AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI
№20/4
Bakı şəhəri 16 may 2024-cü il
“Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın
təsdiq edilməsi barədə
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
QƏRARA ALIR:
1. “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası” (bundan sonra – Qayda) təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qayda bu Qərarın qüvvəyə mindiyi tarixdən əvvəl bağlanmış, xxxxx bu Qərarın qüvvəyə mindiyi tarixdən sonra yenilənmiş sığorta müqavilələrinə də tətbiq edilir.
3. Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Mərkəzi Bankın sədri Xxxxx Xxxxxxx
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Mərkəzi Bankı
Qərar №20/4
16 may 2024-cü il
Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra
– Qanun) 16.5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 915-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığortası üzrə fiziki şəxslərə təqdim edilən sığorta növünün qayda və şərtlərini müəyyən edir.
1.2. Sığorta müqaviləsindən irəli gələn və bu Qaydada nəzərdə tutulmayan xxxxxx Xxxxx Xxxxxxx ilə tənzimlənir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2 . 1 . 1 . sığortaçı – Qanuna əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
2.1.2. sığortalı – sığorta haqqı ödəyərək həyatını ölüm halından, yaxud əmək qabiliyyətini itirilməsi hallarından sığorta etdirən, sığorta müqaviləsinin tərəfi xxxx xxxxxx müqaviləsi üzrə xxxx xxxx fiziki şəxs;
2 .1 .3 . sığorta olunan – həyatı ölüm halından, əmək qabiliyyəti itirilməsi hallarından sığortalanmış kredit müqaviləsi üzrə xxxx xxxx fiziki şəxs;
2.1.4. xxxxxxxxxx şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;
2.1.5. sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində həyatı və əmək qabiliyyətinin itirilməsi ilə bağlı razılaşdırılmış pul məbləğinin sığorta hadisəsinin baş verməsi əsasında bu Qaydaya uyğun ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
2 . 1 . 6 . sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya verilən sənəd;
2 . 1 . 7 . sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta
müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
2.1.8. sığorta tarifi – sığorta haqqının hesablanması üçün sığorta məbləğinə tətbiq edilən, faizlə ifadə olunan dərəcə;
2.1.9. sığorta haqqı – kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm, əmək qabiliyyətinin itirilməsi risklərinin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
2.1.10. sığorta riski – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı;
2.1.11. sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
2 . 1 . 12 . bədbəxt hadisə – sığortalının sağlamlığına zərər vuran – bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisə;
2.1.13. xəstəlik – həkim tərəfindən müəyyən edilmiş, səbəbi bədbəxt hadisə olmayan, insan orqanizminin fəaliyyətinin pozulması;
2.1.14. əmək qabiliyyətinin itirilməsi – sığortalının özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət və öz davranışına nəzarətetmə imkanlarına, habelə öyrənmə və əmək funksiyalarını normal icra etməsinə mane xxxx fiziki, psixi və ya hissiyyat pozuntuları;
2.1.15. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
2.1.16. kredit müqaviləsi – borcverənin pula mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalanın isə həmin pulu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürdüyü və bu Qayda əsasında sığorta müqaviləsinin bağlanmasını şərtləndirən razılaşma;
2.1.17. borcverən – kredit müqaviləsi üzrə borcverən, eyni zamanda sığorta müqaviləsi üzrə ona qaytarılmalı xxxx borcun miqdarına münasibətdə faydalanan şəxs qismində çıxış edən hüquqi şəxs;
2.1.18. borcalan – sığorta müqaviləsi üzrə həm sığortalı, həm də sığorta olunan qismində çıxış edən, eyni zamanda kredit müqaviləsi üzrə xxxx xxxx fiziki şəxs;
2.1.19. qalıq borc məbləği – kredit müqaviləsi üzrə borcalanın sığorta hadisəsinin baş verdiyi tarixdən sonra ödəniş qrafikinə uyğun olaraq ödəməli olduğu məbləğ. Bu məbləğə sığorta hadisəsinin baş verdiyi tarixədək ödənilməmiş əsas borc qalığı və faiz məbləği, habelə gecikdirilmə faizləri, dəbbə pulu və digər haqlar daxil edilmir;
2.1.20. istehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit. Bu Qaydanın məqsədləri üçün Mülki Məcəllənin 746.2-ci maddəsində nəzərdə tutulmuş kreditlər, habelə avtomobil nəqliyyatı vasitəsinin əldə edilməsi məqsədi ilə fiziki şəxslərə verilən və təminat predmeti həmin avtomobil nəqliyyatı vasitəsi xxxx kreditlər, həmçinin təhsil tələbə krediti istehlak kreditinə aid edilmir.
