AVTODAŞIYICILARIN VƏ EKSPEDİTORLARIN MÜLKİ MƏSULİYYƏTİNİN SIĞORTASI QAYDALARI
AVTODAŞIYICILARIN VƏ EKSPEDİTORLARIN MÜLKİ MƏSULİYYƏTİNİN SIĞORTASI QAYDALARI
Bakı - 2012
Avtodaşıyıcıların və ekspeditorların mülki məsuliyyətinin sığortası Qaydaları (bundan sonra mətndə
«Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və Avtodaşıyıcıların və ekspeditorların mülki məsuliyyətinin sığortası müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı Ərizə formasında Sığortalı tərəfindən göstərilmiş məlumat və Ərizə formasında qeyd olunmuş Sığortalının bəyannaməsi əsasında verilir.
Bu Qaydalarla müəyyən olunan “Avtodaşıyıcıların və ekspeditorların mülki məsuliyyətinin sığortası” növü ümumi mülki məsuliyyətinin sığortası sinifinə aid edilir.
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu sığorta hazırkı Qaydalarla müəyyən olunmuş hadisələrin baş verməsi üçüncü şəxslərin (Faydalanan şəxslərin) əmlak mənafelərinə dəymiş zərərin əvəzinin ödənilməsi üzrə avtodaşıyıcının/ekspeditorun məsuliyyətinin əmələ gəlməsi) halında fiziki və huquqi şəxslərin əmlak mənafelərinin qorunması məqsədilə aparılır.
1.2. Hazırkı Qaydalar əsasında «Meqa Sığorta» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Sığortaçı adlandırılacaq) ilə avtodaşıyıcıların/ekspeditorların məsuliyyətinin sığortası müqaviləsini bağlamış, Azərbaycanda və ya xaricdə qeydə alınmış avtodaşıyıcılar/ekspeditorlar Sığortalılar hesab olunurlar.
Qanunla müəyyən olunmuş qaydada hər hansı nəqliyyat ilə yüklərin daşınması və müşayiət edilməsi üzrə fəaliyyət ilə məşğul xxxx hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx fiziki şəxslər avtodaşıyıcılar/ekspeditorlar hesab olunurlar.
1.3. Səlahiyyətli şəxs – yüklərin daşınmasından və müşayiət edilməsindən irəli gələn öhdəliklər üzrə Sığortalıya qarşı tələb irəli sürmək hüququna xxxxx xxxx şəxsdir.
1.4. Sığortalı tərəfindən yüklərin daşınması və müşayiət edilməsi ilə bağlı həyatına, sağlamlığına və ya əmlakına zərər dəymiş şəxslər Üçüncü şəxslər hesab olunurlar.
1.5. Bu Qaydalar əsasında bağlanmış müqavilənin şərtlərinə, tərəflərin yazılı razılığı əsasında sığorta müqaviləsinin bağlanması zamanı və ya sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində, xxxxx sığorta hadisəsinin baş verməsindən əvvəl, Azərbaycan qanunvericiliyinə zidd olmaması şərti ilə, dəyişikliklər edilə bilər.
2. SIĞORTA OBYEKTİ
2.1. Hazırkı Qaydalara müvafiq olaraq sığorta obyekti Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan, yüklərin daşınması və ya müşayiət edilməsi zaman fiziki
şəxslərin həyatına, sağlamlığına və ya fiziki və hüquqi şəxslərin əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə Sığortalının məsuliyyəti ilə bağlı əmlak mənafeləridir.
2.2. Bundan başqa hazırkı sığorta Qaydaları əsasında sığorta hadisəsinin araşdırılması, dövlət hakimiyyəti və məhkəmə orqanlarında Sığortalının maraqlarının müdafiə olunması və ya xxxxx xxxxx olunması üçün həyata keçirilən işlər ilə əlaqədar əlavə xərclərin (maddə 4.5. və 4.7.) çəkilməsi ilə bağlı Sığortalının əmlak mənafeləri əlavə olaraq sığortalana bilər.
3. SIĞORTA RİSKİ. SIĞORTA HADİSƏSİ
3.1. Hazırkı Qaydalara müvafiq olaraq avtodaşıyıcının/ekspeditorun fiziki şəxslərin həyatına, sağlamlığına və ya fiziki və hüquqi şəxslərin əmlakına zərər vurmasına görə mülki məsuliyyətinin yaranması ehtimalı sığorta riski sayılır.
3.2. Hazırkı Qaydalara əsasən sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində, Sığortalı tərəfindən yüklərin daşınması və ya müşayiət edilməsi zaman təsadüfi və gözlənilməyən hadisənin baş verməsi nəticəsində bu Qaydaların 1.3. və 1.4. bəndlərində göstərilən şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər dəyməsinə görə Sığortalının mülki məsuliyyətin yaranması sığorta hadisəsi hesab olunur.
Hazırkı bənddə göstərilən zərərin yetirilməsi nəticəsində Sığortalının məsuliyyətinin əmələ gəlməsi faktı Sığortalıya qarşı qanunla müəyyən olunmuş qaydada əsaslı tələbin irəli sürülməsi, Sığortalıya qarşı məhkəmədə iddianın irəli sürülməsi və ya dəymiş zərərin əvəzinin ödənilməsini Sığortalının öhdəliyinə qoyan məhkəmə qərarı ilə təsdiq olunur.
Hazırkı Qaydalara və sığorta müqaviləsinə (sığorta şəhadətnaməsinə) uyğun olaraq Sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyinin əmələ gəlməsinə səbəb xxxx tələb əsaslı tələb hesab olunur.
3.3. Sığorta riskləri Sığorta Şəhadətnaməsində göstərilir və sığorta təminatı yalnız Sığorta Şəhadətnaməsində göstərilən risklərə dair qüvvədədir.
4. SIĞORTA TƏMİNATININ HƏCMİ
Sığortalının məsuliyyətinin həcmi aidiyyəti xxxx beynəlxalq və milli nəqliyyat qanunvericiliyin və poçt rabitəsi sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilir.
Hər-hansı səbəbdən Sığortalının məsuliyyətinin artdığı halda Sığortaçı əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər. Bununla bərabər məsuliyyətin artması qanunvericiliyin tələblərinə uyğun olarag rəsmiləşdirilməlidir.
4.1. YÜKÜN MƏHV OLMASI VƏ ZƏDƏLƏNMƏSİNƏ GÖRƏ SƏLAHİYYƏTLİ ŞƏXS QARŞISINDA MÜLKİ MƏSULİYYƏT.
4.1.1. Hazırkı bölməyə əsasən yükün Sığortalı tərəfindən qəbul olunması anından və xxxx şəxsə təhvil edilməsi anınacan hər hansı təsadüfi və gözlənilməyən hadisənin baş verməsi nəticəsində (4.1.2.-ci bənddə və bölmə 5-də göstərilən hadisələr istisna olmaqla) itirilməsi, məhv olması və ya zədələnməsinə görə Sığortalının həmin zərərin əvəzinin ödənilməsi üzrə səlahiyyətli şəxs qarşısında məsuliyyəti sığortalana bilər.
4.1.2. Əlavə olaraq Sığortalının səlahiyyətli şəxs qarşısında aşağıdakı hadisələr nəticəsində yükün itirilməsi, məhv olması və ya zədələnməsinə görə zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti də sığortalana bilər:
4.1.2.1. Yükün səlahiyyəti olmayan şəxsə təhvil verilməsi.
Göstərilən risk hazırkı Qaydalar əsasında yalnız aşağıdakı tələblərə (in) riayət edilməsi halında sığortalanmış hesab olunur:
a) mallar müvəqqəti saxlanma anbarına və ya gömrük anbarına yerləşdirildiyi zaman malların saxlanma üçün qəbul edilməsini təsdiq edən (anbarın işçisinin imzası və möhürü ilə) və ya dövlət gömrük orqanları tərəfindən gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş müvafiq sənəd alınmalıdır.
b) Xxx xxxx şəxsə təhvil verildiyi zaman yükü qəbul edənin imzası və möhürü ilə təsdiqlənmiş yol-daşınma qaiməsinin nüsxəsi Sığortalı tərəfindən alınmalıdır. Möhürün mətni yol-daşınma sənədinin müvafiq qrafasında göstərilən yükü xxxx şəxs haqqında məlumata uyğun olmalıdır.
c) Yükün xxxx şəxsə verilməsi həmin şəxs tərəfindən yükü almaq üçün qüvvədə xxxx və özundə tarixi, rəhbər şəxsin imzasını, təşkilatın möhürünü və nümayəndənin pasport məlumatlarını əks edən etibarnamənin əslinin təqdim edilməsi halında həyata keçirilir. Etibarnamədə xxxx möhürün xarici görünüşü və mətni yol- daşınma sənədində xxxx yükü alanın möhürü ilə uyğun gəlməlidir.
