ƏMLAKIN YANĞIN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRDƏN SIĞORTASININ ƏSAS QAYDALARI
ƏMLAKIN YANĞIN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRDƏN SIĞORTASININ ƏSAS QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” Qanununa, Mülki Məcəlləsinə uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTA TƏMİNATI
1.1 Bu sığorta qaydaları ilə yanğın, ildırım, partlayış və ya yanğın və ya partlayışla əlaqədar meydana gələn tüstü, buxar və hərarət nəticəsində sığortalanmış əmlaka dəyən maddi zərərlərə sığorta məbləği həddində təminat verilir.
1.2 Bu Qaydalarla müəyyən edilən sığorta növü əmlakın yanğın və digər risklərdən sığortası sinifinə aiddir.
2. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSI
2.1. Daşınmaz əmlaklar üzrə:
Binalar, təsərrüfat tikintiləri, qaraj, xx xxxxxx, yanacaq xxxxxx xxxx əlavə tikililər, binaların içərisində və ya üzərində xxxx hər cür sabit qurğular, lift və ekskalatorlar, ildırım ötürən, televizor antenaları, bünövrələr, bağ və həyət hasarları, kontrforslar (uçqunun, sürüşmənin, çökmənin nisbətən qarşısının alınmasından ötrü perpendikulyar tikilən dayaq hasarları), səkilər, meydançalar, eyvanlar, pilləkənlər, bulaqlar, binaların
xaricində xxxx heykəllər, su anbarları, hovuzlar və bu kimi digər tikililər, yalnız sığorta şəhadətnaməsində yazılması şərtilə, siğorta təminatına daxil edilə bilər.
2.2. Daşınan əmlaklar üzrə:
Sığorta edilmiş ünvanlarda xxxx;
2.2.1. Sığortalanmış əşyalar xüsusiyyətləri baxımından növ və ya qruplara ayrılmışsa, bu növ və ya qruplardan birinə daxil xxxx əşyalar;
2.2.2. Sığortalanmış əşyaların hamısı üçün yalnız bir sığorta məbləği müəyyən edilmişdirsə, bu məbləğə daxil xxxx bütün əşyalar, sığorta şəhadətnaməsində yazılmasından asılı
olmayaraq, yeri dəyişdirildiyinə və ya sonradan alınmış olsa da, sığorta təminatının əhatə dairəsinə daxildir.
2.3 . Əlavə razılaşma yoxdursa yalnız sığortalıya və onunla birlikdə yaşayan ailə üzvlərinə və ya onunla birlikdə yaşayan şəxslərə və yaxud xidmətçilərə məxsus əşyalar qəbul olunmuş limiti keçməmək şərti ilə sığorta təminatının əhatə dairəsinə daxildir.
2.4. Aşağıda göstərilən əmlak mənafeləri, habelə itkilər sığorta məbləğlərinin sığorta şəhadətnaməsində ayrıca göstərilməsi və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta təminatının əhatə dairəsinə daxil edilə bilərlər:
2.4.1. Sənətkarlıq və əntiq baxımından qiymətli xxxx tablolar, rəsm əsərləri, kitablar, qravürlər, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar, xalçalar və bu kimi əşyalar;
2.4.2 . Modellər, qəliblər, plan və eskizlər, ixtira patentləri, sənədlər, mühasibatlıq sənədləri və bu kimi digər sənədlər;
2.4.3. Nağd pul, səhmlər, istiqrazlar, qiymətli kağızlar, bütün növ qızıl və gümüş, onlardan hazırlanmış zinət əşyaları, digər qiymətli zinət ləvazimatları, qiymətli daşlar, incilər və s. qiymətli əşyalar;
2.4.4. Dəniz, su, avtomobil nəqliyyatı vasitələri və bunların yükləri (hərəkət halı istisna olmaqla);
2.4.5. Əmanət və girov mallar;
2.4.6. Uçuq və dağıntıların aradan qaldırılması;
2.4.7. Gəlirin itirilməsi və mənfəətdən məhrum olma;
2.4.8. Yanğın və partlayış üzrə maddi məsuliyyət (yanğın və partlayış üzrə maddi məsuliyyət əlavə müqavilə ilə bu əsas şərtlərə və əlavə şərtlərə (klozlara) uyğun olaraq təminatın əhatə dairəsinə daxil edilə bilər).
3. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN ZƏRƏRLƏR
3.1. Aşağıdakı hadisələrə görə dəyən zərərlər əlavə razılaşmaya uyğun olaraq və əlavə sığorta haqqı ödəmək şərti ilə sığorta təminatına daxil edilə bilərlər;
3.1.1. Tətil, lokaut (qarşısıalınma tədbirləri), iğtişaş və xalq hərəkatları və bunların qarşısının alınması üçün görülən tədbirlər;
