MÜNDƏRİCAT
MÜNDƏRİCAT
MÜNDƏRİCAT | 2 |
SIĞORTA SİNİFİ | 3 |
ÜMUMİ ANLAYIŞLAR | 3 |
XÜSUSİ ANLAYIŞLAR | 3 |
Maddə 1. ÜMUMİ MÜDDƏALAR | 5 |
Maddə 2. SIĞORTANIN OBYEKTİ | 5 |
Maddə 3. SIĞORTA PREDMETİ | 5 |
Maddə 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA PREDMETİNİN DƏYƏRİ | 5 |
Maddə 5. SIĞORTA RİSKLƏRİ | 5 |
Maddə 6. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR | 5 |
Maddə 7. SIĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ | 6 |
Maddə 8. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ | 6 |
Maddə 9. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ | 9 |
Maddə 10. SIĞORTA MƏBLƏĞİ | 9 |
Maddə 11. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ | 10 |
Maddə 12. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ | 11 |
Maddə 13. ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ | 11 |
Maddə 14. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI QAYDASI | 12 |
Maddə 15. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR | 12 |
Maddə 16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI | 12 |
Maddə 17. SUBROQASİYA HÜQUQU | 13 |
Maddə 18. SIĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ | 14 |
Maddə 19. XÜSUSİ ŞƏRTLƏR | 14 |
Maddə 20. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI | 14 |
Maddə 21. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI | 14 |
Maddə 22. TARİFLƏRİN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI | 14 |
Maddə 23. BİRGƏ İŞTİRAKÇILAR | 15 |
Maddə 24. MÜHÜM ŞƏRTLƏR | 15 |
Maddə 25. ZƏRURİ DİQQƏT HAQQINDA QEYD-ŞƏRT | 15 |
Maddə 26. SİYAHI | 16 |
Maddə 27. MÜQAVİLƏ MÜDDƏTİNİN UZADILMASI | 16 |
Maddə 28. MÜDAFİƏ | 16 |
BÖLMƏ A. QUYU ÜZƏRİNDƏ NƏZARƏTİN BƏRPASI SIĞORTASI | 17 |
BÖLMƏ B. TƏKRAR QAZMA/ƏLAVƏ XƏRCLƏR | 19 |
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN APARILMASI SIĞORTASI ÜZRƏ TАRİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI | 20 |
SIĞORTA SİNİFİ
Bu sığorta qaydaları ilə müəyyən olunan sığorta növü əmlakın yanğından və digər risklərdən sığortası sinfinə aiddir.
ÜMUMİ ANLAYIŞLAR
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
Sığortaçı - sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfidir.
Sığorta olunan - əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir.
Xxxxxxxxxx şəxs - sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.
Sığorta predmeti - sığorta müqaviləsi üzrə sığortalanan inşaat, tikinti və quraşdırma işlərinin aparılması üçün zəruri xxxx, həmçinin istehsalatda istifadə olunan əmlak.
Qismən sığorta - müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.Sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.
⮚ Şərtli azadolma - məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda zərər məbləğindən azadolma məbləği çıxılmır.
⮚ Şərtsiz azadolma - məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Sığorta məbləği - Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
XÜSUSİ ANLAYIŞLAR.
⮚ ”Sığorta olunmuş quyu(lar)” dedikdə aşağıdakı mərhələlərdən birində xxxx xxxx və/və ya qaz və/və ya istilik enerjisi quyuları başa düşülür:
x. xxxxxxx, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə müddətində iş və qurtarana və ya ləğv edilənə qədər;
x. xxxxxxxx dövründə; x.xxxxx olduğu müddətdə;
d. müvəqqəti olaraq dayandırıldığı və ləğv edildiyi müddətdə;
⮚ “Hadisə” dedikdə qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
⮚ Sığorta müddətində, 72 (yetmiş iki) ardıcıl saat ərzində eyni atmosfer dalğalanmasından yaranan fırtınalı külək, tornadolar, siklonlar, qasırğalar, oxşar fırtına və ya güclü və dağıdıcı təsirə malik küləklər bir hadisə kimi qiymətləndirilir.
⮚ Hər bir zəlzələ təkanı və ya vulkan püskürməsi ayrıca bir hadisə kimi qiymətləndirilir. Xxxxx, əgər sığorta müddətində 72 (yetmiş iki) ardıcıl saat ərzində bir sıra zəlzələ təkanları və ya vulkan püskürmələri baş verərsə, o zaman belə yeraltı təkanlar və ya vulkan püskürmələri, bu sığortaya müvafiq olaraq bir hadisə kimi qiymətləndiriləcəkdir.
⮚ “Müdafiə xərcləri” termini təhqiqat, tənzimlənmə və məhkəmə xərcləri, üçüncü tərəflərə ödəmələr, apelyasiyaya şikayəti ilə bağlı xərclər, eləcə də məhkəmə qərarı verilənə qədər və verildikdən sonra hesablanmış faizlər kimi müəyyən edilə bilər. “Müdafiə xərcləri”- nə işçilərin əmək haqları ilə bağlı xərclər, adətən Sığortalı tərəfindən əvvəlcədən ödənilən vəkil qonorarı və Sığortalının ofis xərcləri daxil edilmir.
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN APARILMASI SIĞORTASININ QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR.
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. Bu Qaydalar ilə Nizamnamə əsasında fəaliyyət göstərən “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “SIĞORTAÇI” adlandırılacaq) neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması sığortasını həyata keçirir.
1.2. Neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması üzrə sahibkarlıq hüququna xxxxx xxxx fəaliyyət qabiliyyətli fiziki və hüquqi şəxslər bu Qaydalara uyğun olaraq Sığortaçı ilə neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması üzrə sığorta Müqavilələrini bağlamaq hüququna malikdir (bundan sonra “SIĞORTALI” adlandırılacaq).
