ÜMUMİ MÜDDƏALAR
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanununa, digər normativ hüquqi aktlarına müvafiq olaraq işlənib hazırlanmışdır və “Bakı Sığorta” ASC-nin bağladığı bütün Şüşə sınmasına qarşı sığorta müqavilələrinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilir.
1. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ VƏ SIĞORTA SİNFİ
1.1 Bu sığorta Qaydaları ilə sığorta müqaviləsində göstərilən əmlaka, sığorta müddəti ərzində, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblərə görə dəyən ziyan və zərərlərə burada göstərilən istisnalar nəzərə alınmaqla təminat verilir.
1.2 Bu Qaydalarla müəyyən edilmiş sığorta növü üzrə sığorta predmeti kimi müvafiq sığorta müqaviləsində göstərilən şüşə və aynalar çıxış edir.
1.3 Bu Qaydalarla müəyyən olunan sığorta növü əmlakın yanğından və digər risklərdən sığortası sinifinə aiddir.
2. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN ZƏRƏRLƏR
Əlavə sığorta haqqı müqabilində aşağıdakılar sığorta təminatına daxil edilə bilər:
2.1 Eyni zamanda başqa bir sığorta təminatının obyekti deyildirsə, yanğından, ildırım vurmasından, partlayışdan və yanğın söndürmə zamanı və xilasetmə əməliyyatlarından dəyən itki və ziyanlar;
2.2 sığortalanmış şüşə və aynaların yerləşdiyi bina və ərazidə aparılan inşaat və yenidənquraşdırma işlərindən dəyən itki və ziyanlar;
2.3 şüşə və aynaların sınması nəticəsində onların üzərindəki qiymətli və ya hər hansı adi yazıların pozulmasından dəyən itki və ziyanlar;
2.4 tətil, xalq hərəkatları və bunların qarşısının alınması və ya yatırılması məqsədilə görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən itki və ziyanlar.
Qeyd: Sığorta təminatı sığorta şəhadətnaməsində yazılmaqla yuxarıda göstərilən risklərdən biri və ya bir neçəsi üçün verilə bilər.
3. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏRLƏR (İSTİSNALAR)
Aşağıdakı hallar nəticəsində meydana çıxan itki və ziyanlar sığorta təminatına daxil edilmir:
3.1. Sığortalanmış şüşə və aynaların yerləşdiyi bina və ərazinin dağılması və ya çökməsi;
3.2. sığortalanmış şüşə və aynaların yerlərinə qoyulması, taxılması, çərçivədən çıxarılması və ya onların yerləşdiyi yerlərdə, çərçivələrdə aparılan təmir işləri, yerlərinin dəyişdirilməsi və başqa yerə daşınması;
3.3. sığortalı və ya onunla bir yerdə yaşayan ailə üzvləri və xidmətçiləri tərəfindən sığortalanmış şüşə və aynalara qəsdən vurulan itki və ziyanlar;
3.4. sığortalanmış şüşə və aynaların səthində meydana gələn cızıqlar və dağılıb qopmalar;
3.5. şüşə və aynaların taxıldığı çərçivələrin qüsurlu olması;
3.6. zəlzələ, leysan, sel, daşqın və vulkan püskürməsi;
3.7. müharibə, hər cür müharibə əməliyyatları, xarici düşmən basqını (müharibə elan olunub- olunmamağından asılı olmayaraq) vətəndaş müharibəsi, üsyan, iğtişaş və bunların qarşısının alınması və yatırılması məqsədilə görülən inzibati və hərbi tədbirlər;
3.8. hər hansı nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmələr, bunlarla əlaqədar keçirilən hərbi və inzibati tədbirlər;
3.9. səlahiyyətli şəxslər tərəfindən sığortalanmış şüşə və aynalar üzərində ekspertiza aparılması.
4. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən (24:00) başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə (24:00) başa çatır.
5. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI
5.1 Sığorta müqaviləsi yazılı formada tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi (şəhadətnaməsi) adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması, həmçinin müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi yolu ilə bağlanıla bilər.
5.2 Sığorta müqaviləsinin məzmunu qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilir.
6. SIĞORTA MƏBLƏĞİ
6.1 Sığorta məbləği tərəflərin razılığı əsasında, əmlakın real bazar qiyməti nisbətində müəyyən edilərək sığorta müqaviləsində öz əksini tapır.
6.2 Əmlakın sığortasında sığorta məbləği həmin əmlakın sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən xxx olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdır.
