QİYMƏTLİ ƏŞYALARIN DAŞINMASININ SIĞORTA QAYDALARI
Razılaşdırılıb: Təsdiq edilmişdir:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Dövlət Sığorta Nəzarəti Şöbəsinin müdiri
“AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri
X.X.Xxxxxxx X.X.Xxxxxx
İmza M.Y. İmza M.Y.
/ / 2009-cu il / / 2009-cu il
QİYMƏTLİ ƏŞYALARIN DAŞINMASININ SIĞORTA QAYDALARI
Bakı 2009
QİYMƏTLİ ƏŞYALARIN DAŞINMASININ SIĞORTA QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
1.1. Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu qiymətli kağızlar (səhm, istiqraz, çek, şəhadətnamə, xxxx və s.), təminat məktubu, nağd pul, (manat və ya valyuta), külçə və digər formada xxxx əlvan metallar, qiymətli daşlar və zinət əşyalarıdır.
1.2. Bu sığorta qaydaları ilə, poçt daşımaları da daxil olmaqla nəqliyyat firmaları vasitəsilə və ya mühafizə altında su, avtomobil, hava və dəmir yolu ilə daşınan qiymətli kağızlar (səhm, istiqraz, çek, şəhadətnamə, xxxx və s.), təminat məktubu, nağd pul, (manat və ya valyuta), külçə və digər formada xxxx əlvan metallar, qiymətli daşlar və zinət əşyaları sığorta müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman dəyə biləcək ziyan və zərərə sığorta şəhadətnaməsində göstərilən şərtlər və aşağıdakı istisnalar daxilində təminat verilir.
2. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
2.1. Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
2.2. Sığorta haqqı (onun birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində qeyd olunmalıdır.
2.3. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman ödənilməli xxxx bütün hissələr sığorta ödənişindən bir dəfəyə çıxılır və bu şərt sığorta şəhadətnaməsində qeyd olunmalıdır.
2.4. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığorta olunana qaytarılır.
2.5. Əgər sığorta şəhadətnaməsində sığorta haqqının (birinci hissəsinin) ödənilməsinə qədər sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı (birinci hissə) sığorta şəhadətnaməsi qüvvəyə mindiyi andan 15 gün ərzində ödənilməlidir.
Sığorta haqqı (birinci hissə) göstərilən müddət ərzində sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi qüvvəsini itirir.
2.6. Sığorta müqaviləsi bağlanarkən tərəflər qanunvericilikdə və bu Qaydalarda müəyyən edilmiş hallarda əlavə şərtlər barədə razılığa gələ bilərlər.
3. SIĞORTA HADİSƏLƏRİ
3.1. Bu Qaydalara əsasən aşağıdakı hadisələrin səbəb olduğu ziyan, zərər və xərclərə Sığorta Şirkəti tərəfindən təminat verilir:
3.1.1. Qiymətli əşyaların sığorta müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman itkisi və ya zədələnməsi.
3.1.2. Qiymətli əşyaların sığorta müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman oğurlanması, onlara quldurluq, soyğunçuluq və ya üçüncü şəxslərin başqa qeyri qanuni hərəkətləri nəticəsində dəyən ziyan.
3.1.3. Qiymətli əşyaların çatdırılmaması və ya əskikliyi.
3.2. Aşağıdakı hadisələrin səbəb olduğu ziyan, zərər və xərclərə, yalnız ayrıca olaraq razılaşdırılmış şərtlə təminat verilir:
3.2.1. Tətilçilərin, xxxxxxxx tərəfindən bağlanmış müəssisə işçilərinin etiraz nümayişləri və ya tətil, qarışıqlıq və ya xalq hərəkatlarında iştirak edən şəxslərin hərəkətləri;
3.2.2. Tətil, müəssisənin sahibkar tərəfindən bağlanması (lokaut), qarışıqlıq və ya xalq hərəkatları;
3.2.3. Terroristlərin və ya siyasi məqsədlər güdən şəxslərin hərəkətləri;
3.3. Başqa cür razılaşma yoxdursa, hadisənin başvermə səbəbindən asılı olmayaraq aşağıdakı hallar nəticəsində meydana gələn ziyan, zərər və xərclərə təminat verilmir:
3.3.1 Müharibə, vətəndaş müharibəsi, iğtişaş, qiyam, üsyan və bunların nəticəsində baş verən daxili qarışıqlıq,
3.3.2 Zəbtetmə, müsadirə, həbs, qadağa və ya əlindən alınma (qarət istisna olmaqla), onların nəticələri və ya onlara təşəbbüs;
