PEŞƏ MƏSULİYYƏTİNİN SIĞORTASI QAYDALARI
PEŞƏ MƏSULİYYƏTİNİN SIĞORTASI QAYDALARI
Bakı 2022
1. ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.
2. ANLAYIŞLAR
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi
Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxsdir.
Sığorta müqaviləsi - Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır;
Sığorta obyekti – Sığortalının, yaxud Sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir;
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir;
Sığorta haqqı - risklərin qəbul edilməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir;
Sığortanın müddəti - sığorta müqaviləsinin qüvvədə olduğu müddət. Sığorta müqaviləsində başqa cür hal nəzərdə tutulmamışdırsa sığorta təminatı sığorta müqaviləsində qeyd olunmuş müddəti əhatə edir;
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir;
Sığоrtа ərаzisi – sığorta müqaviləsinin qüvvədə olduğu ərazi;
Bədən xəsarəti – Bədən хəsarəti dеdikdə, psiхi zədələnmə, psiхi sarsıntı və şok da daхil olmaqla, ölüm, хəsarət, хəstəlik və ya bu cür хəsarət və ya хəstəlik nəticəsində ölüm və ya хəstəlik başa düşülür;
Əmlaka dəyən zərər – rеal əmlaka dəyən, itki və ya ziyandır.
3. SIĞORTA SİNFİ
3.1. Bu Qaydalarla müəyyən olunan sığorta növü əmlak sığortasına aid xxxx xxxxx məsuliyyətin sığortası üzrə peşə məsuliyyətinin sığortası sinfinə aiddir.
4. SIĞORTA PREDMETİ VƏ SIĞORTA OBYEKTİ
4.1. Bu Qaydalara əsasən peşə fəaliyyəti ilə bağlı Sığortalının işçilərinin səhlənkarlığı, səhvi və ya peşəkar davranışında qüsurlar nəticəsində birbaşa əmələ gələn hər hansı bir zərər və ya zərərlərə görə sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində ilkin olaraq Sığortalıya qarşı irəli sürülən və Sığortaçıya bildirilən iddialar üzrə qanunvericiliyə müvafiq olaraq ödəməsi tələb olunan məbləğlər üçün yarana biləcək Sığortalının hüquqi məsuliyyəti sığorta predmeti sayılır.
4.2. Bu Qaydalara əsasən sığorta obyekti peşə fəaliyyətinin həyata keçirilməsi zamanı üçüncü şəxslərin əmlak maraqlarına zərər vurulması nəticəsində, barələrində sığorta müqaviləsi bağlanmış şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeləridir.
5. SIĞORTA HADİSƏSİ
5.1. Sığorta hadisəsi sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
5.2.Sığortaçı, Sığortalıya onun hüquqi məsuliyyət daşıdığı, üçüncü şəxslərə dəymiş zərərlərin əvəzini ödəmək üçün (iddiaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür o halda ki, yaranan hüquqi məsuliyyət aşağıdakı tələblərə cavab vermiş olsun:
- Təminata daxil edilən zərərlər üçün olmalıdır (iddiaçının xərcləri və Sığortalının qəbul edilmiş müdafiə xərcləri və məsrəfləri də daxil olmaqla);
- Sığorta müddəti ərzində ilkin olaraq, Sığortalıya qarşı qaldırılmalıdır;
- Sığortalının xidmətçiləri və ya işçilərinin səhlənkar əməli, səhvi və ya qüsuru nəticəsində yaranan maliyyə xərcləri üçün ortaya çıxmalıdır;
- Şəhadətnamədə göstərilən qaydada Sığortalı tərəfindən xidmətlərin göstərilməsinin gedişində yaranmalıdır.
5.2.1 Hazırkı Qaydalar çərçivəsində müdafiə xərcləri, Sığortaçı ilə razılaşdırılmış aşağıdakı xərclərdən ibarətdir:
- hüquqi xidmət göstərilməsi, məhkəmədə işlərin aparılması, vəkilin və ya digər səlahiyyətli nümayəndənin xidmətlərinin ödənilməsi, ekspertlərin xidmətlərinin ödənilməsi.
6. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR VƏ (VƏ YA) SIĞORTA TƏMİNATINA MƏHDUDİYYƏTLƏR
6.1. Bu Qaydalara əsasən, aşağıdakılara görə baş vermiş sığorta hadisələri münasibətində sığorta ödənişi həyata keçirilmir:
6.1.1. Müharibə, təcavüz, düşmən ölkələrinin əməlləri, düşmən aktları (müharibənin elan olunub olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, terrorçuluq, sabotaj, üsyan, tətil qiyam, inqilab, hərbi və ya qəsbkar hakimiyyətin əməlləri, əmlaka həbs qoyulması və ya müsadirənin bilavasitə və ya dolayı nəticəsində yaranan məsuliyyət;
6.1.2. Sığortalının (onun işçilərinin) qərəzli hərəkətləri nəticəsində yaranan məsuliyyət;
6.1.3. Nüvə partlayışının, şüalanmanın və ya digər radioaktiv çirklənmənin təsiri;
6.1.4. Dövlət orqanlarının sərəncamına əsasən, götürülmə, müsadirə, rekvizisiya, əmlakın həbsi və ya məhv edilməsi;
6.1.5. Sığortalının, onun işçilərinin, üçüncü şəxslərin (faydalanan şəxslərin) qərəzli hərəkətləri (o cümlədən, peşə fəaliyyətinə dair hər hansı qərarların, standartların, təlimatların, idarəyə (müəssisəyə) və istehsala aid normativ aktların qərəzli pozulması), məsuliyyəti sığortalanmış şəxsin üçüncü şəxslə
əlbir olması;
6.1.6. Peşə fəaliyyətinin alkoqol, narkotik və ya toksik sərxoşluq xxxxxxx xxxx şəxs tərəfindən həyata keçirilməsi.
6.1.7. Sığortalının müvafiq lisenziya (xüsusi razılıq) almadan və ya belə razılığın müddətinin bitməsindən sonra, yaxud bu razılığın fəaliyyətinin dayandırıldığı halda həyata keçirdiyi peşə fəaliyyəti zamanı zərər vurulması, bu şərtlə ki, Sığortalının fəaliyyət göstərdiyi ölkə qanunvericiliyinə əsasən belə lisenziyanın (xüsusi razılığın) alınması məcburi olsun;
6.1.8. Peşə fəaliyyətinin üçüncü şəxslə yazılı müqavilə olmadan həyata keçirilməsi (bu şərtlə ki, yazılı müqavilənin bağlanması məcburi şərt olsun), həmçinin belə müqavilə Azərbaycan Respublikasının və ya müqaviləyə tətbiq olunan ölkənin qanunvericiliyinə müvafiq olaraq etibarsız hesab olunmuş olsun;
6.1.9. Peşə fəaliyyətinin həyata keçirilməsi zamanı zərər vurulması faktını sığorta müqaviləsi bağlananadək Sığortalı bilsin və ya bilməli olsun;
6.1.10. Üçüncü şəxs tərəfindən Sığortalıya verilmiş sənədlərin itirilməsi, əgər konkret peşə fəaliyyətinin sığortalanmasına dair Əlavə şərtlərdə və / və ya sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa;
6.1.11. Mənəvi zərərin ödənilməsi ilə bağlı irəli sürülmüş iddialar;
6.1.12. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığortalının icarəyə, kirayəyə, lizinqə, girova yaxud saxlamaya götürdüyü əşyaların zədələnməsi, məhv olması və ya yararsız hala düşməsi;
6.1.13. Asbest tozunun, asbestin, dietilostrolun, dioksinin, sidik formaldeqidin (urea formaldehyde) təsiri;
6.1.14. Əldən çıxmış faydaya görə zərərlər;
6.1.15. İşgüzar nüfuza vurulmuş zərər, müəlliflik hüququnun pozulması ilə əlaqədar dəyən zərərlər, əmtəə nişanına xxxx hüquqlar və malların, işlərin, xidmətlərin fərdiləşdirilməsi vasitələrinə aid xxxx digər şəxsi hüquqlar;
6.1.16. Sığortalının müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində yaranmış dəbbə, cərimə və penyaya görə zərərlər;
6.1.17. Sığortalının müflis (iflas) və ödəniş qabiliyyətli olmaması nəticəsində üçüncü şəxslərə qarşı yaranan məsuliyyət;
6.1.18. Görülmüş işlərin, göstərilmiş xidmətlərin ödənilməsi üçün alınmış pul vəsaitlərinin xxxx qaytarılması, keyfiyyətsiz iş (xidmət) görülməsi ilə əlaqədar analoji işin (xidmətin) görülməsi və ya görülmüş işlərin (xidmətlərin) qüsurlarının aradan qaldırılması ilə bağlı Sığortalının zərərləri.
