MÜNDƏRİCAT
Kommersiya fəaliyyətinin dayanmasinin siğortasi
Qaydalari
MÜNDƏRİCAT
Anlayışlar
Maddə 1. Sığortaçı
Maddə 2. Sığortalı, Sığorta olunan
Maddə 3. Faydalanan şəxs
Maddə 4. Sığorta sinfi və sığorta obyekti Maddə 5. Sığorta hadisələri və sığorta riskləri Maddə 6. İstisnalar
Maddə 7. Sığorta təminatının müddəti
Maddə 8. Sığortanın ərazisi
Maddə 9. Sığorta məbləği və azadolma məbləği
Maddə 10. Sığorta haqqı
Maddə 11. Sığorta haqqının ödənilməsi Maddə 12. Sığorta haqqının qaytarılması Maddə 13. Sığorta müqaviləsinin bağlanması
Maddə 14. Sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilməli xxxx xxxxxx
Maddə 15. Sığorta müqaviləsinin üstünlüyü
Maddə 16. Xüsusi şərtlər
Maddə 17. Sığorta müddəti
Maddə 18. Sığorta riskinin artması
Maddə 19. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası Maddə 20. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə Maddə 21. Sığorta hadisəsi zamanı ediləcək hərəkətlər
Maddə 22. Baş vermiş ziyanın qarşısının alınması və həcminin azaldılması
Maddə 23. Sığortaçı tərəfindən nəzarət.
Maddə 24. Sığorta hadisəsini sübut etmək vəzifəsi Maddə 25. Zərər və ziyanın müəyyənləşdirilməsi Maddə 26. Sığorta ödənişinin hesablanması qaydası Maddə 27. Sığorta ödənişini verməkdən imtina
Maddə 28. Sığorta ödənişinin verilməsi və onun nəticələri
Maddə 29. Zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı iddia hüququnun sığortaçıya keçməsi Maddə 30. Sığortalının zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı iddia hüququndan imtina etməsi Maddə 31. Üçüncü şəxslər tərəfindən zərərin ödənilməsi
Maddə 32. Məhkəmə aidiyyəti
ANLAYIŞLAR:
Əgər kontekstdə başqa hal nəzərdə tutulmamışdırsa, qaydalarda istifadə olunan termin və anlayışlar aşağıdakı mənaları daşıyır:
ÜMUMİ
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx sığorta şirkəti.
Sığortalı - sığorta haqqı ödəyən və Xxxxxxxxxx şəxsin olmaması halında sığortaçıdan sığorta ödənişini almaq hüququna xxxxx xxxx sığorta müqaviləsinin tərəflərindən biri.
Sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Xxxxxxxxxx şəxs –sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs.
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd.
Kommersiya fəaliyyəti - qazanc əldə etmək üçün həyata keçirilən bütün növ fəaliyyətlər.
Gəlir İtkisi - kommersiya fəaliyyətinin dayanması və ya istehsalın zəifləməsi nəticəsində, sığorta təminatı müddətində ümumi mədaxildə baş verən azalmanın və bu azalmanın aradan qaldırılması üçün çəkilən xərclərin səbəb olduğu xalis gəlir itkisi nəzərdə tutulur.
Daimi xərclər - müəyyən dövrdə istehsalın həcmi dəyişən zaman ümumi məbləği dəyişməyən xərclərdir.
Dəyişən xərclər - məhsul buraxılışının həcmindən asılı olaraq kəmiyyətcə mütənasib dəyişən resurslara (xammal, material, yanacaq, əmək haqqı və. s) müəssisənin çəkdiyi xərclərdir. Dəyişən xərclər sığorta müqaviləsində müəyyən oluna bilər.
Dövriyyə - Müəssisənin müqavilədə göstərilən kommersiya fəaliyyəti ilə əlaqədar satışlardan və təklif etdiyi xidmətlərdən əldə etdiyi gəlirlərin cəmi nəzərdə tutulur.
İllik dövriyyə - Hadisə tarixindən əvvəlki 12 ay ərzindəki dövriyyə anlaşılır.
Standart dövriyyə - Təminat müddətinin 12 aydan artıq olduğu hallarda illik dövriyyəyə uyğun olaraq müəyyən edilən dövriyyədir.
Ümumi gəlir nisbəti - Hadisə tarixindən əvvəlki fəaliyyət ilində əldə olunan ümumi gəlirin dövriyyəyə nisbətini
bildirir.
Sığorta müddəti - Sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət.
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə
ifadə olunan son həddi.
Sığorta tarifı - sığorta haqqının sığorta məbləğindən (məsuliyyətin həddindən) faizlə dərəcəsi.
Sığorta haqqı - sığortaya görə sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
Azadolma məbləği - zərərin Sığortalı (və ya Sığorta olunan) tərəfindən ödənilən və Sığortaçının sığorta ödənişindən çıxdığı ilk hissəsi
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası .
Xüsusi şərtlər (zəmanətlər) - sığorta müqaviləsinin Xüsusi şərtləri dedikdə o şərtlər başa düşülür ki, sığorta müqaviləsində və qanunvericilikdə sığorta ödənişinin verilməsindən imtina üçün şərtlərin olub olmamasından asılı olmayaraq həmin Xüsusi şərtlərin (zəmanətlərin) sığortalı tərəfindən yerinə yetirilməməsi sığortaçıya sığorta ödənişini verməkdən imtina etmək və ya sığorta müqaviləsini ləğv etmək hüququ verir.
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer).
Sığorta müqaviləsində digər anlayışlar nəzərdə tutula bilər.
Maddə 1. Sığortaçı
1.1. Bu qaydalara əsasən Sığortaçı dedikdə "A-Qroup" Sığorta Şirkəti ASC başa düşülür.
Maddə 2. Sığortalı, Sığorta olunan
2.1. Sığorta müqaviləsində (Şəhadətnaməsində) sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx şəxs Sığortalı; Sığorta müqaviləsində (Şəhadətnamədə) göstərilən əmlak mənafeləri sığortalanan şəxs Sığorta olunandır.
2.2. Bu qaydalar daxilində Sığortalının (Sığorta olunanın) hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, "Sığorta fəaliyyəti haqqında" Qanuna, sığorta şəhadətnaməsinə və vəzifə öhdəliklərinə əsasən Sığortalı (Sığorta olunan) adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
Maddə 3. Faydalanan şəxs
3.1. Sığorta müqaviləsi Sığorta predmetinin qorunmasında maraqlı xxxx başqa şəxsin (Xxxxxxxxxx şəxs) xeyrinə də bağlanıla bilər.