3.3.3. Unudulub qalmış minalar, mərmilər, bombalar və digər hərbi sursatlarla toqquşmanın nəticəsi.
4. SIĞORTA TƏMİNATINA DAXİL EDİLMƏYƏN HALLAR
Aşağıdakı hallar nəticəsində baş verən ziyan, zərər və ya xərclərə sığorta təminat verilmir:
4.1. Qadağan edilmiş və ya gizli ticarət (qaçaqmalçılıq);
4.2. Sığortalının və ya onun işçilərinin qəsd hərəkətləri, etimaddan sui-istifadəsi və ya kobud səhvləri;
4.3. Sığortalanmış əmlakda gözlə ayırd eləmək mümkün olmayan çatışmazlıqlar və qüsurlar;
4.4. Sığorta edilmiş əmlakın lazımi qaydada qablaşdırılmaması;
4.5. Gecikmələr və müəyyən edilmiş daşıma müddətindən artıq gözləmələr;
4.6. Bu şərtlərin 2.2. bəndində göstərilənlər istisna olmaqla, nəticə ilə əlaqədar bütün növ zərər;
4.7. Daşınacaq qiymətli əşyanın miqdarı, dəyəri, alıcının ünvanı və bu kimi digər məlumatların sığortaçıya, nəqliyyat firmasına və ya poçt idarəsinə yarımçıq və ya səhv bildirilməsi;
4.8. Müvafiq idarələrin və ya daşıyıcının təlimatına və ya irəli sürdüyü şərtlərə əməl edilməməyi;
4.9. Qanunvericiliyə əsasən etibarsız sayılan saxta sənəd və təminat məktubları.
5. SIĞORTA TƏMİNATIN QÜVVƏYƏ MİNMƏ VƏ QÜVVƏDƏN DÜŞMƏ VAXTLARI
5.1. Sığorta təminatı, qiymətli əşyaların daşınma üçün nəqliyyat firmasının səlahiyyətli nümayəndəsinə, mühafizə altında həyata keçirilən daşımalarda isə, mühafizəni təmin edəcək şəxsə təhvil verilməsi ilə başlayır.
Sığorta təminatının başlaması üçün qiymətli əşyaların, nəqliyyat firmasının səlahiyyətli nümayəndəsinə və ya mühafizəni təmin edəcək şəxsə öhdəlik və ya təhvil-təslim qəbzi ilə təhvil verilməsi zəruridir.
5.2. Sığorta təminatı, qiymətli əşyaların son təyinat məntəqəsində alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə (əlaqədar işçisinə) təhvil verildiyi xxxxx xxxx çatmış hesab olunur. Təhvil vermə
vaxtının uzandığı hallarda, təminat müddəti qiymətli əşyaların son təyinat məntəqəsinə çatdırıldığı tarixdən hesablanmaqla üçüncü günün sonuna qədər davam edir.
5.3. Göndərilən qiymətli əşyaların hər hansı bir səbəbdən alıcıya təhvil verilə bilməməyi və ya alıcının həmin mallardan imtina etdiyi hallarda, sığorta təminatının müddəti razılaşdırılmış əlavə sığorta haqqının ödənilməsi şərtlə, həmin qiymətli əşyaların sığortalıya xxxx qaytarılmasına qədər davam etdirilə bilər.
6. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ.
6.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
6.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
6.3 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
6.4 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
6.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 6.1-ci və 6.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
6.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 6.3-cü və 6.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
6.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
7. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA DƏYƏRİ
7.1. Sığorta məbləğinin sığorta dəyərinə bərabər olması əsasdır. Sığortalının daşınacaq qiymətli əşyaların nəqliyyat firmasına bildirdiyi məbləği bütövlükdə sığorta etdirməsi zəruridir.