6.3 Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
7. AZADOLMA MƏBLƏĞİ
Tərəflərin razılığı ilə sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna
bilər.
8. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ
8.1 Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.
8.2 Bir tərəf buna ehtiyac yarandıqda digər tərəfə yazılı məlumat verməklə sığorta müqaviləsinin məzmununa nəzərdə tutulan dəyişiklikləri təklif edə bilər.
8.3 Tərəflər sığorta müqaviləsinə təklif edilən əlavə və dəyişikləri qəbul etmədikdə sığorta müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verə və ya müqavilənin əvvəlki şərtlərlə saxlaya bilərlər.
9. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
9.1 Sığorta müqaviləsinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
9.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
9.1.2. sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda;
9.1.3 sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
9.1.4 sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə
keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
9.1.5 sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
9.1.6 sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
9.1.7 sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
9.1.8 sığorta marağı artıq mövcud olmadıqda.
9.1.9 Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
9.2 Sığorta qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
9.2.1. Bu Qaydaların 9.1.-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
9.3 Tərəflərin qarşılıqlı razılığı olduqda sığorta müqaviləsinə dərhal xitam verilə bilər.
9.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi aşağıda göstərilənlərlə nəticələnir:
9.4.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
9.4.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməyi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
9.4.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
9.4.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 9.4.1-ci və 9.4.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.4.5. Sığorta müqaviləsi bu Qaydaların 9.1.9-cu bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini
çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 9.4.3-cü və 9.4.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
10. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
10.1 Sığortalının hüquqları:
10.1.1 Sığortaçının sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
10.1.2 sığorta hadisəsi baş verdikdə sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək;
10.1.3 sığortaçıya sərbəst müraciət etmək, risklərlə bağlı məsləhətləşmələr aparmaq;
10.1.4 bu qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
10.2 Sığortalının vəzifələri:
10.2.1 Sığorta haqqını sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
10.2.2 sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları sığortaçıya təqdim etmək;
10.2.3 sığorta müqaviləsi bağlanarkən özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;
10.2.4 sığorta müqaviləsinin şərtlərinə əməl etmək;
10.2.5 sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
10.3 Sığortaçının hüquqları:
10.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin sığortalı və sığorta olunan tərəfindən sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
10.3.2 bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
10.3.3 sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
10.3.4 sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud sığorta müqaviləsinə xitam vermək;
10.3.5 subroqasiya qaydasında üçüncü şəxslərdən zərərin əvəzinin ödənilməsini tələb etmək;
10.3.6 bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
10.4 Sığortaçının vəzifələri:
10.4.1 Müəyyən edilmiş müddətdə sığorta şəhadətnaməsini sığortalıya təqdim etmək;
10.4.2 sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişini həyata keçirmək və ya müqavilədən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
10.4.3 sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
10.4.4 sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində sığortalıya qaytarmaq.
11. SIĞORTALININ MƏLUMAT VERMƏ VƏZİFƏLƏRİ
11.1. Sığortaçı, bu sığorta müqaviləsini, sığortalının xxxxxx mahiyyətini tam bildirməsi şərti ilə təklif, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində yazdığı məlumatına əsasən bağlayır.
Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya bilər və ya:
11.1.1. Sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən bir ay ərzində müqaviləni poza bilər və bu müddət ərzində bir hadisə baş verərsə, buna görə sığorta ödənişi
verməyə bilər. Müqavilə şərtlərinin pozulduğu hallarda sığortaçı sığorta haqqını qaytarmamaq hüququ qazanır;
11.1.2. sığortalı bu hərəkəti bilmədən etmişdirsə və vəziyyət hadisə baş verməmişdən əvvəl məlum olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən bir ay ərzində müqaviləni ləğv edə və ya xxxxxx ağırlaşma dərəcəsinə uyğun olaraq həmin vaxt üçün müəyyən edilən sığorta haqqı fərqini almaqla müqaviləni davam etdirə bilər.
ZƏRƏR VƏ ÖDƏNİŞ
12. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
12.1 Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
12.2 Sığortalı sığorta hadisəsi baş verdikdə, deyə biləcək ziyanın azalmasına dair mövcud imkanlar daxilində müvafiq tədbirləri həyata keçirməlidir.
12.2.1 Sığortalı tərəfindən qəsdən yol vermiş və ya qarşısı alınmamış ziyanlara görə sığortaçı məsuliyyət daşımır.
12.3 Sığorta hadisəsi baş verdikdən sonra sığortaçıya sığortalı tərəfindən təfsilatla hadisə barədə yazılı məlumat verilməli və hadisəyə dair tələb olunan sənədlər təqdim edilməlidir.