2.2. Bu Qaydanın məqsədləri üçün sığortalı anlayışı sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta olunanı da əhatə edir.
2.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə müəyyən edilmiş mənaları ifadə edir.
3. Sığortanın sinifləri
3.1. Bu Qaydaya əsasən təqdim olunan sığorta təminatı şəxsi sığortaya aid xxxx aşağıdakı sığorta siniflərinə aid edilir:
3.1.1. həyatın ölüm halından sığorta;
3.1.2. əmək qabiliyyətinin itirilməsi hallarından sığorta.
4. Sığorta obyekti
Bu Qaydaya görə sığorta obyekti sığortalının həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləridir.
5. Sığorta predmeti
5.1. Bu Qaydaya görə sığorta predmeti kredit müqavilələri üzrə borcalan fiziki şəxslərdir.
5.2. Sığorta müqaviləsində sığorta təminatı verildiyi hallar istisna olmaqla, aşağıdakı kateqoriyalara aid şəxslər bu Qaydaya görə sığorta predmeti hesab edilmir:
5.2.1. 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar;
5.2.2. narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda xxxx şəxslər;
5.2.3. Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS xxxx xəstələr, İİÇV daşıyıcıları xxxx xəstələr.
6. Sığorta riskləri və sığorta hadisəsi
6.1. Sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı
verir:
6.1.1. sığortalının ölməsi;
6.1.2. sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının pozulması ilə əlaqədar əlilliyinin müəyyən olunması.
6.2. Bu Qaydanın 6.3-6.6-cı bəndlərində göstərilənlər nəzərə alınmaqla, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi sığorta hadisəsi hesab olunur.
6.3. Aşağıdakılar nəticəsində baş verən hadisələrə sığorta müqaviləsində təminat verildiyi hallar istisna olmaqla, onlar sığorta hadisəsi hesab edilmir:
6.3.1. hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər, vətəndaş qarşıdurmaları, hərbi çevrilişlər və xalq iğtişaşları hesab edilən tədbirlər;
6.3.2. nüvə, bakterioloji (bioloji) və kimyəvi vasitələrdən (silahlardan) istifadə etməklə həyata keçirilən terror aktları;
6.3.3. sığortalının alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;
6.3.4. nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin təsiri;
6.3.5. sığortalının özünün idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşütün) qəzaya uğraması;
6.3.6. sığortalının qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə peşəkar şəkildə məşğul olması.
6.4. Bu Qaydanın 6.3-cü bəndində göstərilənlərlə yanaşı, sığortalının sığortalanma haqqında ərizəsində bəyan edilən, sığorta müqaviləsi, eləcə də sığorta şəhadətnaməsində buna əsasən aydın və oxunaqlı formada istisna edilən xəstəliklər nəticəsində baş vermiş hadisələr sığorta hadisəsi hesab edilmir.