1.3. Bu Qaydalar, bağlanılan Müqavilələrin ayrılmaz hissəsi sayılır və Sığortalı ilə Sığortaçı üçün (bundan sonra Tərəflər adlandırılacaq) məcburidir.
2. SIĞORTANIN OBYEKTİ.
Sığortanın obyekti Sığortalının (Sığorta olunanın, Faydalanan şəxsin) neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması ilə bağlı xxxxx xxxx, istifadə və sərəncam hüquqları ilə xxxxx xxxxx mənafeləri sayılır.
3. SIĞORTA PREDMETİ.
3.1. Bu Sığorta Qaydaları ilə Sığortaçı Sığortalıya Sığorta Şəhadətnaməsində göstərilən sığorta hadisəsi nəticəsində neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması zamanı
a. Quyu üzərində nəzarətin bərpa edilməsi (A Bölməsinə müvafiq olaraq)
b. Təkrar qazma işlərinin aparılması (B Bölməsinə müvafiq olaraq) sığortanın predmetidir.
3.2. Qeyd olunan hallarla bağlı olaraq çıxacaq ziyan və zərərə görə Şəhadətnamədə yazılmış limitlər həddində (sığorta məbləği) təminat verir, Sığortalı isə Sığorta Şəhadətnaməsinə uyğun olaraq sığorta haqqını Sığortaçıya ödəyir.
4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA PREDMETİNİN DƏYƏRİ.
4.1. Sığorta məbləği sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müddəti ərzində sığorta müqaviləsi ilə sığortalanmış risklər üzrə Sığortaçının Sığortalıya verməyi öhdəsinə götürdüyü ödənişin son həddini müəyyən edir.
4.2. Bu qaydalarda, eləcə də A və/və ya B bölmələrində yer ala biləcək bütün sığorta təminatları üzrə, 100% risk üçün baş vermiş hər bir sığorta hadisəsinə görə Ümumi Vahid Məsuliyyət Limiti nəzərdə tutulur.
4.3. Bu Qaydalara əsasən Sığortalıya və ya Sığortalılara yuxarıda göstərilmiş Ümumi Vahid Məsuliyyət Limitini keçməmək şərti ilə sığorta təminatı verilir. Bu sığorta təminatına məhkəmə xərcləri də daxildir, bu da Sığortaçının Sığortalı qarşısında, baş verən hər bir sığorta hadisəsinə görə və A və B bölmələrinə uyğun olaraq bütün sığorta təminatları üzrə ümumi vahid məsuliyyətinin limitidir.
5. SIĞORTA RİSKLƏRİ.
Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması ilə bağlı sığorta risklərinə aşağıdakılar daxildir:
⮚ Quyu üzərində nəzarətin bərpa edilməsi (A Bölməsinə müvafiq olaraq)
⮚ Təkrar qazma işlərinin / Əlavə xərclərin (B Bölməsinə müvafiq olaraq)
6. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR.
6.1. Müqaviləyə əsasən aşağıda sadalanlara təminat verilmir və məsuliyyət ortaya çıxmır:
6.1.1. Hər hansı dövlətin və ya başqa bir hökumət qurumunun və yaxud hər hansı bir hökumət orqanının və ya onun strukturunun qanunlarına əsasən tətbiq edilən hər hansı cərimə və sanksiyalar;
6.1.2. Kompensasiya xarakterli zərərlərin artması nəticəsində əmələ gələn zərərlər də daxil olmaqla hər hansı cəzalandırıcı və ya cərimə tətbiqedici zərərlər;
6.1.3. Bu Qaydaların hər hansı mühüm şərtlərinin və ya qaydalarının tamamilə və yaxud qismən pozulması nəticəsində ortaya çıxan hər hansı bir hadisənin birbaşa və ya dolayı yolla ortaya çıxan bütün vəsatətləri.
6.1.4. Aşağıdakılar nəticəsində əmələ gələn itki, zərər və ya xərclər:
6.1.4.1. Hər hansı bir hökumət və ya suveren hakimiyyət (de yure və ya de fakto) və yaxud hərbi quvvələrə, həmçinin dəniz və ya hava hərbi qüvvələrinə xxxxx xxxx və ya onlardan istifadə edən digər hakimiyyət orqanları, yaxud hərbi, dəniz və ya hava qüvvələri yaxud hər hansı belə hökumət, hakimiyyət və ya qüvvələrin təmsilçisi tərəfindən real, görünən yaxud yaxınlaşan hücuma qarşı müdafiə və ya döyüş tədbirləri də daxil olmaqla, sülh və ya müharibə dövründə hər hansı müharibə, düşmən əməliyyatları və ya hərbi əməliyyatlar;
6.1.4.2. Sülh və ya müharibə dövründə, nüvə parçalanması və ya radioaktiv qüvvəyə əsaslanan hər hansı bir hərbi silah(lar);
6.1.4.3. Üsyan, qiyam, inqilab, vətəndaş müharibəsi, hakimiyyətin qəsb edilməsi və ya hökumətin yuxarıda sadalanmış xalq hərəkatlarının qarşısının alınması və ya onlardan müdafiə olunması istiqamətində apardığı işlər, karantin və ya gömrük təlimatlarına müvafiq olaraq müsadirə və ya məhv edilmə, hökumətin və ya yerli hakimiyyət orqanlarının göstərişi ilə müsadirə edilmə və yaxud qaçaqmalçılıq və ya qanunsuz daşınma və ticarət.