Yuxarıda göstərilən tələblərin yerinə yetirilməsinin sübut edilməsi Sığortalının öhdəliyindədir.
4.1.2.2. Sığortalı tərə findən (və ya Sığortalının təqsirindən), Beynəlxalq yükdaşımaları kitabçasından başqa, yüklərə aid sənədlərin itirilməsi.
4.1.3. Hazırkı bölməyə əsasən xxxxx xxxxx edilməsi, zərərin azaldılması və məbləğinin müəyyən edilməsi üçün bütün zəruri və məqsədəuyğun çəkilmiş xərclərdə sığortalanmış hesab olunurlar.
4.2. MALİYYƏ İTKİLƏRİNƏ GÖRƏ SƏLAHİYYƏTLİ ŞƏXS QARŞISINDA MƏSULİYYƏT.
4.2.1. Hazırkı bölməyə əsasən Sığortalı tərəfindən yüklərin daşınması və ya müşayiət edilməsi üzrə öz öhdəliklərini yerinə yetirməməsi (lazımınca yerinə yetirməməsi) ilə bağlı səlahiyyətli şəxs
tərəfindən çəkilmiş və ya çəkiləcək xərclər üzrə Sığortalının səlahiyyətli şəxs qarşısında aşağıdakı hallar üzrə məsuliyyəti də sığortalana bilər.
4.2.1.1. Yükün çatdırılmasının gecikdirilməsi.
4.2.1.2. Yükün göndərənin təlimatlarına uyğun olmayaraq çatdırılması.
4.2.2. Aşağıdakı risklər əlavə olaraq sığortalana bilər:
4.2.2.1. Beynəlxalq yükdaşımaları kitabçası istisna olmaqla, yol-daşınma qaiməsinin və ya yüklərə aid digər sənədlərin doldurulması zaman Sığortalının buraxdığı səhvə görə Sığortalının məsuliyyətinin yaranması riski.
4.2.2.2. İtmiş, zədələnmiş və ya məhv olmuş yükə görə yükün sahibi tərəfindən ödənilmiş gömrük rüsumlarının və vergilərin əvəzinin ödənilməsi üzrə Sığortalının məsuliyyətinin yaranması riski.
4.3. ÜÇÜNCÜ ŞƏXSLƏRİN HƏYATINA, SAĞLAMLIĞINA VƏ YA ƏMLAKINA YÜKLƏ VURULMUŞ ZƏRƏRƏ GÖRƏ MÜLKİ MƏSULİYYƏT
4.3.1. Hazırkı bölməyə əsasən daşınma zamanı hər hansı təsadüfi və gözlənilməyən hadisənin baş verməsi nəticəsində (bu Qaydaların 5-ci bölməsində göstərilən hadisələr istisna olmaqla) üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına yüklə/ konteynerlə vurulmuş zərərə görə Sığortalının məsuliyyəti də sığortalana bilər, o cümlədən:
4.3.1.1. üçüncü şəxslərin əmlakının məhv olması və ya zədələnməsi;
4.3.1.2. üçüncü şəxsin sağlamlığının pozulması və ya ölümü.
4.3.2. Xüsusi istisna: Hazırkı Bölmənin 4.3.1.2-ci bəndində nəzərdə tutulmuş hadisələrin baş verməsi halında sığorta ödənişi zərər çəkən şəxsə (onun vərəsələrinə), ödəniləcək məbləğin hesablanmasını özündə əks edən məhkəmə qərarının əsasında ödənilir. Ölüm və ya sağlamlığın pozulması nəticəsində dəymiş zərər üzrə təminatın həcmi və xarakteri hadisə hansı ölkənin ərazisində baş veribsə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq hesablanır.
4.4. DAŞINMA VƏ YA MÜŞAYİƏT EDİLMƏ ÜÇÜN QƏBUL OLUNMUŞ TREYLER/KONTEYNERİN ZƏDƏLƏNMƏSİ, İTİRİLMƏSİ VƏ YA MƏHV OLMASI NƏTİCƏSİNDƏ TREYLER/KONTEYNER SAHİBİ QARŞISINDA SIĞORTALININ MÜLKİ MƏSULİYYƏTİ
4.4.1. Hazırkı bölməyə əsasən daşınma və ya müşayiət edilmə üçün qəbul olunmuş treylerin/konteynerin (yüklə və ya yüksüz) zədələnməsi, itirilməsi və ya məhv olmasına görə Sığortalının məsuliyyətinin yaranması riski sığortalana bilər.
4.4.2. 4.4.1-ci maddəyə əsasən treyler və ya konteynerin xilas edilməsi, zərərin azaldılması və məbləğinin müəyyən edilməsi üçün bütün lazımi və məqsədəuyğun çəkilmiş xərclər də sığortalanmış hesab olunurlar.
4.5. SIĞORTALININ XİLAS ETMƏ ÜZRƏ VƏ DİGƏR XƏRCLƏRİNİN ƏLAVƏ SIĞORTASI
4.5.1. Hazırkı bölməyə əsasən Sığortalının aşağıdakı xərcləri sığortalana bilər:
4.5.1.1. Nəqliyyat vasitəsinin hərəkət zolağından çıxması və ya hərəkət zolağına aşması halında nəqliyyat vasitəsinin üzərində daşınan yüklə birgə hərəkət zolağından qaldırılması və çıxarılması üzrə xərclər.
4.5.1.2. Qaydaların 4.5.1.1-ci bəndində göstərilən hadisənin baş verməsi nəticəsində dəymiş zədələrə görə nəqliyyat vasitəsinin hərəkət etməsi mümkün olmadıqda nəqliyyat vasitəsinin yaxınlıqda yerləşən təmir məntəqəsinə kimi yedəklənməsi.
4.5.1.3. Yol-nəqliyyat hadisəsinin baş verdiyi ölkənin qanunvericiliyi ilə nəzərə tutulubsa həmin hadisədən sonra yükün qalıqlarının yığışdırılması, ləğv edilməsi, işıqlandırılması və ya başqa üsulla nişanlanması üzrə Sığortalının öhdəliyi ilə xxxxx xxxx Sığortalı tərəfindən xərclərin çəkilməsi riski.
4.6. GÖMRÜK RİSKLƏRİ
Bu bölməyə əsasən daşınma zamanı hər hansı təsadüfi və gözlənilməyən hadisənin baş verməsi nəticəsində yükün itirilməsinə və ya gömrüyə çatdırılmamasına görə gömrük orqanları qarşısında gömrük rüsumlarının ödənilməsi üzrə Sığortalının məsuliyyəti sığortalana bilər.
Bu risk malların gömrük nəzarəti altında daşınmasını tənzim edən milli və beynəlxalq gömrük qanunvericiliyinin tələblərinə Sığortalının riayət etməsi şərti ilə sığortalanmış hesab olunur.
4.7. ƏLAVƏ XƏRCLƏR
Bu bölməyə əsasən sığorta hadisəsinin araşdırılması, dövlət hakimiyyəti, məhkəmə və arbitraj orqanlarında Sığortalının maraqlarının müdafiə olunması üzrə xərclərlə xxxxx xxxx Sığortalının əmlak mənafeləri sığortalana bilər.
5. SIĞORTA TƏMİNATINDAN İSTİSNALAR
5.1. Aşağıdakı hadisələr nəticəsində Sığortalının mülki məsuliyyətinin yaranması sığorta hadisəsi hesab edilmir:
5.1.1. Hər hansı hərbi əməliyyat və ya hərbi tədbirlər və onların nəticələri; vətəndaş müharibəsi, xalq həyacanı, ictimai ixtişaşlar və tətil; mülki və ya hərbi hakimiyyət orqanlarının tələbi ilə yükün müsadirə, rekvizisiya, həbs və ya məhv edilməsi.
5.1.2. Atom enerjisinin və ya radioaktiv materialların istifadə olunması ilə xxxxx xxxx atom partlayışının, radiasiyanın və ya radioaktiv zəhərlənmənin birbaşa və ya dolayı təsiri.
5.1.3. Qarşısıalınmaz qüvvənin təsiri.
5.1.4. Sığortalının, Xxxxxxxxxx şəxsin, daşınma müqaviləsi/yükün müşayiət edilməsi haqqında müqavilə üzrə Sığortalının kontragentinin qərəzli hərəkətləri.
Hazırkı Qaydalara müvafiq olaraq hər hansı şəxs və ya onun işçisi/nümayəndəsi öz hərəkətlərinin (hərəkətsizliyinin) təhlükəli olduğunu anladıqda, sığorta hadisəsinin baş verməsi ehtimalını və ya qaçılmazlığını qabaqcadan bildikdə və onun baş verməsini arzuladıqda, və ya sığorta hadisəsinin baş verməsinə yol verdikdə və öz hərəkətlərinin (hərəkətsizliyinin) mümkün nəticələrinə laqeyd yanaşdıqda qəsdən hərəkət etmiş hesab olunur.