6.5. Bu Qaydanın 6.1.2-ci yarımbəndində göstərilən riskə münasibətdə aşağıda göstərilən hadisələr sığorta hadisəsi hesab edilmir:
6.5.1. sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsi bağlananadək əlilliyinin müəyyən olunması;
6.5.2. sığorta müqaviləsi bağlananadək sığortalının orqanizminin funksiyalarının pozulmasına səbəb xxxx bədbəxt hadisənin baş verməsi ilə əlaqədar sığorta müqaviləsi müddətində əlilliyinin müəyyən olunması;
6.5.3. xəstəlik səbəbindən sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsinin bağlanmasından öncə əlilliyinin müəyyən olunması üçün səlahiyyətli dövlət orqanına (qurumuna) ünvanlandığı müraciəti üzrə sığorta müqaviləsi bağlandıqdan sonra 6 (altı) ay ərzində əlilliyinin müəyyən olunması.
6.6. Bu Qaydanın 6.5-ci bəndində nəzərdə tutulmuş hadisələrin baş verməsinə münasibətdə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində yalnız sığortalının orqanizminin funksiyalarının pozulması faizinin artmasına görə fərqli faiz aralığı (31-60 faiz aralığı, 61-80 faiz aralığı və 81-100 faiz aralığı) üzrə əlilliyinın (mövcud olduğu təqdirdə) müəyyən olunması sığorta hadisəsi hesab olunur.
7. Sığorta müqaviləsinin bağlanması
7.1. Bu Qaydanın 7.3-cü bəndində qeyd olunan hal istisna olmaqla, sığorta müqaviləsi sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizə əsasında bağlanır.
7.2. Bu Qaydanın 7.1-ci bəndində nəzərdə tutulan ərizə forması sığortaçı tərəfindən müəyyən edilir. Ərizənin mətni aydın və oxunaqlı olmalı, ərizədə əks olunan suallar dəqiq və vahid məna ifadə edərək sual əsasında verilən düzgün və anlaşıqlı cavablarla sığorta riskini birbaşa qiymətləndirməyə imkan verəcək şəkildə tərtib olunur.
7.3. İstehlak krediti üzrə sığortalanma zamanı sığorta müqaviləsi sığortalanma haqqında ərizə olmadan da bağlanıla bilər.
7.4. Sığorta müqaviləsi kağız daşıyıcıda və ya elektron sənəd formasında olmaqla aşağıdakı formalarda bağlanır:
7.4.1. tərəflərin bu Qayda əsasında tərtib olunan sığorta müqaviləsinin qarşılıqlı imzalaması yolu ilə;
7.4.2. sığortalının bu Qayda ilə xxxxx olmasını və onun şərtləri ilə razılaşmasını yazılı qaydada təsdiq etməsi şərti ilə. Bu halda sığorta şəhadətnaməsinin və bu Qaydanın bir nüsxəsi sığortalıya verilir.
7.5. Sığorta müqaviləsinin bu Qaydanın 7.4.1-ci yarımbəndində nəzərdə tutulmuş qaydada bağlandığı halda da sığortaçı sığortalıya sığorta şəhadətnaməsi verməlidir.
7.6. Bu Qaydaya uyğun olaraq təqdim edilən sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
7.7. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş, sığorta müqaviləsinin bağlanması və sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tənzimlənmə qaydasını, sığorta təminatına daxil xxxx riskləri, sığorta hadisəsi hesab edilməyən hadisələri, sığorta təminatına dair məhdudiyyətləri, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu, sığorta ödənişinin verilməsi üçün tələb edilən sənədlərə və sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarına dair məlumatları, həmçinin özünün və nümayəndəsinin əlaqə məlumatlarını əks etdirən yaddaş vərəqinin elektron formada və ya kağız daşıyıcıda təqdim edilməsini təmin etməlidir.
7.8. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
7.9. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalının səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər.
8. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklərin edilməsi
8.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona sığortalının vəziyyətini pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır.
8.2. Sığortaçı Mülki Məcəllənin 912.1-ci maddəsinə uyğun olaraq, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb xxxx dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi, o cümlədən sığorta haqqının artırılması tələbi ilə çıxış edə bilər, bu şərtlə ki, sığorta müqaviləsinə dəyişikliklər barədə sığortalıdan razılığın alınması üçün azı 15 (on beş) günlük müddəti əhatə edən möhlətin verilməsini nəzərdə tutan rəsmi yazılı bildiriş sığortaçı tərəfindən sığortalıya təqdim edilmiş olsun.