3.2. Sığorta müqaviləsinin başqa şəxsin (Xxxxxxxxxx şəxsin) xeyrinə bağlanması Sığortalını (Sığorta olunanı) şəhadətnaməyə əsasən məsuliyyətdən azad etmir.
3.3. Bu qaydalarla və sığorta şəhadətnaməsi ilə Sığortalıya (Sığorta olunana) aid edilən bütün müddəalar sığortadan mənfəət götürmək niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni həcmdə aid edilir.
Maddə 4. Sığorta sinfi və sığorta obyekti
4.1 Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu sığorta obyektinə görə əmlak sığortasına aid xxxx sığortalının kommersiya fəaliyyətində sığorta hadisəsi nəticəsində baş verən fasilə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə xərclərlə bağlı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan işin dayanması ilə bağlı risklərdən sığorta sinfinə aiddir.
4.2 Hazırkı qaydalara əsasən bağlanan müqavilənin obyekti bu qaydaların 5-ci maddəsində qeyd edilən hadisələr nəticəsində kommersiya fəaliyyətinin qismən və ya tamamilə dayandırılması və yaxud istehsalın zəifləməsi riskləri ilə bağlı Sığortalının əmlak maraqlarıdır.
4.3 Əgər sığоrtа müqаviləsi ilə bаşqа hаl nəzərdə tutulmаmışdırsа, Sığorta obyektinə bu qaydaların 5-ci Maddəsinin
5.5 bəndində qeyd edilən daimi xərclər və fəaliyyətdən xxxx gəlir itkisi aiddir. Bu gəlirlər aşağıdakı kimi formalaşırlar:
- Istehsalat müəssisələrində - məhsul istehsalı hesabına;
- Xidmət sahələrində fəaliyyət göstərən müəssisələrdə - xidmət göstərilməsi hesabına;
- Ticarətlə məşğul xxxx müəssisələrdə - maddi zərərin baş verməsi nəticəsində təsərrüfаt fəаliyyətində fasilə yaranmasaydı, mal və məhsulun satışı hesabına.
Maddə 5. Sığorta hadisələri və sığorta riskləri
5.1 Sığorta hadisəsi dedikdə Sığortaçının qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada Sığortalıya sığorta ödənişini vermək öhdəliyi yaradan xxx xxxx düşülür.
5.2 Bu qaydalara görə sığorta hadisəsi Sığortalının sığorta müqaviləsində qeyd edilmiş kommersiya fəaliyyətinin qismən və tamamilə dayandırılması və yaxud istehsalın zəifləməsi hesab edilir.
5.3 Sığorta riskləri:
5.3.1. Sığortalının kommersiya fəaliyyətinin dayanması halı yalnız o zaman sığorta hadisəsi hesab edilir ki, Sığortalının sığorta müqaviləsində qeyd edilən kommersiya fəaliyyətini həyata keçirərkən istifadə etdiyi və sığorta müqaviləsində göstərilən ərazidə yerləşən bina, avadanlıq, dəzgah, qurğu və əmtəələrə, qüvvədə xxxx əmlakın yanğın və digər risklərdən sığortası müqaviləsi ilə təminat verilən hadisə nəticəsində baş vermiş olsun.
5.3.2. Konkret sığorta müqavilələrində sığorta risklərinin 5.3.1 bəndində göstərilən hallardan başqa digər hallar müəyyən edilə bilər.
5.4. Əgər sığorta şəhadətnaməsində birbaşa nəzərdə tutulmamışdırsa, aşağıda qeyd edilən əmlaklara ziyan dəyməsi nəticəsində baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir:
5.4.1 Sığortalıya (və ya Sığorta olunana) məxsus xxxx xxxxxx (aşağıdakılar daxil olmaqla, xxxxx, onlarla məhdudlaşmayaraq: nağd pul, banknotlar, hər hansı valyuta, çeklər, poçt və pul sifarişləri, poçt ştampları və markaları, vauçerlər, səhmlər, istiqrazlar və istənilən növ qiymətli kağızlar), sənədlər, plan, çertyojlar,
fotoşəkillər, perfokartlar, maqnit lentləri və ya digər inforrnasiya daşıyıcıları, mühasibatlıq sənədləri və ya hər hansı yazılı formada xxxx digər qeydlər, sənədlər;
5.4.2 Külçə və digər formada xxxx əlvan metallar, qiymətli metallar, qiymətli daşlar və zinyət əşyaları və s.;
5.4.3 Marka kolleksiyası, sikkə, pul nişanları, bon və digər kolleksiyalar, eləcə də rəsm əsərləri, şəkillər, heykəltəraşlıq əsərləri, digər incəsənət əsərləri;
5.4.4 Silah və döyüş sursatları, dövriyyəsi qadağan edilmiş istənilən maddə, əşya;
5.4.5 Tikilişi başa çatmamış obyektlər;
5.4.6 Heyvandarlıq və kənd təsərrüfatı;
5.4.7 İstifadə müddəti və/və ya realizə müddəti bitmiş məhsullar;
5.5 Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə Sığortaçı sığorta müddəti ərzində sığorta hadisəsi hesab edilən Sığortalının kommersiya fəaliyyətinin dayanması ərzində yaranmış daimi xərcləri ödəyir. Əgər sığоrtа müqаviləsi ilə bаşqа hаl nəzərdə tutulmаmışdırsа, bu хərclərə аşаğıdаkılаr аiddir:
a) Sığortalının əmək müqavilələrinə, mülki-hüquq müqavilələrinə əsasən ödədikləri, əmək haqları;
b) İcarə müqaviləsinə əsasən, bu cür müqavilələr üzrə icarə ödənişləri əmlakın zədələnməsi faktından asılı olmayaraq İcarəçi tərəfindən ödənilirsə, Sığortalının öz fəaliyyəti üçün icarəyə götürdüyü bina, avadanlıq və digər əmlaklara görə icarə haqqı.
c) Sosial sığorta orqanları və analoji orqanlara (Pensiya Fondu, Sosial Sığorta Fondu, Məşğulluq Idarə və digər
fondlar) xxxx məcburi ödənişlər;
d) Dövriyyədən və sığortalanmış fəaliyyətin nəticələrindən asılı olmayan vergi və rüsumlar, ö cümlədən əmlak vergisi, torpaq vergisi, qeydiyyat rüsumları, lisenziyaya görə haqlar;
e) Sığortalı şirkət üçün müəyyən edilmiş normalara əsasən amortizasiya ayırmaları;
f) Kredit və ya digər cəlb olunmuş vəsaitlər üzrə faizlər (əgər bu vəsaitlər sığortalanmış fəaliyyətə sığorta hadisəsindən öncə cəlb edilmiş və sığorta hadisəsi zamanı dayananmışdırsa və bu vəsaitlərin cəlb olunması sığortalının istehsalat fəaliyyəti məqsədləri üçün cəlb edilmişdirsə).
g) Sığortalının kommersiya fəaliyyətinin mahiyyətinə müvafiq olan daimi hesab edilə bilən digər xərclər.