5.1.5. Sığorta Şəhadətnaməsində göstərilən sığorta təminatının əhatə ərazisindən kənarda baş verən hadisələr.
5.1.6. Sığortalı aşağıdakı qaydalar və normalara əməl edilməsinin mümkün olmamasını və onlara riayət etmək üçün bütün lazımi tədbirlərin görülməsini təsdiq edə bilmədikdə, yükün daşınmasına, müşayiət edilməsinə və ya poçt-rabitə xitmətlərinin göstərilməsinə aid icbari qaydalar və normaların və ya sığorta müqaviləsinə əlavə olunmuş Sığortaçının təlimatının Sığotalı, onun işçiləri və ya agentləri tərəfindən pozulması.
5.1.7. Texniki cəhətdən nasaz xxxx nəqliyyat vasitəsinin, müəyyən edilmiş qaydada texniki baxışdan keçməmiş nəqliyyat vasitəsinin və ya müəyyən xxx növünün daşınması üçün yaramayan nəqliyyat vasitəsinin istifadə olunması.
5.1.8. Şığortalının nümayəndəsinin və ya Xxxxxxxxxx şəxsin spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında olması.
5.1.9. Sığortalının nümayəndəsinin yol hərəkəti qaydalarının pozulmasına səbəb xxxx, aşağıda göstərilən hərəkətlərə yol verməsi: nəqliyyat vasitəsinin spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında idarə edilməsi, müəyyən edilmiş surət həddinin 40 km/s-dən xxx aşması, işıqforun/şlaqbaumun qadağanedici işarəsinə riayət etmədən hərəkətin davam edilməsi.
5.1.10. Texniki vəziyyəti yüklərin yaxşı saxlanması və təhlükəsiz daşınması tələblərinə cavab verməyən soyuducu qurğulardan istifadə olunması.
Əgər soyuducu qurğu avtomatik temperatur datçiki - özüyazan ilə təchiz olunmayıbsa, belə qurğu vasitəsi ilə daşınan yükün temperatur təsiri nəticəsində məhv olması və ya zədələnməsinə (korlanmasına) görə məsuliyyət yalnız tərəflərin xüsusi razılığı əsasında və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığortalana bilər. Tərəflər arasında belə razılıq əldə olunduğu halda göstərilən hal üzrə sığorta təminatının qüvvədə olması Sığorta Şəhadətnaməsində göstərilməlidir.
Əgər soyuducu qurğunun müayinəsi zaman heç bir nasazlıq və ya qüsur aşkar olunmazsa, həmin qurğuda temperatur şəraitinin pozulması nəticəsində dəymiş zərərlər Sığortaçı tərəfindən yalnız temperatur dəyişməsinə səbəb xxxx xxxxxxxx və bu halların nəticələrinin qarşısı alınmasının mümkün olmaması Sığortalı tərəfindən sübut edildiyi halda təmin olunacaqdır.
5.1.11. Sığortalının işçilərinin həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə iddialarin irəli sürülməsi.
5.1.12. Sığorta müqavilsində müəyyən edilmiş hallar istisna olmaqla, dövlət orqanları nümayəndələrinin hərəkətləri (müsadirə, rekvizisiya, həbs, yükün saxlanması və s.)
5.1.13. Qaçaq malların daşınması və ya müşayiət edilməsi. Qaçaq malın daşınması faktı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 258, 259 və/və ya 260-cı maddələrinə uyğun olaraq inzibati iş üzrə qüvvəyə minmiş məhkəmə qərarı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə uyğun olaraq cinayət işinin açılması ilə təstiqlənir.
5.1.14. Mənəvi zərərin və əldən çıxmış gəlirin təmin olunması ilə bağlı iddialarin irəli sürülməsi.
5.1.15. Qanunvericilik və/və ya sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər istisna halları.
5.2. Sığorta müqaviləsi ilə digəri nəzərdə tutulmayıbsa, aşağıda göstərilənlər bu sığorta ilə təmin olunmurlar və onlar üzrə heç bir ödəniş həyata keçirilmlr:
5.2.1 Üstüaçıq tentsiz nəqliyyat vasitələrinin istifadə olunması nəticəsində yaranan məsuliyyət, əgər belə istifadə olunma daşınma müqaviləsinin tərəfləri arasında razılaşdırılıbsa.
5.2.2. Penyaların, dəbbə pulunun və ya cərimələrin (o cümlədən müqavilələrə əsasən) ödənilməsi üzrə tələblər.
5.2.3. Malların istehlak dəyərinin itirilməsinin təmin olunması üzrə tələblər.
5.2.4. Ərizə formasının standart blankında, Sığorta Şəhadətnaməsində göstərilməmiş və sığorta haqqının hesablanması zaman nəzərə alınmamış yüklərə görə məsuliyyət.
5.2.5. Sığorta müqaviləsinin Əlavəsi xxxx “Nəqliyyat vasitələrinin siyahısı”nda göstərilməmiş nəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə məsuliyyət.
5.2.6. Qiymətli yüklərin daşınmasına görə məsuliyyət:
a) qiymətli metallar külçəsi və onlardan hazırlanmış məhsullar
b) qiymətli daşlar və zərgərlik məhsulları
c) banknotlar və dəmir xxxxxx
d) istiqraz vərəqələri, ödəmə vəsaitləri və digər qiymətli kağızlar
e) incəsənət əsərləri
f) cins heyvanlar
6. SIĞORTA MƏBLƏĞİ VƏ AZADOLMA
6.1. Sığorta məbləği sığorta müqaviləsində göstərilmiş, sığorta hadisəsi baş verdikdə Sığortaçının öhdəliklərinin son (maksimal) həddi xxxx məbləğdir.
6.2. Sığorta müqaviləsində bütün sığorta müqaviləsi üzrə məsuliyyət həddi (aqreqativ limit), ayrıayrı risklər üzrə məsuliyyət həddi (risk üzrə limit) və bir daşınma (bir nəqliyyat vasitəsi ilə) və ya yüklərin müşayiət edilməsinə bir sorğu nəticəsində baş vermiş bütün sığorta hadisələri üzrə məsuliyyət həddi (ümumi limit) nəzərdə tutula bilər.
6.3. Bir daşınma/müşayiət edilmə nəticəsində baş vermiş bütün sığorta hadisələri üzrə sığorta ödənişlərinin məbləği məsuliyyətin ümumi limitini aşa bilməz.
6.4. Hər bir sığorta ödənişindən sonra aqreqativ limit həyata keçirilmiş ödəniş məbləğinə azalmış hesab olunur. Aqregativ limit qurtardığı halda sığorta müqaviləsi öz qüvvəsini itirmiş hesab olunur.
6.5. Sığortalının yükə görə mümkün xxxx maksimal məsuliyyətinin həcmi risk üzrə limitdən xxx olduğu halda, Sığortaçı tərəfindən təmin olunan dəymiş zərərin azaldılması üzrə xərclər risk üzrə məsuliyyət limiti ilə Sığortalının yükə görə maksimal məsuliyyətinin nisbətinə proporsional olaraq Sığortalıya Sığortaçı tərəfindən ödənilir.
6.6. Sığorta müqaviləsi ilə Azadolma, yəni Sığortalının zərərin əvəzinin ödənilməsində şəxsi iştirakı (payı) nəzərdə tutula bilər. Müqavilə ilə şərtli (sığorta ödənişi məbləğindən çıxılmır, xxxxx
azadolma məbləğindən az xxxx bütün zərərlər sığorta hadisəsi hesab edilmirlər) və ya şərtsiz (sığorta ödənişi məbləğindən çıxılır) azadolma nəzərdə tutula bilər.
6.7. Bir neçə risk üzrə sığorta ödənişinin məbləği hesablandığı halda azadolma hər bir riskə dair ayrılıqda tətbiq olunur. Əgər sığorta müqaviləsi ilə daşınan yükün növündən, sığorta hadisəsinin səbəbindən və s. asılı olaraq bir sığorta riski üzrə fərqli azadolmalar nəzərdə tutulubsa məbləği yüksək xxxx azadolma tətbiq olunur.
6.8. Sığorta müqaviləsi və ya tərəflərin razılığı ilə digəri şərtləşdirilməyibsə azadolma məbləğinin valyutasının hesablanması Azərbaycan Respublikası Milli Bankının sığorta ödənişinin gününə xxxx məzənnəsinə əsasən aparılır.
7. SIĞORTA HAQQI VƏ ONUN ÖDƏNİLMƏ QAYDASI
7.1. Tərəflərin razılığı ilə digəri nəzərdə tutulmayıbsa hazırkı Qaydalarla şərtləşdirilmiş sığorta təminatı, sığorta haqqı və ya onun birinci ödənişi (sığorta haqqı hissə-hissə ödənildiyi halda) Sığortaçının hesabına daxil olduqdan sonra baş vermiş bütün sığorta hadisələrini əhatə edir.
