Müqavilə
Müqavilə
⮚ “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi barədə Müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (20 may 2016-cı il)
⮚ Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında "Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında" Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (2 iyul 2002-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (1 dekabr 1998-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında təslim etmə haqqında Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublıkasının Qanunu (1 dekabr 1998-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında hüquqi yardım haqqında Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (1 dekabr 1998-ci il)
⮚ Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramının (2016-2019) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (4 oktyabr 2016-cı il)
“Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan- İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi barədə Müqavilənin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan- İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi barədə 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Müqavilənin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Müqavilənin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2016-cı il
№ 915
“Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan- İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi barədə
MÜQAVİLƏ
Bundan sonra “Tərəflər” adlandırılacaq “Azərbaycan Dəmir Yolları” QSC və İran İslam Respublikasının Dəmir Yolları,
Tərəflər arasında dostluğun daha da inkişafını təşviq edərək, mübadilə və ticarət-iqtisadi əlaqələri üçün daha əlverişli şəraitin yaradılması məqsədilə,
Azərbaycan və İranın dəmir yolları nəqliyyatı şəbəkələri arasında əlaqənin yaradılması və inkişaf etdirilməsi niyyəti ilə,
dəmir yolu körpüsünün tikintisi nəticəsində Azərbaycan və İran arasında xxx və sərnişin daşımalarının artacağına əminliyi bəyan edərək,
Tərəflər arasında imzalanmış müxtəlif anlaşma memorandumlarını, protokolları, o cümlədən 2015-ci ildə imzalanmış digər sənədləri bir daha təsdiq edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Müqavilə Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi məqsədilə bağlanır.
Maddə 2
Dəmir yolu körpüsünün layihələndirilməsi, tikintisi və tikinti üzərində nəzarət işləri müvafiq beynəlxalq standartlara və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq icra edilir.
Maddə 3
Tərəflər hazırkı Müqavilənin məqsədləri üçün öz ölkələrinin ərazisində torpaq sahəsini təmin edirlər.
Dəmir yolu korpusunun layihələndirilməsi, nəzarət işləri və tikintisi ilə bağlı bütün əməliyyatlar Tərəflər arasında imzalanacaq əlavə sənədlər əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının və İran İslam Respublikasının ərazilərində dəmir yolu körpüsünün layihələndirilməsi, tikintisi və nəzarət işləri ilə əlaqədar bütün xərcləri və digər razılaşdırılmış xərcləri Tərəflər bərabər paylarla ödəyirlər.
Dəmir yolu körpüsünün giriş yollarının, köməkçi obyektlərin və qurğuların tikintisini hər bir Tərəf öz ölkəsinin ərazisində müstəqil olaraq eyni zamanda başa çatdırır.
Maddə 4
Tərəflər dəmir yolu körpüsünün layihələndirilməsi, nəzarəti və tikintisi üçün müvafiq işçi qruplar yaradırlar.
Maddə 5
Azərbaycan-İran sərhəd xəttinin vəziyyətinin dəyişməsinin qarşısının alınması məqsədilə, dəmir yolu körpüsünün tikintisi Astara çayının su axınının istiqamətini, həcmini, yatağını və xxxxx xəttini dəyişdirməyəcək, həmçinin ekoloji təhlükəsizliyə zərər vurmayacaq.
Körpünün layihələndirilməsi elə olmalıdır ki, körpünün ortası sərhəd xətti ilə üst-üstə düşsün.
Maddə 6
Tərəflər bu Müqavilənin həyata keçirilməsi məqsədilə qapalı tikinti zonası və həmin zonaya giriş (qalma və çıxış) qaydaları ilə bağlı xoş niyyətlə müzakirələr aparacaq və razılaşacaqlar.
Maddə 7
Tərəflər arasında bu Müqavilənin təfsiri və ya tətbiqi ilə bağlı yaranan mübahisələr Tərəflər arasında məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 8
Dəmir yolu körpüsünün istismarı, saxlanılması və təmiri qaydalarının müəyyən edilməsi, həmçinin bununla bağlı əmlak münasibətlərinin tənzimlənməsi Tərəflər arasında ayrıca müqavilənin predmetidir.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığına əsasən, bu Müqaviləyə onun ayrılmaz hissəsi xxxx və bu Müqavilənin 10-cu maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq qüvvəyə minən, ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 10
Bu Müqavilə onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların (tələb olunarsa) yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Tehran şəhərində 23 fevral 2016-cı il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük verilir.