6.1.4.4. Sığortalının və ya onun adından çıxış edən hər hansı bir şəxsin və ya təşkilatın əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi nəticəsində meydana çıxan itki, zərər və ya xərclər;
6.1.4.5. Sığortaçı ilə xüsusi olaraq, başqa cür razılaşdırılmayıbsa, bu sığorta müqaviləsi qüvvəyə minən zaman qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesində xxxx hər hansı bir quyu ilə əlaqədar, belə qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri tamamilə başa çatanadək meydana çıxan itki, zərər və ya xərclər.
7. SIĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ
Tərəflərin başqa cür razılaşdığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, sığorta Azərbaycan Respublikasının ərazisini əhatə edir.
8. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ.
8.1. Sığortaçının hüquq və vəzifələri:
8.1.1. Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalıdan sığorta haqqını tələb edir.
8.1.2. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün ilk hissəsi ilə bağlı sığorta müqaviləsi bağlandığı gündən, digər hissələrlə bağlı isə ödəmə tarixindən 1 aydan gec olmamaq şərti ilə yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
8.1.3. Sığortaçı sığortalanmış risklər üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği həddində öhdəlik daşıyır.
8.1.4. Sığorta məbləğlərini, sığorta riskləri, sığorta risklərindən istisnaları və (və ya) sığorta təminatında məhdudiyyətləri müəyyən edir.
8.1.5. Sığortalıdan riskinin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməsini tələb edir;
8.1.6. Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməsini tələb edir;
8.1.7. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməməsini tələb edir;
8.1.8. Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayətlər törətməməsini tələb edir;
8.1.9. Sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görməsini tələb edir;
8.1.10. Sığorta predmeti və hadisəsi barədə sığortalıdan aydın və düzgün məlumat verməsini tələb edir, sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımçıq olması məlum olarsa:
8.1.10.1. Sığortalı bu hərəkəti qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta müqaviləsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş verməkdən imtina edə bilər.
8.1.10.2. Sığortalı hərəkətinin qəsdən etmədiyi müəyyən olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta müqaviləsini ləğv edə bilər və ya həmçinin sığorta müqaviləsinin şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı almaqla sığorta müqaviləsini qüvvədə saxlaya bilər.
8.1.11. Bu qaydalarda nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən imtina edir;
8.1.12. Sığorta hadisələri təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini həyata keçirir.
8.1.13. Sığortaçı sığorta müqaviləsi bağlanarkən sığortalıdan sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatları tələb edir və əlavə zəruri məlumatların siyahısını tərtib edərək, yazılı müraciət formasında sığortalıya göndərir.
8.1.14. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
8.1.15. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
8.1.16. Sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta müqaviləsi ilə müəyyən olunmuş qaydada sığorta ödənişini verir.
8.1.17. Sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir.
8.1.18. Sığortaçı sığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçının öz öhdəliklərini icra edə bilmədiyi həddə müvafiq sığorta müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən azad edilir.
8.1.19. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
8.1.20. Sığortalının bu sığorta qaydaları ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortalıya sığorta müqaviləsi verir.
8.1.21. Sığorta müqaviləsi itdikdə və ya məhv olduqda sığortalı və ya sığorta olunan onun dublikatını sığortaçıdan şifahi və ya yazılı şəkildə tələb edə bilər.Bu tələbin yazılı şəkildə daxil olduğu tarixdən etibarən 3 iş günü müddətində sığortaçı sığortalını və ya sığorta olunanı müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, öz hesabına müvafiq sığorta müqaviləsinin dublikatı ilə təmin edir.
8.1.22. Sığortaçı sığorta predmeti barəsində sığortalı tərəfindən aydın və düzgün məlumat verilməsini tələb edir.Bu məlumatlarla bağlı sığortalı tərəfindən qəsdən yanlış məlumat verilərsə sığortaçı sığorta predmetinin sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirir.
8.1.23. Sığorta müqaviləsi bağlanarkən müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə sığortalının xxxxx olmasını təmin edir.
8.1.24. Sığortalını sığorta şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə xxxxx xxxx.
8.1.25. Sığorta müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirə, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirə, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin edə bilər.
8.1.26. Sığortaçı sığorta müqaviləsi üzrə sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsilə qiymətləndirə bilər. Bu halda müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
8.1.27. Sığortaçı 11.8-ci bəndində qeyd olunan hallar mövcud olarsa sığorta müqaviləsinə vaxtından əvvəl xitam verir.
8.1.28. Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı xxxx sığortaçı digər tərəfi bu barədə xəbərdar edir və ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
8.1.29. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin xxxxxxxxxx şəxs hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırır.
8.1.30. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədlərin və məlumatların alınması ilə bağlı səlahiyyətli dövlət orqanlarına yazılı sorğunu sığortalıya verərək müvafiq sənədlərin təmin edilməsini tələb edir.
8.1.31. Bu qaydaların 17-ci maddəsində müəyyən edilmiş subroqsiya hüququndan istifadə edir.
8.1.32. Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.
8.2. Sığortalının hüquq və vəzifələri:
8.2.1. Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortaçı tərəfindən yerinə yetirilməsini tələb edir;
8.2.2. Sığorta hadisəsinin təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini tələb edir;
8.2.3. Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını ödəyir;
8.2.4. Sığorta riskləri barədə sığortaçıya məlumat verir;
8.2.5. Xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları sığortaçıya bildirir;
8.2.6. Sığorta predmetinin və hadisəsinin araşdırması üçün sığortaçıya müvafiq şəraiti yaradır:
8.2.6.1. Sığortalanan əmlaka baxış keçirmək;
8.2.6.2. Sığortalanan əmlakın olduğu yerləri və yerin yaxınlığındakı xxxxxx (qurğu və ya evin) baxış keçirmək;
8.2.6.3. Sığortalanan əmlakın real dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən ekspertizada iştirak etmək.
8.2.7. Sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görür;
8.2.8. Sığorta predmeti və hadisəsi barədə sığortaçıya düzgün və aydın məlumat verir;
8.2.9. Bu qaydalarda nəzərdə tutulan şərtləri yerinə yetirir, əks təqdirdə əmlak mənafelərinə dəyən zərərin əvəzinin sığortaçı tərəfindən tam və ya qismən ödənilməsini tələb etmə hüququnu itirir.