Maddə 6. İstisnalar
6.1. Əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmаmışdırsа, aşağıda göstərilənlər üzrə təminat verilmir:
6.1.1. Əmlakın yanğın və digər risklərdən sığortası müqaviləsinin müddəalarına əsasən təminat verilməmiş risklərin səbəb olduğu gəlir itkisi.
6.1.2. Məhsulun əldə olunması ilə bağlı xərclər və məhsulun realizə edilməsi ilə bağlı nəqliyyat xərcləri;
6.1.3. Dövriyyədən alınan və satınalmaya görə tutulmuş vergilər, əlavə dəyər vergisi, mənfəət vergisi, aksizlər, gömrük rüsumları və digər vergilər.
6.1.4. Dəyişən xərclər.
6.1.5. Müqavilə öhdəliklərinin yerinə yetirməməklə əlaqədar olaraq cərimələr, sanksiyalar,
6.1.6. Yükləmə, qablaşdırma, daşıma ilə əlaqədar ortaya çıxmış gəlir itkisi.
6.1.7. Müharibə (elan edilib-edilməməyindən asılı olmayaraq), vətəndaş müharibəsi, hərbi əməliyyatlar, təcavüz, istila, işğal, düşmənçilik aktları, xarici düşmənlərin aksiyaları, üsyan, qiyam, tətil, inqilab, ictimai iğtişaşlar, xalq hərəkatı, çevriliş, silahlı yolla hakimiyyətin qəsb edilməsi, terrorizm, sabotaj və bunların nəticələri;
6.1.8. Nüvə riskləri və radioaktiv çirklənmə riskləri; ionlaşdıncı şüalanma və ya nüvə yanacağından çirklənmə
nəticəsində radioaktivlik və ya nüvə yanacağının yandırılmasından əmələ gələn hər hansı nüvə tullantıları;
6.1.9. radioaktiv zəhərli partlayıcı və ya hər hansı partlayıcı nüvə qurğusundan və ya nüvə yanacağının yandırılmasından əmələ gələn nüvə tullantılarının digər təhlükəli qalıqları.
6.1.10. Sığortalı və ya onun nümayəndələrinin qəsdli hərəkətləri və ya qəsdən edilən etinasızlıq;
6.1.11. Sığorta müqaviləsi üzrə hər hansı bir iddia ortaya çıxan zaman eyni məsuliyyət üzrə başqa bir sığorta təminatı olduğu müəyyənləşərsə.
6.1.12. Sığorta təminatının əhatə ərazisindən kənarda baş verən hadisələr;
6.1.13. Bina və tikililərdə və ya digər ərazilərdə aparılan hər hansı tikinti işləri nəticəsində (təzələmə, təmir və yeniləşdirmə işləri daxil olmaqla) iş fəaliyyəti prosesinin dayanma halları.
6.1.14. Şaxta nəticəsində dəymiş hər hansı itki, zərər və ya məhv olma.
6.1.15. Valyuta mübadiləsi kursunun fərqi.
6.1.16. Sığortalının (və ya Sığorta Olunanın), onun işçilərinin alkoqolun, toksik və ya narkotik maddələrin təsiri
altında etdiyi hərəkət (hərəkətsizlik) nəticəsində baş vermiş hadisələr.
6.1.17. Sığorta müqaviləsinin qüvvədə olma müddətində baş vermiş, xxxxx səbəbi müqavilənin qüvvəyə minmiş tarixindən əvvəl yaranmış hadisələr.
6.1.18. Səs və ya səsin sürətindən yüksək sürətlə hərəkət edən təyyarələr və digər hava aparatları ilə bilavasitə və ya
dolayısı bağlı yaranmış zərərlər.
6.1.19. Səlahiyyətli şəxsin (orqanın) hərəkəti və ya qərarı ilə əlaqədar yaranmış zərərlər; hərbi və mülki hökumət
orqanlarının əmri ilə əmlakın müsadirə, rekvizisiya, həbs və məhv edilməsi və ya zədələnməsi.
6.1.20. Partnyorların müqavilə öhdəliklərini yerinə yetirməmələri ilə bağlı yaranmış zərərlər.
6.1.22. Mаddi zərərin bаş vеrməsindən əvvəlki vəziyyətlə müqаyisədə istеhsаlın аrtırılmаsı, yахud yеniləşdirilməsi ilə əlaqədar оlаrаq kommersiya fəaliyyətinin dayanması ilə əlaqədar zərərin аrtmаsı.
6.1.23. Konkret sığorta müqaviləsində digər istisnalar müəyyən edilə bilər.
Maddə 7. Sığorta təminatının müddəti
7.1. Sığortaçı sığorta şəhadətnaməsində göstərilən maksimum təminat müddətindən xxx olmaması şərtilə, hadisə baş verdiyi tarixdən, kommersiya fəaliyyətinin dayanması və ya istehsalın zəifləməsinin tamamilə aradan qaldırılacağı vaxta qədər keçəcək müddət ərzində meydana gələcək gəlir itkilərinə görə məsuliyyət daşıyır.
Maddə 8. Sığortanın ərazisi
8.1. Əgər şəhadətnamədə sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ünvanda baş verən sığorta hadisələri bu sığorta təminatına daxildir. Şəhadətnamədə konkret ünvan (ərazi) göstərilməmişdirsə, sığorta Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Maddə 9. Sığorta məbləği və azadolma məbləği
9.1. Sığorta məbləği sığorta şəhadətnaməsinə əsasən Sığortaçının Sığortalıya verməyi öhdəsinə götürüdüyü ödənişin hədlərini özündə əks etdirir.
9.2 Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığorta məbləği sığortanın qüvvədə olduğu müddət ərzində baş verən bütün sığorta hadisələri ilə əlaqədar verilən sığorta təminatı ödənişinin maksimum miqdarını müəyyən edir.