“Azərbaycan Dəmir Yolları” QSC | İran İslam Respublikasının |
adından | Dəmir Yolları adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında "Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında" Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında "Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında" 2002-ci il mayın 20-də Tehran şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul 2002-ci il
№ 350-IIQ
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında
MÜQAVİLƏ
Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılan Azərbaycan Respublikası ilə İran İslam Respublikası, siyasi, iqtisadi, ticarət, mədəniyyət və ictimai sahələrdə münasibətləri genişləndirməyə maraq göstərərək, sivilizasiya, mədəniyyət, tarixi və din ortaqlıqlarını qeyd edərək,
suverenlik, müstəqillik, ərazi bütövlüyünə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə uyğun olaraq və iki ölkənin dostluq, qarşılıqlı anlaşma münasibətlərinin müxtəlif sahələrdə əməkdaşlığın inkişafı meyarı kimi qiymətləndirilməsinə inanaraq,
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsipləri, eləcə də beynəlxalq hüquqda qəbul olunmuş meyarlara sadiq olduqlarını bildirərək,
iki ölkə əlaqələrinin regional və beynəlxalq səviyyədə sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi ilə qırılmaz bağlılığını vurğulayaraq,
birgə sərhədlərin mövcudluğunu nəzərə alaraq və qarşılıqlı mehriban qonşuluq əlaqələrinin iki ölkə xalqlarının əsas maraqlarına cavab verməsinə inanaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Razılığa gələn Tərəflər qonşu, dost, bərabərhüquqlu və müstəqil dövlətlər olaraq, öz münasibətlərini suverenlik və ərazi bütövlüyünə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri və digər ümumi qəbul edilən beynəlxalq hüquq prinsip və normaları əsasında inkişaf etdirəcəklər.
M a d d ə 2
Razılığa gələn Tərəflər iki dövlət arasındakı sərhədlərini dostluq sərhədləri elan edərək, suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlıq hörmət edilməsinin vacibliyini vurğulayaraq, regional və beynəlxalq səviyyələrdə sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə davamlı əməkdaşlıq edəcəklər. Razılığa gələn Tərəflər ayrıca sazişlər əsasında sərhəd əməkdaşlıqları sahəsində birgə fəaliyyət göstərəcəklər.
M a d d ə 3
Razılığa gələn Tərəflər bütün mübahisələri müzakirələr yolu ilə və qarşılıqlı anlaşma şəraitində həll edəcəklər. Həmçinin sülh, sabitlik və təhlükəsizliyin qorunması məqsədi ilə mütəmadi məsləhətləşmələr aparacaq, sülh və sabitliyə təhlükə törədən, təhlükəsizliyi pozan amillərin aradan qaldırılması istiqamətində səy göstərəcəklər.
M a d d ə 4
Razılığa gələn Tərəflər, BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının, zor işlətmək və ya zor işlədəcəyi ilə hədələməyin yolverilməz olduğunu təsdiq edərək, beynəlxalq tanınmış sərhədlərin zor işlətməklə pozulmasının nəticələrini tanımır və münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsasən həll edilməsinə tərəfdar çıxırlar.
M a d d ə 5
Razılığa gələn Tərəflər digərinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı hərəkətlərdən və təzyiq formalarından çəkinəcəklər.
Razılığa gələn Tərəflər öz ərazilərində təşkilat, qrup, dəstə və şəxslərin Razılığa gələn digər Tərəfə qarşı fəaliyyət göstərməsinə imkan verməyəcəklər.
Onlar həmçinin öz ərazisindən Razılığa gələn digər Tərəfə qarşı təcavüz məqsədi ilə istifadə edilməsinə icazə verməyəcəklər.
M a d d ə 6
Razılığa gələn Tərəflər beynəlxalq təşkilat və konfranslar çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi və qarşılıqlı məsləhətləşmələr aparacaq, üçüncü ölkələrdəki diplomatik nümayəndəlikləri arasında əməkdaşlığı təşviq edəcəklər.
M a d d ə 7
Razılığa gələn Tərəflər iki ölkənin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığının səviyyəsindən razı qaldıqlarını bildirərək, bu əməkdaşlığın xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində möhkəmləndirilməsini təkid edirlər.