8.2.10. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatı sığortaçıya bildirir.
8.2.11. Sığorta müqaviləsinə bu qaydaların 11.8-ci bəndinin tələblərinə əsasən sığortalı tərəfindən vaxtından əvvəl xitam verilə bilər. Bu halda:
8.2.11.1. Sığortalı, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçıdan həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarının ona qaytarmasını tələb edir, əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçıdan sığorta haqlarını bütünlüklə sığortalıya qaytarılmasını tələb edir.
8.2.11.2. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması bu qaydaların bu qaydaların 12-ci maddəsinin tələblərinə əsasən həyata keçirilir.
8.2.12. Sığorta hadisəsinin baş verməsi barədə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verir.
8.2.13. Sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğini bərpa edilə bilər.
8.2.14. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat verir.
8.2.15. Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı xxxx sığortalı digər tərəfi bu barədə xəbərdar edir və ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
8.2.16. Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.
9. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ.
9.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta müqaviləsində məlumat verməyin müddəti və yaxud üsulu göstərilmişdirsə, o, müəyyən olunmuş müddətdə və həmin üsulla həyata keçirilməlidir.
9.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu qaydaların 9.1-ci bəndi ilə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
9.3. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
9.4. Sığorta hadisəsi zamanı sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
9.5. Belə tədbirlər həyata keçirilərkən sığortalı sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
9.6. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
9.7. Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta predmetini sığortaçı baxış keçirənə qədər sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamağa borcludur.
9.8. Zərər xxxxxx əmlak təmir etdiriləcəkdirsə təmir yeri təmir başlanana qədər sığortaçı ilə razılaşdırılmalıdır.
9.9. Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
9.10. Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.
9.11. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda sığortaçı öz hesabına sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
9.12. Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək sığortalının vəzifəsidir.
9.13. Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli bütün sənədləri sığortaçıya təqdim etməyə borcludur.
10. SIĞORTA MƏBLƏĞİ
Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəliyinin son həddidir.
10.1. Bu qaydalara əsasən sığorta məbləği sığorta predmetinin sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən
- sığorta dəyərindən xxx olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdır.
10.2. Sığorta məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı sığorta müqaviləsində qeyd olunur.
11. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ.
11.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
11.2. Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta müqaviləsinin verilməsi yolu ilə bağlanır.
11.3. Sığorta müqaviləsinə ediləcək əlavə və dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılaşması yolu ilə həyata keçirilir.
11.4. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
11.5. Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
11.6. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
11.7. Azərbaycan Respublikasının qanunvericiliyində əqdlərin etibarsızlığı ilə bağlı ümumi əsaslarla və aşağıdakı hallarda sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır:
11.7.1. sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;
11.7.2. sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır);
11.7.3. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçının və həmin şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir.
11.8. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
11.8.1. Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
11.8.2. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
11.8.3. Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;
11.8.4. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
11.8.5. Sığorta predmeti artıq mövcud olmadıqda;
11.8.6. Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
11.8.6.1. sığorta müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
11.8.6.2. qanunvericilikdə və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
11.8.6.3. başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə keçir;
11.8.6.4. sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir.
11.8.7. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
11.8.8. Sığorta qanunvericiliyində, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
11.8.9. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
11.8.10. Sığorta marağı artıq mövcud olmadıqda;
11.8.11. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
11.8.12. Azərbaycan Respublikasının Qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.
12. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ
12.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
12.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
12.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
12.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması bu qaydaların 12.1-ci və 12.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12.5. Sığorta müqaviləsinə bu qaydalarda və ya qanunvericilklə müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 12.3-cü və 12.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
13. ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
13.1. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha xxx sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
13.2. Sığorta müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
13.2.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
13.2.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarla nəzərdə tutulmuş şəkildə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
13.2.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
14. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI QAYDASI.
14.1. Sığortalanmış əmlaka vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sığorta ödənişinin hesablanması aşağıdakı üsullarla və ardıcıllıqla həyata keçirilir:
14.1.1. Qismən sığorta zamanı - sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbəti əsasında vurulmuş zərərlərə təminat verilir;
14.1.2. Sığorta müqaviləsində azadolma nəzərdə tutulduqda - azadolma məbləği çıxılmaqla zərərlərə təminat verilir;
14.2. Sığorta müqaviləsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
15. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR.
Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
15.1. Sığorta ödənişi aşağıdakılara əsasən həyata keçirilir:
15.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi;
15.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
15.1.3. qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
15.2. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını bu qaydaların 15.1-ci bəndində göstərilən sənədlərin və ekspert rəyinin əsasında sığorta müqaviləsi üzrə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Bu zaman sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirə bilər.
15.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər tərəfindən aparılır və bu zaman sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
15.4. Sığortaçı sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra 30 təqvim günü ərzində sığorta ödənişini verir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişi verməkdən imtina edir.
15.5. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta hadisəsi üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilir:
15.5.1. zərər məbləğinin pul şəklində sığortalıya (sığorta olunana) və ya faydalanan şəxsə ödənilməsi;
15.5.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
15.5.3. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti xxxx əmlakın dəyişdirilməsi.
15.6. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
15.7. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, bu halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığortaçı sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik edə bilər.
16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI.