3.2.1. Terror;
3.1.3. Zəlzələ və vulkan püskürməsi.
3.1.4. Qar ağırlığı;
3.1.5. Sel və su basması;
3.1.6. Yer sürüşməsi;
3.1.7. Fırtına;
3.1.8. Daxili su;
3.1.9. Tüstü;
3.1.10. Avtonəqliyyat vasitələrinin sığortalanmış obyektə dəyməsi;
3.1.11. Su nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi;
3.1.12. Hava nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi;
4. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏRLƏR (İSTİSNALAR)
Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
4.1. Müharibə, hər cür hərbi əməliyyatlar, istila, xarici düşmənin basqınları, döyüş (müharibə elan edilmiş olub- olmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan və bunların qarşısının alınması və yatırılması məqsədilə görülən inzibati və hərbi tədbirlər nəticəsində meydana gələn zərərlər;
4.2. Hər hansı nüvə partlayışı, nüvə enerjisinin yanması nəticəsində yaranan nüvə tullantılarından, radiasiya və radioaktiv çirklənmələr və bununla əlaqədar görülən hərbi və inzibati tədbirlər;
4.3. Dövlətin səlahiyyətli orqanları tərəfindən sığortalanmış əmlaklardan istifadə olunması nəticəsində meydana çıxan zərərlər;
4.4. Sığortalanmış əşyaların, yanğın baş vermədən, öz qüsurlarına, keyfiyyətsiz hazırlanmalarına, həddindən artıq qurumalarına görə və yaxud onların özlərində əmələ gələn zərərlər;
4.5. Yanğın baş vermədən sığortalanmış əşyaların istifadə olunması və ya başqa bir faydalı məqsədlə alova və ya istiyə tutulması, ocaq və ya digər alov xxxx xxx yerə düşməsinə və ya atılmasına, paltar və ya döşək ağlarının üstü və digər bu kimi əşyalar ilə alovsuz olaraq yanmasına, qızdırıcı, işıqlandırıcı, ütüləmə alətləri, xxxxx, xxx, siqaret və s. Bu kimi istilik mənbələrinin toxunmasına görə dəyən zərərlər;
4.6. Yanğın baş vermədən cərəyanla işləyən hər cür mühərrik, elektrik və elektron alətlər, cihazlar və qurğuların elektrik xəttinə birləşdirilmiş olduqları zaman dövriyyədə xxxx qısa qapanma, enerjinin artıb-azalması, habelə bunun nəticəsində qızma və induksiya cərəyanı kimi səbəblərə görə dəyən zərərlər;
4.7. Kiçik bir təzyiq nəticəsində qoruyucuların içəriyə doğru çökməsi, düşməsi və digər formada deformasiyaya uğraması, köhnəlməsi, mərkəzdən qaçma qüvvəsi və texniki hadisələr nəticəsində sığorta edilmiş cihaz və mühərriklərə dəyən hər cür zərərlər.
4.8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallar.
5. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
5.1. Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Sığorta xxxxx xxx (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan vaxt və ya sığorta müqaviləsinin başlanğıc tarixindən maksimum 30 gün ərzində, (hissələrlə ödənilməsi razılaşdırılarsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
5.2. Sığorta haqqı (ilkin hissə) sığorta şəhadətnaməsi təqdim olunan vaxt və ya razılaşdırılmış müddət ərzində ödənilməzsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır.
5.3. Sığorta hadisəsi baş verdiyi zaman vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı sığorta ödənişi məbləğindən çıxıla bilər.
5.4. Sığorta ödənişinin hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxtda ödənilməzsə, sığortaçı həmin hissənin 10 gün ərzində ödəilməsini, əks tıqdirdı slğorta şəhadətnaməsinin ləğv ediləcəyini sığortalının ona bildirmiş olduğu son yaşayış ünvanına sifarişli məktubla bildirir. Sığorta haqqı borcu müddıt ərzində də ödənilməzsə, sığorta şəhadətnaməsi ləğv edilmiş hesab olunur.
6. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
6.1. Sığorta müqaviləsinin bağlanması zamanı sığorta etdirən sığortalanacaq əmlak barədə ona məlum xxxx bütün məlumatları sığortaçıya bildirməyə borcludur.
6.2. Sığortalının məlumatının yanlış və yaxud yarımçıq olması sığortaçının sığorta müqaviləsini imzalamamasına və ya aşağıdakı digər şərtləri irəli sürməsinə imkan verir:
6.2.1. Sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində müqaviləni ləğv edə və ya davam etdirərək həmin vaxt üçün sığorta haqqı fərqini tələb edə bilər.
6.2.2. Sığortalı 5 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləği ödəməzsə, müqavilə ləğv olunur. Ləğv etmənin qüvvəyə minəcəyi tarixə qədər vaxt üçün sığorta haqqı gün hesabı əsas götürülməklə hesablanır və artıq qalan məbləğ çəkilmiş xərclər çıxılmaqla, sığortalıya qaytarılır.
6.3. Sığortalının hərəkətinin qəsdən edildiyi müəyyən edilərsə, sığortaçı hadisə baş vermiş olsa belə, müqaviləni ləğv edə bilər və sığorta haqqını sığortalıya qaytarmaya bilər.
6.4. Sığorta etdirilmiş yer və əşyalar başqa bir sığorta şirkətində də sığorta etdirilmişdirsə, sığortalı bunu sığortaçıya bildirməlidir.
7. QİSMƏN SIĞORTA
7.1. Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği sığortalanmış əmlakın hadisə baş verdiyi zamandakı dəyərindən az olduğu hallarda, əmlak qismən zərərə uğradıqda sığortaçı başqa bir razılaşma yoxdursa, sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində cavabdehdir.
7.2. Sığortalı sığorta müqaviləsini, yuxarıda göstərilən nisbət nəzərə alınmadan sığorta məbləğindən artıq olmayan zərərin hamısının sığortaçı tərəfindən ödənəcəyi formada dəyişdirə bilər. Sığortalı sığorta müqaviləsini bu formada dəyişdirdiyini, hadisə baş verməzdən əvvəl sığortaçıya bildirdiyi təqdirdə məlumatın bildirildiyi günün sabahısından etibarən müqavilənin şərtləri öz-özlüyündə sığortaçının sığorta məbləğindən xxx olmayan zərərin hamısına görə cavabdeh olması şəklində dəyişdirilmiş olur. Sığortalı sığorta haqqının ödəniş planında göstərilən sığorta haqqı fərqini əsas sığorta haqqının ödənməsi şərtlərinə uyğun olaraq ödəyir.