8.3. Sığortalı bu Qaydanın 8.2-ci bəndində göstərilən tələblə razılaşmadıqda və ya həmin tələblə bağlı sığortaçıya cavab vermədikdə, sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər. Bu halda müqaviləyə xitam verilməsi ilə bağlı məsələlər bu Qaydanın 12-ci və 13-cü hissələrinə uyğun olaraq tənzimlənir.
9. Sığorta müddəti və sığorta ərazisi
9.1. Sığorta təminatının müddəti kreditin qalan müddətinə bərabər olmaqla sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta haqqının və ya onun ilk hissəsinin ödənildiyi andan başlayır.
9.2. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinin qüvvədə olduğu əraziyə məhdudiyyət qoyulmur.
10. Sığorta müqaviləsinin tərəflərinin hüquq və vəzifələri
10.1. Sığortalının hüquqları:
10.1.1. sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
10.1.2. sığorta şəhadətnaməsi itdikdə və ya məhv olduqda sığortaçıdan onun dublikatını almaq;
10.1.3. sığorta müqaviləsinin şərtləri və bu Qayda barədə sığortaçıdan izahatlar almaq;
10.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;
10.1.5. sığorta müqaviləsi və ya şəhadətnaməsi elektron sənəd formasında bağlandığı halda sığortaçıdan sığorta müqaviləsinə və (və ya) sığorta şəhadətnaməsinə, o cümlədən bu Qaydaya çıxış imkanının təmin edilməsini tələb etmək;
10.1.6. sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək və sığorta haqlarının bu Qaydaya uyğun olaraq qaytarılmasını tələb etmək;
10.1.7. qanunvericilikdə və bu Qaydada nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
10.2. Sığortalının vəzifələri:
10.2.1. sığorta müqaviləsi sığortalanma haqqında ərizə tərtib edilməklə bağlandığı halda həmin ərizədə qoyulan suallara doğru cavablar vermək;
10.2.2. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;
10.2.3. sığorta hadisəsinin baş verməsi barədə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına (qurumlarına) hər hansı vasitə ilə xəbər vermək. Bu vəzifə sığortalının nümayəndəsi və ya faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir;
10.2.4. sığortaçıya faydalanan şəxs barədə düzgün məlumat vermək;
10.2.5. sığorta müqaviləsi sığortalanma haqqında ərizə tərtib edilməklə bağlanarkən həmin ərizədə göstərilən və özünə məlum xxxx, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;
10.2.6. kredit müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməsi və bu səbəbdən kredit müqaviləsinə xitam verilməsi ilə əlaqədar sığortaçını məlumatlandırmaq;
10.2.7. qanunvericilikdə və bu Qaydada nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
10.3. Sığortaçının hüquqları:
10.3.1. sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
10.3.2. sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
10.3.3. qanunvericilikdə və bu Qaydada nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
10.4. Sığortaçının vəzifələri:
10.4.1. sığortalıya bu Qaydanı və sığorta şəhadətnaməsini vermək;
10.4.2. sığorta hadisəsi baş verdikdə bu Qaydanın 16-cı hissəsində nəzərdə tutulmuş sənədlərdən sonuncusunu aldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığorta ödənişini vermək, yaxud sığortalıya və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etmək;
10.4.3. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına (qurumlarına) belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;
10.4.4. sığorta hadisəsi barədə məlumat aldıqdan dərhal sonra bu Qaydanın 16.1.4-cü və 16.1.5-ci yarımbəndlərində göstərilən sənədlərin alınması üçün borcverənə yazılı sorğu göndərmək;
10.4.5. bu Qaydanın 15.1-ci bəndində göstərilən şəxslər tərəfindən sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta sirri, habelə fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmaqla sığorta müqaviləsinin mövcudluğunun elektron qaydada yoxlanılması imkanını təmin etmək;
10.4.6. qanunvericilikdə və bu Qaydada nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
11. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
11.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
11.1.1. sığortalı öldükdə;
11.1.2. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
11.1.3. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
11.1.4. bu Qaydanın 11.3-cü bəndində nəzərdə tutulmuş halda;
11.1.5. sığorta marağı artıq mövcud olmadıqda;
11.1.6. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
11.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
11.3. Kredit müqaviləsinə xitam verilməsi ilə əlaqədar sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış edildikdə, sığorta müqaviləsi dərhal xitam verilmiş hesab edilir. Bu halda müqaviləyə xitam verilməsi ilə bağlı məsələlər bu Qaydanın 12-ci və 13-cü hissələrinə uyğun olaraq tənzimlənir.
12. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
12.1. Bu Qaydanın 11.1-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda bu Qaydanın 12.2-ci və 12.3-cü bəndləri nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə yazılı və ya elektron qaydada xəbərdar etməlidir.
12.2. Sığorta vasitəçisinin iştirakı ilə bağlanılan sığorta müqaviləsi üzrə sığorta vasitəçisi bu Qaydanın 11.3-cü yarımbəndində qeyd edilmiş xxxxx xxxxx məlumatlı olduğu təqdirdə bu barədə sığortaçıya yazılı və ya elektron qaydada məlumat verməlidir.
12.3. Sığorta müqaviləsinə bu Qaydanın 11.1.6-cı yarımbəndinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 (otuz) gün əvvəl (sığorta müqaviləsi 5 (beş) ildən xxx müddətə bağlanmış olduqda 60 (altmış) gün,
3 (üç) aydan az müddətə bağlanmış olduqda isə 5 (beş) iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Belə bildiriş sığorta müqaviləsinin xitam tarixini özündə əks etdirməklə sığortalının və ya sığortaçının sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, sığorta müqaviləsi bildirişin çatmasının təsdiq olunması şərtilə, bildirişdə göstərilən tarixdən xitam edilmiş sayılır.
13. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
13.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı ödənilmiş sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
13.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, ödənilmiş sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır. Əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
13.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
13.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydanın 13.1-ci və 13.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
13.5. Sığorta müqaviləsi bu Qaydanın 11.2-ci bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında
xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydanın 13.3-cü və 13.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
13.6. Sığorta müqaviləsinə bu Qaydanın 11.1.1-ci yarımbəndində müəyyən edilmiş halda xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydanın 13.3-cü və 13.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının vərəsəsinə qaytarır.
13.7. Sığorta müqaviləsi üzrə sığortaçıya ödənilən sığorta haqlarının ən çoxu 30 (otuz) faiz hissəsi sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlar da daxil olmaqla işlərin aparılması xərclərinə sərf edilə bilər.
14. Sığorta haqqı və sığorta məbləği
14.1. Sığorta haqqının məbləği sığorta müqaviləsi ilə müəyyən edilir.
14.2. Sığorta müqaviləsində sığorta haqqının birdəfəlik və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
14.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydanın 14.4-cü bəndinin tələbi nəzərə alınmaqla yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.
14.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 (bir) aydan gec olmayaraq ödənilməlidir.
14.5. Elektron sənəd formasında xxxx sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının bu Qayda və sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmasını, həmin Qayda və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.
14.6. Sığorta məbləği sığorta müqaviləsinin bağlanması tarixinə kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq əsas borc qalığının 110 (yüz on) faizini aşmamalı və azı kredit müqaviləsi üzrə əsas borc qalığına bərabər olmalıdır. Sığorta müqaviləsi üzrə sığorta məbləği sığortaçı ilə sığortalının qarşılıqlı razılığı əsasında aşağıdakılardan biri üzrə müəyyənləşdirilir:
14.6.1. kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində;
14.6.2. kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində.