7.2. Sığorta haqqı əsas tarif dərəcəsindən, sığorta riskinin xarakterindən, sığorta məbləğinin həcmindən, sığorta müqaviləsinin qüvvədə olma müddətindən, sığorta riskinin dərəcəsindən, və bunlar nəzərə alınaraq tətbiq olunan düzəliş əmsallarından asılı olaraq Sığortaçı tərəfindən hesablanır.
Sığorta riskinin xarakteri Xxxxxxxxxxxx təqdim etdiyi məlumat əsasında Sığortaçı tərəfindən müəyyən olunur.
8. SIĞORTA MÜQAVİLƏSİ
8.1. Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında yazılı formada bağlanan, Sığortalının ödədiyi razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən xxx olmaması şərti ilə, sığorta ödənişinin Sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutan sazişdir.
8.2. Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı müəyyən olunmuş formada yazılı ərizəni Sığortaçıya təqdim edir.
8.3. Sığorta müqaviləsi yazılı şəkildə tərtib edilir və bir sənədin tərtib olunması və ya Sığortaçı tərəfindən Sığortalıya onun ərizəsi əsasında Sığortaçı tərəfindən imzalanmış Sığorta Şəhadətnaməsinin (hazırkı Qaydalar əlavə olunmaqla) təqdim olunması yolu ilə bağlana bilər.
8.4. Sığorta müqaviləsinin əsli sığorta haqqının tam və ya birinci ödənişinin Sığortaçının hesabına köçürüldüyü gündən 5 iş günü ərzində Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur.
8.5. Sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının yazılı ərizəsinə əsasən Sığortaçı müqavilənin yeni nüsxəsini (dublikatını) ona təqdim edə bilər. Sığorta müqaviləsinin yeni nüsxəsinin (dublikatının) verilməsinə görə rüsum ödənilmir. Sığorta müqaviləsinin yeni nüsxəsinin (dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi etibarsız hesab olunur.
8.6. Sığorta müqaviləsi ilə digəri nəzərdə tutulmayıbsa müqavilə sığorta haqqının və ya onun birinci ödənişinin ödənilməsi anından qüvvəyə minir.
8.6.1. Əgər sığorta müqaviləsi ilə onun qüvvəyə minməsi sığorta haqqının və ya birinci ödənişin ödənilməsi anından fərqli digər andan müəyyən edilibsə sığorta haqqının və ya birinci ödənişinin sığorta müqaviləsində sığorta haqqının və ya birinci ödənişin ödənilməsi günü kimi müəyyən olunmuş tarixdən 10 gün ərzində ödənilmədiyi halda
Sığortaçı 15 günlük əlavə ödəmə müddətini təyin etmək bu müddət bitəndən sonra sığorta haqqı ödənilmədikdə sığorta müqaviləsindən imtina etmək hüququna malikdir.
Əgər sığorta müqaviləsi sığortaçının hazırkı bəndin şərtlərinə əsasən müqaviləni ləğv etmək hüququnun yaranması anına qüvvəyə minməyibsə, müqavilə qüvvəyə minməmiş hesab olunur və tərəfləri üçün heç bir hüquqi nəticələr yaratmır.
8.6.2. Sığorta haqqının növbəti ödənişinin sığorta müqaviləsində onun ödənilməsi günü kimi müəyyən olunmuş tarixdən 10 gün ərzində ödənilmədiyi halda Sığortaçı 15 günlük əlavə ödəmə müddətini təyin etmək, bu müddət bitəndən sonra sığorta haqqı ödənilmədikdə sığorta müqaviləsindən imtina etmək hüququna malikdir.
8.7. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
8.7.1. sığorta obyektinin özgəninkiləşdirilməsi haqqında Sığortaçıya qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat verilmədikdə. Bu halda Sığortaçı ilə Sığortalı və ya sığorta obyekti xeyrinə özgəninkiləşdirilən şəxs arasında yeni sığorta müqaviləsi bağlanıla bilər;
8.7.2. sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;
8.7.3. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
8.7.4. Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
8.7.5. qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortalı - hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə (o halda ki vərəsəsi olmasın);
8.7.6. Hüquqi şəxs xxxx Sığortalının hüquq qabiliyyətinə xitam verildikdə və ya fiziki şəxs xxxx Sığortalının fəaliyyət qabiliyyəti məhdudlaşdırıldıqda (hüquq qabiliyyətinə xitam verilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın çıxarılması anından).
8.7.7. məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
8.7.8. sığorta obyektinin mövcudluğu bitdikdə (xxx olduqda);
8.7.9. qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortaçı ləğv edildikdə;
8.7.10. sığorta müqaviləsinin və hazırkı Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə;
8.7.11. tərəflərin razılaşmasına əsasən;
8.7.12. qanunvericiliklə və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
8.8. Sığorta hadisənin baş vermə ehtimalı itdikdə və sığorta riskinin mövcudluğu sığorta hadisəsindən fərqli digər səbəblər ucbatından bitdiyi zamanı sığorta müqaviləsi dərhal qüvvədən düşür. Sığorta müqaviləsinin bu bənddə göstərilmiş səbəblər ucbatından vaxtından əvvəl qüvvədən düşməsi zamanı Sığoraçı, sığortanın qüvvədə olması müddəti üzrə, proporsional sürətdə hesablanmış sığorta haqqının hissəsini özündə saxlaya və ya tələb edə bilər.
8.9. Sığorta müqaviləsinə həm Sığortaçının, həm də Sığortalının 30 gün əvvəl qarşı tərəfə yazılı şəkildə xəbərdarlıq verməsi yolu ilə vaxtından əvvəl xitam verilə bilər. Yazılı xəbərdarlıq tərəflərin müqavilədə göstərilən ünvanlarına göndərilməlidir.
8.10. Tərəflər müqaviləyə xitam verməkdən əvvəl müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini tam yerinə yetirməlidirlər.
8.11. Sığortaçı sığorta müqaviləsinin xitam olunduğu tarixdən sonra baş vermiş hadisələr üzrə sığorta ödənişini həyata keçirmək öhdəliyindən azad olunur.
8.12. Müqavilənin Sığortaçının təşəbbüsü ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı Sığortalının sığorta haqlarını bütünlükdə qaytarır; əgər bu tələb Sığortalının sığorta
qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
8.13. Müqavilənin Sığortalının təşəbbüsü ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
8.14. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
8.15. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 8.12 və 8.13-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.16. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, bu Qaydaların 8.13 və 8.14-ci bəndlərinin şərtləri nəzərə alınaraq, sığorta haqqı Sığortalı tərəfindən göndərilmiş yazılı bildiriş alındıqdan sonra 10 (on) iş günü ərzində qaytarılır.
9. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
9.1. Sığortalının vəzifələri:
9.1.1. Sığorta riskində baş vermiş bütün əhəmiyyətli dəyişikliklər barədə Sığortaçını məlumatlandırmaq. Sığortaçının xxxxxx sığortaya qəbul olunması və ya sığorta haqqının təyin olunmasına təsir edə bilən bütün hallar əhəmiyyətli hesab olunurlar.
Belə hallara Sığortaçının sığorta ərizəsinin standard formasında göstərilən məlumatlar aiddir.
9.1.2. Sığorta haqqını sığorta müqaviləsi ilə müəyyən edilmiş qayda və məbləğdə vaxtında ödəmək.
9.1.3. Sığorta hadisəsinin baş verməsi ilə nəticələnə bilən hadisənin baş verməsi barədə dərhal, xxxxx hər xxxxx 3 gündən gec olmayaraq, Sığortaçıya yazılı şəkildə (elekton, faksimil rabitə vasitəsi ilə və s.) məlumat vermək.
9.1.4. Sığorta hadisəsinin baş verməsi ilə nəticələnə bilən hadisənin səbəbi, gedişatı və nəticələri, dəymiş zərərin xarakteri və həcmi barədə qərar çıxarmağa imkan verən bütün mümkün xxxx məlumatı və sənədləri Sığortaçıya dərhal təqdim etmək, sığorta hadisəsinin hallarının araşdırılması və zərərin azaldılması üçün tədbirlər görmək və zərərin baş verməsində təqsirli xxxx şəxsə(lərə) qarşı subroqasiya tələbini irəli sürmək.
9.1.5. Sığorta hadisəsinin baş verməsi halında Xxxxxxxxxxxx tələbi ilə onun tərəfindən təyin olunmuş şəxsə sığorta hadisəsi ilə əlaqədar məsələlərin həll olunması ilə bağlı
Sığortalının maraqlarını müdafiyə etmək üçün müvafiq qaydada tərtib edilmiş etibarnaməni vermək.