16.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
16.1.1. sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 13.2-ci bəndinə riayət edilmədikdə;
16.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
16.1.3. müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
16.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
16.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 13.2.1-ci bəndində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
16.1.6. bu qaydaların 16.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
16.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
16.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
16.1.9. Sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin sığorta müqaviləsində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, sığortaçının bu barədə yazılı xəbərdarlıqla son ödəmə müddəti müəyyən edilmişdirsə bu müddətin bitməsindən 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
16.1.10. sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
16.2. Sığorta müqaviləsi bağlanarkən və ya bağlandıqdan sonra sığortalı özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməmişdirsə.
16.3. Sığortalının sığorta qanunvericiliyində və ya bu qaydalarla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyi hallarda.
16.4. Sığorta qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.
17. SUBROQASİYA HÜQUQU
17.1. Subroqasiya - Sığorta ödənişinin həyata keçirilməsindən sonra, Sığorta olunanın səhhətinə vurulan zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququ, həmin ödəniş məbləği həddində Sığortaçıya keçir.
17.2. Sığortalı (Sığorta olunan) Sığortaçının subroqasiya hüququnun təmin edilməsi üçün öz imkanları çərçivəsində ona hər cür kömək göstərməli və Sığortaçını tələb irəli sürmək üçün zəruri xxxx bütün sənədlər, sübut və məlumatlarla təmin etməlidir.
17.3. Sığortalının(Sığorta olunanın) hər hansı məhkəmədən kənar razılaşma və ya məhkəmə qərarı əsasında zərərə görə məsuliyyət daşıyan şəxslərdən aldığı təminat məbləğləri, ilk növbədə Sığortaçının sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişlərinin əvəzinin ödənilməsinə xərclənəcək.
17.4. Sığortaçı ilə Sığortalı arasında başqa cür razılaşdırıldığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, Sığortalı (Sığorta olunan) zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə, Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və ödənilmiş sığorta ödənişinin tam və ya müvafiq hissəsinin qaytarılması hüququnu əldə edir.
18. SIĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ
18.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
18.2. Bu Qaydalarda nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər.
19. XÜSUSİ ŞƏRTLƏR
19.1. Sığorta müqaviləsində qanunvericiliyə, əsas şərtlərə və bunlarla əlaqədar xxxx əlavə şərtlərə (klozlara) zidd olmayan xüsusi şərtlərdə yazıla bilər.
19.2. Sığorta müqaviləsinə əlavə və dəyişikliklər qarşılıqlı razılaşma əsasında yazılı şəkildə rəsmiləşdirilir.
19.3. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.
19.4. Sığorta predmeti bir və ya bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən artıq məbləğə sığortalandıqda sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində sığorta müqaviləsi etibarsızdır.
19.5. Sığortalı ilə sığortaçı arasındakı razılaşmaya görə davamlı olaraq eynicinsli sığorta predmetinin müxtəlif hissələrinin oxşar şərtlərlə ayrı-ayrı dövrlər üzrə sığorta olunması vahid sığorta müqaviləsi tərtib edilməklə bir sığorta müqaviləsi əsasında həyata keçirilə bilər.
19.6. Sığortalı bu qaydaların 19.5-ci bəndində göstərilən əmlakın hər bir hissəsi haqqında sığorta müqaviləsində razılaşdırılmış məlumatları vaxtında, belə məlumatların təqdim edilmə vaxtı müqavilədə nəzərdə tutulmadıqda isə həmin məlumatları əldə etdikdən dərhal sonra sığortaçıya çatdırmalıdır. Məlumatlar əldə edildiyi zaman zərərlərin əvəzinin sığortaçı tərəfindən ödənilməyəcəyi məlum olsa belə sığortalı əldə etdiyi məlumatları sığortaçıya çatdırmalıdır.
19.7. Sığortalı tələb etdikdə sığortaçı bu qaydaların 19.5-ci bəndində nəzərdə tutulan müqavilənin aid olduğu əmlakın ayrı-ayrı hissələri üzrə sığorta müqaviləsi verməlidir.
19.8. Tərəflərin qarşılıqlı razılığına əsasən bu əsas şərtlərlə xüsusi şərtlər əlavə qəbul oluna bilər və bu xüsusi şərtlər hüquqi baxımdan əsas şərtlərdən üstün hesab edilir.
20. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı, sığortalıya aid öyrənəcəyi iş sirlərini gizli saxlamamaqdan dəyən ziyan və zərərlərə görə məsuliyyət daşıyır.
21. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
21.1. Sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələr tərəflərin danışıqlar yolu ilə həll edilir.
21.2. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyatı üzrə məhkəmədə baxılır.
21.3. Sığorta müqaviləsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
22. TARİFLƏRİN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI
22.1. Sığorta tarifləri.
22.1.1.1. Qazma işləri tarifləri aşağıdakı kimi tətbiq edilir;
22.1.1.2. Hər hansı bir quyunun qazma və/və ya dərinləşdirmə və/və ya tamamlama prosesi müddətinə;
22.1.1.3. Mövcud müqavilənin geriyə qalmış müddətinə;
i) Belə bir quyu istismar və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş vəziyyətdə olmalı;
ii) Sığortalı sığorta təminatını, öz səlahiyyətindəki istismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyuları sığortaya daxil etmək yolu ilə genişləndirməlidir.
22.1.1.4. Təmir işləri tarifləri hər hansı bir quyunun baxılması və/və ya təmiri və/və ya bərpa edilməsi müddətində tətbiq edilir;
22.1.1.5. İstismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyular üçün tariflər illik əsasda verilir və müqaviləyə uyğun olaraq qazma işləri tarifləri ilə sığorta mükafatı ödənilmiş istismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyulara aid edilmir.