9.3. Sığorta müqaviləsi ilə təminat verilən gəlir itkisinin və (və ya) gəlir itkisinin qarşısını almaq və ya məbləğini azaltmaq üçün müəssisə fəaliyyətindəki xərc artımını məbləği tərəflər arasında imzalanacaq sığorta müqaviləsi ilə müəyyən edilir.
9.4. Müqavilə üzrə azadolmanın aşağıdakı növlərindən biri tətbiq edilə bilər:
9.4.1. Gözləmə müddəti - sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan ilkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.
9.4.2. Şərtsiz azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Maddə 10. Sığorta haqqı
10.1. Sığorta haqqı sığorta şəhadətnaməsində göstərilən müddətdə və qaydada Sığortalı tərəfindən sığorta üçün ödənilən haqdır.
10.2. Əgər sığоrtа müqаviləsi ilə bаşqа hаl nəzərdə tutulmаmışdırsа, Sığorta haqqının miqdarı sığorta tariflərinə əsasən hesablanır.
Maddə 11. Sığorta haqqının ödənilməsi
11.1 Sığorta haqqının ödənildiyi gün onun Sığortaçının bank hesabına daxil olduğu və ya nağd ödəmə zamanı Siğortaçının kassasına daxil olduğu gün hesab olunur.
11.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağdsız haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi hesabın şərtlərinə müvafiq olaraq Sığortaçının bank hesabına köçürülməsi yolu ilə ödənilir.
11.3. Sığorta haqqı və ya onun birinci hissəsi sığorta şəhadətnaməsində göstərilən müddətdə ödənilmədikdə, Sığortaçı onun ödənilməsi üçün bu qaydaların 11.4.-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (ön beş) günədək müddət müəyyən edə bilər.
11.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan
gec olmayaraq ödənilməlidir.
11.5. Sığorta haqqı hissə-hissə ödənildiyi halda növbəti ödənişin ödənilmədiyi, vaxtından gec və ya az məbləğdə ödənildiyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının ödənilməli gündən sonrakı növbəti 15 təqvim günü ərzində qüvvədə qalır və sığorta ödənişinin həyata keçirilməsi zamanı sığorta haqqının gecikdirilmiş (natamam həcmdə ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula bilər. Əgər həmin borc müqavilə ilə sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 15 təqvim günü ərzində ödənilməyibsə, Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə məsuliyyət daşımır.
11.6. Sığortaçının məsuliyyəti borcun, yəni gecikdirilmiş (natamam həcmdə ödənilmiş) ödənişin, ödənildiyi gün saat 24:00-xxx bərpa olunur və Sığortaçının məsuliyyəti bərpa olunduqdan sonra baş vermiş, sığorta müqaviləsində şərtləşdirilmiş sığorta hadisələrini əhatə edir.
Maddə 12. Sığorta haqqının qaytarılması
12.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqları ona qaytarır, əgər bu tələb sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa, o, sığorta haqlarını sığortalıya bütünlüklə qaytarır, Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
12.2. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
12.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 12.1-ci bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12.4. Bu Qaydaların 12.1. bəndinin məqsədləri üçün işlərin aparılması xərclərinin qaytarılan sığorta haqqı
məbləğindən çıxılan hissəsi həmin məbləğin 25 xxxxx həcmində müəyyən edilir.
12.5. Əgər sığorta müqaviləsi ilə başqa hal nəzərdə tutulmаmışdırsа, qaytarılmalı xxxx sığorta haqqının istifadə olunmamış müddəti üçün hesablanması gündəlik pro-rata əsasında aparılır.
Maddə 13. Sığorta müqaviləsinin bağlanması
13.1. Bu qaydalara əsasən Sığortaçı Sığorta müqaviləsini Sığortalı ilə bağlayır.
13.2. Sığorta müqaviləsini bağlamaqdan ötrü Sığortalı, Sığortaçının tələbi olduqda, Sığortalıya məlum xxxx, Sığortaçının sığorta riskinin dərəcəsini müəyyənləşdirilməsinə təsir edə biləcək halları özündə əks etdirən, müəyyən olunmuş formada yazılı ərizəni dolduraraq Sığortaçıya təqdim etməlidir. Bu ərizə Sığorta müqaviləsinin tərkib hissəsi hesab edilir.
13.3. Əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi onun bağlanmasını
təsdiq edən sığorta şəhadətnaməsində göstərilən tarixdə 00:01-də qüvvəyə minir.
Maddə 14. Sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilməli xxxx xxxxxx
14.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və sığortaçının müqaviləsindən imtina etmək, yaxud məzmununu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar (məsələn, xxxxxx qiymətləndirilməsi, onun baş vermə ehtimalının müəyyən edilməsi, sığorta hadisəsinin baş vermə ehtimalına təsir göstərə biləcək faktlar və mümkün itkilərin həcminin hesablanması üçün əhəmiyyət daşıyan bütün faktlar və
xxxxxx) barədə sığortaçıya məlumat verməlidir.
Sığortalının məlumatının yalan, yanlış və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya bilər və ya bunu öyrəndikdə və ya bu haqda Sığortalı tərəfindən ona məlumat verildikdə:
14.1.1. Sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən 1 (bir) ay ərzində müqaviləni ləğv edə bilər və ya əlavə sığorta haqqı ödənilməsi şərti ilə müqaviləni davam etdirə bilər. Sığortalının öz öhdəliyini bu bənddə göstərilən qaydada pozması ilə bu cür xxxx xxxx Tərəflər arasında razılıq əldə edilənədək keçən müddət ərzində baş vermiş sığorta hadisəsi arasında hər hansı əlaqə olarsa, sığorta ödənişi verməkdən imtina edə bilər;
14.1.2. Sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində
müqaviləni ləğv edə bilər və əlavə sığorta haqqı ödənilməsi şərti ilə müqaviləni davam etdirə bilər.
14.1.3. Sığortalı tələb edilən sığorta haqqı fərqini (əlavə sığorta haqqını) 5 (beş) gün ərzində Sığortaçıya
ödəməzsə və ya ödəməyi yazılı şəkildə öhdəsinə götürməzsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.