9.1.6. Sığortaçının yazılı razılığı olmadan sığorta müqaviləsindən irəli gələn hüquqlarından imtina etməmək.
9.1.7. Sığortaçının yazılı razılığı olmadan hər hansı şəxslərin iddialarının əsaslı olmasını və onların qarşısında məsuliyyəti bilavasitə və ya dolayı etiraf etməmək.
9.1.8. Sığorta müqaviləsinin şərtlərini, hazırkı Qaydaların, sığorta müqaviləsinə qəbul edilmiş əlavələrin və təlimatların tələblərini, dövlət orqanlarının qərarlarına və hərəkətlərinə qarşı şikayət edilməsi və məhkəmə müdafiəsi üzrə göstərişlər daxil olmaqla Sığortaçının yazılı göstərişlərini yerinə yetirmək.
9.2. Sığortalının hüquqları:
9.2.1. Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq Sığortaçıdan sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək.
9.2.2. Sığorta şərtlərinin, sığorta Qaydalarının ayrı-ayrı bəndlərinin, sığorta müqaviləsinə qəbul edilmiş əlavələrin və təlimatların aydınlaşdırılmasını Sığortaçıdan tələb etmək.
9.2.3. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) itirilməsi halında onun dublikatını almaq.
9.2.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sığorta ödənişinin həyata keçirilməsindən imtina etməsi və ya onun məbləğinin azaldılması barədə Sığortaçının qərarına qarşı etiraz etmək.
9.2.5. Sığorta müqaviləsi və hazırkı Qaydalar ilə nəzərdə tutulan hallarda sığorta ödənişini almaq.
9.2.6. Sığorta hadisəsinin baş vermə ehtimalı sığorta hadisəsindən fərqli digər səbəblər ucbatından aradan qalxmayıbsa istənilən zaman sığorta müqaviləsindən imtina etmək.
9.3. Sığortaçının vəzifələri:
9.3.1. Sığorta müqaviləsi bağlandıqda hazırkı Qaydaları, sığorta müqaviləsinə qəbul edilmiş əlavələr və təlimatları Sığortalıya təqdim etmək; müəyyən olunmuş vaxt ərzində Sığorta Şəhadətnaməsini hazırkı Qaydalarla birlikdə Sığortalıya vermək.
9.3.2. Sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsi ilə müəyyən olunmuş vaxt ərzində sığorta ödənişini həyata keçirmək.
9.3.3. Hazırkı Qaydalara və sığorta müqaviləsinə uyğun olaraq sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş zərərin azaldılması üçün Sığortalı tərəfindən çəkilmiş xərcləri ödəmək.
9.3.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla Sığortalıdan alınan sirli məlumatı yaymamaq.
9.4. Sığortaçı sığorta ödənişini həyata keçirməkdən imtina edə bilər, o cümlədən əgər Sığortalı:
a) Sığorta riski barədə qərar çıxarılması üçün əhəmiyyət kəsb edən hallar barədə yanlış məlumat təqdim edibsə;
b) Riskdə əhəmiyyətli dəyikliklər barədə Sığortaçıya məlumatı təqdim etməyibsə;
c) Xxxxx xxxxx edilməsi və zərərin azaldılması üçün tədbir görməyibsə;
d) Sığorta hadisəsinin baş verməsi ilə nəticələnə bilən hadisə barədə 10 gün ərzində Sığortaçını məlumatlandırmayıbsa.
e) Sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) və hazırkı Qaydalar ilə müəyyən olunmuş müddət ərzində Sığortaçını sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmayıbsa;
f) Hazırkı Qaydalar, sığorta müqaviləsi, sığorta müqaviləsinə qəbul edilmiş əlavələr və təlimatlar ilə nəzərdə tutulmuş öhdəliklərini və Sığortaçının yazılı göstərişlərini yerinə yetirməyibsə. Öhdəliklərinin yerinə yetirilməsini təsdiq etmək vəzifəsi Sığortalının üzərindədir.
9.5. Sığorta ödənişi həyata keçirildikdən sonra zərərin baş verməsində təqsirli xxxx şəxsə(lərə) qarşı Sığortalının (Xxxxxxxxxx şəxsin) zərərin ödənilməsi üzrə tələb hüququ, həyata keçirilmiş
sığorta ödənişi məbləğində Sığortaçıya keçir. Sığortalı (Faydalanan şəxs) bu hüququn həyata keçirilməsi üçün tələb olunan bütün lazımi sənədləri Sığortaçıya təqdim etməlidir. Əgər Sığortalı (Faydalanan şəxs) bu hüququndan imtina edərsə və ya bu hüququn həyata keçirilməsi Sığortalının (Faydalanan şəxsin) təqsiri üzündən mümkün olmazsa, Sığortaçı sığorta ödənişini tam və ya müvafiq hissəsində həyata keçirmək vəzifəsindən azad olunur və belə hal Sığortaçı tərəfindən Sığortalıya (Faydalanan şəxsə) ödəniş verdikdən sonra aşkar olunarsa, Sığortalı (Faydalanan şəxs) Sığortaçıya həmin məbləği qaytarmalıdır.
9.6. Sığortaçı sığorta müqavilsənin bağlanması zaman Sığortalı tərəfindən təqdim olunmuş və/ və ya sığorta müqaviləsində (şəhadətnamədə) əks olunmuş məlumatları təkrarsığorta müqaviləsini bağlamaq niyyətində olduğu şəxslərə təqdim edə bilər.
9.7. Sığortalı və Sığortaçı arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə, hazırkı Qaydalara və sığorta müqaviləsinə (şəhadətnaməsinə) uyğun olaraq nizamlanır.
10. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
10.1. Sığorta hadisəsi baş verdikdə Sığortalı dərhal, xxxxx hər xxxxx 3 gündən gec olmayaraq hadisənin baş verməsi haqqında Sığortaçını bu barədə yazılı şəkildə məlumatlandırmalıdır və hadisənin sığorta müqaviləsi üzrə sığorta hadisəsi olub-olmamasının, dəymiş zərərin və sığorta ödənişinin məbləğinin müəyyən edilməsi üçün zəruri sənədləri və məlumatları Sığortaçıya təqdim etməlidir və zəruri hallarda iddianın tənzimlənməsi ilə əlaqədar tədbirlər görməlidir.
Belə sənədlərə aşağıdakılar aiddir:
10.1.1. Sığortalıya qarşı irəli sürülmüş iddia və ona əlavə edilmiş sənədlər (Sığortalının cavabdeh olduğu iddia ərizəsi; üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərərin təmin edilməsini Sığortalının öhdəsinə qoyan məhkəmə qərarı);
10.1.2. Yükün daşınma üçün qəbul edilməsini təsdiq edən sənədlər (yol-daşınma qaiməsi, konosament, dəmir-yol qaiməsi, saxlanc qəbzi, aviaqaimə (hava nəqliyyatı qaiməsi), bir neçə nəqliyyat ilə daşınma zamanı – ekspeditor qaiməsi və hər nəqliyyat növü üzrə sənədlər); beynəlxalq daşınma zamanı sənədlərdə gömrük orqanlarının qeydləri olmalıdır.
10.1.3. Daşınma/yükün müşayiət edilməsi haqqında müqavilə, ərizə, yol vərəqəsi, fraxtın ödənilməsi barədə məlumatlar.
10.1.4. Xxx üzrə sənədlər (hesablar, hesab fakturalar, qablaşdırma vərəqələri, xxx qaimələri);
10.1.5. Hadisə barədə Sığortalının izahatı (daşınma zamanı - sürücünün izahatı);
10.1.6. Səlahiyyətli orqanlar tərəfindən tərtib edilmiş və hadisənin baş vermə faktını təsdiq edən və təqsirli şəxslər barəsində məlumatı özündə əks edən sənədlər:
a) hadisənin sxemi, iştirakçılar barəsində məlumat, inzibati iş üzrə qərar (yol nəqliyyat hadisəsi baş verdikdə);
b) yanğın barədə akt, yanğının səbəbi barədə rəy (ekspert arayışı), cinayət işinin başlanması haqqında qərar (yanğın baş verdikdə);
c) gömrük baxışı aktı, Beynəlxalq yükdaşımaları kitabçasının qəza protokolu, inzibati iş üzrə qərar (yükün beynəlxalq daşınma zamanı itirilməsi, məhv olması və ya zədələnməsi baş verdikdə);
d) hüquq mühafizə orqanlarına xəbər verilməsinin təsdiqi, cinayət işinin başlanması (ona xitam verilməsi) haqqında qərar, istintaqın nəticələri (yükün oğurlanması baş verdikdə).