7.2. Xxxxx əməliyyatları üçün qiymətli əşyaların sığorta dəyəri sığortanın qüvvəyə mindiyi gün üçün və ya həmin ərazidə və ya ən yaxın ərazidəki xxxxx xxxx dəyəridir.
7.3. Digər sənəd və qiymətli əşyaların sığorta dəyəri sığorta müqaviləsinin bağlandığı ərazidə sığortanın hüquqi qüvvəyə mindiyi gün üçün müəyyən edilən kurs dəyəridir.
7.4. Sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsi etibarsız sayılır. Sığorta məbləği, sığorta dəyərindən az olarsa, sığorta ödənişi, sığorta məbləği ilə sığorta dəyəri arasındakı nisbətə uyğun olaraq ödənilir.
8. AZADOLMA
Tərəflər arasında başqa bir şərt nəzərdə tutulmazsa, ödəniş azadolma tətbiq edilmədən ödənilir. Azadolma nəzərdə tutularsa, onun növü, məbləği və tətbiq edilmə qaydaları xüsusi şərtlə müəyyən edilir.
9. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ
Sığortaçının məsuliyyəti sığorta müqaviləsi imzalandığı andan başlayır. Sığorta haqqı, başqa bir şərt nəzərdə tutulmazsa, sığorta şəhadətnaməsi tərtib edilməmiş olsa da müqavilə imzalandığı zaman ödənilir.
10. XXXXXX MAHİYYƏTİNİN DƏYİŞMƏSİ VƏ YA BAŞ VERMƏ EHTİMALININ ARTMASI.
10.1. Sığorta təminatı, daşımanın sığorta müqaviləsində göstərilən formada və marşrut üzrə həyata keçirilməsi şərti ilə etibarlıdır.
10.2. Sığortalı, xxxxxx mahiyyətinin dəyişməsinə və ya hadisənin baş vermə ehtimalının artmasına səbəb ola biləcək hər hansı bir vəziyyətin mövcudluğunu öyrənən kimi, dərhal bu haqda sığortaçıya məlumat verilməsinə görə məsuliyyət daşıyır.
10.3. Bu məlumat vermə öhdəliyinin sığortalı tərəfindən yerinə yetirilmədiyi hallarda, sığortaçı ödəniş vermək məsuliyyətindən azad olur.
Bu zaman aşağıdakı hallar istisna edilir:
- xxxxxx mahiyyətinin dəyişməsi və ya hadisənin baş vermə ehtimalının artması sığortalının iradəsi xaricində baş verdikdə;
- məlumat verilməməyinin bilərəkdən edilmədiyi və ya kobud səhvlə əlaqədar olmadığı, eləcə də xxxxxx mahiyyəti dəyişməsəydi də, hadisənin baş verəcəyinin təsdiqləndiyi hallarda.
10.4. Sığortaçının, xxxxxx baş vermə ehtimalının artması ilə əlaqədar əlavə sığorta haqqı almaq hüququ var.
ZƏRƏR VƏ ÖDƏNİŞ
11. SIĞORTA HADİSƏSİ BAŞ VERƏN ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
11.1. Sığortalı hadisənin baş verdiyini öyrənən kimi vəziyyəti dərhal sığortaçıya bildirməlidir. Hadisənin baş verməsinin vaxtında sığortaçıya bildirilmədiyinə görə xxxxx zərərin məbləği veriləcək ümumi ödəniş məbləğindən çıxıla bilər.
11.2. Sığorta hadisəsi baş verdikdən sonra sığortalı, istər sığorta etdirilmiş qiymətli əşyaları xilas etmək, istərsə də zərərin məbləğini azaltmaq üçün lazımi tədbirlər görməyə görə məsuliyyət daşıyır. Eyni zamanda, sığortalı mümkün olduğu hallarda lazımi tədbirlər görmək üçün mütləq sığortaçı ilə məsləhətləşməlidir.
