AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” 2013-cü il noyabrın 29-da Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il
№ 890-IVQ
Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası və Avropa İttifaqı (bundan sonra "İttifaq"),
İttifaq və Azərbaycan Respublikası vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinin qarşılılıq prinsipi əsasında sadələşdirilməsi vasitəsilə iqtisadi, humanitar, mədəni, xxxx və digər əlaqələrin davamlı inkişafı üçün vacib şərt xxxx insanlar arasında təmasların asanlaşdırılmasını arzu edərək,
bir tərəfdən İttifaq və onun Üzv Dövlətləri və digər tərəfdən Azərbaycan Respublikası arasında tərəfdaşlığı təsis edən Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişi, eləcə də Aİ - Azərbaycan Assosiasiya Sazişi üzrə 2010-cu ildə başlanmış danışıqları nəzərdə tutaraq,
7 may 2009-cu ildə keçirilmiş Şərq Tərəfdaşlığı üzrə Praqa Sammitinin təhlükəsiz şəraitdə viza rejiminin liberallaşdırılması üçün siyasi dəstəyi bəyan edən Xxxxx Bəyannaməsini nəzərə alaraq,
viza sadələşdirilməsinin tənzimlənməyən miqrasiya ilə nəticələnməli olmadığını qəbul edərək və təhlükəsizlik və readmissiyaya xüsusi diqqət yetirərək,
azadlıq, təhlükəsizlik və ədalət sahəsinə dair Birləşmiş Krallığın və İrlandiyanın mövqeyi barədə Protokolu və Avropa İttifaqı haqqında Müqaviləyə və Avropa İttifaqının fəaliyyəti barədə Müqaviləyə əlavə edilmiş Avropa İttifaqı çərçivəsinə inteqrasiya olunmuş Şengen qaydaları haqqında Protokolu nəzərə alaraq və bu Sazişin müddəalarının Birləşmiş Krallığa və İrlandiyaya münasibətdə tətbiq edilmədiyini təsdiq edərək,
Avropa İttifaqı haqqında Müqaviləyə və Avropa İttifaqının fəaliyyəti barədə Müqaviləyə əlavə edilmiş Danimarkanın mövqeyi barəsində Protokolu nəzərə alaraq və bu Sazişin müddəalarının Danimarka Krallığına münasibətdə tətbiq edilmədiyini təsdiq edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsədi və tətbiqi dairəsi
Bu Sazişin məqsədi İttifaq və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsini qarşılılıq prinsipi əsasında sadələşdirməkdir.
Maddə 2
Ümumi müddəa
1. Bu Sazişdə müəyyən edilən viza sadələşdirmələri yalnız Azərbaycan Respublikasının, İttifaq və ya Üzv Dövlətlərin qanun və qaydaları ilə, bu Saziş və ya digər beynəlxalq sazişlərlə viza tələbindən azad olunmayan İttifaq və Azərbaycan Respublikası vətəndaşlarına tətbiq edilir.
2.
Vizanı rəsmiləşdirməkdən imtina, səyahət sənədlərinin
tanınması, yaşayış üçün
kifayət
qədər vəsaitin olmasının sübutu, girişə qadağa və çıxarılma
tədbirləri kimi bu
Sazişin
müddəaları ilə tənzimlənməyən məsələlərə Azərbaycan
Respublikasının və
ya
Üzv Dövlətlərin milli qanunvericiliyi və ya İttifaq qanunları
tətbiq edilir.
Maddə 3
Anlayışlar
Bu Sazişin məqsədi üçün:
a) "Üzv Dövlət" dedikdə, Danimarka Krallığı, İrlandiya Respublikası və Birləşmiş Krallıq istisna olmaqla, Avropa İttifaqının hər hansı Üzv Dövləti nəzərdə tutulur;
b) "İttifaq vətəndaşı" dedikdə a) bəndində müəyyən edilmiş Üzv Dövlətin vətəndaşı nəzərdə tutulur;
c) "Azərbaycan Respublikasının vətəndaşı" dedikdə, Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşlığına mənsub xxxx hər hansı şəxs nəzərdə tutulur;
d) "viza" dedikdə Üzv Dövlətlərin və ya Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçmək və ya onların ərazisində hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün Üzv Dövlət və ya Azərbaycan Respublikası tərəfindən rəsmiləşdirilmiş icazə nəzərdə tutulur;
e) "qanuni yaşayan şəxs" dedikdə:
Azərbaycan Respublikasına münasibətdə, Azərbaycan Respublikasının ərazisində etibarlılıq müddəti 90 gündən artıq xxxx müvəqqəti və ya daimi yaşamaq icazəsini əldə etmiş İttifaq vətəndaşı,
İttifaqa münasibətdə, İttifaq qanunları və ya milli qanunvericilik əsasında Üzv Dövlətin ərazisində 90 gündən xxx qalmaq icazəsi almış və ya hüququnu əldə etmiş Azərbaycan Respublikası vətəndaşı nəzərdə tutulur.
