Açıq tender elanı
Açıq tender elanı
Azərbaycan Respublikası Təhsil Nazirliyi potensial malgöndərənləri (podratçıları) təhsil müəssisələri üçün poliqrafik məhsulların istehsalı üzrə dövlət satınalmalarının vahid internet portalı (xxx.xxxxxxx.xxx.xx) vasitəsilə keçirilən aşağıdakı açıq tenderlərdə iştirak etməyə dəvət edir:
I 2020-2021-ci tədris ilinə ikinci xarici dil fənni üzrə dərslik və müəllim üçün metodik vəsaitlərin (4 adda 162765 nüsxə) istehsalı ilə bağlı poliqrafiya işləri
II 2020-2021-ci tədris ilinə "Rəqəmsal bacarıqlar" layihəsi üçün iş dəftərlərinin (19 adda 164900 nüsxə) istehsalı ilə bağlı poliqrafiya işləri
I tender üzrə poliqrafiya işləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.8- ci maddəsinə əsasən ƏDV-dən azaddır.
Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı xxxx İddiaçıların həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) 23 sentyabr 2020- ci il 17.00-dək vahid internet portalı vasitəsilə aşağıdakı sənədləri təqdim edir:
1. Tenderdə iştirak etmək üçün ərizə (tenderin adı göstərilməklə) və hər bir tender üzrə 500 (beş yüz) manat məbləğində heç bir xxxxx xxxx qaytarılmayan iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Xxxx xxxxxx, XX0000, Xxxxx xxxxxxxxx, 00, Xxxxxxxxxx Respublikası Təhsil Nazirliyi, VÖEN 1500046011, DXA, VÖEN: 1401555071, Коd 210005, Мüxbir hesabı XX00XXXX00000000000000000000, S.W.I.F.T. – CTREAZ22, Hesab №
XX00XXXX00000000000000000000 Fond 7 Büdcə gəlirlərinin təsnifatı 142330 sair daxil olmalar.
2. Malgöndərənin (podratçının) tam adı və rekvizitləri, qeydiyyatdan keçdiyi ölkə və hüquqi statusunu təsdiqedən sənədlər.
3. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
4. Malgöndərənin (podratçının) ixtisas uyğunluğu göstəriciləri ilə bağlı aşağıdakı sənədləri:
- I tender üzrə malgöndərənin (podratçının) son üç təqvim ilinin hər hansı birində dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin sifariş əsasında istehsalı sahəsində azı 2000000 (iki milyon) manat məbləğində icra edilmiş müqavilələrinin, o cümlədən Azərbaycan Respublikasında azı 200000 (iki yüz min) manat məbləğində icra edilmiş müqavilələrinin əsllərinin surətləri.
- II tender üzrə malgöndərənin (podratçının) son üç təqvim ilinin hər hansı birində dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin sifariş əsasında
istehsalı sahəsində azı 500000 (beş yüz min) manat məbləğində icra edilmiş müqavilələrinin, o cümlədən Azərbaycan Respublikasında azı 50000 (əlli min) manat məbləğində icra edilmiş müqavilələrinin əsllərinin surətləri.
5. Tender iştirakçısının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, xxxx yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış.
6. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış.
7. Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məlumat.
8. Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat.
9. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.
İddiaçı iştirak etdiyi hər bir tender üzrə tender təklifini və təklifin dəyərinin 1 (bir) xxxxx həcmində xxxx bank təminatını “Dövlət satınalmaları haqqında” Qanunun və Əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq 01 oktyabr 2020-ci il 17.00-dək vahid internet portalı vasitəsi ilə təqdim etməlidir. Tender təklifi açıldığı gündən sonra 30 (otuz) bank günü qüvvədə qalmalıdır. Tender təklifinin təminatı təklifin qüvvədə olma müddətindən 30 (otuz) bank günü xxx olmalıdır. İddiaçılar hər bir tender üzrə yalnız bir təklif verə bilər. İddiaçıların tender təklifi, həmçinin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib edilməlidir.
Tender təklifləri 02 oktyabr 2020-ci il tarixdə, saat 17.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə vahid internet portalı vasitəsi ilə xxxxx xxx bilərlər.Hər bir tender üzrə azı üç təklif təqdim olunduqda tender baş tutmuş hesab edilir. Üçdən az təklif daxil xxxx tender baş tutmamış elan edilir, həmin tenderin davamından imtina edilir.
Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır. Xxxxxxxx prosedur qaydaları, təkliflərin təqdim edilməsi və təkliflərin qiymətləndirilməsi və müqayisəsi Əsas şərtlər toplusunda öz əksini tapır. İddiaçı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, Əsas şərtlər toplusunun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri, texniki şərtlər və s. ilə xxxxx olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və Əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnə bilər.Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin Əsas şərtlər
toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların (işlər və xidmətlərin) təklif edilən qiymətinin 20 xxxxx həcmində güzəştli düzəliş tətbiq edilir.
İstehsal edilmiş məhsullar müqavilə qüvvəyə mindiyi tarixdən 1 (bir) ay ərzində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin Salyan şosesi, 14 ünvanında yerləşən anbarına təhvil verilməlidir.
Əlavə məlumat üçün tender üzrə əlaqələndirici Aynurə Xxxxxx xxxx Xxxxxxxxxx müraciət etmək olar. Əlaqə məlumatları:
Ünvan: Xxxx xxxxxx, Xxxxx xxxxxxxxx 00 Telefon: 000-00-00 (daxili 5126)
e-mail: xxxxxx.xxxxxxxx@xxx.xxx.xx