M a d d ə 8
Razılığa gələn Tərəflər region ölkələrinin etibarlı təhlükəsizliyinə, sülh və əmin-amanlığın təmin olunmasına yönəldilən əməkdaşlığı artıracaq, beynəlxalq və regional təhlükəsizlik sistemlərinin möhkəmləndirilməsi və səmərəliliyinin artırılması üçün ardıcıl səylər göstərəcəklər.
M a d d ə 9
Razılığa gələn Tərəflər bütün xəzərsahili dövlətlərin ümumi razılığı əsasında Xəzər dənizinin hüquqi statusuna dair danışıqların sürətləndirilməsinə və mövqelərinin yaxınlaşdırılmasına tərəfdar olduqlarını bildirirlər.
Razılığa gələn Tərəflər Xəzər dənizinin sülh, dostluq və əməkdaşlıq dənizi olmasına əmindirlər və Xəzər dənizinin hərbiləşdirilməsinin əleyhinə olduqlarını elan edirlər, ekologiya və canlı mühitin qorunması üçün sahilyanı ölkələrin daha artıq əməkdaşlıq etməsini arzulayırlar. Onlar Xəzər dənizinin ekoloji vəziyyətinə görə xəzərsahili dövlətlərin məsuliyyətini təsdiq edirlər.
M a d d ə 1 0
Razılığa gələn Tərəflər, bir-birinin vətəndaşları üçün sadələşdirmələr məqsədi ilə iki ölkə arasında imzalanmış hüquqi sazişlərin, xüsusilə də hüquqi yardım və cinayət törətmiş şəxslərin ekstradisiyası və azadlıqdan məhrum edilmiş şəxslərin verilməsi haqqında müqavilələrin tam icrasına sadiq olduqlarını bildirirlər.
M a d d ə 1 1
Razılığa gələn Tərəflər mütəşəkkil və beynəlxalq cinayətkarlıqla, terrorçuluqla, narkotik maddələrin qeyri- qanuni dövriyyəsi ilə, mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən aktlarla, mədəni sərvətlərinin ölkədən qeyri-qanuni çıxarılması, nərə balıqlarının qeyri-qanuni ovlanması, kürü və malların qaçaqmalçılığına qarşı mübarizə sahəsində fəal əməkdaşlıq edəcəklər. Razılığa gələn Tərəflər qarşılıqlı maraq doğuran bu və ya digər məsələlərdə əməkdaşlıq haqqında ayrıca sazişlər bağlayacaqlar.
M a d d ə 1 2
Razılığa gələn Tərəflər siyasi, iqtisadi, ticarət, kənd təsərrüfatı, elm, texnologiya, nəqliyyat, mədəniyyət, incəsənət, informasiya mübadiləsi, turizm, idman və digər sahələrdə iki ölkə arasındakı münasibətləri ümumi qəbul edilən beynəlxalq prinsiplər, qarşılıqlı etimad, qarşılıqlı faydalı əməkdaşlığa əsasən ayrıca imzalanmış sazişlər əsasında geniş inkişaf etdirəcəklər.
M a d d ə 1 3
Ticarət və iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm bir hissəsini təşkil etdiyini nəzərə alaraq, Razılığa gələn Tərəflər ticarət dövriyyəsinin həcmini optimal səviyyəyə çatdırmaq və birgə investisiya qoyuluşuna münasib zəmin yaratmaq barədə razılığa gəlmişlər.
M a d d ə 1 4
Razılığa gələn Tərəflər iqtisadi, ticarət, elm, texnologiya sahələrində münasibətlərin inkişafını aşağıdakı səviyyələrdə təmin edəcəklər:
dövlət hakimiyyəti və idarəetmə orqanları, bank və maliyyə sistemi,
ərazi və yerli özünüidarəetmə orqanları, müəssisələr, birliklər və kooperativlər.