Maddə 4
Səfərin məqsədi ilə bağlı sənədli əsas
1. Aşağıdakı kateqoriyadan xxxx İttifaq və Azərbaycan Respublikası vətəndaşları üçün aşağıdakı sənədlər digər Tərəfə səfərin məqsədini əsaslandırmaq üçün kifayətdir:
(a)
Azərbaycan
Respublikasının
ərazisində qanuni yaşayan Avropa İttifaqı
vətəndaşlarını
və ya Üzv Dövlətlərdə qanuni yaşayan Azərbaycan Respublikası
vətəndaşlarını və ya vətəndaşı olduğu Üzv Dövlətin
ərazisində yaşayan Avropa İttifaqı vətəndaşlarmı və ya
Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan
Respublikası vətəndaşlarını ziyarət edən yaxın qohumlar - ər
və
ya arvad, uşaqlar (övladlığa
götürülənlər də daxil olmaqla), valideynlər (qəyyumlar da
daxil olmaqla), babalar, nənələr və nəvələr üçün:
qəbul edən şəxsin yazılı müraciəti;
(b)
10-cu
maddəyə xələl gətirmədən, Üzv Dövlətlər, Avropa İttifaqı
və ya
Azərbaycan
Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi
görüşlər,
məsləhətləşmələr,
danışıqlar və ya mübadilə proqramlarında, o cümlədən
hökumətlərarası təşkilatlar tərəfindən
Azərbaycan Respublikasının və ya
Üzv
Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə
iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri, o
cümlədən bu cür nümayəndə heyətlərinin daimi üzvləri üçün:
Üzv Dövlətin və ya Azərbaycan Respublikasının və ya Avropa İttifaqının hər hansı qurumunun səlahiyyətli orqanı tərəfindən verilmiş, ərizəçinin yuxarıda göstərilən tədbirdə iştirak etmək üçün digər Tərəfin ərazisinə səfər edən onun nümayəndə heyətinin üzvü və ya nümayəndə heyətinin daimi üzvü olmasını təsdiq edən və rəsmi dəvətnamənin surəti ilə müşayiət olunan məktub;
(c) iş adamları və kommersiya təşkilatlarının nümayəndələri üçün:
qəbul edən hüquqi şəxs və ya şirkət, təşkilat və ya belə hüquqi şəxsin və ya şirkətin ofisi və ya filialının və ya Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərin dövlət və ya yerli hakimiyyət orqanlarının, yaxud Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərdən birinin ərazisində keçirilən ticarət və sənaye sərgilərinin, konfrans və simpoziumların təşkilat komitələrinin müvafiq səlahiyyətli orqan tərəfindən milli qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş yazılı müraciəti;
(d) Azərbaycan Respublikasında və ya Üzv Dövlətlərdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrində Azərbaycan Respublikası və Üzv Dövlətlərin əraziləri arasında beynəlxalq yükdaşıma və sərnişindaşıma xidmətlərini həyata keçirən sürücülər üçün:
beynəlxalq yol nəqliyyatını təmin edən Azərbaycan Respublikasının milli yükdaşıma şirkəti və ya assosiasiyasının (birliyinin) və ya Üzv Dövlətlərin milli yükdaşıma assosiasiyalarının səyahətlərin məqsədi, marşrutu, müddəti və müntəzəmliyini əks etdirən yazılı müraciəti;
(e) mübadilə proqramları da daxil olmaqla, təlim və ya təhsil kursları, eləcə də məktəblə bağlı fəaliyyət məqsədləri ilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər üçün:
qəbul edən universitetin, akademiyanın, institutun, kollecin və ya məktəbin yazılı müraciəti və ya qəbul haqqında şəhadətnaməsi və ya tələbə vəsiqəsi və ya kurslarda iştirak ediləcəyi haqqında şəhadətnamə;
(f) universitet və digər mübadilə proqramları da daxil olmaqla xxxx, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər üçün:
qəbul edən təşkilatın bu tədbirlərdə iştirak üçün yazılı müraciəti;
