinə və ya düzgün yerinə yetirilməməsinə görə və Çatdırılma Müqaviləsinin icrası zamanı yaranan yol hərəkəti qaydaları pozuntuları və ya yol-nəqliyyat hadisəsi üçün məsuliyyət daşımır.
13.2. Kuryer Ümumi Şərtlərin tələblərinə riayət edir və müvafiq hallarda, işçilərinin və / və ya podratçılarının da riayət etməsini təmin edir və buradakı şərtlərə və öhdəliklərə və Bolt ilə bağlanacaq hər hansı digər müqavilələrə uyğun hərəkət etməyə razılaşır. Kuryer və onun işçiləri və / və ya podratçıları bu işçinin və / və ya podratçının davranışından irəli gələn hər hansı bir pozuntuya görə birlikdə və ayrı-ayrılıqda məsuliyyət daşıyırlar.
13.3. Bolt, yalnız bu Ümumi Şərtlərin Bolt tərəfindən qəsdən və ya kobud ehtiyatsızlıq üzündən pozulması hallarında Kuryerin məruz qaldığı zərər və ya əldən çıxmış faydaya görə məsuliyyət daşıyır.
13.4. Xxxxxx, Xxxxx, bu Ümumi Şərtlərə əsasən Xxxxxx tərəfindən çatdırılma xidmətlərinin göstərilməsi ilə əlaqəli və ya ondan irəli gələn hər hansı və bütün iddia tələbləri, məhkəmə işləri, hüquqi hərəkət və ya inzibati icraatlar, tələb, itki, zərər, xərc və hər hansı xarakterli məsrəflər, o cümlədən vəkil haqları və xərcləri ilə bağlı kompensasiya ilə təmin edəcəkdir.
13.5. Müştəri, Çatdırılma Müqaviləsinin pozulmasına görə iddia qaldırarsa, Xxxxxx Xxxxx iddia ilə əlaqədar bütün məsuliyyətdən azad edəcəkdir.
14. DİGƏR MÜDDƏALAR
14.1. Müqavilənin hər hansı başqa dildə versiyaları olduqda, İngilis dili versiyasına üstünlük verilir.
14.2. Bolt, Bolt Qida Platforması və ya Xxxxx təqdim edilmiş elektron poçt ünvanı vasitəsilə ən azı 15 gün əvvəlcədən Xxxxxxx bildiriş verməklə Ümumi Şərtləri istənilən zaman yeniləmək hüququnu özündə saxlayır.
14.3. Kuryer, bu Ümumi Şərtlərə əsasən hüquq və ya öhdəliklərdən heç birini tam və ya qismən başqasına verə bilməz.
14.4. Kuryer, Xxxxxx digər tərəfdaşlara oxşar agentlik xidmətləri göstərmək hüququnu özündə saxlayacağına razılaşır.
14.5. Bu Ümumi Şərtlər və Çatdırılma Müqaviləsindən irəli gələn və ya bununla əlaqəli hər hansı hüquqlar və ya iddialar, Estoniya Respublikasının maddi hüququ ilə tənzimlənir. Bu Ümumi Şərtlərdən və ya Çatdırılma Müqaviləsindən irəli gələn müvafiq mübahisə danışıqlar yolu ilə həll edilməsi mümkün olmadığı təqdirdə, mübahisə yekun olaraq Estoniyanın Tallinn şəhərindəki Harju Xxxxx Məhkəməsində həll ediləcəkdir.
QOŞMA 1
MƏLUMATIN İŞLƏNİLMƏSİ MÜQAVİLƏSİ
Bu Məlumatın İşlənməsi Müqaviləsi Müqavilənin ayrılmaz tərkib hissəsidir və Bolt Qida Platformasının istifadəsi zamanı Bolt ilə Kuryer arasında yaranan və fərdi məlumatların işlənilməsi ilə əlaqəli bütün münasibətlərə tətbiq edilir.