9. ƏMLAKIN DƏYƏRİNDƏN XXX MƏBLƏĞDƏ XXXX SIĞORTA
Sığorta məbləği sığortalanmış əmlakın dəyərindən xxx olarsa, sığortanın bu dəyərindən artıq xxxx hissəsi etibarsızdır.
Sığorta müddəti ərzində bunu bilən sığortaçı, vəziyyəti sığortalıya bildirməklə ümumi sığorta haqqından sığorta məbləğinin artıq xxxx bu hissəsinə görə hesablanıb alınmış sığorta haqqını çıxararaq, fərqi sığortalıya qaytarır.
10. AZADOLMA MƏBLƏĞİ
Tərəflər müəyyən olunmuş bir məbləğə və ya sığorta məbləğinin müəyyən bir faizinə qədər xxxx zərərlərin və yaxud zərərin müəyyən bir faizinin sığortaçı tərəfindən ödənilməyəcəyini, azadolma məbləğini razılaşdıra bilər. Bu formada müəyyən edilən azadolma nisbətləri və ya məbləğləri sığorta şəhadətnaməsinə yazılır.
11. SIĞORTANIN MÜDDƏTI, TƏMINATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığorta təminatı, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta şəhadətnaməsində göstərilmiş başlanma və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 24.00-da başlayır və saat 24.00-da xxxx xxxxx.
12. İKİLİ (ÇOXQAT) SIĞORTA
Sığortalı sığortalanmış əmlakı başqa sığorta şirkətlərində də eyni risklərə qarşı və eyni müddətə sığorta etdirmiş olarsa, bunu əvvəlki sığortaçılara dərhal bildirməməyə görə məsuliyyət daşıyır. Bu zaman sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 15 gün ərzində müqaviləni ləğv edə bilər. Ləğv etmə hüququ vaxtında istifadə edilməzsə, etibarsız sayılır.
13. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTAÇININ VƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
13.1 Müqavilə imzalandıqdan sonra sığorta olunmuş əmlakın təklifdə, təklif yoxdursa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yeri və ya vəziyyəti sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı bu dəyişikliyi dərhal və ya ən geci 5 gün ərzində sığortaçıya bildirməlidir.
13.2 Vəziyyət sığortaçı tərəfindən öyrənildikdən sonra, bu dəyişiklik sığortaçının müqaviləni pozmasına və ya daha ağır şərtlər irəli sürməsinə səbəb olarsa:
13.2.1 Sığortaçı 5 gün ərzində müqaviləni ləğv edə və ya sığorta haqqı fərqini tələb etməklə müqaviləni davam etdirə bilər.
13.2.2 Sığortalı 5 gün ərzində sığorta haqqı fərqini ödəməyə razılaşmazsa, müqavilə ləğv olunmuş hesab edilir.
13.2.3 Ləğv etmənin hüquqi qüvvəyə minəcəyi tarixə qədər sığorta haqqı gün hesabı əsas götürülməklə hesablanır və qalan məbləğ çəkilmiş xərclər çıxılmaqla, xxxx qaytarılır.
14. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
14.1 Sığorta təminatı müddəti ərzində mülkiyyət sahibi dəyişərsə, sığorta müqaviləsi yenə də öz hüquqi qüvvəsində qalır və sığortalının müqavilə ilə əlaqədar hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçir. Dəyişilik zamanı, sığortanın mövcudluğunu öyrənən yeni mülkiyyət sahibi vəziyyəti 10 gün ərzində sığortaçıya
bildirməlidir.Əks təqdirdə sığortaçı bu barədə məlumat verilənədək baş verəcək sığorta hadisələrinə görə məsuliyyət daşımır.
14.2 Sığortaçı dəyişikliyi öyrəndiyi tarixdən etibarən 8 gün ərzində müqaviləni ləğv edə bilərlər.
14.4 Ləğv etmənin hüquqi qüvvəyə minəcəyi tarixə qədər keçən müddətin sığorta haqqı gün əsas götürülməklə hesablanır və artıq qalan məbləğ çəkilmiş xərclər çıxılmaqla, sığortalıya qaytarılır.
14.5 Sığortalı vəfat edərsə, müqavilə üzrə bütün hüquq və vəzifələr yeni mülkiyyət sahibinə (varisə) keçir.
15. SIĞORTALANMIŞ ƏMLAKİN YERİ VƏ ONUN DƏYİŞMƏSİ
15.1 Sığorta təminatı, sığorta müqaviləsində göstərilən yer və ya yerlər üçün hüquqi qüvvəyə malikdir.
15.2 Sığortalanmış əmlakın yerləri dəyişdirildiyi zaman bu Qaydaların 13-cü bəndinin tələblərinə əməl olunur.
16. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
16.1 Sığortalının məlumatları sığortaçıya sifarişli məktub və ya digər formada ( faks, elektron poçt, internet, telefon və s.) bildirilir.
16.2 Sığortaçının müraciətləri sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə, bildirilən son ünvana eyni formada çatdırılır.
17. SIĞORTA SİRRİ
Sığortaçı, sığortalı ilə əlaqədar qanunvericiliklə sığorta sirrinə aid olunmuş məlumatları, qanunvericilikdə müəyyən edilən hallar istisna olmaqla, açıqlaya bilməz.