(g) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət üçün:
peşəkar təşkilat və ya müraciət etmiş şəxsin işəgötürəni tərəfindən verilmiş, sözügedən şəxsin ixtisaslı jurnalist olduğunu sübut edən və səyahətin məqsədinin jurnalist işinin yerinə yetirilməsi olduğunu əks etdirən və ya jurnalisti peşəkar səviyyədə müşayiət edən texniki heyətin üzvü olduğunu sübut edən şəhadətnamə və ya digər sənəd;
(h) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər üçün:
Üzv Dövlətlər və ya Azərbaycan Respublikasının qəbul edən təşkilatı, səlahiyyətli orqanları, milli idman federasiyaları və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və ya Üzv Dövlətlərin milli olimpiya komitələrinin yazılı müraciəti;
(i) qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları üçün:
bu şəhərlərin icra hakimiyyətləri başçılarının/merlərinin yazılı müraciəti;
(j) tibbi məqsədlərlə səyahət edən şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər üçün:
tibb müəssisəsinin bu müəssisədə tibbi müalicəni və müşayiət olunmanın zəruriliyini təsdiq edən rəsmi sənədi və tibbi müalicəni ödəmək üçün yetərli maliyyə vəsaitinin olması barədə təsdiqləyici sənəd;
(k) Azərbaycan Respublikası və ya Üzv Dövlətlərin ərazisində keçirilən beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri üçün:
qəbul edən təşkilatın sözügedən şəxsin həmin tədbirdə iştirakını təsdiq edən
yazılı müraciəti;
(1) mübadilə proqramları da daxil olmaqla təlim kursları, seminar və konfranslarda iştirak məqsədi ilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri üçün:
qəbul edən təşkilatın verdiyi yazılı müraciət, şəxsin vətəndaş cəmiyyəti təşkilatını təmsil etməsinə dair təsdiqedici sənəd və bu təşkilatın qeydiyyatı haqqında dövlət reyestrindən müvafiq dövlət orqanı tərəfindən milli qanunvericiliyə əsasən verilmiş çıxarış;
(m) dəfn mərasimləri üçün səyahət edən qohumlar:
ölüm faktım, eləcə də ərizəçi ilə dəfn olunan şəxs arasında ailə və ya digər qohumluq əlaqələrini təsdiq edən rəsmi sənəd;
(n) hərbi və mülki qəbiristanlıqları ziyarət üçün:
məzarın mövcudluğu və qalmasını, eləcə də ərizəçi ilə dəfn olunan şəxs arasında ailə və ya digər qohumluq əlaqələrini təsdiq edən rəsmi sənəd;
2. Bu maddənin 1-ci bəndində qeyd olunan yazılı müraciətə aşağıdakı bəndlər daxil olmalıdır:
a) dəvət edilən şəxs üçün: adı və soyadı, doğum tarixi, cinsi, vətəndaşlığı, pasport nömrəsi, səfərin vaxtı və məqsədi, girişlərin sayı və zəruri olduqda, dəvət edilən şəxsi müşayiət edəcək ərinin/arvadının və uşaqlarının adları;
b) dəvət edən şəxs üçün: adı, soyadı və ünvanı;
c)
dəvət
edən hüquqi şəxs, şirkət və ya təşkilat üçün: tam adı və
ünvanı və:
müraciət
təşkilat və ya səlahiyyətli orqan tərəfindən
edildikdə, müraciəti
imzalamış
şəxsin adı və vəzifəsi;
dəvət edən şəxs Üzv Dövlətin və ya Azərbaycan Respublikasının ərazisində yaradılmış hüquqi şəxs və ya şirkət və ya belə hüquqi şəxsin və ya şirkətin ofisi və ya filialı olduqda, Üzv Dövlətin və ya Azərbaycan Respublikasının aidiyyəti milli qanunvericiliyi ilə tələb edilən qeydiyyat nömrəsi.
3. Bu maddənin 1-ci bəndində qeyd olunan kateqoriyalı şəxslər üçün bütün kateqoriyalardan xxxx vizalar Tərəflərin qanunvericiliyi ilə müəyyən edilmiş səfərin məqsədi ilə bağlı hər hansı digər əsas, dəvət və ya təsdiq tələb edilmədən sadələşdirilmiş prosedura uyğun rəsmiləşdirilir.