14.7. Sığortaçının sığorta haqqının hesablanması üçün tətbiq etdiyi sığorta tarifləri və onların iqtisadi əsaslandırılması (ölüm və əlillik cədvəlləri göstərilməklə) qəbul etdiyi sığorta risklərinə adekvat olmalı və sığortaçının maliyyə dayanıqlığına mənfi təsir göstərməməlidir.
15. Sığorta hadisəsi barədə məlumatlandırma
15.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya digər faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına (qurumlarına) hər hansı vasitə ilə xəbər verməlidir.
15.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya faydalanan şəxs həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına (qurumlarına) xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları (qurumları) bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
15.3. Bu Qaydanın 15.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları (qurumları) tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
16. Sığorta ödənişinin verilməsinin əsasları
16.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:
16.1.1. sığorta şəhadətnaməsi;
16.1.2. sığorta ödənişinin alınması barədə xxxxxxxxxx şəxsin (şəxslərin) sığorta tələbi;
16.1.3. öldüyü hal istisna olmaqla, sığortalının şəxsiyyətini təsdiq edən sənədinin surəti;
16.1.4. kredit müqaviləsinin borcverən tərəfindən təsdiqlənmiş surəti;
16.1.5. kredit müqaviləsi üzrə borcverənin təsdiqlədiyi ödəniş qrafikinin surəti və kredit müqaviləsi üzrə borcverənin təsdiqlədiyi qalıq borc məbləğinə dair arayış;
16.1.6. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanının (qurumunun) belə hadisələrin baş verməsi tarixini, faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədi;
16.1.7. sığortalı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə öldüyü halda:
16.1.7.1. ölüm haqqında şəhadətnamənin surəti;
16.1.7.2. xəstəlikdən öldüyü halda həmçinin xəstəlik tarixindən çıxarış (epikriz);
16.1.7.3. sığortalının vərəsələrinə sığorta ödənişinin verilməsi nəzərdə tutulduqda vərəsəlik haqqında şəhadətnamənin surəti;
16.1.8. sığortalının əmək qabiliyyətinin itirilməsi halında ona orqanizmin funksiyalarının pozulması faizinin təyin edilməsi haqqında tibbi-sosial ekspert komissiyasının rəyinin surəti.
16.2. İstehlak krediti üzrə sığortalanma haqqında ərizə doldurulmadan bağlanan sığorta müqaviləsi üzrə sığorta ödənişi həyata keçirilərkən bu Qaydanın 16.1.7.2-ci yarımbəndində
göstərilən sənəd tələb edilmir.
17. Sığorta ödənişinin verilməsi ilə bağlı tələblər
17.1. Sığorta müqaviləsində bu Qaydanın 14.6.1-ci yarımbəndinə uyğun olaraq sabit sığorta məbləğinin müəyyən edildiyi halda sığorta ödənişi bu Qaydanın 17.3-cü bəndi nəzərə alınmaqla aşağıdakı kimi həyata keçirilir:
17.1.1. sığortalı öldükdə sığorta məbləğinin 100 (bir yüz) xxxxx həcmində;
17.1.2. sığortalının əmək qabiliyyətini itirdiyi halında sığorta məbləğinin sığortalıya təyin olunan orqanizmin funksiyalarının pozulması xxxxx həcmində.
17.2. Sığorta müqaviləsində bu Qaydanın 14.6.2-ci yarımbəndinə uyğun olaraq azalan sığorta məbləğinin nəzərdə tutulduğu halda sığorta ödənişi aşağıdakı kimi həyata keçirilir:
17.2.1. sığortalı öldüyü halda qalıq borc məbləğində;
17.2.2. sığortalı əmək qabiliyyətini itirdiyi halda:
17.2.2.1. sığortalıya müddətsiz əlillik təyin olunduqda qalıq borc məbləğinin ona təyin olunan orqanizmin funksiyalarının pozulması xxxxx həcmində;
17.2.2.2. sığortalıya müddətli əlillik təyin olunduqda, kreditin ödəniş qrafikinə uyğun olaraq əlillik müddətində ödənilməli borc məbləğinin sığortalının orqanizminin funksiyalarının pozulması xxxxx həcmində. Bu halda, sığorta ödənişi kreditin ödəniş qrafikində müəyyən edilmiş dövriliklə ödənilir. Ümumi sığorta ödənişinin məbləği əlillik təyin olunan tarixdə mövcud xxxx qalıq borc məbləğinin sığortalıya təyin olunan orqanizmin funksiyalarının pozulması xxxxx ilə ifadə olunan məbləğini aşmamalıdır.
