AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Azərbaycan Respublikası hökuməti və Avstriya Federal hökuməti arasında diplomatik və xidməti pasportlara xxxxx xxxx vətəndaşların vizasız gediş-gəlişi haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Avstriya Federal hökuməti arasında diplomatik və xidməti pasportlara xxxxx xxxx vətəndaşların vizasız gediş-gəlişi haqqında" 2010-cu il iyunun 23-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il
№ 1061-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Avstriya Federal Hökuməti Arasında diplomatik və xidməti pasportlara xxxxx xxxx Vətəndaşların vizasız gediş-gəlişi haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər“ adlandırılan Azərbaycan Respublikası Hökuməti və Avstriya Federal Hökuməti,
İki dövlət arasında xxxx dostluq münasibətlərini nəzərə alaraq,
Azərbaycan Respublikasının və Avstriya Respublikasının diplomatik və xidməti pasportlara xxxxx xxxx vətəndaşlarının müvafiq olaraq digər Razılığa gələn Tərəfin ərazisinə gediş-gəlişini asanlaşdırmaq arzusunda olaraq,
Razılığa gələn Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Vizasız gediş-gəliş
Etibarlı diplomatik və xidməti pasportlara xxxxx xxxx. Azərbaycan Respublikası vətəndaşları Avstriya Respublikasının ərazisinə vizasız daxil ola, tranzit qaydada keçə və ya giriş günündən etibarən 6 ay müddətində 90 (doxsan) günə qədər orada qala bilərlər. Müddətlər Avstriya Respublikasının və ya birgə sərhədlərdəki yoxlanışlarının tədricən ləğvini nəzərdə tutan 14 iyun 1985-ci il tarixli Şengen Sazişinin həyata keçirilməsi haqqında 19 iyun 1990-cı il tarixli Sazişin iştirakçısı xxxx digər bir dövlətin ərazisinə ilkin daxil olma günündən etibarən hesablanır.
Etibarlı diplomatik və xidməti pasportlara xxxxx xxxx Avstriya Respublikası vətəndaşları Azərbaycan Respublikasının ərazisinə vizasız daxil ola, tranzit qaydada keçə və ya ölkəyə giriş günündən etibarən 6 ay müddətində 90 (doxsan) günə qədər orada qala bilərlər.
Maddə 2
Pasportun etibarlılıq müddəti
Hər iki Razılığa gələn Tərəflərin vətəndaşlarının diplomatik və xidməti pasportlarının etibarlılıq müddəti onların digər Razılığa gələn Tərəfin ərazisinə daxil olduğu gün ən azı 6 ay təşkil etməlidir.
Maddə 3
Giriş-çıxış şərtləri
Razılığa gələn Tərəflərin etibarlı diplomatik və xidməti pasportlara xxxxx xxxx vətəndaşları digər Razılığa gələn Tərəfin səlahiyyətli orqanları tərəfindən giriş-çıxış məqsədləri ilə müəyyənləşdirilmiş məntəqələrdən istifadə edərək, müvafiq olaraq digər Razılığa gələn Tərəfin ərazisinə gedib-gələ bilər və o zaman onlara qarşı təhlükəsizlik, immiqrasiya, gömrük, səhiyyə və digər sahələr üzrə xxxx qanunlarda nəzərdə tutulmuş və bu növ etibarlı pasportlara malik şəxslərə hüquqi cəhətdən şamil edilən məhdudiyyətlərdən başqa digər məhdudiyyətlər tətbiq olunmur.
Maddə 4
Diplomatik və konsulluq nümayəndəliklərinin üzvləri üçün viza
1. Bu Sazişin 1-ci maddəsi Razılığa gələn Tərəflərin etibarlı diplomatik və ya xidməti pasportlara xxxxx xxxx, digər Razılığa gələn Tərəfin ərazisindəki diplomatik və ya konsulluq nümayəndəliyinə ezam edilmiş vətəndaşlarına ilk dəfə həmin ölkəyə səfər etdikləri xxxxx xxxxx edilmir.
2. 4-cü maddənin 1-ci bəndi, 1-ci bənddə göstərilmiş pasport sahiblərinin onlarla birlikdə yaşayan və diplomatik və ya xidməti pasporta xxxxx xxxx ailə üzvlərinə də tətbiq edilir.
3. Bu Sazişin 1-ci maddəsi digər Razılığa gələn Tərəfin ərazisində 1-ci maddədə göstərilmiş vaxtdan xxx qalmağı və ya əmək münasibətlərinə girməyi planlaşdıran şəxslərə tətbiq olunmur. Bu hallarda Razılığa gələn Tərəflərin immiqrasiya şərtlərinə uyğun olaraq giriş vizası və ya ölkədə qalma icazəsi almaq lazımdır.