Maddə 5
Çoxdəfəli giriş vizalarının rəsmiləşdirilməsi
1. Üzv Dövlətlərin və Azərbaycan Respublikasının diplomatik missiyaları və konsulluq bölmələri aşağıdakı kateqoriya vətəndaşlara 5 il etibarlılıq müddəti xxxx çoxdəfəli giriş vizaları rəsmiləşdirir:
a) Azərbaycan Respublikasının ərazisində qanuni yaşayan Avropa İttifaqı vətəndaşlarını və ya Üzv Dövlətlərdə qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarını və ya vətəndaşı olduğu Üzv Dövlətin ərazisində yaşayan Avropa İttifaqı vətəndaşlarını və ya Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarını ziyarət edən ər və ya arvad, yaşı 21-dən aşağı xxxx və ya xxxxx xxxx uşaqlar (övladlığa götürülənlər də daxil olmaqla) və valideynlər (qəyyumlar da daxil olmaqla);
b) Üzv Dövlətlər, Avropa İttifaqı və ya Azərbaycan Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli xxxx rəsmi nümayəndə heyətlərinin daimi üzvləri;
birinci cümləyə məhdudlaşdırıcı istisna olaraq, əgər mütəmadi və ya müntəzəm səfəretmə niyyəti açıq-aydın şəkildə daha qısa müddətlə məhdudlaşarsa, çoxdəfəli giriş vizasının etibarlılığı həmin müddətlə məhdudlaşacaqdır, xüsusilə əgər:
a) bəndində istinad edilən şəxslərlə bağlı halda, Azərbaycan Respublikasında və ya Üzv Dövlətlərin birində qanuni yaşayan İttifaq vətəndaşlarının və ya Azərbaycan Respublikası vətəndaşlarının qanuni yaşayış üçün icazələrinin etibarlılıq müddəti;
(b) bəndində istinad edilən şəxslərlə bağlı halda, rəsmi nümayəndə heyətinin daimi üzvü statusunun qüvvədə olma müddəti beş ildən az olarsa.
2. Üzv Dövlətlərin və Azərbaycan Respublikasının diplomatik missiyaları və konsulluq bölmələri əvvəlki il ərzində ən azı bir viza əldə etmiş və səfər et-dikləri dövlətin giriş və qalma qaydalarına uyğun tərzdə ondan istifadə etmiş aşağıdakı kateqoriya vətəndaşlara etibarlılıq müddəti bir il xxxx çoxdəfəli giriş vizalarını rəsmiləşdirirlər:
(a) mübadilə proqramları da daxil olmaqla, təlim və ya təhsil kursları məqsədləri ilə mütəmadi olaraq səyahət edən tələbələr və doktorantlar;
(b) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;
(c) qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları;
(d) Üzv Dövlətlərdə və ya Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrində Azərbaycan Respublikası və Üzv Dövlətlərin əraziləri arasında beynəlxalq yükdaşıma və sərnişindaşıma xidmətlərini həyata keçirən sürücülər;
(e) tibbi məqsədlərlə mütəmadi səyahət etmək ehtiyacı xxxx şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər;
(f) Azərbaycan Respublikasına və ya Üzv Dövlətlərə mütəmadi səfər edərək beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri;
(g) mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədi ilə mütəmadi olaraq Azərbaycan Respublikasına və ya Üzv Dövlətlərə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
(h) Azərbaycan Respublikasına və ya Üzv Dövlətlərə mütəmadi səfər edən, universitet və digər mübadilə proqramları da daxil olmaqla xxxx, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər; .
(i) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
(j) Üzv Dövlətlər, Avropa İttifaqı və ya Azərbaycan Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli xxxx rəsmi nümayəndə heyətlərinin üzvləri;
(k) Azərbaycan Respublikasına və ya Üzv Dövlətlərə mütəmadi səfər edən iş adamları və kommersiya təşkilatlarının nümayəndələri.
Birinci cümləyə məhdudlaşdırıcı istisna olaraq, əgər mütəmadi və ya müntəzəm səfəretmə niyyəti açıq-aydın şəkildə daha qısa müddətlə məhdudlaşarsa, çoxdəfəli giriş vizasının etibarlılığı həmin müddətlə məhdudlaşacaqdır.