12.4 Sığortalı sığortalanmış əmlaka sığorta hadisədən dərhal sonrakı vəziyyətində sığortaçının baxış keçirməsi üçün şərait yaratmalı və sığortaçının razılığı olmadan əmlakın vəziyyətini dəyişdirməməli, hadisənin nəticələrinin aradan qaldırılması üçün heç bir addım (xilasetmə və ya zərərin azaldılmasına yönəldilmiş tədbirlər istisna olmaqla) atmamalıdır.
12.5. Sığorta olunmuş əmlak, eyni risklər və müddət üzrə başqa bir sığortaçıda də sığorta olunmuşsa, bunu sığortaçıya bildirməlidir.
13. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
13.1. Sığorta etdirilmiş əmlaklarda meydana gələn zərər və ziyanın məbləği sığorta müqaviləsinə uyğun olaraq, tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər razılığa gələ bilmədikləri təqdirdə, zərərin məbləği, bu sahənin işini bilən mütəxəssis mühəndislər arasından birlikdə seçilmiş ekspertlər tərəfindən müəyyən edilir.
13.2. Tərəflər, ödəniş məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, bu məbləğ yalnız ekspertin rəyi ilə müəyyən edilir.
13.3. Tərəflərin hər biri öz seçdiyi ekspertin haqqını özü ödəyir.
14. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ
14.1 Sığorta hadisəsini təsdiq edən və bununla xxxxx xxxx sənədlər sığortaçıya təqdim edildikdən sonra 15 iş günü müddətində sığortaçı müvafiq ödənişin edilməsinə dair qərar qəbul edərək sığortalıya yazılı məlumat verir.
14.2 Zərər dəymiş əmlakın təmir etdirilməsi, zərərin əvəzinin ödənilməsi və ya əmlakın digəri ilə əvəz edilməsinə dair qərar sığortaçı tərəfindən qəbul edilir.
15. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
Sığorta ödənişinin həyata keçirilməsi aşağıdakı sənədlərin sığortaçıya təqdim edilməsi ilə həyata keçirilir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• sığorta şəhadətnaməsi (sığorta müqaviləsi);
• baş vermiş hadisə ilə bağlı aidiyyəti orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və s.);
• sığorta hadisəsinin mahiyyətindən asılı olaraq digər sənədlər.
16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
bilər:
16.1. Sığortaçı aşağıda göstərilən hallarda sığorta ödənişindən tam və ya qismən imtina edə
16.1.1 sığorta müqaviləsi bağlandıqda sığorta riskinin qiymətləndirilməsi üçün sığortaçıya qeyri
dəqiq məlumat vermişsə və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə xxxxxx dərəcəsində xxxx dəyişikliklər barədə sığortaçıya məlumat verməmişsə (sığorta hadisəsi ilə səbəb əlaqəsində xxxx), sığorta müqaviləsi bağlanarkən sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün sığortalı sığortalanan zəruri və ona məlum xxxx bütün halları və məlumatları sığortaçıya bildirməmişsə;
16.1.2. sığortalı bu Qaydalarla onun üzərinə qoyulan vəzifələri yerinə yetirmədikdə;
16.1.3. sığortalı hadisənin baş verməsinə qəsdən şərait yaratdıqda və ya qəsdən zərərin həcmini artıran hərəkətlər etdikdə;
16.1.4. sığortalı sığorta hadisəsi ilə səbəb-nəticə əlaqəsində xxxx cinayət törətdikdə;
16.1.5. baş vermiş hadisə sığorta təminatına aid olmadıqda;
16.1.6. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
17. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığortalanmış şüşə və aynaların sınması zamanı sığortaçı zərəri (əgər azadolma yoxdursa), sığorta məbləği həddində ödəyir.
Sığortaçı sınmış şüşə və aynaları yenisi ilə əvəz edə bilər. Belə olduqda, sınmış şüşə və aynalar sığortaçının mülkiyyətinə keçir. Sığorta məbləği əmlakın dəyərindən az olduğu halda ödəniş sığorta məbləği ilə əmlakın dəyəri arasındakı nisbətə görə ödənilir.
18. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
Sığortaçı, hadisə nəticəsində zərər çəkmiş əmlakı təmir etdirə, yenisi ilə əvəz edə və ya dəymiş zərərin məbləğini nağd pulla ödəyə bilər.