14.1.4.Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən 5 iş günü sonra, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən sonrakı gün saat 00.01 -də hüquqi qüvvəyə minir,
14.1.5. Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildikdə gün hesabı, sığortalı tərəfindən ləğv edildikdə isə qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır;
14.2. Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi:
- sığortaçı vəziyyəti öyrənməmişdan əvvəl;
- sığortaçı müqaviləni ləğv etməyi tələb edə biləcəyi müddət ərzində;
- və yaxud bu təklifin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində;
baş verərsə onda sığortaçı, sığorta ödənişini sığortalının məlumatına əsasən hesablanan sığorta haqqı ilə həqiqətdə ödənilməli xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
Maddə 15. Sığorta müqaviləsinin üstünlüyü
Sığorta müqaviləsinin tərəfləri müqavilədə bu Qaydaların müəyyən müddəalarının istisna edilməsini, həmçinin həmin müddəalardan fərqli müddəalar daxil edilməsini və digər əlavə şərtlər nəzərdə tuta bilərlər. Bu halda konkret müqavilələrdə müəyyən edilmiş müddəalar tətbiq edilir.
Maddə 16. Xüsusi şərtlər
16.1. Sığorta müqaviləsində (şəhadətnaməsində) bu Qaydalara zidd olmayan xüsusi şərtlər müəyyən oluna bilər. Sığortalı tərəfindən bu xüsusi şərtlərin yerinə yetirilməməsi Sığortaçının ödəniş verməkdən imtina etməsi və ya sığorta müqaviləsini (şəhadətnaməsini) ləğv etməsi üçün əsasdır.
16.2. Sığortalı mühasibat uçotu işlərini Azərbaycan Respublikasının hüquqi aktlarına əsasən aparmalıdır.
16.3. Son 3 il ərzində xxxx İnventarizasiya aktları, mühasibatlıq balansı, gəlir və xərclərlə bağlı hesabatlar 2 nüsxədə olmalıdır. Sənədlərin eyni zamanda məhv olmasının qarşısını almaq məqsədilə bu sənədlər təhlükəsiz yerdə və ayrı-ayrılıqda saxlanılmalıdır.
16.4. Hazırkı maddənin 16.2. və 16.3.-cü bəndlərində qeyd olunanlara riayət edilmirsə, sığorta hadisəsi zamanı sığortaçının sığorta ödənişi etməkdən o dərəcədə hüququ var ki, qeyd olunan bəndlərə riayət olunmamasına görə sığortaçının öhdəliyinin həcmi və ya yerinə yetirmək öhdəliyini təyin etmək mümkün olmasın.
16.5 Sığorta müqaviləsində digər xüsusi şərtlər nəzərdə tutula bilər.
Maddə 17. Sığorta müddəti
17.1. Sığorta yalnız şəhadətnamənin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
Maddə 18. Sığorta riskinin artması
18.1. Əgər müqavilənin bağlanmasından sonra xxxxxx dərəcəsinə təsir göstərə biləcək hallar barəsində Sığortalı (və ya Sığorta olunan) tərəfindən Sığortaçıya natamam, təhrif olunmuş və yanlış məlumatların qərəzli olaraq bildirilməsi sübut edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
18.2. Sığortalının (və ya Sığorta olunanın) gizlətdiyi faktlar aradan qalxdığı (xxx olduğu) halda Sığortaçı
müqavilənin etibarsız hesab edilməsini tələb edə bilməz.
18.3. Sığortalı (və ya Sığorta olunan) müqavilənin bağlanması zamanı Sığortaçıya bildirdiyi məlumat və faktlarda sığorta müqaviləsinin müddəti ərzində baş vermiş əhəmiyyətli və sığorta riskinin artmasına təsir göstərə biləcək dəyişikliklər haqqında Sığortaçıya dərhal, hər halda 7 təqvim günündən gec olmayaraq məlumat verməlidir. Bu vəzifənin düzgün yerinə yetirilməsi faktı yazılı sübut ilə təsdiq olunmalıdır. Bu müddəa Sığortalı tərəfindən Sığortaçıya müqavilənin bağlanmasından əvvəl ərizə formasında təqdim etdiyi məlumat və faktlara da aiddir.
18.4. Sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında məlumatlandırılmış Sığortaçı sığorta müqaviləsindən imtina edə bilər, onun şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər.
18.5. Sığortalı (və ya Sığorta olunan) sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında Sığortaçını məlumatlandırmadığı və ya sığorta müqaviləsinin şərtlərinin dəyişdirılməsinə və əlavə sığorta haqqının ödənilməsinə etiraz etdiyi halda, Sığortaçı qanunvericiliyə müvafiq sığorta müqaviləsinin ləğv edilməsini tələb edə bilər.
18.6. Sığortalı (və ya Sığorta Olunan) Sığortaçının razılığı olmadan xxxxxx artmasına səbəb ola biləcək hər hansı tədbirin görülməsinə və ya onların həyata keçirilməsinə razılıq verə bilməz. Bu müddəanın pozulması Sığortaçını yalnız o halda öz öhdəliklərinin yerinə yetirməsindən azad edir ki, sığorta hadisəsi xxxxxx artmasından sonra baş versin.
18.7. Sığorta riskinin artması sığorta hadisəsinin baş verməsinə və Sığortaçının öhdəliyinin yerinə yetirilməsi həcminə təsir göstərmədiyi halda Sığortaçının ödənişin həyata keçirilməsi üzrə öhdəliyi qüvvədə qalır.
18.8. Sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində Sığortaçı Sığortalı (və ya Sığorta olunan) tərəfindən təqdim olunan fakt və məlumatların doğruluğunu, xxxxxx artıb-artmamağından asılı olmayaraq sığorta obyektinin vəziyyətini, saxlanma qaydasını və dəyərini yoxlaya bilər.
18.9. Sığortaçı Sığortalıya (və ya Sığorta olunana) sığorta riskinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə məcburi göstərişlər verə bilər.
Maddə 19. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
19.1. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.
19.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
19.2.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
19.2.2. Qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv olunduqda;
19.2.3. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
19.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
19.2.5. Sığorta marağı artıq mövcud olmadıqda;
19.2.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
19.2.7. Qanunvericilikdə müəyyən edilmiş digər hallarda.
Maddə 20. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
20.1. Bu Qaydaların 19-cü bəndində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, Sığorta müqaviləsinə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
20.2. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 (otuz) gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 (altmış) gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5 (beş) iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Belə bildiriş Sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirməklə Sığortalının və ya Sığortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin xəbərdarlığın edilməsi faktının sübut edilməsi üçün kifayətdir və Sığorta müqaviləsinə bildirişdə göstərilən
tarixdən və vaxtdan verilmiş sayılacaq.