7. SIĞORTA MƏBLƏĞİ VƏ ONUN MÜƏYYƏN EDİLMƏ QAYDASI
7.1. Sığorta məbləği Sığortaçı ilə Sığortalı arasında razılaşdırılaraq müəyyənləşdirilir və sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
8. SIĞORTA HAQQI VƏ SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ QAYDASI
8.1. Sığorta müqaviləsi üzrə sığorta haqqı Sığortaçı tərəfindən tarif dərəcələrinə əsasən hesablanır.
8.2. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
8.3. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
8.4. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 8.5-ci maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
8.5. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
9. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI, ONA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ QAYDASI
9.1. Sığorta müqaviləsi yazılı formada bağlanılır və tərəflərin imzası, hüquqi şəxs olduqda imza və möhürlə təsdiqlənir.
9.2. Sığortaçının tələb etdiyi halda sığorta müqaviləsinin bağlanması üçün Sığortalı müvafiq ərizə formasını doldurur.
9.3. Sığorta müqaviləsinin qüvvəyə minmə və sona çatma anı sığorta şəhadətnaməsi ilə müəyyən edilir.
9.4. Sığortaçı Sığortalıdan sığorta hadisəsinin baş verməsi ehtimalının müəyyən edilməsi məqsədilə əlavə sənədlərin təqdim olunmasını tələb etmək hüququna malikdir.
9.5. Sığorta müqaviləsi yazılı olaraq aşağıda qeyd olunan formada bağlanılır:
9.5.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi 1(bir) illik bağlanılır.
9.5.2. Sığorta müqaviləsi imzalanarkən sığortalının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq, sığortalı və sığortaçı bu müqavilənin müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən
əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
9.5.3. Sığorta müqaviləsinə edilən bütün dəyişiklik və əlavələr mütləq yazılı şəkildə edilir və tərəflərin imzası, hüquqi şəxs olduqda imza və möhürlə təsdiqlənir.
9.6. Sığorta müqaviləsinə xitam verilməsi qaydası və onun nəticələri:
9.6.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
9.6.1.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
9.6.1.2. Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
9.6.1.2.1. Sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir.
9.6.1.3.Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
9.6.1.4. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
9.6.1.5. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
9.6.1.6. Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
9.6.1.7. Sığorta marağı artıq mövcud olmadıqda;
9.6.1.8. Sığortalı və ya Sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
9.6.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
9.6.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış
müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
9.6.4. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
9.6.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 9.6.2-ci və 9.6.3-cü bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.6.6. Bu Qaydaların 9.6.1-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
9.6.7. Sığorta müqaviləsinə bu Qaydaların 9.6.1.8 bəndinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 (otuz)gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 (altmış) gün, 3 (üç) aydan az müddətə bağlanmış olduqda isə 5 (beş) iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
10.TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
10.1 Sığortalı aşağıdakı hüquqlara malikdir:
10.1.1. Sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
10.1.2. Sığorta müqaviləsi bağlanarkən bu Qaydalarla xxxxx olmaq;
10.1.3. Sığorta müqaviləsi üzrə istənilən açıqlamanı sığortaçıdan sorğu etmək;
10.1.4. Sığortaçının razılığı ilə sığorta məbləğinin və ayrı-ayrı sığorta riskləri üzrə sığorta məbləğlərinin ölçüsünə, sığorta müddətinə, sığorta haqlarının ölçüsünə dair sığorta müqaviləsinin şərtlərini dəyişdirmək. Belə dəyişikliklər sığorta müqaviləsinə əlavə sazişlə rəsmiləşdirilməlidir;
10.1.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
10.1.6. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.