ZƏRƏR VƏ ÖDƏNİŞ 18.SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ
Sığortalı hadisə baş verdiyi zaman:
18.1 Hadisənin baş verdikdən sonra dərhal və ya ən geci 24 saat ərzində sığortaçıya və müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir;
18.2 Lazımi xilasetmə və mühafizə tədbirlərini görməlidir;
18.3 Sığortaçının və ya onun səlahiyyətli nümayəndələrinin sığorta hadisəsi ilə əlaqədar zərər çəkmiş xxxxxx və yerlərə daxil olmasına və tədqiqat işlərini aparılmasına icazə verməlidir;
18.4 Məcburi hallar istisna olmaqla, zərər çəkmiş yer və ya əşyalarda heç bir dəyişiklik etməməlidir;
18.5 Sığortaçının tələbi ilə hadisənin baş vermə səbəblərini, zərərin miqdarını və səbəbini müəyyənləşdirməyə, zərərin ödənməsi hüququndan istifadə olunması üçün yararlı və sığorta etdirən tərəfindən təmin edilməsi mümkün xxxx xxxxxx məlumat və sənədləri sığortaçıya verməlidir;
18.6 Zərərin təxmini məbləğini bildirən yazılı məlumatı sığortaçıya təqdim etməlidir;
18.7 Sığortaçının subroqasiya hüququnun təmin olunması üçün bütün zəruri tədbirləri görməlidir.
19. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Sığorta hadisəsi baş verdiyi zaman sığortaçı və ya onun səlahiyyətli nümayəndələri:
19.1 Sığorta etdirilmiş bina və əşyalarda tədqiqat işlərini aparmaq məqsədi ilə zərər çəkmiş bina və yerlərə daxil ola bilərlər və ya sığortalanmış bina və əşyaların onlara təhvil verilməsini tələb edə bilərlər;
19.2 Sığortalanmış əşyaların və əmlakın zədələnməsi və ya məhv olmasına səbəb olmuş sığorta hadisəsini qanunvericiliyə əsasən təsdiq edən sənədi sığortalıdan tələb edə bilərlər;
19.3 Zərərin məbləği ilə əlaqədər bütün sənədlər verildikdən sonra bir ay ərzində lazımi tədqiqatları sona çatdırıb zərər və ödənişin miqdarını müəyyənləşdirərək sığortalıya bildirməlidirlər.
20. ZƏRƏR VƏ ZİYANIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
20.1 Bu qaydalara əsasən sığortalanmış əmlaka dəymiş zərərin məbləği sığortalı ilə sığortaçı arasındakı razılaşmaya əsasən müəyyən edilir.
20.2 Tərəflər razılığa gələ bilməsələr, zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertə (bütün mətn boyunca “müstəqil ekspert” xxxx xxxx düşülməlidir) müraciət edə bilərlər.
20.3 Tərəflər ümumi bir ekspert təyin etməkdə razılığa gələ bilmədikləri halda hər biri öz ekspertini təyin edir və bunu məktubla digər tərəfə bildirir. Tərəflər tədqiqata başlamazdan əvvəl üçüncü bitərəf eksperti seçə bilərlər
.Üçüncü bitərəf ekspert yalnız tərəflərin ekspertlərinin razılığa gələ bildikləri məsələlər barəsində rəy vermək huququna malikdir. Üçüncü bitərəf ekspertin rəyi tərəflərə eyni zamanda çatdırılır.
20.4 Tərəflərdən hər xxxxx xxxx digər tərəfə məlumat verdiyi tarixdən etibarən 15 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin seçilməsi ilə əlaqədər təyin olunduqları tarixdən etibarən 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərdən birinin təklifi ilə ekspertlər (üçüncü bitərəf ekspert) səlahiyyətli məhkəmə tərəfindən seçilir
20.5 Ekspert vəfat edərsə, vəzifəsindən azad edilərsə və ya rədd edilərsə, onun əvəzinə eyni şərtlərlə başqa bir ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən başlayaraq davam etdirilir.
20.6 Sığortalının vəfat etməsi təyin edilmiş eksperti öz məsuliyyətindən azad etmir.
20.7 Zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildirikləri dəlilləri təsdiq edilməsi üçün xxxxx xxxx qeydləri və sənədləri tələb edə və hadisə yerində tədqiqatlar apara bilərlər.
20.8 Ekspertlərin və ya üçüncü bitərəf ekspertin, zərərin məbləği ilə əlaqədar verəcəkləri rəy qətidir və tərəflər bu rəyə əməl etməlidirlər.
Sığotaçı qarşısında tələb və ya iddia qaldırılması hallarında zərərin məbləği ilə əlaqədar ekspertin rəyi əsas götürülür.
20.9 Ekspert qərarlarına yalnız qərarın real vəziyyətdən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu qərarın ləğv edilməsi üçün, rəyin bildirildiyi tarixdən etibarən 7 gün ərzində səlahiyyətli məhkəməyə müraciət oluna bilər.
20.10 Tərəflərin hər birisi öz seçdiyi ekspertin haqqını ödəyir. Tərəflər birlikdə seçdikləri ekspertin və üçüncü bitərəf ekspertin haqqını birlikdə ödəyirlər.
21. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığorta ödənişi hesablandığı zaman sığortalanmış əmlakın hadisə baş verən zamana xxxx dəyəri əsas götürülür. Ödəniş məbləği sığorta şəhadətnaməsində göstərilmiş sığorta məbləğindən artıq ola bilməz. Sığorta ödənişinin məbləği aşağıdaki qaydada hesablanır:
21.1 Kommersiya mallarında risqin baş verməsindən bir gün əvvəlki alış qiyməti əsas götürülür.
21.2 Fabrik, zavod emalatxanalarında istehsal prosesində xxxx mallarla əlaqədar ödəniş məbləği hadisə baş verdiyi zaman xammal və materialların hadisədən bir iş günü əvvəlki alış qiymətləri ilə həmin günə qədərki istehsal xərclərinin toplanması yolu ilə hesablanır. Ancaq bu yolla hesablanan ödəniş məbləği, həmin maddələrdən hazırlanmış hazır malların hadisə baş verdiyi tarixdən bir iş günü əvvəlki alış qiymətindən xxx xxx bilməz.
21.3 Bütün növ sənaye qurğuları və aparatlarında, dəzgahlarda, alətlərdə, avadanlıqlarda təzəsinin alınması üçün ödənəcək məbləğ əsas götürülür. Xxxxx, bu xxxxx köhnəlmə, aşınma və başqa səbəblərdən irəli gələn qiymətdən düşmə həmin məbləğdən çıxılır, habelə, təzə alınacaq avadanlıqlar istehsal gücü və keyfiyyət baxımından əvvəlkilərdən fərqlənirsə, bu fərq də nəzərə alınır.
21.4 Hər cür ev əşyaları və şəxsi əşyalarda təzəsinin alınması üçün ödəniləcək məbləğ əsas götürülür. Xxxxx, bu xxxxx köhnəlmə, aşınma və başqa səbəblərdən irəli gələn qiymət ucuzlaşmaları həmin məbləğdən çıxılır.
21.5 Binalarda, hadisənin baş verdiyi yerdə tikiləcək yeni binaya çəkiləcək xərc əsas götürülür. Ancaq, bu zaman köhnəlmə, korroziya və başqa səbəblərdən irəli gələn qiymətdən düşmə həmin məbləğdən çıxılır. Binanın yenidən tikilməsinə ehtiyac olmazsa, ödənişin məbləği, binanın, hadisə baş verdiyi tarixdən bir gün əvvəlki satış qiymətindən boş ərazinin qiyməti çıxılmaq yolu ilə hesablanır.
22. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
22.1 Sığorta məbləği hadisə baş verdiyi tarixdəki sığorta dəyərindən az olduğu təqdirdə sığorta ödənişi sığorta məbləği ilə sığorta dəyəri arasındaki nisbəti uyğun olaraq ödənilir.
22.2 Sığortalanmış əmlak bir neçə sığorta şirkətində sığorta etdirilmiş olarsa, qanuna və bu sığorta şəhadətnaməsinə uyğun olaraq ödəniş məbləği hesablandıqdan sonra sığortaçı öz payına düşən hissəni ödəyir.
22.3 Hadisə baş verdiyi zaman sığortalanmış əmlaka əvvəlcədən xxx, inşaat, montaj və ya digər sığorta şəhadətnaməsi ilə təminat verilmiş olması müəyyənləşərsə, yanğın sığortasının cavabdehliyi göstərilən sığorta şəhadətnamələri ilə əlaqələr sığortaçıların cavabdehiyindən sonra başlanır.
23. SIĞORTA ÖDƏNİŞİ VERMƏKDƏN İMTİNA VƏ SIĞORTA ÖDƏNİŞİ MƏBLƏĞİNİN AZALDILMASI
23.1 Bu Qaydaların 4 bəndində göstərilən istisnalar üzrə təminatı verilmir
23.2 Sığortalı, hadisə baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin məbləği artarsa, sığortaçının verəcəyi ödənişdən göstərilən səbəbə görə xxxxx hissə çıxılır.
23.3 Sığortalı hadisənin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərərin miqdarını artıracaq hərəkətlər edərsə, sığorta ödənişi almaq hüquqlarını itirir.
24. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
24.1 Sığortaçı müəyyən edilmiş sığorta ödənişini bu qaydalara əsasən müəyyən edilmiş müddət ərzində mütləq ödəməlidir.
24.2 Sığortaçı ödədiyi sığorta ödənişinin məbləği həddində subroqasiya hüququna sahib olur.
24.3 Sığorta hadisəsi nəticəsində sığortalanmış əmlakın tamamilə məhv olmasına görə tam sığorta ödənişi verilmişsə, sığorta təminatı sona çatmış hesab olunur. Qismən zərər halında isə sığorta məbləği hadisənin baş verdiyi tarixdən etibarən verilən ödənişin məbləği həddində azalır.
Sığorta məbləğinin azalması hallarında sığortalı istədiyi tarixdən etibarən gün əsası ilə əlavə sığorta haqqı ödəmək şərtilə sığorta məbləği artırıla bilər.
DİGƏR MÜDDƏALAR
25. MÜBAHİSƏLƏRƏ BAXILMASI
Tərəflər sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələri danışıqlar yolu ilə həll edirlər. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyəti məhkəmələrdə baxılır.
26. MÜDDƏT
Sığorta müqaviləsi ilə əlaqədar bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
27. XÜSUSİ ŞƏRTLƏR
Sığorta şəhadətnaməsində bu əsas şərtlərə və əgər varsa əlaqədar izahatlarla (kloz) ziddiyaət təşkil etməməsi şərtilə xüsusi şərtlər nəzərdə tutula bilər.