17.3. Sığortaçı bu Qaydanın 17.1-ci bəndində nəzərdə tutulmuş sığorta ödənişinin qalıq borc məbləğində hissəsini borcverənə verir. Sığorta ödənişi qalıq borc məbləğindən xxx olduqda qalan məbləğ müvafiq olaraq sığortalıya, borcverən istisna olmaqla, digər faydalanan şəxslərə və ya sığortalının vərəsələrinə ödənilir.
17.4. Bu Qaydanın 14.6-cı bəndinə əsasən sığorta məbləği kredit müqaviləsi üzrə əsas borc qalığı məbləğindən xxx olduqda, sığorta məbləğinin kredit müqaviləsi üzrə əsas borc qalığı məbləğindən artıq qalan hissəsi kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq sığorta hadisəsinin baş verməsindən əvvəlki son ödənişin edilməli olduğu tarixdən hadisə baş verən günədək hesablanan xxxxxx və sığorta hadisəsindən sonra gecikdirilmiş vaxt üçün hesablanmış gecikdirilmə faizlərinin, dəbbə pulunun və digər haqların ödənilməsi üçün istifadə olunur. Bu ödənişlərdən sonra qalan məbləğ borcverən istisna olmaqla, digər faydalanan şəxslərə və ya sığortalının vərəsələrinə ödənilir.
18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti
18.1. Bu Qaydanın 16.1-ci bəndində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
18.2. Sığortaçı sığorta ödənişini bu Qaydanın 18.1-ci bəndi ilə müəyyən olunmuş müddətdə həyata keçirmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 xxxxx həcmində dəbbə pulu ödəyir.
19. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
19.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
19.1.1. baş vermiş hadisənin bu Qaydanın 6.3-6.5-ci bəndlərinə əsasən sığorta hadisəsi hesab edilmədikdə;
19.1.2. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 (on beş) gün sonra, bu Qaydanın 14.2-ci bəndində nəzərdə tutulmuş halda isə sığortaçı müəyyən etdiyi müddətin başa çatmasından 3 (üç) gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
19.1.3. bu Qaydanın 19.2-ci və 19.3-cü bəndləri nəzərə alınmaqla, sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda;
19.1.4. Mülki Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalı hadisənin baş verməsinə yönələn qəsdən hərəkət və ya hərəkətsizlik etdikdə, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətdikdə.
19.2. Aşağıdakı hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz:
19.2.1. bu Qaydanın 19.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda;
19.2.2. sığorta müqaviləsi sığortalanma haqqında ərizə tərtib edilməklə bağlandığı halda həmin ərizədə tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduqda və ya ərizədə sığortalının verdiyi cavaba uyğun olaraq təminat verilmiş sığorta riski ilə hadisə arasında birbaşa səbəb əlaqəsi olmadıqda.
19.3. Sığorta müqaviləsi sığortalanma haqqında ərizə tələb edilməməklə bağlandığı halda,
sığortaçı bu Qaydanın 19.1-ci və 19.2-ci bəndləri nəzərə alınmaqla sığorta riskinin qiymətləndirilməsi ilə bağlı amilləri əsas gətirərək sığorta ödənişindən imtina edə bilməz.
20. Mübahisələrin həlli qaydası
20.1. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur.
20.2. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilir.
20.3. Sığorta müqaviləsi üzrə hüquqlarının sığortaçı tərəfindən pozulduğunu hesab edən sığortalı, faydalanan şəxs və ya sığortalının vərəsələri Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət ərizəsi ilə müraciət edə bilər.