10.2. Sığortalının vəzifələri aşağıdakılardır:
10.2.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və / və ya Sığortaçının birbaşa sorğu etdiyi, Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə məlumatları Sığortaçıya vermək;
10.2.2. Sığorta müqaviləsində müəyyən edilmiş məbləğdə və müddətlərdə sığorta haqqını ödəmək;
10.2.3. Sığortalı bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə Sığortaçıya və ya Sığortaçının adından çıxış edən Sığorta vasitəçisinə məlumat vermək;
10.2.4. Sığorta hadisəsinin baş vermə ehtimalının və sığorta hadisəsi hesab edilə bilən hadisələrin səbəb olduğu zərərin həcminin azaldılması məqsədi ilə özündən xxxxx xxxx bütün ağlabatan və zəruri tədbirləri görmək;
10.2.5. Sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən, zərərin qiymətləndirilməsi və (və ya) sığorta
ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) vermək;
10.2.6. Sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına və/və ya zərərin qiymətləndirilməsinə imkanı yaratmaq və maneçilik törətməmək;
10.2.7. Sığortaçının ona rəsmi bildirilmiş bütün qanunvericiliyə zidd olmayan təlimatlarına əməl etmək;
10.2.8. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;
10.3 Sığortaçı aşağıdakı hüquqlara malikdir:
10.3.1. Sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum xxxx və / və ya etdiyi, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortalıya sorğu vermək;
10.3.2. sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırması, və /və ya zərərin qiymətləndirilməsi üçün müstəqil eksperti, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsi təyin etmək. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər;
10.3.3. sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan tələb etmək;
10.3.4. Sığorta ödənişinin ödənilməsi zamanı sığorta ödənişi məbləğindən sığortalının sığortaçıya ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq;
10.3.5. Sığortalı tərəfindən bağlanan müqavilə şərtlərinə əməl edilməsini yoxlamaq;
10.3.6. Sığortaçı sığorta hadisəsi ilə bağlı həm onun, həm də Sığortalının maraqlarının müdafiəsi üçün öz vəkilini və ya digər səlahiyyətli şəxsin təyin olunmasını zəruri hesab etdikdə - bu cür maraqların müdafiəsi üçün Sığortaçının göstərdiyi şəxslərə etibarnamə və ya digər zəruri sənədləri vermək. Sığorta hadisəsi ilə bağlı məhkəmədə Sığortalının maraqlarını təmsil etmək və ya digər şəkildə Sığortalının hüquqi müdafiəsini həyata keçirmək Sığortaçının öhdəliyi deyil, hüququdur. Sığortaçı məhkəmədə Sığortalının maraqlarını təmsil etməkdən imtina etdikdə, o, bu cür proseslərdə Sığortalının maraqlarını müdafiə edən vəkillərin xidmətlərinin ödənilməsi üzrə faktiki xərcləri Sığortalıya ödəməlidir. Bu cür xərclər sığorta müqaviləsinin müəyyən etdiyi məsuliyyət həddində ödənilir;
10.3.7. Sığorta tənzimlənməsi zamanı əlavə ekspertizanın təyin edilməsi;
10.3.8. Sığorta riski həddində xxxxx baş verdikdə ona mütənasib sürətdə sığorta haqqının artırılmasını, ona xitam verilməsini və ya müqavilə şərtlərinin dəyişdirilməsini Azərbaycan Respublikasının qanuvericiliyinə müvafiq qaydada tələb etmək. Bu halda tələb olunan dəyişiklik müqaviləyə əlavə tərtib olunmaqla tərəflərin qarşılıqlı razılığı əsasında imzalanması yolu ilə həyata keçiriməlidir.
10.3.9. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.