Maddə 21. Sığorta hadisəsi zamanı ediləcək hərəkətlər Sığortalı (və ya Sığorta olunan):
21.1 Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi barədə Sığortalı, yaxud Xxxxxxxxxx şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
21.2 Hadisənin baş verdiyi tarixdən zərərin müəyyən edilməsinə qədər keçən müddət ərzində, müəssisədəki istehsalın zəifləməsini və ya dayanmanı aradan qaldırmaq və ya minimuma endirmək üçün lazımi tədbirlər görmək və bu məqsədlə sığortaçı tərəfindən ona verilmiş təlimat daxilində bütün imkanlardan istifadə etməlidir;
21.3 Məcburi hallar istisna olmaqla, zərər müəyyən olunana və təsdiq edilənə qədər hadisənin baş verdiyi yerlərdə zərərin məbləğinin müəyyən edilməsini çətinləşdirəcək və yaxud zərərin məbləğini artıracaq formada heç bir dəyişiklik etməməlidir;
21.4 Ödəniş tələbinin araşdırılması ilə əlaqədar sığortaçı tərəfindən tələb ediləcək mühasibat jurnalı və qeydiyyatlarını, qəbz və fakturaları, balans və digər sənədləri, lazımi məlumat və izahatları, bütün növ sübutları və zərərin təqsirkar üçüncü şəxslərdən alınması hüququndan istifadə olunması üçün zəruri məlumat və sənədləri, onların hazırlanması və alınması üçün çəkiləcək xərclərin özü tərəfindən ödənməsi şərti ilə sığortaçıya verməlidir;
21.5 Məsuliyyətin və zərər məbləğinin, zərərin təqsirkar üçüncü şəxslərdən alınması hüquqlarının müəyyən edilməsi üçün sığortaçının və ya onun səlahiyyətli nümayəndələrinin sığortalının əmlakları və bunlarla əlaqədar sənədlər üzərində aparacaqları tədqiqat və yoxlamalara icazə verməlidir;
21.6 Gəlir itkisinə səbəb xxxx hadisələrə təminat verən sığorta müqavilələri və əgər bu sığorta ilə əlaqədar digər
sığorta müqavilələri da varsa, bu haqda sığortaçıya məlumat verməlidir;
21.7 Sığortalı (və ya sığorta olunan, yaxud faydalanan şəxs) Sığortaçı (onun nümayəndəsi) tərəfindən verilən bütün göstərişlərə əməl etməlidir.
Sığortaçı:
21.8 Hadisə baş verdiyi zaman gəlir itkisinin məbləğini azaltmaq, hadisənin səbəblərini, nəticələrini araşdırmaq məqsədilə hadisənin baş verdiyi yerlərə daxil ola bilər və araşdırma üçün zəruri hesab etdiyi bütün hərəkətləri edə bilər. Sığortaçının bu hərəkəti onun öz üzərinə hər hansı bir öhdəlik götürməsi və sığorta şəhadətnaməsində nəzərdə tutulmuş hüquqlarının hər hansı birindən məhrum olunması demək deyildir.
21.9 Hadisə ilə əlaqədar Sığortaçı tərəfindən tələb olunan bütün sənədlər təqdim edildikdən sonra Sığortaçı 30 iş
günü ərzində sığorta ödənişinin verilməsi və ya ödənişinin verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
Maddə 22. Baş vermiş ziyanın qarşısının alınması və həcminin azaldılması
22.1 Sığorta hadisəsi zamanı Sığortalı (və ya sığorta olunan, yaxud faydalanan şəxs mümkün ziyanın qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir. Belə tədbirlər və onlara çəkiləcək xərclərin məbləği Sığortaçı ilə əvvəlcədən razılaşdırılmalıdır.
22.2 Belə tədbirlər həyata keçirilərkən Sığortalı Sığortaçıdan aldığı bütün təlimatları yerinə yetirməlidir.
22.3 Sığortalı, bu müqaviləyə əsasən təminat verilən hadisə baş verdiyi zaman, kommersiya fəaliyyətini imkanı daxilində davam etdirərək gəlir itkisinin qarşısını almağa, məbləğini və ya təsirini azaltmaq üçün zəruri tədbirlərin dərhal həyata keçirilməsinə görə məsuliyyət daşıyır.
22.4 Təcili tədbirlərə və sığortaçının həyata keçirilməsini tələb etdiyi digər tədbirlərə görə çəkilən xərclər sığortaçı
tərəfindən hazırkı qaydaların 26.7.-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.
Maddə 23. Sığortaçı tərəfindən nəzarət
23.1 Sığortaçı sığorta hadisəsi və onun nəticələri barədə Sığortalının bütün hərəkətlərinə nəzarət etmək və sığorta
ödənişinin verilməsinə təsir göstərən bütün məsələlər barədə qərar vermək imkanına malik olmalıdır.
23.2 Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş bütün əmlakı Sığortaçı onlara baxış keçirənə qədər zədəli
olduğu vəziyyətdə qoruyub saxlamalıdır.
23.3 Sığortaçı, həmçinin onun səlahiyyət verdiyi istənilən şəxs üzərinə heç bir məsuliyyət götürmədən və ya sığorta
müqaviləsi üzrə Sığortaçının hər hansı hüquqlarını azaltmadan zərərin baş verdiyi xxxxxx (əraziyə) girmək, onu öz sahibliyinə götürmək və sahibliyində saxlamaq, həmçinin istənilən sığortalanmış əmlakı sahibliyinə götürmək və ya onun hər hansı ağlabatan məqsədlər üçün və üsullarla Sığortaçıya verilməsini tələb etmək hüququna malikdir. Əgər yuxarıda sadalanan şərtlər yerinə yetirilməzsə, sığorta ödənişi verilmir.
23.4 Faktiki təmir üzrə təmir xərcləri Sığortaçı ilə razılaşma əsasında müəyyənləşdirildikdə, təmir başlayana qədər təmir müəssisəsi (müəssisələri) və mütəxəssis (mütəxəssisləri) də Sığortaçı ilə razılaşdırılmalıdır.
23.5 Sığortalı sığorta hadisəsinə aid xxxx bütün sənədləri və məlumatları Sığortaçıya təqdim etməli, həmçinin hadisənin bütün digər iştirakçılarının və sığorta hadisəsi ilə əlaqəli məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının fəaliyyətləri və qərarları barədə ona dərhal xəbər verməlidir.
23.6 Sığortalının Sığortaçı ilə ilkin razılıq olmadan öz məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı hərəkəti etməyə, saziş bağlamağa və ya vəd verməyə hüququ yoxdur.
23.7 Sığortaçı sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi araşdırmalarda Sığortalının mənafelərini öz
hesabına təmsil və müdafiə edə bilər.