ƏMLAKIN YANĞIN SIĞORTASI İLƏ BİRLİKDƏ VERİLƏ BİLƏCƏK ƏLAVƏ ŞƏRTLƏRİ TƏTİL, LOKAUT, İĞTİŞAŞ, XALQ HƏRƏKATI ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğın və Digər Risklərdən Sığortasının Əsas Qaydaları”nın müddəalarına əməl olunması şərtilə:
Yanğının baş verməsinə səbəb olub-olmamasından asılı olmayaraq tətil, lokaut, iğtisas və ya xalq hərəkətları ilə əlaqədar baş verən hadisələr və bu hadisələrin qarşısını almaq və təsirlərini azaltmaq üçün səlahiyyətli orqanların müdaxilələri nəticəsində sığortalanmış obyektlərə dəyən bütün zərərlər sığorta təminatına daxil edilir. Yuxarıda göstərilən hadisələrlə əlaqədar olsa da, istehsal həcminin azalması,
sığortalanmış malların çirklənməsi, paslanması, çürüməsi və keyfiyyətinin aşağı düşməsi kimi dolayı yolla dəyən zərərlər sığorta təminatına daxil deyildir.
TERROR ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğın və Digər Risklərdən Sığortasının Əsas Qaydalarının” müddəalarına əməl olunması şərtləri: Terror hərəkatları və bu hərəkatlardan irəli gələn sabotaj , bunların tələb etdiyi hərbi və inzibatı tədbirlərin səbəb olduğu yanğın və partlayış nəticəsində meydana gələnlər də daxil olmaqla, bütün zərərlər sığorta təminatına daxil edilə bilərlər.
Bu şərtlərdə:
“Terror” anlayışı hansısa bir təşkilatın üzvü xxxx şəxs və ya şəxslərin təzyiq göstərmə, məcbur etmə və əzab vermə, qorxutma , hədə vasitələrinin birindən istifadə etməklə respublikanın konstitusiyasında göstərilən rəmzlərini , siyasi , hüquqi , sosial, dünyavi, iqtisadi vəziyyətini dəyişdirmək, Azərbaycan dövlətinin ərazi və milli bütövlüyünü pozmaq , mövcudluğuna təhlukə yaratmaq, nüfuzuna xələl gətirmək, ümumi hüquq və azadlıqları ləğv etmək, dövlətin daxili və xarici təhlükəsizliyini, ictimai quruluşunu və ya ümumi suverenliyini pozmaq məqsədilə etdikləri hərəkətlər xxxx xxxx düşülür.
Təşkilat termini , iki və ya daha artıq şəxsin eyni məqsəd ətrafında birləşməsini nəzərdə tutur və Azərbaycan Respublikasının qanunverciliyində göstərilən birləşmələri , təşkilat və cəmiyyətləri əhatə edir.
ZƏLZƏLƏ VƏ VULKAN PÜSKÜRMƏSİ ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğın və Digər Risklərdən Sığortasının Əsas Qaydalar”ının müddəalarına əməl olunması şərtləri.
Zəlzələ və vulkan püskürməsi birbaşa və ya dolayısı ilə səbəb olduğu yanğın və partlayış nəticəsində meydana gələnlər də daxil olmaqla, bütün zərərlər, sığorta təminatına daxil edilir. “Əmlakın Yanğın və Digər Risklərdən
Sığortasının Əsas Qaydaları”nın əksinə olaraq, zəlzələ və vulkan püskürməsinin səbəb olduğu yanğın və partlayış nəticəsində sığortalanmış əşyaların xxx olmasına görə dəyən zərərlər sığorta təminatına daxil edilmir.
AZADOLMA
Zəlzələ və vulkanın səbəb olduğu yanğınla əlaqədar olmayan zərərlərdə sığortaçılar 72 saatlıq fasiləsiz bir müddət ərzində dəyən zərərin 1 000 000 manatdan xxx xxxx hissəsinə görə cavabdehdir. Sığorta etdirən 72 saatlıq müddət başa çatdıqdan və bütün hallarda hadisənin baş verdiyini öyrəndiyi tarixdən etibarən ən geci 3 gün ərzində vəziyyəti sığortaçıya bildirməməyə görə məsuliyyət daşıyır.
Zəlzələ və vulkan püskürməsi üzrə sığorta təminatı sığortalının “Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortası Əsas Şərtləri”ndə göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
FIRTINA ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğın və Digər Risklərdən Sığortasının Qaydaları”nın müddəalarına əməl olunması şərtilə:
Yağış, qar, dolu ilə birlikdə olub-olmamasından asılı olmayaraq yalnız fırtına (10 metr yüksəklikdə saniyədə
17.1 metrdən yuxarı sürətlə əsən küləklər) və ya fırtına nəticəsində küləyin gətirdiyi və yıxdığı cisimləri sığortalanmış əşyalara vurduğu zərərlə sığorta təminatı daxil edilir. Fırtına üzrə sığorta təminatı sığortalının “Əmlakın Yanğın və Digər Risklərdən Sığortasının Əsas Qaydaların”da göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
QAR AĞIRLIĞI ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortasının Əsas Qaydaları”nın müddəalarına əməl olunması şərtilə:
Sığorta təminatına daxil xxxx zərərlər:
1. Güclü qar yağmasından sonra damlarda yığılmış qarın ağırlığına görə sığortalanmış xxxxxx və içindəki əmlaka dəyən həqiqi zərərlər ;
2. Qarın ağırlığından damın uçması və ya çökməsinə görə qar, yağış və dolunun binanın içindəki sığortalanmış xxxxxxx vurduqları zərərlər.