10.4 Sığortaçının vəzifələri aşağıdakılardır:
10.4.1. Sığortalını sığorta müqaviləsinin əsaslandığı bu Qaydalarla xxxxx etmək;
10.4.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və / və ya səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək;
10.4.3. Sığorta hadisəsi baş verdikdə Qaydaların 12.17.1-ci bəndində nəzərdə tutulan bütün sənədlərin əldə olunmasından sonra 7(yeddi) iş günündən gec olmayan müddət ərzində sığorta ödənişini ödəmək;
10.4.4. Sığorta müqaviləsi ilə əlaqədar xxxx məlumatları sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta sirri kimi saxlamaq;
10.4.5. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
11. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
11.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
11.2. Zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
12. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI
12.1. Sığorta ödənişi sığorta məbləği çərçivəsində ödənilir.
12.2. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta ödənişi məbləğinə aşağıdakılar daxildir:
12.2.1. Xxxxxx pozulmuş üçüncü şəxsin hüquqlarının bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, üçüncü şəxslərin əmlaklarının itirilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərər (real zərər);
12.2.2. Üçüncü şəxslərin həyatına və sağlamlığına vurulmuş zərər;
12.2.3. Sığorta hadisəsi nəticəsində vurulmuş zərərin azaldılması üçün çəkilmiş zəruri və məqsədyönlü xərclər, əgər belə xərclər zəruri olmuşsa və Sığortaçının göstərişlərinin həyata keçirilməsi üçün çəkilmişsə;
12.2.4. Sığorta hadisəsinin hallarının və səbəblərinin ilkin aydınlaşdırılması məqsədilə Sığortaçının yazılı razılığı ilə Sığortalı tərəfindən çəkilmiş zəruri və məqsədyönlü xərclər;
12.2.5. Məhkəmə orqanlarında işlərin aparılması zamanı Sığortalının müdafiəsi üçün çəkilmiş xərclər, o cümlədən, Sığortalıya qarşı qaldırılmış əmlak iddiaları nəticəsində Sığortalının çəkdiyi ekspert və vəkil xidməti xərcləri. Göstərilən xərclər yalnız risklərin hazırkı Qaydaların 5.2. bəndinə müvafiq olaraq sığortalandığı hallarda kompensasiya edilir, hətta o halda ki, irəli sürülmüş əmlak pretenziyasına uyğun olaraq Sığortalının vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi yaranmasın.
12.6. Sığorta ödənişinin hesablanması aşağıdakı qaydada həyata keçirilir:
12.6.1 Sığorta şəhadətnaməsində azadolma nəzərdə tutulduqda – zərərin həcmi azadolmanın miqdarı çıxılmaqla müəyyən edilir;
12.6.1. Hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
12.7. Sığorta ödənişinin verilməsi:
12.7.1. Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərdən sonuncusunun təqdim edildiyindən sonra 7 (yeddi) iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya xxxxxxxxxx şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi;
• sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
• Zərər məbləğinin həcminin qiymətləndirlilməsinə dair sənəd və/və ya əmlaka dəyən zərərin əvəzinin ödənilməsi halında əmlakın bərpası və ya eyni vəziyyətdə xxxx əmlakla əvəz edilməsi (əvəzlənmə mümkün olmadıqda yenisinin alınması) üçün xərclərin dəyərini təsdiq edən sənədlər.
12.7.2. Sığorta hadisəsinin baş verməsinə, zərərçəkənin sığorta ödənişi almaq hüququna və Sığortalının (məsuliyyət riski sığortalanmış şəxsin) onu ödəmək öhdəliyinə, sığorta hadisəsi ilə dəymiş zərər və onun həcmi arasında səbəb-nəticə əlaqəsinin olmasına dair mübahisə olmadıqda, irəli sürülmüş tələblər 12.7.1-ci maddənin tələbi nəzərə alınmaqla təmin olunur və sığorta ödənişi məhkəmədən kənar qaydada verilir;
12.7.3. Bu qaydaların 12.7.2-ci maddəsində qeyd olunmuş mübahisə olmadığı təqdirdə 12.7.1-ci maddənin tələbləri nəzərə alınmaq şərtilə sığorta müqaviləsi üzrə Sığortaçının məsuliyyət həddinə daxil edilən sığorta hadisəsinin baş verməsi ilə bağlı ödənilməli məbləğləri ehtiva edən məhkəmə orqanının qərarı da tələb olunur.