11.3. Sığortalı, lazım olduqda bu sahədə sığortaçı ilə əməkdaşlıq etməli, lazımi tədbirlərin həyata keçirilməsinə köməklik göstərməli və xxxxx xxxx sənəd və məlumatları sığortaçıya verməlidir. Bundan başqa, sığortalı, daşıyıcı firma və ya təqsirkar xxxx digər üçüncü şəxslər tərəfindən dəymiş zərərin ödənilməsi hüququnun qorunması üçün vaxtında lazımi tədbirlər görməli və zəruri tədbirlərin yerinə yetirildiyi zaman sığortaçı ilə əməkdaşlıq etməlidir.
11.4. Sığortalı bütün növ qiymətli kağızların zədələnməsi zamanı onların ləğv edilməsi və ya qüvvədən düşməsi üçün bütün lazımlı tapşırıqları dərhal verməyə və bu əməliyyatlarla bağlı bütün məlumat və sənədləri sığortaçıya bildirməyə borcludur.
11.5. Yuxarıda göstərilən işlərlə əlaqədar çəkilən xərclər, qabaqcadan sığortaçının razılığının alınması şərti ilə sığortaçı tərəfindən ödənilir.
11.6. Sığortalı bu maddədə göstərilən vəzifələrini yerinə yetirməsə və bunun da nəticəsində zərərin məbləği artarsa, həmin məbləğ sığortaçının verəcəyi ödənişin məbləğindən çıxılır.
12. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
Hadisə baş verən zaman dəymiş zərərin məbləğinin sığortaçı tərəfindən ödənilməsi aşağıdakı qaydada həyata keçirilir:
12.1. Ləğv edilməsi və təzələnməsi mümkün xxxx qiymətli kağızlarla əlaqədar, bu Qaydaların 8- ci bəndinin şərtlərinə əməl olunmaqla, yalnız yenidən nəşr edilmək üçün çəkilən xərclər ödənilir;
12.2. Ləğv edilməsi və təzələnməsi qeyri-mümkün xxxx qiymətli kağızlarla əlaqədar verilən sığorta ödənişi sığorta məbləği ilə məhdudlaşır;
12.3. Sığortaçı, zərəri həmin əşyanın tam eynisini vermək yolu ilə də ödəmək hüququna malikdir.
13. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
13.1 Sığortalı tərəfindən müvafiq sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir.
13.2. Sığorta müqaviləsindən irəli gələn ödəniş borcunun sığortaçı tərəfindən ödənilməsi üçün sığortalının aşağıdakı sənədləri təqdim etməsi zəruridir:
13.2.1. Müvafiq idarələrin və ya nəqliyyat firmasının hadisə ilə əlaqədar aktı;
13.2.2. Sığorta etdirilmiş əşyaların göndərilmə və ya təhvil verilmə sənədləri;
13.2.3. Mənfəət münasibətlərini göstərən sənədlər;
13.2.4. Zərərin həcmi və məbləği göstərilməklə sığortalının ödəniş tələbnaməsi;
13.2.5. Sığorta hadisəsinin mahiyyəti ilə əlaqədar xxxx digər sənədlər;
DİGƏR MÜDDƏALAR
14. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
14.1 Sığortalının hüquqları:
14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
14.2 Sığortalının vəzifələri:
14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
14.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
14.3 Sığortaçının hüquqları:
14.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
14.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
14.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
14.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
14.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
14.4 Sığortaçının vəzifələri:
14.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
14.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
14.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
14.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
15. HÜQUQUN VERİLMƏSİ
15.1. Sığorta ödənişi verildikdən sonra sığortalının üçüncü şəxslərə qarşı iddia hüququ sığortaçıya keçir;
15.2. Sığortalı, sığortaçının tələbinə əsasən bu barədə sənədlərə müvafiq qeyd etməlidir;
15.3. Bu şərtlər əsasında sığortalının hüquqlarına sahib olmaq, ödənilmiş xxxx sığorta məbləği ilə məhdudlaşır.
16. XOŞ MƏRAMLILIQ ÖHDƏLİYİ
16.1. Tərəflər sığorta müqaviləsi imzalandığı və hüquqi qüvvədə olduğu müddət ərzində xoş məramlılıq prinsipinə əməl etməlidirlər.