10.2. 10.1.1., 10.1.2., 10.1.5., 10.1.6.-cı bəndlərində göstərilən sənədlərin əsli təqdim olunmalıdır. Sənədlərin əslinin təqdim olunması mümkün olmadıqda müvafiq qaydada təsdiq edilmiş surətləri təqdim oluna bilər. Sığortaçının tələbi ilə Sığortalı sənədlərin əslinin təqdim edilməsinin mümkün olmamasının səbəblərini izah etməlidir.
10.3. 10.1.6.-cı bənddə göstərilən sənədlər Sığortalının əldə etdiyi gündən başlayaraq 3 gün ərzində Sığortaçıya təqdim olunmalıdır.
10.4. Sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasının müəyyən edilməsi üçün zəruri xxxx digər sənədləri tələb etmək və belə sənədlərin təqdim olunmasının müddətini təyin etmək hüququ vardır. Tələb olunan əlavə sənəd və məlumatların təqdim olunması mümkün olmadıqda Sığortalı bu barədə Sığortaçıya, sənədlərin təqdim olunmasına mane xxxx səbəbləri göstərməklə, yazılı məlumat verməlidir.
11. SIĞORTA ÖDƏNİŞİ
11.1. Sığortaçının Sığortalıya qarşı iddia irəli sürüldüyü halda onun maraqlarının məhkəmədə və ya məhkəmədən kənar müdafiəsi üzrə tədbirlər görməyə hüququ vardır. Sığortalının maraqlarının müdafiəsi üzrə tədbirlərin görülməsi Sığortaçı tərəfindən hadisə üzrə öz məsuliyyətinin tanıması demək deyildir və sığorta ödənişinin həyata keçirilməsi üçün əsas ola bilməz.
11.2. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin tam və ya qismən həyata keçirilməsindən imtina edə bilər:
11.2.1. Sığortalının Sığortaçı tərəfindən təklif olunan məhkəmə və ya məhkəmədən kənar müdafiədən imtina etməsi.
11.2.2. Sığortaçının məhkəmə və ya məhkəmədən kənar müdafiə üzrə təlimatlarının Sığortalı tərəfindən lazımi qaydada yerinə yetirilməməsi.
11.2.3. Əldə edilmiş iddia ərizələrinin, məhkəmə sənədlərinin (qərar, qətnamə və s.) və ya səlahiyyətli orqanların qərarlarının (cinayət və ya inzibatı işinin başlanması haqqında, inzibati tənbehin təyin olunması haqqında) Sığortaçıya dərhal, xxxxx hər xxxxx 3 gündən gec olmayaraq təqdim olunmaması, bir şərtlə ki adı çəkilənlərin təqdim olunmaması və ya vaxtından gec təqdim olunması Sığortaçının şikayət verməyinə, məhkəmə iclasında iştirak etməyinə və ya hadisənin hallarını müəyən etmək və ya zərər məbləğini azaltmaq üzrə tədbirlərin görməsinə maneçilik törədibsə.
11.3. Sığorta ödənişi hadisənin sığorta müqaviləsinə müvafiq olaraq sığorta hadisəsi kimi tanınması və Sığortalının hazırkı müqavilə üzrə vəzifələrinin yerinə yetirməsi şərti ilə həyata keçirilir. Sığorta ödənişi Sığortalı tərəfindən zərərin təmin olunduğunu təsdiq edən sənədlərin təqdim olunmasından sonra Sığortalıya ödənilir, xxxxx Sığortalının ərizəsinə əsasən sığorta ödənişi Sığortaçı tərəfindən birbaşa Xxxxxxxxxx şəxsə ödənilə bilər. Sığorta məbləği xarici valyutada müəyyən edilibsə, sığorta ödənişi Azərbaycan Respublkasının rezidentləri xxxx Sığortalı və ya Faydalanan şəxsə xarici valyutada müəyyən edilmiş zərər məbləğinə milli valyutada ekvivalent xxxx məbləğdə həyata keçirilir. Sığorta müqaviləsi və ya tərəflərin razılığı ilə digəri nəzərdə tutulmayıbsa xarici valyutanın manatla hesablanması Azərbaycan Respublikası Milli Bankının sığorta ödənişinin gününə xxxx rəsmi məzənnəsinə əsasən həyata keçirilir.
11.4. Zərərlərin strukturu:
11.4.1. YÜKÜN MƏHV OLMASI VƏ ZƏDƏLƏNMƏSİNƏ GÖRƏ SƏLAHİYYƏTLİ ŞƏXS QARŞISINDA MÜLKİ MƏSULİYYƏT riski üzrə:
11.4.1.1. Səlahiyyətli şəxsin yükün dəyəri həcmində (xxx xxx məhv olduqda) və ya yükün dəyərinin azaldığı məbləğdə (yükün zədələnməsi halında) itkiləri. Yükün dəyəri dövlət və beynəlxalq nəqliyyat qanunvericiliyi ilə müəyyən olunmuş qayda və məhdudiyyətlərə müvafiq müəyyən olunur.
11.4.1.2. Xxxxx xxx itirilməsi xxxxxxx xxx həcmdə və qismən zədələndiyi halda zərər məbləğinə mütənasib surətdə daşınma xərcləri (əvvəlcədən yükün dəyərinə daxil olunmayıbsa), gömrük rüsumları və vergiləri.
Xüsusi qeyd: əgər yükün zədələnməsi idxal gömrük rüsumlarının və vergilərinin ödənilməsindən əvvəl baş veribsə, xxxxx gömrük rəsmiləşdirilməsi xxxxxx xxxxx faktiki vəziyyəti nəzərə alınaraq onun faktura dəyərinə düzəlişlər edilməyibsə, artıq ödənilmiş rüsum və vergilər təmin olunmurlar.
11.4.1.3. Sığortalının xxxxx xxxxx edilməsi, zərərin azaldılması və həcminin müəyyən edilməsi üzrə lazımi və məqsədə uyğun çəkdiyi xərcləri sənədlərlə təsdiq olunan məbləğdə təmin olunurlar. Xxxxx xxxxx edilməsi və zərərin azaldılması üzrə xərclər sığorta məbləği ilə sığorta dəyərinin nisbətinə müvafiq surətdə təmin olunur.
11.4.2. MALİYYƏ İTKİLƏRİNƏ GÖRƏ SƏLAHİYYƏTLİ ŞƏXS QARŞISINDA MƏSULİYYƏT riski üzrə:
11.4.2.1. Yükün vaxtından gec çatdırılması.
Daşınma haqqının məbləğindən xxx olmamaq şərti ilə sənədlərlə təsdiq olunan səlahiyyətli şəxsin zərərləri təmin olunurlar (əgər Sığortalı tərəfindən məsuliyyətin əlavə artması sığortalanmayıbsa)
11.4.2.2. Göndərənin təlimatlarına uyğun olmayaraq yükün çatdırılması.
Sığorta müqaviləsi ilə müəyyən edilmiş məsuliyyətin həddi çərçivəsində Sığortalı tərəfindən göndərənin təlimatlarına riayət etməməsi nəticəsində səlahiyyətli şəxsin aşağıdakı növ itkiləri (Sığortalı göndərənin təlimatlarını müvafiq qaydada yerinə yetirdikdə belə itkilərin meydana gəlməməsi şərti ilə). a) yükün saxlanması üzrə
b) yükün daşınması üzrə
c) gömrük rüsum və vergilərin ödənilməsi üzrə (əgər bunların ödənilməsi qanunvericiliyin tələbi ilə şərtləşdirilibsə gömrük ödənişləri gələcəkdə ödəyənə qaytarılmırlar)
11.4.2.3. Beynəlxalq yükdaşımaları kitabçası istisna olmaqla yol-daşınma qaiməsinin və yüklərə aid digər sənədlərin doldurulması zaman baş verən səhvlər Sığorta müqaviləsi ilə müəyyən edilmiş məsuliyyətin həddi çərçivəsində sənədlərin doldurulması zaman Sığortalı tərəfindən səhvlərin buraxılması nəticəsində səlahiyyətli şəxsin yükün saxlanması, daşınması və gömrük vergiləri və rüsumlarının ödənilməsi ilə bağlı itkiləri (Sığortalı tərəfindən sənədlərin müvafiq qaydada tərtib edilməsi halında belə itkilərin meydana gəlməməsi şərti ilə).
Xxxxx aşağıdakı dolayı itkilər təmin olunmurlar: ezamiyyət, mehmanxana, mütəxəssislərinin yol xərcləri və s.
11.4.2.4. İtmiş və ya zədələnmiş yükə görə yükün sahibi tərəfindən ödənilmiş gömrük rüsum və vergilərin təmin olunması.