22.2. Bir metr dərinlik nəzərdə tutulmuş tarif dərəcəsi, quyunun yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər dərinliyi əsas tutularaq qazılmış ümumi dərinliyinə aiddir.
22.3. Quyuların dərinləşdirilməsi və xxx təbəqəli tamamlanması üçün nəzərdə tutulan sığorta mükafatı, bir metr dərinlik üçün tətbiq olunan qazma işləri tarifinin 100%-ini təşkil edir və bu tarif quyunun, yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər, son dərinliyinə aid edilir.
23. BİRGƏ İŞTİRAKÇILAR.
23.1. Sığorta təminatı, fərdi və ya kollektiv şəkildə operator olmayan (bundan sonra “Birgə İştirakçılar” adlandırılacaqdır) digər iştirakçılara (bu sığorta ilə təmin edilmiş qazma quyularında maliyyə və sığorta maraqları xxxx şəriklər, partnyorlar və/və ya digər tərəflər) aid edilmək yolu ilə və belə Birgə İştirakçıların müqaviləyə daxil edilməsinin müqavilə tərəfləri arasında, bu sığorta təminatı altında zərərin ödənilməsi üçün iddianın yaranmasına yol açan hər hansı bir sığorta hadisəsi baş verənədək, yazılı olaraq razılaşdırılması şərti ilə genişləndirilə bilər.
23.2. Birgə İştirakçılara təqdim olunan hər hansı bir sığorta təminatı, Birgə İştirakçının yuxarıda adı çəkilən Sığortalıyla birlikdə ümumi marağa malik olduğu əməliyyatlarla məhdudlaşmamalı və bu Sığortanın Qaydalarına, tarif dərəcələrinə, eləcə də Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olmalıdır.
24. MÜHÜM ŞƏRTLƏR.
24.1. Sığortalı, qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesi içində xxxx hər hansı bir sığorta olunmuş quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçıdırsa, o zaman bütün tələblərə, təlimatlara, qətnamələrə, eləcə də müvafiq sənaye sahəsinə qəbul edilmiş adi və hamı tərəfindən bilinən qaydalara uyğun olaraq, quyunun yer səthindəki borusuna və ya quyu ağzındakı qoruyucu borulara fontandan qoruyucu (lokaut preventor) quraşdırılmalıdır. Belə qoruyucular ümumi qəbul edilmiş təcrübəyə müvafiq olaraq quraşdırılmalı və sınaqdan keçirilməlidir.
24.2. Sığortalı hər hansı bir quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçı deyildirsə, o zaman o, əməliyyatçı tərəfindən bu qaydaların 23.1-ci maddəsində qeyd olunan mühüm şərtlərin yerinə yetirilməsinə nəzarət etməlidir.
24.3. Sığortalı və/və ya onun podratçıları, zərərin və ya ətraf mühitin çirklənməsinin azaldılması məqsədi ilə nəzərdə tutulmuş ştuser və digər avadanlıqların quraşdırılması zamanı bütün qayda və təlimatlara əməl edəcəklər. Həmçinin belə avadanlıqlar (qazma və/və ya təmir qurğuları da daxil olmaq şərti ilə) müvafiq orqanlar tərəfindən sertifikatlaşdırılmış (tələb olunduğu zaman) heyətlə təchiz olunacaqdır.
24.4. Sığortalı quyunun nəzarətdən çıxması və ya qazma məhlulunun, neftin, qazın və ya suyun daşması və ya sızması halında, quyu üzərində nəzarəti bərpa etmək və daşma və ya sızmanın qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcəkdir.
24.5. Sığortalının əməliyyatçısı olduğu, və yaxud əməliyyatçı olmadan maraqlı olduğu, xxxxx öz hissəsinin sığortası üçün məsuliyyət daşıdığı quyular Sığortalının öz hissəsindən az olmamaq şərti ilə, proporsional olaraq təmin edilir.
25. ZƏRURİ DİQQƏT HAQQINDA QЕYD-ŞƏRT.
Bu sığortanın şərti budur ki, Sığortalı, bu sığorta təminatına daxil xxxx bütün əməliyyatları apararkən zəruri qayğı və diqqət göstərməlidir. Bu zaman Sığortalı, tеxniki təhlükəsizlik qaydalarına əməl еtməli və bu məqsədlə istifadə еdilə biləcək lazımi avadanlığa malik olmalıdır və sığorta olunmuş quyuda təhlükəli vəziyyət yaranarsa öz xərcləri hеsabına, bu sığorta ilə təmin olunmuş risklərin qarşısını almaq üçün bütün mümkün xxxx tədbirləri görməlidir.
26. SİYAHI.
Müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən, sığorta təminatına daxil xxxx istismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyuların siyahısı müqaviləyə əlavə olunur.
27. MÜQAVİLƏ MÜDDƏTİNİN UZADILMASI.
Əgər sığorta müqaviləsinin başa çatması və ya ləğv edilməsi xxxxxx zərərə səbəb ola biləcək hadisə hələ davam edirsə, bu Sığortanın digər bütün qayda və şərtlərinə Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olaraq, əgər zərər bütünlükdə müqavilənin başa çatması və ya ləğv edilməsinə qədər meydana çıxıbsa, müqaviləyə əsasən sığorta təminatına daxil edilir.
28. MÜDAFİƏ.
Sığortaçı Sığortalıya qarşı qaldırılmış hər hansı bir iddianı müdafiə etməyə və ya hər hansı iddianı təmin etməyə borclu deyildir. Sığortaçı Sığortalıyla birlikdə, müqaviləyə əsasən qismən və ya tamamilə ödənilməli xxxx iddianın müdafiə olunmasında və ona nəzarət prosesində iştirak etmə hüququna malikdir. Sığortaçı hər hansı bir iddianın müdafiəsi üçün, iddia tamamilə həll edilməyənədək heç bir xərcləri ödəmək öhdəliyi daşımır. Müdafiə xərcləri meydana çıxmadan əvvəl Sığortaçının belə xərcləri çəkilməsinə razılığı olmasa, o zaman Sığortaçı xərclərin əvəzini ödəməyə görə məsuliyyət daşımır.