19. ÖDƏNİŞİN AZALDILMASI
Sığortalı, sığorta hadisəsi baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin miqdarı artarsa, sığortaçının verəcəyi ödəniş göstərilən səbəbə görə xxxxx vəsait həcmində azaldılır.
DİGƏR MÜDDƏALAR
20. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
20.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdiyi təqdirdə sığorta müqaviləsi sığortalının buna razılığı olduğu halda öz hüquqi qüvvəsində qalmaqla sığortaolunanın sığorta müqaviləsi ilə əlaqədar bütün hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçirilə bilər. Bu zaman sığortalı sığorta müqaviləsinə müvafiq dəyişikliklərin edilməsinə dair sığortaçıya müraciət edir. Bu şərt yerinə yetirilmədiyi halda sığortaçı məsuliyyətdən azad olur.
20.2. Sığortaçı bu Qaydaların 10.1 maddəsi ilə müəyyən edilmiş dəyişikliyi etməkdən imtina etməklə sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada xitam verə bilər.
21. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməyinə və ya lazımi qaydada yerinə yetirilməməyinə görə tərəflər qarşılıqlı məsuliyyət daşıyırlar.
Hər bir tərəf sığorta müqaviləsi ilə üzərinə götürdüyü vəzifələri vicdanla yerinə yetirməli, əks tərəfin hüquqlarının pozulmasına şərait yaratmamalıdır.
22. MÜBAHİSƏLƏRİN HƏLLİ
Sığorta müqaviləsi üzrə tərəflər arasında mübahisələr yarandıqda, onlar ilk öncə mübahisənin danışıqlar yolu ilə həllinə çalışır, bu mümkün olmadıqda və ya danışıqlar vasitəsi ilə razılıq əldə edilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmələrə müraciət edirlər.
23. SIĞORTA TƏMİNATININ ƏRAZİ QÜVVƏSİ
Bu Qaydalarla müəyyən edilmiş sığorta təminatı, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, yalnız Azərbaycan Respublikası ərazisində qüvvədədir.
24. ƏLAVƏ MÜDDƏALAR
24.1 Bu Qaydalarla əhatə edilməyən hallar yarandıqda müvafiq qanunvericilik normalarına istinad edilir.
24.2 Tərəflər bu Qaydaların aid edildiyi sığorta növü üzrə sığorta müqaviləsini bağlamaqla burada müəyyən edilən şərtləri qəbul etmiş olurlar.
24.2.1 Sığortaçı bu Qaydalarla Sığortalını xxxxx xxxx, sığortalı isə bu Qaydaların məzmunu ilə xxxxx olduğunu və orada göstərilmiş şərtləri qəbul etdiyini imzası ilə təsdiq edir.
24.3 Sığorta müqaviləsi ilə xüsusi şərt kimi sığortalı tərəfindən digər vəzifələrin yerinə yetirilməsi və sığorta predmeti və mövcud xxxx risklərlə xxxxx xxxx tələblər də nəzərdə tutula bilər
“BakıSığorta” Açıq Səhmdar Cəmiyyəti
Şüşə sınmasına qarşı sığorta üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,01;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) – 120 000 AZN;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sö) – 30 000 AZN;
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) – 300
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100*q*Sö/So = 100 * 0,01 * 30000 / 120000 = 0,25 AZN
RISQ ÜSTƏLİYİNİ HESABLAMAQ ÜÇÜN TƏMİNAT EHTİMALINI Γ=0,98 GÖTÜRƏK. BU HALDA HƏMİN EHTİMALA UYĞUN ƏMSAL Α(Γ)=2 OLUR. RİSK ÜSTƏLİYİ
AŞAĞIDAKI DÜSTURLA HESABLANIR:
Tr =1,2*Tə*a*((1 - q)/(n*q))½ = 0,25*1,2*2*((1-0,01)/(300*0,01)) ½ = 0,34 AZN. Tn = Tə + Tr = 0,25 + 0,34 = 0,59AZN
Tarif dərəcəsinin strukturu: netto-dərəcə – 70%, yüklənmə – 30%. O cümlədən işlərin aparılması xərcləri – 29%, tarif mənfəəti – 1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn / (1-f) = 0,59 / (1-0,3) =0,84 AZN
Şüşədən hazırlanmış əşyaların və şüşə materiallarının yerləşdiyi yerdən, ərazidən, binadan, saxlanma şəraitindən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0.01%-7% aralığında dəyişir.