4. Razılığa gələn Tərəflərin beynəlxalq hüquqa əsasən xxxxxxx və immunitetlərə malik və qəbul edən dövlət tərəfindən verilmiş fotoşəkilli vəsiqələri xxxx vətəndaşlarından bu vəsiqənin etibarlılıq müddəti ərzində Razılığa gələn Tərəfin ərazisində qalmaq və ölkəyə yenidən daxil olmaq məqsədilə sərhədi keçərkən və bu etibarlı fotoşəkilli vəsiqə və diplomatik və ya xidməti pasportu təqdim etdiyi təqdirdə giriş vizası və ya ölkədə qalmaq üçün sənəd tələb olunmur.
Maddə 5
Hakimiyyət orqanlarının səlahiyyətləri
1. Bu Saziş Razılığa gələn Tərəflərin vətəndaşlarmı digər Razılığa gələn Tərəfin əcnəbilərin ölkəyə daxil olması, ölkədə qalması və ölkədən getməsi ilə xxxxx xxxx qanun və qaydalarına riayət etmək öhdəliyindən azad etmir.
2. Hər iki Razılığa gələn Tərəf arzu olun mayan və ya ictimai asayiş, əhalinin sağlamlığı və milli təhlükəsizlik üçün təhlükə hesab olunan şəxslərə ölkəyə daxil olmaq üçün icazə verməkdən imtina etmək və ya ölkədə qalma müddətini azaltmaq hüququnu özündə saxlayır.
Maddə 6
Sazişin dayandırılması
1. Hər bir Razılığa gələn Tərəf milli təhlükəsizlik, ictimai asayiş və ya vətəndaşların sağlamlığı ilə xxxxx xxxx səbəblər üzündən bu Sazişin tətbiqini müvəqqəti olaraq tamamilə və ya qismən dayandıra bilər.
2. 1-ci bənddəki tədbirlərin həyata keçirilməsi və ya aradan qaldırılması barədə digər Razılığa gələn Tərəfə dərhal diplomatik kanallar vasitəsilə məlumat verilməlidir.
Maddə 7
Pasportun və ya səyahət sənədinin nümunəsi və verilməsi
1. Razılığa gələn Tərəflər digər Razılığa gələn Tərəfin istifadə etdiyi diplomatik və xidməti pasportların nümunələrini bu Sazişin imzalanmasından sonra 30 (otuz) gün müddətində diplomatik kanallar vasitəsilə bir-birilə mübadilə edəcəklər; hər bir Razılığa gələn Tərəf hər dəfə yeni pasportu dövriyyəyə buraxdıqdan ən azı 30 (otuz) gün öncədən onun nümunəsini digər Razılığa gələn Tərəfə göndərəcəkdir.
2. Hər iki Razılığa gələn Tərəf pasport sənədləri ilə bağlı öz qayda və qanunlarındakı dəyişikliklər barədə bir-birilərini müvafiq şəkildə məlumatlandıracaqdır.
3. Razılığa gələn Tərəflərdən birinin vətəndaşı digər Razılığa gələn Tərəfin ərazisində bu Sazişin 1-ci maddəsində göstərilən etibarlı pasportunu itirdikdə qəbul edən dövlətin səlahiyyətli orqanlarını məlumatlandıracaqdır. Səlahiyyətli diplomatik və konsulluq nümayəndəliyi yuxanda göstərilən dövlətin vətəndaşı üçün yeni pasport və ya yeni səyahət sənədi verəcəkdir və qəbul edən dövlətin səlahiyyətli orqanlarını bu barədə məlumatlandıracaqdır.
Maddə 8 Mübahisələrin həlli
Bu Sazişin müddəalarının təfsiri və tətbiqi ilə bağlı yarana bilən hər hansı fikir aynlığı və ya mübahisə Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və ya danışıqlar yolu ilə xoş məramla həll ediləcəkdir.
Maddə 9
Sazişə dəyişiklik
Bu Sazişə, əgər tələb olunarsa, Razılığa gələn Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında dəyişikliklər və ya əlavələr edilə bilər. Belə dəyişikliklər və ya əlavələr xüsusilə 1-ci maddədə qeyd edilmiş müddətlərin uzadılmasını ehtiva edə bilər. Sazişə edilən dəyişiklik və ya əlavə Razılığa gələn Tərəflərin bunun üçün müəyyən etdiyi gün qüvvəyə minir.
Maddə 10
Sazişin qüvvəyə minməsi, müddəti və sona çatması
1. Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə bir-birilərinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən sonra 30-cu (otuzuncu) gün qüvvəyə minir.
2. Bu Saziş 5 (beş) il ərzində qüvvədədir və avtomatik olaraq hər dəfə növbəti 5 (beş) illik müddətə uzadılacaqdır.
3. Hər bir Razılığa gələn Tərəf bu Sazişi istənilən vaxt yazılı xəbərdarlıq etməklə xitam edə bilər. Belə halda Xxxxx xitam notasının digər Razılığa gələn Tərəfə daxil olduğu tarixdən 30 (otuz) gün sonra qüvvədən düşür.
Bu Saziş Bakı şəhərində " 23 " iyun 2010-cu il tarixində iki əsl nüsxədə Azərbaycan və xxxxx dillərində imzalanmışdır və hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası |
Avstriya Federal |
Hökuməti |
Hökuməti |
adından |
adından |
(imza) |
(imza) |