Bakı Dövlət Universiteti ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında
Bakı Dövlət Universiteti ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında
FƏRDİ MÜQAVİLƏ №
Bakı şəhəri “ ” 20 il
Bakı Dövlət Universiteti (sonradan BDU adlandırılan) rektoru XXXXXXX XXXXX SƏFƏRALI oğlunun şəxsində bir tərəfdən və dövlət sifarişi ilə təhsil alacaq təhsilalan
(soyadı, adı, atasının adı)
digər tərəfdən birgə “tərə flər”, ayrı -ayrılıqda isə “tərəf” adlanmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanmasına dair müddəalarını nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilənin predmeti “Ali təhsil müəssis ələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali tə hsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.
1.2. 2010/2011-ci tədris ilindən başlayaraq, hər il dövlət büdcəsindən ayrılan vəsaitl ərin məbləği Azərbaycan Respublikasının Nazirlə r Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur.
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. BDU Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarına uyğun olaraq, təhsilalana ödənilməli xxxx məbləği bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür.
2.2. BDU-nun təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə BDU-nun qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.
2.3. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.3.1. Azə rbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;
2.3.2. 2017/2018-ci tədris ilind ən başlayaraq tə tbiq edilən və mövcud qanunvericiliyə uyğun olaraq təhsillə əlaq ədar yarana biləcək əlavə kredit ödənişlərini (fənn və ya fənlər üzrə akademik borcunun ləğvi ilə bağlı alt qruplarda, yay semestrində iştirak və s.) vaxtında ödəmək;
2.3.3. BDU-nun daxili intizam və davranış qaydalarına riayət etmək;
2.3.4. Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyini, həmçinin əxlaq və etik davranış qaydalarını pozmamaq;
2.3.5. BDU-nun təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;
2.3.6. Öz hərəkətləri ilə BDU-ya maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;
2.3.7. BDU tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı vaxtdan 10 (on) iş günü müddətində təqdim etmək;
2.3.8. Bu Müqavilə üzr ə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında BDU-ya 5 (beş) iş günü müddətində məlumat vermək.
2.3.9. Təhsilalanın BDU-xxx bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
3. Təhsilalanın xaric edilməsi
BDU aşağıdakı hallarda təhsilalanı xaric etmək hüququna malikdir:
⮚ öz arzusu ilə;
⮚ başqa təhsil müəssisəsinə köçürüldükdə;
⮚ BDU-nun daxili intizam qaydalarını kobud şəkildə pozduqda;
⮚ müəyyən kateqoriyalı xəstəliklərə tutulduqda (həkim-məsləhət komissiyasının arayışına əsasən);
⮚ növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər BDU ilə əlaqə saxlamadıqda;
⮚ cinayət məsuliyyətinə cəlb olunduqda.
edilir.
4. Xərclərin məbləği və ödəniş qaydası
4.1. Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən
4. 2. Bu Müqavilə yə uyğun olaraq, BDU tərəfindən təhsilalana ödənilməli xxxx bütün pul ödənişləri onun şəxsi kart-hesabına
köçürmə yolu ilə həyata keçirilir.
4.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan təhsil müəssisəsini dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyə ləşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə xxxx xxx təhsil müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.
5. Fors -major
5.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflə rin nəzar ət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nə zərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
5.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
5.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi məsə lə ilə yazılı şəkildə xəbə rdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərə findən hadisəni təsdiq edən rəsmi s ənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
5.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə dig ər tərəfi yazılı surətdə m əlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.
5.3. Bu Müqavil ə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
6. Müqavilənin ləğv edilməsi qaydası
6.1. Tərəfl ərdən biri üzə rinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
6.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.
6.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digə r tərə fə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi xxxx tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlamalıdır.
6.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan ali təhsil müəssisəsini dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyə ləşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə xxxx xxx təhsil müəssisəsi arasında bağlanmış Müqaviləyə əsasən həyata keçirilir.
6.5. Belə hallarda Müqavilə nin ləğv edilməsinə səbəb olmuş hallar göstərilməklə, BDU tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat təqdim olunur.
7. Mübahisəli məsələlərin həlli
7.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll etməlidirlər.
7.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
7.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilər.
8. Tərəflərin məsuliyyəti
Tərəflər bu Müqavilə üzrə öhdəlikləri Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyin yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar müvafiq olaraq məsuliyyət daşıyırlar.
9. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi
Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər.
Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.
10. Digər şərtlər
10.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.
10.2. Bu Müqavilə nin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqavilə yə xitam verilməsini tələb etmirsə və əgər təhsilalan BDU-da dövlət sifarişi əsasında təhsilini davam etdirirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır.
10.3. Bu Müqavil ə Azərbaycan dilində eyni hüquqi qüvvəyə xxxxx xxxx iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsilalana verilir, digər nüsxəsi isə BDU-da saxlanılır.
11. Tərəflərin rekvizitləri və imzaları
Bakı Dövlət Universiteti | Təhsilalan |
Rektor XXXXXXX XXXXX SƏFƏRALI oğlu | __ __ __ __ __ __ _ __ __ __ __ __ |
(soyadı, adı, atasının adı) | |
Yaşadığı yer: Azərbaycan Respublikası | |
__ __ __ __ __ __ _ __ __ __ _ | ünvan: __ __ __ __ __ _ __ __ __ _ |
(imza) | küçəsi, ev № |
Tarix “ ” “ ” 20 il | mənzil № _ __ _ _, tel: ___ __ __ __ _ _ |
M.Y. | Pasport /şəx.vəsiqəsi |
Seriya | |
İmza |