HİSSƏ 1
Preambula:
1. Çatdırılma Müqaviləsinin icrası və Bolt Qida Platformasının istifadəsi zamanı Bolt və Kuryer fərdi məlumatları ayrı-ayrı fərdi məlumatların mülkiyyətçiləri olaraq bir-biri ilə bölüşürlər.
2. Fərdi məlumatların işlənilməsi ilə bağlı Çatdırılma Müqaviləsi və / və ya Ümumi Şərtlərlə Məlumatın İşlənilməsi Müqaviləsi arasında ziddiyyət olduqda, Məlumatın İşlənilməsi Müqaviləsinə üstünlük verilir.
1. ƏSAS İFADƏLƏR VƏ ANLAYIŞLAR
1.1. Bu Məlumatın İşlənilməsi Müqaviləsində istifadə olunan ifadələr, Müqavilədə onlara verilən mənada və ya 11 may 2010-cu il tarixli “Fərdi Məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra Fərdi Məlumatlar haqqında Qanun) 2-ci maddəsində verilmiş mənada istifadə olunur. "Məlumat subyekti" ifadəsi, Bolt Qida Platformasından istifadə edən və paylaşılan fərdi məlumatların aid olduğu eyniləşdirilmiş və ya eyniləşdirilə bilən, fərdi məlumatları toplanılan, işlənilən və mühafizə olunan fiziki şəxs deməkdir.
1.2. Fərdi Məlumatlar haqqında Qanunun mənasında, Bolt və Kuryer, hər biri tərəfindən müvafiq sahədə işlənən fərdi məlumatlara dair fərdi məlumatların mülkiyyətçiləridirlər.
2. KURYERİN ƏSAS ÖHDƏLİKLƏRİ
2.1. Kuryer fərdi məlumatları yalnız tətbiq olunan hüquqa, Müqavilənin şərt və qaydalarına və bu Məlumatın İşlənilməsi Müqaviləsinin şərt və qaydalarına uyğun olaraq işləyir.
2.2. Xxxxxx fərdi məlumatları Azərbaycan Respublikası xaricində işləmir.
2.3. Xxxxxx, Xxxxxxx aldığı fərdi məlumatları yalnız burada 2-ci Hissədə təsvir olunan məlumatların işlənilməsi prinsiplərinə uyğun olaraq və yalnız burada 3-cü Hissədə göstərilən məqsədlər üçün işləməyə razılaşır, bu şərtlə ki, məlumat subyekti məlumatın əlavə işlənilməsi üçün Xxxxxxx ayrıca səlahiyyət vermiş olmasın. Hər hansı şübhənin aradan qaldırılması üçün, Kuryer, məlumat subyekti açıq şəkildə başqa cür qeyd etmədiyi təqdirdə, məlumat subyektinin fərdi məlumatlarını marketinq məqsədləri üçün istifadə edə bilməz.
2.4. Kuryer, Xxxxxxx alınan fərdi məlumatların tam konfidensiallığını təmin etməlidir. Xxxxxx, Xxxxxxx alınan fərdi məlumatlara girişin, yalnız Xxxxxxxx, bunu öz vəzifələrinin icrası ilə əlaqədar olaraq tələb etməsi xxxxx xxxx nümayəndələrinə verilməsini və bütün bu nümayəndələrin konfidensiallıq öhdəliyinə tabe olmasını təmin edir.
2.5. Xxxxxx, fərdi məlumatların təsadüfən və ya icazəsiz işlənilməsindən, açıqlanmasından və ya məhv edilməsindən mühafizəsi məqsədilə fərdi məlumatların təhlükəsizliyini təmin edir. Kuryer,
həmçinin Bolt Qida Platforması vasitəsilə Kuryerə verilən məlumatların fiziki və ya digər surətlərinin hazırlanmamasını təmin edir.