Bu risk üzrə təminat təyinat ölkəsinə idxal edilmiş yükə görə yükün sahibi tərəfindən gömrük rüsumlarının ödənildiyi xxxxx xxxxx xxxxx təhvil verilməsindən əvvəl itirilməsi və ya zədələnməsi halında həyata keçirilir. Gömrük ödənişlərinin ödəmə müddətlərinin pozulmasına görə cərimələr, və qanunvericiliyə əsasən məcburi olmayan gömrük ödənişləri (qəza nəticəsində yükün məhv olması, qarşısı alınmaz
gücün təsiri, yükün dəyərini azaltmaq imkanını verən hüququi normaların mövcud olmadıqda onun zədələnməsi halında və s.) bu risk üzrə təmin olunmurlar.
11.4.3. ÜÇÜNCÜ ŞƏXSLƏRİN HƏYATINA, SAĞLAMLIĞINA VƏ YA ƏMLAKINA YÜKLƏ VURULMUŞ ZƏRƏRƏ GÖRƏ MÜLKİ MƏSULİYYƏT riski üzrə:
11.4.3.1. Üçüncü şəxslərin həyat və səhhətinə zərərin vurulması.
Sığorta təminatı qüvvədə xxxx qanunvericiliydə nəzərdə tutulmuş həcmdə məhkəmə qərarının əsasında sığorta məbləğinin çərçivəsində ödənilir. Sığorta təminatına aşağıdakılar daxil ola bilərlər:
- zədələnmə və ya səhhətin digər pozulması səbəbindən əmək qabiliyyətinin tam itirilməsi və ya azalması nəticəsində əmək qabiliyyətinin itirilməsinin tam müddəti üzrə zərər çəkmiş şəxsin itirdiyi gəlir;
- zərər çəkmiş şəxsin səhhətinin bərpasına tələb olunan əlavə xərclər (qidalanma, kurort müalicəsi, baxış, qorunma, nəqliyyat xərcləri və s.)
- zərər çəkmiş şəxsin vəfat etməsi halında onun himayəsindəki əmək qabiliyyəti olmayan şəxslərin Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq təyin olunan müddət ərzində itirdikləri gəlirin hissəsi
- zərər çəkmiş şəxsin vəfat etdiyi halda dəfn xərcləri 11.4.3.2. Üçüncü şəxslərin əmlakının məhv olması və ya zədələnməsi:
Sığorta təminatı itirilmiş əmlakın faktiki dəyəri həcmində xxxxx müqavilə ilə müəyyən edilmiş sığorta məbləği çərçivəsində ödənilir. Üçüncü şəxslərin əmlakının faktiki dəyəri satıcının hesabında göstərilən qiymətin və ya onun mövcüd olmadığı halda əmlakın yerləşdiyi ərazidə analoji əmtəəyə xxxx xxxxx qiyməti əsasında təyin olnur.
11.4.4. DAŞINMA VƏ YA MÜŞAYİƏT EDİLMƏ ÜÇÜN QƏBUL OLUNMUŞ TREYLER/KONTEYNERİN ZƏDƏLƏNMƏSİ, İTİRİLMƏSİ VƏ YA MƏHV OLMASI NƏTİCƏSİNDƏ TREYLER/KONTEYNER SAHİBİ QARŞISINDA SIĞORTALININ
MÜLKİ MƏSULİYYƏTİ riski üzrə:
11.4.4.1. Xxxxxxx /konteynerin itirilməsi və ya məhv olması halında onun bazar dəyərinin əsasında müəyyən edilən və sığorta müqaviləsində təyin edilmiş sığorta məbləği çərçivəsində treyler/konteynerin dəyəri təmin olunur.
Xxxxxxx və/ və ya konteynerin məhv olması dedikdə onun belə zədələnməsi başa düşülür ki bərpasına tələb olunan xərclər onun bazar dəyərinin 90%-xxx xxx olsun.
11.4.4.2. Treyler və/ və ya konteynerin zədələnməsi halında onun bərpa olunması üzrə aşağıdakı xərclər təmin olunurlar:
- ehtiyyat hissələri və materialların dəyəri
- təmir işləri
- daşınma xərcləri, avadanlıq, treyler/ konteynerin sökülmə və yığılması üzrə xərclər
11.4.4.3. Treyler və/ və ya konteynerin bazar dəyəri və onun bərpa olunması üzrə xərclər zərərin dəyməsi tarixinə uyğun müəyyən edilirlər.
11.4.5. SIĞORTALININ XİLAS ETMƏ ÜZRƏ VƏ DİGƏR XƏRCLƏRİNİN ƏLAVƏ
SIĞORTASI riski üzrə:
11.4.5.1. Nəqliyyat vasitəsinin hərəkət zolağında enməsi və ya aşması halında nəqliyyat vasitəsinin üzərində daşınan yüklə birgə hərəkət zolağından qaldırılması və çıxarılması üzrə Sığortalının xərcləri.
11.4.5.2. Nəqliyyat vasitəsinin hərəkət etməsi mümkün olmadıqda onun yaxındakı təmir yerinə kimi yedəkləməsi.
11.4.5.3. Yol nəqliyyat hadisısindən sonra yükün qalıqlarının yığışdırılması, aradan qaldırılması, işıqlandırılması və ya başqa üsul ilə nişanlanması ilə xxxxx xxxx xərclər. 4.5.1.-ci maddəyə əsasən sığortalanan xərclər yükün daşınmasının həyata keçirilməsi zaman Sığortalı tərəfindən çəkilməlidirlər. Sığortalının xərcləri sənədlə təsdiq olunduqda və çəkildiyi faktiki məbləğdə təmin olunurlar. Hazırkı risk üzrə Sığortalının müştərisi və ya üçüncü şəxs tərəfindən çəkilmiş xərclər təmin olunmurlar.
11.4.6. GÖMRÜK RİSKLƏRİ üzrə:
Hazırkı riskə əsasən əmtəələrin itirilməsi halında və ya onları gömrük orqanları tərəfindən müəyyən edilmiş yerə çatdırmadıqda gömrük qanunvericiliyinə uyğun olaraq daşıyıcı tərəfindən ödənilməli gömrük rüsumlar və vergilər və ödənişin gecikləndirilməsinə görə cərimələr təmin olunurlar.
Gömrük rüsumlar, vergilər və cərimələrinin ödənilməsi barədə tələb Sığortalıya gömrük orqanı tərəfindən irəli sürülməlidir.
11.4.7. ƏLAVƏ XƏRCLƏR riski üzrə:
11.4.7.1. Sığorta hadisəsinin hallarının araşdırılması üzrə lazımlı və məqsədə uyğun çəkilmiş xərclər, ekspert xidmətlərinin ödənilməsi.
11.4.7.2. Dövlət hakimiyyət, məhkəmə orqanlarında Sığortalının maraqlarının qorunması üzrə xərclər. Sığortalının xərcləri sənədlə təsdiq olunduqda və çəkildiyi faktiki məbləğdə təmin olunurlar.
Bu cür xərclərlə nəticələnən tədbirlərin görülməsi (əlavə ekspertizaların keçirilməsi, detektiv agentliklərin xidmətlərindən istifadə edilməsi, vəkillərin cəlb edilməsi) Sığortaçı ilə əvvəlcədən razılaşdırılmalıdır.
11.5. Sığorta təminatı Sığortaçı tərəfindən Sığortalıya sığorta ödənişini həyata keçirilməsi barədə yazılı razılığının göndərilməsi və Sığortalıdan ödənişin həyata keçirilməsi üçün zəruri xxxx bütün məlumat və sənədlərin qəbul olunması anından 15 gün ərzində həyata keçirilir.
11.6. Sığorta ödənişi tələbini imtina etmək qərarı qəbul olunduğu halda imtina səbəblərini əks edən əsaslı imtina məktubu Sığortaçı tərəfindən Sığortalıya göndərilir.
12. ÜST-ÜSTƏ DÜŞƏN RİSKLƏR
Sığorta təminatı yalnız Sığorta Şəhadətnaməsində göstərilən risklərə dair qüvvədədir.
Əgər sığorta müqaviləsində (şəhadətnamədə) müəyyən risk üzrə sığortaçının məsuliyyətinin xüsusi limiti nəzərdə tutulubsa həmin risk yalnız göstərilən limit çərçivəsində sığortalanmış hesab olunur.
13. DAŞIYICININ MƏSULİYYƏTİNİN SIĞORTASININ XÜSUSİ ŞƏRTLƏRİ
13.1. Daşıyıcı kimi çıxış edən Sığortalının məsuliyyətinin sığortası bilavasitə Sığortalı tərəfindən həyata keçirilən (başqa nəqliyyat şirkətlərini cəlb edilmədikdə) daşınmaları əhatə edir. Daşınma Sığortalının sürücüləri tərəfindən, üzərində nəqliyyat təşkilatı kimi Sığortalını əks edən yol vərəqəsinin və ya yol-daşınma qaiməsinin tərtib edilməsi ilə sahiblik hüququ və
ya icarə müqaviləsi əsasında Sığortalı tərəfindən istifadə olunan nəqliyyat vasitələri ilə həyata keçirilməlidir.