3. Üzv Dövlətlərin və Azərbaycan Respublikasının diplomatik missiyaları və konsulluq bölmələri bu maddənin 2-ci bəndində istinad edilən kateqoriyalardan xxxx şəxslərə, həmin şəxslər əvvəlki iki il ərzində birillik çoxdəfəli giriş vizalarından səfər etdikləri Dövlətin giriş və qalma haqqında qanunlarına uyğun tərzdə istifadə etdikdə, ən azı 2 il və ən çoxu 5 il etibarlılıq müddəti xxxx çoxdəfəli giriş vizaları rəsmiləşdirirlər. Xxxxx, əgər mütəmadi və ya müntəzəm səfəretmə niyyəti açıq-aydın şəkildə daha qısa müddətlə məhdudlaşarsa, çoxdəfəli giriş vizasının etibarlılığı həmin müddətlə məhdudlaşacaqdır.
4. Bu maddənin 1-3-cü bəndlərində istinad edilən şəxslərin Üzv Dövlətlərin və ya Azərbaycan Respublikasının ərazisində ümumi qalma müddəti hər 180 gün ərzində 90 gündən artıq olmamalıdır.
Maddə 6
Viza ərizələrinə baxılması üçün rüsumlar
1.
Viza
ərizələrinə baxılması üçün rüsumun məbləği 35
avrodur.
Yuxarıda
qeyd olunan məbləğə 14(4) maddəsində müəyyən edilmiş
prosedura uyğun olaraq yenidən baxıla bilər.
2. 3-cü bəndə xələl gətirmədən, aşağıdakı kateqoriyalardan xxxx şəxslər viza ərizəsinə baxılması üçün rüsumdan azad edilirlər:
(a) Azərbaycan Respublikasının ərazisində qanuni yaşayan Avropa ittifaqı vətəndaşlarının və ya Üzv Dövlətlərdə qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və ya vətəndaşı olduğu Üzv Dövlətin ərazisində yaşayan Avropa İttifaqı vətəndaşlarının və ya Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının yaxın qohumları - ər və ya arvad, uşaqlar (övladlığa götürülənlər də daxil olmaqla), valideynlər (qəyyumlar da daxil olmaqla), babalar, nənələr və nəvələr;
(b) Üzv Dövlətlər, Avropa İttifaqı və ya Azərbaycan Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri, o cümlədən daimi üzvləri;
(c) mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər;
(d) fəaliyyət qabiliyyəti olmayan şəxslər və zəruri hallarda, onları müşayiət edən şəxslər;
(e) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
(f) universitet və digər mübadilə proqramları da daxil olmaqla xxxx, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər;
(g) təcili tibbi müalicə almaq, yaxud qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək daxil olmaqla, humanitar əsasda səyahətlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və belə şəxsləri müşayiət edənlər;
(h) mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədi ilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
(i) təqaüdçülər;
(j) 12 yaşınadək xxxx uşaqlar;
(k) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət.
3. Üzv Dövlət və ya Azərbaycan Respublikası vizanın rəsmiləşdirilməsi üçün kənar xidmət təchizatçısı ilə əməkdaşlıq etdiyi halda, kənar xidmət təchizatçısı xidmətlər üçün rüsum ala bilər. Bu rüsum kənar xidmət təchizatçısı tərəfindən öz işlərinin icrası zamanı üzləşdiyi xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Üzv Dövlətlər və Azərbaycan Respublikası ərizəçilərə öz ərizələrini birbaşa onların konsulluqlarına təqdim etmək imkanını saxlamalıdır.
İttifaq üçün, kənar xidmət təchizatçısı öz əməliyyatların Viza Məcəlləsinə uyğun və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət etməklə həyata keçirir.
Azərbaycan Respublikası üçün, kənar xidmət təchizatçısı öz əməliyyatlarını Azərbaycan Respublikasının və Üzv Dövlətlərin qanunvericiliyinə uyğun olaraq həyata keçirir.
Maddə 7
Viza ərizələrinə baxılması prosedurlarının müddəti
1. Üzv Dövlətlərin və Azərbaycan Respublikasının diplomatik missiyaları və konsulluq bölmələri vizanın rəsmiləşdirilməsi üçün ərizənin və tələb olunan sənədlərin qəbulu tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul edir.
2. Viza müraciəti ilə əlaqədar qərarın qəbul edilməsi müddəti fərdi hallarda, xüsusilə ərizə ilə bağlı əlavə araşdırmaya ehtiyac olduqda, 30 təqvim gününə qədər uzadıla bilər.
3. Viza müraciəti ilə əlaqədar qərarın qəbul edilməsi müddəti təxirəsalınmaz hallarda 2 iş gününə və ya ondan da az müddətə qədər azaldıla bilər.
Ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə, görüş, bir qayda olaraq, görüş üçün edilmiş müraciət tarixindən etibarən iki həftə ərzində baş tutur. Əvvəlki cümləyə rəğmən, kənar xidmət təchizatçıları viza ərizələrinin, bir qayda olaraq, təxirə salınmadan təqdim edilməsini təmin edirlər.
Əsaslandırılmış təxirəsalınmaz hallarda, konsulluq ərizəçiyə öz ərizəsini görüş təyin etmədən təqdim etməyə imkan yarada bilər və ya görüş dərhal təyin edilir.
Maddə 8
Sənədlərin itirilməsi və ya oğurlanması halında ölkədən çıxma
Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərin ərazisində olduqları müddət ərzində öz şəxsiyyət sənədlərini itirən, yaxud bu sənədləri oğurlanan Avropa İttifaqı və Azərbaycan Respublikası vətəndaşları Üzv Dövlətlərin və ya Azərbaycan Respublikasının diplomatik missiyaları və ya konsulluq bölmələri tərəfindən verilən, onlara sərhədi keçmək hüququ verən etibarlı şəxsiyyət sənədləri əsasında Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərin ərazisini hər hansı viza və ya digər icazə olmadan tərk edə bilərlər.
Maddə 9
İstisna hallarda vizanın uzadılması
Fors-major səbəblərdən vizalarında qeyd olunan vaxtda Azərbaycan Respublikasının ərazisini və ya Üzv Dövlətlərin ərazisini vizalarında göstərilən müddətdə tərk edə bilməyən Avropa İttifaqı və Azərbaycan Respublikası vətəndaşlarının vizalarının etibarlılıq müddəti və/və ya vizalarında göstərilən qalma müddəti Azərbaycan Respublikasının və ya qəbul edən Üzv Dövlətin tətbiq etdiyi qanunvericiliyə uyğun olaraq, onların yaşadıqları Dövlətə qayıtmaları üçün tələb olunan müddətə rüsumsuz uzadılır.
Maddə 10
Diplomatik pasportlar
1. Etibarlı diplomatik pasportlara xxxxx xxxx Avropa İttifaqı və Azərbaycan Respublikası vətəndaşları vizasız Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərin ərazisinə daxil ola, oranı tərk edə və oradan tranzit keçə bilərlər.
2. 1-ci bənddə qeyd olunan şəxslər hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə Azərbaycan Respublikasının ərazisində və ya Üzv Dövlətlərin ərazisində qala bilərlər.
Maddə 11
Vizaların ərazi etibarlılığı
Azərbaycan Respublikasının və Üzv Dövlətlərin milli təhlükəsizliyi ilə bağlı milli qanun və qaydalarına uyğun olaraq və məhdud ərazi etibarlılığına malik vizalarla bağlı Avropa İttifaqının qaydalarına riayət edərək, Azərbaycan Respublikası vətəndaşlarına və İttifaq vətəndaşlarına Üzv Dövlətlərin və Azərbaycan Respublikasının ərazisində Avropa İttifaqının və Azərbaycan Respublikasının vətəndaşlarına bərabər əsaslarla səyahət etmək hüququ verilir.
Maddə 12
Sazişin idarə edilməsi üçün Birgə Komitə
1. Tərəflər Azərbaycan Respublikasının və İttifaqın nümayəndələrindən ibarət olacaq ekspertlərin Birgə Komitəsini (bundan sonra "Komitə" adlandırılacaq) yaradacaqlar. İttifaq Üzv Dövlətlərin ekspertlərinin müşayiəti ilə Avropa Komissiyası tərəfindən təmsil olunur.
2. Komitə, xüsusilə aşağıdakı məsələlərə baxacaqdır:
a) hazırkı Sazişin icrasına nəzarət;
b) hazırkı Sazişə əlavə və ya düzəlişlərin təklif edilməsi;
e) Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı yaranan mübahisələrin həll edilməsi.
3. Komitə bir Tərəfin müraciəti əsasında, ehtiyac olduğu istənilən vaxtda və ən azı ildə bir dəfə görüşür.
4. Komitə öz prosedur qaydalarını müəyyən edir.
Maddə 13
Bu Saziş və Üzv Dövlətlərlə Azərbaycan Respublikası arasında
ikitərəfli sazişlər arasında münasibət
Bu Saziş qüvvəyə mindikdən sonra bu Sazişlə müəyyən edilən məsələlər Azərbaycan Respublikası və ayrıca Üzv Dövlətlər arasında bağlanmış ikitərəfli və ya çoxtərəfli saziş və razılaşmaların müddəaları ilə əhatə olunduğu halda, bu Sazişin müddəaları üstün olacaqdır.