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN
APARILMASI SIĞORTASININ QAYDALARI BÖLMƏ A
QUYU ÜZƏRİNDƏ NƏZARƏTİN BƏRPASI SIĞORTASI
1. SIĞORTA RİSKLƏRİ.
1.1. Ümumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqavilənin şərtləri və qaydalarına müvafiq olaraq, Sığortalı tərəfindən çəkilmiş aşağıdakı faktiki məsrəflər və/və ya xərclər Sığortaçı tərəfindən Sığortalıya ödənilir:
1.1.1. sığorta olunmuş quyunun nəzarətdən çıxması nəticəsində üzərində nəzarət itirilmiş hər hansı başqa quyular da daxil edilmək şərti ilə, nəzarətdən çıxmış hər hansı bir və ya bütün sığorta olunmuş quyular üzərində nəzarətin bərpa edilməsi üçün və ya bərpa edilməsinə cəhd edilərkən çəkilən xərclər. Xxxxx bu bölmənin 2.2-ci maddəsində deyildiyi kimi, yalnız quyu üzərində nəzarət bərpa edilən xxx qədəri müddət ərzində çəkilmiş məsrəf və/və ya xərclər ödəniləcəkdir;
1.1.2. Alovlanan quyunun və ya quyuların söndürülməsi üçün və ya söndürülməsinə cəhd edərkən çəkilən xərclərlə bağlı olaraq;
i) sığorta olunmuş quyudan yer səthində və ya suyun dibində çıxan alovun və yaxud bilavasitə sığortalanmış quyu üzərində nəzarətin itirilməsi nəticəsində;
ii) yer səthində və ya suyun dibində.
1.2. Maili quyular, Sığortaçıya dərhal xəbərdarlıq edilməsi və Sığortaçı tərəfindən təyin edilmiş tariflər əsasında hesablanmış əlavə sığorta mükafatının ödənilməsi şərtlə, avtomatik olaraq bu bölmə üzrə sığorta təminatına daxil edilir.
2. ANLAYIŞLAR.
2.1. Nəzarətdən çıxmış quyu;
Bu Sığortanın məqsədləri üçün nəzarətdən çıxmış quyu dedikdə, quyudan yalnız yer səthinə və ya yer altında, və yaxud dəniz dibində məhlulun, neft, qaz və ya suyun qeyri-iradi axını başa düşülür, o halda ki:
2.1.1. Belə axın qısa müddətdə:
2.1.1.1. Mühüm şərtlər və Xxxxxx Xxxxxx haqqında qeyd-şərtlərdə tələb edildiyi kimi sahədə xxxx avadanlıq və/və ya fontana qarşı preventor, ştuser və ya digər avadanlıqlar vasitəsilə dayandırıla bilməsin və ya
2.1.1.2. Qazma məhlulunun həcminin çəkisini artırmaq və ya başqa analoji materiallarla quyuya müdaxilə etmək yolu ilə dayandırıla bilməsin və ya
2.1.1.3. Təhlükəsiz qaydada hasilata yönəldilə bilməsin;
2.1.2. Müvafiq tənzimedici orqanlar tərəfindən axın nəzarətdən çıxmış hesab edilmiş olsun. Bununla belə bu Sığortanın məqsədləri çərçivəsində, quyunun lüləsində məhz neft, qaz və ya su axınının olması, əgər bu neft, qaz və ya su yer səthində müvafiq zaman kəsiyi ərzində dövr etdirilə və ya kənarlaşdırıla bilərsə, belə quyu(lar) nəzarətdən çıxmış hesab edilmir.
2.2. Nəzarət altına alınmış quyu
Aşağıdakı hallarda bu qaydaların A bölməsinin 1.1-ci maddəsində göstərilmiş səbəblər nəticəsində nəzarətdən çıxmış quyu(lar) üzərində nəzarət bərpa olunmuş hesab olunacaqdır:
2.2.1. sığorta iddiasına səbəb ola biləcək axın dayanar, dayandırılar və yaxud təhlükəsiz şəkildə dayandırıla bilərsə və ya
2.2.2. bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəl aparılan qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri və bunların tamamlanması və ya digər oxşar əməliyyatlar yenidən aparılmış və ya yenidən aparıla bilərsə və ya
2.2.3. quyu bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəlki hasilat, dayandırılmış və ya oxşar vəziyyətinə qaytarılırsa və ya qaytarıla bilərsə və ya
2.2.4. bu bölmədə sığorta hadisəsi kimi qiymətləndirilən neft və ya qaz axımı təhlükəli şəkildə hasilata yönəldilə bilərsə;
Sığortalanmış quyunun müvafiq rəsmi orqanlar tərəfindən nəzarətdən çıxmış elan edilməsi halları istisna olmaqla, yuxarıdakı sadalanmış şərtlərdən hansının daha əvvəl baş verməsindən asılı olaraq, belə elanın qüvvədən düşməsi ilə quyu artıq nəzarət altına alınmış hesab olunacaqdır.