13.2. Daşınmaların Sığortalı tərəfindən əsas daşıyıcı kimi digər nəqliyyat şirkətlərinin cəlb edilməsi ilə həyata keçirilməsi sığorta müqaviləsi ilə nəzərdə tutulmuş hallarda və faktiki daşıyıcının qüvvədə xxxx daşınan yükün dəyərini təmin edən məsuliyyət həddi ilə avtodaşıyıcının məsuliyyətinin sığortası müqaviləsinin mövcüd olması şərti ilə yola verilə bilər.
14-cü Bölmənin müddəaları həm daşıyıcı həm ekspeditor kimi çıxış edən Sığortalıya aiddir.
13.3. Sığortalı daşınmada istifadə olunacaq nəqliyyat vasitələrinin siyahısını sığorta ərizəsində göstərir. Sığortaçı həmin ərizəni/əlavəni qəbul edir və bu barədə üzərində tarixin yazılması, imzalanması və möhürlənməsi ilə qeyd qoyur. Əlavə sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab edilir və qəbul olunmuş əlavənin surəti sığorta şəhadətnaməsi ilə birlikdə Sığortalıya qaytarılır.
13.4. Sığortalı nəqliyyat vasitələrinin siyahısında dəyişikliklər barədə dərhal Sığortaçiya məlumatı yazılı şəkildə təqdim edir. Bütün dəyişikliklər hazırkı Qaydaların 13.3.-cü maddəsi ilə nəzərdə tutulan qaydada Sığortaçı tərəfindən qəbul edilir.
13.5. Nəqliyyat vasitələrinin miqdarı dəyişildiyi halda Sığortaçı sığorta haqqının yenidən hesablanmasını həyata keçirmək hüququna malikdir.
13.6. Dəyişilmiş əlavənin Sığortaçı tərəfindən qəbul edildiyi andan hazırkı Qaydalar və sığorta müqaviləsi ilə nəzərdə tutulan Sığortalının məsuliyyəti riskinin sığortası yeni nəqliyyat vasitələri ilə həyata keçirilən daşınmaları da əhatə edir.
14. EKSPEDİTORUN MƏSULİYYƏTİNİN SIĞORTASININ XÜSUSİ ŞƏRTLƏRİ
14.1. Sığorta müqaviləsi ilə digəri nəzərdə tutulmayıbsa yüklərin avtomobil nəqliyyatı ilə daşınması üzrə ekspeditor kimi çıxış edən Sığortalının məsuliyyəti riskinin sığortası yalnız Siğortaçı tərəfindən qəbul edilmiş sığorta ərizəsinə əlavədə göstərilən Sığortalının kontraqent- daşıyıcılar tərəfindən həyata keçirilən daşınmaları əhatə edir.
Sığorta yalnız daşıyıcı fəaliyyətinə lisenziyası xxxx (əgər qüvvədə xxxx qanunvericiliyə əsasən lisenziyanın alınması tələb olunur) kontraqent-daşıyıcılar tərəfindən həyata keçirilən daşınmaları əhatə edir.Yuxarıda qeyd olunan daşıyıcı-kontragentin lisenziyasının dayandırılması, xxxx çağırılması və ya güvvədə olma müddətinin başa çatması təqdirdə ekspeditor kimi çıxış edən Sığortalının məsuliyyətinin sığortası həmin kontraqent-daşıyıcı tərəfindən həyata keçirilən daşınmaları lisenziyanın dayandırılması, geriyə çağırılması və ya qüvvədə olma müddətinin başa çatması anından təmin etmir.
Bundan əlavə yol-daşınma qaiməsində ekspeditor kimi Sığortalı, daşıyıcı kimi isə sığorta ərizəsinə əlavədə göstərilən Sığortalının kontragent-daşıyıcısı göstərilməlidirlər.
14.2. Sığortalı sığorta ərizəsinə əlavədə kontragent-daşıyıcının adını, hüquqi ünvanını, əlaqə telefonunu və faksı, qüvvədə xxxx xxxxx məsuliyyətinin sığortası müqaviləsinin olubolmaması barədə (əgər varsa sığorta şirkətinin adını qeyd etməklə) məlumatı göstərməlidir.
14.3. Kontragent-daşıyıcılarının siyahısının dəyişilməsi halında Sığortalı dərhal Sığortaçıya belə dəyişikliklər barədə məlumatı yazılı şəkildə təqdim etməlidir.
14.4. Sığorta müqaviləsinə əlavələr və kontragent-daşıyıcılarının siyahısının dəyişilməsi 13.3.-cü maddədə müəyyən edilmiş qaydaya analoji olaraq Sığortaçı tərəfindən qəbul edilirlər. Əgər kontragent-daşıyıcılarının siyahısının dəyişilməsi əhəmiyyətli hesab edilərsə, Sığortaçı əlavə sığorta haqqının ödənilməsini və ya sığorta şərtlərinin dəyişdirilməsini tələb etmək hüququna malikdir.
14.5 Dəyişilmiş əlavənin Sığortaçı tərəfindən qəbul edildiyi andan hazırkı Qaydalar və sığorta müqaviləsi ilə nəzərdə tutulan Sığortalının məsuliyyəti riskinin sığortası yeni kontragentdaşıyıcılar tərəfindən həyata keçirilən daşınmaları da əhatə edir.
14.6. Sığorta müqaviləsi ilə digəri nəzərdə tutulmayıbsa sığorta təminatı Sığortaçı tərəfindən qəbul edilmiş müqavilələrin şərtləri əsasında həyata keçirilən yüklərin müşayiət edilməsini əhatə edir. Sığortalı müşayiət edilmə (öz sifarışçiləri ilə) və daşınma (daşıyıcıları ilə) müqavilələrinin standard formalarını sığorta ərizəsinə əlavə etməlidir. Yuxarıda qeyd olunan formalar üzərində tarixin yazılması və möhürlənməsi ilə Sığortalı tərəfindən qəbul edilirlər. Yuxarıda qeyd olunan müqavilələrin şərtlərinin dəyişilməsi halda, Sığortalı müqavilənin yeni formasını Sığortaçıya göndərməlidir. Sığortaçı həmin müqavilə formasını hazırkı Qaydaların 13.3.-cü maddədə müəyyən edilmiş qaydaya analoji olaraq qəbul edir. Bundan əlavə xxxxxx dərəcəsinin dəyişilməsi halında Sığortaçı sığorta haqqını yenidən hesablamaq hüququna malikdir.
14.7. Yükün müşayiət edilməsi haqqında müqavilənin və ya daşınma müqaviləsinin yeni formasının Sığortaçı tərəfindən qəbul edildiyi andan hazırkı Qaydalar və sığorta müqaviləsi ilə nəzərdə tutulan Sığortalının məsuliyyəti riskinin sığortası həmin müşayiət edilmə haqqında müqavilə və daşınma müqaviləsi əsasında həyata keçirilən müşayiət edilməni də əhatə edir.
14.8. Hazırkı Qaydaların 13-cü Bölməsinin müddəaları həm ekspeditor həm daşıyıcı kimi çıxış edən Sığortalıya da aiddir.
15. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
15.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilir və tərəflərlə lazımı qaydada yerinə yetirilməlidir.
15.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
15.3. Sğorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
16. SIĞORTA MÜQAVİLƏSİNƏ QƏBUL EDİLMİŞ ƏLAVƏLƏR
16.1. Bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə Əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalara və qanunvericiliyə zidd olmayan əlavə şərtlər nəzərdə tutula bilər.
17. MÜBAHİSƏLƏRƏ BAXILMA QAYDASI
17.1. Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.
"Meqa Sığorta" Sığorta Şirkəti ASC
Avtodaşıyıcılann və ekspeditorlann mülki məsuliyyətinin sığortası üzrə sığorta tariflərinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,03;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği(So) - 40000 manat;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sö) - 10000 manat;
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 300.
Tn,Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni,onun əsas hissəsini və risq üstəliyini işarə edək.Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 10OqSö/So = 100.0,03.10000/40000 = 0,75 (manat).
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
1/2 1/2
Tr =1,2Tə.a.((1 - q)/(nq)) = 0,75.1,2.2.((1-0,03)/(300.0,03)) = 0,60 (manat). Tn = Tə + Tr = 0,75 + 0,60 = 1,35 (manat).
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən işlərin aparılması xərcləri - 28%, tarif mənfəəti - 2%. Brutto-dərəcəni Tb ilə işarə edək. Onda bruttodərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn /(1-f) = 1,35/(1-0,3) = 1,93 (manat).
Tarif dərəcələri nəqliyyat vasitəsinin növündən və təminat həddinin miqdarından asılı olaraq diferensiallaşdırılır.
Ona görə də, yekun tarif dərəcəsi 0,02% - 3% aralığında dəyişir.