Maddə 14
Yekun müddəalar
1. Bu Saziş Tərəflərin müvafiq prosedurlarına uyğun olaraq ratifikasiya və ya təsdiq ediləcək və Tərəflərin yuxarıda qeyd olunan prosedurların tamamlanması barədə bir-birinə bildiriş göndərdikləri tarixdən sonrakı ikinci ayın birinci günü qüvvəyə minəcəkdir.
2. Bu maddənin 1-ci bəndinə istisna olaraq, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında readmissiya haqqında Sazişin qüvvəyə minməsi tarixi bu maddənin 1-ci bəndində nəzərdə tutulan tarixdən sonraya təsadüf edərsə, bu Xxxxx readmissiya haqqında sazişlə eyni zamanda qüvvəyə minəcəkdir.
3. Bu Saziş 6-cı bəndə uyğun dayandırılmayana qədər, qeyri-müəyyən müddətə bağlanılır.
4.
Bu
Sazişə Tərəflərin yazılı razılaşması ilə əlavə və
düzəlişlər edilə bilər.
Dəyişikliklər
Tərəflərin bu məqsəd üçün zəruri daxili prosedurları
tamamlamaları barədə bir-birinə bildirişlərindən sonra qüvvəyə
minəcəkdir.
5. Tərəflərin hər biri ictimai asayişin, milli təhlükəsizliyin qorunması və ya ictimai sağlamlığın mühafizəsi məqsədi ilə bu Sazişin tətbiqini tam və ya qismən dayandıra bilər. Dayandırılma barədə qərar onun qüvvəyə minməsinə ən azı 48 saat qalmış digər Tərəfə bildirilir. Bu Sazişin tətbiqini dayandıran Tərəf, dayandırma səbəbləri aradan qaldırıldığı halda, digər Tərəfi dərhal məlumatlandırır.
6. Tərəflərin hər biri digər Tərəfə yazılı bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər. Bu Xxxxx belə bildirişin verildiyi tarixdən 90 gün sonra qüvvədən düşür.
2013-cü il 29 noyabr tarixində Vilnüs şəhərində, hər biri Azərbaycan, bolqar, xorvat, Çex, Danimarka, holland, xxxxxxx, xxxxx, fin, fransız, alman, yunan, macar, italyan, latış, Litva, Malta, Polşa, portuqal, rumın, slovak, Sloveniya, ispan və İsveç dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Şengen qaydalarını tam tətbiq etməyən Üzv Dövlətlər haqqında Sazişə
PROTOKOL
Şengen qaydalarını qəbul etmiş, xxxxx Şuranın müvafiq qərarını gözləyərək hələ də Şengen vizalarını rəsmiləşdirməyən Üzv Dövlətlər etibarlılığı onların öz ərazisi ilə məhdudlaşan milli vizalar rəsmiləşdirirlər.
Bolqarıstan, Kipr və Rumıniya tərəfindən müəyyən sənədlərin onların öz ərazisindən tranzit keçid məqsədləri ilə verilən milli vizalarla ekvivalent kimi birtərəfli şəkildə tanınmasına əsaslanaraq, xarici sərhədlərdə şəxslərin yoxlanması üçün sadələşdirilmiş rejimi əks etdirən Avropa Parlamentinin və Şurasının 17 iyun 2008-ci il tarixli 582/2008/EC nömrəli qərarına əsasən1, Şengen vizası və Şengen yaşayış icazəsi sahiblərinin hələ Şengen qaydalarını tam tətbiq etməyən Üzv Dövlətlərin ərazisindən tranzit keçidinin sadələşdirilməsi üçün uzlaşdırılmış tədbirlər görülmüşdür.
Diplomatik pasportlar haqqında 10-cu maddəyə dair
BİRGƏ BƏYANNAMƏ
Digər Tərəf 10-cu maddənin icrasını pozmuşdursa və ya həmin maddənin icrası ictimai təhlükəsizliyə hədə yaradırsa, İttifaq və ya Azərbaycan Respublikası 14(5)-ci maddədə müəyyən edilmiş prosedura uyğun olaraq, qismən Sazişin və ya xüsusilə 10-cu maddənin müvəqqəti dayandırılmasına dair vəsatət qaldıra bilər.