16.2. Sığortalı, marşrutun seçildiyi və daşıma müddətinin müəyyən edildiyi zaman, nəqliyyat firmasının və ya mühafizəçi şəxslərin seçilməsində diqqətli və ehtiyatlı bir mal sahibi kimi hərəkət etməlidir.
16.3. Göndərilən qiymətli əşyalarla əlaqədar alıcıya qabaqcadan məlumat verilməli, mallar müəyyən edilmiş müddət ərzində təhvil verilmədikdə isə, alıcı dərhal bu haqda satıcıya məlumat verməlidir.
16.4. Qiymətli əşyaların son təyinat məntəqəsinə müəyyən edilmiş müddət ərzində çatdırılmadığı hallarda, sığortalı, nəqliyyat firmasına məlumat verərək lazımi tədbirlərin həyata keçirilməsini təmin etməyə və vəziyyətin sığortaçıya bildirilməsinə görə məsuliyyət daşıyır.
16.5. Sığortalı və yaxud sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən şəxslər, müqavilənin əsasını təşkil edən və onlara bəlli xxxx bütün məlumatları, sığorta müqaviləsi imzalanmamışdan əvvəl sığortaçıya bildirməyə görə məsuliyyət daşıyırlar. Bu şərtə əməl edilməməyi xoş məramlılıq prinsipinin pozulması kimi qəbul olunur. Sığortalı və yaxud sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən şəxslər, özlərinin normal fəaliyyətləri əsnasında bilməli olduqları bütün məlumatları bilmiş hesab edilirlər. Müqavilənin imzalanıb imzalanmamağı və ya şərtlərin dəqiqləşdirilməsi üçün qəbul olunacaq qərara təsir edən bütün amillər, xxxxxx qiymətləndirilməsi baxımından əhəmiyyət daşıdıqlarına görə müqavilənin əsasını təşkil edən amillərdən hesab edilir və bu hallar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun müddəaları ilə tənzimlənir.
17. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
17.1. Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə, sifarişli məktub vasitəsilə bildirilir.
17.2. Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvana eyni formada çatdırılır.
17.3. Tərəflərə, imza etdirmək şərti ilə, şəxsən təqdim olunan məktublar və yaxud teleqraf, teleks və ya faksla bildirilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
18. KOMMERSİYA VƏ İŞ SİRLƏRİNİN QORUNMASI
Sığortaçı və ya onun səlahiyyətli nümayəndələri bu müqavilənin bağlanması ilə əlaqədar sığortalıya aid öyrəndikləri bütün kommersiya və iş sirlərinin gizli saxlanmamağı nəticəsində sığortalıya dəyəcək zərərə görə məsuliyyət daşıyırlar.
19. MÜBAHİSƏLƏRİN HƏLLİ
Bu sığorta müqaviləsi ilə əlaqədar bütün fikir ayrılıqları, sığortaçının yerləşdiyi ərazidə bu işə səlahiyyəti xxxx yerli məhkəmələr tərəfindən, Azərbaycan Respublikası qanunlarına uyğun olaraq həll edilir.
20. MÜDDƏT
Sığorta müqaviləsi ilə əlaqədar bütün tələblər, Müştərək Qəza fədakarlığı payları istisna olmaqla, malın son təyinat məntəqəsinə çatdırılmasından etibarən iki il ərzində həll olunmazsa, vaxtı keçmiş hesab olunur. Bu müddət Müştərək Qəza fədakarlığı payları üçün bir ildir və dispaşanın hazırlanma tarixindən hesablanır.
21. XÜSUSİ ŞƏRTLƏR
Tərəflərin qarşılıqlı razılığına əsasən bu əsas şərtlərə, əlavə ediləcək xüsusi şərtlər (klozlar) hüquqi baxımdan əsas şərtlərdən üstün hesab edilir.