2.6. Müqavilənin ləğvindən sonra, Kuryer Boltdan əldə olunan bütün fərdi məlumatları, o cümlədən Kuryerin sahibliyində xxxx Xxxxxxx alınan fərdi məlumatların bütün (ehtiyat) surətlərini siləcək və ya məhv edəcəkdir, bu şərtlə ki, tətbiq olunan hüquqla başqa cür nəzərdə tutulmasın, və ya məlumat subyekti Kuryerə fərdi məlumatların sonrakı işlənilməsi və saxlanılması üçün səlahiyyət vermiş olmasın.
2.7. Kuryer fərdi məlumatların (sub)operatorlarından istifadə edirsə, Xxxxxx fərdi məlumatların (sub)operatorunun hərəkətləri üçün tam məsuliyyət daşıyır.
2.8. Bolt istənilən vaxt Xxxxxx tərəfindən Məlumatın İşlənilməsi Müqaviləsinin icrasını yoxlamaq hüququna malikdir.
3. MƏLUMAT SUBYEKTLƏRİNİN HÜQUQLARI
3.1. Hər iki Tərəf onların həyata keçirdiyi fərdi məlumatların işlənilməsi prosedurlarının qanunauyğun olmasını təmin edir.
3.2. Kuryer, fərdi məlumatları işləyərkən, aşağıdakı hüquqlar daxil olmaqla, xxxxx bunlarla məhdudlaşmayaraq, Fərdi Məlumatlar haqqında Qanunun 7-ci Maddəsinə uyğun olaraq məlumat subyektlərinin bütün hüquqlarının təmin edilməsinə zəmanət verir:
3.2.1. giriş hüququ,
3.2.2. məlumatların dəqiqləşdirilməsi hüququ,
3.2.3. məlumatların silinməsi hüququ,
3.2.4. məlumatların işlənilməsinə qadağa qoyulması hüququ.
4. FƏRDİ MƏLUMAT POZUNTULARI
4.1. Xxxxxxx alınan fərdi məlumatlarla əlaqəli fərdi məlumatların (şübhəli) pozuntusu və ya fərdi məlumatların pozuntusuna çevrilməsi ehtimalı xxxx xxx hadisə olduqda, Xxxxxx dərhal bu barədə Xxxxx bildirir.
4.2. Kuryer dərhal, xxxxx məlumatların pozuntusu barədə məlumat əldə etdikdən sonra 24 saatdan gec olmayaraq Xxxxx bildiriş göndərəcək.
5. MƏSULİYYƏT VƏ ZƏRƏRİN ƏVƏZİNİN ÖDƏNİLMƏSİ
5.1. Kuryer, Xxxxxxxx Məlumatın İşlənilməsi Müqaviləsini və ya tətbiq olunan hüququn tələblərini pozması ilə əlaqədar Bolt üçün yaranan hər hansı məsuliyyət, zərər, inzibati cərimələr və ya hər hansı bir şəxsin Xxxxx qarşı verdiyi digər iddialar üçün tam məsuliyyət daşıyır və Xxxxx bunlardan azad edir və kompensasiya ilə təmin edir.
5.2. Məlumatın İşlənilməsi Müqaviləsinin hər hansı bir şərtinin pozulması və ya tətbiq olunan qanunvericiliyin tələbinin pozulması halında, Kuryer, pozuntu ilə əlaqəli hüquqi xərclər də daxil olmaqla birbaşa və ya dolayı yolla pozuntu nəticəsində Bolta dəymiş zərərin əvəzini tam ödəməlidir.
5.3. Kuryer, Məlumatın İşlənilməsi Müqaviləsi ilə əlaqədar Xxxxxxx qarşı hər hansı bir iddia verildiyi və ya inzibati cərimə edildiyi təqdirdə dərhal bunu Xxxxx bildirir.