Razılığa gələn Tərəflər bir-birinin ərazilərində qarşılıqlı sərmayə qoyuluşuna imkan yaradacaq, əlverişli iqtisadi, maliyyə, hüquqi şəraitin yaradılmasına, iş adamlarının fəaliyyətinə, bir-birinin layihələri üzrə keçirilən tenderlərdə iştiraka və digər iqtisadi fəaliyyətə kömək edəcəklər. Həmçinin kənd təsərrüfatı, sənaye, mədən məhsulları və avadanlıqlarının istehsalı və bu sahələrdə müştərək müəssisələrin yaradılması məqsədi ilə lazımi
imkanlar yaradacaqlar. Əlavə olaraq, Tərəflər kəşfiyyat, istismar, emal, alqı-satqı, neft və qazın nəqli və həmçinin müvafiq sənaye və neft-kimya müəssisələrinin inşasına şamil olunan enerji ehtiyatları sahəsində ikitərəfli əməkdaşlıq səviyyəsinin yüksəldilməsi haqqında razılığa gəlmişlər.
M a d d ə 1 5
Razılığa gələn Tərəflər iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafında nəqliyyatın rolunu nəzərə alaraq, özlərinin dəniz və hava limanları, dəmir-yol və avtomobil yolları şəbəkəsi vasitəsi ilə ən əlverişli rejim yaradılmasına əsasən xxx və sərnişin daşımalarını təmin etməklə, öz ərazilərindən giriş-çıxış qaydalarına xxxxx xxx və sərnişin daşınması işinin tənzimlənməsi haqqında ayrıca sazişlər imzalayacaqlar.
M a d d ə 1 6
Razılığa gələn Tərəflər hər iki ölkənin universitetləri, ali təhsil müəssisələri, tədqiqat və texnologiya mərkəzləri arasında birbaşa əlaqələri təşviq etməklə, elm və tədqiqat, xüsusilə də qabaqcıl texnologiya sahəsində birgə tədqiqat layihələrinin icrası sahəsində əməkdaşlığı qeyd edərək, iki ölkənin xxxx-texniki əməkdaşlığının inkişafına çalışacaqlar. Razılığa gələn Tərəflər bir-birinin müəllim, tələbə, tədqiqatçı və mütəxəssislərinin mübadiləsinə lazımi yardım edəcəklər.
M a d d ə 1 7
Razılığa gələn Tərəflər ortaq mədəni irsə xxxxx xxxx iki ölkənin mədəni sahələrdə mübadilələri üçün lazımi imkanlar yaradacaq, bu məqsədlə iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayan müştərək mədəniyyət-incəsənət mərkəzlərinin yaradılmasına lazımi yardım edəcəklər. Razılığa gələn Tərəflər tarix və mədəniyyət abidələrinin qorunması sahəsində hərtərəfli əməkdaşlıq edəcək, həmçinin beynəlxalq səviyyələrdə mədəniyyət, memarlıq və incəsənət sahələrində aparılan əməkdaşlığa xüsusi əhəmiyyət verəcəklər. Razılığa gələn Tərəflər iki ölkənin dil və ədəbiyyatı sahəsində əlaqələrin və əməkdaşlığın inkişafını təşviq və himayə edəcəklər. İki ölkə xalqlarının din ortaqdıqlarına diqqət yetirərək, Razılığa gələn Tərəflər din məsələlərinə dair qanunvericilikləri çərçivəsində əməkdaşlıq edəcəklər.
M a d d ə 1 8
Razılığa gələn Tərəflər telekommunikasiya, rabitə, mətbuat, poliqrafiya, radio və televiziya, xəbər agentlikləri və digər kütləvi informasiya sahələrində əməkdaşlıq edəcəklər.
M a d d ə 1 9
Razılığa gələn Tərəflər parlament, ictimai təşkilat və qurumlar, siyasi partiyalar, ticarət qurumları, həmkarlar təşkilatlarının qarşılıqlı əməkdaşlığına və həmin sahələri təmsil edən nümayəndələrin qarşılıqlı səfərlərinə imkan yaradacaqlar.
M a d d ə 2 0
Razılığa gələn Tərəflər ekologiyanın mühafizəsi sahəsində hərtərəfli əməkdaşlığı genişləndirəcək, bu sahədə regional və beynəlxalq səviyyədə qəbul edilmiş qərarların icrasına yardım edəcək, həmçinin beynəlxalq ekoloji təhlükəsizlik sisteminin yaradılması, o cümlədən Xəzər dənizi ekologiyasının bərpası və qorunması sahələrində qarşılıqlı əməkdaşlıq və fəaliyyəti həyata keçirəcəklər.