10-cu maddənin icrası dayandırıldıqda, hər iki Tərəf Sazişlə müəyyən olunmuş Birgə Komitə çərçivəsində dayandırmaya səbəb olmuş problemlərin həlli məqsədi ilə məsləhətləşmələrə başlayırlar.
Prioritet olaraq, hər iki Tərəf diplomatik pasportların yüksək səviyyədə təhlükəsizliyini təmin etməyə, xüsusilə onları biometrik elementlərlə təchiz etməyə dair öhdəliklərini bəyan edirlər. İttifaq üçün bu, Üzv Dövlətlər tərəfindən verilmiş pasportlar və səyahət sənədlərində təhlükəsizlik elementləri və biometriya standartlarına dair Avropa Komissiyasının 13 dekabr 2004-cü il tarixli 2252/2004 nömrəli Qaydalarında2 təsbit olunmuş tələblərə uyğun təmin ediləcəkdir.
Danimarka ilə bağlı
BİRGƏ BƏYANNAMƏ
Tərəflər nəzərə alırlar ki, hazırkı Saziş Danimarkanın diplomatik nümayəndəlik və konsulluqları tərəfindən viza verilməsi prosedurlarına tətbiq edilmir.
Bu halda Azərbaycan Respublikası və Danimarkanın səlahiyyətli orqanlarının Azərbaycan Respublikası və Avropa İttifaqı arasındakı Sazişin şərtlərinə oxşar şərtlərlə qısamüddətli vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında təxirə salınmadan ikitərəfli saziş bağlaması azruolunandır.
Birləşmiş Krallıq və İrlandiya ilə bağlı
BİRGƏ BƏYANNAMƏ
Tərəflər nəzərə alırlar ki, hazırkı Saziş Birləşmiş Krallıq və İrlandiya ərazisinə tətbiq edilmir.
Bu halda Birləşmiş Krallıq, İrlandiya və Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında ikitərəfli sazişlər bağlaması azruolunandır.
İslandiya, Norveç, İsveçrə və Lixtenşteynlə bağlı
BİRGƏ BƏYANNAMƏ
Tərəflər Avropa İttifaqı ilə İsveçrə, İslandiya, Lixtenşteyn və Norveç arasında, xüsusilə bu ölkələrin Şengen qaydalarının həyata keçirilməsi, tətbiqi və inkişafı ilə əlaqələndirilməsinə dair 18 may 1999-cu il və 26 oktyabr 2004-cü il tarixli Sazişlərdən irəli gələn yaxın münasibətləri nəzərə alırlar.
Bu halda Azərbaycan Respublikası və İsveçrə, İslandiya, Lixtenşteyn və Norveçin səlahiyyətli orqanlarının Azərbaycan Respublikası və Avropa İttifaqı arasındakı Sazişin şərtlərinə oxşar şərtlərlə qısamüddətli vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında təxirə salınmadan ikitərəfli sazişlər bağlaması azruolunandır.
Səyahət sənədləri ilə bağlı əməkdaşlığa dair
BİRGƏ BƏYANNAMƏ
Tərəflər razılaşırlar ki, Sazişin 12-ci maddəsinə əsasən yaradılmış Birgə Komitə Sazişin icrasının monitorinqini həyata keçirərkən, müvafiq səyahət sənədlərinin təhlükəsizlik dərəcələrinin Sazişin tətbiqinə (fəaliyyətinə) təsirini qiymətləndirəcəkdir. Bu məqsədlə Tərəflər səyahət sənədlərinin yayılmasının qarşısının alınması, səyahət sənədlərinin təhlükəsizliyinin texniki aspektlərinin inkişafı, həmçinin səyahət sənədlərinin verilməsinin fərdiləşdirilməsi prosesi üzrə görülmüş tədbirlər haqqında bir-birini mütəmadi olaraq məlumatlandırmağa razılaşırlar.
Xidməti pasportlara dair
BİRGƏBƏYANNAMƏ
Tərəflər bu danışıqların çərçivəsini nəzərə alaraq təsdiq edirlər ki, bu Saziş fərdi qaydada Üzv Dövlətlərin və Azərbaycan Respublikasının xidməti pasport sahiblərinə münasibətdə viza tələbinin aradan qaldırılması üzrə ikitərəfli sazişlər bağlamaq imkanına təsir etmir.
Azərbaycan Respublikası |
Avropa İttifaqı |
adından |
adından |
(imza) |
(imza) |
1 OJ L 161,20.6.2008, p.
2 OJL385, 29.12.2004, p.l.