6. YEKUN MÜDDƏALAR
6.1. Məlumatın İşlənilməsi Müqaviləsi, Müqavilənin qüvvədə olduğu müddət ərzində etibarlıdır.
6.2. Məlumatın İşlənilməsi Müqaviləsi Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
HİSSƏ 2
Məlumatların işlənilməsi prinsipləri:
1. Məqsədlərin məhdudlaşdırılması: Fərdi məlumatlar yalnız Hissə 3-də təsvir olunan məqsədlər üçün işlənilə və istifadə edilə bilər.
2. Məlumatın keyfiyyəti və mütənasibliyi: Fərdi məlumatlar dəqiq, adekvat, uyğun olmalı və lazım olduqda, yenilənməlidir.
3. Şəffaflıq: Məlumat subyektlərinə, məlumatların düzgün işlənilməsini təmin etmək üçün onların toplanmış fərdi məlumatları haqqında məlumat (məlumatların işlənilməsinin və ötürülməsinin məqsədləri haqqında məlumat) verilməlidir.
4. Təhlükəsizlik və konfidensiallıq: Fərdi məlumatların mülkiyyətçisi tərəfindən təsadüfi və ya qeyri-qanuni məhv, icazəsiz açıqlama və ya giriş kimi risklərə uyğun texniki və təşkilati təhlükəsizlik tədbirləri alınmalıdır.
5. Məlumatlara giriş, onların dəqiqləşdirilməsi, silinməsi və işlənilməsinə etiraz hüquqları: Məlumat subyektləri, fərdi məlumatların mülkiyyətçisinin onlar haqqında saxladığı fərdi məlumatlarla təmin edilməlidir. Məlumat subyektlərinin onlar haqqında fərdi məlumatlar bu prinsiplərə uyğun olmayaraq işlənildikdə və ya düzgün olmadıqda onların dəqiqləşdirilməsinin, dəyişdirilməsinin və ya silinməsinin təmin edilməsi hüququ var.
HİSSƏ 3
1. Məlumat subyektləri
Bolt Qida Platformasından istifadə edən fiziki şəxslər (Müştərilər).
2. Məlumatın işlənilməsinin məqsədi
Kuryerlərdən istifadə edərək sifariş olunmuş Malların çatdırılmasını sifariş etmək üçün məlumat subyektlərinin Bolt Qida Platformasından istifadə etməsinə imkan yaratmaq.
3. Fərdi məlumatların kateqoriyaları
Məlumat subyekti haqqında Bolt Qida Platforması vasitəsilə aşağıdakı məlumatlar açıqlanır:
3.1 adı və soyadının baş hərfi;
3.2 telefon nömrəsi;
3.3 Sifarişin tərkibi və Sifariş Qiyməti;
3.4 Sifarişin çatdırılmalı olduğu ünvan (tətbiq edilərsə, qapı kodu və s. daxil olmaqla);
3.5 Bolt Qida Platforması vasitəsilə Müştəri tərəfindən Kuryer üçün verilən hər hansı digər qeydlər.
4. İşlənilmə müddəti
Məlumat idxalçısı (Xxxxxx), hər bir Sifarişin yerinə yetirilməsindən sonra 1 ay ərzində hər bir məlumat subyekti haqqında məlumat ixracatçısından (Bolt) alınan fərdi məlumatları silməyə və ya məhv etməyə razılaşır, bu şərtlə ki, məlumat subyekti məlumat idxalçısına (Kuryerə) məlumatın sonrakı işlənilməsinə ayrıca səlahiyyət vermiş olmasın.
5. Həssas məlumat
Heç bir həssas (xüsusi kateqoriyalı) məlumat ötürülmür.
QOŞMA 2
ÇATDIRILMA XİDMƏTİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR TƏLƏBLƏR
Bu Qoşma Müqavilənin ayrılmaz tərkib hissəsidir. Bütün böyük hərflərlə yazılmış ifadələr, Ümumi Şərtlərdə onlara verilmiş eyni mənaya malikdir.