M a d d ə 2 1
Razılığa gələn Tərəflər iki ölkə arasında birgə əməkdaşlığın genişləndirilməsində "Xudafərin" və "Qız qalası" bəndlərinin inşasının əhəmiyyətini nəzərə alaraq, su bəndlərinin inşasına dair Azərbaycan Respublikası və İran İslam Respublikası arasında hidro və elektroenergetika sahələri üzrə əməkdaşlıq haqqında 2 iyul 1994-cü il (11.04.1373) tarixində imzalanmış Memorandumun müddəalarının icrasını vurğulamışlar.
M a d d ə 2 2
Razılığa gələn Tərəflər iki ölkə arasındakı münasibətlərin inkişafından razılıqlarını bildirərək, iki dövlət arasında əldə edilmiş razılaşmaların icrasının vacibliyini qeyd etmişlər.
M a d d ə 2 3
Razılığa gələn Tərəflər Naxçıvan Muxtar Respublikasında enerji çatışmazlığını nəzərə alaraq, İran qazının Naxçıvana nəql edilməsi üçün Xoy-Culfa qaz kəmərinin çəkilməsi barədə razılığa gəldilər.
M a d d ə 2 4
Şimal-Cənub koridorunun gücləndirilməsi və iki ölkə vətəndaşlarının qarşılıqlı gediş-gəlişi üçün müvafiq imkanların yaradılması məqsədi ilə Razılığa gələn Tərəflər nəqliyyat şəbəkələrinin, xüsusilə iki ölkə paytaxtları arasında, inkişafına çalışacaqlar. Razılığa gələn Tərəflər iki ölkə arasında imzalanması nəzərdə tutulan müqaviləyə əsasən Astara-Bakı magistral yolunun çəkilişində maraqlı olduqlarını və bu layihənin həyata keçirilməsinə səy göstərəcəklərini bildirdilər.
M a d d ə 2 5
Razılığa gələn Tərəflər müstəqil və bərabərhüquqlu dövlətlər kimi müdafiə sahəsində sıx əməkdaşlıq edəcək və qarşılıqlı fəaliyyət göstərəcəklər. Bu əməkdaşlığın forması ayrıca müqavilə ilə müəyyənləşdiriləcəkdir.
M a d d ə 2 6
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Müqavilədə dəyişikliklər edilə bilər. Dəyişikliklər və əlavələr bu Müqavilənin 29-cu maddəsinə uyğun olaraq qüvvəyə minən ayrı-ayrı protokollarla müəyyənləşdirilir.
M a d d ə 2 7
Bu Müqavilənin təfsiri və yerinə yetirilməsinə aid mübahisələr Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilməlidir.
M a d d ə 2 8
Bu Müqavilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq BMT Katibliyində qeydiyyata alınacaqdır.
M a d d ə 2 9
Bu Müqavilə daxili qanunvericiliyə uyğun olaraq ratifikasiya edilir və ratifikasiya fərmanlarının mübadilə edildiyi gündən qüvvəyə minir.
M a d d ə 3 0
Bu Müqavilə 10 il müddətinə bağlanılır. Əgər Razılığa gələn Tərəflərdən biri Müqavilənin müddətinin bitməsinə ən azı 6 ay qalmış yazılı xəbərdarlıq yolu ilə onu ləğv etmək arzusunu Razılığa gələn digər Tərəfə bildirməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti 10 il müddətinə uzadılır.
Bu Müqavilə Tehran şəhərində 20 may 2002-ci il tarixində, müvafiq olaraq 30 ordibeheşt 1381-ci ildə iki nüsxədə, hər biri Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir. Müqavilənin təfsirində fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Prezidenti Xxxxxx XXXXXX | İran İslam Respublikası adından İran İslam Respublikasının Prezidenti Xxxxxx Xxxxxxxx XXXXXX |
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında 1998-ci il fevralın 21-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
XXXXXX XXXXXX
Bakı şəhəri, 1 dekabr 1998-ci il
№ 553-IQ
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramının (2016-2019) təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış İcra Proqramı (2016-2019) təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən İcra Proqramının müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İcra Proqramının qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2016-cı il
№ 1062
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm
Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İCRA PROQRAMI (2016-2019)
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı,
dostluq əlaqələrinə və turizm əməkdaşlığı sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək və genişləndirmək barədə qarşılıqlı niyyətə əsaslanaraq və 10 mart 2009-cu il tarixində, müvafiq olaraq 20 esfənd 1387-ci il tarixində Tehran şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi məqsədilə,
aşağıdakılar barədə razılığa gəlirlər:
Bənd 1
Tərəflər, səlahiyyətləri çərçivəsində və milli qanunvericiliklərinə müvafiq olaraq, qarşılıqlı anlaşma, hörmət və qarşılıq prinsipləri əsasında turizm sahəsində əməkdaşlığı genişləndirməyə səy göstərirlər.