Sığorta təminatına daxil edilməyən zərərlər:
1. Qarın ağırlığına görə damda heç bir xəsarət baş vermədən qarın, dolunun, yağışın və ya əriyən qarın binanın içərisinə keçməsinə (sızmasına) görə dəyən zərərlər;
2. Bayırda qalmış xxxxxxx dəyən zərərlər:
Qar ağırlığı üzrə sığorta təminatı sığortalının “Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Əsas Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
SEL VƏ YA SU BASQINI ÜZRƏ ŞƏRTLƏRƏ
“Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortası Qaydalarının”nin müddəalarına əməl olunması şərtilə; Sığortalanmış əmlak ətrafındakı nohur, çay, dərə və kanalların daşması; dənizlərin (qabarma və çəkilmə istisna olmaqla) səviyyəsinin qalxması nəticəsində dəyən zərərlər sığorta təminatına daxil edilir.
SIĞORTA TƏMINATINA DAXIL OLMAYAN HALLAR:
1.Binanın daxilində və xaricindəki su borularının partlaması, su çənlərinin sıradan çıxması və ya daşması nəticəsində dəyən zərərlər;
2.Qızdırıcı radiatorların partlaması, daxili su, yağış novalçalarının daşmasına görə dəyən zərərlər. 3.Sel və ya su basması nəticəsində baş verən və yer sürüşməsinin səbəb olduğu zərərlər.
Sel və ya su basması üzrə sığorta təminatı, sığortalının “Əmlakın Yanğın və Digər Risklərdən Sığortası Əsas Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
YER SÜRÜŞMƏSİ ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğın və Digər Risklərdən Sığortası Əsas Qaydaları”nın müddəalarına əməl olunması şərtilə; 1.Sığortalanmış binanın tikildiyi ərazidə və ya ətrafında baş verən yer sürüşməsi və torpaq çökməsinə, eləcə də sel ya su basmasının səbəb olduğu yer sürüşməsi və ya torpaq çökməsinə görə dəyən zərərlər təminata daxil edilir.
2.Əlavə razılaşma yoxdursa, sığorta təminatına daxil edilməyən hallar:
Sığortalanmış binanın ətrafında aparılan qazıntı işləri nəticəsində baş verən yer sürüşməsi və torpaq çökməsinə görə dəyən zərərlər.
3.Sığorta təminatına daxil edilməyən hallar:
Zəlzələ və vulkan püskürməsi nəticəsində baş verən yer sürüşməsi və torpaq çökməsinə görə dəyən zərərlər. 4.Yer sürüşməsi üzrə sığortalının “Əmlakın Yanğın və Digər Risklərdən Sığortası Əsas Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
DAXİLİ SUYUN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğın və Digər Risklərdən Sığortası Əsas Qaydaları”nın müddəalarına əməl olunması şərti ilə;
1. Sığorta təminatına daxil xxxx zərərlər:
1.1. Sığortalanmış binanın içindəki su çənlərinin, su borularının, qızdırıcı sistemin kolonka, radiator və borularının, içməli su və ya kanalizasiya qurğularının partlaması, daşması, sızması, tutulması, sınması və donmasına görə dəyən zərər:
1.2. Yağış sularının, qar və buzların əriməsi nəticəsində yaranan suların binanın içinə axan sulara görə dəyən zərərlər;
1.3. Bağlanması unudulan su krantlarından axan sulara görə dəyən zərər;
1.4. Donmasına görə qurğular və qurğularla əlaqədar cihazlara dəyən zərər və təminatın əhatə dairəsinə daxil edilmiş zərərin meydana gətirən qurğunun təmir edilməsi məqsədi ilə divarın bir hissəsinin sökülməsi və ya yenidən düzəldilməsi ilə əlaqədar çəkilən xərclər;
1.5. Kanalizasiya və fosseptik su yollarından geriyə daşan çirkli sulara görə dəyən zərərlər;
1.6. Şəhər su şəbəkəsinin nasazlığına görə axan və ya xxxxx xxxxxxx vurduğu zərərlər.
Yuxarda göstərilən su qurğularına daim nəzarət edilməsi, vaxtı-vaxtında lazımı qaydada təmir edilməsi və qış fəslinin əvvəlində donmaya qarşı lazımi tədbirlərin görülməsi, habelə xxxx xxxx müddətə boş qalarsa, su qurğusuyla əlaqədar su kranlarının bağlanacağını və qurğulardakı suyun boşaldılacağını, sığortalı tərəfindən öz ohdəsinə götürməsi müqaviləyə əlavə şərt kimi qeyd olunur.
2. Sığorta təminatına daxil olmayan hallar:
2.1 Suyun donması nəticəsində baş verən hallar istisna olmaqla, qurğu və qurğuyla əlaqədar cihazların xarab olması, aşınması və köhnəlməsindən dəyən zərərlər;
2.2 Pəncərə boşluqlarından, dama qoyulmuş gözlüklərdən və ya açıq qoyulmuş yerlərdən içəri axan sulara görə dəyən zərərlər;