1. Kuryer üçün tələblər
1.1. Kuryerin ən azı 18 yaşı olmalıdır.
1.2. Kuryer, yoluxucu xəstəliyi olduqda və bunu bildiyi təqdirdə çatdırılma xidməti göstərməməlidir. Xxxxxx, çatdırılma xidmətinin göstərilməsi zamanı hər zaman, seçdiyi çatdırılma vasitəsini idarə etmək üçün tibbi cəhətdən uyğun olacaqdır. Bolt istənilən vaxt Xxxxxxxxx sağlamlıq sənədinin təqdim edilməsini tələb etmək hüququna malikdir. Kuryer çatdırılmanın təhlükəsiz olmayacağını düşünməyə əsas verərsə və ya Xxxxxx sağlamlıq sənədi verməkdən imtina edərsə, Bolt Kuryerin Bolt Qida Platformasına girişini dayandırmaq hüququna malikdir.
1.3. Kuryer alkoqol və ya narkotik maddə qəbul etdiyi halda çatdırılma xidməti göstərə bilməz.
1.4. Kuryer mövcud qanunvericiliyə əsasən Çatdırılma Müqavilələrinə uyğun olaraq xidmət(lər)in qanuni şəkildə göstərilməsi üçün tələb olunan bütün təlim(lər)də iştirak edir, müvafiq imtahan(lar)ı keçir, bütün lisenziyaları, icazələri, qeydiyyat və təsdiqləri təmin edir və müvafiq olduqda, işçilərinin və / və ya podratçılarının da bunları etməsini təmin edir.
2. Çatdırılma xidmətinin təmin olunması üçün tələblər
2.1. Mövcud qanunvericiliyə əsasən, Kuryer vergi və ya digər məqsədlər üçün xidmət təminatçısı, sahibkar və ya oxşar müəssisə kimi qeydiyyatdan keçməlidirsə, Kuryer çatdırılma xidmətinin Bolt Qida Platforması vasitəsilə təqdim olunduğu bütün dövr ərzində müvafiq tələblərə əməl etməlidir.
2.2. Kuryer Bolt Qida Platformasına qoşulduqda, gigiyena və sağlamlıq təhlükəsizliyi təlimində iştirak edir.
2.3. Kuryer çatdırılma xidmətinin göstərilməsi zamanı nəqliyyat vasitəsini idarə edərkən, təhlükəli şəkildə sürmək, sürülməsi təhlükəli xxxx nəqliyyat vasitəsini idarə etmək, icazəsiz üçüncü bir şəxsin Kuryerə müşayiət etməsinə icazə vermək də daxil olmaqla ehtiyatsız davranışa yol verməyəcəkdir.
2.4. Yeməklərin çatdırılması üçün istifadə olunan termo çantalar təmiz və yaxşı qaydada olmalıdır. Çatdırılma üçün nəqliyyat vasitəsi istifadə olunursa, nəqliyyat vasitəsi də təmiz və yaxşı qaydada olmalıdır.
2.5. Xxxxxx hər çatdırılmadan əvvəl termo çantanın təmiz olduğuna və qida və sağlamlıq təhlükəsizliyini təmin edən və yeməyin çirklənməsinin qarşısını xxxx şəkildə istifadə edildiyinə əmin olur. Kuryer, qida ehtiva edən Sifarişi çatdırarkən termo çantanın təmiz olmasını təmin etmək üçün termo xxxxxxx xxxxx olduğu qədər tez-tez parça və ya bezlə təmizləyir.
2.6. Kuryer termo xxxxxxx yalnız elə məhsullardan istifadə edərək və elə şəkildə təmizləyir ki, onlar qidanın çirklənməsinə səbəb olmasın və ya insan sağlamlığı üçün təhlükə yaratmasın. Təmizləyici məhsullar və dezinfeksiyaedici vasitələr yalnız bu məhsulların istehsalçısı tərəfindən hazırlanmış təlimatlara uyğun olaraq istifadə edilir.