Maddə 24. Sığorta hadisəsini sübut etmək vəzifəsi
24.1 Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin miqdarını sübut etmək Sığortalının
vəzifəsidir.
24.2. Sığorta hadisəsi faktının, şəraitinin və səbəblərinin, itkilərin həcminin təsdiq edilməsi üçün qanunvericilik və işgüzar adətlərə uyğun olaraq tələb olunan sənədlər də daxil olmaqla, Sığortalı əldə edilmiş və (və ya) özündə xxxx bütün sənədləri Sığortaçıya təqdim etməlidir.
Maddə 25. Zərər və ziyanın müəyyənləşdirilməsi
25.1 Dəymiş zərərin miqdarı Sığortalı tərəfindən təqdim edilmiş və Sığortaçının özünün əldə etdiyi məlumatlar əsasında Sığortaçı tərəfindən müəyyən edilir. Tərəflər zərərin məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, yaranan fikir ayrılığı danışıqlar yolu ilə həll edilir. Belə danışıqlar nəticə vermədiyi halda mübahisə məhkəmə qaydasına həll olunur.
Maddə 26. Sığorta ödənişinin hesablanması qaydası
Sığortalanmış əmlaka vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sığorta ödənişinin hesablanması aşağıdakı yollarla həyata keçirilir:
26.1 Sığorta şəhadətnaməsində azadolma məbləği nəzərdə tutulduqda - azadolma məbləğinin miqdarı çıxılmaqla
zərərlərə təminat verilir;
26.2 Sığorta şəhadətnaməsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
26.3 Sığorta şəhadətnaməsi ilə təminat verilən hadisəyə başqa bir sığorta şəhadətnaməsi ilə də təminat verilmiş olarsa və bu təminat barədə Sığortaçıda məlumat olarsa şərikli sığorta əsasları tətbiq edilir;
26.4 Sığorta müqaviləsində sığortalının kommersiya fəaliyyətinin spesifık xüsusiyyətlərinə uyğun olaraq başqa bir hesab forması və izahat nəzərdə tutulmamışdırsa, sığorta ödənişi, ümumi maliyyə dövriyyəsindəki azalma və fəaliyyət xərclərinin artması nəticəsində meydana gələn xalis gəlir itkisindən, təminat müddəti ərzində xalis gəlirdən ödənilməli xxxx, xxxxx hadisə baş verməsinə görə ödənilməyən və ya qənaət edilən fəaliyyət xərcləri çıxılmaqla hesablanır.
26.5 Sığorta müqaviləsində sığortalının kommersiya fəaliyyətinin spesifık xüsusiyyətlərinə uyğun olaraq başqa bir hesab forması və izahat nəzərdə tutulmamışdırsa, ümumi maliyyə dövriyyəsinin azalması nəticəsində meydana gələn xalis gəlir itkisi: xalis gəlir nisbətinin, təminat müddəti ərzində və hadisə baş verməsinə görə azalmış xxxx dövriyyə məbləğinə (standart dövriyyə ilə əldə olunan dövriyyə arasındakı fərqə) tətbiq edilməsi yolu ilə hesablanan məbləğdir.
26.7 Müəssisənin maliyyə xərclərindəki artımın səbəb olduğu xalis gəlir itkisi: Dövriyyədəki azalmanın qarşısını almaq məqsədilə zəruri və qəbul edilə bilən maliyyə yardımıdır. Xxxxx bu xxxxx təminat müddəti ərzində baş vermiş olmalı və azalmasının qarşısı alınan dövriyyə məbləğinə xalis gəlir nisbətinin tətbiq edilməsi ilə hesablanacaq məbləğdən artıq olmamalıdır.
26.8 Sığorta şəhadətnaməsində göstərilən bütün hesablamalarda ƏDV istisna edilir.
26.9. Sığorta ödənişinin həcmi müəyyən edilərkən əgər sığorta müqaviləsində göstərilən hadisələr baş verməsəydi, sığоrtаlаnmış təsərrüfat fəaliyyətinin gedişinə və onun nəticələrinə təsir göstərmiş və göstərə bilən bütün
fаktоrlаr, o cümlədən təsərrüfat fəaliyyətinin və xalis gəlirin dinamikası nəzərə аlınmаlıdır.
26.10 Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta ödənişi Azərbaycan Respublikasının valyutasında ödənilir. Sığorta məbləği xarici valyutada müəyyən edilibsə, sığorta ödənişi Mərkəzi Bankın sığorta hadisəsinin gününə xxxx valyuta məzənnəsi ilə ödənilir.
26.11. Əgər sığоrtа müqаviləsi ilə bаşqа hаl nəzərdə tutulmаyıbsа, sığоrtа müqаviləsində qеyd оlunmuş risklər nəticəsində işin dаyanmаsı üzrə sığоrtа məbləği həqiqi gəlir itkisi məbləğindən аşаğı оlаrsа, Sığоrtаçı sığоrtа hаdisəsi bаş vеrdikdə Sığоrtа ödənişini sığоrtа məbləğinin həqiqi gəlir itkisi məbləğinə оlаn nisbətində ödəyir.
26.12 Aşağıdakı hallarda Sığortaçı ödənişin verilməsi üçün nəzərdə tutulan müddəti uzatmaq hüququnu əldə edir:
26.12.1 Sığortalının (və ya Sığorta Olunanın) sığorta ödənişini almaq hüququnun olmasında Sığortaçının şübhəsi yarandığı halda - Sığortalı (və ya Sığorta Olunan) tərəfindən lazımi sübutların təqdim olunmasına qədər.
26.12.2.Sığortaçının sığorta hadisəsinin doğruluğunu sübut edən sənədlərin düzgün və ya etibarlı olmasında şübhəsi yarandığı halda - həmin sənədlərin düzgün və ya etibarlı olması təsdiq olunana qədər.
26.12.3 Sığorta hadisəsinin baş verməsi səbəbləri ilə bağlı Sığortalıya (və ya Sığorta olunana) qarşı təhqiqat, istintaq və ya məhkəmə araşdırması aparılırsa - istintaq və məhkəmə orqanı tərəfindən müvafıq yekun qərar qəbul edilənədək.
26.13 Sığorta ödənişinin həcmi Sığortalının (və ya Sığorta olunanın) üçüncü tərəfdən aldığı məbləğin çıxılmasından sonra, və ya bir neçə sığorta şirkəti ilə eyni risklə bağlı sığorta müqavilələrinin bağlandığı halda hazırkı Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsi üzrə sığorta məbləğinin bütün digər sığorta müqavilələri üzrə ümumi sığorta məbləğinin nisbətinə müvafiq olaraq, azadolma məbləğinin tətbiq olunması şərti ilə müəyyən edilir. Sığortalı (və ya Sığorta olunan) belə məbləğlərin alınması barədə Sığortaçıya dərhal məlumat verməlidir.