2.3 Qar və buzların təmizlənməsinə görə çəkilən xərclər.
Daxili suyun vurduğu zərərə görə sığorta təminatı sığortalının “Əmlakın Yanğın və Digər Risklərdən Sığortasının Əsas Şərtləri”ndə göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
AVTONƏQLİYYAT VASİTƏLƏRİ İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortası Əsas Qaydaları”nın müddəalarına əməl olunması şərtilə; Mühərrikli və mühərriksiz avtonıəqliyyat vasitələrinin sığortalanmış obyektləri vurmasına görə dəyən zərərlər sığorta təminatına daxil edilir. Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə məsuliyyət daşıdığı şəxslər tərəfindən idarə olunan avtomabillərin sığortalanmış əmlaka vurduğu
zərərlər sığorta təminatına daxil edilmir. Avtonəqliyyat vasitələri ilə vurulan zərərlər üzrə sığorta təminatı sığortalının “Əmlakın Yanğın və Digər Risklərdən Sığortası Əsas Şərtləri”ndə göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
HAVA NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğın və Digər Risklərdən Sığortası Əsas Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
Təyyarələrin və digər hava nəqliyyatı vasitələrinin toqquşması zamanı və ya onlardan bir hissəsinin və ya parçasının düşməsi nəticəsində sığortalanmış obyektlərə dəyən zərər sığorta təminatına daxil edilə bilər. Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavabdeh olduğu şəxslər tərəfindən idarə olunan hava nəqliyyat vasitələrinin sığortalanmış əmlaka vurduğu zərərlər sığorta təminatına daxil edilir. Hava nəqliyyatı ilə vurulan zərərə görə sığorta təminatı, sığortalının “Əmlakın Yanğın və Digər Risklərdən Sığortasının Əsas Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
SU NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğın və Digər Risklərdən Sığortası Əsas Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
Mühərrikli və mühərriksiz su nəqliyyatı vasitələrinin sığortalı obyektlərə dəyməsinə görə dəyən zərərlər sığorta təminatına daxil edilir.
Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavabdeh olduğu şəxslər tərəfindən idarə olunan su nəqliyyat vasitələrinin sığortalanmış əmlaka vurduğu zərərlər sığorta təminatına daxil edilmir.
Su nəqliyyatı ilə vurulan zərərə görə sığorta təminatı sığortalının “Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortası Əsas Şərtləri”ndə göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
TÜSTÜNÜN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğın və Digər Risklərdən Sığortası Əsas Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
Xxxx və ya düdkeş vasitəsilə pəncərəyə birləşdirilən qızdırıcı və bişirmə cihazlarının adi, normal işləməməsi və xarab olması nəticəsində çıxan tüstünün sığortalanmış əşyalara vurduğu zərərlər sığorta təminatına daxil edilir. Soba və buxarılardan çıxan tüstülərə görə zərər, habelə tüstünün, binanın qıraq hissələrindən və ətrafında xxxx obyektlərə vurduğu zərərlər sığota təminatına daxil edilmir.
Tüstünün vurduğu zərərə görə sığorta təminatı sığorta etdirənin “Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortası Əsas Şərtləri”ndə göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
YANĞIN VƏ PARTLAYIŞ ÜZRƏ MƏSULİYYƏT TƏMİNATI
Bu şərtlərdə göstərilən əlavə təminatlar həm birlikdə, həm də ayrı-ayrılıqda verilə bilər.
“Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortası Əsas Şərtləri”nin müddəalarına əməl olunması şərtilə;
1. İcarəyə götürənin mülkiyyət sahibi qarşısında məsuliyyəti.
Bu sığorta ilə icarəyə götürənin icarəyə verilə bilinməyəcək vəziyyətə salmasına görə dəyən zərərlərə təminat verilir.
İcarəyə götürüləcək əmlaka vurulacaq zərərə görə icarəyə götürənin mülkiyyət sahibi qarşısındakı məsuliyyəti sığortası üzrə veriləcək ödəniş hesablandığı zaman binanın, inşaat tarixindən etibarən köhnəlmə və aşınma nisbəti çıxmaqla, hadisə baş verdiyi tarixə xxxx yerli bazar qiymətləri ilə yenidən tikilmə xaricləri əsas götürülür. Binanın yenidən tikilməsinə ehtiyac olmazsa, ödəniş məbləği binanın hadisə tarixindən bir gün əvvəlki alış-satış qiymətində torpaq sahəsinin dəyəri çıxılmaqla hesablanan məbləğdən artıq ola bilməz.
İcarə və ya icarədən mənfəət götürmə imkanının qeyri-mümkünlüyünə görə icarəyə götürənin mülkiyyət sahibi qarşısında məsuliyyəti sığortası üzrə veriləcək ödəniş hesablandığı zaman, bir ildən xxx olmaması şərtilə, hadisə baş verdiyi tarixdə icarəyə verilmiş xxxx məbləğ əsas götürülür;
2. Mülkiyyət sahibinin icarəyə gütürən qarşısında məsuliyyəti.
Mülkiyyət sahibinin icarəyə gütürən qarşısında məsuliyyəti icarəyə götürülən binayla əlaqədar hüquqi məsuliyyəti əhatə edir və əmlakın “Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtləri”nə əsasən hesablanan dəyərə əsasən götürülür;
3. Mülkiyyət sahibini və ya icarəyə götürənin qonşuluq məsuliyyəti.
Mülkiyyət sahibini və ya icarəyə götürənin qonşuluq məsuliyyəti yanğın və ya partlayışın sirayət etməsi nəticəsində qonşu bina və ya xxxxxxx dəyəcək zərərləri əhatə edir.
Yanğın vəya partlayışın sirayət etməsi nəticəsində qonşulara vurduqları zərərlərə görə mülkiyyət sahibi və ya icarəyə götürənin qonşulara vurduqları zərər və onun aradan qaldırılması ilə əlaqədar veriləcək ödənişin məbləği hesablandığı xxxxx xxxx və içindəki əmlakın “Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtləri”nə əsasən hesablanan dəyərinə əsasən götürülür.