2.7. Kuryer, bütün çatdırılma prosesi boyunca termo çantanın səliqəli şəkildə möhürlənmiş vəziyyətdə saxlanılması yolu ilə sifariş edilən yeməyin çirklənmədən qorunmasını təmin edir. Eyni nəqliyyat vasitəsində yeməkdən başqa bir şey çatdırılırsa, Xxxxxx çirklənmənin qarşısını almaq üçün yeməyin termo çantada kifayət qədər ayrı olmasını təmin edir.
2.8. Kuryer, Mal Tərəfdaş tərəfindən hazırlandıqdan sonra ən geci 1 saat ərzində Sifarişi Müştəriyə çatdırmağı təmin edir.
2.9. Kuryer termo xxxxxxx birbaşa günəş işığı altında və ya digər ekstremal şəraitdə saxlamamalıdır.
2.10. Termo çanta zədələndikdə və ya daxili izolyasiyası cırıldıqda, Kuryer termo xxxxxxx dəyişdirməlidir.
QOŞMA 3
BOLT QİDA PLATFORMASINDAN İSTİFADƏ ÜÇÜN TƏLİMATLAR
Bu Qoşma Ümumi Şərtlərin ayrılmaz tərkib hissəsidir. Bütün böyük hərflərlə yazılmış ifadələr, Ümumi Şərtlərdə onlara verilmiş eyni mənaya malikdir.
1. Çatdırılma xidmətini təmin etmək üçün Kuryerin istənilən vaxt “Onlayn Ol” düyməsinə basaraq özünün Bolt Qida Platformasında aktiv olduğunu göstərməsi lazımdır. Gün ərzində çatdırılma xidmətinin təminatını dayandırmaq üçün Kuryerin istənilən vaxt “Yeni Müraciətləri Dayandır” düyməsinə basaraq özünün Bolt Qida Platformasında deaktiv olduğunu göstərməsi lazımdır.
2. Çatdırılma xidmətinin göstərilməsi zamanı (və digər vaxtlarda) Kuryer Bolt markalı paltarları, onları almağı seçmişsə, geyinə bilər.
3. Tərəfdaş Müştəri tərəfindən verilmiş Sifarişi qəbul etdikdə, yaxınlıqdakı Kuryerlərdən birinə Müraciət göndərilir. Kuryer Müraciəti qəbul etməyi və ya ondan imtina etməyi seçə bilər.
4. Kuryer, həmçinin əvvəlki Sifarişin Çatdırılması başa çatmamış da yeni Müraciətləri qəbul edə bilər.
5. Sifariş, Tərəfdaşın Sifarişi "Götürülməyə Hazır" kimi qeyd etməsindən ən geci 15 dəqiqədən sonra Xxxxxx tərəfindən götürülməlidir.
6. Tərəfdaşdan Sifarişi götürdükdən sonra, Kuryer Sifarişi Bolt Qida Platformasında “Götürülmüş” kimi qeyd edir.
7. Sifariş Müştəriyə təhvil verdikdən sonra Kuryer Sifarişi Bolt Qida Platformasında “Çatdırıldı” kimi qeyd edir.
8. Müştəri Sifarişi almadıqda (telefona cavab vermədikdə, qapını açmadıqda və s.) Kuryer ən azı 3 dəfə Bolt Qida Platformasında göstərilən telefon nömrəsi vasitəsilə Müştəri ilə əlaqə saxlamalıdır və 10 dəqiqəlik müddət ərzində Sifarişlə Təhvilalma Yerində qalmalıdır. Müştəri hələ də uyğun deyilsə və Sifarişi ala bilmirsə, Xxxxxx Xxxxx çatdırılmanı ləğv etməyə və Müştəridən çatdırılma üçün tam ödəniş tələb etməyə səlahiyyətləndirmək, həmçinin Sifarişlə bağlı əlavə məsləhət almaq üçün üçün Xxxxxx müştəri xidmətləri ilə əlaqə saxlayacaqdır.