Maddə 27. Sığorta ödənişini verməkdən imtina
27.1 Sığortaçı sığorta ödənişinin ödənilməsindən aşağıdakı hallarda imtina edə bilər:
27.1.1 Sığortalının sığorta hadisəsinin baş verməsi haqqında sığorta müqaviləsində başqa hal göstərilməyibsə, hazırkı qaydalarda göstərilmiş müddət ərzində Sığortaçıya məlumat verməməsi, Sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun (Sığortaçının) mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
27.1.2 Sığortalı (və ya Sığorta Olunan) tərəfindən sığorta predmeti, sığorta riski və onun dəyişməsi, sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barədə Sığortaçını sığorta riskinin qiymətləndirmək, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum edən bilərəkdən təhrif olunmuş və ya yanlış məlumatın Sığortaçıya verilməsi;
27.1.3 Sığortalı (və ya Sığorta olunan) dəyə biləcək zərərlərin azalması və ya qarşısının alınması üçün mümkün və ağlabatan tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirləri qəsdən görmədikdə, xxxxx bu xxxxx sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, Sığortalı (və ya Sığorta olunan) mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
27.1.4 Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının (və ya Sığorta olunanın), müvafiq zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
27.1.5 Müvafiq səlahiyyətli orqanlar sığorta hadisəsi faktının baş verməsini təsdiq etmədikdə və ya onların qəbul etdiyi qərarlardan sığorta hadisəsinin baş vermədiyi aydın görünsün;
27.1.6 Sığortalı (və ya Sığorta olunan) hazırkı Qaydalara uyğun müvafiq sənədləri təqdim etmədikdə;
27.1.7 Sığortalı (və ya Sığorta olunan) dəymiş zərərin əvəzini zərərin yaranmasında təqsirli xxxx şəxsdən aldıqda;
27.1.8 Sığortalı (və ya Sığorta olunan) hazırkı Qaydaların və sığorta müqaviləsinin sığorta ödənişindən imtinaya səbəb ola biləcək şərtlərinə və/və ya tələblərinə riayət etmədikdə, sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə;
27.1.10 Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı (və ya Sığorta olunan) tərəfındən maneçilik törədilməsi və ya zərərin həcmini müəyyən etmək imkanından tam və ya qismən məhrum etməsi;
27.1.11 Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə müvafiq sığorta hadisəsi hesab edilməməyi;
27.1.12 Azərbaycan qanunvericiliyi və ya sığorta müqaviləsinin şərtləri ilə nəzərdə tutulmuş digər hallarda.
27.2 Sığorta ödənişinin verilməsindən imtina Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə təqdim olunmalıdır.
27.3 Sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi əsasında, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada, məhkəmədə iddia irəli sürülə bilər.
Maddə 28. Sığorta ödənişinin verilməsi və onun nəticələri
28.1 Sığorta ödənişi Sığortaçı tərəfındən tələb olunan zərərin məbləği və zərərlə əlaqədar bütün digər sənədlər ona verildikdən sonra hazırkı qaydaların 21.9 bəndi nəzərə alınmaqla 30 iş günü ərzində lazımi tədqiqatları sona çatdırıb zərər və ödənişin miqdarını müəyyənləşdirdikdən sonra 14 iş günü ərzində ödənilir.
28.2 Tərəflər ödənişin, fəaliyyətin dayandırıldığı və ya zəiflədiyi müddət ərzində müəyyən dövrlər üzrə hissə- hissə ödənilməsi haqqında da razılığa gələn bilərlər;
28.3 Sığortalıya ödənilmiş sığorta ödənişi məbləği həcmində sığortalının təqsirkar üçüncü şəxsə qarşı iddia qaldırmaq hüququ sığortaçıya keçir.
28.4 Sığorta məbləğinin azalması hallarında, sığortalı istədiyi tarixdən etibarən gün əsası ilə əlavə sığorta haqqı
ödənmək şərtilə sığorta məbləğini bərpa edə bilər;
28.5 Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir. Sığortaçı Sığortalı adından hər hansı iddiadan müdafiə olunmaq və iddianı tənzimləmək, yaxud Sığortalının adından ziyanı ödəmək və onun xeyrinə məhkəmədə iddianı qəbul etmək və təmin etmək hüququna malikdir. Sığortalı Sığortaçının ehtiyac duyduğu bütün məlumatları ona təqdim etməlidir.
Maddə 29. Zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı iddia hüququnun sığortaçıya keçməsi
29.1 Sığorta hadisəsi nəticəsində əvəzi ödənilmiş zərərlərə görə zərərə görə məsuliyyət daşıyan şəxsdən Sığortalının tələb etmək hüququ ödənilmiş məbləğ həddində, subroqasiya qaydasında sığorta ödənişini verən Sığortaçıya keçir.
29.2 Sığortalı Sığortaçıya keçən tələb hüququnun həyata keçirilməsi üçün zəruri xxxx bütün sənədləri və sübutları ona təqdim etməli və bütün məlumatlar barədə onu xəbərdar etməli və bunun üçün bütün zəruri hərəkətləri etməlidir.
Maddə 30. Sığortalının zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı iddia hüququndan imtina etməsi
30.1 Əgər Sığortalı Sığortaçı tərəfindən əvəzi ödənilmiş zərərlərə görə zərərə görə məsuliyyət daşıyan şəxsdən tələb hüququndan imtina edərsə və ya Sığortalının təqsiri ucbatından bu hüququn həyata keçirilməsi mümkün olmazsa, Sığortaçı bütünlükdə və ya müvafiq hissədə sığorta ödənişini verməkdən azad olunur və verilmiş sığorta ödənişinin qaytarılmasını tələb etməyə haqlıdır.
Maddə 31. Üçüncü şəxslər tərəfindən zərərin ödənilməsi
31.1 Əgər Sığortalı vurulmuş zərərlərə görə üçüncü şəxsdən (şəxslərdən) zərərin əvəzini almışdırsa, Sığortaçı yalnız verilməli xxxx sığorta ödənişi məbləği ilə sığortalının üçüncü şəxsdən (şəxslərdən) aldığı məbləğ arasındakı fərqi ödəyir.
Maddə 32. Məhkəmə aidiyyəti
32.1 Sığorta müqavilələrdən meydana çıxan mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll olunur.