12.8. Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini bu Qaydaların 12.7.1-ci bəndinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının və ya onun nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
12.9. Sığortaçı sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydalarında nəzərdə tutulmuş bütün sənədlərin təqdim olunduqdan sonra 7(yeddi) iş günündən gec olmayan müddət ərzində sığorta ödənişini ödəyir və ya sığorta ödənişindən imtina edilməsi barədə əsaslandırılmış məktubu sığortalıya və faydalanan şəxsə göndərir. Sığortaçının sığorta ödənişini həyata keçirilməsi tarixi onun müvafiq ödəniş tapşırığındakı bank qeydinin tarixi sayılır. Sığortaçının sığorta ödənişini verməkdən imtina edilməsi tarixi poçt xidmətinin imtina məktubunun qəbul etdiyi tarix sayılır. İmtina məktubu sığortalının və faydalanan şəxsin sığorta müqaviləsində göstərilmiş ünvanlarına göndərilir.
12.10. Əgər üçüncü şəxslərə vurulmuş zərərin əvəzi yalnız Xxxxxxxxx tərəfindən deyil, həm də onun vurulmasına məsuliyyət daşıyan digər şəxslər tərəfindən ödənilməlidirsə, Sığortaçı yalnız ödənilməli xxxx ümumi məbləğlə zərər vurulmasına məsuliyyət daşıyan digər şəxslərdən tutulmalı xxxx məbləğ arasındakı fərqi ödəyir. Sığortalı belə şəxslər və onlardan tutulmalı xxxx məbləğlər haqqında Sığortaçıya məlumat verməlidir.
13. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSINDƏN İMTİNA ƏSASLARI
13.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
13.1.1. Bu Qaydaların 11.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
13.1.2. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
13.1.3. Sığorta müqaviləsi ilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
13.1.4 Məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən və ya ona hər-hansı dəyişiklik və ya əlavə edilərkən Sığortaçıya məlum olduğu və ya Sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadığı halları istisna olmaqla, sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və / və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
13.1.5. Baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
13.1.6. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 8.4-cü maddəsində nəzərdə tutulmuş halda isə Sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
13.1.7. Baş vermiş sığorta hadisəsi bu Qaydaların 6.1 bəndində qeyd olunan istisna siyahısına düşdükdə;
13.1.8. Sığorta Qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
14. VALYUTA BARƏSİNDƏ QEYD-ŞƏRT
14.1. Sığorta məbləği, azadolma məbləği, sığorta haqqı və sığorta ödənişləri xarici valyuta ilə göstərildiyi halda da ödənişlər milli valyuta - Azərbaycan manatı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə xxxx rəsmi məzənnəsi ilə, yaxud faydalanan şəxs xarici rezident olduğu təqdirdə təqdim edilmiş bank rekvizitləri xarici bank hesabına məxsus olarsa Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər hansı xarici valyuta ilə həyata keçirilməlidir.
14.2. Sığorta ödənişinin hesablanması üçün əsas xxxx sənədlərdəki göstəricilər sığorta müqaviləsinin valyutasından fərqli olaraq Azərbaycan manatı və ya digər valyuta ilə ifadə olunduğu halda, müqavilənin valyutasına çevirmə, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq sənədin tərtib olunduğu günə müəyyən etdiyi rəsmi məzənnə əsasında aparılır.
15. SIĞORTANIN ƏRAZİSİ
15.1. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
16. AZADOLMA MƏBLƏĞİ
16.1. Sığorta müqaviləsi ilə şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər;
16.2. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır;
16.3. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
17. XÜSUSİ ŞƏRTLƏR
17.1. Tərəflərin qarşılıqlı razılığına əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Qaydalara zidd olmaması şərtilə, sığorta müqaviləsində əlavə şərtlər nəzərdə tutula bilər.
18. SUBROQASİYA
18.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
18.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
18.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
19. SIĞORTA MÜQAVİLƏSININ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏMƏSİNƏ VƏ YA LAZIMİ QAYDADA YERİNƏ YETİRİLMƏMƏSİNƏ GÖRƏ TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
19.1. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir-birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
20. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
20.1. Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) Müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları dəyişdiyi halda onlar bir-birinə bu barədə əvvəlcədən məlumat göndərməlidir. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvanının dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
21. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
21.1. Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, fikir ayrılıqları və mübahisələr barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına və(və ya) Azərbaycan Respublikasının məhkəmələrinə müraciət oluna bilər.