Bənd 2
Tərəflər turizm sektoru ilə əlaqədar investisiya layihələrinə dair milli qanunvericilikləri barədə informasiya mübadiləsi aparırlar.
Bənd 3
Tərəflər turizm sahəsində əməkdaşlığı inkişaf etdirirlər, yerləşdirmə vasitələri, səyahət agentlikləri və turoperatorlar daxil olmaqla, özəl sektorlar arasında əməkdaşlığı vurğulayaraq, öz ölkələrinin aidiyyəti sektorunu birgə turların təşkilində əməkdaşlığa təşviq edirlər.
Bənd 4
Tərəflər öz turizm şirkətlərinə dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə hörmət də daxil olmaqla, beynəlxalq hüququn əsas xxxxx və prinsiplərinə hörmət etməyi və bir-birinin ölkəsinə turların təşkilində bu prinsiplərə və müvafiq Tərəfin milli qanunvericiliyinə uyğun şəkildə hərəkət etməyi tövsiyə edirlər.
Bənd 5
Tərəflər öz müvafiq ölkələrində turizm sərgilərində və festivallarda digər Tərəfin iştirakına kömək göstərir və yuxarıda qeyd olunan tədbirlərə dair illik cədvəlləri mübadilə edirlər.
Bənd 6
Tərəflər BMT-nin Ümumdünya Turizm Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi ixtisaslaşmış beynəlxalq təşkilatlar səviyyəsində turizm sahəsində əməkdaşlıqlarını gücləndirirlər.
Bənd 7
Tərəflər turizm sahəsinə dair məlumatlılığın artırılmasına yönəldilən seminar tipli fəaliyyətlərə təşəbbüs göstərməklə və turizm sektorunda çalışan heyət üçün peşəkar treninq proqramlarının təşkili vasitəsilə turizm treninqləri üzrə əməkdaşlığı inkişaf etdiririər.
Bənd 8
Tərəflər müvafiq özəl sektorlarla əməkdaşlıq etməklə, üçüncü ölkələrdən birgə turların hazırlanması imkanlarını nəzərdən keçirirlər.
Bənd 9
Tərəflər İpək Yolu ilə əlaqədar turizm fəaliyyətlərinin təbliği üzrə əməkdaşlığı inkişaf etdirir və bu məqsədlə müvafiq tədbirlər görürlər.
Bənd 10
Tərəflər balneologiya sahəsində əməkdaşlıq çərçivəsində sağlamlıq turizminin təşviqi üzrə əməkdaşlığı gücləndirir və bu sahədə müvafiq tədbirlər həyata keçirirlər.
Bənd 11
Bu İcra Proqramı onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlət-daxili prosedurların yerinə yetirilməsi barədə Azərbaycan tərəfinin diplomatik kanallar vasitəsilə göndərdiyi yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir və 2019-cu ilədək qüvvədə qalır.
Tərəflərdən hər biri istənilən vaxt bu İcra Proqramını ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazıb bildiriş göndərə, bilər. İcra Proqramı bu cür bildirişin alınmasından bir ay sonra ləğv olunur.
Bu İcra Proqramına Tərəflərin qarşılıqlı razılığı ilə dəyişiklik edilə bilər.
Bakı şəhərində 7 avqust 2016-cı il tarixində, müvafiq olaraq 17 mordad 1395-ci il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının | İran İslam Respublikasının Mədəni İrs, |
Mədəniyyət və Turizm Nazirliyi | Əl İşləri və Turizm Təşkilatı |
adından | adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında təslim etmə haqqında Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında təslim etmə haqqında 1998-ci il fevralın 21-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
XXXXXX XXXXXX
Bakı şəhəri, 1 dekabr 1998-ci il
№ 554-IQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında hüquqi yardım haqqında Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında hüquqi yardım haqqında 1998-ci il fevralın 21-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
XXXXXX XXXXXX
Bakı şəhəri, 1 dekabr 1998-ci il
№ 555-IQ