2.3. Ziyan və zərərin müəyyənləşdirilməsi.
2.3.1. Sığortaçı sığorta hadisələri nəticəsində ortaya çıxan aşağıdakı zərəri ödəyir:
2.3.1.1. Sığorta obyektinə dəyən birbaşa zərər;
2.3.1.2. Sığortaçı tərəfindən ödəniləcək zərərin azaldılması və ya qarşısının alınması məqsədilə çəkilən zəruri və məqsədyönlü xərclər;
2.3.1.3. Sığorta hadisəsinin səbəbini və şəraitini araşdırmaq, həmçinin Sığortaçı tərəfindən ödənilməli xxxx zərərin miqdarını müəyyən etmək məqsədilə çəkilən xərclər;
2.3.1.4. Bu Sığortanın qaydalarına müvafiq olaraq ödəniləcək xərclərə materialların və ehtiyat hissələrinin dəyəri, quyu üzərində nəzarətin bərpa edilməsi üzrə ixtisaslaşmış şəxslər və ya təşkilatların göstərdiyi xidmətlər üçün ödəmələr, müvafiq rəsmi orqanların təlimatları əsasında çəkilmiş xərclər də daxil olmaq şərti ilə, quyu üzərində nəzarəti bərpa etmək məqsədilə aparılan maili qazma və digər oxşar əməliyyatlar üçün çəkilmiş xərclər və eləcə də bu bölmənin 1-ci maddəsində təsvir olunmuş digər xərclər daxildir.
3. XƏRCLƏRİN SONA ÇATMASI.
Bütün hallarda və bu Sığortanın Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olaraq quyu(lar) üzərində nəzarət bərpa olunduqdan sonra (maddə 2.2-də deyildiyi kimi) bu məqsədlə çəkilən xərc və ya məsrəflərin Sığortaçı tərəfindən ödənilməsi dayandırılacaqdır.
4. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR.
4.1. Bu bölmə üzrə aşağıdakı hallarda təminat verilmir və məsuliyyət yaranmır:
4.1.1. hər hansı qazma və ya hasilat avadanlığının məhv olması və ya zədələnməsi;
4.1.2. hər hansı quyunun və ya quyuların, qazma çuxurunun və ya çuxurlarının məhv olması və ya zədələnməsi;
4.1.3. istismarın dayanması və/və ya gecikməsi (hasilatda gecikmə və ya təxirə salınma da daxil edilir) və/və ya hasilata zərərin ortaya çıxması (o cümlədən, lay təzyiqinin azalması) və hər hansı layın və ya lay təzyiqinin itməsi və ya azalması ilə əlaqədar xərclər
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN APARILMASI SIĞORTASININ QAYDALARI
BÖLMƏ B
TƏKRAR QAZMA /ƏLAVƏ XƏRCLƏR
1. SIĞORTA RİSKLƏRİ.
1.1. Bu sığorta təminatına daxil xxxx və müqavilənin A bölməsində sığorta hadisəsi kimi qiymətləndirmiş hadisənin baş verməsi nəticəsində dağılan, hər hansı bir şəkildə zədələnən quyunun və yaxud onun bir hissəsinin bərpası və təkrar qazılması məqsədi ilə çəkilən faktiki xərclər və məsrəflər tərəfindən, Ümumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqavilənin şərtlərinə və qaydalarına müvafiq olaraq, aşağıdakı şərtlərə əməl edilmək şərti ilə Sığortalıya ödənilir:
1.1.1. Sığortaçı Sığortalıya sadəcə olaraq ən əlverişli və iqtisadi səmərəli üsullardan istifadə etmək şərti ilə quyunun bərpa edilməsi və təkrar qazılması üçün çəkilən xərclərin və məsrəflərin əvəzini ödəyir.
1.1.2. Baş verən neft və ya qaz axınının təhlükəsiz şəkildə hasilata yönəldilməsi mümkün xxxx quyunun bərpa edilməsi və təkrar qazılması üçün (kanat qazmasında vurucu ştanqın sığorta olunmuş quyuda saxlanması yolu ilə, və yaxud sığorta olunmuş quyu üzərində nəzarəti bərpa etmək üçün köməkçi quyu və ya quyuların qazılması yolu ilə tamamlanma da daxil olmaqla), B bölməsinə əsasən sığorta təminatı verilməyəcəkdir.
1.1.3. Sığortaçı qazma quyularında, bu müqavilənin A bölməsinin 2-ci maddəsində təsvir edildiyi şəkildə nəzarətdən çıxma anındakı dərinlikdən daha xxx dərinliyə qazma xərclərini; istismarda xxxx və ya bağlanmış quyularda effektli şəkildə istismar edilən geoloji zona və ya qatların yerləşdiyi dərinlikdən daha xxx dərinliyə qazma xərclərini və məsrəflərini ödəməyə görə məsuliyyət daşımır.
2. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR.
2.1. Bu bölmə üzrə aşağıdakı hallarda təminat verilmir və məsuliyyət yaranmır:
a. hər hansı bir qazma və ya hasilat avadanlığına dəymiş zərər və ya onların məhv olması;
b. gecikmə nəticəsində (hasilat prosesində baş vermiş gecikmə də daxil olmaqla) meydana çıxan hər hansı itki, zərər və ya xərclər və/və ya istismarın dayanması və/və ya quyunun
məhsuldarlığının dayanması və ya azalması (həmçinin lay təzyiqinin aşağı düşməsi ilə əlaqədar) və hər hansı layın və ya lay təzyiqinin itməsi və ya azalması;
c. hər hansı köməkçi quyunun və yaxud onun bir hissənin bərpası və ya təkrar qazılması məqsədi ilə çəkilən xərclər və məsrəflər;
d. bu sığorta müqaviləsinin A bölməsi ilə təmin olunmuş itki və ya zərər meydana çıxmazdan əvvəl müvəqqəti olaraq bağlanmış və ya ləğv edilmiş və itki və ya zərər meydana çıxdığı anda hələ də müvəqqəti olaraq bağlı və ya ləğv edilmiş vəziyyətdə xxxx hər hansı bir quyunun quyu daxili avadanlığı və yaxud təkrar qazılması və/və ya təkrar tamamlanması.